Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-50/2021 30.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İHakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il təvəllüdlü Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilmiş, 02 il müddətinə sınaq müddəti təyin edilərək cəzası şərti hesab edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.12.2011-ci il tarixli hökmünə əsasən 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 12 gün müddətə azadlıqdan məhrum edilmiş, həbsdə saxlama müddəti nəzərə alınaraq məhkəmə zalından azad edilmiş, 25.09.2012-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.12.2011-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 maddələri ilə təqsirli bilinərək, 02 il 10 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin 22.12.2014-cü il tarixli qərarı ilə 07 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarı ilə 15.12.2011-ci il tarixli qərar ləğv edilmiş, Azərbaycan Respublikası CM-in 180.2.4, 62 maddəsinə əsasən 01 il 02 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanılma müddəti nəzərə alınaraq üzərində qəti olaraq 18 gün azadlıqdan məhrum emə cəzası saxlanılmış, 29.03.2012-ci ildə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə 02 il 04 ay 12 gün azadlıqdan müddətə azadlıqdan məhrum edilmiş, 02 il müddətinə sınaq müddəti təyin edilərək cəzası şərti hesab edilmiş, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsi ev 6-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə yaşayış yerinə daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını əvəzsiz olaraq talamaq məqsədilə 12 sentyabr 2020-ci il tarixdə saat 10 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olaraq oradan 1 ədəd 160 manat dəyərində “Eurolux” markalı “EULC32S77” 80 diaqonallı plazma televizoru, 1 ədəd 15 manat dəyərində “Euromax” markalı “EM-777” peyk qəbuledicini, 1 ədəd 20 manat dəyərində “Markus” markalı su matorunu, ümumi dəyəri 45 manat olan 3 ədəd 20 litr həcmli şüşə balonları, 1 ədəd 10 manat dəyərində 10 litr həcmli aluminium qazanı, 1 ədəd 5 manat dəyərində 3 litr həcmli aluminium qazanı, 1 ədəd 12 manat dəyərində qulpsuz sapılcanı, ümumi dəyəri 12 manat olan 2 ədəd qulplu dəmir sapılcanı və 1 dəst 80 manat dəyərində bagemanı (şüşə qrafin dəstini) gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 359 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvləriylə birlikdə ünvan 2 ünvanında yaşayır. Evlidir, 2 azyaşlı övladı var. Əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bərdə rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 12 gün müddətə azadlıqdan məhrum edilmiş, ona sınaq müddəti təyin olunmaqla azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş və həmin tarixdən azadlığa buraxılmış, hazırda, cəzasını çəkməyə davam edir. Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, belə ki, Şəfa müəllim ilə o, bir binada qonşu yaşayır. Uzun müddət idi ki, maddi sıxıntılar çəkirmiş, ona görə də, Bərdə şəhərində oğurluq törədərək özümə maddi qazanc əldə etməyə çalışır, 12 sentyabr 2020-ci il tarixdə səhər saatlarında yenidən oğurluq etmək qərarına gəlmiş, o, qonşusu Şəfa müəllim səhhəti ilə əlaqədar çox vaxtlar yaşadığı evdə olmadığını bilmiş, ona görə də, o, Şəfa müəllimin evindən oğurluq etmək qərarına gəlmiş, həmin gün saat təxminən 10 radələrində Şəfa müəllimin evinin dəmir setkadan olan hasarının qarşısına gəlmiş, burada dəmir setka hasarın üzərindən keçməklə evin həyətinə daxil olmuş, oradan isə evin içərisinə keçmiş, o, evdə dəyərli əşyaları axtarmağa başlamış, həmin vaxt evdən 1 ədəd “Eurolux” markalı televizoru, 1 ədəd krosna aparatını, 1 ədəd su matorunu, 3 ədəd şüşə balonları, 2 ədəd aluminium qazanı, 1 ədəd qulpsuz sapılcanı, 2 ədəd qulplu dəmir sapılcanı və 1 dəst bagemanı götürmüş və evdən çıxmış, o, oğurladığı əşyaları yaşadığı binanın arxasında yerləşən qaraja aparıb gizlətmiş, əvvəlcə, həmin əşyalardan qab-qacaqları götürüb 1 ədəd kisəyə yerləşdirmiş və elə həmin gün saat təxminən 11 radələrində Bərdə şəhərində yerləşən “Qaraçı bazarı” deyilən bazara aparıb hamısını birlikdə 80 manata satmış, o, əldə etdiyi pulu elə bazarda şəxsi ehtiyaclarına xərcləmiş və yenidən binaya qayıtmış, bu dəfə isə televizoru və krosna aparatını özüylə götürmüş, o, həmin əşyaları Bərdə rayonu Muğanlı kəndində yaşayan yalnız adını bildiyi Xətai adlı şəxsə satmaq istəyirmiş, əşyalar ilə birlikdə yaşadığı evdən çıxıb piyada Bərdə rayonu Muğanlı kəndinə doğru yeriməyə başlamış, Bərdə rayonu Qasımbəyli kəndi ərazisində olan zaman 4 nəfər mülki formada olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demiş, polis əməkdaşları ona əlində olan əşyaların nə olduğunu və hara apardığımı soruşan zaman o, əvvəlcə yalandan həmin əşyaların özünə məxsus olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onun barəsində şübhələr olduğunu deyib onu Bərdə RPŞ-yə dəvət etmişlər. O, burada televizoru və krosna aparatını polislərə təhvil vermiş, həmin vaxt onun başqa vaxtlarda törətdiyi xırda talama inzibati xətalarına görə barəsində 2 ay müddətinə inzibati həbs seçilmiş, o, tutulan zaman oğurladığı əşyaları qonşusu Şəfa müəllimin evindən oğurladığını bildirmiş, Polis əməkdaşları bu barədə araşdırma aparacaqlarını demiş, o, həmçinin, dayısına zəng edib Şəfa müəllimə vurduğu ziyanı ödəmələrini bildirmiş, bundan sonra barəsində cinayət işi başlandığıını eşitmiş, o, inzibati həbsi çəkib qurtardıqdan sonra 12 noyabr 2020-ci il tarixdə baş müstəntiq Mütəllim müəllim tərəfindən ona müdafiəçimin iştirakı ilə ittiham elan edilmiş və Mütəllim müəllim ona polisin nəzarəti altına verildiyini, ona görə də, başqa yerə getməyib vaxtında istintaqın çağırışlarına gəlməyi barədə xəbərdarlıq etmiş, ancaq, o, Bərdə RPŞ-dən çıxdıqdan sonra məsuliyyətdən qaçmaq üçün gizlənməyə başlamış, 16 yanvar 2021-ci il tarixdə onu Bərdə rayonu ərazisində saxlayıb Bərdə RPŞ-yə gətirmişlər. Hazırda əməlindən peşman olduğunun, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənilməsini nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəlsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 1-də ailə üzvləri ilə birlikdə yaşayır, onun evindən oğurluq etmiş Təqsirləndirilən şəxs hardasa lap uşaqlığından tanıyır, onun Rəşadla ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Onların ailələri arasında və eləcə də, Rəşadla onun arasında münasibətləri normal olmuş, bir-biri ilə yaxın məsafədə yerləşən qonşu evlərdə yaşadıqlarından bu əsasda tanışlıq münasibətləri yaranmış və münasibətləri normal olmuşdur. O, 30 may 2020-ci il tarixdə 24 sentyabr 2020-ci il tarixədək evində yaşamalı olmamış, elə evinin qapılarını bağlayıb ailə üzvlərini də götürüb səhhəti ilə bağlı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində özünə məxsus olan evinə gedib yay aylarını orada istirahət edir, bu əsasda o, qeyd olunan müddət ərzində ünvan 1-də evində olmamış, 23 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində Bərdə RPŞ-nin İTB-nin rəisi, polis mayoru Rəşad Babayev onun 050 30092 44 nömrəli mobil telefonuna özünün hazırda unutduğu mobil nömrə ilə zəng vurmuş, ona evindən oğurluq olması, evində krosnu aparatı olub-olmaması, varsa, markasının nə olmasını soruşmuş, o, cavabında evində “Eurolux” marxalı 80 dioqanallı 650 manat dəyərində plazma televizorun və Max markalı krosnu aparatının olduğunu demiş, Rəşad müəllim ona evinə gəlib nələr oğurlanmasını dəqiqləşdirməsini demiş, o, ancaq, 24 sentyabr 2020-ci il tarixdə gələ biləcəyini demiş, bundan sonra 24 sentyabr 2020-ci il tarixdə saat 13 radələrində Bərdə şəhərinə gəlib yaşadığı evə baxmış, bu zaman evinin ön otağının pəncərsinin dəmir tül setkanın kəsildiyini, oradan evinə daxil olunduğunu, evin qonaq otağından 1 ədəd “Markus” markalı təzə halda olan 55 manat qiymətində su matorunun, ikinci otaqdan 1 ədəd “Euorlux” markalı 650 manat qiymətində 80 dioqanallı plazma televizorun, 1 ədəd 50 manatlıq krosnu aparatının, 1 dəst 80 manat qiyməti olan bagema şüşə qab dəstinin oğurlandığını aşkar etmiş, həmçinin, qeyd etmişdir ki, ilkin olaraq evinə baxış keçirən zaman tələskənlik göstərmiş və bəzi oğurlanmış əşyaları ərizəsində göstərməmiş, həmçinin, onun evindən 1 ədədinin qiyməti 18 manat olan 3 ədəd 20 litrlik şüşə balonların, 1 ədəd 10 manat qiymətində 10 litrlik aliminium qazanın, 1 ədəd 5 manat qiymətində 3 lirtlik su tutumu olan aliminium qazanın, 1 ədəd 12 manat qiymətində şirniyyat bişirmək üçün qulpsuz sapulcanın, 2 ədəd hər birinin qiyməti 6 manat olan qulplu dəmir sabulça da oğurlanmış, bundan sonra ona Təqsirləndirilən şəxs onun evindən oğurladığını 1 ədəd televizoru və 1 ədəd krosnu aparatını əlinə alıb aparıb satmaq istəyən zaman polis əməkdaşları tərəfindən aşkar ediliyi məlum olmuşdur. O, həmçinin ərizə təqdim edib təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödəniildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, ailə üzvlərilə birlikdə Bərdə şəhəri X.Məmmədov küçəsi ev 32-də yaşayır. Subaydır. 2017-ci il tarixdən X9, həmin tarixdən də Bərdə RPŞ-nin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyirəm, polis baş leytenantı xüsusi rütbəsindəyəm. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs isə əvvəldən tanıyır, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət və inzibati xətalar törətdiyinə görə Bərdə RPŞ-yə gəlmiş, Təqsirləndirilən şəxs Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yaşayır. Bərdə şəhəri Ü. Hacıbəyov küçəsi onun xidməti ərazisinə aiddir. 12 sentyabr 2020-ci il tarixdə Bərdə RPŞ-nin əməkdaşları Şahid3, Murad Zamanov, Ruslan Əmrahov və sabiq polis əməkdaşı Emin Mustafayev ona X1 1 ədəd televizor və 1 ədəd peyk qəbul edicini Bərdə rayonu Qasımbəyli kəndi ərazisində daşıyan zaman şübhələndikləri üçün saxladıqlarını və Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə gətirdiklərini bildirmiş, tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri ilə Təqsirləndirilən şəxs həmin əşyaları Zərərçəkmiş şəxs evindən oğurladığı müəyyən edilmiş, ancaq, həmin vaxt Zərərçəkmiş şəxs Bərdə RPŞ-yə evindən oğurluq olması barədə məlumat verməmiş, Zərərçəkmiş şəxs məlumat verildikdən sonra o, həmin vaxt Bərdə rayonu ərazisində olmadığını, Bərdəyə gəldikdən sonra evinə baxış keçirib başqa əşyaların da oğurlanıb-oğulmadığını dəqiqləşdirəcəyini və bundan sonra ərizə ilə müraciət edəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaları götürüb xidməti otağında saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs törətdiyi digər xırda talama inzibati xətalarına görə barəsində 2 ay müddətinə inzibati həbs seçilmiş, 24 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək evindən oğurluq olmasını bildirmiş və Zərərçəkmiş şəxs müraciəti əsasında Bərdə RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Mütəllim Bayramov tərəfindən araşdırma aparılmağa başlanmış, həmin araşdırma gedişatında 25 sentyabr 2020-ci il tarixdə o, raportla müraciət edərək onda olan 1 ədəd televizorun və 1 ədəd peyk qəbuledicinin götürülməsini xahiş etmiş, həmin əşyalara baxış keçirildikdən sonra baş müstəntiq Mütəllim Bayramov tərəfindən götürülmüş, sonradan ona Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixdə saat təxminən 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə qanunsuz daxil olaraq oradan 1 ədəd “Eurolux” markalı plazma televizoru, 1 ədəd “Euromax” markalı peyk qəbuledicini, 1 ədəd su matorunu, 3 ədəd 20 litr həcmli şüşə balonları, 1 ədəd 10 litr həcmli aluminium qazanı, 1 ədəd 3 litr həcmli aluminium qazanı, 1 ədəd qulpsuz sapılcanı, 2 ədəd qulplu dəmir sapılcanı və 1 dəst bagemanı oğurlaması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid3 ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 74-də yaşayır. 2012-ci ildən X9, 2020-ci ildən isə Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs isə əvvəldən tanıyır, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə cinayət və inzibati xətalar törətdiyinə görə Bərdə RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yaşayır. Bərdə şəhəri Ü. Hacıbəyov küçəsi onun xidməti ərazisinə aiddir. 12 sentyabr 2020-ci il tarixdə Bərdə RPŞ-nin əməkdaşları Murad Zamanov, Ruslan Əmrahov və sabiq polis əməkdaşı Emin Mustafayev ilə birlikdə Bərdə rayonu Qasımbəyli kəndi ərazisində xidmətdə olmuş, həmin vaxt Təqsirləndirilən şəxs kənd ərazisində asfalt yolun kənarı ilə əlində 1 ədəd televizor və 1 ədəd peyk qəbul edici ilə birlikdə piyada hərəkət etdiyini görmüş, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə talama cinayətləri törətdiyini bildiyinə görə onlarda şübhə yaranmış və Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş, Təqsirləndirilən şəxs həmin əşyaların kimə məxsus olduğunu və nə məqsədlə üzərində daşıdığını soruşmuş, Təqsirləndirilən şəxs əvvəlcə onlara yalan deyib həmin əşyaların özünə məxsus olduğunu demiş, Rəşadın dedikləri şübhə yaratdığına görə Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə dəvət etmişlər, burada olan zaman Təqsirləndirilən şəxs həmin əşyaları Zərərçəkmiş şəxs evindən oğurladığı müəyyən edilmiş, ancaq, həmin vaxt Zərərçəkmiş şəxs Bərdə RPŞ-yə evindən oğurluq olması barədə məlumat verməmiş, Zərərçəkmiş şəxs məlumat verildikdən sonra Şəfa həmin vaxt Bərdə rayonu ərazisində olmadığını, Bərdəyə gəldikdən sonra evinə baxış keçirib başqa əşyaların da oğurlanıb-oğulmadığını dəqiqləşdirəcəyini və bundan sonra ərizə ilə müraciət edəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaları əməliyyat müvəkkili Şahid2 tərəfindən götürülüb xidməti otağında saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs törətdiyi digər xırda talama inzibati xətalarına görə barəsində 2 ay müddətinə inzibati həbs seçilmiş, sonradan ona Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixdə saat təxminən 10 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə qanunsuz daxil olaraq oradan 1 ədəd “Eurolux” markalı plazma televizoru, 1 ədəd “Euromax” markalı peyk qəbuledicini, 1 ədəd su matorunu, 3 ədəd 20 litr həcmli şüşə balonları, 1 ədəd 10 litr həcmli aluminium qazanı, 1 ədəd 3 litr həcmli aluminium qazanı, 1 ədəd qulpsuz sapılcanı, 2 ədəd qulplu dəmir sapılcanı və 1 dəst bagemanı oğurlaması məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, o, X4 onun bacısı oğludur, onunla dayı-bacı oğlu kimi münasibətləri normaldır. Bacısı oğlu Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs arasında heç bir ədavət, düşmənçilik və qohumluq münasibətləri yoxdur. Ancaq, onların bir qonşu kimi münasibətləri tam normaldır. Belə ki, Şəfa müəllim hələ orta məktəbdə onun müəllimi olmuşdur. Şəfa müəllim və ailə üzvlərinin evdə olmamasından, istirahət etmək üçün 30 may 2020-ci il tarixdən 24 sentyabr 2020-ci il tarixədək Ağcakəndə getməsində istifadə edən bacısı oğlu Təqsirləndirilən şəxs Şəfa müəllimin evinin bina evində 1-ci mərtəbədə olmasından istifadə edərək, evin pəncərəsindən evə daxil olaraq oradan televizor və krosnu aparatını aparıb satarkən polis işçiləri tərəfdən həmin əşyalar onun əlində tutulmuş, gələcəkdə televizor və krosnu aparatının Şəfa müəllimə polis tərəfindən qaytarıb veriləcəyini, bu əsasda ziyanın ödəniləcəyini nəzərə alıb Şəfa müəllimin evindən Rəşad tərəfindən oğurlanmış qalan əşyaların Şəfa müəllimlə qarşılıqlı razılaşma əsasında dəymiş ziyanı o və Rəşadın atası Fəxrəddin ikisi bir yerdə ödədiyini, Rəşad Şəfa müəllimin evindən 3 ədəd 20 litrlik şüşə balonları, 1 ədəd 10 litrlik aluminium qazanı,1 ədəd 3 litrlik su tutumu olan aliminium qazanı, 1 ədəd şirniyyat bişirmək üçün qulpsuz sapulcanı, 2 ədəd qulplu dəmir sapulcanı oğurlamış, onlar da həmin əşyaların yerinə Şəfa müəllimə 300 manat pul ödəmiş, Şəfa müəllim bacısı oğlu Rəşadın ona dəymiş ziyanı ödəməsi barədə ərizə ilə Bərdə RPŞ-yə müraciət etmiş, hazırda, Şəfa müəllimin Rəşaddan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 49-50-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 64-65-ci vərəqələrində olan 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 32-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 94-cü vərəqəsində olan 20.12.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan 16.01.2021-ci tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.01.2021-ci il tarixdə tutularaq aidiyyatı üzrə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş axtarışda olan şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında 16.01.2021-ci il tarixli portokoldan görünür ki, Təqsirləndirilən şəxs 16.01.2021-ci il tarixdə Bərdə MSY-dən azad olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 1(021)50\2021 saylı 21.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv olunması, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, qərarın icrasının Bərdə rayon Polis Şöbəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs tapılanadək və bu barədə məhkəməyə məlumat verilənədək cinayət işinin icraatının dayandırılması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 03.05.2021-ci tarixli “axtarışda olan şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə tutularaq Bərdə RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 69-80-cı vərəqələrində olan Bərdə rayon Məhkəməsinin 1(021)126/2019 saylı 26.08.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 ay 12 gün azadlıqdan müddətə azadlıqdan məhrum edilmiş, 02 il müddətinə sınaq müddəti təyin edilərək cəzası şərti hesab edilmişdir Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 06.09.2006-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum edilmiş, 02 il müddətinə sınaq müddəti təyin edilərək cəzası şərti hesab edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.12.2011-ci il tarixli hökmünə əsasən 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 12 gün müddətə azadlıqdan məhrum edilmiş, həbsdə saxlama müddəti nəzərə alınaraq məhkəmə zalından azad edilmiş, 25.09.2012-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15.12.2011-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4 maddələri ilə təqsirli bilinərək, 02 il 10 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkəməsinin 22.12.2014-cü il tarixli qərarı ilə 07 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarı ilə 15.12.2011-ci il tarixli qərar ləğv edilmiş, Azərbaycan Respublikası CM-in 180.2.4, 62 maddəsinə əsasən 01 il 02 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə saxlanılm müddəti nəzərə alınaraq üzərində qəti olaraq 18 gün azadlıqdan məhrum emə cəzası saxlanılmış, 29.03.2012ci ildə cəzasının sonu ilə azad edilmiş, Bərdə rayon Məhkəməsinin 26.08.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə 02 il 04 ay 12 gün azadlıqdan müddətə azadlıqdan məhrum edilmiş, 02 il müddətinə sınaq müddəti təyin edilərək cəzası şərti hesab edilmişdir. Hazırda, cəzasını çəkməyə davam edir. Cinayət işinin 81-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyun 2020-ci il tarixli 9/1911 nömrəli rəyindən görünür ki, 11 dekabr 2020-ci il tarixli 9/4969 nömrəli rəyindən görünür ki, qərarın təsviredici hissəsində göstərilən 6 adda malların istifadədə olması nəzərə alınmaqla 30.05.2020-ci il tarixdən 23.10.2020-ci il tarixə qədər olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzərə hesablama yolu ilə təxminən 255,0 manat müəyyən edilir. 3 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 129-cu vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi poliklinikası tərəfindən verilmiş 16-21-8 saylı 25.01.2021-iil tarixli Arayışdan görünür ki, hmədov X3 şəhər Poliklinikasının ruhi-əsəb, narkoloji kabinetlərində dispanser qeydiyyatı yoxdur. Cinayət işinin 29-cu vərəqəsində olan Bərdə Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 131-140-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Eurolux” markalı “EULC32S77” 80 diaqonallı plazma televizoru və 1 ədəd “Euromax” markalı “EM-777” peyk qəbuledici cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞnin saxlancına təhvil verilmişdir. Cinayət işinin 150-cı vərəqəsində olan Qəbzdən görünür ki, 1 ədəd “Eurolux” markalı “EULC32S77” 80 diaqonallı plazma televizoru və 1 ədəd “Euromax” markalı “EM-777” peyk qəbuledici sahibi Zərərçəkmiş şəxs təhvil almışdır. Cinayət işinin materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, gənc olmasını, himayəsinə az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin 1(021)126/2019 saylı 26.08.2019-cu il tarixli hökmü ilə ona azadlıqdan məhrumetmə cəzası verildiyindən onun əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residivlik yaradır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 1(021)126/2019 saylı 26.08.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 04 ay 12 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək 02 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 02 il 04 ay 12 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət, Bərdə rayon Məhkəməsinin 1(021)126/2019 saylı 26.08.2019-cu il tarixli hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq olunmuş şərti məhkum etmə Azərbaycan Respublikasının CM-71.5-ci maddəsinə əsasən ləğv edilməli, Bərdə rayon Məhkəməsinin 1(021)126/2019 saylı 26.08.2019-cu il tarixli hökmü ilə üzərində saxlanılmış 02 il 04 ay 12 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 12 noyabr 2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş 20 dekabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş, 16 yanvar 2021-ci il tarixli protokolla tutulmuş, 16 yanvar 2021-ci il tarixdə Bərdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bərdə rayon Məhkəməsinin 1(021)50/2021 saylı 21 aprel 2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş, 03 may 2021ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokol tərtib olunaraq tutulmuşdur . Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı bir gün (16 yanvar 2021-ci il tarix) müddət nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin olunarkən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 1(021)126/2019 saylı 26.08.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Maddi sübut hesab olunan 1 ədəd “Eurolux” markalı “EULC32S77” 80 diaqonallı plazma televizoru və 1 ədəd “Euromax” markalı “EM-777” peyki sahibi Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-71.5-ci maddəsinə əsasən Bərdə rayon Məhkəməsinin 1(021)126/2019 saylı 26.08.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs 02 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq təyin edilmiş 02 il 04 ay 12 gün müddətə azadlıqdan məhrumetmə cəzasında şərti məhkum etmə ləğv edilsin. Bərdə rayon Məhkəməsinin 1(021)126/2019 saylı 26.08.2019-cu il tarixli hökmü ilə üzərində saxlanılmış 02 il 04 ay 12 gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 16 yanvar 2021-ci il tarixdə həbsdə saxlanıldığı 01 (bir) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə bərabər olmaq hesabı ilə onun üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 may 2021- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Maddi sübut hesab olunan 1 ədəd “Eurolux” markalı “EULC32S77” 80 diaqonallı plazma televizoru və 1 ədəd “Euromax” markalı “EM-777” peyki sahibi Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6 X7 Bərdə rayon Vəkil Bürosu Təqsirləndirilən şəxs X11 oğluna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanası Bərdə rayon məhkəməsinin 1(021)-04/2021saylı, 09 fevral 2021-ci il tarixli hökmün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti (11) səhifə. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5- 20-52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 09 fevral 2021-ci il 1(021)-04/2021 Dövlət ittihamçısı Bərdə rayon Prokurorluğu Bərdə rayon məhkəməsinin (021)-04/2021saylı, 09 fevral 2021-ci il tarixli hökmün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti (11) səhifə. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5-20- 52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 21 iyun 2021-ci il 1(021)- 5/2021 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinə Sizin müraciətinizə əsasən Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin elektron portaldan çıxarışı və məhkumluğu barədə tələbnamə Sizə göndərilir. Hakim: Qamət Əbilov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 0900,_ Bərdə şəhəri, Tel:_(02020)_5-27-22 Faks :_(02020) 5-20- 52 Gəncə_ küçəsi, ____4______ Elektron poçtu: Elektron ünvan 17 sentyabr 2021-ci il 1(021)-50/2021 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsinə Sizin müraciətinizə əsasən bildirirəm ki, Bərdə Rayon Məhkəməsinin 1(021)- 50/2021 nömrəli 30 iyun 2021-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya qaydasında baxılması üçün cinayət işi ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda cinayət işi Bərdə Rayon Məhkəməsində olmadığından məhkum Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin tərəfimizdən göndərilməsi mümkün deyildir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-50/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-50/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver