Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-45/2025 07.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X2 nümayəndəsi X3 iştirakı ilə , Babazadə Fehruz Novruz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Fehruz Novruz oğlu barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham irəli sürülən şəxs Babazadə Fehruz Novruz oğlunun barəsində CM-nin 147.1. və 147.2-ci maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. X6 xüsusi ittiham qaydasında şikayət ərizəsini belə əsaslandırmışdır ki, X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, qəsdlə onun ünvanına müxtəlif vaxtlarda kütləvi informasiya vasitələrində və “Facebook” sosial şəbəkəsində Kanal 13.TV içtimai kanalında və “Tiktok” sosial şəbəkəsində “ilhami nesibov” 21 adlı səhifədən istifadə etməklə belə bir sözlər ifadə etmişdir. Həmin video lentə baxıla zaman o sözlərində “Mal bazarında qəbz istədiyim təqdirdə məni ölümlə hədələyirlər. X12 işğalından azad edin, biz yaşaya bilmirik, Tariyel Ağayev sifarişlə ölümlər təşkil elətdirir, biz hamımız Tariyel Ağayevin qoçu dəstələri tərəfindən təhdid olunuruq. Elə səsin çıxardanı ölümlə qorxuzurlar” kimi yalan ifadələr sosial şəbəkəsində yaymaqla ona böhtan atmış, həmçinin onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır.Bundan başqa o, FACEBOOK sosial şəbəkəsində “Bərdə rayonunun Tariyel Ağayev işğal edib, səsini çıxaranı ölümcül döydürür başlığı altında” video müsahibə verərək qəsdən yalan ifadələrlə sosial şəbəkəsində yaymaqla ona böhtan atmış, həmçinin onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır.Bundan başqa o, “İnstaqram” sosial şəbəkəsində “Bərdə rayonunun Taryel Ağayev işğal edib, səsini çıxaranı ölümcül döydürür” başlığı altında video müsahibə verərək qəsdən yalan ifadələr sosial şəbəkəsində yaymaqla ona böhtan atmış həmçinin onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bundan başqa o “Teref.az” sosial şəbəkəsində “Bərdədə Qoçuluq edən kimdir” başlığı ı altında müsahibə verərək “ 4 baş heyvanını satmaq məqsədi ilə bazara aparıb heyvanlar satılmasa da ondan 24 manat pul tələb ediblər. Şikayətçi deyir ödədiyi pulun qəbzini istəyəndə isə Taryel Ağayevin adamları onu döyüb, təhqir edib və ölümlə hədələyib ”Babazadə deyir ki, Bərdədə şikayətini bildirən hər kəs Tariyel Ağayevin adamları tərəfindən döyülür ” müsahibə verərək yalan ifadələr sosial şəbəkəsində yaymaqla ona böhtan atmış, həmçinin onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bütün göstərdiyi faktları nəzərə çatdıraraq hesab edir ki, X4 əməlində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrinin tərkibi vardır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş Babazadə Fehruz Novruz oğlunun vəkili X8 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Babazadə Fehruz Novruz oğluna məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş materiallarında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai-xüsusi qaydada təqib edilməli olduğundan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməli və verilmiş şikayət baxılması üçün istintaq aidiyyatı üzrə Bərdə rayon Prokurorluğuna göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Belə ki, iş materiallarından görünür ki, Babazadə Fehruz Novruz oğlu ifadə etdiyi fikirlərində X2 adamlarının onu ölümlə hədələdiyini göstərmişdir. Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir. CPM-in 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 133, 134, 142.1, 148-1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. CPM-in 215.3-ci maddəsinə əsasən ibtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır: CPM-nin 215.3.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100—113, 120—125, 126.3, 135—138, 145, 146, 148-1, 149, 154-162, 162-1 (cinayət işi prokurorluqda başlandıqda), 163, 164, 165.2, 165-2, 165-3, 166.2, 167-168, 169-1, 179, 189-1, 190, 191, 192-2, 193-1 (cinayət işi prokurorluqda başlandıqda), 195, 195-1, 195-2, 202 - 203-1, 208, 210—212, 222, 223, 262, 268, 286— 288, 290—302, 304, 307—315, 316-2.1, 317, 317-1.2, 318-1, 318-2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə CPM-in 215.5. Bu Məcəllənin 215.3 və 215.4-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa, digər cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Sadalananlara əsasən məhkəmə hesab edir ki,Babazadə Fehruz Novruz oğlu sosial şəbəkədə yazdığı və ifadə etdiyi X2 adamları tərəfindən təhqir edilib, döyülüb ölümlə hədələnməsi hallarının araşdırılması üçün xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməli, göstərilən faktlar araşdırılması üçün iş materialları Bərdə Rayon Prokurorluğuna göndərilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Babazadə Fehruz Novruz oğlunun Azərbaycan Respublikası CM-in 147.1 və 147.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin və verilmiş şikayət və iş materialları araşdırılması (baxılması) üçün istintaq aidiyyatı üzrə Bərdə rayon Prokurorluğuna göndərilsin. Qərardan şikayət verilməsi nəzərdə tutulmayıb. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-45/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-45/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver