Məhkəmə qərarları › İş №1(021)-45/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-45/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-45/2022 16.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafəçi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 17.01.2019-ci il tarixli hökmünə əsasən Azərbaycan Repsublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 7 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 17.01.2019-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 7 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 3 (üç) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 20.08.2020-ci ildə cazasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Ağdam şəhər ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 1.575 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə qanunsuz əldə edərək üzərində saxlamış, 17 avqust 2021-ci il tarixdə saat 23:10 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Gərənə kəndində «Kristal» yanacaqdoldurma məntəqəsinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə, təmiz çəkisi 1.575 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Narkotik maddələrin aludəçisi olduğu təxminən 10 il ərzində narkotik vasitə və psixotrop maddə maddələrdən qəbul etmişdir. 2021-ci ilin avqust ayının əvvəllərində iş axtarmaq üçün Bakı şəhərinə getmiş, iki gün Bakı şəhərində iş tapmadığı üçün Bakı şəhəri Nəsimi rayonunda yerləşən dəmiryol vağzalından qatarla Bərdəyə qayıtmış, qatara minməmişdən əvvəl dəmiryol relslərinin yaxınlığında siqarət çəkən zaman yerdə sellofan büküm görmüş, bükümü yerdən götürüb içərisinə baxdıqda heroin olduğbunu görmüş və özü narkotik vasitə istifadə etdiyi üçün həmin heroini şəxsi istifadəsi üçün saxlamaq qərarına gəlmiş, həmin bükümü əynindəki şalvarın sağ yan cibinə qoymuş, 17 avqust 2021-ci il tarixdə saat 23.10 radələrində piyada yaşadığı ünvandan çıxıb, Bərdə şəhəri istiqamətində hərəkət edərkən Bərdə rayonu Gərənə kəndində yerləşən «Kristal» yanacaqdoldurma məntəqəsinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə saxlamağı barədə məlumat olduğunu bildirib, Bərdə RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində ona hüquq vəzifələri izah olunduqdan sonra vəkil X5 təqdim edilmiş, narkotik vasitələrin qanunsuz saxlamağında şübhəli olunduğu bildirildikdən sonra video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, ona könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi bildirilmiş, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofana bükülmüş heroini masaya qoyub, kakos olduğunu demiş, həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 1.8 qram olması müəyyən olunduqdan sonra həmin bükülü zərfə qoyularaq möhürlənmiş, zərfin üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, özü də imza etmiş, narkotik vasitə olan heroini Bakı şəhəri Nəsimi rayonunda yerləşən dəmiryolu vağzalının yaxınlığından 2021-ci ilin avqust ayının əvvəllərində tapdığını və şəxsi istifadəsi üçün saxladığımı bildirmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, üzərindlə aşkar olunan narkotik vasitəni özü qəbul etmək məqsədi ilə saxladığını, narkotik maddə satmadığını, heç kimə vermədiyini, üzərində narkotik maddə saxlaması barədə heç kimə heç nə demədiyini, üstündə narkotik vasitə olduğundan ailə üzvlərindən heç kimin məlumatı olmadığını bildirmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərdi ki, o, 1992-cü il tarixdən DİO-da, 2021-ci ilin avqust ayından Bərdə RPŞ-nin CABnin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs Aydın oğlunu tutulanadək tanımamış, heç bir münasibətləri yoxdur. 17 avqust 2021-ci il tarixdə Bərdə rayonu 866 saylı yeni qəsəbə bina 11 mənzilə 48-də yaşayan Təqsirləndirilən şəxs Aydın oğlunun qanunsuz olaraq narkotik vasitəni istifadə etməsi və üzərində gəzdirməsi barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuş, Bərdə RPŞ-nin narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili polis leytenantı Şahid1la birlikdə 17.08.2021ci il tarixdə gecə saat 23.10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Aydın oğlunu Bərdə rayon Gərənə kəndində yerləşən “Kristal” yanacaqdoldurma məntəqəsinin yaxınlığında müəyyən edib, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən video çəkiliş vasitəsilə hüquq və vəzifələri izah edilərək vəkil təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, deyri qanunu nə kimi əşya varsa əşyaları təqdim etməsini bildirilmiş, Rövşən əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bukumu çıxardaraq təqdim etmiş və bildirmişdir ki, kokosdur. Üstündə əlavə qeyri qanunu əşya, narkotik maddə olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, başqa qeyri-qanuni əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar olunmuş sellofanda olan büküm elektron tərəzidə çıkilmiş, dəqiq neçə qram olması yadında qalmamış, qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Rövşən özü də imza etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs narkotik maddə qəbul etdiyi, narkotik maddə aludəçisi olduğunu, üstündə aşkar olunan narkotik vasitə olan heroini tutulmamışdan bir neçə cün əvvəl Bakı şəhərindən dəmir yolu xəttinin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs heroini hər hənsı bir şəxsdən alması öz təsdiqini tapmamış, saxlanınlıb polis şöbəsinə gətiriləndə onun yanında heç kim olmamış, tək olmuş, Təqsirləndirilən şəxs narkotik maddə satması xüsusatı tərəflərindən yoxlanılmış, lakin təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, eləcə də satış məqsədi ilə əldə etməsi, kiməsə satıbsatmaması, cinayəti hər hansı bir şəxslə törətməsi, digər cinayətlərdə iştirak etməsi əməliyyat yolu ilə yoxlanılmış, lakin öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik maddələrin aludəçisi olduğuna görə öz şəxsi istifadəsi üçün üstündə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2017-ci il tarixdən DİO-da, həmin tarixdən Bərdə rayon polis şöbəsinin X1 baş inspektoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tutulanadək tanımamış, heç bir münasibətləri yoxdur. 17 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə istifadə etməsi və üzərində gəzdirməsi barədə Bərdə rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid3 və Bərdə rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili polis leytenantı Şahid1 tərəfindən Rövşənin olduğu yer 17.08.2021-ci il tarixdə saat 23.10 radələrində müəyyən edilərək Bərdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində təhqiqatçı tərəfindən Rövşənə hüquq vəzifələri izah edilmiş, videoçəkilişdən istifadə edilmiş, videoçəkilişi o aparırmışdır. Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, təhqiqatçı ona polis şöbəsinə hansı səbəbə görə gətirildiyini, narkotik maddələrin qanunsuz gəzdirməsində və istifadəsində şübhəli olduğunu bildirmiş, hüquq və vəzifələri video çəkilişdən istifadə edilməklə izah edilmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan nə kimi qanunsuz əşya varsa təqdim etməyi təklif edilmiş, Rövşən əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd sellofan bukumu çıxardaraq təqdim etmiş, bildirmişdir ki, koksdur. Üstündə qeyri qanunu başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Rövşənin üzərində şəxsi axtarış aparılacağını bildirmiş, Rövşən etiraz etməmiş, Rövşənin üzərində özünün razılığı ilə şəxsi axtarış aparılmış, narkotok maddə yaxud başqa qeyri-qanuni əşya aşkar olunmamış, Rövşənin üstündə aşkar olunmuş bir ədəd bükülü vəziyyətdə olan sellofandakı maddə elektron tərəzidə çıkilmiş, neçə qram olması dəqiq yadında qalmamış, təhqiqatçı tərəfindən zərfə qoyqlaraq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Rövşən özü də imza etmiş, sorğu zamanı Rövşən narkotik maddə aludəçisi olduğunu, üstündə olan kokosu tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərində dəmir yolu xəttinin yanından tapdığını, özü istifadə etmək üçün saxladğını bildirmişdir. Şəxsi axtarış və götürmə hərəkəti bitdikdən sonra tərəfindən çəkilmiş video görüntülər olan bir ədəd DVD disk təhqiqatçıya təqdim edilmiş, təhqiqatçı təqdim etdiyi bir ədəd DVD diski bu barədə tərtib etdiyi protokola əlavə etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Bərdə RPŞ-nin narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili polis leytenantı Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verilməsi elan olundu. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 17 avqust 2021-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 50-51-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 61-62-ci vərəqələrində olan 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin MSY-ən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin məhkəmə-bioloji ekspertizasının 18 avqust 2021-ci il tarixli 16/860 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinə bənzər maddə..» sözlər və imzalar olan zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,575 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 86-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 11.01.2022-ci il tarixli 35 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 127-131-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli 1(021)147/2013 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 132-137-ci vərəqələrində olan Ağcabədi Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 1(017)04/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 07 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 125-126-cı vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 7(021)17/2020 saylı qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 1(017)04/2019 saylı 17 yanvar 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 7 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 06 (altı) ay 11 (on bir) günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 3(üç) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 117-119-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Xalq Məhkəməsinin 13.03.1997-ci il tarixli hökmü ilə CM-nin 83-cü maddəsinin 3-cü hissəsi, 23- 1-ci maddəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 03 il azadlıqdan şərti məhkum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 09.10.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23.05.2007-ci il tarixli qərarı ilə CM-nin 77-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 07 ay 19 gün hissəsi azadlığın məhdudlaşdılması cəzası ilə əvəz edilmiş, 12.01.2008-ci ildə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin 19.11.2008-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 13.04.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 03 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuş, Bərdə Rayon Məhkəməsinin 04.12.2013-cü il tarixli hökmü ilə CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19.03.2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, Ağcabədi Rayon Məhkəməsinin 17.01.2019-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 01 il 7 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bərdə Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 17.01.2019-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 3 (üç) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 20.08.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 115-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş 17 saylı 11.01.2022-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 116-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş 18 saylı 11.01.2022-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər Poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 89-cu vərəqəsində olan Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 138-145-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 12.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1.575 qram maddə narkotik vasitə heroin tədqiqat prosesində tədqiqata 0, 05 qram sərf olunduğundan qalıq olaraq 1.525 qram heroin maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğun ödənilməməsini, şəxsiyyətini- əvvəllər dəfələrlə cinayət törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Yəni, Nağıyev X3 Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli 1(017)04/2019 saylı hökmü ilə CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 01 il 07 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 17.01.2019-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 3 (üç) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 20.08.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan cinayəti 17 avqust 2021-ci il tarixdə, 1 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 19 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı iki gün müddət -17 avqust 2021-ci il il tarixdən 19 avqust 2021-ci il tarixədək olan müddət nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm elan olunduğu andan ləğv olunmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalıdır. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Həmçinin ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1.525 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 17 avqust 2021-ci il tarixindən 19 avqust 2021-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 16 fevral 2022- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 1,525 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlu ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar