Məhkəmə qərarları › İş №1(021)-46/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-46/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-46/2024 05.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1961-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə şəhəri A.Əhmədov küçəsi döngə 5, ev 5A-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən EO-7005 nömrəli, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, AMD modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahlar növünə aid 01 ədəd avtomatı, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 30 ədəd patronları, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı, “Kolaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən zavod üsulu ilə hazırlanmış 01 ədəd darağı qanunsuz olaraq əldə edib idarə etdiyi “Mercedes Benz” markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yük yerində saxlayaraq daşımış, 27 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Saatlı kəndində şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə gətirilib orada saat 1630 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerində qanunsuz olaraq saxladığı yivli odlu silahlar növünə aid 01 ədəd avtomat, döyüş sursatı olan 30 ədəd patronlar, “Kolaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə istintaqı dövründə araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, avtomobilində aşkar edilmiş silah onun deyil, ümumiyyətlə, onun silahı yoxdur. Həmin vaxt avtomobildə iki nəfər olmuşlar. Belə ki, 27 sentyabr 2023-cü il tarixdə saat 11-12 radələrində yaxın tanışı Sənan Quliyevlə ona məxsus “Mercedes Benz” markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə mərhum Sara xalanın yas mərasiminə gəlmiş, oradan saat 13-14 radələrində çıxdıqdan sonra Bərdə rayonu Zümürxan kəndində ikinci yas mərasimində iştirak etmiş, üçüncü yas mərasimində, yəni şəhid olmuş əsgərin yas mərasimində iştirak etdikdən sonra onları saxlayıb Bərdə RPŞ-nə gətirmişlər. Hadisə günü bir şəhidin yasından çıxıb digər şəhidin yasına gedirmiş. Bərdə rayonunun Saatlı, Həsənqaya və Seyid Yusifli kəndlərinin yol ayrıcında polis əməkdaşları onları saxlamışlar. Onları dörd nəfər mülki geyimdə olan polis əməkdaşları saxlamışlar. Onun avtomobilində onun özünü arxa oturacaqda oturdaraq, avtomobilini polis əməkdaşı idarə edib onları təxminən saat 16 radələrində Bərdə RPŞ-nə gətirmişlər. Polis şöbəsində onun avtomobilinin yük yerinə silah qoyub, həmin silahın onun olmağını etiraf etməsini tələb etmişlər. Avtomobilinə baxış Bərdə RPŞ-nin həyətində keçirmişdir. İlk əvvəl onu polis şöbəsinin inzibati binasına aparmışlar, xeyli vaxt keçəndən sonra onu avtomobilin yanına gətirmişlər. Onları Bərdə RPŞ-nə gətirəndən sonra onun avtomobilinin açarı iki saatdan çox müddətdə polis əməkdaşlarında olmuşdur. Bərdə RPŞ-nin həyətində onun avtomobilinə iki saatdan sonra baxış keçirilmişdir. Sonradan açarı ona vermişlər ki, maşının yük yerini açsın. Maşının yük yerini açdıqda orada avtomat silahı olduğunu görmüşdür. Silah maşının yük yerində çexolun altında, ehtiyat təkərin üstündə, daraq da yanında olmuşdur. Əslində isə həmin silah onun deyildir. O, silaha əl vurmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi yalan ifadədir. Bərdə RPŞ-də onun qarşısına müəyyən səbəblər, müəyyən şərtlər qoymuşlar və o, məcbur olub silahın onun olması barədə etirafedici ifadə vermişdir. Onun silahı olmamış, ümumiyyətlə avtomobilində silah gəzdirməmişdir. O, balıq ovuna getmir, sonuncu dəfə uşaqlıq dövründə balıq ovuna getmişdir. İbtidai istintaq zamanı ifadəsini yazmışlar, özü şəxsən imza etmişdir. Onun ifadəsi yerində yoxlanılmamışdır. Onu Bərdə RPŞ-də döyməmişlər, lakin ona təsir və təzyiqlər olmuşdur. Şahid1 başda olmaqla digər polis əməkdaşları tərəfindən ona təsir və təzyiqlər olmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 2021 -ci ilin yay aylarının sonlarında Bərdə rayonu Alpoud kəndi yaxınlığında kanalda balıq ovu etdiyi zaman dayandığı yerdən bir neçə metr kənarda kolun dibində bükülü görmüş, marağını cəlb etdiyindən həmin bükülünü açaraq içərisinə baxdıqda orada bir ədəd avtomat, bir ədəd avtomat darağı və darağın içərisində patronlar olduğunu görmüşdür. İlkin olaraq həmin silah-sursatı polisə təhvil vermək istəsə də, lakin sonradan qərara gəlmişdir ki, həmin silah-sursatı gizlətsin. Tapdığı yerdən uzaqlaşaraq avtomatı, darağı və patronları kanalın kənarında torpaq sahəsi və kollar olan yerdə torpağı qazaraq yerə basdırmışdır. Avtomatı basdırdığı yerə xx.xx.2023-cü il tarixədək getməmişdir. xx.xx.2023-cü il tarixdə fikirləşmişdir ki, təsadüfən avtomatı hər hansı şəxs tapar və cinayət törədər. Bu səbəbdən avtomatı basdırdığı yerə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində gedərək avtomatı, darağı, patronları gizlətdiyi yerdən çıxararaq etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yük yerinin alt hissəsinə qoyaraq Bərdə rayon Saatlı kəndi ərazisinə gedib avtomobildən aşağı enmişdir. Məqsədi avtomatı, darağı və patronları Qarabağ kanalına atmaq olmuşdur. Həmin vaxt üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini Bərdə RPŞ-nin polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edib qanunsuz olaraq odlu silah saxlamaqda və əldə etməkdə şübhəli olduğunu bildirərək avtomobilinə və üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmiş və onlar birlikdə idarə etdiyi avtomobil ilə Bərdə RPŞ-yə gəlmişlər. Şöbənin həyətində idarə etdiyi avtomobilə və inzibati binada isə üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış keçiriləcəyini bildirmişlər. İdarə etdiyi avtomobilə və üzərinə polis əməkdaşları tərəfindən baxış və şəxsi axtarış keçirilməsinə etirazının olmaması barədə ərizə yazdıqdan sonra avtomobilinə baxış keçirilmişdir. Avtomobilin yük yerində olan bir ədəd avtomatı, bir ədəd avtomat darağını və içərisində olan 30 ədəd patronları təqdim etmişdir. Avtomobilindən aşkar edilən silah-sursat müvafiq ekspertiza təyin edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi seçdikdən sonra müdafiəçi polis şöbəsinə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkiliş ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Tutduğu əməldən səmimi olaraq peşmançılıq hissi keçirir. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və ya mənəvi təzyiqlər olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin rəisi vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və avtomobilində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı onun icraatına daxil olmuşdur. Əməliyyat məlumatı az müddət öncə daxil olduğundan dərhal əməliyyat tədbirləri keçirilmişdir. Keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Saatlı kəndi ərazisində saat 16 radələrində saxlanılmışdır. Özlərini təqdim etdikdən sonra sonuncunu Bərdə RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs RPŞ-nə öz avtomobilində gətirilmişdir, ancaq avtomobili kimin idarə etdiyi yadında deyil. Bərdə rayonu Saatlı kəndindən Bərdə RPŞ-nə 15-20 dəqiqəlik yoldur. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman onun avtomobilinin yük yerindən “Kalaşnikov” markalı avtomat silahı aşkar olunmuşdur. Aşkar olunmuş “Kalaşnikov” markalı avtomat silahı sənədləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Bərdə RPŞnə günün ikinci yarısı gətirilmişdir. Sonuncunu onun öz avtomobilində gətirmişlər. Saxladıqları ərazidə avtomobilə baxış keçirmək mümkün olmamış, belə ki, ətrafda olan insanlar tərəfindən mobil telefonlara çəkiliş edilə və saxlama əməliyyatı yayımlana bilərdi. Ona görə də ictimaiyyət içində baxış keçirilməsi alınmır. Bu səbəbdən də baxış, axtarış hərəkətləri Bərdə RPŞ-nin həyətində keçirilmişdir. Avtomat silahı Təqsirləndirilən şəxs avtomobilinin yük yerində kisənin işində olmuşdur. Silah tam vəziyyətdə olmuş, yəni sökülməmiş, üzərində toz-torpaq olmamış, təmiz olmuşdur. Təqsirləndirilən şəxs özü bildirmişdir ki, silah ona məxsusdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı qanunsuz təsir və ya təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və avtomobilində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı Şahid1 icraatına daxil olmuşdur. Keçirilən əməliyyat tədbirlərində o, habelə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid Abullayev və Şahid4 iştirak etmiş, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 15-16 radələrində Bərdə rayonu Saatlı, Həsənqaya kəndləri ərazisində saxlanılmışdır. Polis əməkdaşı olduqlarını və özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxladıqları vaxt avtomobilə baxış keçirməmişlər. Bərdə RPŞ-nə gələrkən Təqsirləndirilən şəxs avtomobilini əməliyyatçı Şahid4 idarə etmişdir. Avtomobilə baxış Bərdə RPŞ-nə gələn kimi, polis şöbəsinin həyətində keçirilmişdir. Avtomobilə baxış keçirilərkən Bərdə RPŞ-nin CAB-nin əməkdaşları Şahid1, Şahid4, Şahid3 iştirak etmişlər. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilərkən onun avtomobilinin yük yerində “Kalaşnikov” markalı avtomat silahı aşkar olunmuşdur. Aşkar olunmuş “Kalaşnikov” markalı avtomat silah sənədləşdirilərək götürülmüşdür. Avtomobilin yük yerini Təqsirləndirilən şəxs özü açmış, avtomat silahı nəyəsə bükülü vəziyyətdə olmuşdur. İlk əvvəl Təqsirləndirilən şəxs silahın onun olmasını etiraf etməmişdir. Aralıdan durub baxdığından silahın üzərində nə olduğunu görməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən heç bir qanunsuz təsir və ya təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadə verərək göstərdi ki, Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz odlu silah saxlaması və avtomobildə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Keçirilən əməliyyat tədbirlərində o da iştirak etmiş, əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhərində saxlanılmışdır. Hadisənin üzərindən uzun müddət keçdiyindən tam olaraq xatırlamır. Xatırladığına görə, Təqsirləndirilən şəxs Bərdə şəhərində, “Təzə bazar”ın yaxınlığında saxlamışlar. Özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs avtomobilini o idarə etməmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilən zaman onun avtomobilində “Kalaşnikov” markalı avtomat silahı aşkar olunmuşdur. Aşkar olunmuş “Kalaşnikov” markalı avtomat silahı sənədləşdirilərək götürülmüşdür. Sonuncunu saxladıqları yerdə videoçəkliş olmadığından Bərdə RPŞ-nə gətirmişlər. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs avtomobilinə baxış dərhal keçirilmişdir. Silah avtomobilin yük hissəsindən çıxmışdır. Avtomobilin açarları Təqsirləndirilən şəxs özündə olmuşdur. Odlu silahı Təqsirləndirilən şəxs özü təqim etmiş, sonuncu silahı tapdığını və kanala atmaq üçün avtomobilində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsində işləyən Şahid3 ifadə verərək göstərdi ki, Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz silah saxlaması və avtomobildə gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmişdir. Videoçəkiliş onun tərəfindən aparılmaqla Bərdə RPŞ-nin həyətində Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilinin yük yerində “Kalaşnikov” markalı avtomat silahı aşkar olunmuşdur. Həmin aşkar olunmuş “Kalaşnikov” markalı avtomat silahı sənədləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılmasında və Bərdə RPŞ-nə gətirilməsində iştirak etməmişdir. Onun vəzifəsi avtomobilə baxış keçirilərkən videoçəkilişlə qeydə almaq olmuşdur. Baxış zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı qanunsuz təsir və ya təzyiq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, dostudur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə ümumi tanışları olan mərhum Qarakişinin anası Sara xalanın yas mərasimində olmuşlar. Orada bir xeyli olduqdan sonra həmin yas yerindən çıxaraq yaxın dostlarının bacısı oğlu şəhid olduğundan Bərdə rayonu Qaryusifli kəndinə yas mərasimində iştirak etmək üçün getmişlər. Həmin yas mərasimindən çıxıb, digər şəhidin yas mərasimində iştirak etməyə gedərkən, Təqsirləndirilən şəxs Bərdə rayonu Saatlı kəndi ərazisində düz istiqamətdə gedib-detmədiklərini müəyyənləşdirmək üçün yolu soruşmaq istəyərkən, polis maşının biri onların olduqları avtomobilin qarşısında, digəri isə arxasında saxlamışdır. Bərdə RPŞ-nin əməkdaşları onları Bərdə RPŞ-nə gətirmişlər. Polis şöbəsinə gətiriləndən sonra onu polis şöbəsinin inzibati binasının birinci mərtəbəsində müvəqqəti saxlama otağında saxlamışlar. Təqsirləndirilən şəxs isə yuxarı mərtəbəyə aparmışlar. 3-4 saat Bərdə RPŞ-nin inzibati binasının 1-ci mərtəbəsində müvəqqəti saxlama otağında saxladıqdan sonra onu sərbəst buraxmışlar. xx.xx.2023-cü il tarixdə səhər saat 12 radələrində Təqsirləndirilən şəxslə görüşmüşlər. Sonuncu ilə yas və toy mərasimlərinə həmişə bir getmişlər. Belə razılığa gəlmişlər ki, həmin gün gedəcəkləri yas mərasimləri çox olduğundan ilk növbədə mərhum Sara xalanın yas mərasimində iştirak etsinlər, sonra isə digər yas mərasimlərinə getsinlər. Sara xalanın yas mərasiminə Namət Həsənov və digər dostları Hamletlə birlikdə getmişlər. Təqsirləndirilən şəxslə saat 12-də görüşmüşlər və onları polis əməkdaşları saxlayana qədər bir yerdə olmuş, ayrılmamışlar. Onları Bərdə RPŞ-nə gətirdikdə Təqsirləndirilən şəxs avtomobilini Bərdə RPŞ-nin əməkdaşı idarə etmişdir. Təqsirləndirilən şəxs öz avtomobilinə, onu isə xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Onları saxlayarkən heç nə soruşmadan Təqsirləndirilən şəxs qolunu burub aparmışlar, onu isə digər maşına əyləşdirmişlər. Onları Bərdə RPŞ-nə gətirən kimi dərhal Təqsirləndirilən şəxs yuxarı mərtəbəyə aparmışlar, onu isə birinci mərtəbədə müvəqqəti saxlama otağında saxlamışlar. 3 gündən sonra, yəni Təqsirləndirilən şəxs buraxıldıqdan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs maşınında silah olmuşdur. Təqsirləndirilən şəxs hər hansı silahın olması ilə bağlı aralarında heç bir söhbət olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə qonşuluğunda yas mərasimi olmuş, həmin yas mərasimində Sənan Quliyev və Təqsirləndirilən şəxs ilə birlikdə iştirak etmişdir. Söhbət əsnasında yaşadığı Bərdə rayonu Xanağalı kəndində şəhid Elməddin Lətifovun yas mərasimi olduğunu, ora gedəcəyini demişdir. Təqsirləndirilən şəxs yas mərasiminə nə vaxt gedəcəyini soruşmuş, sonuncuya yas mərasiminə saat 16 radələrində gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs də onunla yas mərasiminə gedəcəyini bildirmişdir. Olduqları yas mərasimindən çıxdıqdan sonra bayırda sağollaşıb ayrılmışlar. Saat 15:50- 16:00 radələrində Təqsirləndirilən şəxs yas mərasiminə getməklə bağlı zəng etdikdə Təqsirləndirilən şəxs telefonu bağlı olmuşdur. Həmin gün axşam ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları saxlayaraq Bərdə RPŞ-nə aparmışlar. Onlar saat 11-12 radələrində Sara xalanın yas mərasimində görüşmüşlər və saat 13-14 radələrində həmin yas mərasimindən çıxaraq ayrılmışlar. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin TB-də təhqiqatçı vəzifəsində işləyən X6 ifadə verərək göstərdi ki, 27 sentyabr 2023-cü il tarixdə onun qol saatında texniki nasazlıq olmuşdur. Saatı vaxtı düz göstərmədiyindən 27 sentyabr 2023-cü il tarixdə saat 16:30-da tərtib edilmiş protokolda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi ilə bağlı videoçəklişdə onun tərəfindən çəkliş saatını 16:30 deyil, özünə məxsus qol saatına baxaraq 17:30 demişdir. Videoçəkilişlə şəxsi axtarış və götürülmə aparılarkən qeydlərini edir. Lakin videoçəkiliş qurtardıqdan sonra çəkiliş apardıqları DVD diskə baxmır, sadəcə iş materiallarına əlavə edir. Protokolu şəxsi axtarış və götürülmə keçirilməsi ilə bağlı videoçəkliş etdikdən sonra yazmışdır. Protokolu DVD diskə baxmadan yazmışdır. İşin çoxluğundan, vaxtlarının məhdud olması səbəbindən DVD disklərə baxmağa vaxt olmur. Protokolda qeyd olunan vaxt saat 16:30 çəklişin başlama vaxtıdır. Həmin vaxtı yanında olan polis əməkdaşları saatın səhv olduğunu ona bildirmişlər. Təqsirləndirilən şəxs izahatını almış, özü bildirmişdir ki, silahı tapıb və su kanalının qırağında basdırıb, sonradan silahı qazıb çıxararaq aparıb başqa yerdə su kanalına atmaq fikri olub. Silah hazır vəziyyətdə olmuş, yəni sökülü vəziyyətdə olmamışdır. Sadəcə patron darağı üstündə olmamışdır. Silahın təmiz və ya paslı olması tam dəqiq yadında deyil, lakin pas ləkələri olmamışdır. Protokolda hansı saat qeyd edilmişdirsə, çəkiliş həmin saatda aparılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bərdə Rayon Polis Şöbəsinin KTQ-nin baş inspektoru Şahid3, Bərdə RPŞ-nin CAB-nin rəisi Şahid1, baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkili Şahid2 və Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” E220 markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Bərdə RPŞ-nin inzibati binasının həyətində yerləşən Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz” E220 minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs avtomobilində odlu silah və qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobilinin yük yerini açaraq orada olan 1 ədəd avtomat odlu silahını və 1 ədəd darağını təqdim etmişdir. Həmin darağa baxış zamanı darağın içərisində 30 ədəd 7,62 mm kalibrli güllə aşkar edilmişdir. Baxış zamanı avtomatın qundağında EO 7005 nömrəsi, çaxmaq hissədə EOO545, lülə qutusunun qapağında EO3359 nömrəsi yazıldığı müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs silahı təxminən bir il yarım əvvəl Bərdə rayonu Alpoud kəndi yaxınlığında su kanalının kənarından tapdığını bildirmişdir. Daha sonra həmin odlu silah ekspertiza tədqiqi üçün sintetik kisəyə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. -Baxış saat 1630-da başlamış və 1653-də qurtarmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 28 sentyabr 2023-cü il tarixli, 23/730 R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd EO-7005 N-li silah, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı AMD modelli avtomatdır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissələrinin və mexanizmlərin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 30 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərində atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar. -Təqdim edilmiş 01 ədəd əşya, «Kalaşnikov» konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır, texniki cəhətdən sazdır və istifadəyə yararlıdır. - Qeyd: Tədqiqata təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 18-1-28/2-1336/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Bərdə Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə Bərdə rayonunda hansı ərazilərdə, o cümlədən 27 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Bərdə rayonunun hansı ərazisində olmasını müəyyən etmək məqsədilə istifadəsində olan 050 315-00-66 və 099 ***-**-** nömrəli mobil telefon nömrələrinin anten dairələri barədə məlumatların "xxxx" MMC və "xxxx" MMC mobil operatorlarından ələ keçirilməsinə icazə verilməsi, qərarın icra edilməsi üçün "xxxx" MMC və "xxxx" MMC-yə təqdim edilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən 15 mart 2024-cü il tarixli, BKC/LGL-5507/24 nömrəli məktubla məhkəməyə göndərilmiş 1 ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü ildə saat 00:53-dən 09:30-dək Bərdə şəhəri Nizami küçəsi İstisu Sağlamlıq Kompleksinin yanında, saat 10:20-də Bərdə Hotel, saat 10:29-dan 11:55-dək Bərdə rayonu Alaçadırlı kəndi, saat 12:20-dən 12:31-dək Bərdə şəhəri, saat 12:40-dan 12:45-dək Bərdə rayonu Alaçadırlı kəndi, saat 12:45-dən 13:03-dək Bərdə şəhəri, saat 13:22-dən 13:32-dək Bərdə Park, saat 14:03-dən 14:09-dək Bərdə şəhəri, saat 14:09-dan 14:30-dək Bərdə Park, saat 15:06-da Bərdə şəhəri, saat 15:13-dən 15:26-dək Bərdə Hotel, saat 15:26-da Bərdə Park, saat 15:50-dən 17:40-dək Bərdə Hotel, saat 17:47-dən 18:09-dək Bərdə şəhəri, saat 18:13-də Bərdə Hotel, saat 18:14-dən 21:38dək Bərdə şəhəri ərazilərində olmuşdur. "xxxx" MMC tərəfindən 13 mart 2024-cü il tarixli 5534 nömrəli məktubla məhkəməyə göndərilmiş 1 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü ildə saat 07:04-də Bərdə rayonu, saat 09:05-də Bərdə şəhəri, saat 10:07-dən 10:56-dək ünvan 2 ünvanı və saat 13:34-də ünvan 3işdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək polis şöbəsində onun avtomobilinin yük yerinə silah qoyduqlarını, onun ümumiyyətlə silahının olmadığını, həmin silahın onun olmağını etiraf etməsini tələb etiklərini, Bərdə RPŞ-nin CAB-nin rəisi Şahid1 başda olmaqla digər polis əməkdaşları tərəfindən ona edilən təsir və təzyiqlər nəticəsində məcbur olub silahın ona məxsus olduğunu etiraf etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsinin əslində yalan ifadə olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs EO-7005 nömrəli, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, AMD modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahlar növünə aid 01 ədəd avtomatı, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 30 ədəd patronları, 30 ədəd 7,62x39 mm kalibirli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı, “Kolaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən zavod üsulu ilə hazırlanmış 01 ədəd darağı qanunsuz olaraq əldə edib idarə etdiyi “Mercedes Benz” markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yük yerində saxlaması “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi, şahid ifadələri və məhkəmə iclasında toplanmış və tədqiq edilmiş digər obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapdığından məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən EO- 7005 nömrəli, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, AMD modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahlar növünə aid 01 ədəd avtomatı, zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 30 ədəd patronları, 30 ədəd 7,62x39 mm kalibirli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı, “Kolaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən zavod üsulu ilə hazırlanmış 01 ədəd darağı qanunsuz olaraq əldə edib idarə etdiyi “Mercedes Benz” markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinin yük yerində saxlayaraq daşıması, 27 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Saatlı kəndi ərazisində şübhəli şəxs qismində saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasının həyətinə gətirilib orada saat 1630 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-VF-*** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerində qanunsuz olaraq saxladığı yivli odlu silahlar növünə aid 01 ədəd avtomat, döyüş sursatı olan 30 ədəd patronlar, “Kolaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən 01 ədəd darağ aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələrin onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli, 5298 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri A.Əhmədov küçəsi 5 nömrəli evdə yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli arayışlardan görünür ki, 14 fevral 2010-cu ildə anadan olmuş X1 və 14 fevral 2010-cu ildə anadan olmuş X2 “ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs qeyd edilmişdir. “Qarabağ Qaziləri” İctimai birliyi Bərdə rayon filialı tərəfindən verilmiş 03 may 2024cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1992-1993-cü illərdə Bərdə rayon Özünümüdafiə Batalyonunda iştirak etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Stenokardiyanın digər formaları” diaqnozu ilə xəstədir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, “Stenokardiyanın digər formaları” diaqnozu ilə xəstədir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və xəstə olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2012-ci il tarixli 1(088)-57/2012 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.4, 28,206.4, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.4 və 28,206.4-cü maddələri ilə 08 (səkkiz) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 09 doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının CMnin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi, cəzanın əvvəlinin 12 aprel 2011-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 7(003)- 1339/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 (bir) il 04 (dörd) ay 06 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 09 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə cəzasını çəkib qurtarmışdır. CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs məhkumluğunu nəzərə alaraq, CM-nin 83.1-ci maddəsinə əsasən cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. CM-nin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla, təqsirli bilindiyi CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2023-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan EO-7005 nömrəli, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, AMD modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahlar növünə aid 01 ədəd avtomat və zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 27 (iyirmi yeddi) ədəd patron və 30 ədəd 7,62x39 mm kalibirli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı, “Kolaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən zavod üsulu ilə hazırlanmış 01 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan 01 (bir) ədəd «DVD» diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan EO-7005 nömrəli, zavod üsulu ilə Macarıstan dövlətində istehsal olunmuş 7,62 mm kalibrli Kalaşnikov konstruksiyalı, AMD modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahlar növünə aid 01 ədəd avtomat və zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli Kalaşnikov avtomatlarında, əl pulemyotlarında və SKS karabinlərdə atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 27 (iyirmi yeddi) ədəd patron və 30 ədəd 7,62x39 mm kalibirli patron tutumuna malik, texniki cəhətdən saz və istifadəyə yararlı, “Kolaşnikov” konstruksiyalı silahın komplekt hissəsi hesab edilən zavod üsulu ilə hazırlanmış 01 ədəd daraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd «DVD» diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar