Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-45/2024 24.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci ildə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu Şəlvə kəndində qeydiyyatda olan və Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ona görə ittiham elan edilmişdir ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs MMC-də icraçı vəzifəsində işləyən və Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan Şahid1 ilə 2022-ci ilin dekabr ayının ilk ongünlüyündə, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb özünün müştərilərinin olmasını, tez bir zamanda Zərərçəkmiş şəxs MMC-yə məxsus texniki çiyid məhsullarını satıb satışdan əldə olunacaq pulu yaxın müddətdə ona verəcəyinə yalandan vəd verib inandırmaqla Şahid1 etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib aldatmaqla 14 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından 1(bir) kiloqramının dəyəri 0,37 qəpik olan 13360 kq çəkidə ümumi dəyəri 4.943 manat 20 qəpik məbləğində texniki çiyid məhsulunu, həmin tarixdə axşam saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 19480 kq çəkidə ümumi dəyəri 7.207 manat 60 qəpik məbləğində texniki çiyid məhsulunu, 15 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 19560 kq çəkidə ümumi dəyəri 7.237 manat 20 qəpik məbləğində texniki çiyid məhsulunu, 17 dekabr 2022-ci il tarixdə, gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından kisələrə yığılmış formada bir kiloqramının dəyəri 0,38 qəpik olan 14280 kq çəkidə ümumi dəyəri 5.426 manat 40 qəpik məbləğində texniki çiyid məhsulunu, 19 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 13740 kq çəkidə ümumi dəyəri 5.083 manat 80 qəpik məbləğində texniki çiyid məhsulunu və eyni tarixdə axşam saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu, Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 17720 kq çəkidə ümumi dəyəri 6.556 manat 40 qəpik məbləğində texniki çiyid məhsulunu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə xeyli miqdar hesab edilən 36.454 manat 60 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, Bərdə rayonunda yerləşən “MTK İK “ MMC-də gözətçi işləmişdir. Orada işlədiyi müddətdə Şahid1 adlı şəxsi tanımış, sonuncu çiyid satışı ilə məşğul olmuşdur. Bir müdət sonra Şahid1lə aralarında çiyid alveri olmuşdur. Sonuncudan nisyə çiyid alıb müxtəlif yerlərdə satmış, satdıqdan sonra Şahid1 nisyə aldığı çiyidin pulunu vermişdir. İki dəfə çiyidi Bərdə rayonunda yerləşən "xxxx" MMCdən, qalan vaxtlarda isə Şahid1 Bərdə rayonu pambıq zavodunun qarşısında yerləşən dükanından götürmüşdür. Müəyyən vaxtlarda çiyidin qiyməti düşmüş, həmin dövrdə Şahid1 çiyid alıb satmışdır. Son dövrlər 8000-10000 manatlıq nisyə çiyid almış, satdıqdan sonra pulu qaytara bilməmişdir. Çiyid alveri dövründə ziyana düşdüyü üçün Şahid1 borcu yaranmışdır. Çiyidi Şahid1 mənfəət əldə etmək məqsədi ilə almışdır. Təxminən bir ilə yaxın bir müddətdir ki, bu işlə məşğul olmuşdur. Məhkəmə iclasının gedişində ona ziyanı ödəməsi üçün vaxt verilsə də, maddi vəziyyəti ilə əlaqədar olaraq ziyanı ödəyə bilməmişdir. Onun "xxxx" MMC-yə vurduğu ziyanı Şahid1 MMC-yə ödəmiş, lakin o, Şahid1 pulunu qaytarmamışdır. Səhvini başa düşür, tutduğu əməldən peşmandır. Ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadə verərək göstərdi ki, Şahid1 "xxxx" MMC-nin Bərdə rayonunda satış müdiri işlədiyi dövrdə "xxxx" MMC işlərini aparmış, yem, çiyid, jmıx kimi məhsulların satışını təşkil etmişdir. İşlədiyi dövrdə Təqsirləndirilən şəxs tanımış, aralarında səmimi münasibətlər yaranmış və bir müdət keçdikdən sonra Təqsirləndirilən şəxs ilə Şahid1 arasında çiyid alqı-satqısı olmuşdur. Şahid1 "xxxx" MMC-nin rəsmi işçisi olduğuna görə MMC-dən çiyidi nisyə götürərək satmaq üçün Təqsirləndirilən şəxs vermiş, sonuncu isə öz növbəsində çiyidi sataraq pulunu Şahid1 qaytarmağı öhdəsinə götürmüşdür. Şahid1 satış müdiri olaraq "xxxx" MMC-dən çiyidi nisyə götürərək Təqsirləndirilən şəxs vermiş, sonuncu isə etibardan sui-istifadə edərək bir neçə dəfə Şahid1 "xxxx" MMC-yə məxsus çiyidi almış, lakin pulunu qaytarmamışdır. Şahid1 isə "xxxx" MMC-də işlədiyinə görə, etibarını ititrməmək məqsədi ilə bankdan kredit götürmüş və Təqsirləndirilən şəxs "xxxx" MMC-dən nisyə götürüb verdiyi çiyidin pulunu özü ödəmişdir. Təqsirləndirilən şəxs ilə Şahid1 arasında 4-5 dəfə çiyid alqı-satqısı olmuşdur. Təqsirləndirilən şəxs ilk əvvəl aldığı çiyidin pulunu qaytarsa da, sonradan etibardan sui-istifadə edərək aldığı çiyidin pulunu mənimsəmiş, 36454,60 manat məbləğində vurduğu ziyanı ödəməmişdir. "xxxx" MMC-yə dəymiş zərər Şahid1 tərəfindən tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadə verərək göstərdi ki, "xxxx" MMC-nin satış nümayəndəsi işləmiş və işi ilə bağlı daimi ”MTK İK“ MMC-yə gəlib getmişdir. Təqsirləndirilən şəxs ”MTK İK“ MMC-də gözətçi işlədiyi dövrdə tanımış, Təqsirləndirilən şəxs ilə aralarında insani münasibətlər yaranmış, daim ünsiyyətdə olmuşlar. Bəzi vaxtlarda Təqsirləndirilən şəxs maddi durumu yaxşı olmamış və ondan borc pul almış, aldığı borcu vaxtlı-vaxtında qaytarmışdır. Dəfələrlə aralarında borc alıb vermə kimi hallar olmuşdur. Təqsirləndirilən şəxs Balakən rayonunda müştəriləri olduğunu, ondan çiyid istədiklərini bildirmiş, sonuncuya inanaraq ona nisyə çiyid vermişdir. Bir neçə dəfə yük maşını ilə ondan çiyid alıb aparmış, pulunu tələb etdikdə Təqsirləndirilən şəxs pulunu qaytarmamışdır. Onun işi "xxxx" MMC-nin işlərinə nəzarət etmək, "xxxx" MMC ilə aparılan alqı-satqıya nəzarət etmək, lazımi malları göndərmək, qəbul etmək, bu kimi işləri aparmaqdan ibarət olmuşdur. Bərdə şəhərində ”MTK İK“ MMC yerləşən ərazidə özünün mağazası olmuşdur. Təqsirləndirilən şəxs çiyidi "xxxx" MMC-dən deyil, ondan nisyə almışdır. "xxxx" MMC nisyə mal satışı ilə məşğul olmamışdır. O isə satış nümayəndəsi olaraq ciyidi "xxxx" MMC-dən nisyə götürüb Təqsirləndirilən şəxs vermişdir. "xxxx" MMCdən nisyə aılıb verdiyi çiyidin pulunu Təqsirləndirilən şəxs vaxtlı-vaxtında qaytarmadığından məcbur qalıb kredit götürüb "xxxx" MMC-dən götürdüyü çiyidin pulunu ödəmişdir. "xxxx" MMC-nin baş ofisi Gəncədə şəhərində yerləşir, o isə Bərdə rayonunda satış nümayəndəsi kimi fəaliyyət göstərmiş və satış nümayəndəsi olaraq "xxxx" MMC-nin jmıx, çiyid, yem məhsullarının satışını təşkil etmişdir. Təqsirləndirilən şəxs nisyə verdiyi çiyid "xxxx" MMC şirkətinə məxsus olan çiyid idi. "xxxx" MMC ona MMC-nin satış nümayəndəsi olaraq etibar edirdi. O, vəzifə səlahiyyətlərinə uyğun olaraq "xxxx" MMC-nin məhsullarını götürüb satırdı və nisyə götürdüyü məhsulların pulunu həftəsonu MMC-yə ödəyirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, yük maşını sürücüsü işləyir. WhatsApp qrupuna sms gəlmişdir ki, yük aparmaq lazımdır. Sifarişi qəbul etdikdən sonra telefon əlaqəsi yaratmış, ona bildirmişlər ki, Bərdə rayonundan avtomobilə çiyid yükləyib Balakən rayonuna aparması tapşırılmışıdır. Bərdə rayonuna gələrək pambıq zavodunun yanında mağazadan çiyidi yükləyib yola çıxandan bir az sonra ona zəng gəlmiş və bildirmişlər ki, çiyid Balakən rayonuna deyil, Ağcabədi rayonu Qaravəlli kəndində yerləşən yem mağazasına aparılacaq. O da yüklənmiş çiyidi aparıb Ağcabədi rayonu Qaravəlli kəndində yem mağazasına boşaltmışdır. Bunun müqabilində ona 250 manat pul vermişlər. Təqsirləndirilən şəxs tanımamış, görməmişdir. Təqsirləndirilən şəxs ilə ancaq mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Sonuncu ona çiyidi Balakən rayonuna deyil, Ağcabədi rayonuna aparmasını demişdir. Çiyidi Ağcabədi rayonu Qaravəlli kəndində yerləşən yem mağazasına boşaltmış, orada ona 250 manat pul vermişlər və bildirmişlər ki, Vahidin puludur, yəni yol haqqı olaraq ona çatası puldur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərdi ki, yük maşını sürücüsü işləyir. Təqsirləndirilən şəxs zəng edərək mal olduğunu və onu lazımi yerlərə aparmaq lazım olduğunu bildirmiş, o da Bərdə rayonunda yerləşən ”MTK İK“ MMC-nin ərazisinə gəlmişdir. Murad adlı şəxsin mağazasının qarşısında başqa yük maşınından onun maşınının yük yerinə çiyid yüklənmiş və ona deyilən ünvanlara aparmışdır. Yaxın məsafəyə yük aparanda 150 manat, uzaq məsafələrə yük aparanda isə 200 manat yol haqqı alır. Şahid1 çiyid satan şəxs kimi tanımışdır. Şahid1 yük avtomobilindən sonuncunun fəhlələri çiyidi onun avtomobilinə yükləmiş, sonra isə Təqsirləndirilən şəxs ona ünvanı demiş və o yükü həmin ünvana aparmışdır. Yol haqqını ona Təqsirləndirilən şəxs vermişdir. Onu Təqsirləndirilən şəxs zəng edərək çağırmış, Şahid1 yem mağazasının qarşısına gələndə Şahid1lə Təqsirləndirilən şəxs ikisinin bir yerdə olduğunu görmüşdür. Onun avtomobilinə üç dəfə çiyid yüklənmiş, Ağdam rayonu Quzanlı qəsəbəsinə, Ağcabədi rayonuna və Ağdaş rayonuna çiyid aparmışdır. Ona Ağdaş rayonuna getməyə görə 200 manat, Ağcabədi rayonu və Ağdam rayonu Quzanlı qəsəbəsinə getməyə görə isə 150 manat yol haqqı verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərdi ki, Ağcabədi rayonunda yem məhsulları mağazası işlədir. Təqsirləndirilən şəxs işlətdiyi mağazaya gələrək ona çiyid təklif etmiş, o da almaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun mobil nömrəsini götürmüş, bir müddət sonra zəng edərək çiyid olduğunu və əgər alarsa gətirə biləcəyini bildirmişdir. Sonuncuya çiyid almaq istədiyini, lakin nəğd pulunun olmadığını və nisyə ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs çiyidi ancaq nəğd pula satdığını demişdir. Səbuhi adlı tanışına zəng edərək çiyid olduğunu və ancaq nəğd pula satıldığını bildirmiş, sonuncu nəğd pula ala biləcəyini demişdir. Sonradan bilmişdir ki, Səbuhi gedib çiyidə baxıb, Təqsirləndirilən şəxsla aralarında razılaşma olub və Səbuhi çiyidi alıb. Təqsirləndirilən şəxs çiyidi bir-iki qəpik aşağı satdığına görə almaq niyyətində olmuşdur. Təqsirləndirilən şəxs çiyidi niyə ucuz satdığını bilməmişdir. Zərərçəkmiş şəxs MMC ilə Şahid1 aralarında bağlanmış xx.xx.2022-ci il tarixli Xidməti Müqavilədən görünür ki, bu müqaviləyə əsasən İcraçı, yəni Şahid1 Zərərçəkmiş şəxs MMC-nin Bərdə rayonunda yerləşən anbarında olan çiyidin satışı ilə bağlı əmək funksiyalarını həyata keçirməyi öz öhdəsinə götürür. Bu Müqavilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi bağlanılmışdır. Gördüyü işin icrası ilə bağlı Zərərçəkmiş şəxs MMC İcraçı Şahid1 250 (iki yüz əlli) manat məbləğində pul ödəyir. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs MMC-də icraçı vəzifəsində işləyən Bərdə rayonu, Qazıqurdalı kəndində yaşayan Şahid1 ilə 2022-ci ilin dekabr ayının ilk ongüllüyündə, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb özünün müştərilərinin olmasını, tez bir zamanda Zərərçəkmiş şəxs MMC-yə məxsus texniki çiyid məhsullarını satıb satışdan əldə olunacaq pulu yaxın müddətdə ona verəcəyinə yalandan vəd verib inandırmaqla Şahid1 etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edib aldatmaqla 14 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından 1(bir) kiloqramının dəyəri 0,37 qəpik olan 13360 kq çəkidə ümumi dəyəri 4.943 manat 20 qəpik məbləğində texniki çiyid məhsulunu, həmin tarixdə axşam saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 19480 kq çəkidə ümumi dəyəri 7.207 manat 60 qəpik məbləğində texniki çiyid məhsulunu, 15 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 19560 kq çəkidə ümumi dəyəri 7.237 manat 20 qəpik məbləğində texniki çiyid məhsulunu, 17 dekabr 2022-ci il tarixdə, gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından kisələrə yığılmış formada bir kiloqramının dəyəri 0,38 qəpik olan 14280 kq çəkidə ümumi dəyəri 5.426 manat 40 qəpik məbləğində texniki çiyid məhsulunu, 19 dekabr 2022-ci il tarixdə gündüz saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 13740 kq çəkidə ümumi dəyəri 5.083 manat 80 qəpik məbləğində texniki çiyid məhsulunu və eyni tarixdə axşam saatlarında, dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən "xxxx" MMC-nin anbarından bir kiloqramının dəyəri 0,37 qəpik olan 17720 kq çəkidə ümumi dəyəri 6.556 manat 40 qəpik məbləğində texniki çiyid məhsulunu vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə xeyli miqdar hesab edilən 36.454 manat 60 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 26 iyul 2023-cü il tarixli, 964 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Mirzalıbəyli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 26 iyul 2023-cü il tarixli xasiyyətnamə ilə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyan tam ödənilsə də, həmin ziyan təqsirləndirilən şəxs tərəfindən deyil, cinayət işi üzrə şahid, eyni zamanda zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin Xidməti Müqavilə əsasında sabiq işçisi Şahid1 tərəfindən Zərərçəkmiş şəxs MMC-nin qarşısında etibarının qorunması məqsədi ilə ödənilmişdir. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materialında olan və məhkəmə tərəfindən tədqiq edilən: Azərbaycan Respublikası medalının İ-23712 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası medalının İ-6446 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası medalının İ-4273 saylı vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması, bundan başqa “Vətən müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsi CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 24 iyul 2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Axtarışda olan şəxsin tutulması haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 20 iyul 2023-cü il tarixdə tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 iyul 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 iyul 2023-cü il tarixdən 21 iyul 2023-cü il tarixədək həbsdə olduğu 01 (bir) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-45/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-45/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver