Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-48/2023 22.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1957-ci il tarixdə Bərdə rayonu Zümürxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Zümürxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, yivli odlu silah hesab edilən 1 (bir) ədəd idman-ov tüfəngini yaşadığı evdə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, TO3-8 modelli, “25926” nömrəli, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən 1 (bir) ədəd idman-ov tüfəngini yaşadığı Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikilidə saxlamış, 06 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Bərdə rayon Zümürxan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirən zaman oradan texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, TO3-8 modelli, “25926” nömrəli, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən 1 (bir) ədəd idman-ov tüfəngi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evində yaşayır, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. 4 övladı vardır. 1 qızı ailə həyatı qurmuş və hazırda ailəsi ilə birlikdə Bərdə şəhərində yaşayır. 2 oğlu, 1 qızı isə onunla birlikdə yaşayırlar. X3 1995-ci ildə vəfat etmiş, atasından ona 1 ədəd odlu yivli silah qalmışdır. Belə ki, atasının sağ vaxtlarında həmin silahı onda görmüşdür. Lakin atası vəfat etdikdən sonra silahı görməmişdir. Atası vəfat etməmişdən qabaq həmin silahı evin həyətində olan metal borunun içərisində gizlətmiş, o, 2020-ci ildə həyətdə olan metalları satmaq istəyən zaman metal borunun içərisindən həmin 1 ədəd TO3-8 markalı yivli odlu silahı tapmışdır. O, bu silahı tapdığını heç kimə bildirməmişdir. Silahı tapdıqdan sonra onun üzərini avtomobil matoru yağı ilə yağlamışdır. Sonra isə yaşadığı evin həyətində olan qapısını qıfıl ilə bağlı saxladığı yardımçı tikilidə gizlətmişdir. Həmin silahdan istifadə etməmişdir, həmin odlu silahdan ondan başqa heç kimin xəbəri yoxdur. 06 iyul 2022-ci il tarixdə evdə olarkən Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlib onu səsləmiş, o, evin darvazası qarşısına çıxanda polis əməkdaşları evdə qanunsuz olaraq yivli odlu silah saxlamağı barədə məlumat əldə etdiklərini, bu səbəbdən evə baxış keçirilməli olduğunu bildirmişlər və buna hər hansı etirazı olub-olmadığını soruşmuşlar. O, ərizə yazıb imzalamaqla baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Bundan sonra polis əməkdaşları ondan evdə odlu silah olub-olmadığını soruşanda, o, qanunsuz olaraq odlu silah saxladığını səmimi şəkildə etiraf edərək təqdim edə biləcəyimi söyləmiş, ardınca polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə gizlətdiyi 1 ədəd odlu silahı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin silahı haradan əldə etdiyini soruşduqda, o, onun atasından yadigar qaldığını söylmişdir. Baxış zamanı təqdim etdiyim silah ekspertiza tədqiqatına təqdim ediləcəkləri bildirilməklə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Musatafa İsayev həmçinin ifadəsində bacısı və qaynanası ard-arda olaraq rəhmətə getdikləri üçün başının yas mərasimlərinə qarışdığını, bu səbəbdən də həmin silahı könüllü olaraq təqdim edə bilmədiyini, yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar edilərək götürülmüş odlu silahdan başqa heç yerdə qanunsuz əşya və ya predmet saxlamadığını, həmin ov tüfəngindən əvvəllər heç vaxt istifadə etmədiyini, odlu silah saxlamağından başqa heç kimin, o cümlədən ailə üzvlərinin heç bir məlumatı olmadığını, odlu silahı saxlaması və ya istifadə etməsi üçün heç kimə vermədiyini, yalnız özündə saxladığını, atası Əfrəm İsayevin həmin silahı nə zaman və haradan əldə etməsi barədə heç bir məlumatı olmadığını göstərmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ilə birlikdə Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evində yaşayır, əvvəllər məhkum olunmamışdır, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. 4 övladı vardır. 1 qızı ailə həyatı qurmuş və hazırda ailəsi ilə birlikdə Bərdə şəhərində yaşayır. 2 oğlu, 1 qızı isə onunla birlikdə yaşayırlar. X3 1995-ci ildə vəfat etmiş, atasından ona 1 ədəd odlu yivli silah qalmışdır. Belə ki, atasının sağ vaxtlarında həmin silahı onda görmüşdür. Lakin atası vəfat etdikdən sonra silahı görməmişdir. Atası vəfat etməmişdən qabaq həmin silahı evin həyətində olan metal borunun içərisində gizlətmiş, o, 2020-ci ildə həyətdə olan metalları satmaq istəyən zaman metal borunun içərisindən həmin 1 ədəd TO3-8 markalı yivli odlu silahı tapmışdır. O, bu silahı tapdığını heç kimə bildirməmişdir. Silahı tapdıqdan sonra onun üzərini avtomobil matoru yağı ilə yağlamışdır. Sonra isə yaşadığı evin həyətində olan qapısını qıfıl ilə bağlı saxladığı yardımçı tikilidə gizlətmişdir. Həmin silahdan istifadə etməmişdir, həmin odlu silahdan ondan başqa heç kimin xəbəri yoxdur. 06 iyul 2022-ci il tarixdə evdə olarkən Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gəlib onu səsləmiş, o, evin darvazası qarşısına çıxanda polis əməkdaşları evdə qanunsuz olaraq yivli odlu silah saxlamağı barədə məlumat əldə etdiklərini, bu səbəbdən evə baxış keçirilməli olduğunu bildirmişlər və buna hər hansı etirazı olub-olmadığını soruşmuşlar. O, ərizə yazıb imzalamaqla baxış keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Bundan sonra polis əməkdaşları ondan evdə odlu silah olub-olmadığını soruşanda, o, qanunsuz olaraq odlu silah saxladığını səmimi şəkildə etiraf edərək təqdim edə biləcəyimi söyləmiş, ardınca polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə gizlətdiyi 1 ədəd odlu silahı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan həmin silahı haradan əldə etdiyini soruşduqda, o, onun atasından yadigar qaldığını söylmişdir. Baxış zamanı təqdim etdiyim silah ekspertiza tədqiqatına təqdim ediləcəkləri bildirilməklə qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvlərilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, Təqsirləndirilən şəxs Əhrəm oğlu onun atasıdır. Atası hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. O, 1 qardaşı, 2 bacısı vardır. Bacısının biri ailə həyatı qurmuş və hazırda Bərdə şəhərində yaşayır. Onlar isə valideynlərilə birlikdə yaşayırlar. O da, ailə həyatı qurmuş, bir övladı vardır. O, atası Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yardımçı tikilidə odlu silah saxlaması barədə heç bir məlumatı olmamışdır. Yalnız 06 iyul 2022-ci il tarixdə polis əməkdaşları yaşadıqları ünvana gəlib yaşadıqları evin həyətində olan yardımçı tikilidən 1 ədəd odlu silah aşkar etdikdən sonra onun həmin silahdan xəbəri olmuşdur. Bildirmişdir ki, onun və digər ailə üzvlərinin atasının qeyd etdiyi yerdə və yaxud başqa yerlərdə odlu silah saxlamasından xəbərləei olmamışdır. Sonradan atası onlara bildirmişdir ki, babasından qalma silahı yardımçı tikilidə gizlətmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Zümürxan kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə qanunsuz olaraq odlu silah saxlaması barədə daxil olmuş məlumat əsasında 06 iyul 2022-ci il tarixdə saat 18:30 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində onun yaşadığı Bərdə rayon Zümürxan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirən zaman ordan texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, TO3-8 modelli, “25926” nömrəli, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən 1 (bir) ədəd idman-ov tüfəngi aşkar edilərək götürülməsi, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 11-13-cü vərəqələrində olan 06 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Zümürxan kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan yardımşı tikiliyə videoçəkilişlə baxış keçirilmiş, həmin yardımçı tikilidən texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, TO3-8 modelli, “25926” nömrəli, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən 1 (bir) ədəd idman-ov tüfəngi qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 34-35-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 54-55-ci vərəqələrində olan 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 27-30-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/950 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli, “TO3-8” modelli, “25926” nömrəli, tüfəngdir – yivli odlu idman-ov silahıdır, saz vəziyyətdədir, istifadəyə(atəşə) yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (Aparılmış tədqiqatın dəyəri 64.0 manat təşkil edir) Cinayət işinin 58-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 130-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 67-72-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar olunaraq götürülmüş texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, TO3-8 modelli, “25926” nömrəli, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən 1 (bir) ədəd idman-ov tüfəngi maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılmasına verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Zümürxan kəndində yerləşən evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, ilk dəfə cinayət törətməsini və yaşayış yerindən müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, TO3-8 modelli, “25926” nömrəli, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən 1 (bir) ədəd idman-ov tüfəngi dövlət nəfinə müsadirə olunmalı və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilməlidir . Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 64.00 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan texniki cəhətdən saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, zavod üsulu ilə istehsal edilmiş, TO3-8 modelli, “25926” nömrəli, 5,6 mm kalibrli yivli odlu silah hesab edilən 1 (bir) ədəd idman-ov tüfəngi müsadirə olunsun və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 64.00 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-48/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-48/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver