Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-5/2022 02.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X2 iştirakı ilə xx xxxxxxxx 1997-ci ildə Bərdə rayonu Alaçadırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Kərpiczavod ərazisində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,184 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və həmin qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7 ədəd şəffaf sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,341 qram, 0,111 qram, 0,130 qram, 0,320 qram, 0,356 qram, 0,345 qram, 0,313 qram, ümumi təmiz çəkisi 1,916 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək qanunsuz olaraq yaşadığı Bərdə rayonu Kərpiczavod deyilən ərazidəki evində saxlamış, 20 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd olunan təmiz çəkisi 0,184 qram olan narkotik vasitə hesab edilən heroin və ümumilikdə təmiz çəkisi 1,916 qram olan psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və göstərmişdir ki, təxminən 1 aydır ki, narkotik vasitələrdən istifadə edir. 19 yanvar 2021-ci il tarixdə axşam saatlarında yaşadığı evə gedərkən Bərdə-Tərtər asfalt yolunun kənarında yerdən 1 ədəd sellofan bükülü tapmışdır. Həmin bükülü diqqətini cəlb etdiyindən yerdən götürüb içərisinə baxmış, içərisində 1 ədəd kibrit qutusunda 8 ədəd xırda sellofan bağlamalarda ağ rəngli kristal formalı şüşə adı ilə tanıdığı psixotrop maddə metamfetamin və 1 ədəd kibrit qutusunun yarısında qablaşdırılmış nəşə adı ilə tanıdığı marixuana olduğunu görmüşdür. Narkotik vasitə aludəçisi olduğundan həmin bükülünü cibinə qoymuş və yaşadığı evə gətirmişdir. Həmin maddələrdən metamfetamini yaşadığı evin içərisindəki odun sobasının altında gizlətmişdir. Evdə kibrit qutusuna baxarkən 8 ədəd bükülünün birinin heroin olduğunu müəyyən etmişdir. Kibrit qutusunun yarısına qablaşdırılmış marixuananı isə üzərində saxlamışdır. Narkotik vasitə tapmağı barədə heç kimə məlumat verməmişdir. 20 yanvar 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları ona narkotik vasitə saxlamağı barədə məlumatları olduğunu deyib yaşadığı evə baxış keçirmək istədiklərini demişlər. Evində baxış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları videoçəkilişlə yaşadığı evə baxış keçirilməyə başlanmışdır. Polis əməkdaşları ondan qanunsuz olaraq narkotik vasitə saxlayırsa, könüllü təqdim etməsini bildirmişlər. Özü də evin içərisindəki odun sobasının altında gizlətdiyi kibrit qutusunu təqdim edib masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin kibrit qutusuna baxış keçirilmiş, içərisində 8 ədəd sellofan bükülü aşkar edilmişdir. Aşkar edilmiş bükülülər elektron tərəzi vasitəsilə çəkilmiş, ümumi çəkisinin 2,8 qram olduğu müəyyən edilmişdir. Bükülülər təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılmış, imza və möhürlə təsdiqləndikdən sonra götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Bərdə rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış keçirilməyə başlanmışdır. Əynində olan ağ-sarı rəngli gödəkçənin sağ yan cibindən “Kent” markalı siqaret qutusunda gizlətdiyi 1 ədəd kəsilmiş kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutuya təhqiqatçı tərəfindən baxış keçirilərkən içərisində onun nəşə bildiyi yaşıl rəngli bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin kütlə qutu ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş, 2,85 qram olmuşdur. Həmin kibrit qutusu da 1 ədəd kağız zərfdə qablaşdırılmış, imza və möhürlə təsdiqləndikdən sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədilə əldə edib saxlamış, narkotik vasitədən və psixotrop maddədən heç kimə verməmişdir. Üzərində narkotik vasitə saxladığına və istifadə etdiyinə görə əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Bərdə rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili işləyir. 20 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Bərdə rayonu “Kərpiczavod” deyilən ərazidə binada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, yaşadığı evdə və üzərində narkotik vasitələri saxlamaqla gəzdirməsi və satması haqqında əməliyyat məlumatı daxil olmuşdur. Bərdə rayon Polis şöbəsinin NMQ-nın əməliyyat müvəkkili Şahid1, Bərdə rayon Polis şöbəsinin sahə nəfəri Şahid3 və Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu Kərpiczavodun ərazisi deyilən yerdə yerləşən binaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq yaşadığı evdə qanunsuz olaraq saxladığı odun sobasının alt hissəsindən 1 ədəd kibrit qutusu çıxararaq masanın üzərinə qoymuş, sonra həmin kibrit qutusunun içərisindən 8 ədəd şəffar sellofan bükümdə olan bükülüləri masanın üzərinə qoyaraq həmin bükülülərdə narkorik vasitə olan metamfetamin olmasını bildirmişdir. Aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2,8 qram olmuşdur. Aşkar edilmiş kütlə qablaşdırılaraq götürülmüşdür. Baxışdan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə rayon Polis şöbəsinə inzibati binasına gətirilmiş, polis şöbəsinin inzibati binasında onların iştirakı ilə sonuncunun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan ağ-şarı rəngli gödəkcənin sağ yan cibindən “Kent” markalı siqaret qutusunun içərisində olan kəsilmiş halda kibrit qutusunu könüllü olaraq təqdim edərək içərisində narkotik vasitə olmasını bildirmiş, kibrit qutusu içərisində olan sellofana bükülmüş kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 2,85 qram olmuşdur. Narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4 ay əvvəl tanımış, onunla yaxın münasibəti olmamışdır. 070 869-70-00 saylı mobil telefon ona məxsusdur. Telefon həmişə özündə olmuş, hərdən telefonundun tanışları da istifadə etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə satdığını bilmiş, bir neçə dəfə sonuncudan narkotik vasitə almışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni ona şəxsən verməmişdir. Sonuncu narkotik vasitəni əvvəlcədən müəyyən etdikləri yerə qoymuş, özü də gedib həmin yerdən narkotik vasitəni götürmüşdür. Təqsirləndirilən şəxs 1 dəfə 10 manata narkotik vasitə almış, pulunu vermişdir. Daha sonra 1 dəfə də 30 manatlıq narkotik vasitə almış, lakin pulunu verə bilməmiş, borclu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. +99451 *** ** ** saylı mobil nömrə atası İlqarın adına olsada, nömrə ona məxsusdur. Həmin nömrəni atası alıb ona vermişdir. Mobil telefonunu X3 adlı şəxsə vermiş, sonuncu mobil nömrə ilə onun tanımadığı şəxslərlə danışmışdır. Özü Ceyhun adlı şəxslə əlaqə saxlamamış, sonuncunun narkotik vasitələrdən istifadə etməsi və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında narkotik vasitələri satmaq niyyətinin olmaması, narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi ilə bağlı dedikləri ilə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitənin 2 növünü, yəni 1 bükümdə heroini, 7 bükümdə metamfetamini özündə saxlaması ona əsas verir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, narkotik maddələrin 2 növünün bükümlərdə təxminən hər biri bir dəfə istifadə üçün hesablanmaqla qablaşdırılaraq saxlanılması həmin narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 16/63 saylı 21 yanvar 2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “......Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş....’’ sözləri və imzalar olan zərfdəki, 7 (yeddi) ədəd şəffaf sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,341 qram, 0,111 qram, 0,130 qram, 0,320 qram, 0,356 qram, 0,345 qram, 0,313 qram, ümumi təmiz çəkisi 1,916 qram olan maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. -Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. -Həmin kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,184 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 1,916 qram, tədqiqata sərf edildi 0,28 qram (hər obyektə 0,04 qram), qalıq 1,636 qramdır. -Heroinin ümumi təmiz çəkisi 0,184 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,134 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1624 saylı 27 may 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,184 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və həmin qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7 ədəd şəffaf sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,341 qram, 0,111 qram, 0,130 qram, 0,320 qram, 0,356 qram, 0,345 qram, 0,313 qram, ümumi təmiz çəkisi 1,916 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edərək qanunsuz olaraq yaşadığı Bərdə rayonu Kərpiczavod deyilən ərazidəki evində saxlaması, 20 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yuxarıda qeyd olunan təmiz çəkisi 0,184 qram olan narkotik vasitə hesab edilən heroinin və ümumilikdə təmiz çəkisi 1,916 qram olan psixotrop maddə olan metamfetaminin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Kələntərli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 150 nömrəli 29 yanvar 2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Alaçadırlı kəndində yaşayır. Təqsirləndirilən şəxs yaşadığı kənddə özünü sakit gənc kimi aparmış, qonşuların hörmətini qazanmışdır. Kələntərli kənd İƏD üzrə nümayəndəliyinə X4 haqqında heç bir şikayət ərizəsi daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 15.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması barədə 20 yanvar 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 4(021)-5/2021 saylı 22 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli tutulduğu andan, yəni 20 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 21 yanvar 2021-ci il tarixli 16/63 nömrəli və 12 fevral 2021-ci il tarixli 7/152 nömrəli bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 149,80 (bir yüz qırx doqquz manat səksən qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 149,80 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bərdə rayon Polis şöbəsində saxlanılan 0,134 qram çəkidə narkotik vasitə heroin və 1,636 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsində saxlanılan 0,134 qram çəkidə narkotik vasitə heroin və 1,636 qram çəkidə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 149,80 (bir yüz qırx doqquz manat səksən qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-5/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-5/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver