Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-47/2021 03.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda AR ƏN-nin PX-nin 2 saylı X1 saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək, saxlamış və daşımışdır. Belə ki, о, istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və ll siyahısında təsbit edilmiş 3 ədəd polietilen bükümdə və 3 ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-arılıqda təmiz çəkiləri 0,474 qram, 0,425 qram, 0,064 qram, 0,014 qram, 0,031 qram, 0,061 qram olmaqla, ümumi təmiz çəkisi 1,069 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroini, həmin kağız paketdəki 1 ədəd gümüşü rəngli kağız bükümündə və 3 ədəd göy rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,228 qram, 0,039 qram, 0,048 qram, 0,043 qram olmaqla, ümumi təmiz çəkisi 0,358 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini, həmin kağız paketdəki 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,118 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, həmin kağız paketdəki 2 ədəd polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,245 qram olmaqla, ümumi təmiz çəkisi 0,358 qram olan maddələr (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşiş qətranını, həmin kağız paketdə 1 ədəd göy rəngli kağız bükümündəki 1 ədəd polietilen bükümdə, təmiz çəkisi 1,572 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəki qanunsuz olaraq əldə edib özünə məxsus “Lada-2172” markalı **-GV-*** qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 22 noyabr 2020-ci il tarixdə, saat təxminən 19 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, İsmət Qayıbov küçəsində saxlanılaraq, Bərdə RPŞ-yə gətirildikdən sonra Şöbənin inzibati binasının həyətində sonuncunun avtomobilinə şəxsi axtarış və götürmə istintaq hərkəti keçirilən zaman həmin avtomobilin sağ qabaq oturacağının aşağı yan hissəsindən köhnə pul qabının içərisindən yuxarıda qeyd olunmuş narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 ay öncə narkotik vasitələrin qəbulu ilə məşğul olmağa başlamışdır. Əsasən, “şüşə” metanfetamin istifadə etmişdir. 21.11.2020-ci il tarixdə yaşadıqları Bərdə rayonu Füzuli küçəsinin yaxınlığında olan dəmir yolunun üstündə oturub siqaret çəkən zaman, dəmir yol şpallarının arasında sellofan paketə bükülü kütlə aşkar etmiş və orada açıb baxan zaman, özünə lazım olan maddələrin yəni ki, narkotik vasitə olan “kakos”-heroin, “şüşə”-metamfetamin, marixuana, həşiş qətranı, tiryəkin olduğunu görmüşdür. O, həmin kütlələri cibinə qoyaraq evə getmiş və metamfetamindən bir qədərini istifadə etmişdir. Sonra isə qalanlarını köhnə pul qabına qoyaraq avtomobilində saxlamışdır. 22.11.2020-ci il tarixdə təxminən axşam saat 19:20 radələrində baş ağrısı dərmanı almaq üçün, Bərdə şəhərində İ.Qayıbov küçəsində özünə məxsus Lada-2172 markalı **-GV-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olan zaman, polis əməkdaşları onun avtomaşınını saxlayaraq, ona narkotik vasitələrin saxlanılması və gəzdirilməsi ilə bağlı məlumatları olduğunu demişlər və polis əməkdaşlarından biri avtomaşınına oturaraq avtomaşını polis şöbəsinin inzibati binasına sürməyi tələb etmişdir. O, polis əməkdaşı ilə birlikdə şəxsi avtomaşını ilə Bərdə rayon polis şöbəsinə getmiş və sonradan avtomaşını ilə onun üzərinə baxışla şəxsi axtarış keçiriləcəyini bildirmişlər və o, heç bir etiraz etməmişdir. Onun üçün vəkil dəvət olunduqdan sonra polis əməkdaşlarının iştirakı ilə avtomaşınına baxış keçirilən zaman, avtomaşınının sağ oturacağının aşağı yanında narkotik vasitələri gizlətdiyi köhnə pul qabını aşkar etmişlər. Pul qabının içərisini açan zaman, pul qabında olan bükümlərin narkotik vasitələr olduğunu və ona məxsus olduğunu demişdir. Həmin köhnə pul qabında olan narkotik vasitələr özünə məxsusdur. Həmin narkotik vasitələri şəxsi istifadəsindən ötrü avtomobilində saxlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Halhazırda özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 könüllü ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ayrılsa da lakin, bir yerdə yaşamışdır. Orxan ilə onun 3 az yaşlı övladları vardır. O, son ikiüç ayda Orxanın narkotik vasitələrdən istifadə etməsini bilmişdir. Orxan özü ona narkotik vasitələrdən istifadə etməsini bildirmişdir. Lakin, Orxan onların yanlarında narkotik vasitələrdən istifadə etməmişdir. Orxanın narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir tanış kimi tanımışdır. Onunla münasibətləri normal olmuşdur. “Lada-2172” markalı **-GV-*** qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə onun özünə məxsusdur. O, “Lada-2172” markalı **-GV-*** qeydiyyat nişanlı avtomobili bir neçə ay bundan öncə sürməsi üçün etibarnamə vasitəsi ilə tanışı Təqsirləndirilən şəxs vermişdir. Belə ki, Orxan ilə şifahi razılıqlarına əsasən Orxan avtomobilin pulunu ona hissə-hissə ödədikdən sonra avtomobili Orxanın adına rəsmiləşdirəcəymiş. Sonuncu dəfə 2020-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi səbəbi ilə 22.11.2020-ci il tarixdə Bərdə RPŞ-nin polis əməkdaşları tərəfindən tutulmasını öyrənmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrdən istidafə etməsindən və ya narkotik vasitlərin satışı ilə məşğul olmasından, həmçinin, ona məxsus “Lada-2172” markalı **-GV-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələri saxlamasından, daşımasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şаhid Şahid3 ifadə verərək göstərmişdir ki, o, X4 xidmət edir. Təqsirləndirilən şəxs “Lada-2172” markalı **-GV-*** d.q.n-lı avtomobilində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəfindən 22.11.2020-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Lada-2172” markalı **-GV-*** d.q.n-lı avtomobil ilə Bərdə şəhəri İ.Qayıbov küçəsində hərəkətdə olan zaman saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Vəli İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, müdafiəçisinin, Təqsirləndirilən şəxs iştirakı ilə “Lada-2172” markalı **-GV-*** d.q.n-lı avtomobilə Bərdə RPŞ-nin inzibati binasının həyətində təhqiqatçı Vəli İsmayılov tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq oturacağının sağ aşağı hissəsində köhnə pul qabını götürüb avtomobilin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin pul qabında narkotik vasitələr olmasını bildirib pul qabının kilidini açmağı xahiş etmişdir. Pul qabının kilidini açan zaman içərisindən 3 ədəd polietilen bükümdə və 3 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə -heroinə oxşar kütlə, 1 ədəd gümüşü rəngli kağız bükümündə və 3 ədəd göy rəngli kağız bükümdə psixotrop maddə- metamfetaminə oxşar kütlə, 1 ədəd gümüşü rəngli kağız bükümdə qurudulmuş marixuanaya oxşar kütlə, 2 ədəd polietilen bükümdə narkotik vasitə- həşiş qətranına oxşar kütlə, 1 ədəd göy rəngli kağız bükümündəki 1 polietilen bükümdə narkotik vasitə- tiryəkə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin hamısının narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr təhqiqatçı Vəli İsmayılov tərəfindən zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2013-cü ildən X4, 2017-ci ildən tutduğu vəzifədə xidmət edir, polis baş leytenantıdır. Ona Bərdə şəhəri Füzuli küçəsi ev 87-də yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Lada-2172” markalı **-GV-*** d.q.n-lı avtomobilində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəfindən 22.11.2020-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi “Lada-2172” markalı **-GV-*** d.q.n-lı avtomobil ilə Bərdə şəhəri İ.Qayıbov küçəsində hərəkətdə olan zaman saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Vəli İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə RPŞ-nin digər əməkdaşı polis baş leytenantı Şahid3, müdafiəçisinin, Təqsirləndirilən şəxs iştirakı ilə “Lada-2172” markalı **-GV-*** d.q.n-lı avtomobilə Bərdə RPŞ-nin inzibati binasının həyətində təhqiqatçı Vəli İsmayılov tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq oturacağının sağ aşağı hissəsində köhnə pul qabını götürüb avtomobilin üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin pul qabında narkotik vasitələr olmasını bildirib pul qabının kilidini açmağı xahiş etmişdir. Pul qabının kilidini açan zaman içərisindən 3 ədəd polietilen bükümdə və 3 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə -heroinə oxşar kütlə, 1 ədəd gümüşü rəngli kağız bükümündə və 3 ədəd göy rəngli kağız bükümdə psixotrop maddə- metamfetaminə oxşar kütlə, 1 ədəd gümüşü rəngli kağız bükümdə qurudulmuş marixuanaya oxşar kütlə, 2 ədəd polietilen bükümdə narkotik vasitə- həşiş qətranına oxşar kütlə, 1 ədəd göy rəngli kağız bükümündəki 1 polietilen bükümdə narkotik vasitə- tiryəkə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin hamısının narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr təhqiqatçı Vəli İsmayılov tərəfindən zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Cinayət işinə əlavə edilmiş 22.11.2020-ci il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, Bərdə RPŞ-nin Təhqiqаt bölməsinin təhqiqаtçısının və CAB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi “Lada-2172” markalı **-GV-*** d.q.n-lı avtomobildə axtarış keçirilmiş, axtarış zamanı avtomobilin qabaq oturacağının sağ aşağı hissəsində olan köhnə pul qabının içərisindən sellofan paketlərə və siqaretin ağ kağızlarına bükülmüş, ümumi sayı 15 ədəd kütlə aşkar edilmiş və elektron tərəzidə çəkilib ümumi çəkiləri 4,91 qram olmağı müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Sоrğu zаmаnı Təqsirləndirilən şəxs avtomobilindən аşkаr оlunmuş kütlələrin narkotik vasitə olduğu, Bərdə şəhərində yaşadığı Füzuli küçəsinin yaxınlığında yerləşən dəmir yolunun yanında tapdığını, şəxsi istifadəsi üçün avtomobilində gəzdirdiyini, narkotik vasitəni hər hansı bir şəxsə vermədiyini və ya satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə axtarış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmışdır. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X2 Regional Bölməsinin 23 noyabr 2020-ci il tarixli 16/773 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus avtomaşından aşkar edilən narkotik vasitə...” sözləri olan kağız paketdəki 3(üç) ədəd polietilen bükümdə və 3(üç) ədəd “gümüşü” rəngli kağız bükümdəki, ayrı-arılıqda təmiz çəkiləri 0,474 qram, 0,425 qram, 0,064 qram, 0,014qram, 0,031 qram, 0,061 qram, ümumi təmiz çəkisi 1,069 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Həmin kağız paketdəki 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 3(üç) ədəd göy rəngli kağız bükümdəki, ayrı-ayrılıqda təmiz çəkiləri 0,228 qram, 0,039 qram, 0,048 qram, 0,043 qram ümumi təmiz çəkisi 0,358 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının ll bəndinə daxildir. Həmin kağız paketdəki 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümdəki, təmiz çəkisi 0,118 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kağız paketdəki 2(iki) ədəd polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,245 qram ümumi təmiz çəkisi 0,358 qram olan maddələr (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəhəşiş qətranıdır. Həmin kağız paketdəki 1(bir) ədəd göy rəngli kağız bükümdəki 1(bir) polietilen bükümdə təmiz çəkisi- 1,572 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının l bəndinə daxildir. Həmçinin, 1(bir) ədəd “gümüşü” rəngli kağız bükümün içərisində yandırılmış polietilen kəsiyi aşkar edilmişdir. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 21 yanvar 2021-ci il tarixli 53 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 30.11.2020-ci il tarixli əməliyyat tapşırığına 02.01.2021-ci il tarixli cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə əvvəllər məşğul olması müəyyən edilməmiş, bundan əlavə narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi mənbə və narkotik vasitələri və psixotrop maddələri satmış olduğu şəxsləri müəyyən etmək mümkün olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu istintaqa məlum olmayan mənbədən və müddətdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ və ll siyahısında təsbit edilmiş 3 ədəd polietilen bükümdə və 3 ədəd gümüşü rəngli kağız bükümdə, ayrı-arılıqda təmiz çəkiləri 0,474 qram, 0,425 qram, 0,064 qram, 0,014 qram, 0,031 qram, 0,061 qram olmaqla, ümumi təmiz çəkisi 1,069 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroini, həmin kağız paketdəki 1 ədəd gümüşü rəngli kağız bükümündə və 3 ədəd göy rəngli kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,228 qram, 0,039 qram, 0,048 qram, 0,043 qram olmaqla, ümumi təmiz çəkisi 0,358 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamini, həmin kağız paketdəki 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,118 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, həmin kağız paketdəki 2 ədəd polietilen bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,113 qram, 0,245 qram olmaqla, ümumi təmiz çəkisi 0,358 qram olan maddələr (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşiş qətranını, həmin kağız paketdə 1 ədəd göy rəngli kağız bükümündəki 1 ədəd polietilen bükümdə, təmiz çəkisi 1,572 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəki qanunsuz olaraq əldə edib özünə məxsus “Lada-2172” markalı **-GV-*** qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, 22 noyabr 2020-ci il tarixdə, saat təxminən 19 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, İsmət Qayıbov küçəsində saxlanılaraq, Bərdə RPŞ-yə gətirildikdən sonra Şöbənin inzibati binasının həyətində sonuncunun avtomobilinə şəxsi axtarış və götürmə istintaq hərkəti keçirilən zaman həmin avtomobilin sağ qabaq oturacağının aşağı yan hissəsindən köhnə pul qabının içərisindən yuxarıda qeyd olunmuş narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla şahid ifadələri, ekspert rəyləri və iş materialları ilə tamamilə təkzib olunan, işin faktiki hallarına uyğun olmayan ifadələrdir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı dövründə Təqsirləndirilən şəxs CM-in 234.2ci maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda həmin hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materialları və şahid ifadələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi tam sübuta yetirilmişdir. Bununla yanaşı, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi ilə ona istinad edilən cinayət əməlini törətməməsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında daha sonra göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Həmçinin, Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 22 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 22 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin ediməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs оğlunun avtomobilindən aşkar olunmuş 3 ədəd polietilen bükümdə və 3 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 1,069 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,009 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroin, 1 ədəd gümüşü rəngli kağız bükümdə və 3 ədəd göy rəngli kağız bükümdəki, ümumi təmiz çəkisi 0,358 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,318 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 1 ədəd gümüşü rəngli kağız bükümdəki, təmiz çəkisi 0,118 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,108 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd polietilen bükümdə ümumi təmiz çəkisi 0,358 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,318 qram olan maddələr (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranı, 1 ədəd göy rəngli kağız bükümdəki 1 polietilen bükümdə təmiz çəkisi 1,572 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,472 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs avtomobilində şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 60 (altmış) manat 80 (səksən) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 22 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - Təqsirləndirilən şəxs оğlunun avtomobilindən aşkar olunmuş 3 ədəd polietilen bükümdə və 3 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 1,069 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,009 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroin, 1 ədəd gümüşü rəngli kağız bükümdə və 3 ədəd göy rəngli kağız bükümdəki, ümumi təmiz çəkisi 0,358 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,318 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 1 ədəd gümüşü rəngli kağız bükümdəki, təmiz çəkisi 0,118 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,108 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 2 ədəd polietilen bükümdə ümumi təmiz çəkisi 0,358 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,318 qram olan maddələr (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranı, 1 ədəd göy rəngli kağız bükümdəki 1 polietilen bükümdə təmiz çəkisi 1,572 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,472 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs avtomobilində şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat, 80 (səksən) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Bərdə rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-47/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-47/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver