Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-44/2023 21.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan, həbsdə olduğu üçün barəsində qətimkan tədbiri seçilməsindən imtina edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,452 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşyaış evinin yataq otağında üzərində «Bella cotton» yazısı olan şəffaf plastik qabda saxlamış, 02 avqust 2022-ci il tarixdə Bərdə rayon Polis X1 zaman qaraciyər xəstəliyinin kəskinləşməsini bəhanə edərək cinayətkar niyyətindən məlumatsız olan arvadı Şahid6 ona sovqat göndərərkən həmin qabın içərisindəki psixotrop maddə olan metamfetaminin ağrıkəsici olmasını deyib inandıraraq, həmin psixotrop maddəni tut meyvəsindən hazırlanmış bəhməz məhlulunun içinə qatıb ona göndərməsini təklif etmiş, qatacağı maddənin psixotrop maddə olan metamfetamin olmasından xəbəri və məlumatı olmayan Şahid6 həmin maddəni tut meyvəsindən hazırlanmış plastik qabda olan bəhməzə qarışdırıb qayını Şahid5 aparması üçün vermiş, gətirdiyi sovqatın içərisində psixotrop maddə olan metamfetamin olmasından xəbəri və məlumatı olmayan Şahid5 tərəfindən həmin sovqat gətirilən zaman Bərdə rayon PŞ-nin MSY-nin əməkdaşları tərəfindən plastik qabda olan bəhməzin içərisində nəzərə çarpan formada şübhəli maddənin olması görülüb raportla məruzə edildikdən sonra, həmin tarixdə saat 20:20 radələrində gətirilən sovqat bağlamasına Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasında baxış keçirilərkən bağlamanın içərisində 300 ml-lik 01 ədəd plastik qabda 225 ml həcmində qatı konsentrasiyalı tünd qəhvəyi rəngli tut meyvəsindən hazırlanmış bəhməz məhlulunun tərkibində təmiz çəkisi 0,422 qram psixotrop maddə olan metamfetamin, 05 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində ev sahibəsi Şahid6 şəxsi dəvəti ilə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı qeyd edilən ünvana baxış keçirilərkən isə evin yataq otağında üzərində «Bella cotton» yazısı olan şəffaf plastik qabda 0,030 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2005-ci ildə X9 ilə ailə həyatı qurmuşdur, birgə nigahlarından 2 övladları olmuşdur, 2013-cü ildə həyat yoldaşı Günel rəhmətə getmişdir, iki azyaşlı uşağı onun himayəsində qalmışdır. 2014-cü ildə Şahid6 ilə ailə həyatı qurmuşdur, Aynurə ilə rəsmi birgə nigahlarından 1 (bir) övladları olmuşdur, əvvəlki həyat yoldaşından olan övladları ilə birlikdə 3 övladı himayəsində olmuşdur. O, tutulmamışdan əvvəl atası Ənvərlə birlikdə fərdi əməklə məşğul olurmuş, Bərdə şəhərində kiçik bir mağazada avtomobil ehtiyat hissələri satırmış, atası Ənvərə köməklik edib ailəsinə çörək pulu qazanmışdır. 2013-cü ildə Azərbaycan Resupblikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Bərdə rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinib 1(bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. O, bir neçə ildir ki, arada narkotik vasitənin heroin, son vaxtlar isə psixotrop maddənin metamfetamin növündən istifadə edirmiş, 2022-ci ilin aprel ayının sonlarına yaxın Bakı şəhərinə işlə bağlı getmiş, Bakı şəhərində Beynəlxalq avtovağzal ərazisində əl çantası ilə birlikdə içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tapmış, həmin çantanı özü ilə birlikdə Bərdə şəhərinə gətirmişdir, əl çantasının içərisində nə olmasını heç kəs, hətta ailə üzvləri də bilməmişdir. O, həmin psixotrop maddənin təxminən yarım qrama yaxın hissəsini yaşadığı evdə yataq otağında olan qulaq çöpü qabının içərisinə atmışdır. Onun ailə üzvləri onun narkotik vasitədən və psixotrop maddədən istifadə etməyini bilmirmiş, həmin kütlədən anlayışları olmamışdır. Rəcəbov X10 B və Qepatit C xəstəsidir, dərmanlardan istifadə edir, ağrıları olur. 29 aprel 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları onu Bərdə şəhər ərazisində saxlamışlar, həmin vaxt psixotrop maddə və heroin olan əl çantası da üzərində olmuş, onu polisə gətirib üzərinə baxış keçirilən zamanı əl çantasından heroin və psixotrop maddə aşkar edilmiş, həmin narkotik vasitə və psixotrop maddə ayrı-ayrı bükümlərdə olmuş, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmişlər, barəsində Bərdə rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Gəncə 2 saylı İsintaq təcridxanasına yollanmışdır. O, təcridxanada olanda müvafiq verilən vaxtlarda ailə üzvləri ilə telefon vasitəsilə danışırmış, içəridə olanda narkotik vasitədən və psixotrop maddədən istifadə edə bilməmişdir. O, əvvəllər qaraciyərində olan xəstəliklə bağlı tut meyvəsindən hazırlanmış bəhməzdən istifadə edirmiş, bəhməzin ona köməkliyi olurmuş. 2022-ci ilin iyun ayının axırları, avqust ayının ilk günlərində dəqiq tarixini xatırlamadığı vaxtda təcridxanadan həyat yoldaşı Aynurə ilə telefonla danışanda bildirmişdir ki, qaraciyərinin ağrıları qalxıbdır, ona yaxın gündə Bərdə rayon Polis Şğbəsinə gətiriləcəyini, istintaqın yekunlaşacağını demişdir, bilirmişdir ki, işi yekunlaşır, onu Bərdə rayon Polis Şöbəsinə etap edəcəklər. Ona görə də Aynurəyə demişdir ki, bəhməz tapıb qulaq çöpünün içərisində şüşə formasında olan ağrıckəsicini də qatıb ona göndərəcəkləri sovqatla göndərsin. Aynurə bilməmişdir ki, qulaq çöpündəki şüşə formasında maddə nədir. O, qaraciyərində olan ağrılarına görə dərmanlar atırmış, Aynurəyə demişdir ki, həmin maddə ağrıkəsicidir, bəhməzin içərisinə qatsın, elə göndərsin, onda effektli olur. Aynurə də bilməmişdir ki, o nə deyir, demişdir ki, yaxşı. 2022-ci ilin avqust ayının 3-də ona sovqat gətirəndə bilmişdir ki, Aynurə metamfetamin qatdığı bəhməzin içərisində qarışıq olmasından polislər şübhələniblər, sovqatın gətirən qardaşı Rəşadın iştirakı ilə akt tərtib ediblər. Bəhməzi və sovqatı götürüblər, sonra da evə baxış keçirəndə qulaq çöpü olan qabı da götürüblər. O, narkotik vasitədən və psixotrop maddədən əvvəllər xəlvət istifadə etmiş, bəzi vaxtlar tapmış, bəzi vaxtlarda da Bakı şəhərindən tanımdığı şəxslərdən ancaq özünün istifadəsi üçün almış, bu barədə heç vaxt ailə üzvlərinə bildirməmiş, istəməmişdir ki, ailəsi dağılsın. O, əvvəllər bəhməzə bu cür maddələrdən qatıb istifadə etməmiş, istintaq təcridxanasında olanda birdən ağlına gəlmişdir ki, bəhməzə qatılsa, bilinməz, fikirləşmişdir ki, İstintaq təcridxanasına keçirmək çətindir, oraya bu cür qarışıqlar qoymurlar, amma Bərdə rayon Polis Şöbəsinə gətirilə bilər, orada istifadə edə bilər. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Bərdə şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, rəsmi birgə nigahlarından bir azyaşlı uşağları vardır, Rəcəbin ondan əvvəlki ailəsindən də iki uşağı vardır, uşaqların anası rəhmətə getdiyi üçün həmin uşaqlara da onlar baxırlar, onlarla birlikdə yaşayırlar. Rəcəb ondan əvvəl narkotiklə tutulmuşdur, həbsdən çıxandan sonra ailə həyatı qurmuş, Rəcəb narkotikdən qurtardığını ona deyirmiş, o da Rəcəbə əvvəlcədən demişdir ki, adı narkotiklə çıxsa, boşanacaq. O, yaşadığı müddətdə Rəcəbin narkotik vasitədən istifadə etməsini bilmirmiş, o haqda heç bir məlumatı olmamışdır. Rəşad hər gün atası Ənvərlə birlikdə mağazaya, avtomobil ehtiyyat hissələri mağazasına gedib-gəlirmiş, Bakı şəhərinə gedib ehtiyat hissələri alıb gəlirmiş, o Rəcəbin narkotikdən istifadə etməsini bilməmiş, hiss etməmişdir. 2022-ci ilin aprel ayının axırlarında onlara məlum olmuşdur ki, Rəcəbi Bərdə rayon Polis şöbəsinin əməkdaşları narkotiklə tutublar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir, Gəncə İstintaq təcridxanasına göndərilmişdir. O, bunu biləndən sonra Rəcəbdən boşanmaq qərarına gəlmiş, lakin Rəcəbin valideynləri və onun valideynləri buna imkan verməmişlər, həm də 3 azyaşlı uşağı başsız qoya bilməmiş, Rəcəbdən boşanmaq qərarından vaz keçmişdir. O, Rəcəb türmədə olanda onunla danışıb and-aman edirmiş ki, daha narkotklə qurtarıbdır, qaraciyərində keçirdiyi Qepatit xəstəliyinə görə ağırılarının şiddətləndiyini bildirmişdir. Rəcəb sonuncu dəfə Gəncə türməsindən onunla telefonda danışanda ona demişdir ki, bir neçə günə Bərdə polisinə gətirəcəklər, işi yekunlaşır, ona demişdir ki, ağrılarına görə bəhməz göndərsin, bəhməzin də içərisinə yatdığları otaqda tumbanın siyirməsində qulaq çöpü olan qabın içində şüşə dərman vardır, bəhməzə qatıb qarışdırıb göndərsin, ağrıkəsicidir. O da Rəşada inanmış, zəng vurandan sonra qulaq çöpünə baxanda görmüşdür ki, qulaq çöpü olan balaca qutunun içərisində bir şüşə qırığına oxşar maddə vardır, fikirləşmişdir ki, yəqin ki, həmin maddəni deyir. Onun narkotikdən anlayışı yoxdur, o elə fikirləşirmiş ki, narkotiki siqaretlə çəkirlər, bir də iynədə maye formasında vururlar. O ümumiyyətlə narkotik görmədiyi üçün, yanında kimsə də istifadə etmədiyi üçün anlayışı olmamışdır. 2022-ci ilin iyul ayının axırlarında Rəcəb zəng vurub Bərdə polisinə gəlməsini bildirmiş, onlar da Rəcəbə yemək göndərirmişlər. O, qayınanası Simaya demişdir ki, Rəcəbin qaraciyərinin ağrıları qalxıbdır, evdə də bəhməz yoxdur, bəhməz alıb gətirsin. Qayınanası Sima da gedib bazardan 4 litrlik bəhməz alıb gətirmişdir ki, hissə-hissə Rəcəbə göndərər. O da qayınanası Sima aldığı bəhməzdən 300 ml-lik fanta qutusuna tökmüş, Rəcəb dediyi ağrıkəisici kimi bildiyi həmin şüşə qırıntısına da fanta qutusundakı bəhməzə töküb bir az qarışdırmış, həmin bəhməz olan fanta qutusunu Rəcəbə göndərəcəkləri sovqatın içərisinə qoyub qayını Rəşada vermişdir ki, aparıb Bərdə polisində Rəcəbə versin. Rəşad da 02 avqust 2022-ci il tarixdə həmin sovqatı Rəcəbə aparanda polislər baxış keçirib fanta qutusunda olan bəhməzi götürüblər, ertəsi günü də şirniyyat bişirib göndərəndə şirniyyatı götürmələrini, ekspertizaya göndərəcəklərini demişlər. Onu da Bərdə rayon Polis Şöbəsinə dəvət etmişlər, o da qayınanası Sima və qayınatası Ənvərlə birlikdə Bərdə polisinə gəlib bu barədə izahat vermiş, izahat verəndə də bildirmişdir ki, o, bəhməzə qatdığı maddənin nə olmasını bilməmiş, Rəcəbin deməsi ilə ağrıkəsici olmasını bilib qatmış şirniyyata da heç nə qatılmamışdır, özü bişirmişdir. Sonra onun və qayınatası Ənvərin iştirakı ilə razılığı əsasında evlərinə polislər tərəfindən baxış keçirilmiş, bəhməzə qatdığı maddə olan qulaq çöpü qabını da polislərə göstərib təqdim etmiş, orada da bildirmişdir ki, onun heç nədən məlumatı olmamışdır, onun günahı yoxdur. Həmçinin Şahid6 bildirmişdir ki, Rəcəb evdə olanda qaraciyərinə görə dərmanlarını özü alırmış, onun dərmanlardan anlayışı yoxdur, Rəcəb qəbul etdiyi dərmanları bilmir. Həm də ifadəsində qeyd etdiyi kimi o, narkotikin necə olmasını bilmir, görməmiş, anlayışı olmamışdır, elə bilirmiş ki, siqaratə tütün kimi doldurub çəkirlər, bir də su kimi iynəyə qatıb damara vururlar. O, narkotikin elə bir şüşə qırıntısı kimi olmasını bilməmiş, elə bilmişdir ki, ağrıkəsicidir, Rəcəbin dediyinə inanıb həmin maddənin bəhməzə qatmışdır. Rəcəb ona deyəndən sonra o həmin qırıntını bəhməzə qatmağını ailədə heç kəsə deməmişdir, çünki elə bir şübhəsi yaranmamışdır ki kimsə də deyib məsləhət alsın. Ailə üzvləri bunu bilməmişdir, o, özü otaqda qatmış, qayınanası aşağıda mətbəxdə olmuş, qayınatası da işdə olmuşdur. Rəşadın da bundan ümumiyyətlə xəbəri olmamışdır. Rəcəb ona demişdir ki, balaca şüşə qırıntısına oxşar dərmandır, onu qatar, o da Rəcəbin deməsinə görə qatmış, yoxsa tanmadığı maddəni qatmazdı. Təqsirləndirilən şəxs əvvəl bəhmzin içərisinə hər hansı bir maddə qatmamışdır, o bunu görməmiş, bəlkə də xəlvət qatıbdır, onun yanında qatmamışdır, o görməmişdir. Fikirləşmişdir ki, ola bilsin ki, ağrıkəsicidir. O, bilsəydi ki, həmin maddə narkotikdir, heç vaxt onu qatmazdı, elə bir şey etməzdi, tullayardı. Rəcəb bu barədə ona heç nə deməmiş, o bu məsələdən sonra da Rəcəblə danışmır, Rəcəbin hərəkətinə görə danışmaq da istəmir. Ona görə də o haqda heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, ali hərbi təhsillidir, xəstəliyi ilə bağlı hərbidən tərxis olunmuş, təqaüd alır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. O, Bərdə şəhəri Pişvəri küçəsində qeydiyyatda olsa da Bakı şəhərində yaşayır. Qardaşı Rəcəb ailəsi ilə birlikdə ata evlərində anası, atası, ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin aprel ayının sonlarında ona məlum olmuşdur ki, qardaşı Rəcəbi narkotiklə tutublar, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir, Gəncə İstintaq təcridxanasına saxlanılır. 26 iyul 2022-ci il tarixdə istirahət etmək məqsədilə atasının yaşadığı Bərdə şəhərinə gəlmiş, o, Bərdə şəhərində olarkən bir neçə gün sonra ona məlum olmuşdur ki, qardaşı Rəcəbi cinayət işinin yekunlaşması ilə bağlı Bərdə rayon X7 saxlama yerinə gətiriblər. 02 avqust 2022-ci il tarixdə qardaşı Rəcəbin həyat yoldaşı Şahid6 ona demişdir ki, Rəcəbə yemək hazırlayıblar, onu Bərdə rayon Polis Şöbəsinə aparıb Müvəqqəti saxlama yerinə vermək lazımdır. O da qardaşı arvadı Aynurənin xahişi ilə onun hazırladığı sovqatı Bərdə polisinə gətirib verəndə onu X7 saxlama yerinə dəvət etmişlər, onun iştirakı ilə gətirdiyi ərzağa baxış keçirilmiş, bir ədəd Coca Cola soku , iki ədəd qara rəngli corab, iki ədəd üzqırxan, bir ədəd təsbeh, iki ədəd biri çörəkdə, biri isə lavaşda olmaqla dönər, bir ədəd 300 ml-lik plasmas fanta qabında isə tut meyvəsindən hazırlanmış bəhməz olmuşdur. Ona demişlər ki, bəhməzin içərisində müəyyən qatqı vardır, o da baxanda həmin qatqını görmüş, amma içərisində nə olmasını bilməmiş, o, polislərə də sovqatın qardaşının həyat yoldaşı Aynurə tərəfindən hazırlanmasını demişdir. Onun iştirakı ilə, Müvəqqəti saxlama yerinin əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən gətirdiyi sovqata video çəkilişlə baxış keçirilmiş, hamısının iştirakı ilə bəhməz olan plasmas qab qabdlaşdırılmış, üzərinə DİN-nin 94 saylı möhürü vurulmaqla, iştirakçılar tərəfindən imza edilməklə həmin əşya götürülmüşdür. Ona bildirmişlər ki, həmin bəhməz olan məhlul ekspertizaya göndəriləcəkdir. O evə gələndə qardaşı arvadı Aynurəyə bu barədə bildirmiş, Aynurə demişdir ki, Rəcəb Gəncə türməsində olanda ona zəng vurub bildirmişdir ki, qaraciyər xəstəliyi ilə bağlı ağrıları vardır, Aynurədən bəhməz istəyibdir, həmçinin ağrıkəsici dərmanın da bəhməzin içərisində qatılmasını demişdir. Amma o, həmin ağrıkəsici dərmanın nə olmasını bilməmiş, heç Aynurə də bunu bilməmişdir, o fikirləşmişdir ki, yəqin ki, Rəcəbin istifadə etdiyi ağrıkəsici dərmanlardan olar, daha dəqiqliyinə varmamışdır. O və qardaşı arvadı Aynurə Polisə çağırılanda hər ikisi izahat vermiş, Aynurə də izahat verərək şirniyyata heç nə qatılmadığını, amma bəhməzə Rəcəbin deməsi ilə ağrıkəsici qatmasını, həmin ağrıkəsicini yataq otağında tumbanın siyirməsində olan qulaq çöpü qabının içərisində olmasını, oradan götürüb qatmasını bildirmişdir. O, özü də evdə qulaq çöpü olan qaba baxanda orada başqa bir əşyanın olmadığını görmüşdür. Fikirləşmişdir ki, yəqin ki Rəcəbin qaraciyər ağrılarının ağrıkəsici dərmanlarındandır, qalığı qalmışdır, ona qatmışdır. Amma sonradan ona məlum olmuşdur ki, Rəcəb Aynurəyə dediyi həmin ağrıkəsici psixotrop maddə olan metamfetamin olmuşdur, polislər onlara gəlib həmin qulaq çöpü qabını da götürüblər, həmin qulaq çöpü qabının dibindən də keçirilmiş ekspertiza zamanı psixorop maddə qalığı aşkar edilmişdir. O, bir daha bildirmişdir ki, onun heç nədən xəbəri olmamışdır, heç Aynurənin də xəbəri olmamışdır, heç biri bilməmişdir ki, Rəcəbin dediyi o maddə psixotrop maddədir. Əgər bilsəydilər, Aynurə də bəhməzə qatmazmış, şəxsən o da heç aparmazdı. Məhkəmə istintaqı zamanı şahid Bərdə rayon X7 Saxlama Yerinin növbətçisi vəzifəsində işləyən, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, 2012-ci ildən DİO-da, 2015-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 02 avqust 2022-ci il tarixdə xidmətdə olarkən X8 saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs qardaşı Şahid5 tərəfindən sovqat gətirilərkən sovqatın içərisində tut meyvəsindən hazırlanmış bəhməzin içərisində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiyi üçün tərəfindən bu barədə raport yazılmışdır. Onun yazdığı raporta əsasən sovqat gətirən şəxs Şahid5, onun, MSY-nin mühafizəçi polis nəfərləri, polis serjantları Şahid7, Şahid8 və Bərdə RPŞ-nin KTQnun baş ispektor kriminalisti, polis baş leytenantı Şahid3 iştirakı ilə video çəkilişlə təhqiqatçı, polis kapitanı X13 tərəfindən həmin sovqata baxış keçirilmiş, gətirilən sovqatın içərisində bir ədəd Coca cola içkisi, iki ədəd qara rəngli kişi corabı, bir ədəd tesbeh, bir ədəd lavaşda, bir ədəd isə çörəkdə olmaqla dönər, bir ədəd 300 ml-lik fanta qabında bəhməz olması məlum olmuşdur. Digər əşyalara baxış keçirilərkən şübhəli hər hansı bir əşya aşkar edilməmiş, amma 300 ml-lik fanta qabında bəhməzin içərisində qatqı olması məlum olmuş, bu səbəbdən də həmin qab X12 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, iştirakçıların gözü qarşısında DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə ad-soyad yazılmaqla imzalarla təsdiq edilib ekspertizaya göndərilməsindən ötrü götürülmüş, baxış keçirmə zamanı iştirakçılar, o cümlədən sovqatı gətirən Şahid5 tərəfindən hər hansı bir təklif, şikayət daxil olmamış. bununla da baxışın başa çatması elan edilmişdir. Sonradan ona məlum olmuşdur ki, gətirilən bəhməzin içərisindən keçirilmiş ekspertiza zamanı psixotrop maddə aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 05 avqust 2022-ci il tarixdə xidmətdə olarkən Bərdə rayon X11 Bölməsinin təhqiqatçısı, polis kapitanı X13 ona bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bərdə rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək lazımdır. Ona həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSY-nə köçürələrkən MSY-də olarkən ona sovqat gətirən qardaşı Şahid5 gətirdiyi sovqatın içərisindən tut meyvəsindən hazırlanmış bəhməzin içərisinə psixotrop maddə olan metamfetamin qatılmış, həmin metamfetamini də Təqsirləndirilən şəxs Gəncə İstintaq təcridxanasından telefonla danışarkən arvadı Şahid6 yaşadıqları evin yataq otağında qulaq çöpü qabının içərisində metamfetamini olduğunu, həmin metamfetamini bəhməzə qatıb yollamasını dediyini, Şahid6 da həmin metamfetamini bəhməzə qatıb MSY-yə göndərdiyi sovqatın içərisində yollamasını bildirmişdir. Şahid6 izahat verərək metamfetamin olan qulaq çöpü qabının evdə olmasını, təqdim edə bilməsini bildirdiyi üçün evə baxış keçirmə zərurəti yarandığından o, şöbənin X5 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə X12la birlikdə ünvan 4 ünvanına gedib orada ev sahibi Şahid6 və Ənvər Rəcəbovun iştirakları ilə evə baxış keçirilmiş, baxış keçirmə zamanı Şahid6 yataq otağında tumbanın siyirməsindən bir ədəd qulaq çöpü qabını çıxarıb təqdim etmiş, həmin qabın içərisindəki maddəni bəhməzə qatmasını bildirmiş, bu səbəbdən də həmin qab X12 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, iştirakçıların gözü qarşısında DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə ad-soyad yazılmaqla imzalarla təsdiq edilib ekspertizaya göndərilməsindən ötrü götürülmüş, baxış keçirmə zamanı iştirakçılar, o cümlədən ev sahibləri tərəfindən hər hansı bir təklif, şikayət daxil olmamışdır. Şahid6 qabın içərisində olandan ailə üzvlərinin məlumatı olmadığını, həyat yoldaşı Təqsirləndirilən şəxs deməsi ilə bəhməzə qatıb ağrıkəisici kimi göndərməsini bildirmiş, bununla da baxışın başa çatması elan edilmişdir. Həmçinin Şahid2 bildirmişdir ki, Şahid6 da həyat yoldaşı Təqsirləndirilən şəxs ağrılarına görə Rəcəbin deməsinə görə qatıb göndərməsini, nə olmasından nə özünün nə də ailə üzvlərinin xəbərlərinin olmadığını bildirmişdir. Tərəflərindən keçirilmiş tədbirlər nəticəsində bəhməzin içərisində aşkar edilmiş psixotrop maddənin Rəcəb Rəəbova məxsus olması, əvvəlki cinayət işi üzrə aşkar edilmiş psixotrop maddənin qalıq hissəsi kimi qalması barədə məlumat olmuş, Şahid5 və Şahid6 bəhməzin içərisində psixotrop maddə olan metamfetaminin olmasından xəbərləri olmadığını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid Bərdə rayon X7 Saxlama Yerinin nəzarətçi polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid7 ifadəsində göstərmişdir ki, 2017-ci ildən DİO-da, 2019-cu ildən isə tutduğu vəzifədə xidmət edirəm. 02 avqust 2022-ci il tarixdə xidmətdə olarkən MSY-nin məsul növbətçisi, polis serjantı Şahid4, bildirmişdir ki, şöbənin MSY-də saxlanılan, Gəncə İstintaq təcridxanasından köçürülən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs qardaşı Şahid5 tərəfindən sovqat gətirilərkən sovqatın içərisində 300 ml-lik fanta qabının içərisində olan tut meyvəsindən hazırlanmış bəhməzin içərisində qatqı olmuşdur, həmin qatqının narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndikləri üçün MSY-nin növbətçisi, polis serjantı Şahid4 bu barədə raport yazmşdır. Sovqat gətirən şəxs Şahid5, həmin növbətçi Şahid4, onun, MSY-nin mühafizəçi polis nəfəri, Şahid8 və Bərdə rayon Polis Şöbəsinin KTQ-nun baş inspektor kriminalisti, polis baş leytenantı Şahid3 iştirakı ilə şöbənin təhqiqatçısı. polis kapitanı X13 tərəfindən video çəkilişlə sovqata baxış keçirilmiş, gətirilən sovqatın bir ədəd Coca cola içkisi, iki ədəd qara rəngli kişi corabı, bir ədəd tesbeh, bir ədəd lavaşda, bir ədəd isə çörəkdə olmaqla dönər, bir ədəd 300 ml-lik fanta qabında bəhməz olması məlum olmuşdur. Digər əşyalara baxış keçirilərkən şübhəli hər hansı bir əşya aşkar edilməmiş, amma 300 ml-lik fanta qabında bəhməzin içərisində qatqı olması məlum olmuş, bu səbəbdən də həmin qab X12 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, iştirakçıların gözü qarşısında DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə ad-soyad yazılmaqla imzalarla təsdiq edilib ekspertizaya göndərilməsindən ötrü götürülmüş, baxış keçirmə zamanı iştirakçılar, o cümlədən sovqatı gətirən Şahid5 tərəfindən hər hansı bir təklif, şikayət daxil olmamışdır. Bununla da baxışın başa çatması elan edilmişdir. Sonradan ona məlum olmuşdur ki, keçirilmiş ekspertiza zamanı gətirilən sovqatlarda bəhməzin içərisindən psixotrop maddə aşkar edilmişdir. Həmçinin Şahid7 bildirmişdir ki, Şahid5 sovqatı gətirərkən bəhməzin içərisində psixotrop maddənin olmasından xəbəri olmadığını, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid6 göndərməsini bildirmiş, ayrı bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı şahid Bərdə rayon Polis Şöbəsinin MSY-nin nəzarətçi polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid8 Şahid7 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid Bərdə rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 05 avqust 2022-ci il tarixdə xidmətdə olarkən Bərdə rayon X11 Bölməsinin təhqiqatçısı, polis kapitanı X13 ona bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bərdə rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmək lazımdır. Ona həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 02 avqust 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSY-nə köçürələrkən MSY-də olarkən ona sovqat gətirən qardaşı Şahid5 gətirdiyi sovqaın içərisindən tut meyvəsindən hazırlanmış bəhməzin içərisinə psixotrop maddə olan metamfetamin qatılmış, həmin metamfetamini də Təqsirləndirilən şəxs Gəncə İstintaq təcridxanasından telefonla danışarkən arvadı Şahid6 yaşadıqları evin yataq otağında qulaq çöpü qabının içərisində metamfetamini olduğunu, həmin metamfetamini bəhməzə qatıb yollamasını dediyini, Şahid6 da həmin metamfetamini bəhməzə qatıb MSY-yə göndərdiyi sovqatın içərisində yollamasını bildirmişdir. Şahid6 izahat verərək metamfetamin olan qulaq çöpü qabının evdə olmasını, təqdim edə bilməsini bildirdiyi üçün evə baxış keçirmə zərurəti yarandığından o, şöbənin X5 əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ilə birlikdə X12la birlikdə ünvan 4 ünvanına gedib orada ev sahibi Şahid6 və Ənvər Rəcəbovun iştirakları ilə evə baxış keçirilmiş, baxış keçirmə zamanı Şahid6 yataq otağında tumbanın siyirməsindən bir ədəd qulaq çöpü qabını çıxarıb təqdim etmiş, həmin qabın içərisindəki maddəni bəhməzə qatmasını bildirmiş, bu səbəbdən də həmin qab X12 tərəfindən zərfə qoyularaq qablaşdırılmış, iştirakçıların gözü qarşısında DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə ad-soyad yazılmaqla imzalarla təsdiq edilib ekspertizaya göndərilməsindən ötrü götürülmüş, baxış keçirmə zamanı iştirakçılar, o cümlədən ev sahibləri tərəfindən hər hansı bir təklif, şikayət daxil olmamışdır. Şahid6 qabın içərisində olandan ailə üzvlərinin məlumatı olmadığını, həyat yoldaşı Təqsirləndirilən şəxs deməsi ilə bəhməzə qatıb ağrıkəisici kimi göndərməsini bildirmiş, bununla da baxışın başa çatması elan edilmişdir. Həmçinin Şahid2 bildirmişdir ki, Şahid6 da həyat yoldaşı Təqsirləndirilən şəxs ağrılarına görə Rəcəbin deməsinə görə qatıb göndərməsini, nə olmasından nə özünün nə də ailə üzvlərinin xəbərlərinin olmadığını bildirmişdir. Tərəflərindən keçirilmiş tədbirlər nəticəsində bəhməzin içərisində aşkar edilmiş psixotrop maddənin Rəcəb Rəəbova məxsus olması, əvvəlki cinayət işi üzrə aşkar edilmiş psixotrop maddənin qalıq hissəsi kimi qalması barədə məlumat olmuş, Şahid5 və Şahid6 bəhməzin içərisində psixotrop maddə olan metamfetaminin olmasından xəbərləri olmadığını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid Bərdə rayon Polis Şöbəsinin X5 əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişdir. İş materiallarında olan 02 avqust 2022-ci il tarixdə «Baxış və götürmə keçirilməsi haqqında» tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Bərdə RPŞ-nin MSY-də saxlanılmış Təqsirləndirilən şəxs qardaşı Şahid5 tərəfindən sovqat gətirmiş ərzağa baxış keçirilmiş, baxış keçirmə zamanı bağlamada 02 ədəd qara rəngli kişi corabının, 02 ədəd ızqırxan əşyasının, 02 ədəd dönər yeməyinin və 01 ədəd fanta qabında bəhməzin olması məlum olmuşdur. Fanta qutusunda olan bəhməzdə narkotik vasitə qarışının olmasına şübhə yarandığı üçün həmin məhlul plastik qabla birlikdə qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. İş materiallarında olan 05 avqust 2022-ci il tarixdə «Baxış və götürmə keçirilməsi haqqında» tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən evinə baxış keçirilmiş, baxış keçirmə zamanı Təqsirləndirilən şəxs arvadı Şahid6, ikinci mərtəbədə yerləşən yataq otağının sol tərəfində yerləşən paltar şkafından bir ədəd plstik qab təqdim edərək həmin plastik qabın içərisində psixotrop maddə olmasını, qabın içərisində olmuş psixotrop maddəni bəhməzə qatıb əri Təqsirləndirilən şəxs göndərməsini bildirmiş, həmin plastik qab baxış keçirmə zamanı qablaşdırılıb DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. İş materiallarında olan 02 avqust 2022-ci il tarixdə Şahid5 tərəfindən qardaşı Təqsirləndirilən şəxs gətirilmiş sovqata baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd fayl vardır, faylı açdıqda bir ədəd video görüntünün olması məlum olmuş, həmin video görüntüdəki video çəkiliş 02 avqust 2022-ci il tarixdə çəkilmişdir, video çəkiliş 07 dəqiqə, 26 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünmüşdür ki, Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X13, baxış keçirməmişdən əvvəl baxışda iştirak edən şəxsləri elan etmiş, baxışı video çəkilişlə Bərdə RPŞnin KTQ-nun baş inspektor-kriminalisti vəzifəsində işləyən, polis baş leytenantı Şahid3 video lentə almış, baxışda Bərdə rayon Polis Şöbəsinin MSY-nin növbətçisi, polis serjantı Şahid4, MSY-nin mühafizəçi polis nəfəri, polis serjantı Şahid8, MSY-nin mühafizəçi polis nəfəri, polis baş serjantı Şahid7 və Bərdə şəhəri, 26-lar küçəsində yaşayan sovqat gətirən şəxs Şahid5 iştirak etmişlər. Baxış keçirilərkən təhqiqatçı tərəfindən gətirilmiş sovqatın içərisində narkotik vasitə olmasına şübhə olunduğu üçün MSY-nin növbətçisi Şahid4 tərəfindən raport yazlıması bildirilmiş, bundan sonra sovqat gətirən şəxs Şahid5 gətirdiyi sovqatı təqdim etməsi təklif edilmiş, Şahid5 sellofan bükülünü açaraq həmin bükülünün içərisindən bir ədəd çörəkdə dönəri, bir ədəd lavaşda döndəri çıxarıb təqdim etmiş, dönərlərə baxış keçirilərkən dönərlərin içərisində şübhə doğuran hər hansı bir əşyanın olmadığı məlum olmuşdur. Bundan sonra Şahid5 bir ədəd Coca-Cola şirəsini təqdim etmiş, həmin şirə olan plasmaq qabın ağızının açılmaıdığı məlum olmüş, bundan sonra Şahid5 bir ədəd təsbehi təqdim etmiş, həmin təsbehə də baxış keçirilərkən hər hansı bir şübhəli əşyanın olmağı ıməlum olmuş, daha sonra 02 ədəd üz təraş etmək üçün üzqırxanı təqdim etmiş, sonra iki ədəd qara rəngli kişi corabı təqdim etmiş, həmin əşyalar da şübhə doğurmamış, daha sonra 300 ml-lik plasmas qabda tut meyvəsindən hazırlanmış bəhməzi təqdim etmiş, həmin bəhməzin içərisində qarışıq olması məlum olduğu üçün bəhməz olan 300 ml-lik plasmas qab iştirakçıların gözləri qarşında ekspertiziya təqdim edilməsi üçün X12 tərəfindən qablaşdırılmış, DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərinə iştirakçıların adları, soyadları yazılmaqla bütun iştirakçılar tərəfindən imza edilib götürülmüşdür. X12 tərəfindən baxışın keçirilməsi zamanı iştirakçılardan hər hansı bir təklif və şikayətlərinin olub-olmadığı sorşulmuş, iştirakçılar tərəfindən hər hansı bir təklif, şikayət daxil olmamış, bununla da X12 baxışın başa çatmasını elan etmişdir. İş materiallarında olan baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd fayl vardır, faylı açdıqda bir ədəd video görüntünün olması məlum olmuş, həmin video görüntüdəki video çəkiliş 05 avqust 2022-ci il tarixdə çəkilmişdir, video çəkiliş 08 dəqiqə, 50 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünmüşdür ki, Bərdə rayon X11 Bölməsinin təhqiqatçısı, polis kapitanı X13, baxış keçirməmişdən əvvəl baxışda iştirak edən şəxsləri elan etmiş, həmçinin X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinin MSY-nə köçürüldükdən sonra oraya sovqat gətirilərkən arvadı Şahid6 300 ml-lik tut meyvəsindən hazırlanmış bəhməzin içərisinə psixotrop maddə qatıb Təqsirləndirilən şəxs göndərməsini, həmin plastik qabda olan bəhməzin ekspertizaya təqdim edilməsini, Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq rəyi ilə bəhməz məhlulunda 0,422 qram çəkidə psixotrop maddə olan metamfetaminin aşkar edilməsini, Şahid6 metamfetaminin olduğu qabı təqdim edə bilməsinə görə evə baxış keçirmənin zərurətinin yarandığını bildirilmiş, baxışda iştirak edən Şahid6 evə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmadığını soruşmuş, Şahid6 etirazının olmadığını bildirmiş, bundan sonra ona həmin metamfetaminin olduğu qabı təqdim etməsi təklik olunmuş, Şahid6 qabaqda gedərək evin yataq otağında sol tərəfdə olan kiçik tumbanın siyirməsindən qulaq çöpü olan, üzərində «Bella cotton» yazısı ilə qabı təqdim edib həmin qabın içərisində olmasını bildirmiş, həmin qab iştirakçıların gözləri qarşında ekspertiziya təqdim edilməsi üçün X12 tərəfindən qablaşdırılmış, DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, zərfin üzərinə iştirakçıların adları, soyadları yazılmaqla bütun iştirakçılar tərəfindən imza edilib götürülmüşdür. X12 tərəfindən Şahid6 həmin qabda psixotrop madənin olmasından ailə üzvlərinin xəbərinin olub-olmadığı soruşulmuş, Şahid6 heç kəsin xəbərinin olmadığını bildirmiş, daha sonra ondan psixotrop madədən istifadə edib-etməməsi soruşulmuş, Şahid6 istifadə etmədiyini bildirmiş, daha sonra ondan necə oldu ki, həmin psixotrop maddəni bəhməzə qatmaq qərarına gəldiyi soruşulmuş, Şahid6 Təqsirləndirilən şəxs xəstə olmasını, bu səbəbdən qatıb göndərməsini demişdir. Sonda X12 tərəfindən iştirakçılardan baxışın keçirilməsi zamanı hər hansı bir təklif və şikayətlərinin olubolmadığı soruşulmuş. iştirakçılar tərəfindən hər hansı bir təklif, şikayət daxil olmamış, bununla da X12 baxışın başa çatmasını elan etmişdir. İş materiallarında olan 04 avqust 2022-ci il tarixli qərala məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, həmin Mərkəzin 05 avqust 2022-ci il tarixli 6/4196 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “..saxlanılan Təqsirləndirilən şəxs gətirilmiş sovqata baxış keçirilərkən…ev şəraitində hazırlanmış şirniyyatın tərkibi..” və sair yazılar olan kağız bağlamadakı un məmulatlarından hazırlanmış çəkisi 564 qram olan şirniyyat kütləsinin tərkibində nəzarətdə olan maddələr müəyyən edilməmişdir; - üzərində, “..saxlanılan Təqsirləndirilən şəxs gətirilmiş sovqata baxış keçirilərkən…fanta butulkasının içərisində olan tünd qəhvəyi rəngdə maye..” və sair yazılar olan kağız paketdəki 01 ədəd plastik butulkada 225 ml həcmində qatı konsistensiyalı tünd qəhvəyi rəngli məhlulun tərkibində digər nəzarətdə olmayan maddələrlə yanaşı təmiz çəkisi 0,422 qram psixotrop maddəmetamfetamin müəyyən edilmişdir. Metamfetamin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Məhlul-225 ml, tədqiqata sərf edilmişdir-30 ml, qalıq 195 ml-dir. Kütlə 564 qram, tədqiqata sərf edildi 25 qram, qalıq 539 qramdır. İş materiallarında olan 06 avqust 2022-ci il tarixli qərala məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, həmin Mərkəzin 06 avuqst 2022-ci il tarixli 6/4215 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində, “..Şahid6..” yazısı, imzalar və DİNnin 94 saylı möhürü olan zərfdəki üzərində «Bella cotton» yazısı olan şəffaf plastik qabda təmiz çəkisi 0,030 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İş materiallarında olan üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Tədqiqat Obyekti №60-di ştamp əksi, «Ekspert rəyi 6/4196 05 avqust 2022-ci il vət. Təqsirləndirilən şəxs gətirilmiş sovqatdan aşkar olunmuş….» yazısı və ekspertin imzası olan MEM-nə aid maddi sübutlar üçün nəzərdə tutulmuş kağız paketdəki 01 ədəd plastik butulkada 225 ml həcmində qatı konsentrasiyalı tünd qəhvəyi rəngli məhlulun tərkibində olan metamfetamin həll olunmuş şəkildə olduğu üçün, təqdim edilmiş üzərində «Bella cotton» yazısı olan şəffaf plastik qabda olan metamfetaminlə eyni kimyəvi tərli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in 1-ci siyahısının İİ bəndinə daxildir. Metamfetaminin təmiz çəkisi 0,030 qram, sərf edildi 0,02 qram, qalıq 0,010 qramdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş tələbnamədən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin 30 mart 2006-cı mil tarili hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 263.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin 06 avqust 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Bərdə rayon Polis Şöbəsində istintaqı aparılmış ********* nömrəli cinyaət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 29 aprel 2022-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisində ümumilikdə təmiz çəkisi 0,030 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,010 qram qalmış psixotrop maddə olan metamfetamin və ona gətirilmiş sovqatın içərisində tut meyvəsindən hazırlanmış 225 ml həcmdə bəhməzin içərisində olan 0,422 qram olmuş, ekspertizadan sonra 195 ml həcmin içərisində qalmış psixotrop maddə olan metamfetamin tərəfindən qəbul edilmiş 16 dekabr 2022-ci il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 02 avqust 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSY-nə Təqsirləndirilən şəxs sovqat gətirmiş qardaşı Şahid5 gətirdiyi gətirdiyi sovqatın içərisində olmuş bəhməzin içərisinə qatılmış psixotrop maddə olan metamfetaminin əldə olunma mənbəyini müəyyən etmək məqsədilə bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, aşkar edilmiş metamfetaminin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş metamfetaminin hissəsi olması məlum olmuş, Təqsirləndirilən şəxs gətirilmiş metamfetaminin bəhməzə qatılmasından sovqat gətirən Şahid5, ailə üzvlərinin məlumatlarının olmadığı, Şahid6 da həmin metamfetamini əri Təqsirləndirilən şəxs deməsi ilə bəhməzə qatıb göndərməsi müəyyən edilmiş, Şahid6 bəhməzə qatılmış metamfetamindən anlayışının olmadığını bildirmişdir. İş materiallarında olan Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində çıxarılmış 20 oktyabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 aprel 2022-ci il tarixdə saxlanılıb üzəinə şəxsi axtarış keçirilərkən əlində olan çantasından ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi 3,982 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ayrı-ayrı bükümlərdə ümumi təmiz çəkisi kustar üsulu ilə hazırlanmış 4,979 qram çəkidə psixotrop maddə olan metamfetamin və 05 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində çıxarılmış 20 oktyabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkib-çəkməməsini müəyyən etmək məqsədilə barəsində keçirilmiş məhkəmə-narkoloji ekspertizasının qərarına əsasən Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserin 25 may 2022-ci il tarixli 721 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olmuşdur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallrına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin 12 noyabr 2022-ci il tarixli 1115 nömrəli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs, 31 mart 2013-cü ildən marixuanadan istifadə etdiyi üçün narkoloji kabinetdə qeydiyyata alınmışdır. Cinayət işinin materiallrına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin 14 noyabr 2022-ci il tarixli 1010 nömrəli arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs, 04 iyul 2009-cu il tarixdən “Şəxsiyyətin orta dərəcəli affektiv tip pozulması, özünü kəsmələr və özünə xəsarət yetirmələr” diaqnozu ilə ruhi-əsəb kabinetində qeydiyyata alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində çıxarılmış 20 oktyabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə-psixatriya ekspertizasının təyin edilməsi qərarına əsasən Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserin məhkəməpsixatrik ekspertizasının 01 iyun 2022-ci il tarixli 347 nömrəli rəyində göstərilmişdir ki, “Şəxsiyyətin orta dərəcəli affektiv tip pozulması, özünü kəsmələr və özünə xəsarət yetirmələr” xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırki cinayət əməli törədən zaman öz əməlinin faktiki mahiyyətini və xarakterini dərk etmiş, hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni, anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda öz hərəkətlərini idarə etmək və hərəkətlərini dərk etmək imkanına malikdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayəti təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,452 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşyaış evinin yataq otağında üzərində «Bella cotton» yazısı olan şəffaf plastik qabda saxlamış, 02 avqust 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSY-də olan zaman qaraciyər xəstəliyinin kəskinləşməsini bəhanə edərək cinayətkar niyyətindən məlumatsız olan arvadı Şahid6 ona sovqat göndərərkən həmin qabın içərisindəki psixotrop maddə olan metamfetaminin ağrıkəsici olmasını deyib inandıraraq, həmin psixotrop maddəni tut meyvəsindən hazırlanmış bəhməz məhlulunun içinə qatıb ona göndərməsini təklif etmiş, qatacağı maddənin psixotrop maddə olan metamfetamin olmasından xəbəri və məlumatı olmayan Şahid6 həmin maddəni tut meyvəsindən hazırlanmış plastik qabda olan bəhməzə qarışdırıb qayını Şahid5 aparması üçün vermiş, gətirdiyi sovqatın içərisində psixotrop maddə olan metamfetamin olmasından xəbəri və məlumatı olmayan Şahid5 tərəfindən həmin sovqat gətirilən zaman Bərdə rayon Polis Şöbəsinin MSY-nin əməkdaşları tərəfindən plastik qabda olan bəhməzin içərisində nəzərə çarpan formada şübhəli maddənin olması görülüb raportla məruzə edildikdən sonra, həmin tarixdə saat 20:20 radələrində gətirilən sovqat bağlamasına Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasında baxış keçirilərkən bağlamanın içərisində 300 ml-lik 01 ədəd plastik qabda 225 ml həcmində qatı konsentrasiyalı tünd qəhvəyi rəngli tut meyvəsindən hazırlanmış bəhməz məhlulunun tərkibində təmiz çəkisi 0,422 qram psixotrop maddə olan metamfetamin, 05 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində ev sahibəsi Şahid6 şəxsi dəvəti ilə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı qeyd edilən ünvana baxış keçirilərkən isə evin yataq otağında üzərində «Bella cotton» yazısı olan şəffaf plastik qabda 0,030 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 0,452 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşyaış evinin yataq otağında üzərində «Bella cotton» yazısı olan şəffaf plastik qabda saxlamış, 02 avqust 2022-ci il tarixdə Bərdə rayon PŞ-nin MSY-də olan zaman qaraciyər xəstəliyinin kəskinləşməsini bəhanə edərək cinayətkar niyyətindən məlumatsız olan arvadı Şahid6 ona sovqat göndərərkən həmin qabın içərisindəki psixotrop maddə olan metamfetaminin ağrıkəsici olmasını deyib inandıraraq, həmin psixotrop maddəni tut meyvəsindən hazırlanmış bəhməz məhlulunun içinə qatıb ona göndərməsini təklif etmiş, qatacağı maddənin psixotrop maddə olan metamfetamin olmasından xəbəri və məlumatı olmayan Şahid6 həmin maddəni tut meyvəsindən hazırlanmış plastik qabda olan bəhməzə qarışdırıb qayını Şahid5 aparması üçün vermiş, gətirdiyi sovqatın içərisində psixotrop maddə olan metamfetamin olmasından xəbəri və məlumatı olmayan Şahid5 tərəfindən həmin sovqat gətirilən zaman Bərdə rayon Polis Şöbəsinin MSY-nin əməkdaşları tərəfindən plastik qabda olan bəhməzin içərisində nəzərə çarpan formada şübhəli maddənin olması görülüb raportla məruzə edildikdən sonra, həmin tarixdə saat 20:20 radələrində gətirilən sovqat bağlamasına Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasında baxış keçirilərkən bağlamanın içərisində 300 ml-lik 01 ədəd plastik qabda 225 ml həcmində qatı konsentrasiyalı tünd qəhvəyi rəngli tut meyvəsindən hazırlanmış bəhməz məhlulunun tərkibində təmiz çəkisi 0,422 qram psixotrop maddə olan metamfetamin, 05 avqust 2022-ci il tarixdə saat 22:30 radələrində ev sahibəsi Şahid6 şəxsi dəvəti ilə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı qeyd edilən ünvana baxış keçirilərkən isə evin yataq otağında üzərində «Bella cotton» yazısı olan şəffaf plastik qabda 0,030 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarıda qeyd edilən qərarlarda müəyyən olunmuş hüquqi prinsiplərə istinad edərək məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını təyin etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən və təqsirləndirilən şəxsin cəzadan sonrakı davranışları ona təyin edilmiş cəzanın onun islah edilməsində yetərli qədər təsirli olmadığını sübut edir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu da xüsusi olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki: “.....Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir. Əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsə daha ağır həddə cəza təyin edilməsi ilə nəticələnə bilər.....” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə hesab edir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin 12 noyabr 2022ci il tarixli 1115 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs 31 mart 2013-cü ildən marixuanadan istifadə etdiyi üçün narkoloji kabinetdə qeydiyyata alınması nəzərə alınmalıdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış və cəza çəkmə müddətinin əvvəli 29 aprel 2022-ci il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və barəsində yenidən qətimkan tədbiri seçilməməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01ədəd zərfin içərisində ümumilikdə təmiz çəkisi 0,030 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,010 qram qalmış psixotrop maddə olan metamfetamin və ona gətirilmiş sovqatın içərisində tut meyvəsindən hazırlanmış 225 ml həcmdə bəhməzin içərisində olan 0,422 qram olmuş, ekspertizadan sonra 195 ml həcmin içərisində qalmış psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınsın və saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 01 ədəd zərfin içərisində ümumilikdə təmiz çəkisi 0,030 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,010 qram qalmış psixotrop maddə olan metamfetamin və ona gətirilmiş sovqatın içərisində tut meyvəsindən hazırlanmış 225 ml həcmdə bəhməzin içərisində olan 0,422 qram olmuş, ekspertizadan sonra 195 ml həcmin içərisində qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 224 (iki yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 42 manat (7 saat) məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 93.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən işdə olan təqsirləndirilən şəxs, şahidlərin ifadələri, istintaq hərəkətləri protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. Bundan başqa 1 ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk iş üzrə maddi sübut kimi hesab olunmuş, saxlanması üçün iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 1 ədəd "xxxx" MMC-dən daxil olmuş CD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbs edildiyi vaxtdan, yəni 29 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmasə nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisində ümumilikdə təmiz çəkisi 0,030 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,010 qram qalmış psixotrop maddə olan metamfetamin və ona gətirilmiş sovqatın içərisində tut meyvəsindən hazırlanmış 225 ml həcmdə bəhməzin içərisində olan 0,422 qram olmuş, ekspertizadan sonra 195 ml həcmin içərisində qalmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 224 (iki yüz iyirmi dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsinin vəsaiti hesabına hüquqi yardımın göstərilməsinə görə 42 manat (7 saat) məbləğində vəsait Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı AZ09BRES********************1 saylı hesabına köçürülsün. (Bərdə Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Bərdə rayon filialındakı bank rekvizitləri: VÖEN: ********** Bank: "xxxx" ASC-nin Bərdə rayon filialı Kod 502650, SWİFT: BİK BRESAZ22 Müxbir hesab: **********944) ödənilsin. İş üzrə sübut növü kimi qiymətləndirilmiş "xxxx" MMC-dən daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-44/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-44/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver