Məhkəmə qərarları › İş №1(021)-44/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-44/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-44/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1964-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirməklə kultivasiya etmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Azərbaycan Respublikası Qanununun İİİ siyahısına əsasən 4 (dörd) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 9000 qram olan narkotik tərkibli çətənə (kannabis) bitki şitillərini qanunsuz olaraq əkib-yetişdirərək kultivasiya etmiş, 27 oktyabr 2024-cü il tarixdə, saat 15:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində kultivasiya edilmiş xeyli miqdarda yəni, 4 (dörd) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 9000 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, tək olaraq Bərdə şəhəri, Təbriz küçəsi, ev 4/8 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də yaşadığı evin həyətyanı sahəsində kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi ilə məşğul olur. Təxminən 10 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Narkotik vasitədən heç kimə təklif etməmiş və satmamışdır. 2024-cü ilin fevral ayında o, bir dəfə sürücüsünü tanımadığı və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı «Kamaz» yük markalı avtomobil ilə yaşadığı evin həyətyanı sahəsinə iri buynuzlu heyvanlara məxsus mal peyini gətizdirmişdir. Bundan sonra o, həmin peyini yaşadığı evin həyətyanı sahəsinə dağıdıb, əkin sahəsini belləmişdir. 2024-cü ilin mart ayının əvəllərində xatırlamadığı gündə məhlənin sol tərəfində 4 (dörd) ədəd narkotik tərkibli bitkinin çıxdığını görmüşdür. O, narkotik vasitə istifadə etdiyinə görə həmin 4 (dörd) ədəd narkotik tərkibli bitkini çıxardıb məhləmin sol tərəfində əkmişdir. Narkotik tərkibli bitkinin yaxşı inkişaf etməsi üçün üzərinə sellofan çəkmişdir. Bundan sonra həmin narkotik tərkibli bitkilərə vaxtı-vaxtında su tökməyə başlamışdır. Qeyd etdiyi bitkilərə xüsusi qaydada qulluq göstərməyə davam etmişdir. Bu barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. 27 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimdə şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını, həyətində narkotik vasitə əkməyində şübhəli olduğunu, bu səbəbdən yaşayış evinə və həyətyanı sahəsinə baxış keçirəcəkləri barədə məlumat vermişlər. Həmin vaxt o, polis əməkdaşlarına səmimi olaraq etiraf edib yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat vermişdir. Bundan sonra o, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçiriləcəyi barədə etirazının olmadığını bildirməyi ilə bağlı ərizəsi alınmışdır. Sonra yaşadığı evin həyətində əkib becərdiyi narkotik bitkilərini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən həmin 4 (dörd) ədəd kollar torpaqdan kök boğazından çıxarıldıqdan sonra polis əmkədaşlarının yanında gəlmiş olan aqronom Şahid1 həmin kollara baxıb bitkilərin aqrotexniki qaydada qullu edildiyini demişdir. Bundan sonra həmin nakotik tərkibli çətənə bitkiləri polis əmkədaşları tərəfindən ayrı-ayrılıqda ölçülməyə başlanılmışdır. Həmin vaxt 1-ci çətənə kolunun uzunluğu 2 metr 60 sm, 2-ci çətənə kolunun uzunluğu 1 metr 35 sm, 3-cü çətənə kolunun uzunluğu 2 metr 10 sm, 4-cü çətənə kolunun uzunluğu 2 metr 36 sm ölçüdə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən həmin 4 (dörd) ədəd çətənə kolları sintetik kisəyə qoyularaq qablaşdırılıb üzəri DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. O, əkmiş olduğu həmin narkotik vasitə olan bitki tərkibli kolları öz şəxsi istifadəsi üçün əkib becərmişdir. Həmin vaxt o, polis əməkdaşlarına qeyd olunan kollardan hər hansı şəxsə verməməyi və satmamağı barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilmiş, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Yaşadığı həyətyanı sahəyə baxış keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmış, tərtib edilmiş protokolun düzgünlüyünü o, baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Daha sonra o, polis əməkdaşları ilə polis şöbəsinə getmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulmış, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən onu üzərində olan qanunsuz əşya və ya predmetin olub olmaması soruşulmuşdur. O, şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən üzərində 051 642 99 14 saylı mobil nömrə olan 1 (bir) ədəd «Samsung Galaxy» markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bundan sonra onun əynində olan paltarlar yoxlanılmış, lakin heç bir narkotik vasitə, qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Ona məxsus olan həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bununla da onun üzərinə şəxsi axtarış keçirilməsi yekunlaşmışdır. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, həmin narkotik tərkibli çətənə bitkilərini təxminən 2024-cü ilin mart ayının əvvəllərində yaşadığı ünvanda əkmişdir. O, həmin narkotik tərkibli çətənə bitkilərini şəxsi istifadəsi üçün həyətyanı sahəsində torpağa əkmiş, həmin narkotik tərkibli kollardan özü üçün istifadə etməli olacaqdır. O, heç kimə narkotik vasitə satmamış və heç kimdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə əkməyi barədə heç kimin məlumatı olmamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılıq göstərilməmiş, hər hansı bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi fərdi yaşayış evinə baxış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» disk, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, həmin protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» disk, X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri, Şahid1 27 oktyabr 2024-cü il tarixli rəyi, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, 10 dekabr 2024-cü il tarixli «Sübutların qiymətləndirilməsi haqqında» qərarla maddi sübut qismində tanınmış xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatından qalıq qalmış 8999,84 qram narkotik tərkibli çətənə bitkiləri, əməliyyat-axtarış subyektinin həyata keçirdiyi əməliyyataxtarış tədbirlərinin məlumatı, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirmişdir ki, Bərdə şəhəri, Təbriz küçəsi, ev 4/8 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 27 oktyabr 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onun əlaqə saxlayıb Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi şübhəsi olduğunu bildirərək Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi məqsədilə dəvət edilmişdir. Buna görə də o, baxış keçirilməsində aqrotexnik kimi iştirak etmək üçün həmin gün saat 15 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Təbriz küçəsi, ev 4/8 ünvanında yerləşən fərdi yaşayış evinə getmişdir. Həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat daxil olması, buna görə də həyətyanı sahəyə videoçəkiliş vasitəsi ilə baxış keçirilməsi barədə məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkməsi barədə məlumat vermişdir. Həmin yerə baxış keçirilərkən 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərin olması aşkar edilmişdir. Tərəfindən aşkar edilən bitkilərə baxıb aqrotexniki qaydada qulluq edildiyini demişdir. Sonra polis əməkdaşları tərəfindən həmin bitkilər torpaqdan çıxarıldıqdan sonra ümumi 4 (dörd) ədəd narkotik tərkibli bitkilər ayrıayrılıqda ölçülərkən 1-ci kolun uzunluğu 2 metr 60 sm, 2-ci kolun uzunluğu 1 metr 35 sm, 3-cü kolun uzunluğu 2 metr 10 sm, 4-cü kolun uzunluğu 2 metr 36 sm ölçüdə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən həmin 4 (dörd) ədəd narkotik tərkibli bitkilər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs həmin kolları haradan əldə edilməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 2024-cü ilin fevral ayında sürücüsünü tanımadığı və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı «Kamaz» yük markalı avtomobil ilə 1 (bir) dəfə Bərdə rayonu ərazisindən iri-buynuzlu heyvanlara məxsus olan mal peyinini yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə gətizdirdiyini, həyətində torpağın üzərinə dağıtdıqdan sonra torpağı bellədiyini, 2024-cü ilin mart ayının əvvəllərində xatırlamadığı gündə 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinin əmələ gəldiyini görüb aşkar olunan yerdə şəxsi istifadəsi üçün əkib-becərdiyini, qulluq etdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını demişdir. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılması barədə polis əməkdaşı tərəfindən tərtib edilmiş protokola baxışda iştirak edən iştirakçılarlda birlikdə imza etmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixanadan polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd narkotik tərkibli çətənə kolları barədə tərəfindən Bərdə rayon polis şöbəsinə rəy verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 27 oktyabr 2024cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri saxlaması, narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən əməliyyat-axtarış təbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və onun rəhbərliyi altında Bərdə RPŞ-nin Kriminalistik Qrupunun baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 və Bərdə RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı, Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 15 radələrində Bərdə RPŞ-nin Kriminalistik Qrupunun baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 və Bərdə RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı, Şahid4, X9 İnkişaf Mərkəzinin bitkiçlik sektorunun müdiri, Şahid1 və Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Təbriz küçəsi, ev 4/8 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər. Həmin vaxt tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanıldıqdan sonra təhqiqatçı Bəhruz Nuriyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması, əkib-becərməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə tərtib edilmiş qərarla tanış edilmişdir. Bundan sonra təhqiqatçı, polis kapitanı X8 Əhmədova hüquq və vəzifələrini izah etdikdən sonra həyətyanı sahəyə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazının olubolmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirməsi səbəbi ilə ərizəsi alındıqdan sonra təhqiqatçı Bəhruz Nuriyev tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri saxlaması və əkib-becərməsi barədə şifahi sorğu etmişdir. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat vermişdir. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs göstərmiş olduğu yerə baxış keçirildikdə 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərin olması aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini 2024-cü ilin mart ayının əvvəllərində əkdiyini və qulluq etdiyini demişdir. Bundan sonra X9 İnkişaf Mərkəzinin əməkdaşı bitkiçlik sektorunun müdiri Şahid1 həmin bitkilərə baxıb aqrotexniki qaydada qullu edildiyini, diblərinin becərildiyini və bitkilərin çətənə bitkiləri olduğunu bildirmişdir. Bundan sonra həmin nakotik tərkibli çətənə bitkiləri tərəflərindən torpaqdan çıxarıldıqdan sonra ayrıayrılıqda ölçülərkən 1-ci kolun uzunluğu 2 metr 60 sm, 2-ci kolun uzunluğu 1 metr 35 sm, 3-cü kolun uzunluğu 2 metr 10 sm, 4-cü kolun uzunluğu 2 metr 36 sm ölçüdə olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Bəhruz Nuriyev tərəfindən həmin 4 (dörd) ədəd bitkilər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Tərəflərindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradan əldə etməsi barədə sorğu edilən zaman Təqsirləndirilən şəxs təxminən 10 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 2024-cü ilin fevral ayında sürücüsünü tanımadığı və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı «Kamaz» yük markalı avtomobil ilə 1 (bir) dəfə Bərdə rayonu ərazisindən iri-buynuzlu heyvanlara məxsus olan mal peyinini yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə gətizdirdiyini, həyətində torpağın üzərinə dağıtdıqdan sonra torpağı bellədiyini, 2024-cü ilin mart ayının əvvəllərində xatırlamadığı gündə 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinin əmələ gəldiyini görüb aşkar olunan istixanada şəxsi istifadəsi üçün əkib-becərdiyini, qulluq etdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həyatyanı sahəsinin digər yerlərinə və yaşadığı evə baxış keçirilsə də lakin qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı Bəhruz Nuriyev tərəfindən baxışda iştirak edən iştirakçılara baxışın keçrilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı sual daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış eçirilməsi başa çatdığı üçün tərtib edilmiş protokolun düzgünlüyünü baxışda iştirak edən iştirakçılarla birlikdə imza etmişdir. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə baxış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına təyin edilmiş müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, mənim, Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid3 və Bərdə RPŞ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı, Şahid4 iştirakı ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Bəhruz Nuriyev tərəfindən izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılması barədə hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd «Samsung Galaxy» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərindən qeyd olunan mobil telefondan başqa digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş 1 (bir) ədəd «Samsung Galaxy» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı Bəhruz Nuriyev tərəfindən qablaşdırılıb götürülmüşdür. Daha sonra təhqiqatçı Bəhruz Nuriyev tərəfindən Təqsirləndirilən şəxs və baxışda iştirak edən iştirakçılara baxışın keçirilməsi ilə əlaqədar hər hansı bir sualın olub-olmaması barədə sorğu edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən hər hansı sual daxil olmamışdır. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərini haradan və necə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Lakin Təqsirləndirilən şəxs deməsinə əsasən, təxminən 10 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan mütəmadi olaraq siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etdiyini, 2024-cü ilin fevral ayında sürücüsünü tanımadığı və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı «Kamaz» yük markalı avtomobil ilə 1 (bir) dəfə Bərdə rayonu ərazisindən iri-buynuzlu heyvanlara məxsus olan mal peyinini yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə gətizdirdiyini, həyətində torpağın üzərinə dağıtdıqdan sonra torpağı bellədiyini, 2024-cü ilin mart ayının əvvəllərində xatırlamadığı gündə 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərinin əmələ gəldiyini görüb şəxsi istifadəsi üçün aşkar olunan yerdə əkib-becərdiyini, qulluq etdiyini, hər hansı bir şəxsə vermədiyini və satmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin polis əməkdaşları Şahid3 və Şahid4 eyni məzmunlu ifadə verərək Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 28 oktyabr 2024-cü il tarixli cinayət işi başlanması və aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 28 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 6-61-cı vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 27 oktyabr 2024-cü il tarixdə, saat 15:50 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkib-becərilməsində şübhəli bilinən ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində kultivasiya edilmiş xeyli miqdarda yəni, 4 (yeddi) ədəd ümumi təmiz çəkisi yaş vəziyyətdə 9000 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 25-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 77-78-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 95-96-cı vərəqələrində olan 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 74-75-cı vərəqələrində olan canlı şəxsin ekspertizası haqqında 863 nömrəli xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 53-cü vərəqələrində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri, Şahid1 xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bərdə şəhəri, Təbriz küçəsi, ev 4/8 ünvanında Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə əkilmiş 4 (dörd) ədəd narkotik tərkibli çətənə kolu aşkar edilmişdir. Baxış keçirilən zaman əkilmiş 4 (dörd) ədəd çətənə koluna aqrotexniki qaydalara uyğun qulluq olunması müəyyən edilmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 863 nömrəli xx.xx.2024-cü il tarixli Ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 21-24-cü vərəqələrində olan «baxış və götürmə haqqında» 27 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, Təbriz küçəsi, ev 4/8 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində ümumilikdə 4 (dörd) ədəd narkotik tərkibli çətənə bitkilərin olması, həmin nakotik tərkibli çətənə bitkilərin torpaqdan çıxarılması, ayrı-ayrılıqda ölçülərkən 1-ci kolun uzunluğu 2 metr 60 sm, 2-ci kolun uzunluğu 1 metr 35 sm, 3-cü kolun uzunluğu 2 metr 10 sm, 4-cü kolun uzunluğu 2 metr 36 sm ölçüdə olması müəyyən edilmiş və həmin narkotik tərkibli çətənə bitkiləri götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01 (bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan «diskə baxış keçirilməsi haqqında» 28 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 36 dəqiqə 37 saniyə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixdə yaşadığı Bərdə şəhəri, Təbriz küçəsi, ev 4/8 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən yaşadığı evin həyətyanı sahəsindən ümumilikdə 04 (dörd) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülməsi öz əksini tapmışdır. Cinayət işinin 57-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 28 oktyabr 2024-cü il tarixli 16/1042 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan istixanadan aşkar edilmiş 4 (dörd) ədəd narkotik tərkibli kannabisə bənzər kollar» sözləri və imzalar olan sintetik kisə bağlamadakı ümumi sayı 4 (dörd) ədəd, ümumi təmiz çəkisi-9000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir, tərkiblərinə görə eynidir. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Çətənə bitkisi 4 ədəd, ümumi təmiz çəkisi-9000 qram, tədqiqata istifadə olundu cəmi-0,16 qram (hər birindən 0,04 qr) qalıq-8999,84 qram. (Aparılmış tədqiqatın dəyəri 60.80 manat təşkil edir) Cinayət işinin 131-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2024-cü il tarixli, 1967 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 111-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X6 daxil olmuş 07 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs «Bərdə RMX» PHŞ-in Polilinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 134-135-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 10 dekabr 2024-cü il tarixli, 5069 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Təbriz küçəsi, ev 4/8 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 136-147-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 4 (dörd) ədəd ümumi qalıq təmiz çəkisi 8999,84 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olmuş narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına verilmişdir. Həmçinin cinayət işində olan təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, fərdi yaşayış evinə baxış və götürmə keçirilməsi haqqında protokolu, həmin protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» disk, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, həmin protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» disk, X9 İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri, Şahid1 27 oktyabr 2024-cü il tarixli rəyi, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri cinayət işi üzrə sübut növü kimi tanınıb qiymətləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. 29 Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 29 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 29 oktyabr 2024-cü il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 60.80 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 8999,84 qram narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixindən 29 oktyabr 2024-cü il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 8999,84 qram narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60.80 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar