Məhkəmə qərarları › İş №1(021)-47/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-47/2022

14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-47/2022 14.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Müdafiəçi X2, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993- cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 06 yanvar 2022-ci il tarixdə saat 10:30 radələrində Bərdə şəhəri Y. Babayev küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsində “Azpetrol” yanacaqdoldurma məntəqsinin arxasında yerləşən avtomobil təmiri sexində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə dava-dalaşa çevrilmiş və dava-dalaş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ağız nahiyəsinə əli ilə bir dəfə qəsdən vuraraq sonuncuya alt dodağın diş səthinin əzilmiş-cırılmış yarası, iki ədəd kəsici dişlərin tacının sınması ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona məxsus JCB markalı ekskavator vardır. Həmin traktorla gündəlik olaraq müxtəlif şəxslərin işini görməklə dolanır. Təxminən üç ay əvvəl Bərdə şəhəri Koroğlu küçəsində Azpetrol yanacaqdoldurma məntəqəsinin arxasında olan avtomobil təmiri sexində traktorunu Misir adlı qaynaqçıya düzəltdirmiş, həmin vaxt avtomobilini arxaya sürən zaman Misirin linki təkərin altında qalmış və əyilmişdir. Bunun ardınca isə o, Misirin linkini aparıb düzəltdirmiş və Misirin özünə qaytarmışdır. Təxminən 3 ay əvvəl isə o, Misirə dəmir parçası vermiş, traktorunun ehtiyyat hissəsini düzəltsin ancaq Misir ondan cox pul istədiyi və aldatdığı üçün onun dəmiri Misirdə qalmışdır. 06.01.2022-ci il tarixdə saat 10:30 radələrində o idarə etdiyi traktorla Misirin avtomobil təmiri sexinə gedərək özünə məxsus dəmirləri Misirdən götürmək istəmiş, bu zaman Misir ona dəmiri verməyəcəyini demişdir. O, isə səbəbini sorusanda Misir ona linkini yararsız hala saldığını demişdir. O, isə Misirə linkini düzəldib qaytardığını bildirmişdir. Misir isə ona demişdir ki, link düzəltdirdiyi yerdən qırılmışdır, ona görə də təzə link alması üçün 50 manat pul istəmişdir. Bu zaman aralarında narazılıq yaranmış, həmin vaxt Misir onun ünvanına nalayiq söyüş söyüb üstünə gəlmiş həmin vaxt Misir əli ilə onun üz nahiyəsinə vurmuş bundan sonra oda əli ilə Misirin ağız nahiyəsinə bir zərbə vurmuş ki, söyüş söyməsin. Bundan sonra O, Misiri vurmağına peşiman olaraq öz evinə getmişdir. Hadisə 06.01.2022-ci il tarixdə saat 10:30 radələrində Bərdə şəhəri Koroğlu küçəsində Azpetrol yanacaqdoldurma məntəqəsinin arxasında Misir adlı şəxsin avtomobil təmiri sexinin qarşısında baş vermiş, Baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs əli ilə onun sol üz nahiyəsinə vurmuş, həmçinin o da əlinin ici ilə Misirin ağız nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxtı yaranmış münaqişə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt orda onun tanımadığım bir nəfər şəxs olmuşdur. O, orada söyüş ifadəsi işlətməmiş ancaq Misir onun ünvanıma söyüş söymüşdür elə bu səbəbdəndə O, Misirin ağız nahiyəsinə bir zərbə vurmuşdur. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə şəhəri Koroğlu küçəsində Azpetrol yanacaqdoldurma məntəqəsinin arxasında yerləşən avtomobil təmiri sexində qaynaqçı işləyir. Təxminən 6 ay əvvəl Bərdə şəhər sakini “Qara” ləqəbli traktor sürücü onun işlədiyi sexə gələrək traktorunda qaynaq işi gördürmüşdür. “Qara” traktorunu idarə edən zaman ehtiyatslızlıqda onun usta işləyən zaman istifadə etdiyi lom yəni linkin üstindən keçmiş və link əyilərək istifadəyə yararsız olmuşdur. O, isə “Qara” Ləqəbli Təqsirləndirilən şəxs həmin aləti vermiş ki, ya həmin aləti təmir et yada təzəsin al ver. Elvin isə həmin linkə keyfiyyətsiz olaraq qaynaq vurdurub ona qaytarmışdır. O, isə həmin linkdən istifadə edən zaman link əlində sınmışdır. O, dəfələrlə Elvinə onun linkini alıb verməsini bildirmiş, ancaq həmin linki alıb ona verməmişdir. 06.01.2022-ci il tarixdə saat 10:30 radələrində Elvin onun işlədiyi avtomobil təmiri sexinə gəlmiş və Elvinin onda olan başqa dəmir parçasını istəmiş, O, isə Elvinə demişdir ki, linkini alıb verdikdən sonra dəmirini verəcək. Bu zaman Elvin onun ünvanına söyüş ifadəsi işlətmiş və aralarında bu səbəbdən mübahisə yaranmışdır. Mübahisə zamanı Elvin əsəbi şəkildə qəsdən yumruqla onun ağız nahiyəsinə vurmuş, bu zaman onun ağzından qan gəlmiş və onun huşu itmişdir. Bu zaman yaxınlıqda olan İsrəfil adlı şəxs gəlib ona köməklik etmişdir. O, tam özünə gələndə görmüşdür ki, onun bir neçə dişi sınıb həmçinin ağız nahiyəsində yara vardır. Hadisə 06.01,2022-ci il tarixdə saat 10:30 radələrində Bərdə şəhəri Koroğlu küçəsində Azpetrol Yanacaqdoldurma məntəqəsinin arxa hissəsində yerləşən avtomobil təmiri sexində olmuşdur. Baş vermiş dava-dalaş zamanı O, Təqsirləndirilən şəxs vurmamışdır. Həmin dava-dalaş zamanı Təqsirləndirilən şəxs yumruqla onun ağız nahiyəsinə qəsdən bir zərbə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt yaranmış münaqişə və dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Hadisə səhər saatları olduğu üçün avtomobil təmiri sexinə insanlar gəlməmiş ancaq yaxınlıqda olan avtomobil təmiri sexində usta işləyən İsrəfil olmuşdur. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 06.01.2022-ci il tarixli 11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər -alt dodağın diş səthinin əzilmiş-cırılmış yarası, iki ədəd kəsici dişlərin tacının sınması küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə- yəni 06.01.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 56-cı vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 55-ci vərəqəsində olan Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar