Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-49/2024 27.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə xx xxx 2005-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Güllücə kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Mirzəxan kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxxx 2006-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Sarıhacılı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana-450 qaçqın və məcburi köçkün qəsəbəsi ev 80/3, mənzil 58-də yaşayan, barəsində “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı 2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ona söyüş söyməsini deyib aldatmaqla cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 05 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu Mirzəxan kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı kəndin girişində yerləşən saxlanc yeri hesab edilən ərzaq və qeyri ərzaq malları satılan mağazanın qapısının kilidini çəkiclə sındıraraq mağazaya qanunsuz daxil olmaqla mağazanın içərisindən vahidinin qiyməti 3 manat 20 qəpik olmaqla 160 manat dəyərində 50 ədəd kompakt “LD” markalı, vahidinin qiyməti 4 manat 20 qəpik olmaqla 42 manat dəyərində 10 ədəd qalın «Sobranie» markalı, vahidinin qiyməti 3 manat 80 qəpik olmaqla 76 manat dəyərində 20 ədəd ballı «Vinston» markalı, vahidinin qiyməti 3 manat 80 qəpik olmaqla 76 manat dəyərində 20 ədəd qara nazik «Vinston» markalı, vahidinin qiyməti 4 manat 30 qəpik olmaqla 84 manat dəyərində 20 ədəd qara nazik «Sobranie» markalı siqaretləri, vahidinin qiyməti 10 manat olmaqla 80 manat dəyərində 8 ədəd «Azercell» danışıq kartlarını, vahidinin qiyməti 2 manat olmaqla 28 manat dəyərində 14 ədəd «Azercell» danışıq kartlarını, vahidinin qiyməti 3 manat olmaqla 300 manat dəyərində 100 ədəd «Qızıl Ekstra» lotoreyaları, vahidinin qiyməti 5 manat olmaqla 375 manat dəyərində 75 ədəd «Göz muncuğu» lotoreyalarını, vahidinin qiyməti 1 manat olmaqla 200 manat dəyərində 200 ədəd «Qızıl 8» lotoreyalarını, vahidinin qiyməti 2 manat olmaqla 200 manat dəyərində 100 ədəd «Ani 50» lotoreyalarını, ümumilikdə 700 manat dəyərində 1 ədəd 2017-ci ildən istifadədə olmuş «Evronet» markalı 8 çıxışlı video müşahidə kamerasını, 2 ədəd həmin kameranın yaddaş kartını, istintaqla markası müəyyən edilə bilməyən 1 ədəd monitoru, 600 manat nəğd pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2921 (iki min doqquz yüz iyirmi bir) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 05 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu, Mirzəxan kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı kəndin girişində yerləşən saxlanc yeri hesab edilən ərzaq və qeyri ərzaq malları satılan mağazanın qapısının kilidini çəkiclə sındıraraq mağazaya qanunsuz daxil olmaqla mağazanın içərisindən vahidinin qiyməti 3 manat 20 qəpik olmaqla 160 manat dəyərində 50 ədəd kompakt “LD” markalı, vahidinin qiyməti 4 manat 20 qəpik olmaqla 42 manat dəyərində 10 ədəd qalın «Sobranie» markalı, vahidinin qiyməti 3 manat 80 qəpik olmaqla 76 manat dəyərində 20 ədəd ballı «Vinston» markalı, vahidinin qiyməti 3 manat 80 qəpik olmaqla 76 manat dəyərində 20 ədəd qara nazik «Vinston» markalı, vahidinin qiyməti 4 manat 30 qəpik olmaqla 84 manat dəyərində 20 ədəd qara nazik «Sobranie» markalı siqaretləri, vahidinin qiyməti 10 manat olmaqla 80 manat dəyərində 8 ədəd «Azercell» danışıq kartlarını, vahidinin qiyməti 2 manat olmaqla 28 manat dəyərində 14 ədəd «Azercell» danışıq kartlarını, vahidinin qiyməti 3 manat olmaqla 300 manat dəyərində 100 ədəd «Qızıl Ekstra» lotoreyaları, vahidinin qiyməti 5 manat olmaqla 375 manat dəyərində 75 ədəd «Göz muncuğu» lotoreyalarını, vahidinin qiyməti 1 manat olmaqla 200 manat dəyərində 200 ədəd «Qızıl 8» lotoreyalarını, vahidinin qiyməti 2 manat olmaqla 200 manat dəyərində 100 ədəd «Ani 50» lotoreyalarını, ümumilikdə 700 manat dəyərində 1 ədəd 2017-ci ildən istifadədə olmuş «Evronet» markalı 8 çıxışlı video müşahidə kamerasını, 2 ədəd həmin kameranın yaddaş kartını, istintaqla markası müəyyən edilə bilməyən 1 ədəd monitoru, 600 manat nəğd pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2921 (iki min doqquz yüz iyirmi bir) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 170.1, 177.2.1 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir, sonuncunun kənd ərazisində mağazası var. Əvvəllər Fəridə malları mağazaya daşımaqda köməklik etmiş, sonuncu da bunun müqabilində ona 1-2 ədəd siqaret vermişdir. 2023-cü ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs işlətdiyi mağazadan nisyə 15 manat dəyərində ərzaq götürmüş, bir gün sonra pulunu verəcəyini demişdir. Bir neçə gün keçməsinə baxmayaraq Fəriddən aldığı ərzaq mallarının pulunu qaytara bilməmişdir. 2023-cü ilin sentyabr ayının əvəllərində Fəridin işlədiyi mağazaya gəlmiş, sonuncu ondan borclu olduğu pulu tələb etmişdir. Sonuncuya əmək haqqını almadığını, alan kimi borcunu verəcəyini bildirmiş, lakin Fərid ona söyüş söymüş və pulu verməsini tələb etmişdir. 2023cü ilin sentyabr ayının 4-də işdən çıxdıqdan sonra, saat 22 radələrində Fəridin işlətdiyi mağazanın yanına getmiş, Elvinin mağazanın yanında dayandığını görmüş, sonuncu ilə bir az söhbət etdikdən sonra Fəridin onun ünvanına söyüş söydüyünü demiş və Elvinə Fəridin mağzasından birlikdə oğurluq etmələrini təklif etmişdir. Elvin onunla razılaşmış, aralarında razılığa gəlmişlər ki, xx.xx.2023-cü il tarixə keçən gecə saat 02 radələrində Fəridin mağazasının qarşısında görüşsünlər. Aralarında olan söhbətdən sonra ayrılmış, hərəsi öz evinə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Elvinlə mağazanın yanında görüşüb mağazanın dəmir qapısının üzərində olan 2 (iki) ədəd qıfılı sındırmaq üçün onun yaşadığı evə gedib çəkic götürərək yenidən Fəridin mağzasının qarşısına gəlmişlər. Çəkiclə mağazanın qapısının üzərində olan 1 (bir) ədəd qıfılı sındırdıqdan sonra Elvin də həmin çəkiclə mağazanın digər 1 (bir) ədəd qıfılını sındırmışdır. Birlikdə mağazanın içərisinə daxil olmuşlar. Elvin kassa kimi nəzərdə tutulmuş taxta qutuya yaxınlaşаrаq qutuda olan 1 (bir) və 5 (beş) manatlıq pul əskinaslarını götürmüşdür. Özü isə 1 manatlıq pul əskinasları olan ümumilikdə 100 (bir yüz) manat pul götürmüşdür. Digər qutudan dəmir qəpiklər olan ümumulikdə 25 manat götürmüşdür. Daha sonra orada pozulmuş uduşlu və pozulmamış lotoreyaların olduğunu görüb Elvinlə birlikdə ayrıayrılıqda lotoreyaları götürmüşlər. Mağazanın içərisində yerləşən masanın altında olan kağız yeşiklərin içərisindən 10 (on) qutu kompakt “LD” markalı, 10 (on) qutu qara nazik “Vinston” markalı və 10 (on) qutu ballı “Vinston” markalı siqaretləri götürmüşdür. Elvin də oradan siqaretlər, danışıq kartları və lotoreyalar götürmüşdür. Götürdükləri əşyaları əvvəlcə mağazanın yaxınlığında yerləşən işləməyən çayxananın qarşısına qoymuşlar. Birlikdə mağazaya qayıdıb mağazada olan təhlükəsizlik kamerasının 2 ədəd yaddaş kartını və 1 ədəd monitorunu götürdükdən sonra oğurladıqları əşyaları götürüb birlikdə onun yaşadığı evin həyətinə getmişlər. Həmin vaxt valideynləri yatılı olduğundan evin həyətində Elvinlə birlikdə lotoreyaları pozmağa başlamış, lakin həmin lotoreyalarda uduş olmamışdır. Əvvəlcədən pozulmuş və uduşlu olan lotoreyaları aralarında bölərkən ona təxminən 84 (səksən dörd) manatlıq uduşlu lotoreya düşmüşdür. Lotoreyaları yaşadığı evin həyətində olan ot bağlamalarının altında, oğurladığı siqater qutularını isə həyətin aşağı hissəsində kolluqda gizlətdikdən sonra birlikdə mağazadan götürdükləri təhlükəsizlik kamerasının 2 ədəd yadaş kartını, 1 ədəd monitoru, uduş olmayan pozulmuş lotoreyaları, mağazanın 2 ədəd sınmış vəziyyətdə olan qıfıllarını və çəkici götürüb yaşadığı evin yaxınlığında yerləşən “Yuxarı Qarabağ” kanalına atmışlar. Elvin oğurladığı əşyaları götürüb yaşadığı evə getmişdir. Mağazadan oğurladığı pulları öz şəxsi ehtiyaclarına xərcləmiş, oğurladığı siqaretləri isə siqaret çəkdiyi üçün istifadə etmişdir. Lotoreyaları isə istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilərkən ot bağlamalarının arasından oğurladığı əşyalar götürülmüşdür. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bərdə rayonu Mirzəxan kəndində yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs işlətdiyi mağazaya siqaret almaq üçün getmiş, lakin mağazanın bağlı olduğunu görmüşdür. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs1 mağazanın yanında görmüşdür. Onlar mağazanın yanında olarkən Murad Fəridə borcunun olduğunu, sonuncunun onu söyüb təhqir etdiyini bildirmiş və mağazadan oğurluq etməyi təklif etmişdir. Muradla razılaşmış, birlikdə sonuncunun yaşadığı evə getmişlər. Murad evindən çəkic götürdükdən sonra yenidən mağazanın yanına gəlmişlər. Birlikdə mağazanın iki ədəd qıfılını sındırdıqdan sonra mağazaya daxil olmuşlar. Mağazanın içərisinə daxil olduqdan sonra kassaya yaxınlaşıb pul, sonra qutularda olan siqaretlər və kassаnın üzərində olan vitrindən «Azercell» danışıq kartlarını götürmüşdür. Murad da kassadan pul, kassanın üstündə olan lotoreyalar, qutularda olan siqaretlərdən götürdükdən sonra birlikdə mağazadan çıxıb götürdükləri əşyaları yaxınlıqda yerləşən, işləməyən çayxananın qarşısına yığıb yenidən mağazaya qayıtmışlar və mağazaya məxsus təhlükəsizlik kamerasının yaddaş kartını, kameranın yaddaş aparatını və monitoru götürmüşlər. Birlikdə mağazadan götürdükləri pulları, lotoreyaları, siqaretləri və mağazadan sökdükləri təhlükəsizlik kamerasının yaddaşını, kameranın yaddaş aparatını, monitoru və sındırdıqları 2 ədəd qıfılları götürüb Muradın yaşadığı evin həyətyanı sahəsinə gəlmişlər. Həyətdə olarkən oğurladıqları əşyalara və pullara baxarkən о, 200 manat pul, 4 ədəd 10 manatlıq, 6 ədəd 2 manatlıq «Azercell» danışıq kartları, 18 qutu «LD» markalı, 8 qutu «Sobraniе» markalı, 4 qutu ballı «Vinston» markalı, 1 qutu qara rəngli «Vinston» markalı siqaretlər və sayını bilmədiyi uduşlu lotoreyalar oğurladığını görmüşdür. Murad isə 10 qutu LD markalı, 10 qutu qara rəngli Vinston markalı və 10 qutu ballı Vinston markalı siqaretlər, təxminən 100 manat pul, 25 manat qəpik pul və təxminən 84 manatlıq uduşlu lotoreya oğurlamışdır. Daha sonra Murad götürdüyü lotoreyaları pozsa da, lakin uduş olmamışdır. Birlikdə təhlükəsizlik kamerasının yaddaşını və monitorunu, pozulmuş və uduş olmayan lotoreyaları, mağazanın 2 ədəd qıfıllarını götürüb kəndin yaxınlığından keçən «Yuxarı Qarabağ» kanalına atmışlar. Daha sonra yaşadıqları evə getmişlər. О, özünə qalan siqaretləri, pulları, danışıq kartlarını və lotoreyaları yaşadığı evin zirzəmisində gizlətmişdir. 200 manat pulun üzərindən 50 manat pul götürmüş, qalan pulu zirzəmidə gizlətmişdir. 50 manat pulu xərcləmiş, qalan əşyaları isə polis əməkdaşlarına təqdim etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Söz verir ki, bir daha hər hansı qanunsuz əməllərlə məşğul olmayacaqdır. Qeyd etdiklərinin, habelə yetkinlik yaşına çatmayan şəxs olmasını, ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, yaşadığı kənd ərazisində özünə məxsus mağazası var. Mağazada ərzaq və qeyri ərzaq məhsullarının satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, saat 2355 dəqiqədə mağazanı bağlayıb yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində mağazanın qarşısına gəlmiş və mağazanın qapısının üzərində olan 2 ədəd qıfılın sındırıldığını görmüşdür. Mağazanın içərisinə daxil olduqdan sonra mağazadan oğurluq olduğunu görmüşdür. Mağazanın içərisində yerləşən kassada olan pulların, lotoreyaların, «Azərcell» danışıq kartlarının və siqaretlərin yerində olmadığını görmüşdür. Habelə, mağazanın təhlükəsizlik kamerasının yaddaş kartının və monitorun yerində olmadığını görmüşdür. Bərdə Rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etdikdən sonra polis əməkdaşları mağazaya gedərək baxış keçirilmişdir. Mağazadan oğurlanmış əşyaların dəqiqləşdirilməsi üçün baxış keçirən zaman 1 qutunun qiyməti 3,20 manat olmaqla 160 manat dəyərində 50 qutu kompakt «LD» markalı, 1 qutunun qiyməti 4,20 manat olmaqla 42 manat dəyərində 10 qutu ağ qalın «Sobranie» markalı, 1 qutunun qiyməti 3,80 manat olmaqla 76 manat dəyərində 20 qutu ballı «Vinston» markalı, 1 qutunun qiyməti 3,80 manat olmaqla 76 manat dəyərində 20 ədəd qara nazik «Vinston» markalı, 1 qutunun qiyməti 4,20 manat olmaqla 84 manat dəyərində 20 qutu qara nazik «Sobranie» markalı siqaretlərin, kassadan 600 manat pulun, 1 ədədinin qiyməti 10 manat olmaqla 80 manat dəyərində 8 ədəd «Azercell» danışıq kartının, 1 ədədinin qiyməti 2 manat olmaqla 28 manat dəyərində 14 ədəd «Azercell» danışıq kartlarının, 1 ədədinin qiyməti 3 manat olmaqla 300 manat dəyərində 100 ədəd «Qızıl Ekstra», 1 ədədinin qiyməti 5 manat olmaqla 375 manat dəyərində 75 ədəd «Göz muncuğu», 1 ədədinin qiyməti 1 manat olmaqla 200 manat dəyərində 200 ədəd «Qızıl 8», 1 ədədinin qiyməti 2 manat olmaqla 200 manat dəyərində 100 ədəd «Ani 50» lotoreyalarının, 700 manat dəyərində təhlükəsizlik kamerasının 2 ədəd yaddaş kartının və monitorunun oğurlanması nəticəsində ona ümumilikdə 2921 (iki min doqquz yüz iyirmi bir) manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır və onlara qarşı şikayəti və tələbi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə rəhm edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsinin 14 dekabr 2023-cü il tarixli, 9/9358- 9/9359 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 ədədinin qiyməti 3,2 manat olan 50 ədəd kompakt LD markalı siqaretin dəyəri 160 manat, 1 ədədinin qiyməti 4,3 manat olan 10 ədəd qalın Sobraniya markalı siqaretin dəyəri 43 manat, 1 ədədinin qiyməti 3,8 manat olan 20 ədəd ballı Vinston markalı siqaretin dəyəri 76 manat, 1 ədədinin qiyməti 3,8 manat olan 20 ədəd qara nazik Vinston markalı siqaretin dəyəri 76 manat, 1 ədədinin qiyməti 4,3 manat olan 84 ədəd qara nazik Sobraniya markalı siqaretin dəyəri 361,20 manat, 1 ədədinin qiyməti 10 manat olan 8 ədəd “Azercell” sim konturun dəyəri 80 manat, 1 ədədinin qiyməti 2 manat olan 14 ədəd “Azercell” sim konturun dəyəri 28 manat, 1 ədədinin qiyməti 3 manat olan 100 ədəd qızıl ekstra lotoreyanın dəyəri 300 manat, 1 ədədinin qiyməti 5 manat olan 75 ədəd Göz Muncuğu lotoreyanın dəyəri 375 manat, 1 ədədinin qiyməti 1 manat olan 200 ədəd ani 50 lotoreyanın dəyəri 200 manat, 1 ədədinin qiyməti 50 manat olan 1 ədəd 2017-ci ildən istifadədə olmuş “Evronet” markalı 8 çıxışlı (dvr) müşahidə kamerasının dəyəri 50 manat dəyərində qiymətləndirilmişdir. Cəmi məbləğ 1949,20 manat. -2 adda malların markası, modeli, istehsal yeri, istismar müddəti həcmi və sair barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. -pul əskinasları məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqat aparılmamışdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 27 sentyabr 2023-cü il tarixli 18-1-28/2-1200/2023 saylı məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 27 sentyabr 2023-cü il tarixli 18-1-28/2-1199/2023 saylı məktubundan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı 2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ona söyüş söyməsini deyib aldatmaqla cinayətkar fəaliyyətə cəlb edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 05 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu Mirzəxan kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı kəndin girişində yerləşən saxlanc yeri hesab edilən ərzaq və qeyri ərzaq malları satılan mağazanın qapısını kilidini çəkiclə sındıraraq mağazaya qanunsuz daxil olmaqla mağazanın içərisindən vahidinin qiyməti 3 manat 20 qəpik olmaqla 160 manat dəyərində 50 ədəd kompakt “LD” markalı, vahidinin qiyməti 4 manat 20 qəpik olmaqla 42 manat dəyərində 10 ədəd qalın «Sobranie» markalı, vahidinin qiyməti 3 manat 80 qəpik olmaqla 76 manat dəyərində 20 ədəd ballı «Vinston» markalı, vahidinin qiyməti 3 manat 80 qəpik olmaqla 76 manat dəyərində 20 ədəd qara nazik «Vinston» markalı, vahidinin qiyməti 4 manat 30 qəpik olmaqla 84 manat dəyərində 20 ədəd qara nazik «Sobranie» markalı siqaretləri, vahidinin qiyməti 10 manat olmaqla, 80 manat dəyərində 8 ədəd «Azercell» danışıq kartlarını, vahidinin qiyməti 2 manat olmaqla 28 manat dəyərində 14 ədəd «Azercell» danışıq kartlarını, vahidinin qiyməti 3 manat olmaqla 300 manat dəyərində 100 ədəd «Qızıl Ekstra» lotoreyaları, vahidinin qiyməti 5 manat olmaqla 375 manat dəyərində 75 ədəd «Göz muncuğu» lotoreyalarını, vahidinin qiyməti 1 manat olmaqla 200 manat dəyərində 200 ədəd «Qızıl 8» lotoreyalarını, vahidinin qiyməti 2 manat olmaqla, 200 manat dəyərində 100 ədəd «Ani 50» lotoreyalarını, ümumilikdə 700 manat dəyərində 1 ədəd 2017-ci ildən istifadədə olmuş «Evronet» markalı 8 çıxışlı video müşahidə kamerasını, 2 ədəd həmin kameranın yaddaş kartını, istintaqla markası müəyyən edilə bilməyən 1 ədəd monitoru, 600 manat nəğd pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2921 (iki min doqquz yüz iyirmi bir) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi; Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, 05 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu Mirzəxan kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı kəndin girişində yerləşən saxlanc yeri hesab edilən ərzaq və qeyri ərzaq malları satılan mağazanın qapısının kilidini çəkiclə sındıraraq mağazaya qanunsuz daxil olmaqla mağazanın içərisindən vahidinin qiyməti 3 manat 20 qəpik olmaqla, 160 manat dəyərində 50 ədəd kompakt “LD” markalı, vahidinin qiyməti 4 manat 20 qəpik olmaqla 42 manat dəyərində 10 ədəd qalın «Sobranie» markalı, vahidinin qiyməti 3 manat 80 qəpik olmaqla 76 manat dəyərində 20 ədəd ballı «Vinston» markalı, vahidinin qiyməti 3 manat 80 qəpik olmaqla 76 manat dəyərində 20 ədəd qara nazik «Vinston» markalı, vahidinin qiyməti 4 manat 30 qəpik olmaqla 84 manat dəyərində 20 ədəd qara nazik «Sobranie» markalı siqaretləri, vahidinin qiyməti 10 manat olmaqla 80 manat dəyərində 8 ədəd «Azercell» danışıq kartlarını, vahidinin qiyməti 2 manat olmaqla 28 manat dəyərində 14 ədəd «Azercell» danışıq kartlarını, vahidinin qiyməti 3 manat olmaqla 300 manat dəyərində 100 ədəd «Qızıl Ekstra» lotoreyaları, vahidinin qiyməti 5 manat olmaqla 375 manat dəyərində 75 ədəd «Göz muncuğu» lotoreyalarını, vahidinin qiyməti 1 manat olmaqla 200 manat dəyərində 200 ədəd «Qızıl 8» lotoreyalarını, vahidinin qiyməti 2 manat olmaqla 200 manat dəyərində 100 ədəd «Ani 50» lotoreyalarını, ümumilikdə 700 manat dəyərində 1 ədəd 2017-ci ildən istifadədə olmuş «Evronet» markalı 8 çıxışlı video müşahidə kamerasını, 2 ədəd həmin kameranın yaddaş kartını, istintaqla markası müəyyən edilə bilməyən 1 ədəd monitoru, 600 manat nəğd pulu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 2921 (iki min doqquz yüz iyirmi bir) manat miqdarında maddi ziyan vurmaqla oğurluq cinayətini törətməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 170.1, 177.2.1 və 177.2.3-cü maddələri, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli, 1430 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Həsənli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onu bağışlayaraq ona qarşı şikayətinin və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. Onun yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 18 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Mənzil Kommunal İstismar sahəsinin 15 dekabr 2023-cü il tarixli 1661 nömrəli Arayışından görünür ki, Ağdam rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu rayonu Ramana 450 məcburi köçkün qəsəbəsi bina 80/İİİ, mənzil 58-də müvəqqəti məskunlaşmışdır. Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Mənzil Kommunal İstismar sahəsinin verdiyi 15 dekabr 2023-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin 59.1.2-ci maddəsinə görə, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. CM-nin 59.1.12-ci maddəsinə görə, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs olması, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin onu bağışlayaraq ona qarşı şikayətinin və tələbinin olmaması, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi CM-nin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Onun yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 18 sentyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. İş mаteriаllаrındаn görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət törətməmişlər. Törətdikləri cinayət əməlini səmimi etiraf etməklə əməllərindən peşmandırlar, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişlər, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Habelə işdə olan xasiyyətnamələr ilə təqsirləndirilən şəxslər müsbət xarakterizə olunmuşlar. Məhkəmə iclasında təqsirləndirilən şəxslər bir daha qanunazidd əməllər törətməyəcəklərinə vəd verərək onlara rəhm edilməsini xahiş etdilər. Bu isə onların cinayət törətməyə meyilli olmamalarını və cəmiyyət üçün tam yararsız olmamalarını təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət törətməmələri və məhkum olunmamaları, hər ikisinin çox gənc olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları və bir daha qanunazidd əməllər törətməyəcəklərinə vəd vermələri onların cəmiyyətdən təcrid edilmədən islah olmağa meyilli olmaları kimi nəzərə alınmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 CM-nin 170.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə, CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi, Təqsirləndirilən şəxs2 isə CMnin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, vurduğu ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, 18 yaşı olmaqla çox gənc olmasını və ilk dəfə cinayət törətməsini müstəsna hal hesab edərək, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasına inanaraq onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti təyin edilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun olaraq ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumla davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Azərbаycаn Respublikаsının CM-in: 70.1-ci mаddəsinə əsаsən, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrumetmə növündə cəzа təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş çinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə görə, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə görə, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 təyin edilmiş sınaq müddətinin başlanğıcı məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş materiallarında olan: Şübhəli şəxsin tutulması barədə 09 sentyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 09 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 11 sentyabr 2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadıqları yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Şübhəli şəxsin tutulması barədə 09 sentyabr 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 09 sentyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 11 sentyabr 2023-cü il tarixdə “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə”, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 14 dekabr 2023-cü il tarixli 9/9358- 9/9359 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 18 ədəd “LD” markalı, 08 ədəd “Sobranie” markalı, 04 ədəd “Vinston” markalı və 01 ədəd qara rəngli “Vinston” markalı siqaretlərin, 04 ədəd 10 manatlıq “Azercell” danışıq kartının, 06 ədəd 2 manatlıq “Azercell” danışıq kartının, 03 ədəd “ANİ 50” 5 manatlıq uduşlu lotoreya, 11 ədəd “ANİ 50” 2 manatlıq uduşlu lotoreya, 08 ədəd “ANİ50” 4 manatlıq uduşlu lotoreya, 01 ədəd “ANİ50” 10 manatlıq uduşlu lotoreya, 13 ədəd “QİZİL EKSTRA” 3 manatlıq uduşlu lotoreya, 05 ədəd “QİZİL EKSTRA” 5 manatlıq uduşlu lotariya, 01 ədəd “QİZİL EKSTRA” 10 manatlıq uduşlu lotariya, 03 ədəd “GÖZ MUNCUĞU” 10 manatlıq uduşlu lotoreya, 05 ədəd “GÖZ MUNCUĞU” 5 manatlıq uduşlu lotoreya, 14 ədəd “QİZİL 8” 2 manatlıq uduşlu lotoreya, 01 ədəd “QİZİL 8” 10 manatlıq uduşlu lotoreya, 04 ədəd “QİZİL 8” 5 manatlıq uduşlu lotoreya, 14 ədəd “QİZİL 8” 1 manatlıq uduşlu lotoreya və 152 (bir yüz əlli iki) manat pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1, 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesablanmaqla üzərində 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 02(iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Azərbaycan Respublikası CM-nin 70.5-ci mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs1 üzərinə dаvrаnışınа nəzаrəti həyаtа keçirən orqаnа məlumаt vermədən dаimi yаşаyış yerini dəyişməmək, həmin orqanın çağırışlarına vaxtında gəlmək, özünün dаvrаnışı ilə islаh olunmasını sübut etmək və ictimai faydalı əməklə məşğul olmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 tətbiq olunan sınaq müddətinin başlanğıcı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 dаvrаnışınа nəzаrət onun yаşаyış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvаlə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 09 sentyabr 2023-cü il tarixdən 11 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 18 ədəd “LD” markalı, 08 ədəd “Sobranie” markalı, 04 ədəd “Vinston” markalı və 01 ədəd qara rəngli “Vinston” markalı siqaretlərin, 04 ədəd 10 manatlıq “Azercell” danışıq kartının, 06 ədəd 2 manatlıq “Azercell” danışıq kartının, 03 ədəd “ANİ 50” 5 manatlıq uduşlu lotoreya, 11 ədəd “ANİ 50” 2 manatlıq uduşlu lotoreya, 08 ədəd “ANİ50” 4 manatlıq uduşlu lotoreya, 01 ədəd “ANİ50” 10 manatlıq uduşlu lotoreya, 13 ədəd “QİZİL EKSTRA” 3 manatlıq uduşlu lotoreya, 05 ədəd “QİZİL EKSTRA” 5 manatlıq uduşlu lotoreya, 01 ədəd “QİZİL EKSTRA” 10 manatlıq uduşlu lotoreya, 03 ədəd “GÖZ MUNCUĞU” 10 manatlıq uduşlu lotoreya, 05 ədəd “GÖZ MUNCUĞU” 5 manatlıq uduşlu lotoreya, 14 ədəd “QİZİL 8” 2 manatlıq uduşlu lotoreya, 01 ədəd “QİZİL 8” 10 manatlıq uduşlu lotoreya, 04 ədəd “QİZİL 8” 5 manatlıq uduşlu lotoreya, 14 ədəd “QİZİL 8” 1 manatlıq uduşlu lotoreya və 152 (bir yüz əlli iki) manat pulun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-49/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-49/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver