Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-44/2024 05.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1990-cı il tarixdə Yevlax rayonu Mingəçevir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1 və 68.1-ci maddələri ilə 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, təkrarən yaşayış evinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2023cü ilin oktyabr ayının 10-dan həmin ayın 27-dək olan müddət ərzində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Qaradağlı kəndinə gəlib həmin kənddə kirayə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yola tərəf olan hasarından evin həyətinə, oradan isə evin pəncərəsinə mexaniki təsir göstərib pəncərəni açaraq mənzilə qanunsuz daxil olmaqla evin yaşayış olmayan müxtəlif ərzaq və ev əşyaları yığılmış otağından Zərərçəkmiş şəxs məxsus 1 (bir) kiloqramının qiyməti 30 (otuz) manat olmaqla ümumilikdə 120 (yüz iyirmi) kiloqram xalis arı balını həmin otaqda boş vəziyyətdə olan plasmas qablara yığaraq qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3600 (üç min altı yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2023-cü ilin oktyabr ayının 10-dan həmin ayın 27-dək olan müddət ərzində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Qaradağlı kəndinə gəlib həmin kənddə kirayə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yola tərəf olan hasarından evin həyətinə, oradan isə evin pəncərəsinə mexaniki təsir göstərib pəncərəni açaraq mənzilə qanunsuz daxil olmaqla evin yaşayış olmayan müxtəlif ərzaq və ev əşyaları yığılmış otağından Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd "Eurolux" markalı, 20 litr tutumlu dəyəri 70 (yetmiş) manat olan su qızdırıcını, 1 (bir) ədəd dəyəri 120 (yüz iyirmi) manat olan "Hofman" markalı sobanı (duxovka), 2 (iki) ədəd hər birinin dəyəri 40 (qırx) manat olmaqla ümumi dəyəri 80 (səksən) manat olan Rusiya istehsalı, 40 (qırx) litr tutumlu aliminium qazanları, 2 (iki) ədəd hər birinin dəyəri 50 (əlli) manat olmaqla, ümumi dəyəri 100 (yüz) manat olan Rusiya istehsalı, 40 (qırx) litr tutumlu bitonları, 1 (bir) dəst dəyəri 120 (yüz iyirmi) manat olan "Galaxy" markalı qranit qazan dəstini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 490 (dörd yüz doxsan) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,590 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 29 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Səttarxan küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,590 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri Səttarxan küçəsində yaşayır, subaydır, orta təhsillidir, rəsmi olaraq heç bir yerdə işləmir. O, 6 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik maddələrdən istifadə etdiyi üçün 2022-ci ilin mart ayında Bərdə rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə azadlıqdan mərhum edimişdir. 2023-cü ilin yanvar ayında isə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq azad edilmişdir. Belə ki, əvvəllər marixuana istifadə etsə də, lakin, sonradan narkotik vasitənin bütün növlərindən istifadə etmişdir. 29 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Bərdə şəhəri Səttarxan küçəsi ilə gedərkən bir ədəd siqaret qutusunun yerdə olduğunu görmüş, əvvəl elə düşünmüşdür ki, həmin siqaret qutusu boşdur, bu səbəbdən həmin qutunu ayağı ilə əzmiş, lakin, qutunun içərisində hansısa əşyanın olduğunu hiss edərək, qutuya baxdıqda, içərisində bir ədəd ağ rəngli bükümün olduğunu görmüşdür. O, siqaret qutusunun içində olan maddəyə baxdıqda, həmin maddənin psixatrop maddə olduğunu başa düşərək, özü ilə götürmüş ki, təlabatını ödəmək üçün istifadə etsin. 29 oktyabr 2023-cü il tarixdə saat təxminən saat 15 radələrində Bərdə şəhəri Səttarxan küçəsi ilə gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli olduğu üçün polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra könüllü olaraq müdafiəçi seçmək hüququnun olduğunu ona bildirmişdilər. O, Bərdə rayonunda vəkil fəaliyyəti ilə məşğul olan Müdafiəçi tanıdığından ona müdafiəçi təyin olunmasını xahiş etmişdir. Bundan sonra Müdafiəçi Bərdə rayon polis şöbəsinə gəlmiş və ona vəkillik etməyə razılıq vermişdir. Bunun ardınca polis şöbəsində müdafiəçinin və digər şəxslərin iştirakı ilə üzərinə baxış keçrilmişdir. Baxış zamanı o, üzərində olan 01 ədəd siqaret qutusunda olan psixotrop maddə hesab edilen metamfetamini özü könüllü olaraq təqdim etmişdir. Həmin qutuya baxış keçrilmiş və qutunun içərisində olan bir bükümdə qablaşdırılmış pisxatrop maddə olan metamfetamin elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Bununla yanaşı qutunun içərisində olan 01 ədəd şpris və 01 ədəd əvvəllər narkotik vasitə istifadə etdiyi şüşə qab qablaşdırılaraq möhürlənərək götrülmüş və ekspertizaya göndəriləcəyi qeyd olunmuşdur. Əlavə olaraq üzərindən qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan əlavə, o, 2023-cü ilin oktyabr ayının ortalarında dəqiq tarixi xatırlamadığı vaxtda Bərdə rayonu Qaradağlı kəndində hərəkətdə olan zaman tanımadığı yaşayış evinin darvazasını əli ilə döyməyə başlamış, lakin həmin evdən heç kim çıxmamış və o, əmin olmuşdur ki, həmin evdə heç kim yaşamır. Səhəri gün yenidən həmin yaşayış evinin qarşısına gəlmiş və yaşayış evinin hasarından qanunsuz olaraq həyətə keçmişdir. Həyətə keçdikdən sonra yaşayış evinə daxil olmaq istəmiş, lakin yaşayış evinin qapısı bağlı olduğundan, o, yaşayış evinə plastik pəncərəni açmaqla yaşayış evinə daxil olmuşdur. Yaşayış evinə daxil olandan sonra otaqları gəzmişdir. Otaqların birində 2 ədəd biton görmüş və bitonların qapağını açanda içəsində bal olduğunu görmüşdür. Həmin aliminium bitonların biri tamamilə boş, digəri isə dolu olmuşdur. O, evin içərisində olan 4 ədəd plastik qabı götürərək aliminium bitonda olan balı həmin plastik qablara doldurmuşdur. Daha sonra həmin plastik qabları həmin evdən çıxardaraq, Bərdə şəhəri "dəmiryol priyezi" adlanan əraziyə daşımış və göy rəngli "VAZ 21011” markalı tanımadığı taksini saxlatmış və içərisində bal olan plastik qabları taksiyə yükləmişdir, özü də taksiyə əyləşərək Bərdə şəhərində yerləşən "Qaraçı bazarı” adlanan əraziyə getmişdir. O, həmin plastik qablara doldurduğu balı 4 saat ərzində ucuz qiymətə müxtəlif vətəndaşlara kilosunu 7-8 manata satmışdır. O, ümumilikdə həmin gün təxminən həmin balın satışından 140 manat xeyir əldə etmişdir. Oğurladığı balın ümumi çəkisi 40 kiloqram olmuşdur. Nöbəti gün o, yenidən həmin oğurluq etdiyi evə eyni formada daxil olmuş və otaqda balı boşaltdığı 2 (iki) ədəd alminium biton götürərək evin həyətyanı sahəsinə qoymuşdur. Daha sonra evdə olan 1 (bir) ədəd sobanı (duvovka), 2 (iki) ədəd qazanı, 1 (bir) ədəd qazan dəstini və evin arxa hissəsinə quraşdırılmış 1 (bir) ədəd su qızdırıcısını yerindən çıxararaq götürmüş və evdən çıxmışdır. O, oğurladığı əşyaları Bərdə şəhəri "dəmiryol vağzalı” adlanan əraziyə apararaq kolluqda gizlətmış və taksi axtarmağa başlamışdır. Həmin zaman küçədə "825" taksi xidmətinin müşdəri düşürüb geri qayıdığını görmüş və həmin taksini saxlatmışdır. Daha sonra o, kolluqda gizlətdiyi 2 ədəd alminium bitonu, 1 ədəd qazan dəstini, 1 ədəd sobanı, 2 ədəd alimium qazanı gətirərək taksiyə yükləmiş və aparıb "Qaraçı Bazarında" satmışdır. O, 2 ədəd bitonu 30 manata, 2 ədəd alminium qazanı 13 manata, 1 ədəd sobanı isə 25 manata, 1 ədəd qazan dəstini 50 manata tanımadığı şəxslərə satmışdır. 1 ədəd su qızdırıcını isə gizlətdiyi yerdə tapmadığı üçün onu sata bilməmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Qaradağlı kəndində yerləşən evin həyətinə hasarın üzərindən keçməklə daxil olduğunu, oğurluq etməsindən heç kimin məlumatı olmadığını, oğurluq etdiyini heç kimin görmədiyini, satdığı şəxslərə oğurladığı əşyaların ona məxsus olduğunu, satdığı şəxslərin həmin əşyaların oğurluq olmasından məlumatları olmadığını, oğurladığ əşyaları aparan zaman taksi sürücülərini tanımadığını, onlarla heç bir cinayət əməlində əlbirliyi olmadığını, onlara əşyaların ona məxsus olduğunu dediyini, oğurladığı əşyaları Bərdə rayonu "Qaraçı" bazarı adlanan yerdə tanımadığı şəxslərə satdığını, ümumilikdə 258 manata yaxın gəlir əldə etdiyini və həmin pulları öz ehtiyacı üçün xərclədiyini bildirmişdir. Törətdiyi əməllərdən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilən Zərərçəkmiş şəxs verdiyi ifadəsində qeyd etdi ki, o, Laçın rayonunda anadan olmuş, Laçın rayonu Ərikli kəndində qeydiyyatdadır, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Şıxlınski küçəsində yaşayır, lakin oğlu Şahid1 Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə gizir vəzifəsində işlədiyi üçün onunla birlikdə Bərdə rayonunda Qaradağlı kəndində bir yerdə kirayədə yaşayırlar. O, kənd təsərrüfatı ilə, yəni arıçılıq fəaliyyəti ilə məşğul olur və buna görə də onun arı yeşikləri vardır. Hər il həmin yeşiklərdən təxmini olaraq 200-250 kq civarında bal məhsulu götürürmüş. 2023-cü il tarixdə iyul ayında o, məhsul yığımına başlamış və onun 250 kq yaxın bal məhsulu olmuşdur. Həmin məhsuldan 130 kq-nı 30 manatdan satmış və qalan 120 kq bal məhsulunu yaşadıqları Bərdə rayonu Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinə 2 ədəd biton qabda satmaq məqsədi ilə saxlamışdır. Oğlu Şahid1 04 oktyabr 2023-cü il tarixdə işlədiyi Ağdam rayonunda yerləşən N saylı həsrbi hissəyə getmiş, onlar isə 10 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində yerləşən yaşayış evlərinə getmişdilər. Onlar Bərdə rayonuna 27 oktyabr 2023-cü il tarixdə qayıtmışdılar. Həmin müddət ərzində yəni 17 gün ərzində yaşayış evi boş olmuş, heç kim yaşamamışdır. O, yaşayış evinə daxil olan zaman yaşayış evində bal saxladığı otaqda balın yerə axmasını görmüş və bal saxlamaq üçün yerləşdirdiyi yerdə bal saxlamaq üçün qoyduğu bitonların orada olmadığını görmüşdür. O, evdən oğurluq olmasını bilib yaşayış evindən bayıra çıxmış və yaşayış evinin giriş qapısının yanında olan plastik pəncərənin açıq olduğunu görmüş və evə daxil olub oğurluq edən şəxsin həmin yerdən daxil olduğunu bilmişdir. Sonra yaşadığı evdə nə oğurlandığını bilmək üçün axtarmışdır. Yaşayış evinin həyətində olan 1 ədəd su qızdırıcının, yaşayış evində olan 2 ədəd biton qabın, 120 kq balın, 2 ədəd aliminium qazanın, 1 ədəf qranit qazan dəstinin və 1 ədəd sobanın oğurlandığını bilmişdir. Bundan sonra oğlu Şahid1 və DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Həmin vaxtı yaşadığı evə polis əməkdaşları gəlmiş, onun ərizə və izahatını almış, hadisə yerinə baxış keçirmişdilər. Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə 10 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023- cü il tarixədək Bakı şəhərində olduğunu, oğurluq hadisəsi həmin müddət ərzində baş verdiyini, ümimilikdə ona 4500 (dörd min beş yüz) manat maddi ziyan dəydiyini, yaşayış evinin həyətində olan dəyəri 150 manat olan 1 ədəd Eurolux markalı 20 litr tutumlu su qızdırıcısı, dəyəri 250 manat olan 1 ədəd Hofman markalı soba, dəyəri 3600 manat olan 120 kq xalis arı balı, dəyəri 100 manat olan 2 ədəd Rusiya istehsalı olan 40 litrlik biton qablar, dəyəri 250 manat olan Rusiya istehsalı olan 2 ədəd 40 litrlik aliminium qazanlar və dəyəri 250 manat olan “Galaxy” markalı qranit qazan dəstinin oğurlandığını bildirmişdir. Bu günədək ona dəymiş ziyanın ümumiyyətlə ödənilmədiyini, digər məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və məhkəmədən ədalətli qərar qəbul edilərək təqsirləndirilən şəxs barəsində daha ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək öz ifadələrində göstərmişdirlər ki, onlara Bərdə şəhər Səttərxan küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik maddə əldə edərək saxlaması, istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, 29 oktyabr 2023cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Bərdə şəhəri Səttarxan küçəsində olan zaman saxlanılmış və Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs Müdafiəçi kimi dəvət edilməklə X3 tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid4, CAB-ın əməliyyat müvəkilli, polis baş leytenantı Şahid3 və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X3 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin şüşə adı ilə tanıdığı metamfetamin olduğunu və 01 ədəd boş şpiri və 01 ədəd boş şüşə qabda şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə elektron tərəzi vasitəsilə çəkilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddə X3 tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, məhkəmə Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o da, şahidlər Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə oxşar məzmunda ifadə verərək onlar tərəfindən göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaqda şahid qismində verdiyi ifadəsi elan edilmiş Şahid1 göstərmişdir ki, o, Bərdə rayonu Qaradağlı kəndində kirayədə yaşayır, 2018-ci ildən Azərbaycan Respublikası Daxili Qoşunlarında gizir kimi xidmət edir, ailəlidir. Zərərçəkmiş şəxs 27 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə etdiyi müraciətlə tanış olmuşdur. Zərərçəkmiş şəxs onun doğma atasıdır. Mahiyyəti üzrə bildirir ki, o, 4 ildir ki, Bərdə rayonu Qaradağlı kəndində kirayə tutduğu evdə yaşayır. Atası Zərərçəkmiş şəxs arı təsərrüfatı ilə məşğul olur və yaşadığı evdə birlikdə yaşayırlar. O, 2023-cü ilin oktyabr ayının 4-də xidməti ilə bağlı Ağdam rayonuna getmiş və o, evdən çıxdıqdan sonra atası Zərərçəkmiş şəxs oktyabr ayının 10-dək həmin evdə qalmış və 10 oktyabr 2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Şıxlınski küçəsində yerləşən yaşayış evinə getmişlər. O, 27 oktyabr 2023-cü il tarixdə işdə olan zaman atası Zərərçəkmiş şəxs ona mobil telefonla zəng edərək yaşadığı evdə oğurluq hadisəsinin baş verdiyini, evdə olan 1 ədəd su qızdırıcının, evin içərisində olan bir ədəd sobanın (duvovka), 2 ədəd alminium qazanın, içərisində 120 kiloqram balın, 2 ədəd alminium biton qabların və 1 ədəd qranit qazan dəstinin oğurlandığını bildirmişdir. O, həmin gün günortadan sonra Bərdə rayon Qaradağlı kəndində yaşadığı evə gəlmiş və evdə oğurluq hadisəsinin baş verdiyini görmüşdür. Bundan başqa kirayədə yaşadığı evdən oğurluq əməlinin 10 oktyabr 2023-cü il tarixdən 27 oktyabr 2023-cü il tarixədək olan müddətdə baş verdiyini, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar onlara ümumilikdə 4500 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 30 oktyabr 2023-cü il tarixli, 16/1139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, psixotrop maddə hesab edilən metamfetaminə bənzər və kütlə boş şpris." yazılar və imzalar olan kağız paketdəki; - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,590 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - 1 (bir) ədəd 2 ml-lik şprisin və 1(bir) ədəd baş hissəsi sınıq şüşə ampulanın içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in 1-ci siyahısının İİ bəndinə daxildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/8415 nömrəli Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 kq qiyməti 30 manat olmaqla 120 kq xalis arı balı, ümumi dəyəri 3600 manat, 1 (bir) ədəd "Eurolux" markalı, 20 litr tutumlu su qızdırıcı ümumi dəyəri 70 manat, 1 (bir) ədəd "Hofman" markalı soba (duxovka), ümumi dəyəri 120 manat, 2 (iki) ədəd Rusiya istehsalı, 40 litr tutumlu aliminium qazanlar, hər biri 40 manat olmaqla ümumi dəyəri 80 manat, 2 (iki) ədəd Rusiya istehsalı, 40 litr tutumlu bitonlar hər biri 50 manat olmaqla ümumi dəyəri 100 manat, 1 (bir) ədəd "Galaxy" markalı qranit qazan dəsti ümumi dəyəri 120 manat müəyyən edilir. Analoji malların markasına, modelinə və orta texniki gösdəricilərinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin oktyabr-noyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4090.00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 27 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs Bərdə rayonu Qaradağlı kəndində yaşadığı fərdi yaşayış evindən 1 ədəd su qızdırıcı, yaşayış evində olan 2 ədəd alminium biton qablar, 120 kq xalis bal, 2 ədəd aliminium qazanlar, 1 ədəd qranit qazan dəsti və 1 ədəd soba oğurlanmışdır. 29 oktybar 2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolu və istintaq hərəkətini əks etdirən videogörüntülər olan "DVD" diskdən görünür ki, 29 oktyabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf polietilen kəsiyi bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş «diskə baxış keçirilməsi haqqında» 31 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 15 dəqiqə 52 saniyə müddətində davam edən videogörüntülərdə Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən baş vermiş proseslər öz əksini tapmışdır. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 31 oktyabr 2023-cü il tarixli 1806 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 31 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanması barədə protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 2023-cü ilin oktyabr ayının ortalarında Zərərçəkmiş şəxs Bərdə rayonu Qaradağlı kəndində yaşadığı fərdi yaşayış evinin pəncərəsindən qanunsuz daxil olmaqla oradan 1 ədəd su qızdırıcı, yaşayış evində olan 2 ədəd alüminium biton qablar, 120 kq xalis bal, 2 ədəd aliminium qazanlar, 1 ədəd qranit qazan dəsti və 1 ədəd soba oğurlamışdır. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evə daxil olduğu giriş qapsını, oğurluq etdiyi yaşayış evinin otaqlarını təqdim etmişdir. 05 noyabr 2023-cü il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, tapşırığa uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri əldə etməsi haqqında əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs saxladığı narkotik vasitələrin digər şəxslərlə cinayətkər əlbirliyi müəyyən olunmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq oradan oğlurluq etmiş, Təqsirləndirilən şəxs hər hansı bir şəxslə cinayətkar əlbirliyə girməmiş, oğurluq hadisəsini tək törətmişdir. Təqsirləndirilən şəxs oğurladığı əşyaları Bərdə şəhərində yerləşən "Qaraçı bazarı” adlanan yerdə tanımadığı şəxslərə satmış və həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 06 noyabr 2023-cü il tarixli, 18-1-28/2-1457/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020, xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərdə "Opioid qəbulu" diaqnozu ilə Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetdə dispanser qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 06 noyabr 2023-cü il tarixli tələbnəmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 15 mart 2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1 və 68.1-ci maddələri ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 yanvar 2023-cü il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 15 mart 2023- cü il tarixli 1(021)-31/2022 nömrəli hökmünün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Salyan rayon Məhkəməsinin 19 yanvar 2023cü il tarixli 7(057)-40/2023 nömrəli qərarının surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası xx.xx.2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 04 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 7(057)-40/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, nəzarətə götürülmüş və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Bərdə rayon İcra və Probasiya şöbəsində şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərin qeydiyyat kitabından çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş 04 noyabr 2023-cü il tarixli Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsinin nümayəndəliyinin 5446 nömrəli xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Səttarxan küçəsi 34 nömrəli evdə yaşayır. Həmin tarixli xasiyyətnamədə müsbət xarakterizə edilir. Cinayət işinə əlavə edilmiş Laçın rayon İcra hakimiyyətinin Kürdhacı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 noyabr 2023-cü il tarixli 5-64/24-3-2-184/2023 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs Laçın rayonu ərikli kəndinə qeydiyyatdadır və Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Şıxlınski küçəsində yaşayır. Həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,590 qram və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 0,540 qram olan maddə kustar üsulla hazırlanmış psiotrop maddə metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs təkrarən yaşayış evinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edərək saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2023cü ilin oktyabr ayının 10-dan həmin ayın 27-dək olan müddət ərzində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Qaradağlı kəndinə gəlib həmin kənddə kirayə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yola tərəf olan hasarından evin həyətinə, oradan isə evin pəncərəsinə mexaniki təsir göstərib pəncərəni açaraq mənzilə qanunsuz daxil olmaqla evin yaşayış olmayan müxtəlif ərzaq və ev əşyaları yığılmış otağından Zərərçəkmiş şəxs məxsus 1 (bir) kiloqramının qiyməti 30 (otuz) manat olmaqla ümumilikdə 120 (yüz iyirmi) kiloqram xalis arı balını həmin otaqda boş vəziyyətdə olan plasmas qablara yığaraq qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3600 (üç min altı yüz) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2023-cü ilin oktyabr ayının 10-dan həmin ayın 27-dək olan müddət ərzində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu Qaradağlı kəndinə gəlib həmin kənddə kirayə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yola tərəf olan hasarından evin həyətinə, oradan isə evin pəncərəsinə mexaniki təsir göstərib pəncərəni açaraq mənzilə qanunsuz daxil olmaqla evin yaşayış olmayan müxtəlif ərzaq və ev əşyaları yığılmış otağından Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd "Eurolux" markalı, 20 litr tutumlu dəyəri 70 (yetmiş) manat olan su qızdırıcını, 1 (bir) ədəd dəyəri 120 (yüz iyirmi) manat olan "Hofman" markalı sobanı (duxovka), 2 (iki) ədəd hər birinin dəyəri 40 (qırx) manat olmaqla ümumi dəyəri 80 (səksən) manat olan Rusiya istehsalı, 40 (qırx) litr tutumlu aliminium qazanları, 2 (iki) ədəd hər birinin dəyəri 50 (əlli) manat olmaqla, ümumi dəyəri 100 (yüz) manat olan Rusiya istehsalı, 40 (qırx) litr tutumlu bitonları, 1 (bir) dəst dəyəri 120 (yüz iyirmi) manat olan "Galaxy" markalı qranit qazan dəstini qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 490 (dörd yüz doxsan) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0,590 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə qanunsuz əldə edərək üzərində saxlamış, 29 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Səttarxan küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman üzərindən yəni, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,590 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərarda göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi müvafiq Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Qərara əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm olaraq sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam olaraq sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3.-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 234.1.-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıların İİ siyahısına əsasən psixotrop maddə hesab edilən metamfetaminin miqdarı 0,15 qramdan artıq olduqda xeyli miqdar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna məhz hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, həmçinin əvvəllər dəfələrlə qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzası da daxil olmaqla müxtəlif cəzalarla məhkum olunmasına baxmayaraq cəzanın islahedici təsirindən faydalanmayaraq yenidən qəsdən cinayətlərin məcmusu qaydasında cinayət əməllərini törətməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Həmçinin, məhkəmə onu da nəzərə alır ki, təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmasına baxmayaraq yenidən qəsdən müxtəlif cinayətlər törətməklə cəmiyyətin mənafeyinə qəsd etməklə fərdi şəxsin əmlakına da ziyan vurmaqla həmin əmlakı talamış və dəymiş ziyanı ödəməmiş və buna cəhd də etməmiş, zərərçəkmiş şəxslə barışığa gəlməmişdir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Buna görə də məhkəmə maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın təyini yolu ilə cəzanın məqsədlərinə çatmağın mümkün olması qənaətinə varır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri az ağır cinayətlər kateqoriyasına daxil olduğundan ona təqsirləndirildiyi hər iki maddə üzrə ayrılıqda azadlıqdan məhrumetmə cəzası təyin edilməli, sonda CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, bu zaman təqsirləndirilən şəxsin əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və məhkumluğunun ödənilməməsini nəzərə almaqla onun əməlində cinayətlərin sadə residivinin olmasını qeyd edərək CM-nin 65.2-ci maddəsinə əsasən məhkəmə törədilmiş cinayətə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməli olması qənaətinə gəlir. CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cinayətlərin (sadə) residivi onun cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 29 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhəli olduğundan 29 oktyabr 2023-cü il tarixdə tutulmaqla faktiki olaraq azadlığı məhdudlaşdırılmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan yəni, 29 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin ediməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,540 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 32,40 (otuz iki manat qırx qəpik) manat və 50 (əlli) manat, cəmi 82,40 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə Zərərçəkmiş şəxs 4090,0 manat maddi ziyanın dəyməsi və ziyanın bugünədək ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı gələcəkdə məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək isə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu tarix olan 29 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,540 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Zərərçəkmiş şəxs ümumilikdə 4090,0 manat maddi ziyanın dəyməsi və ziyanın ödənilməmiş qalması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı gələcəkdə məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 32,40 (otuz iki manat, qırx qəpik) manat və 50 (əlli) manat, cəmi 82,40 (səksən iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-44/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-44/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver