Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-49/2021 22.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1983-cü ildə Bərdə rayonu Hüseynalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bərdə rayonu Hüseynalılar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu 01.02.2021-ci il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya sol gözətrafı nahiyənin hər iki göz qapağı əhatə olunmaqla qançırı, sol gözaltı almacıq nahiyəsinin hematoması, sol göz almasının qansızması ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildə Bərdə rayonu Böyük Göyüşlü kənd sakini Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladı vardır. Hal hazırda himayəsində 2014-cü il təvəllüdlü X1 və 2015-ci il təvəllüdlü X2 vardır. Zəmanə ilə ailə həyatı qurduqdan sonra daima yaxşı münasibətləri olmuşdur, lakin son vaxtlar aralarında sözlə mübahisələr yaranmağa başlamışdır, belə ki Zəmanə övladlarının orta məktəbə getməsini və uşaqları özünün məktəbə aparmasını istəmişdir, lakin o buna razılıq verməmiş, buna görədə aralarında ara sıra mübahisələr baş vermişdir. 01.02.2021-ci il tarixdə saat 23 radələrində o yaşadığı evdə ailə üzvləri ilə birgə yemək yeyərkən spirtli içgi qəbul etmiş və yemək yedikdən sonra evdə olarkən Zəmanə azyaşlı uşaqları sözlə tənbeh etməyə başlamış, buna görədə aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı o hirslənərək bir dəfə əlinin arxa hissəsi ilə Zəmanənin sifət nahiyəsinə vuraraq onu döymüşdür, bu zaman valideynləri onu aralamış və başqa bir otağa aparmışlar. Bundan sonra onlar arasında heçbir mübahisə baş verməmişdir. 02.02.2021-ci il tarixdə isə həyat yoldaşı Zərərçəkmiş şəxs onu döyməsi barədə ərizə ilə müraciət etmişdir. O öz günahını səmimi etiraf etdiyini bildirmişdi. O həyat yoldaşı Zərərçəkmiş şəxs döyməsinə səbəb kimi 01.02.2021-ci il tarixdə yaşadıqları fərdi yaşayış evində azyaşlı uşaqlarını sözlə tənbeh etməsi olduğunu göstərmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü ildə Bərdə rayonu Hüseynalılar kəndində yaşayan Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladı vardır. Hal hazırda himayəsində 2014-cü il təvəllüdlü X1 və 2015-ci il təvəllüdlü X2 vardır. Təqsirləndirilən şəxsla ailə həyatı qurduqdan sonra daima yaxşı münasibətləri olmuşdur, lakin son vaxtlar aralarında sözlə mübahisələr yaranmağa başlamışdır, belə ki o övladlarının orta məktəbə getməsini istəmiş, lakin Allahverdi uşaqların məktəbə getməsinə icazə verməmiş və buna görədə aralarında sözlə mübahisələr yaranmışdır. 01.02.2021-ci il tarixdə axşam saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadıqları evdə yemək yeyərkən spirtli içgi qəbul etmiş və yemək yedikdən sonra o Allahverdiyə 02.02.2021-ci il tarixdə azyaşlı uşaqlarının məktəbə getməli olduqlarını bildirmiş, lakin Allahverdi narazılıq etmiş və aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Allahverdi onun saçından tutmuş və sonra isə yumruqla sifət nahiyəsinə vuraraq onu döymüşdür. Bundan sonra isə Allahverdinin valideynləri atası Zakir və anası Rəhilə onu sakitləşmiş və başqa bir otağa aparmışlar. 02.02.2021-ci il tarixdə isə o döyülməsi barədə müraciət etmək qərarına gəlmişdir. Halhazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmiş və ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Təqsirləndirilən şəxs 2013-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 2 azyaşlı övladı vardır. Hal hazırda Allahverdi ailə üzvləri ilə birgə onun yaşadığı Bərdə rayonu Hüseynalılar kəndində yerləşən evində yaşayır. Allahverdi və Zəmanə arasında ailə həyatı qurduqdan sonra daima yaxşı münasibətləri yaxşı olmuşdur və heç bir zaman aralarında mübahisə baş verməmişdir. Lakin son günlərdə Allahverdi və Zəmanə arasında yaşadıqları evdə sözlə mübahisələr yaranmağa başlamışdır, belə ki Zəmanə azyaşlı uşaqları Aydan və Babəkin məktəbə getməli olduqlarını və uşaqları özünün məktəbə aparmaq istədiyini bildirmişdir, lakin Allahverdi uşaqların məktəbə babası Zakirin aparacağını demişdir. Buna görədə aralarında mübahisə yaranmışdır. 01.02.2021-ci il tarixdə axşam saat 23 radələrində o, həyat yoldaşı Zakir, oğlu Allahverdi və gəlini Zəmanə yaşadıqları evdə oturub yemək yeyərkən Allahverdi spirtli içgi qəbul etmişdir. Sonra isə oturub söhbət etmişlər və söhbət əsnasında Zəmanə 02.02.2021-ci il tarixdə uşaqlarını məktəbə aparmaq istədiyini bildirmiş, lakin Allahverdi atası Zakirin uşaqları aparacağını demişdir, bu səbəbdən Zəmanə və Allahverdi arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Allahverdi əli ilə Zəmanənin sifət nahiyəsinə bir dəfə zərbə ilə vurmuşdur və Zəmanə ağlamağa başlamışdır. Həmin vaxt Zakir Allahverdini aralamış və başqa otağa aparmışdır. O isə Zəmanəni sakitləşdirməyə çalışmış, sonra isə Zəmanənin sol gözünün qançırla əhatə olunduğunu görmüşdür. O Allahverdi olan otağa keçmiş və Zəmanəni döydüyünə görə sözlə tənbeh etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində həyat yoldaşı Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Materiala əlavə edilmiş “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 02.02.2021-ci il tarixli 96 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol gözətrafı nahiyənin hər iki göz qapağı əhatə olunmaqla qançırı, sol gözaltı almacıq nahiyəsinin hematoması, sol göz almasının qansızması ilə müşayət olunan küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 01.02.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materiala əlavə edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Materiala əlavə edilmiş Bərdə RİHB-nın Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Hüseynalılar kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə həmin ünvanda yaşayır. Himayəsində 15.05.2014-cü il təvəllüdlü X1 və 26.03.2015-ci il təvəllüdlü X2 vardır. Materiala əlavə edilmiş Bərdə RİHB-nın Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1983-cü ildə Bərdə rayonu Hüseynalılar kəndində anadan olmuş, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı vardır, fərdi əməklə məşğuldur, yaşadığı ərazidə özünü intizamlı aparmış, öz həmyaşıdları arasında hörməti vardır, ailə və məişətdə özünü intizamlı apararaq içtimai işlərdə fəal iştirak etmişdir. Hal hazıradək onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Materiala əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu 01.02.2021-ci il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya sol gözətrafı nahiyənin hər iki göz qapağı əhatə olunmaqla qançırı, sol gözaltı almacıq nahiyəsinin hematoması, sol göz almasının qansızması ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs оğlu zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-49/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-49/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver