Məhkəmə qərarları › İş №1(021)-44/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-44/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-44/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin (mülki cavabdehin) müdafiəçi Müdafiəçi Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə 29 avqust 1997-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmə sinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs sürücülük hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında Zərərçəkmiş şəxs1 məxsus olan “Huindai Elantra minik” markalı, 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 avqust 2020-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsi ilə saatda 120-130 km surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək dəmir yolu yol ayrıcından sürətlə keçərək idarəetməni itirmiş, yolun sağ tərəfindəki maneəyə dəyərək toqquşmuş, nəticədə “Huindai Elantra minik” markalı, 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan L1, L3 bel fəqərələrinin kompression sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla, həmçinin digər sərnişin, “Huindai Elantra minik” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sahibi Zərərçəkmiş şəxs1 13300 (on üç min üç yüz) manat dəyərində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 07 avqust 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 ona zəng edərək, Təhməz adlı dostlarının ad gününə gedəcəyini bildirmiş, ona da onlarla getməyi təklif etmişdir. Təxminən 10 dəqiqə sonra Mirdamətə məxsus “Huindai Elantra” markalı avtomobil ilə onu bibisi yaşayan ünvandan, Bərdə şəhəri, Ə.Ədilov küçəsindən götürmüşlər. Avtomobilin qabaq sağ oturacağında əyləşmiş, avtomobili Mirdamətin qohumu Qaya adlı şəxs idarə etmişdir. Onlar birlikdə Tərtər şəhərində yerləşən “Tərtər istirahət” restoranına getmişlər. Qonaqlıq yekunlaşana yaxın Mirdamətin qohumu Qaya avtomobilin açarlarını ona verərək “mən sərxoşam avtomobili sən idarə edərsən”-demişdir. O, Mirdamət və Qayadan qabaq avtomobilə gedib mobil telefonla danışmışdır. 15 dəqiqə sonra Mirdamət və Qaya avtomobilə gəlmişlər. Avtomobili işə saldıqdan sonra Bərdə şəhəri istiqamətinə doğru hərəkət etmişlər. Bərdə rayonu Zümürxan kəndini keçəndən sonra markasını xatırlamadığı avtomobil surətlə onların avtomobili keçmiş, bu zaman Mirdamət “sür keç onu”-demişdir. Arxada oturacaqda oturan Zərərçəkmiş şəxs2 isə “yavaş sür”-demişdir. Bu zaman Mirdamət Zərərçəkmiş şəxs2 “avtomobil mənimdir, deyirəmsə sürüb keçsin sürüb keçsin”-demişdir. Ona görə də qaz pedalını sıxaraq surətini artırmış, daha sonra olanları xatırlamamış, çünki hadisə nəticəsində baş nahiyəsi avtomobilin qabaq şüşəsinə dəymişdir. Sürücülük vəsiqəsi var, avtomobili idarə edərkən hər hansı nasazlıq hiss etməmişdir. İdarə etdiyi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə nəticəsində baş nahiyəsindən xəsarət aldığını üçün baş vermiş hadisəni xatırlamır. Hadisə baş verən zaman idarə etdiyi avtomobilin sürəti təxminən 120-130 km/saat olmuşdur. Avtomobili Mirdamətin təkidi ilə surətlə idarə etmişdir. Ona qarşı verilmiş mülki iddianı qəbul etmir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, bir daha bu cür hallara yol verməyəcəyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, mülkiyyət hüququ ilə X7 məxsus olan, etibarnamə ilə idarə etdiyi «X8» markalı 99 UC-017 dövlət nömrə nişanlı avtomobili 2019-cu ilin oktyabr ayının 5-i tarixində Gəncə şəhərində yaşayan əvvəllər tanımadığı Sevda adlı qadından 17800 manata almışdır. Təqsirləndirilən şəxs 3 ildən çox müddətdir tanıyır. 07 avqust 2020-ci il tarixdə Təhməz adlı uşaqlıq dostunun ad gününü qeyd etmək üçün etibarnamə əsasında idarə etdiyi “Hyuindai Elantra” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobili ilə atasının dayısı oğlu Zərərçəkmiş şəxs2 və dostu Təqsirləndirilən şəxs ilə birlikdə Tərtər şəhərinə yola düşmüşlər. Tərtər şəhərində yerləşən “Tərtər istirahət” restoranında yemək yedikdən sonra, hesabı ödəməyə yaxın Mirkazım masadan 1 litrlik “Coca Cola”-nı götürüb, “maşının açarını ver maşında gözləyəcəm sizi”-demişdir. Avtomobilinin açarları Qayada olduğundan Qayaya açarı Mirkazıma verməyini bildirmişdir. Mirkazım açarı götürüb, gedib avtomobilində əyləşmişdir. 10 dəqiqə sonra hesabı ödəyib avtomobilə yaxınlaşıb, avtomobilinin qabaq sağ oturacağına, qohumu Zərərçəkmiş şəxs2 isə avtomobilin sağ arxa oturacağında oturmuşdur. Avtomobilə əyləşəndə Mirkazıma “özünü yaxşı hiss etmirsənsə avtomobili Qaya idarə etsin”-demişdir. Mirkazım isə özünü yaxşı hiss etdiyini avtomobili idarə edə biləcəyini demişdir. Oradan çıxıb Bərdə şəhərinə yola düşmüşlər. Mirkazım avtomobili Bərdə rayonu Zümürxan kəndində yerləşən “Çənlibel” restoranına kimi yavaş idarə etmiş, “Çənlibel” restoranının yanından keçəndə Mirkazım qəfildən qaza basaraq avtomobili surətli idarə etməyə başlamışdır. Özü və Qaya Mirkazıma avtomobili sürətli idarə etməməsi üçün irad tutsa da, Mirkazım surəti getdikcə artırmağa davam etmişdir. “Tərtər priyezdi” adlanan dəmir yolu ayırıcına təxminən 10 metr qalmış onu gözü spidometrə sataşmış, Mirkazımın avtomobili saatda 160 km surətlə idarə etməsini görmüşdür. Həmin surətlə “Tərtər priyezdi” adlanan dəmir yolu ayırıcından keçəndən sonra Bərdə şəhəri, H.Aslanov küçəsində yolun solunda yerləşən “İlqar” marketlə üzbəüz ağaca çırpılmışlar. Avtomobil yolun sol tərəfindəki ağaca çırpıldıqdan sonra avtomobilin motorxanasında yanğın başlamış, ətrafdakı insanların köməkliyi ilə avtomobilin yanğını söndürülmüşdür. Hadisə nəticəsində özü, Qaya və sürücü Mirkazım xəsarət almışlar. Hadisə nəticəsində avtomobilinə 19937 manat maddi ziyan dəymişdir. Həmin səbəbdən mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu qeyd edərək mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 07 avqust 2020-ci il tarixdə tanışı Təhməz adlı şəxs onu və Mirdaməti ad gününə çağırmışdır. Onlar Mirdamət ilə birlikdə etibarnamə əsasında idarə etdiyi “Hyuindai Elantra” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobillə Təhməzin ad gününü qeyd etmək üçün Tərtər şəhərinə yola düşmüşlər. Həmin vaxt avtomobili özü idarə etmişdir. Birlikdə Mirdamətin tanışı Təqsirləndirilən şəxs da Tərtər şəhərinə getmişdir. Onlar Tərtər şəhərində yerləşən “Tərtər istirahət” restoranına çatıb, Təhməzin ad günündə yemək yeməyə başlamışlar. Hesabı ödəməyə yaxın Mirkazım masadan 1 litrlik “Coca Cola”-nı götürüb, Mirdamətə “maşının açarını ver maşında gözləyəcəm sizi”-demiş, Mirdamətin avtomobilinin açarı onda olduğundan Mirdamət ona “açarları ver otursun maşında”-demişdir. Mirkazım açarı götürüb avtomobildə əyləşmişdir. 10 dəqiqə sonra onlar hesabı ödəyib avtomobilə yaxınlaşmışlar. Mirdamət avtomobilin qabaq sağ oturacağına, o isə avtomobilin sağ arxa oturacağında oturmuşdur. Mirdamət avtomobilə əyləşəndə Mirkazıma “özünü yaxşı hiss etmirsənsə avtomobili Qaya idarə etsin”-demişdir. Mirkazım isə özünü yaxşı hiss etdiyini avtomobili idarə edə biləcəyini demişdir. Onlar oradan çıxıb Bərdə şəhərinə yola düşmüşlər. Mirkazım avtomobili Bərdə rayonu Zümürxan kəndində yerləşən “Çənlibel” restoranına kimi yavaş idarə etmiş, “Çənlibel” restoranının yanından keçəndə Mirkazım qəfildən qaza basaraq avtomobili surətli idarə etməyə başlamışdır. Özü və Mirdamət Mirkazıma sürətli idarə etməməsi üçün irad tutsalar da, Mirkazım surəti getdikcə artırmış, “Tərtər priyezdi” adlanan dəmir yolu ayırıcına təxminən 10 metr qalmış onun gözü spidometrə sataşmış, Mirkazımın avtomobili saatda 160 km surətlə idarə etdiyini görmüşdür. Mirkazıma yüksək səslə qışqıraraq avtomobili dayandırmasını tələb etmiş, lakin Mirkazım ona fikir verməmişdir. Həmin surətlə onlar “Tərtər priyezdi” adlanan dəmir yolu ayırıcından keçib, əvvəlcə Bərdə şəhəri, H.Aslanov küçəsində yolun solunda yerləşən “İlqar” marketlə üzbə-üz ağaca dəydikdən sonra, avtomobilin motorxanasında yanğın başlamışdır. Ətrafdakı insanların köməkliyi ilə avtomobilin yanğını söndürülmüş, hadisə nəticəsində özü, Mirdamət və sürücü Mirkazım da xəsarət almışdır. Təqsirləndirilən şəxsla barışmadığını qeyd edərək sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin DYPB-nin PPXB-nin inspektoru vəzifəsində xidmət edir. 07 avqust 2020-ci il tarixdə saat 09-dan 08 avqust 2020-ci il saat 09-a qədər növbə üzrə qrafikə uyğun olaraq Bərdə rayon Polis şöbəsinin DYPB-nin YPXB-nin inspektoru Şahid2 ilə birlikdə ** YP *** dövlət nömrə nişanlı xidməti avtomobillə xidmətdə olmuşlar. 07.08.2020-ci il tarixdə saat 23 radələrində xidmətdə olarkən Bərdə şəhəri, H.Aslanov küçəsi ilə hərəkətdə olarkən “İlqar” marketinin qarşısında maneənin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Onlar dərhal həmin xüsusatla bağlı aidiyyəti üzrə Bərdə rayon Polis şöbəsinin növbətçi hissəsinə xüsusi rabitə vasitəsilə məlumat verdikdən sonra hadisə baş verən yerə getmişlər. “İlqar” market ilə üzbəüz əks yolda ağ rəngli “Huindai Elantra minik” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilin şaquli vəziyyətdə aqalay divarın qarşısında dayandığını, avtomobilin qabağı, sol, bel və arxa hissəsinin xəsarət gördüyünü, hava şarının açıldığını görmüşlər. Hadisə yerində sürücü və sərnişinlərin təcili tibbi yardım avtomobili vasitəsilə Bərdə RMX-na aparıldığını öyrənmişlər. Müstəntiq tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yeri müayinə olunmuş, hadisənin baş verdiyi yer, maneəni vurduğu nöqtə müstəntiq tərəfindən müəyyən olunmuş, müstəntiq tərəfindən hadisə yeri ölçülmüş, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və sxem tərtib edilmişdir. Protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Hadisə yerinin şəkilləri çəkilmiş və protokola əlavə ediləcəyi onlara elan edilmişdir. Dərhal sonra onlar Bərdə RMX-ya gəlmişlər. Xəstəxanada hadisə törətmiş sürücü özünü təqdim edərək Bərdə şəhəri, İ.Qayıbov küçəsi ev 25 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Xəstəxanada olarkən sürücü Təqsirləndirilən şəxs və sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən xəstəxanaya gətirildiyini, ilkin tibbi yardım göstərildiyini bilmişlər. Daha sonra müstəntiqin iştirakı ilə sürücü Təqsirləndirilən şəxs Təcili Tibbi yardım Stansiyasından gəlmiş əməkdaş tərəfindən sərxoşluq müayinəsindən keçirilmiş, Təqsirləndirilən şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Daha sonra onlar aidiyyəti üzrə xidmət yerlərinə qayıdaraq xidmətlərini davam etdirmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 Bərdə rayonlararası mərkəzinin verdiyi 28 avqust 2020-ci il tarixli 784 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət-sol qaşın sıyrığı (tibbi sənədə əsasən) küt əşyanın təsirindən törənmişdir, sərnişin kimi minik avtomobilinin salonunda olarkən törənə bilərdi., müddəti qərarda göstərilən 07.08.2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 Bərdə rayonlararası mərkəzinin verdiyi 14 sentyabr 2020-ci il tarixli 828 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət- L1., L3 bel fəqələlərinin kompression sınığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə 07.08.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbıb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X4 Bərdə rayonlararası mərkəzinin verdiyi 21 dekabr 2020-ci il tarixli 1101 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin küt travması, sol Vİİ qabırğanın qövsünün yerdəyişən sınığı küt əşya (əşyaların) təsirindən törənmişlər, yol-nəqliyyat hadisəsi zamanı minik avtomobilinin sükanında sürücü kimi olmaqla törənə bilər, müddəti qərarda göstərilən 07.08.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/2332 saylı 18 yanvar 2021-ci il tarixli rəyindən müəyyən olunur ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Hyundai Elantra markalı, 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 20 avqust 2020-ci il tarixli ilkin qiymnətləndirmə aktından müəyyən olunur ki, 07 avqust 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində «Huindai Elantra minik» markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilə təmir xərcləri ilə birlikdə ümumilikdə 19.937 (on doqquz min doqquz yüz otuz yeddi) manat maddi ziyan dəymişdir. Bərdə Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2039 saylı 07 may 2021ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiq edilən 2013-cü il buraxılışlı “Hyundai Elantra” minik markalı 99 UC-017 dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrinin dəyərini çıxmaqla təxminən 13300,0 (19000,0 m – 30%) manat müəyyən edilir. İş materiallarında olan 715 saylı 07 avqust 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri olmamışdır. İş materiallarında olan AE 218744 saylı sürücülük vəsiqəsi surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” katiqoriya sürücülük hüququ vardır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında Zərərçəkmiş şəxs1 məxsus olan “Huindai Elantra minik” markalı, 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 avqust 2020-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsi ilə saatda 120-130 km surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməməsi, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək dəmir yolu yol ayrıcından sürətlə keçərək idarəetməni itirməsi, yolun sağ tərəfindəki maneəyə dəyərək toqquşması, nəticədə “Huindai Elantra minik” markalı, 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan L1, L3 bel fəqərələrinin kompression sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla, həmçinin digər sərnişin, “Huindai Elantra minik” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sahibi Zərərçəkmiş şəxs1 13300 (on üç min üç yüz) manat dəyərində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi 21 dekabr 2020-ci il tarixli 5949 saylı arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, İ.Qayıbov küçəsi ev 25-də yaşayır. Təqsirləndirilən şəxs Bərdə şəhəri, İ.Qayıbov küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Küçəsi keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 06.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cinayət işi üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs onun xeyrinə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması səbəbindən ona məxsus «Huindai Elantra minik» markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiz ziyan olmaqla, 19.937 (on doqquz min doqquz yüz otuz yeddi) manat və dövlət rüsumu üçün ödədiyi 30 manat miqdarında pul vəsaitinin ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 iddia tələbini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə Rayon Məhkəməsinə verilmişdir. Təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması səbəbindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs sürücülük hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasında Zərərçəkmiş şəxs1 məxsus olan “Huindai Elantra minik” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobil ilə 07 avqust 2020-ci il tarixdə saat 23 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsi ilə saatda 120-130 km surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək dəmir yolu yol ayrıcından sürətlə keçərək idarəetməni itirmiş, yolun sağ tərəfindəki maneəyə dəyərək toqquşmuş, nəticədə “Huindai Elantra minik” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan L1, L3 bel fəqərələrinin kompression sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaqla, həmçinin digər sərnişin, “Huindai Elantra minik” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə əsasında sahibi Zərərçəkmiş şəxs1 19937 (on doqquz min doqquz yüz otuz yeddi) manat dəyərində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yolnəqliyyat hadisəsi törətmişdir. Cinayət işinə əlavə edilmiş 20 avqust 2020-ci il tarixli X5 görünür ki, 07 avqust 2020-ci il tarixdə baş vermiş hadisə nəticəsində «Huindai Elantra minik» markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilə təmir xərcləri ilə birlikdə ümumilikdə 19.937 (on doqquz min doqquz yüz otuz yeddi) manat maddi ziyan dəymişdir. İş üzrə tam subuta yetirilir ki, təqsirləndirilən şəxs ona xeyli miqdarda maddi zərər vurmuşdur. Hazırki cinayət işi üzrə ibtidai istintaqda zərərçəkmiş şəxs qismində tanınmış, ancaq mülki iddia verməmişdir. Hazırki iddia tələbi ilə ona məxsus «Huindai Elantra minik» markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilə təmir xərcləri ilə birlikdə ümumilikdə 19937 manat pul tələb edir. Cinayət işi üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs oğlundan onun xeyrinə bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması səbəbindən ona məxsus «Huindai Elantra minik» markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiz ziyan olmaqla 19937 (on doqquz min doqquz yüz otuz yeddi) manat miqdarında pulun ona ödənilməsinə dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 19937 manat məbləğində maddi ziyan tələbi ilə bağlı məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) iddia ərizəsində Təqsirləndirilən şəxs 19937 manat maddi ziyan tələb etsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2039 saylı 07 may 2021ci il tarixli rəyindən müəyyən olunur ki, 2013-cü il buraxılışlı “Hyundai Elantra” minik markalı 99 UC-017 dövlət nömrə nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrinin dəyərini çıxmaqla təxminən 13300,0 (19000,0 m – 30%) manat müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, 13300 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya cəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən cıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin deyil, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin (mülki cavabdehin) təqsirli və hüquqa zidd əməli nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçıya) 19937 manat deyil 13300 manat maddi ziyan vurması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (ma.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 18 yanvar 2021-ci il tarixli 8/2332 nömrəli və 07 may 2021-ci il tarixli 9/2039 saylı bildirişdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan “X8” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01(bir) il 06(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyan tələbinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 13300 (on üç min üç yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 verilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan “X8” markalı 99 UC-017 dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar