Məhkəmə qərarları › İş №1(021)-44/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-44/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-44/2022 10.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxs X4, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2, zərərçəkmiş şəxsin vəkili Nümayəndə iştirakı ilə xx xxxxxxxx 1994-cü ildə Bərdə rayonu Cumalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Cumalar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq məhkəmə M ÜƏ Y Y Ə N ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, 2020-ci ilin avqust ayının təxminən 15-i tarixində saat 23 radələrində Bərdə rayonu Cumalar kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında idarə etdiyi VAZ-2107 markalı, 10 SE-079 dövlət qeydiyyat nişanlı avtomobildə həmkəndlisi və qonşusu olan, hadisə vaxtı 16 yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X6 qəsdən qızlıq pərdəsinin tamlığını pozaraq onunla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ittiham üzrə özünü təqsirli bilmir, ona elan olunmuş ittiham əsassızdır. “İki qardaş” inşaat materialları mağazasında işləyir, hər gün atası ilə səhər saat 08 radələrində evdən çıxır, axşam qaranlıqda evə gəlir. Ailəlidir, iki övladı var. Hal-hazırda həyat yoldaşı hamilədir. OnunHumay Baxtiyarova ilə heç bir əlaqəsi, heç bir ünsiyyəti olmamışdır. Telefonuna smslər gəlmiş, ancaq sms-lərin kim tərəfindən yazıldığını bilməmişdir. Yazışma nəticəsində ona sms yazanın Humay Baxtiyarova olduğunu bildikdən sonra, sms-lərə cavab verməmişdir. Sonradan zənglər olunmuş, zənglərə də cavab veməmişdir. X7 qarşısını kəsməmiş, onunla cinsi əlaqədə olmamışdır. Heç bir təqsiri olmadığından barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X10 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin mart ayından tanıyır. 2019-cu ilin mart ayında, novruz bayramından qabaq, kənd mağazasından evə dönərkən Təqsirləndirilən şəxs qarşısına kəsmiş və ondan xoşu gəldiyini bildirmişdir. Sonuncuya “sən kimsən” dedikdə, “Azərin oğluyam, özüm də subayam, gəl tanış olaq” demişdir. Təqsirləndirilən şəxs bir yumruq vurmuş, zərbənin təsirindən sonuncu yıxılmışdır. Ayağa qalxaraq “bu heyfi səndə qoymacağam" deyib çıxıb getmişdir. İki gündən sonra axsam saat 19 radələrində yenidən mağazaya gedərkən Təqsirləndirilən şəxs qarşısına çıxmış, bir az aralıda duraraq ona öz mobil telefonundan bir çılpaq şəkil göstərərək bildirmişdir ki, “sənin şəklindi”. Şəkilə yaxından baxmaq istədikdə, Təqsirləndirilən şəxs ona şəkilə baxmağa icazə verməmiş və şəkili atasının mobil telefonuna atacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona, ondan xoşu gəldiyini, onunla yaşamaq istədiyini bildirmişdir. Özü də Təqsirləndirilən şəxs onunla dost ola biləcəyini bildirmişdir. Sonuncu isə ondan xoşunun gəldiyini, onunla cinsi əlaqədə olmaq istədiyini, əks halda şəklini atasına atacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona öz mobil nömrəsini verərək ona zəng etməsini bildirmiş, mobil telefonu olmadığından sonuncuya zəng etməmişdir. Bir müddət Təqsirləndirilən şəxs onu izləmiş, çəpərlərindən ona tərəf işıq salmış, qarşısını kəsərək “gəl görüşək, yoxsa çılpaq şəklini atana atacam” deməklə ona təsir etmişdir. 2019-cu ilin aprel ayına kimi Yasinlə telefon əlaqəsi saxlamamışdır. 28 aprel 2019-cu il tarixdə, anasına məxsus mobil telefon nömrəsindən Yasinə zand etmişdir. Anasının iki mobil nömrəsi olmuş, ***-***-**-** və ***-***-**-**. Yasinin mobil telefonuna anasına məxsus ***- ***-**-** nömrəsindən zəng etmişdir. Həmin gündən etibarən Təqsirləndirilən şəxslə mobil telefon vasitəsi ilə mütəmadi olaraq zəngləşib danışmışlar. Hər dəfə danışdıqda Yasin ondan soruşmuşdur ki, “mənimlə görüşüb cinsi əlaqəda olmağa hazırsan?”. Özü isə cavab olaraq hazır olmadığını bildirmişdir. Hər dəfə ona Yasin özü zəng etmişdir. Özü Yasinə hərdən zəng vurmuşdur. 2019-cu ilin iyun ayında Təqsirləndirilən şəxs evli olduğunu bilmiş, bu barədə Yasinə dedikdə, sonuncu arvadını boşayıb onu alacağını, çünki onu sevdiyini demişdir. 2019-cu il avqust ayının ortalarında, təxminən 15-16-da Yasinlə görüşmüş və Yasin ona yuxu dərmanı vermiş və demişdir ki, suya, çaya qatıb atasına verib atasını yatızdırsın. Həmin gün atasının dərmanını dəyişdirərək yuxu dərmanı ilə əvəz etmiş, anası isə erkən yatmışdır. Atası da dərmanı qəbul etdikdən sonra yuxuya getmişdir. Axşam saat 11-ə qalmış Təqsirləndirilən şəxslə görüşə getmişdir. Yasin ona bir ədəd dərman vermiş, özü də dərmanı qəbul etmişdir. 2019-cu il avqust ayında, yəni həmin günü Yasinlə cinsi əlaqədə olmuşdur. Səhəri gün Yasinlə görüşmüş, sonuncuya başının ağrıdığını bildirmiş, Yasin də ona dərman vermişdir. Mütəmadi olaraq həmin dərmanın 11 ədədini atmış, bir ədədini isə kağızı ilə birlikdə yandırmışdır. Yasin çılpaq şəklini atasına atacağı ilə onu şantaj etdiyindən sonuncu ilə cinsi əlaqəda olmuşdur. Yasin ona yuxu dərmanını axşam saat 20 radələrində vermişdir. Onun çılpaq, açıq-saçıq şəkli olmamış, Yasinə elə bir şəkil atmamışdır. Əlacsız qalaraq Yasinlə cinsi əlaqəda olmuşdur. Yasinin onu şantaj etməsi ilə bağlı heç kimə heç nə deməmişdir. Bu barədə dövlət orqanlarına şikayət etməmişdir. Yasinlə 2019-cu ilin avqust ayında cinsi əlaqəda olmuşdur. Sonuncu ilə 2019-cu ilin mart ayında tanış olmuş, tanışlıqlarından 5 ay sonra, yəni 2019-cu ilin avqust ayında isə cinsi əlaqəda olmuşlar. Cinsi əlaqədə olduqdan sonra, Yasin bu barədə 2 il heç kimə deməməsini, onu alacağını bildirmiş, özü də Yasinə inanmışdır. Bu hadisəni ilk olaraq 2021-ci ilin iyul ayında Yasinin anası, atası, əmisi Nizami, bibisi Əntiqə bilmişlər. Hadisəni biləndən sonra Yasinin anası və əmisi Nizami hər dəfə onun qarşısını kəsərək əgər kənddən çıxıb getməsə qardaşını öldürəcəklərini deyib, onu hədələmişlər. Onlar bütün bu hədə qorxularla bağlı heç kimə heç nə deməmişlər və məlumat verməmişlər.12 iyun 2021-ci il tarixdə Bakı şəhərinə qaçıb getmiş, Bakı şəhərindən 14 iyul 2021-ci il tarixdə qayıtmışdır. İstintaq zamanı verdiyi ifadəsində Yasinlə tanış olmalarını 2020-ci ildə olduğunu qeyd edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxslə 2019-cu il mart ayında tanış olmuş və 2019-cu ilin avqust ayında cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxslə cinsi əlaqədə olmaları ilə bağlı evdə heç kimə heç nə deməmişdir. Yasinlə 2019-cu ilin avqust ayında gecə küçədə görüşmüşlər. Hamını yatmış vəziyyətdə qoyub evdən çıxıb Yasinlə görüşməyə getmişdir. Yasinlə birinci mobil əlaqəni özü yaratmış, anasının mobil telefonu vasitəsi ilə Yasinə zəng etmişdir. Telefon yazışmalarında olan sözləri Yasinə o yazmamış, 2020-ci ildə Təqsirləndirilən şəxslə yazışmamışdır. ***-***-**-** nömrəli mobil telefon onlara məxsusdur, həmin telefondan heç kim istifadə etməmişdir. Onun telefonu mesaj yazmır və Yasinə 2020-ci ildə mesajlar yazmamışdır. Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X9 ifadə verərək göstərmişdir ki, bütün baş vermiş hadisədən heç bir xəbəri olmamışdır. Bəndəliyevlər ailəsi ilə qonşu olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Fərdi əməklə məşğul olur, səhər işə gedib axşam gəlir. Qızı Humay evdən qaçdığı gün həmişəki kimi işdə olmuşdur. Axşam evə gələndən sonra yoldaşı ona Humayın evdən qaçdığını bildirmişdir. Bu barədə onlar polisə məlumat vermiş, polis orqanlarının vasitəsi ilə Humayı tapmış və Humayı evə gətirmişlər. Qızı Humay nə baş verməsi barədə onlara heç bir şey deməmişdir. Baldızı oğlu (Humayın bibisi oğlu) Tacirə hadisəni danışaraq Təqsirləndirilən şəxslə 2019-cu ilin avqust ayında cinsi əlaqədə olduğunu, sonradan Yasinin valideyinlərinin bu hadisədən xəbəri olmasını bildirmişdir. Təqsirləndirilən şəxs anası, bibisi, əmisi Humayı hədələmiş, kənddən çıxıb getməzsə qardaşını, yəni oğlunu öldürəcəkləri ilə hədələmişlər. Bütün bu olanlardan sonra onlar polis şöbəsinə ərizə ilə müracət etmiş və olanlar barədə məlumat vermişlər. Yasinlə qızı Humayın arasında cinsi əlaqə 2019-cu ildə baş vermiş, onlar arasında olan cinsi əlaqədan isə 2021-ci ildə məlumatları olmuşdur, yəni Humayı polis vasitəsi ilə tapıb evə gətirdikdən sonra bilmişlər. Qeyd olunan ***-***-**-** və ***-***-**-** mobil nömrələr ona məxsusdur. Həmin nömrələri 3-4 ildir özü işlədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxs Humay Baxtiyarova qızıdır. 6 nəfər ailə üzvləri ilə birgə Bərdə rayonu, Cumalar kəndində yaşayır. Qızı Humay evdən qaçıb getmiş, polis vasitəsi ilə Humayı tapmışlar. Humay evə qayıtdıqdan sonra məlum olmuşdur ki, Yasinlə Humay onlar şikayət etdikdən təxminən iki ilə əvvəl yəni 2019-cu ildə cinsi əlaqədə olmuşlar. Sonradan qızı Humaya təzyiqlər olmuş və bu səbəbdən evdən qaçıb getmişdir. Bütün bu dövr ərzində qızı Humayla Yasin arasında heç bir münasibət görməmişdir. ***-***-**-** və ***-***-**-** mobil nömrələri özü almış, telefon onun adına qeydiyyata alınmışdır. Mobil nömrənin biri həyat yoldaşının adına, digəri isə bacısının adına qeydə alınmışdır. Mobil telefonun biri həmişə əlaqə saxlamaq üçün evdə saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxs Humay Baxtiyarova qohumudur. Hadisə barədə heç nə bilmir. Onun Humayla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxslə Humay Baxtiyarovanın cinsi əlaqədə olmaları barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Humay Baxtiyarova ilə Mingəçevir şəhərində toy mərasimində tanış olmuşdur. Sonuncuya telefon nömrəsini vermiş və bundan sonra telefon vasitəsilə danışmışlar. Humayla 3 ay danışmış, daha sonra sonuncunun Fəqan adlı şəxslə danışdığını bildiyindən onunla əlaqəni kəsmiş, bir daha danışmamışdır. Humay Baxtiyarova ilə ancaq telefon danışıqları olmuş, heç vaxt görüşməmişlər. Təqsirləndirilən şəxs tanımamış, Humay sonuncu barədə ona heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Humay Baxtiyarova həmkəndliləridir. Təqsirləndirilən şəxslə idman zalına məşqə getmişdir. Saat 20-21 radələrində idman zalına gedərək, saat 22-23 radələrində qayıtmışlar. Təqsirləndirilən şəxslə Humay Baxtiyarova arasında baş verənlərdən məlumatı olmamış, bu barədə heç nə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Humay Baxtiyarova həmkəndliləridir. 2014-cü ildə Təqsirləndirilən şəxslə idman zalına məşqə getmişdir. Təqsirləndirilən şəxslə Humay Baxtiyarova arasında baş verənlərdən məlumatı olmamış, bu barədə heç nə eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Humay Baxtiyarova həmkəndliləridir. Onun sonuncuların arasında olan münasibətdən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Humay Baxtiyarova həmkəndliləridir. Bərdə rayon Polis şöbəsinə çağrıldıqdan sonra Təqsirləndirilən şəxslə Humay Baxtiyarova haqqında olan hadisəni eşitmişdir. Həmin vaxta kimi Təqsirləndirilən şəxslə Humay Baxtiyarova arasında hər hansı bir əlaqə olmasından məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, Humay Baxtiyarova bacanağının qızıdır. ***-***-**-** nömrəsi onun adına olmuş, nömrəni alaraq Sevinc Baxtiyarovaya vermişdir. Humay Baxtiyarova ilə Təqsirləndirilən şəxs arasında olan münasibətdən məlumatı olmamış, heç nə eşitməmişdir. 2021-ci ildə Humay Baxtiyarova evdən qaçıb getmiş, polis əməkdaşlarının köməkliyi ilə Humay tapılmışdır. Sonuncu tapılandan sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Humayla cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs və yaxınları Humayı təhdid etdiklərinə görə evdən qaçmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxslə yaxın münasibəti olmuş, lakin sonuncu ilə Humay Baxtiyarova arasında münasibət olmasından məlumatı olmamışdır. Hadisə ilə bağlı heç nə bilmir. İbtidai istintaq zamanı keçirilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 16 iyun 2021-ci il tarixli 519 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. -Zərərçəkmiş şəxs qızılıq pərdəsinin tamlığı çoxdan pozulmuş, müddəti 2 (iki) həftədən çoxdur. -Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilməmişdir. İbtidai istintaq zamanı keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 802 saylı 06 iyul 2021-ci il tarixli rəyindən görünür ki, X10 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İbtidai istintaq zamanı keçirilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin 492/162 saylı 06 iyul 2021-ci il tarixli rəyindən görünür ki, X10 aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. -X1-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilir. -X10 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyi və özündən uydurmağa meyilli deyildir. Məhkəmə, iş üzrə mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ittiham olunan tarixdə cinayət hadisəsi olmadığından ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə ona bəraət verilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş ittiham sonuncunun 2020-ci ilin avqust ayının təxminən 15-i tarixində saat 23 radələrində Bərdə rayonu Cumalar kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında idarə etdiyi VAZ-2107 markalı, 10 SE-079 dövlət qeydiyyat nişanlı avtomobildə həmkəndlisi və qonşusu olan, hadisə vaxtı 16 yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X6 qəsdən qızlıq pərdəsinin tamlığını pozaraq onunla cinsi əlaqədə olmasına görə verilmişdir. Lakin Təqsirləndirilən şəxs qeyd olunan tarixdə 16 yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X6 qəsdən qızlıq pərdəsinin tamlığını pozaraq onunla cinsi əlaqədə olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi, şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin atasının məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında deyil, 2019-cu ilin avqust ayında Humay Baxtiyarova ilə cinsi əlaqədə olduğunu bildirmişlər. Məhkəmə iclasında dindirilmiş digər şahidlər isə ümumiyyətlə hadisədən məlumatlarının olmadığını bildirmişlər. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə verilmiş ittihamın əsası kimi göstərilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 16 iyun 2021-ci il tarixli 519 saylı rəyinə hüquqi qiymət verərək hesab edir ki, bu hal-hazırki ittiham üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, rəydən göründüyü kimi Humay Baxtiyarovanın bakirəliyinin pozulmasının vaxtının 2 həftəlik müddətindən əvvəl baş verdiyi təsdiq olunsa da konkret olaraq bunun 2020-ci ilin avqust ayının 15-də baş verməsini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və atasının vermiş olduqları ifadələrdən müəyyən olunur ki, Təqsirləndirilən şəxslə Humay Baxtiyarova 2019-cu ildə təxminən avqust ayının 15-də cinsi əlaqədə olmuşlar. Onlar arasında 2020-ci il tarixdə avqust ayının 15-də hər hansı cinayət hadisəsi baş verməmişdir. Zərərçəkmiş şəxs X6 Təqsirləndirilən şəxs onun çılpaq şəkillərini atasına göndərməsi ilə şantaj etməsi ilə bağlı ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, bu halı təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilərkən bu fakt öz təsdiqini tapmamışdır. İbtidai istintaq zamanı götürülmüş telefon danışıqlarından və yazışmalarından müəyyən olunur ki, götürülmüş telefon danışıqları və yazışmaları 2020-ci ili əhatə etmiş, həmin danışıqlar və yazışmalarda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında ona ittiham verilən tarixdə, yəni 2020-cu ilin avqust ayının 15-də cinisi əlaqədə olmalarına əsas verən hər hansı bir məlumatlar aşkar olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində ona ittiham verilən tarixdə yəni 2020-ci il avqust ayının 15-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət hadisəsi olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 21.1.-ci maddəsinəəsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının CPM-nin 21.2.-ci maddəsinəəsasən şəxsin təqsirli olduğuna əsaslışübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamışşübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının CPM-nin 21.3.-cü maddəsinəəsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının CPM-nin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasıəsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə iclasında ittiham tərəfi Təqsirləndirilən şəxs ona ittiham olunan tarixdə cinayət əməli törətməkdə tam təqsirli olmasını sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinəəsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslışübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinəəsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas X5» Avropa Konvensiyası müddəalarının və insan hüquqlarıüzrəAvropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 2 və 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının vəəsas X5» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrəİnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının vəəsas X5» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuşşəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının vəəsas X5» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı, müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. İnsan Hüquqlarının vəƏsas X5 Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsindəgöstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqularının vəƏsas X5 Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinəəsasən heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Həmçinin “Layıcov Azərbaycana qarşı” işüzrəİnsan Hüquqlarıüzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır (digər qərarlarla yanaşı bax: “X15rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR2000-V) və “X13rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002-İX)). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdəədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünüşübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılmasıüçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v.Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Azərbaycan Respublikasının CPM-nin 1.3-cü maddəsinəəsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 145.2-ci maddəsinəəsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının CPM-nin 124.1-ci maddəsinəəsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, cinayət prosesindəşübhəli, təqsirləndirilən və zərər çəkmişşəxsin vəşahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinəəsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə vəəldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: --insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda(125.2.1-ci maddə); --zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə(125.2.2-ci maddə); --şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə(125.2.3-cü maddə); --cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsindəöz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə(125.2.4-cü maddə); --cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə(125.2.5-ci maddə); --cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə(125.2.6-cı maddə); --istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda(125.2.7-ci maddə); --sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda(125.2.8-ci maddə); --məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda (125.2.9-cu maddə); --müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda(125.2.9-cu maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər vəəşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəüçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X12 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmişİnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3cü maddəsinəəsasən hər bir şəxsin yaşamaq, azadlıq vəşəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X23rşı işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansıəsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 2-ci bəndində qeyd olunur ki, izah edilsin ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə təhqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən, iş üzrə toplanılan, lakin məhkəmə iclasında təhqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidlərin, təhqiqat, ibtidai istintaq və ya başqa məhkəmə iclasında verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisəli şəkildə təhqiq edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunan maddi və prossesual hüquq normalarının məzmununa əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ittiham olunan tarixdə cinayət hadisəsi olmadığından ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Azərbaycan Respublikasının CPM-nin 42.1.1-42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 42.2.1.-42.2.4.-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının CPM-nin 55-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansışəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının CPM-nin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham olunmuş tarixdə, yəni 2020ci ilin avqust ayının 15-də zərərçəkmiş şəxs X10 ilə cinsi əlaqədə olmaması məhkəmə araşdırılmasında öz təsdiqini tapdığından onun barəsində bəraət hökmü çıxarılmalıdır. Eyni zamanda məhkəmə iclasında zərərçəkmiş şəxsin 2019-cu ilin avqust ayının 15-də Təqsirləndirilən şəxslə cinsi əlaqədə olması faktının araşdırılması prossesual rəhbərliyi həyata keçirən prokurorun nəzərinə çatdırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 iyun 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 19 iyun 2021-ci il tarixli qərarından müəyyən olunur ki, təqdimat təmin edilmiş, Azərbaycan Respublikasının CMnin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İşüzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 12.1, 21, 41.5, 42, 55, 350-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs əməlində ittiham olunan tarixdə cinayət hadisəsi olmadığından ona elan edilmiş Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar