Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-45/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, Xəqani küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamin əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 1(bir) ədəd «gümüşü» rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,196 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, 08 oktyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 13:20 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın arxa sol cibindən 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümün içərisindəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,196 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, arabir fəhləlik edib çörək pulu qazanır. O, 1991-ci ildə Pambıq zavodunda işləyərkən mənimsəmə cinayətinə görə tutulmuş, bir il həbsdə olduqdan sonra Ali Məhkəmənin qərarı ilə buraxılmış, həmin vaxtdan hal-hazıradək heç bir cinayət əməli olmamışdır. O, 1991-ci ildə X5 ilə ailə həyatı qurmuş, birgə rəsmi nigahlarından 2 övladları, oğlu Rəşad və qızı Solmaz olmuşdur, qızı Solmaz ailə qurub ayrı yaşayır, Rəşad da anası Gülnarə ilə birlikdə Bakı şəhərində yaşayır. O, Gülnarə ilə 2017-ci ilə ailələrində yaranan narazılığa görə rəsmi qaydada boşanmış, amma buna baxmayaraq çox vaxt bir yerdə olurlar, o, Bakı şəhərinə gedib-gəlir, ünvan 2 ünvanında da yaşayır. O, təxminən bir ilə yaxındır ki, psixotrop maddənin metamfetamin növündən arabir istifadə edir. Təxminən bir ay bundan əvvəl Bakı şəhərində Avtovağzalda olarkən avtovağzalda yolun kənarından bir bükülü tapmış, həmin bükülünü açanda içərisində istifadə etdiyi üçün tanıdığı metamfetamin olduğunu görmüş, özü də həmin metamfetamindən istifadə etmiş, üzərində saxlamışdır. 08 oktyabr 2022-ci il tarixdə saat 12:30 radələrində Bərdə şəhərində yaşadığı evdən çıxıb ərzaq bazarı tərəfə gedəndə tanımadığı bir neçə mülki geyimdə şəxslər onu saxlamışlar, özlərini Bərdə rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim edib onu Bərdə rayon PŞ-nə dəvət etmişlər. Bərdə rayon PŞ-də ona hüquq və vəzifələri izah edilmiş, ona müdafiəçi tutmaq hüququ izah edilmiş, ona özünün istəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən vəkil X8 təqdim etmişlər, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona üzərində hər hansı bir narkotik vasitə , psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmadığını soruşulmüş, o üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynindəki şalvarın arxa sol cibində saxladığı psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Onun və vəkilinin iştirakı ilə həmin kütləyə baxış keçirilmiş, həmin kütlə gümüşü rəngli kağızın içərisində şəffaf polietilen bükümdə olmuş, həmin büküm aptek tərəzisində çəkilmiş, bükülü ilə birlikdə çəkisi 0,24 qram olmuşdur. Həmin bükümü o, Bakı şəhəri Avtovağzalından tapmağını, özünün istifadəsi üçün üzərində saxlamağını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlə onun və vəkilinin, digər iştirakçıların gözü qarşısında zərfə qoyulub qablaşdırılmış, imza etmiş, zərfin üzəri möhürlə möhürlənib götürülmüş, bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə təstiq etmiş, bu barədə də izahat vermişdir. Bir daha bildirmişdir ki, üzərində aşkar edilmiş metamfetamin ona məxsusdur, özünün istifadəsi üçün saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmişdir, psixotrop maddə qəbul etməyini heç kim bilmir, xəlvət qəbul edir. Heç kimə psixotrop maddədən satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmişdir, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüşlər, kənar şəxslər bunu görməmişlər, vəkili Elmir Cəfərovdan başqa həmin halı kimsə də görməmişdir. Polislər də onu saxlayanda tək olmuşdur, yanında heç kəs olmamışdır, bunu da kənar şəxslərdən görən olmamışdır. O, əvvəl də psixotrop maddəni tapmış, bir də lap əvvəllər tanımadığı şəxsdən bir neçə dəfə almış, həmin şəxsləri də tanımır, yadında qalmamışdır. Onun istifadəsində mobil nömrəsi ***-***-**-**-dur, həmin nömrəni uzun müddətdir ki, işlədir, öz adınadır, mobil telefonu da köhnə Nokia telefonudur, 15-20 manat dəyərindədir, həmin mobil telefonla yazışması yoxdur, yazı yazmır, mesaj da göndərmir, sosial şəbəkələrdə mobil telefonda yoxdur. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahidləri dindirmə protokolları, baxış keçirilməsi haqqında protokol, ekspert rəyi, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 08 oktyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən ondan, Bərdə rayon PŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid1, şöbənin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Bərdə rayon PŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmiuşdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi seçmək hüququ izah edilmiş, Təqsirləndirilən şəxs özü vəkillərin siyahısına baxaraq Bərdə rayon vəkil Bürosunun vəkili X2, vəkil Elmir Cəfərov RPŞ-yə dəvət edilmiş, bundan sonra vəkilinin yanında yenidən Təqsirləndirilən şəxs hüquqları bir daha izah edilməklə bildiriş verilmiş, proses iştirakçılarının iştirakı ilə müdafiəçisi X4 yanında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlanılmışdır. Şəxsi axtarış keçirmə baş inspektor-kiriminalis Şahid1 tərəfindən video lentə alınmışdır. Bundan sonra şəxsi axtarış istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və şübhəli şəxsə etirazının olub olmaması soruşulmuşdur. Şübhəli şəxs heç bir etirazının olmadığını bildirmişdir. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan şalvarın arxa sol cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb metamfetamin olmasını, bir neçə gün əvvəl Bakı şəhərindən Avtovağzal ərazisindən tapmasını, özünün istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki kütlə sellofan bükümlə birlikdə aptek tərəzisində çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 0,24 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin Zörab Abbasovun, müdafiəçiçinin və iştirakçıları gözü qarşısında təhqiqatçı Mərhəmət Quliyev tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzərinə iştirakçıların adları, soyadları yazılmaqla imzalarla təsdiq edilmiş, zərf DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Təhqiqatçı tərəfindən iştirakçılara şəxsi axtarış keçirilmə ilə bağlı hər hansı bir təkliflərinin, vəsatətlərinin və şikayətlərinin olub-olmadığı soruşulmuş, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və müdafiəçisi hər hansı bir təklif və şikayətlərinin olmadığını bildirmişlər, bununla da şəxsi axtarış keçirilməsininin başa çatması təhqiqatçı tərəfindən elan edilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar protokolun şəxsi axtarış keçirməyə uyğun tərtib edilməsini görüb protokolun doğruğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən həmin halı o, təhqiqatçı, polis kapitanı X6, şöbənin KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid1, şöbənin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3, Təqsirləndirilən şəxs müdafiəçisi Bərdə rayon vəkil Bürosunun vəkili X11 görmüş, ayrı kimsə də görməmiş, kimsə də bunun şahidi olmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini bir neçə gün əvvəl Bakı şəhərindən Avtovağzal ərazisindən tapmasını, özünün istifadəsi üçün üzərində saxlamasını, heç kəsə satmadığını bildirmişdir. Tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması, yaxud da satması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon PŞ-nin KTQ-nun baş isntektor-kriminalisti vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X1 baş inspektor-kriminalisti vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 08 oktyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatına əsasən ondan, Bərdə rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, şöbənin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Bərdə rayon PŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Bərdə RPŞ-nin TBnin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi seçmək hüququ izah edilmiş, Təqsirləndirilən şəxs özü vəkillərin siyahısına baxaraq Bərdə rayon vəkil Bürosunun vəkili X2, Elmir Cəfərov RPŞ-yə dəvət edilmiş, bundan sonra vəkilinin yanında yenidən Təqsirləndirilən şəxs hüquqları bir daha izah edilməklə bildiriş verilmiş, proses iştirakçılarının iştirakı ilə müdafiəçisi X4 yanında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlanılmışdır. Şəxsi axtarış keçirmə onun tərəfindən video lentə alınmışdır. Bundan sonra şəxsi axtarış istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və şübhəli şəxsə etirazının olub olmaması soruşulmuşdur. Şübhəli şəxs heç bir etirazının olmadığını bildirmişdir. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan şalvarın arxa sol cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb metamfetamin olmasını, bir neçə gün əvvəl Bakı şəhərindən Avtovağzal ərazisindən tapmasını, özünün istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki kütlə sellofan bükümlə birlikdə aptek tərəzisində çəkilmiş, sellofan bükümlə birlikdə çəkisi 0,24 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin Zörab Abbasovun, onun müdafiəçiçinin və iştirakçıları gözü qarşısında təhqiqatçı Mərhəmət Quliyev tərəfindən zərfə qoyularaq qablaşdırılmış, üzərinə iştirakçıların adları, soyadları yazılmaqla imzalarla təsdiq edilmiş, zərf DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Təhqiqatçı tərəfindən iştirakçılara şəxsi axtarış keçirilmə ilə bağlı hər hansı bir təkliflərinin, vəsatətlərinin və şikayətlərinin olub-olmadığı soruşulmuş, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs və müdafiəçisi hər hansı bir təklif və şikayətlərinin olmadığını bildirmişlər, bununla da şəxsi axtarış keçirilməsininin başa çatması təhqiqatçı tərəfindən elan edilmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar protokolun şəxsi axtarış keçirməyə uyğun tərtib edilməsini görüb protokolun doğruğunu imzaları ilə təsdiq etmiş, tərəfindən video lentə alınmış şəxsi axtarış keçirmə bir ədəd DVD diskə köçürülməklə təhqiqatçıya təqdim etmişdir. Həmçinin Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən həmin halı o, təhqiqatçı, polis kapitanı X6, şöbənin NMQ-nun baş əməliyayt müvəkkili, polis kapitanı Şahid2, şöbənin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3, Təqsirləndirilən şəxs müdafiəçisi Bərdə rayon vəkil Bürosunun vəkili X11 görmüş, ayrı kimsə də görməmiş, kimsə də bunun şahidi olmamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamini bir neçə gün əvvəl Bakı şəhərindən Avtovağzal ərazisindən tapmasını, özünün istifadə üçün üzərində saxlamasını, heç kəsə satmadığını bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 09 oktyabr 2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına səbəb ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə 08 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixdə saat 12:30 dəqiqədə Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılaraq Bərdə rayon PŞ-nə gətirilməsi, onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın arxa sol cibindən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,196 qram psixotrop maddə olan metamfetamin aşkar edilməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 08 oktyabr 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə Rayon Polis X7 Yerindən azad edilmişdir. Cinayət işinin 37-40-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin 09 oktybar 2022-ci il tarixli 16/863 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “..Təqsirləndirilən şəxs Seyvaz oğlunnun üzərindən aşkar olunmuş metamfetaminə bənzə kütlə...” yazılar və imzalar olan kağız paketdə, 1(bir) ədəd «gümüşü» rəngli kağız bükümdəki şəffaf plietilen kəsiyi bükümündə təmiz çəkisi 0,196 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Qeyd: Metamfetaminin təmiz çəkiləri-0,196 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,176 qram (Aparılmış tədqiqatın dəyəri 32.40 manat təşkil edir) Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin xx.xx.2022-ci il tarixli 1921 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 110-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır və yaşadığı yerdən narkotikaya meyilli kimi xarakterizə olunmuşdur. Cinayət 83-cü vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X17 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 960 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X16 ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət 84-cü vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X17 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1039 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə rayon Mərkəzi Xəstəxanası” X16 narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 85--86-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 15,88-1 maddəsi ilə (köh.red) təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1993-cü ildə Ali Məhkəmənin qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 15,84-cü maddəsinin 1-ci hissəsinə (köh.red) tövsif edilərək əmlakı müsadirə olunmaqla 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1994-cü ildə Nizami rayon Xalq Məhkəməsinin qəraır ilə 50-2-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 03 (üç) il, 04 (dörd) ay, 14 (on dörd) gün hissəsindən şərti azad edilmiş, xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli Amnistiya qərarının 2-ci maddəsinə əsasən azad edilmişdir. Cinayət işinin 114-125-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd cümüşü rəngli kağız paketin içərisindəki şəffaf polietilen kəsiyi bükümündə ümumilikdə təmiz çəkisi 0,196 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,176 qram qalmış psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Həmçinin işdə olan təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və götürülməsi haqqında protokol, həmin şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və sair istintaq hərəkəti sənədləri cinayət işi üzrə sübut növü kimi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkumluğunun olmamasını, törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 10 oktyabr 2022-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət (08 oktyabr 2022-ci il tarixdən- 10 oktyabr 2022-ci il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ümumi təmiz çəkisi 0,176 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 oktyabr 2022-ci il tarixindən 10 oktyabr 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan ümumi təmiz çəkisi 0,176 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-45/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-45/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver