Məhkəmə qərarları › İş №1(021)-48/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-48/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-48/2025 15.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid4, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Bərdə rayonu Qasımbəyli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan,əvvəllər məhkum olunmamış, Bərdə rayonu Qasımbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmış, lakin, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2024-cü ilin iyun ayı ərzində ümumilikdə 2 dəfə olmaqla ilk dəfə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Bərdə rayonu Qasımbəyli kəndində yerləşən yaşadığı evin yataq otağında, sonrakı tarixdə cinayət əməlini davam etdirərək xx.xx.2024cü il tarixdə saat 23 radələrində Bərdə rayonu Qasımbəyli kəndində yerləşən yaşadığı evin yataq otağında aralarında iki ildən artıq yaş fərqi olmaqla on dörd yaşına çatmış, lakin, on altı yaşına çatmayan tanışı xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun istəyi və könüllü razılığı ilə qızlıq pərdəsinin tamlığını pozaraq təbii yolla və arxa keçəcək dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olmaqla on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. Həmişə gündəlik olaraq Ağdam rayonuna işə gedib gəlmişdir. Ağdam rayonu Quzanlı qəsəbəsində mağazaya getmiş, orada Zərərçəkmiş şəxs görmüşdür. Xatirədən xoşu gəlmiş, onunla tanış olmuş, telefonla danışmış, bir-birlərini sevmişlər. Bundan sonra nişanlanmaq qərarına gəlmişlər. 2024-cü ilin yanvar ayında Xatirə ilə tanış olmuşdur. 2024-cü ilin fevral ayında nişan mərasimləri olmuşdur. 2024-cü ilin iyun ayının 23-də isə toyları olmuşdur. Toy yaşadıqları kənddə olmuşdur, bütün kənd camaatı toydan xəbər tutmuşdur. Xatirənin yaşının az olmasını nişandan sonra bilmişdir, bu barədə valdeynlərinə heç nə deməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Ağdam rayonu Quzanlı qəsəbəsində Xatirə ilə mağazada tanış olarkən birbirlərinə baxmış, xoşları gəlmişdir, Xatirəni sevdiyindən ondan ayrılmaq istəməmiş, evlənməyi düşünmüşdür. Tanış olarkən Xatirə telefon nömrəsini ona vermiş, telefonla danışmış, bir-birlərini sevdiklərinə görə Xatirənin yaşının az olmasını düşünməmiş, həm də Xatirə ona 18 yaşı olduğunu demiş, valdeyinlərini, qohum əqrabasını Xatirəyə elçi göndərmiş, nişanları olmuş, nişandan sonra Xatirənin yaşının az olduğunu bilmişdir. Nişan mərasimi Ağdam rayonu Baharlı qəsəbəsində, qız toyu və toy isə onun yaşadığı Bərdə rayonu, Qasımbəyli kəndində olmuşdur. Kəndin polis sahə rəisini tanımır, Zərərçəkmiş şəxs onunla evlənməyi özü də təkid etmişdir. Hazırda birlikdə ər-arvad münasibətində yaşayırlar, bir uşaqları yeni doğulub. Əməlindən peşnamdır. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qasımbəyli kəndində yaşamışdır. Evlidir, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 2024-cü ilin əvvəllərindən tanımışdır. Belə ki, həmin vaxtlar o, hər gün Ağdam rayonu Ergi qəsəbəsinə gedib sahədə soğan yığımında günəmuzd işləmişdir. Axşam saatlarında da yaşadığı Bərdə rayonuna geri qayıtmışdır. Geri qayıdarkən Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən adını xatırlamadığı ərzaq marketindən alış-veriş etmişdir. Təsadüfən Zərərçəkmiş şəxs o, marketdə olan vaxtlarda oradan alış-veriş etmişdir. Onun elə həmin vaxtdan Zərərçəkmiş şəxs xoşu gəlmiş və sevgi münasibəti yaranmışdır. Xatirəyə yaxınlaşıb tanış olmuş, istifadəsində olan mobil nömrəsini öyrənib Xatirə ilə danışmağa başlamışdır. Xatirə danışıqları zamanı ona xx.xx.2009-cu il təvəllüdlü olduğunu, hələ 15 yaşının tamam olmadığını bildirmişdir. O, hər şeyə rəğmən Xatirə ilə ailə qurmaq qərarına gəlmişdir. Düşünmüşdür ki, Xatirənin yaşı azdır, əsl ailə qurmalı qızdır. Bu barədə valideynlərinə məlumat vermiş, lakin, valideynlərinə Xatirənin 18 yaşının tamam olmasını yəni, yetkinlik yaşına çatdığını demişdir. Valideynləri onunla razılaşmışlar, Xatirənin yaşadığı ünvana elçiliyə getmişlər və Xatirənin valideynləri ailə qurmalarına razılaşmışlar. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Ağdam rayonu Baharlı qəsəbəsində Xatirənin yaşadığı ünvanda ailələr arasında nişan mərasimləri baş tutmuşdur. xx.xx.2024-cü il tarixdə toy mərasiminə hazırlıq üçün Xatirəni valideyninin və öz razılığı ilə Ağdam rayonundan yaşadığı Bərdə rayonu Qasımbəyli kəndinə gətirmişdir. Elə həmin gecə saat 23 radələrində yaşadığı evin yataq otağında Xatirə öz razılığı, istəyi və el adəti ilə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. O, Xatirənin qızlıq bəkarətini pozmuşdur. Az sonra Xatirə öz razılığı, istəyi ilə onunla arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin, Xatirə ilə cinsi əlaqəsindən heç kimin məlumatı olmamışdır. xx.xx.2024cü il tarixdə saat 12:30 radələrində Bərdə rayonu Qasımbəyli kəndində yaşadığı evin həyətində kustar üsulla qurulmuş mağarda toy məclisi keçirilmişdir. Xatirənin ailəsinin maddi vəziyyəti aşağı olması səbəbilə qız-oğlan toyu bir yerdə olmuşdur. Saat 22 radələrində toy şənliyi başa çatmışdır. Təxminən saat 23 radələrində yaşadığı evin yataq otağında Xatirə öz razılığı, istəyi və el adəti ilə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. Az sonra Xatirə öz razılığı, istəyi ilə onunla arxa keçəcək dəliyi vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxtı evdə valideynləri olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, o, Xatirə ilə zorla cinsi əlaqədə olmamış, Xatirənin öz istəyi ilə cinsi əlaqədə olmuşdur. Tutduğu əməldən peşmançılıq hissi keçirmişdir. Zərərçəkmiş şəxsin ifadələri: Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2009-cu il təvəllüdlüdür, anası Şahid4 atası isə X5r. Atasını tanımır. O, 2024-cü ilin yanvar ayında Quzanlı qəsəbəsində yerləşən maqağazda olarkən Azər də həmin mağazaya gəlmişdir. Orda Azərlə bir-birlərinə baxmışlar, bir –birindən xoşu gəlmişdir. O, telefon nömrəsini Azərə vermişdir ki, onunla əlaqə saxlasın, telefonla danışsınlar. Azəri çox sevdiyindən və ondan ayrılmaq istəmədiyindən ona yaşının az olduğunu deməmiş, Azərə 18 yaşı olduğunu demişdir. Anası onun evlənməyinə etiraz etmiş, buna görə hətta bıçaqla özünə xəsarət yetirməyə çalışmışdır. O, təkid etdiyindən 2024-cü ilin qış aylarında Azərin valdeyinləri, qohumları onlara elçi gəlmişdir. Elçi gəldikdən sonra nişanları olmuşdur. Lakin anası üç il gözləməyini demişdir. Buna razı olmadığına görə Azərlə qoşulub getmək qərarına gəlmişdir. Azərlə birlikdə getmişdir, 2024-cü ilin iyun ayında toyları olmuşdur. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Azərlə evlənməyi o təkid etmişdir, anası hələ üç il gözləməyini bildirsə də o, inad etmişdir, hətta intihar etmək də istəmişdir. Azərə yaşının az olmasını deməmişdir. Nişan mərasimi Ağdam rayonu, Baharlı kəndində, qız və oğlan toyu isə Azərin yaşadığı Bərdə rayonu, Qasımbəyli kəndində olmuşdur. İndi birlikdə yaşayırlar, bir uşaqları var. Zərərçəkmiş şəxsin ifadələri: Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid4 bildirdi ki, Zərərçəkmiş şəxs onun qızıdır, həyat yoldaşı ilə ayrıldığından qızını özü tək böyütmüşdür. Onu ərə vermək fikri olmamış, hətta onu hazırlığa da göndərmişdir ki, oxusun. Lakin qızı oxumaq istəməmişdir. Azərin valdeyinləri, qohumları onlara elçi gəlmiş, onlar elçi gələn vaxtı qızının yaşının az olmasını deməmişdir. Elçilik mərasimindən sonra 2024-cü ilin mart ayında Ağdam rayonu, Baharlı qəsəbəsində nişan olmuşdur. 2024-cü ilin iyun ayının 23 də isə Bərdə rayonu Qasımbəyli kəndində toy olmuşdur. Azərlə qoşulub gedərkən Ağdam rayonu Polis Şöbəsinə müraciət etmişdir, qızının ailə qurmasına razı olmamış, üç il nişanlı qalmasını 17-18 yaşı tamam olandan sonra toy olmasını bildirmiş, lakin qızı inad etmiş, evə girib qapını bağlayaraq bıçaqla özünə xəsasət yetirmək istəmişdir. Məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki,zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid4 bildirdi ki, Azərin valdeyinlərinə demişdir ki, qızı üç il nişanlı qalsın, üç ildən sonra toy edərlər. Nişan mart ayında olub, qızı təkid etdiyindən Azər də onu aparmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, bir uşaqları var, birlikdə yaşayıb, ailə olmalarını istəyir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs doğma övladıdır. Xatirə körpə olanda həyat yoldaşından ayrılmış, Xatirə onun himayəsində böyümüşdür. 2024-cü ilin əvvəllərində övladı Xatirə Bərdə rayonu Qasımbəyli kənd sakini xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə tanış olmasını və ailə qurmaq niyyətində olması barədə ona bildirmiş, lakin, o, razılaşmamışdır. Azərin valideynləri və Xatirə israr edərək Azər ilə Xatirənin evlənmələrini istəmişlər, yaşadığı ünvana elçiliyə gəlmişlər və o, sonunda Azər ilə Xatirənin nişanlanmasına razılaşmış, lakin, Xatirə ilə Azərdən toylarının Xatirənin 18 yaşı tamam olandan sonra olmasını istəmişdir. Həmçinin, Azərin valideynləri Xatirənin 18 yaşının tamam olmasını bilmişlər, nə o, nə Xatirə nə də Azər onlara Xatirənin yetkinlik yaşına çatmadığını deməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Ağdam rayonu Baharlı qəsəbəsində yaşadığı ünvanda ailələr arasında nişan mərasimi baş tutmuşdur. 2024-cü ilin iyun ayının əvvəllərində Xatirə ilə Azər toylarının olmasını istəmişlər. İlk öncə razılaşmamış, lakin sonra bu şərtlə razılaşmışdır ki, Xatirə ilə Azərdən toyları olsada Xatirənin 18 yaşı tamam olandan sonra cinsi əlaqədə olmalarını istəmişdir. Xatirə ilə Azərdə onunla razılaşmışlar. xx.xx.2024-cü il tarixdə toy mərəsiminə hazırlıq üçün Azər Xatirəni onun və Xatirənin öz razılığı ilə Ağdam rayonundan yaşadığı Bərdə rayonu Qasımbəyli kəndinə aparmışdır. Lakin, həmin vaxt Azər ilə Xatirənin cinsi əlaqədə olmasından məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Bərdə rayonu Qasımbəyli kəndində Azərin yaşadığı evin həyətində kustar üsulla qurulmuş mağarda toy məclisi başlamışdır. Maddi vəziyyəti aşağı olması səbəbilə qız-oğlan toyu bir yerdə keçirilmişdir. Saat 22 radələrində toy şənliyi başa çatmışdır. Toydan sonra o, yaşadığı ünvana geri qayıtmışdır. Toyun səhəri bilmişdir ki, toydan sonra təxminən saat 23 radələrində Azər ilə Xatirə yaşadıqları evin yataq otağına daxil olmuşlar. Həmin vaxtı orada Azər ilə Xatirə el adəti ilə cinsi əlaqədə olmuşlar. Lakin, hansı formada və hansı üsul ilə cinsi əlaqədə olmaları barədə məlumatı olmamışdır. Həmin vaxtı evdə Azər və Xatirədən başqa Azərin valideynləri olmuşdur. Şahidlərin ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 6 fevral 1961-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Qasımbəyli kəndində qeydiyyatda olmaqla orda da yaşayır. Təqsirləndirilən şəxs onun doğma oğludur. Azər ilə Xatirə tanış olmuşdur, bundan sonra onlar elçi getmiş, nişan etmişlər. Lakin elçilik, nişan və toy mərasimlərinin hansı ildə, hansı ayda olduğunu xatırlamır, elçi gedərkən Xatirənin neçə yaşı olduğunu soruşmamışdır, oğlu Azərinin qızın yaşını bilib-bilməməsindən xəbəri olmamışdır. Nişan olanda sonra Xatirə onlardan əl çəkməmişdir, toy etmələrini demişdir, hətda özü onlara gəlmişdir. Demişdir ki, qayıtmaq istəmir, bundan sonra onlar toy etmişdir. Toyu Bərdə rayonu Qasımbəyli kəndində öz həyətlərində ediblər. Toydan sonra bilmişdir ki, Xatirənin yaşı azadır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qasımbəyli kəndində yaşayır. Təqsirləndirilən şəxs doğma övladıdır. Zərərçəkmiş şəxs övladı Azərin həyat yoldaşıdır. 2024-cü ilin əvvəllərində övladı Azər Ağdam rayon sakini Zərərçəkmiş şəxs ilə tanış olmasını və ailə qurmaq niyyətində olması barədə ailə üzvlərinə bildirmiş, lakin, Azər onlara Xatirənin 18 yaşının tamam olmasını yəni, yetkinlik yaşına çatmasını demişdir. Onlar da Azər ilə razılaşmışlar, Xatirənin yaşadığı ünvana elçiliyə getmişlər və Xatirənin valideyni Naibə də ailə qurmaqlarına razılaşmışdır. Lakin nə Xatirə nə də anası Naibə onlara Xatirənin yetkinlik yaşına çatmadığını bildirməmişlər. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Ağdam rayonu Baharlı qəsəbəsində Xatirənin yaşadığı ünvanda ailələr arasında nişan mərasimi baş tutmuşdur. xx.xx.2024-cü il tarixdə toy mərasiminə hazırlıq üçün Azər Xatirəni valideyninin və Xatirənin razılığı ilə Ağdam rayonundan yaşadıqları Qasımbəyli kəndinə gətirmişdir. Lakin, həmin vaxt Azər ilə Xatirənin cinsi əlaqədə olmasından heç kimin məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Bərdə rayonu Qasımbəyli kəndində yaşadıqları evin həyətində kustar üsulla qurulmuş mağarda Azər ilə Xatirənin toy məclisi başlamışdır. Xatirənin ailəsinin maddi vəziyyəti aşağı olması səbəbilə qız-oğlan toyu bir yerdə keçirilmişdir. Saat 22 radələrində toy şənliyi başa çatmışdır. Təxminən saat 23 radələrində Azər ilə Xatirə yaşadıqları evin yataq otağına daxil olmuşlar. Həmin vaxtı orada Azər ilə Xatirə el adəti ilə cinsi əlaqədə olmuşlar. Lakin, hansı formada və hansı üsul ilə cinsi əlaqədə olmaları barədə məlumatları olmamışdır. Həmin vaxtı evdə Azər və Xatirədən başqa o, və həyat yoldaşı Ətlas olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, o və ailə üzvləri Xatirənin yetkinlik yaşına çatmamasından məlumatsız olmuşlar, lakin, övladı Azər Xatirənin xx.xx.2009-cu il təvəllüdlü olmasını dəqiq bilmişdir. Əgər o və ailə üzvləri Xatirənin yetkinlik yaşına çatmadığın bilsə idilər, heç vaxt Azər ilə Xatirənin ailə qurmasına razı olmazdılar. Məhkəmədə şahidlər qismində dindirilmiş Şahid3 və Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək şahid X2 ifadəsində bildirdiklərini təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Bərdə Rayon Polis Şöbəsinə azyaşlı xanımla bir nəfər bəy ailə qurmaq məqsədilə Bərdə rayonu Qasımbəyli kəndində toy edərək, evlənmələri barədə məlumat daxil olmuşdur. Elə həmin gün araşdırma aparmaq üçün Qasımbəyli kəndində getmiş, həmin şəxsləri Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişdir. Toyun səhəri günü toydan xəbəri olmuşdur. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. xx.xx.2024-cü il tarixdə ona Bərdə rayonu Qasımbəyli kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmaq məqsədilə özlərinə toy məclisi keçirdərək cinsi əlaqədə olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxladıqda qeyd edilən fakt öz təsdiqini tapmış və bu barədə araşdırma aparılması üçün xx.xx.2024-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Elə həmin gün Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinə dəvət olunmuşlar, aidiyyəti üzrə izahatları alınması üçün Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsinə təhvil verilmişlər. İstintaq bölməsində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs cinsi əlaqədə olmalarını səmimi olaraq etiraf etmişlər. Cinayət işinin materiallarına istinadlar: İfadələrin yerində yoxlanılması haqqında 25 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü sonuncunun iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmişdir. İfadələrin yerində yoxlanılması haqqında 11 noyabr 2024-cü tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyü Zərərçəkmiş şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş. Məhkəmə-tibbi ekspertizasının 25 iyun 2024-cü il tarixli 477 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı çoxdan pozulmuş olub müddəti 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi vasitəsilə mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur, sfinktorun tonusunun boşalması, şuavari qırışların hamarlaşması uzunsov formalı küt əşya, ola bilsin gərginləşmiş kişi cinsiyyət üzvünün düz bağırsağa mütəmadi yeridilməsi nəticəsində törənmiş əlamətləridir. Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhvəyyatı olan 02 ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının 5 iyul 2024-cü il tarixli 513 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü ereksiyalaşır, onun xarici cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir əlamət aşkar edilməmişdir. Məhkəmə-psixiatrik ekspertizasının 14 noyabr 2024-cü il tarixli 853 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər psixi xəstəliklərdən əziyyət çəkməmişdir. Onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. Zərərçəkmiş şəxs görmüş hadisələri düzgün qavramaqla həmin hadisələr barədə düzgün ifadə vermək qabiliyyətindədir. Məhkəmə-psixiatrik ekspertizasının 14 noyabr 2024-cü il tarixli 854 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən öz hərkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq(əqli cəhətdən geri qalma və ləngimə halları) və psixi xəstəlik keçirməmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Ağdam rayon Mərkəzi Xəstəxanası” X11 16 noyabr 2024-cü il tarixli 18-1-21/3-4261/2024 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs Ağdam RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında deyil. Əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Zərərçəkmiş şəxs Bərdə rayon Polis Şöbəsinə təqdim etdiyi ərizədən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndliyinin 15 noyabr 2024-cü il tarixli, 1733 nömrəli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qasımbəyli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 12 sentyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tatnıma haqqında qərardan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Raml qızı zərəçəkmiş şəxs qismində tanınmışdır. 13 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəx qismində cəlb edilmişdir. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2001-ci ildə Bərdə rayonu Qasımbəyli kəndində doğulmuşdur, Bərdə rayonu Qasımbəyli kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsinin təsdiq edilməsi haqqında arayışdan görünür ki, Zərərçəkmiş şəxs 3 noyabr 2009-cu ildə Ağcabədi rayonu Hindarx kəndində doğulmuşdur, Ağdam rayonu Qullar kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Qasımbəyli kəndində yaşayır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə Rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 14 yanvar 2025-ci il tarixli 164 nömrəli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Qasımbəyli kəndində yaşayan 2009-cu il tvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayon Doğum evinə 37 həftlik hamiləlik diaqnozu ilə daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə vaxtından əvvəl cərrahi doğuş ilə çəkisi 3000 qr, boryu 48 sm, cinsi kişi olan diri uşaq doğulmuşdur. Şahid4 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs qanuni nümayəndəsidir, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs qızının həyat yoldaşı, nəvəsinin atasıdır, şikayətçi olmamasını, barışmalarını nəzərə alıb daha yüngül və yaxud şərti cəza verilməsinə köməklik edilməsini xahiş etmişdir. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:

1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyalarına aiddir.

2. Belə ki, Cinayət Məcəlləsinin 152.1-ci maddəsində on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Həmin maddənin Qeyd hissəsinə görə, Cinayət Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə məsuliyyət həmin maddədə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan, məhkəmə-tibbi ekspertizasının rəyləri və digər sənədlər, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.

4. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

5. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə sonuncunun qanuni nümayəndəsinin razılığı ilə barışıq əldə etməsini, özünü təqsirli bilərək səmimi peşman olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.

6. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasını təyin etməklə, eyni zamanda Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə sonuncunun qanuni nümayəndəsinin razılığı ilə barışmasını, zərərçəkmiş şəxslə ortaq övladının doğulmasını, himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun azadlıqdan məhrum edilməsinin azyaşlı uşağının mənafeyi və maddi təminatı baxımından məqsədəmüvafiq olmadığını, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir.

7. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 il 6 ay olaraq müəyyən edilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə həmin müddətə şərti hesab edilməlidir. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.

8. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir.

9. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

10. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 8 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul köçürülməlidir.

11. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökmetdi:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.

2. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə həmin müddətə şərti hesab edilsin.

3. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.

4. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun.

5. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın.

6. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin.

7. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

8. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 daxil olduğu Bərdə rayon Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat məbləğində pul köçürülsün.

9. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

10. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar