Məhkəmə qərarları › İş №1(021)-5/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-5/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-5/2025 22.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X20 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, 09 avqust 1988-ci ildə Goranboy rayonu Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Goranboy rayonu Nərimanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona görə ittiham elan edilmişdir ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Bərdə rayonu Alpoud kəndində yaşayan Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda ünvan 1 ünvanında yerləşən Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında görüb Zərərçəkmiş şəxs1 yaxın qohumu X8 Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Gəncə Ağır Cinayət Məhkəməsində baxılmasını öyrənərək ona şəxsi əlaqələrinin geniş olmasını, Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışının işləməsi, əvvəllər də bu cür təqsirləndirilən şəxsləri cinayət məsuliyyətindən azad etdirməsi və cəzasını azaltdırması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib Oktay Məmmədova 7000 (yeddi min) manat pul müqabilində 3 (üç) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının almasına köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs1 08 fevral 2023-cü il tarixdə saat 1920 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz» marketin "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 2000 (iki min) manat pulu, 12 fevral 2023-cü il tarixdə saat 1212 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz» marketin "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 2000 (iki min) manat pulu, 14 fevral 2023-cü il tarixdə saat 1736 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz» marketin "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 1000 (min) manat pulu və həmin ilin fevral ayının sonlarınadək olan müddət ərzində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz» marketin "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 2000 (iki min) manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 7000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı X3 anası Zərərçəkmiş şəxs3 ilə 2023-cü ilin mart ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda telefon vasitəsilə danışıb ona şəxsi əlaqələrinin geniş olması, istintaq və məhkəmə orqanlarında tanışlarının olması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib Zərərçəkmiş şəxs3 oğlu Anar Əhmədovun Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Gəncə Ağır Cinayət Məhkəməsində baxılmasını öyrənərək ona 1500 (min beş yüz) manat pul müqabilində yüngül cəza verilməsinə köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs3 07 mart 2023-cü il tarixdə saat 1703 dəqiqədə Bərdə şəhəri Heydər Əliyev prospekti 112 B ünvanında yerləşən «Mələk» marketin içəsinə quraşdırılmış "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 1000 (min) manat pulu və həmin gün dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə şəhəri Heydər Əliyev prospekti 112 B ünvanında yerləşən «Mələk» marketin içəsinə quraşdırılmış "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 500 (beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs3 1500 (min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsilə tanıdığı Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda telefon vasitəsilə danışıb ona şəxsi əlaqələrinin geniş olması, istintaq və məhkəmə orqanlarında tanışlarının olması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib Zərərçəkmiş şəxs2 Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş qardaşı X1 4000 (dörd min) manat pul müqabilində yüngül cəza almasına köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs2 07 aprel 2023-cü il tarixdə saat 2245 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ş.Hüseynov küçəsində quraşdırılmış "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 3500 (üç min beş yüz) manat pulu, 10 aprel 2023-cü il tarixdə, vaxtı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 tanışı Şahid2 vasitəsilə Bərdə rayonu Qazıqurdalı kəndindəki yaşadığı evindən telefona quraşdırılmış Birkart mobil ödəmə sistemi vasitəsilə özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 500 (beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 tanıyır. Zərərçəkmiş şəxs2 əvvəllər tanıdığı Yalçın adlı şəxsin vasitəsi ilə tanımışdır. Yalçın 2023-cü ilin mart ayında mobil nömrəsinə zəng edərək tanışı Rafiq adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün həbs olunduğunu, hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində Rafiqin barəsində hökm çıxarılacağını demiş, ondan Rafiqin az cəza almasına köməklik göstərməyi xahiş etmişdir. Yalçına bu barədə maraqlanıb ona xəbər edəcəyimi bildirmişdir. Yalçın onun mobil nömrəsini Rafiqin qardaşı Namiqə verəcəyini demişdi. Bir qədər sonra onun mobil nömrəsinə Namiq zəng etmiş və Yalçının tanışı olduğunu demişdir. Namiqlə telefonla danışmış, Namiq ona qardaşı X16 RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğu üçün tutulduğunu, hazırda işi Gəncə Ağır Cinayətlər Məhkəməsində olduğunu və ona az cəza verilməsi üçün köməklik etməsini xahiş etmişdir. Namiqi dinlədikdən sonra Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışının olduğunu və onunla əlaqə saxladıqdan sonra xəbər edəcəyini demişdir. Sonra Namiqə zəng edərək Ağır Cinayətlər Məhkəməsində Rafiq Məmmədovun işinin yüngülləşdirilməsi, yəni az cəza verilməsi üçün 4000 (dörd min) manat pul lazım olduğunu demişdir. Namiq onunla razılaşmış, həmin pulu yaxın vaxtlarda düzəldib göndərəcəyini, hazırda Bakı şəhərində olduğunu demişdir. 07 aprel 2023-cü il tarixdə Namiq ona zəng edərək 3500 (üç min beş yüz) manat pul düzəltdiyini demişdir. Namiqə öz adına olan "xxxx"a məxsus kart hesabını vermişdir. Sonuncu həmin kart hesabına 3500 manat pul göndərmişdir. 10 aprel 2023-cü il tarixdə Namiq qalan 500 (beş yüz) manat pulu da həmin kart hesabına köçürmüşdür. Namiqdən aldığı cəmi 4000 manat pulu Gəncə Ağır Cinayətlər Məhkəməsində işləyən tanışı Turala vermişdir ki, Namiqin qardaşının işində köməklik göstərsin. Lakin Tural heç bir köməklik göstərməmiş və Namiqin qardaşı Rafiq Məmmədova razılaşdıqlarından yuxarı həddə cəza təyin edilmişdir. -Zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin yanvar ayında Gəncə Ağır Cinayətlər Məhkəməsində görüşüb tanış olmuşdur. Elçinin qohumu X17 Ağır Cinayətlər Məhkəməsində işi olmuşdur. Elçin ondan qohumu Oktay Məmmədovun Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Oktaya az cəza verilməsinə köməklik etməsini xahiş etmişdir. X26 Cinayətlər Məhkəməsində tanışı olduğunu və ona xəbər edəcəyini demişdir. Sonra Elçinə zəng edib Oktayın işini azaltmaq üçün 7000 (yeddi min) manat pul lazım olacağını bildirmişdir. Elçin onunla razılaşıb pulu yaxın vaxtlarda göndərəcəyini demişdir. Elçin onun adına olan "xxxx"a məxsus kart hesabına ayrı-ayrı vaxtlarda ümumilikdə 7000 (yeddi min) manat pul göndərmişdir. Elçindən aldığı cəmi 7000 manat pulu da Gəncə Ağır Cinayətlər Məhkəməsində işləyən tanışı Turala vermişdir ki, Elçinin qohumunun işində köməklik göstərsin. Lakin Tural heç bir köməklik göstərməmiş və Elçinin qohumu Oktay Məmmədova razılaşdıqlarından yuxarı həddə cəza təyin edilmişdir. -Zərərçəkmiş şəxs3 əvvəllər tanıdığı X3 anasıdır. Anar Əhmədovu bir neçə ildir ki, tanıyır, onunla dostluq münasibətləri olmuşdur. Anar Əhmədov hazırda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə həbs edilmiş, cəzaçəkmə müəssisəsindədir. 2022-ci ilin sentyabr ayında Anar Əhmədovun anası Sahibə onun istifadəsində olan mobil nömrəyə zəng edərək Anarın anası olduğunu və ona köməklik etməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 oğlu Anar Əhmədova az cəza verilməsi üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs3 onun öz adına olan “Kapital bank’’a məxsus kart hesabına əvvəlcə 1000 (min) manat, daha sonra isə 500 (beş yüz) manat pul göndərmişdir. Həmin pulu da Gəncə Ağır Cinayətlər Məhkəməsində işləyən tanışı Turala vermişdir ki, Sahibənin oğlu Anara köməklik göstərsin. Lakin Tural pulu alaraq Anar Əhmədova heç bir köməklik göstərməmişdir. Elçinin qohumunun işində şikayətçi olmuş, şikayətçini razı salaraq notariat kontoruna aparmış və razılıq ərizəsini almışdır. Həmin razılıq ərizəsini və Elçinin göndərdiyi 7000 manat pulu Turala vermişdir. Tural isə nə işi düzəltmiş, nə də ki pulu qaytarmışdır. Sahibənin oğlunun işində də Sahibədən aldığı pulu Turala vermişdir. Tural isə nə işi düzəltmiş, nə də ki pulu qaytarmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsində Tural Qasımov adlı şəxs olmuş, onu 2017-ci ildən tanımış və bütün işləri onunla görmüşdür. Onun dələduzluq etmək fikri olmamışdır. Əgər belə bir fikri olsaydı pulları öz kart hesabına vurdurmazdı. Zərərçəkmiş şəxslər bilmişlər ki, onlardan aldığı pulu Tural adlı şəxsə verir. Sahibənin oğlu Anar Əhmədovun işində X27 Cinayətlər Məhkəməsində köməklik etmiş, lakin Apellyasiya Məhkəməsində verdiyi sözü yerinə yetirə bilməmişdir. Ümumilikdə, Tural Qasımova 12500 manat pul vermişdir. Həmin pulun 4000 manatını Tural Qasımovun bank kartına köçürmüş, qalan 7500 manatı isə şəxsən özünə vermişdir. Həmin puldan Tural Qasımov ona heç nə qaytarmamışdır. Əməlindən peşmandır. Ziyanı ödəyəcəyinə söz verir. Himayəsində iki uşağının olmasının, qadın və ana olmasının, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməsini, digər Zərərçəkmiş şəxs3 dəymiş ziyanı qismən ödəməsini, yəni ona cəmi 600 manat borclu qalmasının nəzərə alınıb ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, X12 qohumudur. Oktay Məmmədov 2022-ci ildə törətdiyi cinayət əməlinə görə həbs edilmişdir. X24 Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, onun işində köməklik göstərdiyini, onun işində də kömək edə biləcəyini demiş və Şəkərin mobil nömrəsini vermişdir. Təqsirləndirilən şəxs mobil telefon ilə əlaqə saxlayıb danışmış, Şəkərə Oktaya 03 ildən artıq cəza verilməməsinə görə nə qədər pul ödəyəcəyini soruşmuş, Şəkər Oktaya 03 ildən artıq cəza verilməməsi üçün 5000 manat pulun lazım olduğunu demişdir. Şəkər “Kapital bank"a məxsus bank kartının nömrəsini göndərmiş və pulu həmin bank kartına vurmasını demişdir. 08 fevral 2023-cü il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Ulduz” marketdə quraşdırılmış Milliön ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus bank kartına 2000 manat pul göndərib çeki götürmüşdür. Həmin vaxt Şəkərə zəng edərək pulu göndərdiyini söyləmiş, sonuncu qalan pulları da göndərməsini istəmişdir. 12 fevral 2023-cü il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən “Ulduz” marketddə quraşdırılmış Milliön ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus bank kartına 2000 manat, 14 fevral 2023-cü il tarixdə isə həmin Milliön ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus bank kartına 1000 manat pul göndərmişdir. Həmin pulların qəbzini özündə saxlamışdır. Şəkər ona zəng edib işin 5000 manata düzəlməyəcəyini, istəyirsə pulu geri qaytaracağını demiş və işin düzəlməsi üçün əlavə olaraq 2000 manat pul lazım olduğunu bildirmişdir. Şəkərlə razılaşandan sonra həmin pulu yadında qalmayan vaxtda Şəkərə göndərmişdir. Şəkər işdən narahat olmamasını, köməklik edəcəyini, Oktaya 3 il iş veriləcəyini bildirmişdir. X28 Cinayətlər Məhkəməsi Oktaya 8 il azadlıqdan məhrum etmə cəzası vermişdir. Həmin vaxtdan sonra Şəkərlə əlaqə saxlaya bilməmişdir. Şəkər onu aldadaraq pulunu ələ keçirmişdir. Bundan sonra Şəkərdən şikayət etmişdir. Oktay Məmmədova vəkil tutmuş, Şəkər “Oktaya deyin vəkildən imtina etsin, özüm işi həll edəcəm” demişdir. Ona görə də Oktay vəkildən imtina etmişdir. Təqsirləndirilən şəxs üzünü görməmiş, pulları onun kartına atmışdır. 7000 manat pulu Təqsirləndirilən şəxs kartına özü göndərmişdir. Oktayın işində zərərçəkmiş şəxsə dəymiş ziyanın hamısını ödəmişdir. Əvvəlcə 500 manat, daha sonra əlavə 500 manat pul vermişdir. Ona görə də zərərçəkmiş şəxs barışıq ərizəsi vermişdir. Təqsirləndirilən şəxs aldığı pulu kimə verdiyini bilmir, ona bu barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs şikayət etdikdən sonra ancaq polis şöbəsində görmüşdür. Oktay Məmmədov xalası oğludur. Valideyinləri kredit götürüb 5000 manat pul vermişlər. Özü isə 2000 manat pul qoymuşdur. Təqsirləndirilən şəxs ona özünü vəkil, hüquqşünas kimi təqdim etmişdir. Şəkərlə olan bütün yazışmaları WhatsApp vasitəsilə aparılmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan ödənilmədiyindən şikayətçidir və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. 22 yanvar 2025-ci il tarixli məhkəmə iclasında isə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən onunla barışdığını, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, X7 qardaşıdır. Rafiq Məmmədov 12 noyabr 2022-ci ildə qanunsuz olaraq narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğundan Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və Bərdə Rayon Məhkəməsi tərəfindən barəsində 4 ay həbs qətimkan tədbiri seçilmişdir. Tanışı Yalçın adlı şəxslə bu barədə söhbət edərkən Yalçın Goranboy rayonu Nərimanlı kəndində yaşayan tanışı Şəkər adlı qadının Bərdə Rayon Polis Şöbəsində tanışı olduğunu, Şəkərin Rafiqin işinin yüngüləşdirilməsinə köməklik göstərə bilcəyini demişdir. Yalçından tanışı Şəkərlə onu tanış etməsini xahiş etmiş, Yalçın Şəkərin mobil telefon nömrəsini ona vermişdir. Şəkərlə telefon vasitəsi ilə danışıb, hər şeyi Şəkərə izah etmişdir. Söhbət əsnasında Şəkər müstəntiqin Rafiqin az cəza almasına köməklik göstərməsi qarşılığında 5000 manat pul istəmişdir. Şəkərə 5000 manat pulunun olmadığını, müstəntiqə 3500 manat pul verə biləcəyini demişdir. Şəkər həmin pulu hazır edib onun kart hesabına göndərməsini, müstəntiq həmin pula Rafiqin işini yüngülləşdirməyə kömək etməyə razı olmasa həmin məbləğdə pulu geri qaytaracağını bildirmişdir. 3500 manat məbləğində pulu hazır etdikdən sonra Şəkərin mobil nömrəsi ilə WhatsApp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, sonuncu öz adına olan "xxxx"a məxsus kart hesabının şəklini ona göndərmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində mağazada quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə qardaşı Rafiq Məmmədovun az cəza almasına köməklik göstərməsi məqsədi ilə Şəkərin göndərdiyi kart hesabına 3500 manat məbləğində pul köçürmüşdür. Sonra Şəkərə zəng edib onun kart hesabına 3500 manat məbləğində pul köçürdüyünü demişdir. Şəkər xx.xx.2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinə gedib müstəntiqlə Rafiq barəsində söhbət edəcəyini, əgər müstəntiq 3500 manat pul qarşılığında Rafiqin az cəza almasına köməklik göstərməyə razı olmasa onun pulunu geri qaytaracağını demişdir. xx.xx.2023-cü il tarixdə Şəkər onun mobil nömrəsinə zəng edib müstəntiqlə danışdığını, lakin müstəntiqin 3500 manat pula razı olmadığını, əgər köməklik etsə 4000 manata Rafiqin az cəza almasına köməklik göstərəcəyini demişdir. Şəkər, əgər 500 manatı göndərmək istəmirsə onun pulunu geri qaytara biləcəyini bildirmişdir. Bir qədər düşündükdən sonra qalıq 500 manatı da Şəkərin kart hesabına göndərmək qərarına gəlmişdir. Lakin həmin vaxt üzərində pul olmadığından Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan qonşusu Şahid2 zəng edib ondan göndərəcəyi kart hesabına təcili 500 manat məbləğində pul göndərməsini xahiş etmişdir. Murad xx.xx.2023-cü il tarixdə Şəkərin kart hesabına öz kart hesabından Bərdə rayonu Qazıqurdalı kəndi ərazisindən 500 manat məbləğində pul köçürüb qəbzin şəklini ona göndərmişdir. Şəkərə zəng edərək 500 manatı da onun kart hesabına köçürdüyünü demişdir. 2 saat sonra Şəkər zəng edib 4000 manat məbləğində pulu qardaşı Rafiq Məmmədovun az cəza almasına köməklik göstərəcəyi qarşılığında araşdırmanı aparan müstəntiqə verdiyini deyib narahat olmamasını, Rafiqin az cəza alacağını bildirmişdir. Şəkərlə mütəmadi olaraq mobil telefon vasitəsi ilə əlaqə saxlamış, hər dəfə vəd verərək, heç bir narahatçılıq keçirməməsini demişdir. Təxminən 1 aydan sonra Bərdə Rayon Məhkəməsində Rafiq Məmmədovun barəsində seçilmiş 4 ay həbs qətimkan tədbiri 15 gün müddətində uzadılmışdır. Rafiqin barəsində nə üçün həbs qətimkan tədbirinin uzadılmasını öyrənmək məqsədi ilə polis şöbəsinə müstəntiqin otağına getmiş, müstəntiqlə söhbət əsnasında bilmişdir ki, Şəkər onun etibarından sui-istifadə edərək qardaşı Rafiq Məmmədovun az cəza almasına köməklik edəcəyi vədini verib ondan bu məqsədlə 4000 manat məbləğində pul almış, lakin vədinə əməl etməmişdir. Bundan sonra Şəkərlə əlaqə saxlayıb nə üçün onu aldatdığını soruşmuş, Şəkər isə pulu müstəntiqə vermək üçün verdiyi adamın onu aldatdığını demişdir. Şəkərdən onun pulunu geri qaytarmasını tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus 4000 manat məbləğində pulu geri qaytaracağını demiş, lakin indiyə kimi həmin pulu geri qaytarmamışdır. Yalçın onun öz işində Şəkərin ona köməklik etdiyini, qardaşının işində də kömək edə biləcəyini bildirmişdir. Şəkərlə Bərdə rayonunda görüşmüş, görüşən zaman Şəkər yanlarında kiməsə zəng etmiş, həmin şəxs narahat olmamasını, işin düzələcəyini demişdir. Qardaşı Rafiqə cəza verilməmişdən əvvəl Şəkər Tural adlı şəxsin onu aldatdığını bildirmişdir. Şəkər onun yanında tanımadığı şəxsə zəng etmiş, Rafiq Məmmədovun qardaşının yanında olduğunu, narahat olduğunu bildirmişdir. Həmin şəxs də narahat olmamasını, işlərinin düzələcəyini demişdir. O da inanmışdır ki, Şəkər pulu həmin şəxsə verib. Təqsirləndirilən şəxs onun pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir və sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, X10 oğludur. Anar Əhmədov 2022-ci ildə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlamasına görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuşdur. Təxminən 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs ona zəng edərək oğlu Anarı tanıdığını və onun istəyi ilə zəng etdiyini bildirmişdir. Şəkər ona oğlu Anarın işində kömək edəcəyini və onun cəzaçəkmə müəssisəsindən azad ediləcəyini demişdir. Şəkərlə əvvəlcə razılaşmasa da, sonradan oğlu Anar ona zəng edərək Şəkərin kömək edə biləcəyini bildirdiyindən Şəkər ilə razılaşmışdır. Şəkərə həmin işlərin görülməsində nə qədər pul lazım olacağını soruşmuş, sonuncu həmin işlər üçün 1500 manat pulu lazım olacağını demişdir. Şəkərlə razılaşaraq həmin pulu göndərəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kart hesabını göndərmiş və 07 mart 2023-cü il tarixdə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Mələk” marketdə olan “Milliön” terminalı vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 1000 manat pul ödəmişdir. Həmin gün yenidən Təqsirləndirilən şəxs kart hesabına 500 manat pul ödəmişdir. Şəkər oğlu Anarı azadlığa çıxaracağını demişdir. Şəkərə inanıb gözləmiş, X28 Cinayətlər Məhkəməsində oğlu Anara aşağı həddə cəza verilmişdir. Şəkər ondan əlavə 1500 manat da pul istəmişdir ki, Apellyasiya Məhkəməsində Anara kömək edəcək. Lakin Apellyasiya Məhkəməsində oğluna heç bir köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng etsə də, sonuncu cavab verməmişdir. Şəkər tərəfindən aldadıldığını bilmiş və Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişdir. Şəkər özü ona zəng edərək oğlu Anara köməklik edə biləcəyini demişdir. Turalla görüşmüş, sonuncu ona narahat olmamasını, kömək edəcəyini demişdir. Ancaq pulu Şəkərə göndərmişdir. Şəkər oğluna birinci instansiya məhkəməsində qismən köməklik etmişdir. Şəkərə kömək edənin Tural olduğunu bilmişdir. Turalla oğlunun işi Gəncə Ağır Cinayətlər Məhkəməsində olarkən görüşmüşdür. Şəkərə cəmi 3000 manat pul vermişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsində oğluna kömək etdiyindən Şəkərdən 1500 manat pul tələb etmişdir. Şəkər Apellyasiya Məhkəməsində işi həll edib Anarı həbsdən çıxaracağını bildirmişdir. 3000 manat pulu Təqsirləndirilən şəxs vermiş, sonuncunun həmin pulu kimə verdiyini bilmir. Oğlu Anarın barəsində olan cinayət işi ilə bağlı hökm elan edilməmişdən əvvəl Təqsirləndirilən şəxs ilə birlikdə Tural Qasımovla görüşmüş, Tural Qasımov elan olunmuş ittihamın maddəsiinn ağır maddə olduğunu, cəzanın ağır ola biləcəyini bildirmiş, bununla bağlı fikirlərini soruşmuşdur. Tural Qasımova oğlunun işi ilə bağlı nə lazımdırsa etdiyini bildirmişdir. Tural Qasımova əlavə olaraq Təqsirləndirilən şəxs 1500 manat pul verdiyini demiş, bunu dedikdən sonra Tural Qasımov ona və Təqsirləndirilən şəxs baxaraq soruşmüşdür ki, “nə 1500 manat”. Ona dəymiş maddi ziyanın ödənilmədiyini, əgər maddi ziyan ödənilməsə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, 2022ci ildə taksi fəaliyyəti ilə məşğul olarkən təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncunu müştəri kimi Gəncə şəhərinə aparmışdır. Həmin vaxtdan onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. Şəkər ona Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışları olduğunu və işi olsa ona xəbər etməsini demişdir. 2022-ci ilin noyabr ayında narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş və Goranboy Rayon Məhkəməsinin qərarından narazı qaldığı üçün Şəkərin köməkliyi ilə qərardan apellyasiya şikayəti vermişdir. Şəkərin köməkliyi ilə Gəncə Apellyasiya Məhkəməsi ona 1 il 07 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası vermişdir. Həmin vaxtdan Şəkərlə münasibəti normal davam etmişdir. Zərərçəkmiş şəxs2 tanıyır, onunla dostluq münasibəti var. 2022-ci ilin mart ayında Namiqlə söhbət edərkən Namiqə Şəkər adlı tanışı olduğunu, qardaşı Rafiqə kömək edə biləcəyini demişdir. Namiq Şəkərlə danışmasını, qardaşı Rafiqin işində köməklik etməsini xahiş etmişdir. Mobil telefon vasitəsi ilə Şəkərlə danışıb Rafiq Məmmədovun cinayət işi ilə bağlı ona məlumat vermişdir. Şəkər heç bir narahatçılığın olmadığını, Rafiq Məmmədovun işində köməklik edə biləcəyini demişdir. Şəkərin mobil nömrəsini Namiqə vermişdir ki, özü Şəkərlə əlaqə saxlayıb danışsın. Sonradan Namiq onunla telefon əlaqəsi yaradaraq Şəkərin onu aldatdığını və ondan 4000 (dörd min) manat pul aldığını, qardaşı Rafiq Məmmədovun işində ona köməklik etmədiyini, Şəkərlə əlaqə saxladığını Şəkər ondan aldığı 4000 (dörd min) manat pulu geri qaytaracağını bildirsə də, qaytarmadığını demişdir. Özü Gəncə şəhərinə sərnişin aparıb gətirmiş, həmin vaxt Şəkər ilə tanış olmuşdur. Namiq pulu göndərəndən sonra maraqlanıb ki, görsün iş nə yerdədi, məlum olub ki, iş həll edilməyib. Namiq aldadıldığını ona deyəndən sonra Şəkərə zəng edib Bərdə rayonuna çağırmışdır ki, məsələni aydınlaşdırsınlar. Şəkərin onun işini kiminlə gördüyünü bilmir. Şəkərə zəng etmiş, sonuncu Bərdə rayonuna gəlmiş, Namiqlə birlikdə Şəkərlə görüşmüşlər. Şəkər pulu verdiyini, ancaq işin düzəlmədiyini bildirmişdir. Onun Şəkərdən heç bir təmənnası olmamış və ona heç bir mükafat verməmişdir. Şəkər işin niyə düzəlmədiyini ona deməmişdir. Namiq Şəkərə pulu onun yanında sayıb göndərmişdir. Tural barədə onun yanında söhbət olmamışdır. Təqsirləndirilən şəxs iş görən adam kimi tanımış, Namiq Şəkərə pulu qardaşına kömək etmək üçün vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs barəsində 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsində cinayət işi olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclaslarına çağırışla bağlı Təqsirləndirilən şəxs zənglər etmişdir. Sonradan telefonla danışıqlarının birində Şəkər ona övladının xəstə olduğunu bildirmişdir. Sonuncu övladı xəstə olduğundan və maddi imkanı olmadığından ondan pul istəmiş, Təqsirləndirilən şəxs pulunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yeni ona zəng edərək pul istəmiş, sonuncuya pulunun olmadığını, lakin borc alıb verə biləcəyini demişdir. Vüsal adlı dostunnan 2700 manat borc pul götürüb Təqsirləndirilən şəxs vermişdir. Sonuncu yaxın vaxtlarda borcunu qaytarıb verəcəyinə vəd versə də, qaytrarmamışdır. Təqsirləndirilən şəxs iradını bildirərək ona pul lazım olanda tapıb verdiyini, niyə görə pulunu qaytarmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulun bir hissəsini qaytarmışdır. Sonuncu pulu ona kart vasitəsi ilə qaytarmışdır. Pulun qalan hissəsini istədikdə isə onu şantaj etməyə başlamışdır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 tanımır. Digər Zərərçəkmiş şəxs3 isə Gəncə Ağır Cinayətlər Məhkəməsində oğlunun cinayət işi olmuşdur. Təqsirləndirilən şəxs həmin xanım ilə gəlmiş, ona Gəncə Ağır Cinayətlər Məhkəməsində oğlunun işini həll edəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən pul almışdır ki, oğluna azadlığın məhdudlaşdırılması cəzası verilməsində köməklik edəcək. Bütün bunları Zərərçəkmiş şəxs3 ona yaxınlaşıb özü bildirmişdir. Təqsirləndirilən şəxs 2700 manat pulu 2022-ci ilin axır aylarında vermişdir. Təqsirləndirilən şəxs ilə heç bir iş birliyi qurmamışdır. Təqsirləndirilən şəxs iş görmək müqabilində Zərərçəkmiş şəxs3 artıq pul almışdır. Səhv etmirsə 2500 manatdan artıq pul almışdır. Həmin cinayət işi onların icraatında olmamışdır. Təqsirləndirilən şəxs müəyən vaxtlarda onun pul kartına 11 manat pul köçürməmişdir. Sonuncu onun pul kartına 2700 manat pul köşürmüşdür, həmin pulu Təqsirləndirilən şəxs borc olaraq vermişdir. Təqsirləndirilən şəxs verdiyi 2700 manat pulu Vüsal adlı dostundan almışdır. Təqsirləndirilən şəxs 2700 manat pulu Gəncə Ağır Cinayətlər Məhkəməsinin həyətində vermişdir. Həmin 2700 manatı Təqsirləndirilən şəxs sonradan onun pul kartına köçürmüşdür. Təqsirləndirilən şəxs onu təhdid, şantaj etməsi ilə bağlı heç bir hüquq mühafizə orqanlarına müraciət eməmişdir. Zərərçəkmiş şəxs3 oğlu Anarın barəsində olan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun icraatında olmuş, o isə başqa hakim köməkçisi vəzifəsində işləmişdir. Dostu Şahid3 borc aldığı 2700 manat pulu 2023-cü ilin yanvar ayında qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Füzuli oğlu ifadə verərək göstərdi ki, Tural Qasımov dostudur. 2022-ci ilin payız aylarında Tural Qasımov ona pul lazım olduğunu bildirmişdir. O da Tural Qasımova 2700 manat borc pul vermişdir. Bir müddət keçdikdən sonra Tural Qasımov ona olan 2700 manat borcunu qaytarmışdır. Tural Qasımovdan pulu hansı məqsədlə aldığını və nə üçün aldığını soruşmamışdır. Tural Qasımov pulu ondan 2022-ci ilin payız aylarında almış, 3-4 ay keçdikdən sonra aldığı 2700 manat borc pulu qaytarmışdır. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Sədrlik edən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan edir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri Nizami rayonu Cavadxan küçəsi ev 149-da yaşayır, stomotoloq işləyir. X13 ilə dostluq münasibətləri var. 2022-ci ilin oktyabr ayında Tural telefon vasitəsilə ona zəng edərək tanışı Şəkər adlı qadının övladının xəstə olduğunu, bu səbəbdən ondan pul istədiyini bildirmişdir. Tural pulu olmadığından ondan 2700 manat borca pul istəmişdir. Turala tanımadığı adama borca pul verməməsini, sonra narazılıq yaranacağını demiş, Tural isə həmin qadına yazığı gəldiyini, tək yaşadığını, övladı xəstə olduğu üçün ona yazığı gəldiyindən həmin pulu ona verəcəyini demişdir. O da Turala 2700 manat pulu borc vermişdir. Tural həmin pulu 2022-ci ilin dekabr ayının axırlarında ona qaytarmışdır. Sonradan bilmişdir ki, Şəkər adlı qadın Turala olan pul borcunu qaytarmamışdır. Təqsirləndirilən şəxs adlı qadını tanımamış, görməmişdir. Onun haqqında Tural Qasımovdan eşitmiş və Tural ondan borca aldığı pulu Şəkər adlı qadına verdiyini bilmişdir. Şahid3 istintaq zamanı ifadə verdikdən sonra imza etməmişdən qabaq ifadəsini tam oxumadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 onun həmkəndlisidir. Sonuncu ona zəng edərək qardaşının barəsində Gəncə Ağır cinayətlər Məhkəməsində cinayət işinin olduğunu və ona 500 manat pul lazım olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs2 pul kartına köçürmə etmək yolu ilə 500 manat borc pul atmışdır. Zərərçəkmiş şəxs2 ona göndərdiyi 500 manat pulu kimə verəcəyini soruşmamışdır. Namik Məmmədov ona kart nömrəsi atmış və pulu həmin karta köçürməsini istəmişdir. O da 500 manat pulu köçürmə yolu ilə həmin karta göndərmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-116/2023 saylı hökmündən görünür ki, X10 Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 07 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması hökm edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-58/2023 saylı hökmündən görünür ki, X12 Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib ona 08 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının 22 mart 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-298/2023 saylı hökmündən görünür ki, X7 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 12 noyabr 2022-ci il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxslərdən ona elan olunmuş ittihamda qeyd olunan məbləğlərdə pul alığını etiraf etsə də, aldığı pulların hamısını Gəncə Ağır Cinayətlər Məhkəməsinə işləyən X11 verdiyini, sonuncunun ona həmin pullardan heç bir mükafat vermədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Tural Qasımov Təqsirləndirilən şəxs tanısa da, Gəncə Ağır Cinayətlər Məhkəməsində hər hansı işin həll edilməsi üçün ondan pul almadığını, bir dəfə Təqsirləndirilən şəxs 2700 manat məbləğində borc pul verdiyini və sonuncunun ondan borc aldığı pulu kartına yüklədiyini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar məhkəmə istintaqı dövründə aparılan araşdırma ilə sübut olunmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Bərdə rayonu Alpoud kəndində yaşayan Zərərçəkmiş şəxs1 2023-cü ilin yanvar ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda ünvan 1 ünvanında yerləşən Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında görüb Zərərçəkmiş şəxs1 yaxın qohumu X8 Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasını öyrənərək ona şəxsi əlaqələrinin geniş olmasını, Gəncə Ağır Cinayətlər Məhkəməsində tanışının işləməsini, əvvəllər də bu cür təqsirləndirilən şəxsləri cinayət məsuliyyətindən azad etdirməsi və cəzasını azaltdırması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib Oktay Məmmədova 7000 (yeddi min) manat pul müqabilində 3 (üç) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının almasına köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs1 08 fevral 2023-cü il tarixdə saat 1920 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz» marketin "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 2000 (iki min) manat pulu, 12 fevral 2023-cü il tarixdə saat 1212 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz» marketin "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 2000 (iki min) manat pulu, 14 fevral 2023-cü il tarixdə saat 1736 dəqiqədə Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz» marketin "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 1000 (min) manat pulu və həmin ilin fevral ayının sonlarınadək olan müddət ərzində dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə şəhəri Koroğlu küçəsində yerləşən «Ulduz» marketin "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 2000 (iki min) manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs1 xeyli miqdar hesab edilən 7000 (yeddi min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətməsi; -Bundan başqa onun, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı X3 anası Zərərçəkmiş şəxs3 ilə 2023-cü ilin mart ayının əvvəllərində, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda telefon vasitəsilə danışıb ona şəxsi əlaqələrinin geniş olması, istintaq və məhkəmə orqanlarında tanışlarının olması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib Zərərçəkmiş şəxs3 oğlu Anar Əhmədovun Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmasını öyrənərək ona 1500 (min beş yüz) manat pul müqabilində yüngül cəza verilməsinə köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs3 07 mart 2023-cü il tarixdə saat 1703 dəqiqədə Bərdə şəhəri Heydər Əliyev prospekti 112 B ünvanında yerləşən «Mələk» marketin içəsinə quraşdırılmış "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 1000 (min) manat pulu və həmin gün dəqiq vaxtı istintaqa məlum olmayan vaxtda Bərdə şəhəri Heydər Əliyev prospekti 112 B ünvanında yerləşən «Mələk» marketin içəsinə quraşdırılmış "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 500 (beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs3 1500 (min beş yüz) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətməsi; -Bundan başqa onun, təkrarən tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsilə tanıdığı Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2023-cü ilin mart ayında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda telefon vasitəsilə danışıb ona şəxsi əlaqələrinin geniş olması, istintaq və məhkəmə orqanlarında tanışlarının olması barədə bilə-bilə yalandan uydurma məlumatlar verib Zərərçəkmiş şəxs2 Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bərdə Rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş qardaşı X1 4000 (dörd min) manat pul müqabilində yüngül cəza almasına köməklik göstərəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək Zərərçəkmiş şəxs2 07 aprel 2023-cü il tarixdə saat 2245 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Ş.Hüseynov küçəsində quraşdırılmış "Milliön" ödəmə terminalından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 3500 (üç min beş yüz) manat pulu, 10 aprel 2023-cü il tarixdə, vaxtı istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 tanışı Şahid2 vasitəsilə Bərdə rayonu Qazıqurdalı kəndindəki yaşadığı evindən telefona quraşdırılmış Birkart mobil ödəmə sistemi vasitəsilə özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7332 1431 5215 nömrəli kart hesabına köçürdüyü 500 (beş yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Zərərçəkmiş şəxs1 22 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyindən onunla barışdığını, ona qarşı şikayətinin olmadığını bildirmişdir. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 14 yanvar 2023-cü il tarixli, 145 nömrəli arayışdan görünür ki, Namazova X9 rayonu Nərimanlı kəndində yaşayır. Ailə tərkibi: oğlu-2006-cı il təvəllüdlü X4 və oğlu-2007-ci il təvəllüdlü X5 ibarətdir. Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş cəmi 12500 manat maddi ziyandan 7000 manat hissəsini ödəmişdir. CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 21 avqust 2023-cü il tarixli Tələbnaməsindən görünür ki, Namazova X9 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 243.1, 244.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 68.1.4 və 66.3-cü maddələrinə əsasən 05 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 178.3.1, 178.3.2, 206.4, 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3, 66.5 və 69.3-cü maddələrinə əsasən 07 il 03 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 70-ci maddəsinə əsasən ona 03 il şərti sınaq müddəti təyin olunmuşdur. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal olmasa da, onun əvvəllər CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunması onu göstərir ki, həmin hökmlərlə təyin edilmiş cəzaların Təqsirləndirilən şəxs islah təsiri olmamışdır və sonuncu ümumiyyətlə cinayət törətməyə meylli şəxsdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs hər üç nəfər zərər çəkmiş şəxsə qarşı dələduzluq əməlini Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işləri üzrə zərər çəkmiş şəxslərin qohumlarına rüşvət müqabilində yüngül cəza təyin etdirəcəyini yalandan vəd verməklə törətmiş, bununla da ədalət mühakiməsini həyata keçirən orqan olan məhkəmələrin nüfuzunu təhdid altında qoymuşdur. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Bərdə Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi X6 “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 22 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü ildə Yevlax rayonu ərazisində tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)-182/2023 saylı qərarından görünür ki, təqdimat və vəsatət qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınması, həbs etmənin əvvəlinin 29 avqust 2023-cü il tarixdən hesablanması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan Goranboy və Bərdə rayonları ərazilərini tərk etməmək vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs yaşayış yerinin müşahidə altına alınması, habelə evinin, mənzilinin və ya yaşayış üçün ona ayrılmış digər yerin mühafizəsinin Goranboy Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs tutulub Bərdə Rayon Məhkəməsinin sərəncamına verilənədək cinayət işi üzrə icraatın dayandırılması, qərarın icrasının Bərdə Rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına tapşırılması qərara alınmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü ildə özünü könüllü olaraq Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təqdim etmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 yerləşdirilməsi üçün Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı və 29 avqust 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddətlərin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs3 təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbz, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd DVD disk, xx.xx.2023-cü il tarixli qəbz və Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbz, xx.xx.2023-cü il tarixli qəbz, xx.xx.2023-cü il tarixli qəbzin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və 29 avqust 2023-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs3 təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbz, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 ədəd DVD disk, xx.xx.2023-cü il tarixli qəbz və Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2023-cü il tarixli qəbz, xx.xx.2023-cü il tarixli qəbz, xx.xx.2023-cü il tarixli qəbzin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar