Məhkəmə qərarları › İş №1(021)-49/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-49/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-49/2022 30.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçiləri X3, X1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 iştirakı ilə xx xxxxxx 1999-cu ildə Yardımlı rayonu, Teşkan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Təklə kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə anadan olmaqla yetkinlik yaşma çatmış şəxs olduğu halda xx.xx.2007-ci il tarixdə anadan olmuş, əvvəllər tanışlıq münasibəti olan Zərərçəkmiş şəxs ilə evlənmək məqsədilə əvvəlcədən razılığa gələrək 2021-ci ilin fevral ayının ortalarında 1 dəfə və sonralar istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda 2 dəfə olmaqla Zərərçəkmiş şəxs Masallı rayonu Təklə kəndində yerləşən yaşadığı evə dəvət edərək onun üçün aşkar surətdə on altı yaşına çatmadığını bilib həmin evin yataq otağında döşəmənin üzərindəki döşəyin üstündə Zərərçəkmiş şəxsnm razılığı əsasında öz kişi cinsiyyət orqanını düz bağırsağına salaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuş, 11.11.2021-ci il tarixdə saat 13 radələrində Təklə kəndində yerləşən “Dönər NN”-in qarşısında Zərərçəkmiş şəxs ilə görüşmüş, sonradan Bərdə rayonu Qazaxlar kəndində yerləşən həmin kənd sakini Şahid5 məxsus yaşayış evinə apararaq onun üçün aşkar surətdə on altı yaşına çatmadığını bilib 12.11.2021-ci il tarixdə saat 05 radələrində həmin evin qonaq otağında döşəmənin üzərindəki döşəyin üstündə Zərərçəkmiş şəxsnm razılığı əsasında öz kişi cinsiyyət orqanını sonuncunun qadın cinsiyyət orqanına yerləşdirməklə qızlıq pərdəsinin anatomik tamlığını pozaraq təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs 2012-ci ildən tanıyır. Ailə üzvlərinin Zərərçəkmiş şəxs ailə üzvləri ilə münasibəti həmişə yaxşı olmuş və buna görədə tez-tez bir-birlərinin evinə qonaq gedib-gəlmişlər. 2020-ci ilin sentyabr ayında onun Zərərçəkmiş şəxs qarşı məhəbbət hissi yaranmağa başlamışdır. Həmin vaxtlarda Zərərçəkmiş şəxs da istifadə etdiyi mobil telefonun “whatsapp” ani danışıq sistemi vasitəsilə ona mesaj yazaraq ondan xoşunun gəlməsini və onu sevdiyini bildirmişdir. Səfurəyə qarşı məhəbbət hissləri olduğundan Səfurəyə qarşılıq verərək onu sevdiyimi demişdir. Bundan sonra aralarında sevgi-məhəbbət münasibəti yaranmış, tez-tez Səfurə ilə onun yaşadığı evdə, eləcə də öz yaşadığı evdə və yaşadığı kənddə müxtəlif yerlərdə görüşüb söhbət etmişdir. Səfurə ilə bir-birlərinə qarşı sevgi-məhəbbət hisslərinin olmasından anasının və bacısının da məlumatı olmuşdur. 2020-ci ilin oktyabr ayının sonlarına yaxın Səfurəyə “Samsung Galaxy J2” markalı mobil telefon almış və onunla həmin telefon vasitəsilə əlaqə yaratmağa davam etmişdir. 2021-ci ilin fevral ayının ortalarında Zərərçəkmiş şəxs mesaj yazaraq ailə üzvlərinin evdə olmadığını deyib onu yaşadığı evə dəvət etmiş, Səfurə bir müddət sonra onun yaşadığı evə gəlmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ilə yaşadığı evdə bir neçə dəqiqə söhbət etdikdən sonra ona qeyritəbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Səfurə onunla razılaşdıqdan sonra hər ikisi əyinlərində olan şalvarlarını və alt paltarlarını çıxarmış, daha sonra yaşadığı evin otağında döşəmənin üzərində olan döşəyin üstündə Səfurənin öz razılığı əsasında onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin müddətdən bir qədər sonra Səfurənin anası Nəsibəni kənddə yerləşən otlaq sahəsində görüb qızı Səfurə ilə evlənmək istədiyini bildirmişdir. Nəsibə buna icazə verməyəcəklərini demişdir. Səfurəni sevdiyi üçün onunla evlənməyi qarşısına məqsəd qoymuşdur. Bir neçə dəfə Səfurənin ailəsinə bu məqsədini çatdırsa da onlar Səfurə ilə evlənməyinə imkan verməyəcəklərini demişlər. Bacısının vasitəsilə atası Heydər Abdulova evlənmək istədiyini, qonşuları Səfurəni onun üçün elçi gedib istəməsini bildirmiş, lakin, atası Heydər onunla razılaşmayıb bacına iradını bildirmiş və bundan sonra onunla ünsiyyət yaratmamışdır. Ailə üzvlərindən xəbərsiz Səfurə ilə evlənmək məqsədilə birlikdə qaçmağı fikirləşmişdir. Lakin, Səfurə ilə birlikdə qaçdıqdan sonra harada qalacağını qərarlaşdıra bilməmişdir. Bir müddət əvvəl hərbi xidmətdə olduğu zaman məzuniyyət vaxtlarında evinə gedib-gəldiyi atasının Tərtər rayonuna yaşayan dostu Elzadənin evinə gedə biləcəyini düşünmüşdür. 10 noyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı kənddə yerləşən küçədə olarkən Zərərçəkmiş şəxs ilə rastlaşmış və sonuncuya onunla evlənmək məqsədilə qaçmaq niyyətini tam qərarlaşdırmışdır. Səfurə ilə salamlaşıb ona evlənmək vaxtlarının çatdığını və 11.11.2021-ci il tarixdə saat 1230-da yaşadıqları kənddə yerləşən “Dönər NN” adlı dönər evinin qarşısında görüşüb oradan Tərtər rayonuna gedəcəklərini demişdir. Səfurə də onunla razılaşıb dediyi saatda həmin yerdə olacağını bildirmişdir. 11.11.2021-ci il tarixdə saat 1230-da yaşadığı evdə işi olduğundan Səfurəyə dediyi saatda qeyd etdiyi yerə gedə bilməmiş, həmin vaxtdan təxminən yarım saat sonra həmin yerə getdikdə Səfurənin onu orada gözlədiyini görmüşdür. Birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisinə qədər piyada hərəkət etmişlər. Orada Bərdə-Yevlax rayonu istiqamətində hərəkət edən tanımadığı şəxsə məxsus avtobusla Bərdə rayonu ərazisinə gedib həmin yerdə avtobusdan düşmüşlər. Tanımadığı şəxsə məxsus taksi vasitəsilə Tərtər rayonu Düyərli kəndində yaşayan atasının dostu olan Elzadənin evinə gedib orada təxminən 15 dəqiqə oturub çay içdikdən sonra oradan geri qayıdacaqlarını bəhanə edərək çıxmışlar və Tərtər rayonu ərazisində Səfurə ilə birlikdə təxminən 1 saat küçədə dayanmışlar. Həmin vaxt yanlarında tanımadığı şəxsə məxsus “Qazel” markalı yük avtomobili saxlamışdır. Avtomobilin sürücüsü ondan orada niyə dayandığını soruşarkən atasının dostu Elzadənin qonağı olduğunu, hazırda isə yaşadığı Masallı rayonu ərazisinə qayıtmaq istədiyini bildirmişdir. Tanımadığı şəxs Elzadənin onun dayısı olduğunu demiş və onların evində qonaq ola biləcəklərini bildirmişdir. Həmin şəxsin avtomobilinə əyləşib Səfurə ilə birlikdə Elzadənin Bərdə rayonu Qazaxlar kəndində yaşayan bacısı əri Şahid5 evinə getmişlər. Həmin gecəni Şahid5 evində qalmışlar. 12.11.2021-ci il tarixdə Şahid5 ailəsinin onlara yatmaq üçün təklif etdikləri qonaq otağında döşəmənin üzərində onlar üçün ayrı-ayrı hazırlanmış döşəklərin üzərində yatmışlar. Həmin tarixdə saat 05 radələrində Səfurəni öz yanına çağırmış, Səfurə onun yanına gəldikdən sonra bir neçə dəqiqə söhbət etməyə başlamşlar. Səfurəyə onunla təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Səfurə də ona razılıq verdikdən sonra Səfurənin əynində olan boz rəngli idman şalvarını və alt geyimini onun əynindən çıxarmışdır. Daha sonra öz əynində olan şalvarı və alt paltarını əynindən çıxarıb Səfurənin üzərinə uzanmışdır. Bir neçə dəqiqə əlini Səfurənin cinsiyyət orqanına sürtdükdən sonra öz cinsiyyət orqanını Səfurənin vajinasına salaraq onun bakirəliyini pozmuşdur. Təxminən 20 dəqiqə Səfurə ilə cinsi əlaqədə olmağa davam etmiş və həmin müddət ərzində Səfurənin vajinasından qan açılmış və cinsi əlaqədə olan zaman spermasını Səfurənin vajinasına boşaldıb ondan ayrılmışdır. Bundan sonra yatmışlar. Həmin gün Şahid5 evində qalmışlar və axşam saatlarında polis əməkdaşları həmin yerə gəlib onu və Zərərçəkmiş şəxs Masallı rayon Polis Şöbəsinə gətirmişlər. Zərərçəkmiş şəxs ilə cinsi əlqədə olan zaman Səfurənin 16 yaşına çatmadığını bilmişdir. Səfurə ilə onun öz razılığı ilə cinsi əlaqədə olmuş, ona heç bir zor tətbiq etməmişdir. 12.11.2021-ci il tarixdə saat 05 radələrində Bərdə rayonu, Qazaxlar kənd sakini Şahid5 məxsus evdə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olduğu zaman bundan heç kimin xəbəri olmamış, çünki həmin vaxt Şahid5 və ailə üzvləri yatmışlar. Zərərçəkmiş şəxs ilə evlənmək niyyətində olduğu üçün və Səfurə də bunu bildiyindən onun istək və arzusu ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Hazırda Zərərçəkmiş şəxs ilə nişanlıdır. Bir yerdə yaşamasalar da gələcəkdə ailə quracaqlar. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs uzun illərdir tanıyır. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun yaşadığı evə qonaq gəlib-getmişdir. 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs qarşı məhəbbət hissi yaranmağa başlamış, həmin vaxtlarda istifadə etdiyi atası Şahid2 məxsus mobil telefonun “whatsapp”ı ilə Təqsirləndirilən şəxs mesaj yazaraq ondan xoşunun gəldiyini və onu sevdiyini bildirmişdir. Təqsirləndirilən şəxs da ona qarşılıq verərək onu sevdiyini bildirmişdir. Təqsirləndirilən şəxsla aralarında sevgi-məhəbbət münasibəti yaranmağa başlamışdır. Təqsirləndirilən şəxs ilə tez-tez yaşadığı evdə və yaşadığı kənddə görüşüb söhbət etmişdir. Şahinlə bir-birilərinə qarşı sevgi-məhəbbət hisslərinin olmasından Şahinin anası və bacısının da məlumatları olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayının sonlarına yaxın ona “Samsung Galaxy J2” markalı mobil telefon almış və onunla həmin telefonun “whatsapp”ı ilə əlaqə yaratmışdır. 2021-ci ilin fevral ayının ortalarında Şahinlə əlaqə saxlayarkən sonuncu ailə üzvlərinin evdə olmadığını bildirmişdir. Şahingilin qonşuluğuna hazırlığa getmək adı ilə evdən çıxıb Şahinin yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxsla onun yaşadığı evdə bir neçə dəqiqə söhbət etdikdən sonra öz razılığı əsasında sonuncu ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra dəqiq xatırlamadığı tarixlərdə 2 dəfə də öz razılığı ilə Təqsirləndirilən şəxs onunla yaşadığı evdə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, lakin, bakirəliyini pozmamışdır. Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olarkən sonuncu cinsiyyət orqanını onun anal dəliyinə salaraq təxminən 10 dəqiqə müddətində onunla cinsi əlaqədə olmuşdur. Şahinlə cinsi əlaqədə olmalarından heç kimin məlumatı olmamışdır. Şahin onu sevdiyini və evlənəcəyini bildirmiş, bu barədə bir müddət əvvəl anasına desə də, anası ona hələ uşaq olduğunu və evlənmək yaşına çatmadığını demişdir. 10 noyabr 2021-ci il tarixdə saat 14 radələrində atası Şahid2 siqaret almaq üçün ərzaq mağazasına gedərkən yaşadığı kənddə küçədə Təqsirləndirilən şəxs ilə rastlaşmış, sonuncu ona artıq evlənmək vaxtlarının çatdığını və 11.11.2021-ci il tarixdə saat 1230-da yaşadığı kənddə yerləşən “Dönər NN” adlı dönər evinin qarşısında görüşüb oradan Tərtər rayonuna gedəcəklərini demişdir. Şahinlə razılaşmış və dediyi saatda həmin yerdə olacağını ona bildirmişdir. 11.11.2021-ci il tarixdə saat 1230-da ərzaq mağazasına getmək adı ilə yaşadığı evdən çıxaraq Şahinlə razılaşdığı yerə getmiş və orada təxminən yarım saat Şahini gözləmişdir. Təqsirləndirilən şəxs yanına gəldikdən sonra birlikdə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisinə qədər piyada hərəkət etmişlər. Orada Bərdə-Yevlax rayonu istiqamətində hərəkət edən tanımadığı şəxsə məxsus avtobusla Bərdə rayonu ərazisinə gedib avtobusdan düşmüşlər. Tanımadıqları şəxsə məxsus taksi vasitəsilə Tərtər rayonunda yerləşən Şahin Abdulovun atasının dostunun evinə gedib orada təxminən 15 dəqiqə oturub çay içdikdən sonra həmin şəxsin bacısının həmin kənddən bir qədər aralıda yerləşən Bərdə rayonuna aid adını bilmədiyi kənddə yerləşən evinə getmişlər. Həmin evdə tanımadığı şəxslər onları qarşılamış və onlara yemək verdikdən sonra yatmaq üçün təklif etdikləri otaqda yatmışlar. 12.11.2021-ci il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs onu öz yanına çağırmış, Şahinin yanına getdikdən sonra bir neçə dəqiqə söhbət etmişlər. Təqsirləndirilən şəxs onunla təbii yolla cinsi əlaqədə olmaq istədiyini demişdir. Sonuncuya razılıq verdikdən sonra Şahin onun əynində olan boz rəngli idman şalvarını və əynində olan alt geyimini əynindən çıxarmış və daha sonra öz əynində olan şalvarı və alt paltarını da əynindən çıxarıb onun üzərinə uzanmışdır. Təqsirləndirilən şəxs bir neçə dəqiqə əlini onun cinsiyyət orqanına sürtdükdən sonra öz cinsiyyət orqanını onun vajinasına salaraq bakirəliyini pozmuşdur. Şahin təxminən 20 dəqiqə onunla cinsi əlaqədə olmuş və vajinasından artıq qan açılmışdır. Təqsirləndirilən şəxs onun daxilinə spermasını boşaltdıqdan sonra ondan kənarlaşmışdır. Bundan bir gün sonra polis əməkdaşları həmin yerə gəlib onu və Təqsirləndirilən şəxs Masallı rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs onu zorla qaçırmamış, özü könüllü olaraq Şahinlə getmişdir. Təqsirləndirilən şəxs onun 15 yaşının tamam olmadığını bilmişdir. Hazırda Təqsirləndirilən şəxsla ər-arvad kimi bir yerdə yaşamasalar da nişanlıdırlar, gələcəkdə evlənərək ailə kimi bir yerdə yaşayacaqlar. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə verərək Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını, gələcəkdə də heç bir şikayət və tələbinin olmayacağını, onların barışdıqlarını, hal-hazırda nişanlı olduqlarını və mehriban bir ailə kimi yaşadıqlarını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır, məktəblidir. Təqsirləndirilən şəxs təxminən 3 il əvvəl yaşadığı Təklə kəndinə ailə üzvlərilə birlikdə köçüb yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq onun evinə gedib gəlmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində söyüş söydüyünü eşidib ona iradını bildirərək hansı səbəbdən söyüş söyməsini soruşmuş, sonuncu onun sözlərinə əhəmiyyət verməyərək həyətlərindən çıxıb getmişdir. Həyat yoldaşı Şahid1 bu barədə soruşduqda o, qızı Safurə ilə Şahinin birbirini istəməsini demişdir. Qızı Zərərçəkmiş şəxs ilə söhbət edib sonuncuya Şahinin və ailəsinin normal insanlar olmamasını və ailələrinə uyğun olmamasını demişdir. Qızı Zərərçəkmiş şəxs da onun sözləri ilə razılaşıb başqa söz deməmişdir. 11.11.2021-ci il tarixdə qızı Zərərçəkmiş şəxs yaşadığı kənddə olan ərzaq mağazasına getmək üçün ondan 1 manat pul almışdır. Səfurəyə əlavə 5 manat pul verib özü üçün siqaret almasını tapşırmışdır. Qızı Safurə yaşadığı evdən çıxıb ərzaq mağazasına getmişdir. Təxminən yarım saat sonra qızının geri qayıtmadığını görmüş və Səfurənin arxası ilə ərzaq mağazasına getmişdir. Ona məlum olmuşdur ki, qızı Safurə Qubadova qonşusu Təqsirləndirilən şəxs tərəfindən qaçırılmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə məlumat vermiş və Masallı rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan qızı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla könüllü olaraq Bərdə rayonuna getdiyini, Bərdə rayonu Qazaxlar kəndində tanışı Mirzə adlı şəxsin evində Səfurə ilə təbii yolla cinsi əlaqədə olması ona məlum olmuşdur. Bundan əvvəl isə 2021-ci ilin fevral ayında bir dəfə və sonrakı tarixlərdə iki dəfə Təqsirləndirilən şəxs qızı Səfurə ilə Təqsirləndirilən şəxs yaşadığı kənddə yerləşən evində qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Səməd oğlu ifadəsində göstərmişdir ki, təxminən 12 il bundan əvvəl Rusiya Federasiyasında olarkən arvadı X4, qızı Yeganə Şəkərova, oğlu Cavidan Abdulov və digər oğlu Təqsirləndirilən şəxsla birlikdə Cəlilabad rayonu, Kazımabad kəndinə köçərək orada fermada işəməyə başlamışdır. Rusiya Federasiyasından geri qayıtdıqdan sonra Masallı rayonu Təklə kəndi ərazisində fərdi yaşayış evi alaraq arvadı və uşaqlarını həmin evə köçürmüş, ailəsi ilə orada yaşamağa başlamışlar. Təxminən 3 ay əvvəl qızı Yeganə Şəkərova ona oğlu Təqsirləndirilən şəxs Təklə kəndində qonşuları olan Şahid2 qızını istəməsini və onun elçi getməyini istədiyini demişdir. Qızının ona etdiyi təklifə əsəbiləşib qızına heç vaxt Elvinin qızını Şahinə almayacağını demişdir. Oğlu Təqsirləndirilən şəxs ilə danışmamış və Şahinlə heç bir ünsiyyət qurmamışdır. 11.11.2021-ci il tarixdə Yardımlı rayonu Teşkan kəndində olarkən Masallı rayon Polis şöbəsindən ona zəng olunaraq oğlu Təqsirləndirilən şəxs Təklə kənd sakini Şahid2 qızı Zərərçəkmiş şəxs qaçırmasını bildirmişlər və Şahinlə Səfurənin harda olduqları barədə məlumatının olub-olmadığını şoruşmuşlar. Zəng edən polis əməkdaşına hadisədən məlumatının olmadığını bildirmişdir. Öz tanışlarına və yaxın qohumlarının hər biri ilə telefon əlaqəsi yaradaraq oğlu Şahinin yerini müəyyən etməyə çalışsada heç bir nəticə əldə edə bilməmişdir. 11.11.2021-ci il tarixdə axşam saat 19 radələrində Tərtər rayonunda yaşayan Elzadə adlı dostuna zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Elzadə ona telefonda zəng edərək Təqsirləndirilən şəxs telefonla zəng edib 20 dəqiqə ərzində gələcəyini bildirməsi barədə məlumat vermişdir. Elzadəyə telefonda danışmağı barədə Şahinə heç bir məlumat verməməsini tapşırmış və bu barədə polisə dərhal məlumat vermişdir. Təxminən yarım saat sonra Elzadəyə təkrar zəng edərkən Elzadə ona Təqsirləndirilən şəxs yanında bir nəfər qızla evinə gəlməsini və bir stəkan çay içdikdən sonra çıxıb getdiyini bildirmişdir. 13.11.2021-ci il tarixdə isə oğlu Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək polis şöbəsinə gətirilmişlər. Ona məlum olmuşdur ki, X5 oğlu Təqsirləndirilən şəxsla könüllü olaraq evlənmək məqsədi ilə əvvəlcə Tərtər rayonuna tanışı Əlizadənin evinə, daha sonra isə birlikdə Bərdə rayonuna getmiş, oğlu Təqsirləndirilən şəxs Bərdə rayonu Qazaxlar kəndində tanışı Əlzadənin yeznəsi Şahid5 məxsus evdə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan əvvəl isə 2021-ci ilin fevral ayında bir dəfə və sonrakı tarixlərdə iki dəfə oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə Masallı rayonu Təklə kəndində oğlu Şahinin yaşadığı evdə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onlarla ədavəti, düşmənçiliyi olmamışdır. Onları ilk dəfə 11.11.2021-ci ildə yaşadığı evə qonaq gələrkən görmüşdür. 11.11.2021-ci ildə saat 19 radələrində yaşadığı evdə ailə üzvləri ilə birlikdə olarkən oğlu Şahid4 öz avtomobili ilə Tərtər rayonundan evə gəlmiş, özü ilə iki nəfəri də evə gətirmişdir. Oğlu Təqsirləndirilən şəxs təqdim edərək qaynı Elzadənin dostu Heydərin oğlu olduğunu bildirmiş, bir gecə onlarda qonaq qalacağını demişdir. Özü də buna etiraz etməmiş və onları evə dəvət etmişdir. Ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evlənmək məqsədilə Təqsirləndirilən şəxs qoşulub qaçmışdır. Təqsirləndirilən şəxs nəsihət vermişdir ki, yaşadıqları evə qayıtsınlar. Zərərçəkmiş şəxs 16 yaşının tamam olmadığını bilməmişdir. X8 gecə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir otaqda, lakin başqa-başqa yerlərdə yatmağa yer hazırlamış və onlar həmin yerlərdə yatmışlar. 12.11.2021-ci ildə yaşadığı evə Masallı rayon Polis şöbəsinin əməkdaşları gəlmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aparmışlar. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs onun evində təbii yolla cinsi əlaqədə olmalarından məlumatı olmamışdır. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Masallı rayon zona mərkəzinin verdiyi 13 noyabr 2021-ci il tarixli 1032 saylı rəyindən müəyyən edilir ki, 2007ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar olunmamışdır. -Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti qərarda qeyd olunan vaxta, yəni 12 noyabr 2021-ci il tarixə uyğun gəlir. -Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər vardır. Bu əlamətlərin əmələ gəlmə müddəti məhkəmə-tibbi yolla müəyyən etmək mümkün deyildir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Masallı rayon zona mərkəzinin verdiyi 18 noyabr 2021-ci il tarixli 1048 saylı rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olan bilməsinə mane ola biləcək hər hansı bir dəyişiklik aşkar olunmamışdır. İş materiallarında olan Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci ildə anadan olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi zərərçəkmişlə barışması barədə notarial qaydada təsdiq edilmiş ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin ərizə zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin iştirakı olmadan tərtib edilərək təsdiq olunmuşdur. Bundan başqa ərizədən və məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunur ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə ər-arvad münasibətlərində yaşamırlar, demələrinə görə nişanlıdırlar. Bu isə onların ər-arvad münasibətində olması kimi nəticəyə gəlməyə əsas verə bilməz. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.1999-cu il tarixdə anadan olmaqla yetkinlik yaşma çatmış şəxs olduğu halda xx.xx.2007-ci il tarixdə anadan olmuş, əvvəllər tanışlıq münasibəti olan Zərərçəkmiş şəxs ilə evlənmək məqsədilə əvvəlcədən razılığa gələrək 2021-ci ilin fevral ayının ortalarında 1 dəfə və sonralar istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda 2 dəfə olmaqla Zərərçəkmiş şəxs Masallı rayonu Təklə kəndində yerləşən yaşadığı evə dəvət edərək onun üçün aşkar surətdə on altı yaşına çatmadığını bilib həmin evin yataq otağında döşəmənin üzərindəki döşəyin üstündə Zərərçəkmiş şəxs razılığı əsasında öz kişi cinsiyyət orqanını düz bağırsağına salaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuş, 11.11.2021-ci il tarixdə saat 13 radələrində Təklə kəndində yerləşən “Dönər NN”-in qarşısında Zərərçəkmiş şəxs ilə görüşmüş, sonradan Bərdə rayonu Qazaxlar kəndində yerləşən həmin kənd sakini Şahid5 məxsus yaşayış evinə apararaq onun üçün aşkar surətdə on altı yaşına çatmadığını bilib 12.11.2021-ci il tarixdə saat 05 radələrində həmin evin qonaq otağında döşəmənin üzərindəki döşəyin üstündə Zərərçəkmiş şəxs razılığı əsasında öz kişi cinsiyyət orqanını sonuncunun qadın cinsiyyət orqanına yerləşdirməklə qızlıq pərdəsinin anatomik tamlığını pozaraq təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan Masallı rayon icra hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 23 noyabr 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, təqsirləndirilən şəxs Abdulov X6 rayonu Təklə kəndində daimi qeydiyyatdadır və yaşayır. Təqsirləndirilən şəxs ərazidə fərdi əməklə məşğul olur. Onun barəsondə Masallı rayon İHB-nın Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı müraciət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən etmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 02 dekabr 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını zəruri sayır. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 13 noyabr 2021-ci il tarixli protokolundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-125/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs haqqında 3(üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 noyabr 2021-ci il tarixdən saat 1830-dan hesablanmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-127/2021 saylı 23 noyabr 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs haqqında Masallı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 4(050)-125/2021 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti həbsdə saxlanılma müddətinin sonuncu gününədək, yəni 13 fevral 2022-ci ilədək hesablanmışdır. Azərbaycan Respublikasının CPM-nin 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Azərbaycan Respublikasının CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən hökmün icrasının təmin edilməsi üçün onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar