Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-45/2021 10.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Bərdə rayonu Hacallı kəndində anadan оlmuş, Аzərbaycan Respublikası vətəndaşı, оrtа təhsilli, evli, işləməyən, 27.06.2013-cü ildə Tərtər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27 dekabr 2013-cü il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd kibrit qutusunda, 2 (iki) ədəd bənövşəyi rəngli kağız bükümlərdə və 2 (iki) ədəd üzəri yazılı kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,114 qram, 0,319 qram, 0,126 qram, 0,214 qram, 0,243 qram ümumi təmiz çəkisi 4,016 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd “Vant” adlı qara rəngli siqaret qutusunun içərisində 2 (iki) ədəd bənövşəyi rəngli ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,041 qram, ümumi təmiz çəkisi 0,109 qram maddələr olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 6 (altı) ədəd qara rəngli, 5 (beş) ədəd “gümüşü” rəngli və 2 (iki) ədəd bənövşəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,069 qram, 0,059 qram, 0,072 qram, 0,67 qram, 0,057 qram, 0,061 qram, 0,075 qram, 0,053 qram, 0,058 qram, 0,054 qram, 0,078 qram, 0,079 qram, ümumi təmiz çəkisi 0,853 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, həmin narkotik vasitə olan qurudulmuş marixuananı, heroini və psixtrop maddə olan metamfetamini əynində olan qara rəngli şalvarının sol yan cibinə kibrit qutusunda və siqaret qutusunun içərisində olmaqla cəmi 20 ədəd xırda kağız bükümlərə büküb qoyaraq tamah niyyəti ilə və satış məqsədi ilə saxlayıb daşımış, 19.10.2020-ci il tarixdə saat 22-20 radələrində idarə etdiyi VAZ- 2106 markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri Bakı küçəsi ilə hərəkətdə olmaqla fövqaladə vəziyyət saatı qaydalarını pozduğundan, həmin yol sahəsində xidmət aparan Bərdə RPŞ-nin DYPB-nin YPX inspektorları tərəfindən avtomobili saxlanılıb, avtomobillə birlikdə Bərdə RPŞ-nə gətirilib şübhəli şəxs qismində tutularaq üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılarkən üzərindən, yəni əynində olan qara rəngli şalvarının sol yan cibindən tamah niyyəti və satış məqsədi ilə əldə edib saxlayaraq daşıdığı həmin narkotik vasitələr: qurudulmuş marixuana, heroin və psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. 2013-cü ildə Tərtər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum edilmişdir. 19 oktyabr 2020-ci il tarixdə saat 22:20 radələrində idarə etdiyi “VAZ-2106” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri Bakı küçəsi ilə şəhər mərkəzinə doğru hərəkətdə olarkən avtomobili Bərdə rayon polis şöbəsinin Yol Patrul Xidmətinin Rəşad və digər iki nəfər əməkdaşı tərəfindən saxlanılmışdır. O, idarə etdiyi avtomobili yolun kənarında saxladıqdan sonra polis əməkdaşları ondan nə üçün komendant saatının qaydalarını pozduğunu soruşmuş və saat 21:00-dan sonra küçədə hərəkətin qadağan edildiyini bildirmişlər. Həmin vaxt o, həyəcanlı olduğundan polis əməkdaşlarına narkotik vasitə aludəçisi olduğunu və üzərində narkotik vasitə saxladığını demişdir. Buna görə də polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə aparacaqlarını və orada üzərində şəxsi axtarış həyat keçiriləcəyini söyləmişlər. O da buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində narkotik vasitə və ya hər hansı digər qanunsuz əşya və ya predmet varsa, çıxarıb könüllü surətdə stolun üzərinə qoymaq təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu və içərisində 19 ədəd kağız büküm olan 1 ədəd siqaret qutusunu könüllü surətdə stolun üzərinə qoymuşdur. Bundan sonra o, polis əməkdaşlarına qutuların içərisində narkotik vasitə olduğunu və həmin narkotik vasitələri guya Bakı şəhəri Binə qəsəbəsi ərazisində tanımadığı bir nəfər şəxsdən aldığını demişdir. Əslində isə həmin narkotik vasitələri 11 oktyabr 2020-ci il tarixdə təxminən saat 17:00 radələrində Bərdə şəhəri ərazisində yerləşən “Köhnə avtovağzal” deyilən yerin arxa tərəfindən keçən Tərtər çayının sahilində gəzərkən tapmışdır. O, həmin şəxsdən kibrit və siqaret qutularındakı narkotik vasitəni və “şüşə” adlandırılan psixotrop maddəni alıb Bərdə rayonuna qayıtmışdır. Daha sonra yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetamini ayrı-ayrılıqda kağız bükümlərə büküb qablaşdırmış və həm özünün şəxsi istifadəsi, həm də satmaq məqsədilə siqaret qutusunun içərisinə yığmışdır. Narkotik vasitələri satmaq fikri ilə öz üzərində gəzdirsə də, faktiki olaraq hər hansı şəxsə narkotik vasitə satmamışdır. Bundan sonra polis əməkdaşları onun üzərindən aşkarlanmış narkotik vasitələri elektron tərəzidə çəkmiş, həmin bükümləri hansı halda aşkar etmişdilərsə, elə həmin halda qablaşdırmaqla götürmüş və kağız paketin içərisinə qoymuşlar. O, digər iştirakçılar ilə birlikdə həmin kağız paketin üzərinə imza icra etmiş və polis əməkdaşları paketin üzərinə möhür vurmuşlar. Daha sonra polis şöbəsində onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış keçirilsə də, avtomobildən qanunsuz heç bir şey aşkar edilməmişdir. Onun məqsədi satış olmamışdır, istifadə etdiyi üçün bükümlərə yığmışdır. Əməlindən peşmançılıq çəkdiyini bildirdi. Təqsirləndirilən şəxs oğlunun təqsirli olması şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstədi ki, Bərdə rayon polis şöbəsinin X6 X4 Xidmətinin inspektoru işləyir, polis baş serjantı rütbəsindədir. 19 oktyabr 2020-ci il tarixdə saat 22:30 radələrində Bərdə rayon polis şöbəsinin X6 X4 Xidmətinin inspektorları Səbuhi Salmanov və Qalib Bayramov ilə birlikdə Bərdə şəhəri Bakı küçəsində xidmətdə olarkən “VAZ-2106” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ölkə ərazisində elan edilən hərbi vəziyyət rejimini pozduğu üçün saxlamışlar. Yoxlama zamanı ad və soyadının Təqsirləndirilən şəxs olmasını öyrəndiyi sürücü narkotik vasitə aludəçisi olduğunu və idarə etdiyi avtomobildə narkotik vasitə saxlamasını bildirdiyindən tərəflərindən saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Daha sonra o, digər inspektorlar ilə birlikdə şəxsin polis şöbəsinə gətirilməsi ilə bağlı raport yazmışdır. Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında ondan başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Bərdə rayon polis şöbəsinin Ekspertiza və Kriminalistika Qrupunun baş inspektoru Şahid2 və Bərdə rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 da iştirak etmişlər. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə məlumat verilərək üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindəki əşya və predmetləri könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusu və 1 ədəd kibrit qutusu çıxarıb könüllü şəkildə təqdim etmiş və qutuların içərisində narkotik vasitə olduğunu demişdir. Əvvəlcə, kibrit qutusu iştirakçıların yanında açılmış və içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Həmin kütlə elektron tərəzidə çəkilən zaman qutu ilə birlikdə çəkisinin 6,14 qrama bərabər olduğu müəyyənləşmişdir. Bundan sonra siqaret qutusu iştirakçıların yanında açılmış və içərisindən 19 ədəd ağ, gümüşü və tünd göy rəngli kağız bükümlər aşkarlanmışdır. Həmin kağız bükümlər ardıcıl surətdə açılaraq hər biri növbə ilə elektron tərəzidə çəkilmişdir. Bu zaman qeyd olunan bükümlərdən 4-nün içərisində narkotik vasitə hesab olunan marixuanaya, 2-nin içərisində heroinə, 13-nün içərisində isə metamfetaminə bənzər kütlələrin olması müəyyənləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış davam etdirilmişdir. Ancaq həmin şəxsin üzərindən başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlələrdən heroinə bənzər olanlarını istifadə etmək, digərlərini isə borcu ilə əlaqədar satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı aşkarlanmış kibrit qutusu və siqaret qutusu içərisindəki bükümlər müvafiq qaydada qablaşdırılmaqla zərfə qoyulmuş və zərfin üzəri möhürlənmişdir. O, bu barədə tərtib edilən şəxsi axtarış və götürmə barədə protokolu adlarını qeyd etdiyi digər iştirakçılar ilə birlikdə imzalamışdır. Bundan başqa o, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin 11 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsi ərazisində tanımadığı şəxs tərəfindən ona satıb borcunu ödəməsi üçün verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin Ekspertiza və Kriminalistika Qrupunun baş inspektoru işləyir, polis baş leytenantı rütbəsindədir. 19 oktyabr 2020-ci il tarixdə saat 22:30 radələrində Bərdə rayon polis şöbəsinin X6 X4 Xidmətinin inspektorları polis baş serjantı Şahid1, Səbuhi Salmanov və X5 şəhəri F.B.Köçərli küçəsi ev 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “VAZ-2106” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması şübhəsi olduğuna görə həmin avtomobil ilə birlikdə Bərdə rayon polis şöbəsinə gətirmişlər. Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında ondan başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Bərdə rayon polis şöbəsinin X6 X4 Xidmətinin inspektoru Şahid1 və Bərdə rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid3 da iştirak etmişlər. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə məlumat verilərək üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindəki əşya və predmetləri könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusu və 1 ədəd kibrit qutusu çıxarıb könüllü şəkildə təqdim etmiş və qutuların içərisində narkotik vasitə olduğunu demişdir. Əvvəlcə, kibrit qutusu iştirakçıların yanında açılmış və içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Həmin kütlə elektron tərəzidə çəkilən zaman qutu ilə birlikdə çəkisinin 6,14 qrama bərabər olduğu müəyyənləşmişdir. Bundan sonra siqaret qutusu iştirakçıların yanında açılmış və içərisindən 19 ədəd ağ, gümüşü və tünd göy rəngli kağız bükümlər aşkarlanmışdır. Həmin kağız bükümlər ardıcıl surətdə açılaraq hər biri növbə ilə elektron tərəzidə çəkilmişdir. Bu zaman qeyd olunan bükümlərdən 4-nün içərisində narkotik vasitə hesab olunan marixuanaya, 2-nin içərisində heroinə, 13-nün içərisində isə metamfetaminə bənzər kütlələrin olması müəyyənləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış davam etdirilmişdir. Ancaq həmin şəxsin üzərindən başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlələrdən heroinə bənzər olanlarını istifadə etmək, digərlərini isə borcu ilə əlaqədar satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı aşkarlanmış kibrit qutusu və siqaret qutusunun içərisindəki bükümlər müvafiq qaydada qablaşdırılmaqla zərfə qoyularaq üzəri möhürlənmişdir. O, bu barədə tərtib edilən şəxsi axtarış və götürmə barədə protokolu adlarını qeyd etdiyi digər iştirakçılar ilə birlikdə imzalamışdır. Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə saxlaması şübhəsi olduğu üçün şəxsə idarə etdiyi “VAZ-2106” markalı avtomobilə də baxış keçiriləcəyi barədə məlumat verilmiş və baxış keçirilməsində iştirak etmələri üçün iki nəfər hal şahidi dəvət olunmuşdur. Hal şahidlərinə hüquq və vəzifələri elan edildikdən sonra Təqsirləndirilən şəxs baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə heç bir etirazının olmadığını demişdir. Bunun ardınca Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edilmişdir. Daha sonra onun, müdafiəçinin və hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilən avtomobilin xarici örtüyü ağ rəngdə olmaqla saz vəziyyətdə olmuşdur. Əvvəlcə, avtomobilin qapısı açılaraq salondakı oturacaqlara və döşəmə hissəsinə, ardınca isə yük yerinə baxış keçirilmişdir. Ancaq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qeyd olunan hissələrindən hər hansı şübhə doğuran əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilində dövriyyəsi qadağan edilmiş hər hansı narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması sual verilmişdir. Həmin şəxs isə cavabında üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrdən başqa avtomobildə bu qəbildən olan heç bir şeyin olmadığını söyləmişdir. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslər ilə birlikdə həmin protokolu imzalamışdır. Bundan başqa o, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin 11 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsi ərazisində tanımadığı şəxs tərəfindən ona satıb borcunu ödəməsi üçün verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili işləyir, polis mayoru rütbəsindədir. 19 oktyabr 2020-ci il tarixdə saat 22:30 radələrində Bərdə rayon polis şöbəsinin X6 X4 Xidmətinin inspektorları polis baş serjantı Şahid1, Səbuhi Salmanov və X5 şəhəri F.B.Köçərli küçəsi ev 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi “VAZ-2106” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə saxlaması şübhəsi olduğuna görə həmin avtomobil ilə birlikdə Bərdə rayon polis şöbəsinə gətirmişlər. Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında ondan başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Bərdə rayon polis şöbəsinin X6 X4 Xidmətinin inspektoru Şahid1 və Bərdə rayon polis şöbəsinin Ekspertiza və Kriminalistika Qrupunun baş inspektoru Şahid2 da iştirak etmişlər. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə məlumat verilərək üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindəki əşya və predmetləri könüllü şəkildə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusu və 1 ədəd kibrit qutusu çıxarıb könüllü şəkildə təqdim etmiş və qutuların içərisində narkotik vasitə olduğunu demişdir. Əvvəlcə, kibrit qutusu iştirakçıların yanında açılmış və içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkarlanmışdır. Həmin kütlə elektron tərəzidə çəkilən zaman qutu ilə birlikdə çəkisinin 6,14 qrama bərabər olduğu müəyyənləşmişdir. Bundan sonra siqaret qutusu iştirakçıların yanında açılmış və içərisindən 19 ədəd ağ, gümüşü və tünd göy rəngli kağız bükümlər aşkarlanmışdır. Həmin kağız bükümlər ardıcıl surətdə açılaraq hər biri növbə ilə elektron tərəzidə çəkilmişdir. Bu zaman qeyd olunan bükümlərdən 4-nün içərisində narkotik vasitə hesab olunan marixuanaya, 2-nin içərisində heroinə, 13-nün içərisində isə metamfetaminə bənzər kütlələrin olması müəyyənləşmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış davam etdirilmişdir. Ancaq həmin şəxsin üzərindən başqa heç bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlələrdən heroinə bənzər olanlarını istifadə etmək, digərlərini isə borcu ilə əlaqədar satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı aşkarlanmış kibrit qutusu və siqaret qutusunun içərisindəki bükümlər müvafiq qaydada qablaşdırılmaqla zərfə qoyularaq üzəri möhürlənmişdir. O, bu barədə tərtib edilən şəxsi axtarış və götürmə barədə protokolu adlarını qeyd etdiyi digər iştirakçılar ilə birlikdə imzalamışdır. Bundan başqa o, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin 11 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsi ərazisində tanımadığı şəxs tərəfindən ona satıb borcunu ödəməsi üçün verildiyini bildirmişdir. Cinayət işinin 8-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 19 oktyabr 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən 19 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 46-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, 21 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunaraq təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 4(021)85/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 142-144-cü vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 4(021)3/2021 saylı 14 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıma müddəti 19 mart 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 38-40-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli 16/719 nömrəli rəydə göstərilir: tədqiqаtа təqdim оlunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr...” sözləri və imzalar olan kağız paketdəki 1 (üç) ədəd kibrit qutusunda, 2 (iki) ədəd bənövşəyi rəngli kağız bükümlərdə və 2 (iki) ədəd üzəri yazılı kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,114 qram, 0,319 qram, 0,126 qram, 0,214 qram, 0,243 qram, ümumi təmiz çəkisi 4,016 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 1 (bir) ədəd “Want” adlı qara rəngli siqaret qutusunun içərisində, 2 (iki) ədəd bənövşəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,068 qram, 0,041 qram, ümumi təmiz çəkisi 0,109 qram maddələr kustar üsulla hazırlanmış narkotik maddə - heroindir. 6 (altı) ədəd qara rəngli, 5 (beş) ədəd “gümüşü” rəngli və 2 (iki) ədəd bənövşəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,071 qram, 0,069 qram, 0,059 qram, 0,072 qram, 0,067 qram, 0,057 qram, 0,061 qram, 0,075 qram, 0,053 qram, 0,058 qram, 0,054 qram, 0,078 qram, 0,079 qram, ümumi təmiz çəkisi 0,853 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin 145-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkaloji Dispanserinin 06.01.2021-ci il tarixli 12 saylı rəyindən göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kanoobinoidlərdən epozodik istifadə edir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 83-88-ci vərəqələrində olan Tərtər rayon Məhkəməsinin 1(61)56/2013 saylı 27.06.2013-cü il tarixli Hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum edilmişdir. Cinayət işinin 126-127-ci vərəqələrində olan Suraxanı Rayon Məhkəməsinin 27.12.2013-cü il tarixli 7(010)483/2013 saylı qərarından görünür ki, Tərtər rayon məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasının sonu 01.05.2014-cü il tarixə düşən məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilmməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər rayon məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum edilmiş, 27 dekabr 2013-cü il tarixdə Suraxanı rayon məhkəməsinin qərarı ilə 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 147-156-cı vərəqələrində olan 16 yanvar 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3.766 qram olan narkotik vasitə -qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0.069 qram olan narkotik vasitə - heroin və ümüumi təmiz çəkisi 0.593 qram olan psixotrop maddə- metamfetamin maddi sübut kimi tanınıb saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinə maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 66-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.10.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu qonşularla yaxşı münasibətdə olan, spirtli içki içməyən, narkotikaya meyilli olmayan kimi xarakterizə olunmuşdur. Cinayət işinin 71-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 790 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində 20.05.2013-cü il tarixdən dispanser qeydiyyatındadır. Cinayət işinin 72-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 768 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlu oğluna cəza təyin edərkən əməlindən peşman olmasını, gənc olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 19 oktyabr 2020ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 21 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 21 oktyabr 2020- ci il tarixdə barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, 14 yanvar 2021-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri 19 mart 2021-ci il tarixədək uzadılmışdır. Ona görə də, cəzasının əvvəli 19 oktyabr 2020-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN (otuz iki manat qırx qəpik) Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan təmiz çəkisi 3.766 qram olan narkotik vasitə -qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0.069 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0.593 qram olan psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan təmiz çəkisi 3.766 qram olan narkotik vasitə -qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0.069 qram olan narkotik vasitə - heroin və ümumi təmiz çəkisi 0.593 qram olan psixotrop maddəmetamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-45/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-45/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver