Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-50/2022 15.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs3 iştirakı ilə xx xxx 1976-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Ə.Əliyev küçəsi ev 4, mənzil 4-də qeydiyyatda olan və Bərdə rayonu, 866 saylı qəsəbə, ev 7, mənzil 25-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdə saat 2000 radələrində idarə etdiyi "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobillə st. Mingəçevir Bəhrəmtəpə yolunun Bərdə rayonu Hacıbəyli kəndi ərazisindən keçən 54-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yəni sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobilin hərəkətinin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə və əks istiqamətli nəqliyyat axınlarının ayıran 1.1 üfüqi nişanlama xəttini kəsərək qarşı zolağa çıxmasına səbəb olan hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlər etməməli, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini maksimum icazə verilən 70 km/saatdan çox olmayan sürətlə idarə etməli olduğu halda bunu etməyərək, 3.24 "maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələblərini pozaraq 90 km/saat sürətlə yolun sağ zolağı ilə Yevlax rayon istiqamətində hərəkətdə olarkən, avtomobil üzərində idarəetməni itirib sağ zolaqdan sol zolağa çıxıb Ağcabədi istiqamətinin sağında yerləşən birinci yol nişanına dəyib, sonra 35 metr qarşıya irəliləyib digər yol nişanına dəyib əks istiqamətin hərəkət zolağına çıxaraq 30 metr məsafə qət edərək avtomobil aşmış, Ağcabədi rayon istiqamətində olan zolaqda soldan ağ düz xətdən sağa doğru 1,2 metr məsafədə Ağcabədi rayon istiqamətində hərəkətdə olan sürücü X1 60 km/saat sürətlə idarə etdiyi "VAZ 21013" minik markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan sürücü X1 baş beyinin, beyin kötüyünün və onurğa beyninin travmatik ödemi, baş beyinin və onurğa beyninin əzilməsi, toxumasına və qişaları altına qansızma, kəllə tağı, kəllə əsası sümüklərinin və İİ boyun fəqərəsi cisminin sınıqları, sol mil sümüyünün, sol sirkə kasası dibinin qapalı, yerdəyişmiş sınıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, hər iki üst göz qapağının qançırları, çənə nahiyəsinin, döş qəfəsinin ön səthinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin, hər iki əlin, hər iki diz oynağı nahiyəsinin, hər iki baldırın sıyrıqları ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, almış olduğu xəsarətlərdən 26.10.2021-ci il tarixdə yerləşdirildiyi Bakı 1 saylı şəhər xəstəxanasında ölməsinə, idarə etdiyi avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs5 komatoz vəziyyətlə müşayiət olunan intraparenxial beyin qanaması ilə qapalı kəllə-beyin travması, alın, burun beli, sol almacıq, sağ əl, sağ said, sol said, sol əl, sağ diz oynağı, sağ kürək, alt çənə, üst çənə, sağ dirsək oynağı nahiyələrinin keçmiş əzilmiş yara izləri ilə müşahidə edilən ağır dərəcəli bədən xəsarəti almasına, Zərərçəkmiş şəxs4 komatoz vəziyyətlə müşayiət olunan sidik kisəsinin cırılması, peritonararxası sahənin geniş yayılmış hematoması ilə qarının qapalı küt travması, sağ bazu, said, sağ bud sümüklərinin sınıqları, qapalı kəllə-beyin travması, alın, boyun, sağ bazu, sağ bud, burun beli, sol dirsək oynağı, sol ayaq nahiyələrinin keçmiş əzilmiş yara izləri müşahidə edilən ağir dərəcəli bədən xəsarəti almasına və Zərərçəkmiş şəxs3 çanaq sümüklərinin sınığı, başın sol təpə-gicgah-burun, sağ əl, sol baldır, sağ diz oynağı, sağ baldır-ayaq oynağı nahiyələrinin keçmiş əzilmiş yara izləri ilə müşahidə edilən az ağır dərəcəli bədən xəsarəti almasına, bundan başqa X1 hadisə zamanı idarə etdiyi, Zərərçəkmiş şəxs2 məxsus "VAZ 21013" minik markalı 55 BC-816 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 4600 (dörd min altı yüz) manat məbləğində maddi zərər vurulmasına, eyni zamanda idarə etdiyi Zərərçəkmiş şəxs6 məxsus “Opel Astra” minik markalı 99 DU- 867 dövlət qeydiyyat nişanlı avtomobilə 7500 (yeddi min beş yüz) manat məbləğində zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, idarə etdiyi "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 17 oktyabr 2021-ci il tarixdə saat təxminən 2000 radələrində arvadı Zərərçəkmiş şəxs3, oğlu 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 və 2007-ci il təvəllüdlü qızı X11 ilə birlikdə idarə etdiyi avtomobillə Ağcabədi rayonundan Bərdə şəhərinə yaşadıqları evə getmək üçün yola çıxmışlar. Avtomobili özü idarə etmiş, avtomobildə qabaq sağda qızı Aysun Hüseynova oturmuş, arvadı Ülviyyə avtomobildə arxa sağda, oğlu İmran isə arxa solda oturmuşdur. İdarə etdiyi avtomobillə st. Mingəçevir-Bəhrəmtəpə yolunun 54-cü kilometrliyindən keçən yolun Bərdə rayonu Həcıbəyli kəndi ərazisi ilə yolun sağ zolağı ilə 80 km/saat sürətlə hərəkətdə olmuşdur. Uşaqları və arvadı avtomobildə yatmışlar. Qarşıda sarı rəngli "VAZ- 21013" minik markalı 55 BC-816 qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobilin qarşısında isə "MURAVEY" markalı motosiklet hərəkətdə olmuş, başqa avtomobil olmamışdır. Arxadan avtomobilin uzaq vuran işıqlarını yandırıb söndürmüş, avtomobilin sola dönmə işığını yandırmışdır ki, qarşısında hərəkət edən "VAZ 21013" markalı avtomobili solundan ötüb keçsin. Avtomobilin sürətini 90 km/saat sürətə qədər artırmış, həmin avtomobili ötüb keçməyə başlamışdır. Bu zaman qarşısındakı "VAZ 21013" markalı avtomobil yolun soluna doğru istiqamətlənib onun avtomobilini sola doğru sıxmışdır. Toqquşmamaq üçün sükanı sola çəkmiş, avtomobili yolun sol çiyninə çıxarmış, yol kənarında əkilmiş ağaclara sürtünərək qabağa getmiş, yolun kənarında olan yol nişanına dəymişdir. Sonra avtomobilin arxa hissəsi sola doğru hərlənmiş, avtomobilin sol tərəfi başqa yol nişanına dəymiş, avtomobilin sağ yan üstə asfalt üzərinə çıxmışdır. Bu zaman arxadan gələn "VAZ 21013" markalı avtomobil onun avtomobilinin sağ yanından vurub onun avtomobilini aşırmışdır. Toqquşma nəticəsində qızı Zərərçəkmiş şəxs5, oğlu Zərərçəkmiş şəxs4 və arvadı Zərərçəkmiş şəxs3 xəsarət almışlar. Ətrafa tanımadığı adamlar toplaşmış, ətrafa toplaşan adamlar onu avtomobildən çıxarmışlar. Təcili tibbi yardımla uşaqları xəstəxanaya aparmışlar. Onu isə yol maşını ilə Bərdə rayon xəstəxanasına yola salmışlar. Səhvini başa düşür, əməlindən peşmandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı ölmüş X4 onun oğludur. Dünyaminin hadisə zamanı idarə etdiyi "VAZ 21013" minik markalı 55 BC- 816 dövlət qeydiyyat nişanlı avtomobil digər oğlu Zərərçəkmiş şəxs2 məxsusdur. Oğlu Dünyamin elektrik olmuş, işə gedib gəldiyi üçün, eyni zamanda Dünyaminin BC kateqoriyalı sürücülük vəsiqəsi olduğundan oğlu Raquf avtomobili Dünyaminə vermişdir ki, idarə edib işinə gedib gəlsin. 17 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Dünyamin idarə etdiyi "VAZ 21013" minik markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxıb işə getmişdir. Həmin günü saat təxminən 20 radələrində Bərdə şəhərindən yol avtomobili ilə işdən evə qayıdanda görmüşdür ki, Bərdə rayonu Hacıbəyli kəndi ərazisində qarşıda avtomobil yolunda yol polisi avtomobili dayanmışdır. Fikirləşmişdir ki, həmin yerdə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yaxınlaşanda görmüşdür ki, oğlu Dünyaminin idarə etdiyi avtomobil yol kənarında əzilmiş vəziyyətdədir. Yaxınlaşanda görmüşdür ki, oğlu yaralı vəziyyətdə avtomobildədir. Dünyamini ora yığışan şəxslərin köməyi ilə avtomobildən çıxarmış, sonuncunun vəziyyəti ağır olmuşdur. Dünyamini yol avtomobili ilə Bərdə rayon mərkəzi xəstəxanasına aparmış, Bərdə rayon xəstəxanasında cərrahiyyə əməliyyatı olunmuşdur. Ona məlum olmuşdur ki, Dünyaminin idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nömrə nişanlı avtomobil toqquşmuşdur. Səhəri günü yəni 18 oktyabr 2021-ci il tarixdə Dünyamini təcili tibbi yardımla Bakı şəhərinə "Semaşka" adlanan xəstəxanaya aparmışlar. 26 noyabr 2021-ci il tarixdə isə oğlu Dünyamin aldığı bədən xəsarətlərindən Bakı şəhərində yerləşdirildiyi xəstəxanada vəfat etmişdir. 27 oktyabr 2021-ci il tarixdə Dünyamini Bərdə rayonuna gətirmiş və Mirzəxan kəndində dəfn etmişlər. Təqsirləndirilən şəxs oğlunun müalicəsinə və dəfninə köməklik göstərməmiş, onlarla barışığa səy göstərməmiş, onlarla barışıq əldə etməmişdir. Təqsirləndirilən şəxs daha ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, yol-nəqliyyat hadisəsi zamanı ölmüş X4 onun qardaşıdır. Dünyaminin hadisə zamanı idarə etdiyi "VAZ 21013" minik markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus olmuşdur. Qardaşı Dünyamin elektrik olmuş, işə gedib gəldiyi üçün, eyni zamanda BC kateqoriyalı sürücülük vəsiqəsi olduğundan avtomobili vermişdir ki, idarə edib işə gedib gəlsin. 17 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Dünyamin idarə etdiyi "VAZ 21013" minik markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxıb işə getmişdir. Həmin günü saat təxminən 20 radələrində evdə olarkən ona bildirmişlər ki, qardaşı Dünyamin idarə etdiyi, ona məxsus avtomobillə qəzaya düşmüş, Dünyamini Bərdə rayon xəstəxanasına aparmışlar. Xəstəxanaya getmiş, ona məlum olmuşdur ki, Dünyaminin idarə etdiyi avtomobillə toqquşmuş avtomobilin sürücü Təqsirləndirilən şəxsdur. 18 oktyabr 2021-ci il tarixdə Dünyamini təcili tibbi yardımla Bakı şəhərinə "Semaşka" adlanan xəstəxanaya aparmışlar. 26 oktyabr 2021-ci il tarixdə isə qardaşı Dünyamin aldığı bədən xəsarətlərindən Bakı şəhərində yerləşdirildiyi xəstəxanada vəfat etmişdir. 27 oktyabr 2021-ci il tarixdə Dünyamini Bərdə rayonuna gətirmişlər və Mirzəxanlı kəndində, kənd qəbiristanlığında dəfn etmişlər. Baş vermiş hadisə zamanı qardaşı Dünyaminin idarə etdiyi avtomobil əzilərək yararsız vəziyyətə düşmüşdür. Avtomobil ona məxsus olduğu üçün avtomobilə görə ona 4600 manat maddi zərər dəymişdir. Ona dəymiş ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs ciddi cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. 17 oktyabr 2021-ci il tarixdə saat təxminən 2000 radələrində əri Rəşad, oğlu 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 və 2007-ci il təvəllüdlü qızı X11 ilə birlikdə Rəşadın idarə etdiyi "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonundan Bərdə şəhərinə evə getmək üçün yola çıxmışlar. Rəşad avtomobili idarə etmiş, avtomobildə qabaq sağda qızı Aysun Hüseynova oturmuşdur. Özü avtomobildə arxa sağda, oğlu İmran isə arxa solda onun yanında oturmuşdur. Bərdə rayonu Həcıbəyli kəndi ərazisi ilə Bərdə şəhər istiqamətində hərəkətdə olarkən uşaqları ilə avtomobildə yatmışlar. Sonradan gözünü xəstəxanada açmış və ona məlum olmuşdur ki, Rəşadın idarə etdiyi avtomobil qəzaya düşmüş, "VAZ 21013" minik markalı 55 BC-816 qeydiyyat nişanlı avtomobillə toqquşmuş, özü və uşaqları xəsarət aldıqlarından Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisədən əvvəl avtomobildə yatdığı üçün hadisənin necə baş verməsini görməmiş, ayılanda artıq xəstəxanada olmuşdur. Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs3 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Bərdə şəhər 1 saylı tam orta məktəbdə 6-cı sinif şagirdidir. Təqsirləndirilən şəxs atasıdır. 17 oktyabr 2021-ci il tarixdə saat təxminən 2000 radələrində anası Zərərçəkmiş şəxs3, atası Rəşad və bacısı X11 ilə birlikdə atasının idarə etdiyi "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonundan Bərdə şəhərinə evə getmək üçün yola çıxmışlar. Atası avtomobili idarə etmiş, qabaqda atasının yanında bacısı Aysun Hüseynova oturmuşdur. Anası arxa sağda, özü isə arxada solda anasının yanında oturmuşdur. Onlar Bərdə rayonu Hacıbəyli kəndi ərazisi ilə Bərdə şəhər istiqamətində hərəkətdə olarkən, avtomobildə yatmış, gözünü açanda xəstəxanada olduğunu görmüşdür. Sonradan ona məlum olmuşdur ki, atasının idarə etdiyi avtomobil qəzaya düşmüşdür. Hadisə anında avtomobildə yatdığından hadisənin necə baş verməsini görməmişdir. Atası Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs3 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, Bərdə şəhər 1 saylı tam orta məktəbdə 9-cu sinif şagirdidir. Təqsirləndirilən şəxs atasıdır. 17 oktyabr 2021-ci il tarixdə saat təxminən 2000 radələrində anası Zərərçəkmiş şəxs3, atası Rəşad və qardaşı Zərərçəkmiş şəxs4 ilə birlikdə atasının idarə etdiyi "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonundan Bərdə şəhərinə evə getmək üçün yola çıxmışlar. Atası avtomobili idarə etmiş, özü qabaqda atasının yanında oturmuş, anası arxasında sağda, qardaşı İmran da arxada solda anasının yanında oturmuşdur. Onlar Bərdə rayonu Hacıbəyli kəndi ərazisi ilə Bərdə şəhəri istiqamətində hərəkətdə olarkən, avtomobildə yatmışdır. Gözünü açanda xəstəxanada olduğunu görmüşdür. Hadisə anında avtomobildə yatdığından hadisəni görməmişdir. Atası Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikasının CPM-nin 329 və 330-cu maddələrinə əsasən onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini elan etmişdir. O, həmin ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs idarə etdiyi "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsus avtomobildir. Həmin avtomobil mülki etibarnamə ilə ona məxsusdur, avtomobili Rəşada aralarında olan razılaşmaya əsasən hissə-hissə pulunun ödənilməsi şərti ilə satmış, hər ay Rəşad ona avtomobilin pulunu ödəyir. Rəşada öz adından avtomobili idarə edilməsi üçün etibarnamə vermişdir. Hazırda Rəşadın avtomobilə görə ona verəcəyi pulun az bir miqdarı qalmışdır. Hadisə nəticəsində ona məxsus Rəşadın idarə etmiş olduğu "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək yararsız hala düşməsi nəticəsində ona maddi zərər dəysə də, onun avtomobilinə dəymiş zərərlə bağlı heç kimdən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, "Qazel" yük markalı 90 UJ-363 dövlət qeydiyyat nişanlı yük avtomobilinin işıqları yanmadığından saat təxmini 1900 radələrində usta Dünyamin Məmişovun elektrik sexinə gəlmiş, sonuncu avtomobilinin qabaq sağ tərəf farasının lampasını dəyişmişdir. Onlar birlikdə sexdən çıxıb Yevlax istiqamətinə getmişlər. Yolun kənarında, kəndin girəcəyində avtomobilini saxlamış, Dünyaminin avtomobilinə minib birlikdə Yevlax istiqamətinə getmişlər. Yaxınlıqda Tərtər çayının üstündə "Yaşıl ada" adlanan ailəvi istirahət mərkəzində dayanıb yemək yemişlər. Təxminən saat 1940 radələrində yeməkxanadan çıxmış, yaxınlıqdakı "Yeni Market" adlanan mağazaya getmişlər. Mağazadan çörək aldıqdan sonra Ağcabədi rayonu istiqamətində geriyə qayıtmışlar. Kəndin girəcəyində Dünyaminin avtomobilindən düşüb öz yük avtomobilinə yaxınlaşmış, minmək istəyərkən yoldan taqqıltı səsi eşitmişdir. Tez hadisə yerinə getmişdir. Hadisə ilə düşdüyü yerin arası 300-350 metr ara məsafə olmuşdur. Hadisə yerinə yaxınlaşanda görmüşdür ki, Ağcabədi rayonu istiqamətində yolun sağında "Opel Astra" markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobil aşmış vəziyyətdə, "VAZ 21013" minik markalı 55 BC-816 qeydiyyat nişanlı avtomobilin isə əzilmiş vəziyyətdədir. Qonşu kəndin uşaqları Vüsal, Azər və tanımadığı bir neçə nəfər ondan qabaq hadisə yerinə çatmışlar. Asfaltın üzərində bir qadın və iki az yaşlı uşaq görmüşdür. Sürücüləri avtomobildən çıxarmışlar, polislər gəlmiş, xəsarət alanları xəstəxanaya göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun 54-cü km-də Yevlax rayonu istiqamətində yolun sağında yerləşən tikinti malları satılan dükanda fəhlə işləyir. 17.10.2021-ci il tarixdə axşam radələrində dükanın qarşısında dükanın mallarını dükana yığmaqla məşğul olmuşdur. Qonşu kəndçisi Şahid3 idarə etdiyi "Muravey" markalı motosikletlə gəlib dükanın yaxınlığında dayanmışdır. Aradan 10-15 dəqiqə keçmiş, təxminən saat 2000 radələrində iki avtomobil Yevlax rayon istiqamətinə yüksək sürətlə keçdiyini görmüşdür. Ondan 100-150 metr aralıda Yevlax rayon istiqamətində taqqıltı səsi eşitmiş və bilmişdir ki, yol nəqliyyat hadisəsi baş vermişdir. Dərhal hadisə yerinə tərəf getmişdir. Görmüşdür ki, asfaltın ortasında Yevlax rayonu istiqamətində yolun solunda qonşu kəndçisi Dünyamin Məmişovun "VAZ 21013" markalı avtomobili üstü əzilmiş vəziyyətdə, üzü Yevlax rayonu istiqamətində, üzü sağa sahəyə tərəf dayanmışdır. Ondan bir qədər aralıda Yevlax rayonu istiqamətində aşmış vəziyyətdə "Opel Astra" markalı avtomobili görmüşdür. Yaxınlaşarkən asfaltın üzərində bir qadın və iki azyaşlı uşağın xəsarət aldıqlarını görmüşdür. Sürücülər xəsarət almış vəziyyətdə avtomobillərində qalmışlar. Tez "Opel Astra" markalı avtomobilin sürücüsünü avtomobildən çıxarmış, sonra isə həmkəndli olan "VAZ 21013" markalı avtomobilin sürücüsü Dünyamin Məmişovu avtomobildən çıxarmışlar. Sonra yol maşını ilə Dünyamin Məmişovu xəstəxanaya aparmışlar. Yolda təcili tibbi yardım avtomobilinin hadisə yerinə gəldiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 17.01.2021-ci il tarixdə saat 2000 radələrində stansiya Mingəçevir-Bəhrəmtəpə yolunun 54-cü km-də Bərdə rayonu Hacıbəyli kəndi ərazisində Yevlax rayon istiqamətində yolun sağında dayanmışdır. İdarə etdiyi "Muravey" markalı motosikleti təmir edirmiş, arxası sahəyə üzü magistral yola tərəf olmuşdur. “Muravey”in elektrik şamını dəyişmişdir. Qarşısından Bərdə istiqamətinə təxmini metalik-gümüşü rəngli iki avtomobil sürətlə keçmişdir. Bir neçə saniyə sonra ondan təxminən 150 metr Yevlax rayonu istiqamətindən taqqıltı səsi eşitmişdir. Görmüşdür ki, bir maşın aşa-aşa üzü Yevlax rayonu istiqamətinə getmişdir. Cəld hadisə yerinə getmiş, görmüşdür ki, "Opel Astra" markalı 99 DU-867 qeydiyyat nişanlı avtomobil aşmış vəziyyətdə yolun solunda dayanmışdır. Ondan əvvəl isə Bərdə rayonu istiqamətində yolun solunda qonşu kəndçisi Dünyamin Məmişovun "VAZ 21013" markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobili üzü sahəyə tərəf üzəri batmış vəziyyətdə dayanmışdır. Hadisə yerinə ondan qabaq Vüsal adlı qonşu kəndçisi çatmışdır. Sonra adamlar yığışmış onların köməyi ilə Dünyamini və "Opel Astra" markalı avtomobilin sürücüsünü avtomobildən çıxarmışlar. "Opel Astra" markalı avtomobildən yerə bir qadın və iki azyaşlı uşaq asfaltın üzərinə düşmüşdür. Vüsal yol maşını ilə Dünyamini xəstəxanaya aparmışdır. Təcili yardım çağırmışlar, iki azyaşlı uşağı və qadını təcilli tibbi yardım xəstəxanaya aparmışdır. Hadisədən 2-3 dəqiqə keçməmiş polislər gəlmiş, köməklik göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin YPX-ti alayının 13-cü tağımında inspektor vəzifəsində işləyir. 17 oktyabr 2021-ci il tarixdə saat 2000 radələrində iş yoldaşı X2 ilə xidməti ərazidə xidməti patrul avtomobili ilə xidmətdə olmuşlar. Xidməti əraziləri olan st.Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu Hacıbəyli kəndi ərazisindən keçən 54-cü kilometrliyindən keçərkən görmüşlər ki, yolda adamlar toplaşmışdır. Yaxınlaşanda görmüşlər ki, həmin yerdə yol nəqliyyat hadisəsi baş vermiş, "Opel Astra" minik markalı **- DU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə "VAZ 21013" minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmuşlar. "Opel Astra" minik markalı avtomobil aşmış, tam yararsız vəziyyətdə olmuşdur. "VAZ 21013" minik markalı avtomobil də tam yararsız hala düşmüşdür. Hadisə yerində asfalt üzərində bir azyaşlı oğlan uşağının xəsarət aldığını görmüşlər. Yol bağlandığı üçün uşağı ordan kənara çıxarmışlar. Xəsarət alan oğlanın atası adını sonradan bildiyi "Opel Astra" minik markalı avtomobilin sürücü Təqsirləndirilən şəxs da orada olmuş, xəsarət almışdır. Məlum olmuşdur ki, "Opel Astra" minik markalı avtomobildə bir qadın və bir qız uşağı da xəsarət almışdır. Onlar gələnə kimi qadınla uşaq Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışlar. "VAZ 21013" minik markalı avtomobilin sürücüsü X4 avtomobilin içərisində olmuş xəsarət almış, huşsuz vəziyyətdə olmuşdur. Onlar oraya toplaşan şəxslərin köməkliyi ilə onu avtomobildən çıxarmış və təcili tibbi yardımla Bərdə şəhər Mərkəzi xəstəxanasına yola salmışlar. Eyni zamanda xəsarət almış sürücü Təqsirləndirilən şəxs və oğlu Bərdə şəhər xəstəxanasına aparılmışdır. Daha sonra hadisə yerinə gəlmiş müstəntiq tərəfindən hadisə yerinə onun, iş yoldaşı Heydər Məmmədovun və digər şəxslərin iştirakları ilə baxış keçirmiş, protokol və sxem tərtib edilmişdir. Digər iştirakçılar ilə birlikdə protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid X5 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X21 verdiyi 26 oktyabr 2021-ci il tarixli 73/MEŞ saylı rəyindən müəyyən edilir ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər-baş beyinin, beyin kötüyünün və onurğa beyninin travmatik ödemi, baş beyinin və onurğa beyninin əzilməsi, toxumasına və qişaları altına qansızma, kəllə tağı, kəllə əsası sümüklərinin və İİ boyun fəqərəsi cisminin sınıqları, sol mil sümüyünün, sol sirkə kasası dibinin qapalı, yerdəyişmiş sınıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, hər iki üst göz qapağının qançırları, çənə nahiyəsinin, döş qəfəsinin ön səthinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin, hər iki əlin, hər iki diz oynağı nahiyəsinin, hər iki baldırın sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən 17.10.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, ölümlə səbəbli əlaqələri vardır. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. -D.Zərərçəkmiş şəxs1 ölümünün bilavasitə səbəbi kəllə tağı, kəllə əsası sümükləri və İİ boyun fəqərəsi cisminin sınıqları, baş beyinin və onurğa beyninin əzilməsi, toxumasına və qişaları altına qansızma ilə əlaqədar inkişaf edən baş beyinin, beyin kötüyünün və onurğa beyninin travmatik ödemi olmuşdur. Ölüm 26.10.2021-ci il tarixdə 14:40-da X17 baş vermişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və X16 rayonlararası zona mərkəzinin verdiyi 22 dekabr 2021-ci il tarixli 1051 saylı rəyindən müəyyən edilir ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- komatoz vəziyyətlə müşayiət olunan intraparenxial beyin qanaması ilə qapalı kəllə-beyin travması, alın, burun beli, sol almacıq, sağ əl, sağ said, sol said, sol əl, sağ diz oynağı, sağ kürək, alt çənə, üst çənə, sağ dirsək oynağı nahiyələrinin kəsilmiş əzilmiş yara izləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən 17.10.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və X16 rayonlararası zona mərkəzinin verdiyi 22 dekabr 2021-ci il tarixli 1052 saylı rəyindən müəyyən edilir ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- komatoz vəziyyətlə müşayiət olunan sidik kisəsinin cırılması, peritonararxası sahənin geniş yayılmış hematoması ilə qarının qapalı küt travması, sağ bazu, said, sağ bud sümüklərinin sınıqları, qapalı kəllə-beyin travması, alın, boyun, sağ bazu, sağ bud, burun beli, sol dirsək oynağı, sol ayaq nahiyələrinin kəsilmiş əzilmiş yara izləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən 17.10.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və X16 rayonlararası zona mərkəzinin verdiyi 22 dekabr 2021-ci il tarixli 1053 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- çanaq sümüklərinin sınığı, başın sol təpə-gicgah-burun, sağ əl, sol baldır, sağ diz oynağı, sağ baldır-ayaq oynağı nahiyələrinin kəsilmiş əzilmiş yara izləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilər, müddəti qərarda göstərilən 17.10.2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 dekabr 2021-ci il tarixli 6/5393-8/3082 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, təqdim edilmiş “Opel Astra” markalı, 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərə görə hər hansı sərtliyi bərk olan predmetə kontakda olması, dəyməsi, o cümlədən yol kənarında maneyəyə dəyməsi və aşması nəticəsində yaranması mümkündür. Həmin avtomobilin üzərində olan zədələr öz ilkin formasını itirdiyindən onun digər nəqliyyat vasitəsi ilə kontakda olmasını müəyyən etmək mümkün deyldir. -Təqdim edilmiş “Mercedes-Benz E270 CDİ” markalı, 99 LJ-288 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperdə, arxa sağ qanadda, qabaq sağ qapıda, arxa sol qanadda, arxa sol qapıda) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı bərk və bərk olmayan predmetlə təmasda olması nəticəsində yarana bilər. Eyni zamanda zədə kənarlarında hər hansı avtomobillə təmasda olması nəticəsində yarana bilən zədə, iz aşkar edilmədi. -Tədqiqata təqdim edilmiş, “Mercedes-Benz E270 CDİ” markalı, 99 LJ-288 dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən və müxtəlif hissələrindən götürülmüş boya nümunələrinin üzərində olan sürtünmə şəklində izlər boya örtüyünün özünə məxsus astar qatının sürtünmə (bərk predmetlə təmasda olması) nəticəsində cızılıb üst qata çıxmasına (yaranmasına) xarakterikdir. Üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus boya qalıqları, hissəcikləri yoxdur. -Tədqiqata təqdim edilmiş, “Opel Astra” markalı, 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən və müxtəlif hissələrindən götürülmüş boya nümunələrinin üzərində olan sürtünmə şəklində izlər boya örtüyünün özünə məxsus astar qatının sürtünmə (bərk predmetlə təmasda olması) nəticəsində cızılıb üst qata çıxmasına (yaranmasına) xarakterikdir. -Tədqiqata təqdim edilmiş, “Mercedes-Benz E270 CDİ” markalı, 9 LJ-288 və “Opel Astra” markalı, 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobillərin lak-boya örtüklərindən və müxtəlif hissələrinin lak-boya örtüyündən götürülmüş boya nümunələrinin üzərində kənar avtonəqliyyat vasitələrinə məxsus boya qalıqları, hissəcikləri olmadığından onların lak-boya nümunələrinin bir-birləri ilə müqayisəli tədqiqatı aparılmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2021-ci il tarixli 8/3249 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən müəyyən edilir ki, təqdim edilmiş “Opel Astra” markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq nisbətən sol hissəsində (kapotda, qabaq sol qanadda, sol yan güzgüdə) və “VAZ-21013” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontakta olamsı, dəyməsi, o cümlədən avtomobillərin biribiriləri ilə toqquşması nəticəsində yaranması mümkündür. - Təqdim edilmiş “Opel Astra” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil aşaraq öz ilkin formasını itirdiyindən onun "VAZ 21013" markalı, **-BC-*** dövlət nömrə nişanlı avtomobillə hansı detalları arasında və hansı bucaq altında toqquşmasın müəyyən etmək mümkün deyildir. - Təqdim edilmiş Opel Astra markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil maneələrə və avtomobilə dəydikdən sonra aşdığından onun üzərində olan zədələr öz ilkin formasını itirir. Odur ki, Opel Astra markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma ardıcılıqlarını və bunun istintaqın verdiyi hadisə mexanizminə uyğun olub-olmaması müəyyən etmək mümkün deyildir. - İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Opel Astra markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması" yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 "Maksimum sürətin məhdudlaşdırılması" yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan AC 905023 saylı sürücülük vəsiqəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “B” katiqoriya sürücülük hüququ vardır. İş materiallarında olan 1378 saylı 17.10.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən olunur ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan 03 noyabr 2021-ci il tarixli ilkin qiymətləndirmə aktı surətindən müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində X12 məxsus, etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 7500 manat ziyan dəymişdir. İş materiallarında olan 06 noyabr 2021-ci il tarixli ilkin qiymətləndirmə aktından müəyyən olunur ki, yol nəqliyyat hadisəsi nəticəsində X7 məxsus, etibarnamə əsasında X6 idarə etdiyi “VAZ-21013” markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 4400-4600 manat ziyan dəymişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 17 oktyabr 2021-ci il tarixdə saat 2000 radələrində idarə etdiyi "Opel Astra" minik markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobillə st. Mingəçevir Bəhrəmtəpə yolunun Bərdə rayonu Hacıbəyli kəndi ərazisindən keçən 54-cü kilometrliyində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən, yəni sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobilin hərəkətinin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə və əks istiqamətli nəqliyyat axınlarının ayıran 1.1 üfüqi nişanlama xəttini kəsərək qarşı zolağa çıxmasına səbəb olan hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlər etməməli, eyni zamanda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini maksimum icazə verilən 70 km/saatdan çox olmayan sürətlə idarə etməli olduğu halda bunu etməyərək, 3.24 "maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələblərini pozaraq 90 km/saat sürətlə yolun sağ zolağı ilə Yevlax rayon istiqamətində hərəkətdə olarkən, avtomobil üzərində idarəetməni itirib sağ zolaqdan sol zolağa çıxıb Ağcabədi istiqamətinin sağında yerləşən birinci yol nişanına dəyib, sonra 35 metr qarşıya irəliləyib digər yol nişanına dəyib əks istiqamətin hərəkət zolağına çıxaraq 30 metr məsafə qət edərək avtomobil aşmış, Ağcabədi rayon istiqamətində olan zolaqda soldan ağ düz xətdən sağa doğru 1,2 metr məsafədə Ağcabədi rayon istiqamətində hərəkətdə olan sürücü X1 60 km/saat sürətlə idarə etdiyi "VAZ 21013" minik markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan sürücü X1 baş beyinin, beyin kötüyünün və onurğa beyninin travmatik ödemi, baş beyinin və onurğa beyninin əzilməsi, toxumasına və qişaları altına qansızma, kəllə tağı, kəllə əsası sümüklərinin və İİ boyun fəqərəsi cisminin sınıqları, sol mil sümüyünün, sol sirkə kasası dibinin qapalı, yerdəyişmiş sınıqları, alın nahiyəsinin əzilmiş-cırılmış yaraları, hər iki üst göz qapağının qançırları, çənə nahiyəsinin, döş qəfəsinin ön səthinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin, hər iki əlin, hər iki diz oynağı nahiyəsinin, hər iki baldırın sıyrıqları ilə müşayiət edilən sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, almış olduğu xəsarətlərdən 26.10.2021-ci il tarixdə yerləşdirildiyi Bakı 1 saylı şəhər xəstəxanasında ölməsinə, idarə etdiyi avtomobildə olmuş sərnişinlər Zərərçəkmiş şəxs5 komatoz vəziyyətlə müşayiət olunan intraparenxial beyin qanaması ilə qapalı kəllə-beyin travması, alın, burun beli, sol almacıq, sağ əl, sağ said, sol said, sol əl, sağ diz oynağı, sağ kürək, alt çənə, üst çənə, sağ dirsək oynağı nahiyələrinin keçmiş əzilmiş yara izləri ilə müşahidə edilən ağır dərəcəli bədən xəsarəti almasına, Zərərçəkmiş şəxs4 komatoz vəziyyətlə müşayiət olunan sidik kisəsinin cırılması, peritonararxası sahənin geniş yayılmış hematoması ilə qarının qapalı küt travması, sağ bazu, said, sağ bud sümüklərinin sınıqları, qapalı kəllə-beyin travması, alın, boyun, sağ bazu, sağ bud, burun beli, sol dirsək oynağı, sol ayaq nahiyələrinin keçmiş əzilmiş yara izləri müşahidə edilən ağir dərəcəli bədən xəsarəti almasına və Zərərçəkmiş şəxs3 çanaq sümüklərinin sınığı, başın sol təpə-gicgah-burun, sağ əl, sol baldır, sağ diz oynağı, sağ baldır-ayaq oynağı nahiyələrinin keçmiş əzilmiş yara izləri ilə müşahidə edilən az ağır dərəcəli bədən xəsarəti almasına, bundan başqa X1 hadisə zamanı idarə etdiyi, Zərərçəkmiş şəxs2 məxsus "VAZ 21013" minik markalı 55 BC-816 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 4600 (dörd min altı yüz) manat məbləğində maddi zərər vurulmasına, eyni zamanda idarə etdiyi Zərərçəkmiş şəxs6 məxsus “Opel Astra” minik markalı 99 DU- 867 dövlət qeydiyyat nişanlı avtomobilə 7500 (yeddi min beş yüz) manat məbləğində zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi 3001 saylı 01.11.2021-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür. Hazırda Bərdə rayon 866 yerlik qəsəbə, bina 7, mənzil 25-də qeydiyyatda olmaqla müvəqqəti yaşayır. Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə qonşuları və qəsəbə ictimayəti arasında müsbət xarakterizə olunmuş, qəsəbədə keçirilən ictimai tədbirlədə fəal iştirak etmişdir, fiziki cəhətdən sağlamdır. O, xaraktercə sadə və təvazökardır, vətənpərvərdir. Yaşadığı binada tərbiyəsi və yaxşı davranışı ilə əhali arasında daima seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 onun ailə üzvləri olmasını, sonuncuların ondan şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, himayəsində 1 nəfər azyaşlı, 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 23.11.2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin ağır nəticəyə səbəb olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə əsasən onun cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin cəzasını yüngülləşdirən halları, habelə cinayətin ağır nəticəyə səbəb olmasını, zərərçəkmiş şəxs X8 vurulmuş maddi zərərin ödənilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmamasını və barışıq əldə edilməsi üçün heç bir səy göstərməməsini nəzərə alaraq ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 5 ildən yuxarı həddində cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qismində qətimkan tədbiri seçilməlidir. Seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəza çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad.346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad.353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 10 dekabr 2021-ci il tarixli 6/5393- 8/3082 saylı və 20 dekabr 2021-ci il tarixli 8/3249 saylı bildirişlərdən müəyyən edilir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 454,16 (dörd yüz əlli dörd manat on altı qəpik) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 454,16 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin müvəqqəti dayanacaq yerində saxlanılan “Opel Astra” markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobil və hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs, iş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin müvəqqəti dayanacaq yerində saxlanılan VAZ-21013 markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobil isə hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs- Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05(beş) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilsin. Seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. O, məhkəmə iclas zalında dərhal həbs edilsin. Cəza çəkməsinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin müvəqqəti dayanacaq yerində saxlanılan “Opel Astra” markalı 99 DU-867 dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin müvəqqəti dayanacaq yerində saxlanılan VAZ-21013 markalı 55 BC-816 dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 454,16 (dörd yüz əlli dörd manat on altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-50/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-50/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver