Məhkəmə qərarları › İş №1(021)-50/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-50/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-50/2023 08.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax rayonu Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu Malbinəsi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 18 avqust 2022-ci il tarixdə saat 10 radələrində idarə etdiyi “Qaz-33021” markalı ** BD *** qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri, Bakı küçəsində “Əliş kruqu” adlanan dairə istiqamətində saatda 30-40 km surətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunları etməyərək onunla eyni istiqamətdə hərəkət edən piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurmuş, nəticədə zərərçəkmiş Zərərçəkmiş şəxs baş beyinin sağ alıngicgah və sol alın paylarının əzilməsi, toxumasına, qişaları altına qansızma (geniş həcmli subdural, intraparenximal hematomalar), orta xətt strukturlarının sol doğru dislokasiyası və başın ənsə nahiyəsinin əzilmiş cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, sürücü kimi fərdi əməklə məşğul olmuşdur. Əvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklərdən müalicə almamışdır. Onun Qazel-33021 markalı yük avtomobili və həmin yük avtomobilini idarə etməyi üçün ABN 519047 seriya nömrəli sürücülük vəsiqəsi var. 18 avqust 2022-ci il tarixdə saat 10 radələrində o, həmkəndlisi Fuad və Surxay adlı şəxslərlə görüşərək birgə yaşadığı Yexlax rayonu, Kövər kəndindən Bərdə şəhərində yerləşən "Rekord İnşaat" mağazasına tikinti materialları almaq üçün Bərdə şəhərinə yola düşmüşlər. O, idarə etdiyi yük avtomobili ilə Bərdə şəhərinə gəldikdə avtomobildə sərnişin qismində Fuad və Surxay adlı şəxslərdə olmuşlar. O, Bərdə şəhərinə çatdıqda Bərdə şəhəri, Bakı küçəsində hərəkətdə olarkən avtomobillərin çox olması səbəbindən sürət həddi təxminən 30-40 km/saat olmuşdur. O, idarə etdiyi yük avtomobili ilə "Rekord" inşaat mağazasının qarşısına çatdıqda qəflətən yolun sağ tərəfindən olan piyada keçidi üçün nəzərdə tutulan səkidən yolun hərəkət istiqamətinə çıxmış, o isə idarə etdiyi yük avtomobilini sağ tərəfə çəksədə həmin şəxsi avtomobilinin sol yan tərəfi ilə ehtiyyatsızlıqdan vurduqdan sonra nəticədə həmin şəxs yerə yıxılmışdır. Bundan sonra o, dərhal avtomobilini yolun sağ tərəfinə çəkərək saxlamışdır. Avtomobili saxladıqdan sonra avtomobildən düşərək həmin şəxsə yaxınlaşmışdır. Bundan sonra o, həmin şəxsi yerdən qaldıraraq xəstəxanaya aparmaq istəmiş, lakin həmin vaxt ora toplaşan şəxslər onu tərpətməməyini və təcili tibbi yardıma zəng etdiklərini bildirmişlər. Təxminən 4-5 dəqiqə sonra təcili tibbi yardım avtomobili gələrək həmin şəxsi xəstəxanaya aparmışlar. O isə polis əməkdaşlarını gəlməsini gözləmişdir. Törətdiyi hadisədən səmimi peşmandır. Zərərçəkmiş şəxsin sağalması üçün ümumilikdə 7000 manat pul xərcləmiş, 7000 manat pulun 5340 manatının qəbzlərini təqdim etmiş, qalan 1660 manatı isə digər xəstəxana xərclərinə və xəstənin özünə xərcləmişdir. Hazırda isə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçiyili və ədavəti olmamışdır. Onun “VAZ 21074” markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən avtomobil onun adınadır. 18 avqust 2022-ci il tarixdə saat 12 radələrində Bərdə şəhərində yerləşən Azpetrol yancaq doldurma məntəqəsinin yaxınlığında yerləşən avtomobil təmiri sexinə avtomobilini qoyduqdan sonra ev üçün bəzi tikinti materiallarına baxmaq üçün “Rekord” inşaat adlı tikinti materialları satılan dükana keçmişdir. Dükan avtomobillərin təmiri sexinin qarşısında yerləşir. Tikinti materialları satılan “Rekord” inşaatdan materiallar aldıqdan sonra yolu qarşıya keçmək istəyərkən “Qaz-33021 yük” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. Avtomobil onu vurarkən yolu keçməyinə tam az qalmışdır. Təxminən onu yolun son 2 metrlik məsafəsində vurmuşdur. Avtomobil onu vurduqdan sonra huşunu itirmiş, huşunu itirdikdən sonra baş verənlər haqqında heç bir məlumatı yoxdur. Gözlərini açdıqda ona X7 xəstəxanasında olduğunu bildirmişlər. Hal-hazırda təqsirləndirilən şəxsl barışmış və ona dəymiş olan ziyan tamamilə ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, ev təmir edərək ailəsini dolandırmışdır. Həmkəndlisi olan Suraxay adlı şəxs öz evini təmir etdirmək istədiyi üçün ondan evinin piləkənlərinə kafel vurmağını istəmişdir. O isə Surxaya piləkənlərə yeni kafel almaq lazım olduğunu demiş, Suraxay ona kafelin yaxsını seçməyi üçün birlikdə Bərdə şəhərində yerləşən Bərdə “Rekrod İnşaat” getmək üçün qonşusu Təqsirləndirilən şəxs Qazel-33021 markalı yük avtomobili ilə birlikdə çağırmışdır. Vüqar ilə Surxay arasında razılaşdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Qazel-33021 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 18 avqust 2022-ci il tarixdə saat 10 radələrində Yexlax rayonu Kövər kəndindən Bərdə şəhərində yerləşən "Rekord İnşaat" mağazasına tikinti materialları almaq üçün Bərdə şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə Bərdə şəhərinə çatdıqda Bərdə şəhəri, Bakı küçəsində hərəkətdə olarkən avtomobillərin çox olması səbəbindən sürət həddi təxminən 30-40 km/saat olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə "Rekord" inşaat mağazasının qarşısına çatdıqda qəflətən yolun sağ tərəfindən olan piyada keçid üçün nəzərdə tutulan səkidən yolun hərəkət istiqamətinə çıxmış və Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilini sağ tərəfə çəksədə həmin şəxsi avtomobilin sol yan tərəfi ilə ehtiyyatsızlıqdan vurmuş və nəticədə həmin şəxs yerə yıxılmışdır. Təqsirləndirilən şəxs dərhal avtomobili yolun sağ tərəfinə çəkərək saxlamış, avtomobili saxladıqdan sonra avtomobildən düşərək həmin şəxsə yaxınlaşmışdır. Bundan sonra Vüqar həmin şəxsi yerdən qaldıraraq xəstəxanaya aparmaq istəmiş, lakin həmin vaxt orada toplaşan şəxslər onu tərpətməməyini istəmişlər və təcili tibbi yardıma zəng etdiklərini bildirmişlər. Təxminən 4-5 dəqiqə sonra təcili tibbi yardım avtomobilində həkimlər gələrək həmin şəxsi xəstəxanaya aparmışlar. Vüqar isə polis əməkdaşlarını gəlməsini gözləmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etdikdən sonra Təqsirləndirilən şəxs izaht vermək üçün polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə getmişdir. O isə Surxay ilə birlikdə Yevlax rayonuna getmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Yexlax rayonu Kövər kəndindən Bərdə şəhərində yerləşən "Rekord İnşaat" mağazasına tikinti materialları almaq üçün Bərdə şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə Bərdə şəhərinə çatdıqda Bərdə şəhəri, Bakı küçəsində hərəkətdə olarkən avtomobillərin çox olması səbəbindən sürət həddi təxminən 30-40 km/saat olmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə "Rekord" inşaat mağazasının qarşısına çatdıqda qəflətən yolun sağ tərəfindən olan piyada keçid üçün nəzərdə tutulan səkidən yolun hərəkət istiqamətinə çıxmış və Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilini sağ tərəfə çəksədə həmin şəxsi avtomobilin sol yan tərəfi ilə ehtiyyatsızlıqdan vurmuş və nəticədə həmin şəxs yerə yıxılmışdır. Təqsirləndirilən şəxs dərhal avtomobili yolun sağ tərəfinə çəkərək saxlamış, avtomobili saxladıqdan sonra avtomobildən düşərək həmin şəxsə yaxınlaşmışdır. Bundan sonra Vüqar həmin şəxsi yerdən qaldıraraq xəstəxanaya aparmaq istəmiş, lakin həmin vaxt orada toplaşan şəxslər onu tərpətməməyini istəmişlər və təcili tibbi yardıma zəng etdiklərini bildirmişlər. Təxminən 4-5 dəqiqə sonra təcili tibbi yardım avtomobilində həkimlər gələrək həmin şəxsi xəstəxanaya aparmışlar. Vüqar isə polis əməkdaşlarını gəlməsini gözləmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə etdikdən sonra Təqsirləndirilən şəxs izaht vermək üçün polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə getmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin X2 baş inspektor-kriminalisti işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 18 avqust 2022-ci il tarixdə Bərdə rayon X8 Hissəsindən Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Rekord” inşaat mağzasının qarşısında yol-nəqliyyat hadisəi olması ilə əlaqədar məlumat daxil olduğu üçün həmin günü xidmətdə olan Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 və Bərdə rayon X5 Mübarizə Qrupunun əməliyyat müvəkili Şahid4 ilə birlikdə yol-nəqliyyat hadisəsi baş verən yerə getmişlər. Həmin hadisə yerinə çatdıqda Qaz-33021 yük markalı, ** BD *** dövlət qeydiyyat avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Bərdə rayon X10 Bölməsinin təhqiqatçısı, polis kapitanı Mərhəmət Quliyev tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış nəticəsi olaraq təhqiqatçı Mərhəmət Quliyev tərəfindən baxış protokolu tərtib edilmiş, tərtib edilmiş protokol üçün hadisə yerinin şəkilləri onun tərəfindən çəkilmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra sürücü Təqsirləndirilən şəxs içkili olub-olmamasını müəyyən edilməsi məqsədi ilə həkim tərəfindən müayinə olnmuş, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olması müəyyən olunduqdan sonra Təqsirləndirilən şəxs izahat verməsi üçün Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs isə onlarla birlikdə Bərdə rayon Polis Şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 avqust 2022-ci il tarixdə Bərdə rayon X8 Hissəsindən Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Rekord” inşaat mağzasının qarşısında yol-nəqliyyat hadisəi olması ilə əlaqədar məlumat daxil olduğu üçün həmin günü xidmətdə olan Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 ilə birlikdə yol-nəqliyyat hadisəsi baş verən yerə getmişlər. Həmin hadisə yerinə çatdıqda Qaz-33021 yük markalı, ** BD *** dövlət qeydiyyat avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Bərdə rayon X9 Bölməsinin təhqiqatçısı, polis kapitanı Mərhəmət Quliyev tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baxış nəticəsi olaraq təhqiqatçı Mərhəmət Quliyev tərəfindən baxış protokolu tərtib edilmiş, tərtib edilmiş protokol üçün hadisə yerinin şəkilləri onun tərəfindən çəkilmişdir. Hadisə yerinə baxış keçirildikdən sonra sürücü Təqsirləndirilən şəxs içkili olub-olmamasını müəyyən edilməsi məqsədi ilə həkim tərəfindən müayinə olnmuş, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olması müəyyən olunduqdan sonra Təqsirləndirilən şəxs izahat verməsi üçün Bərdə rayon Polis Şöbəsinə dəvət edilmiş, Təqsirləndirilən şəxs isə onlarla birlikdə Bərdə rayon Polis Şöbəsinə gəlmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 07 oktyabr 2022ci il tarixli 452/MEŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər- baş beyinin sağ alıngicgah və sol alın paylarının əzilməsi, toxunmasına, qişaları altına qansızma (geniş həcmli subdural, intraparenximal hematomalar), orta xətt struklarının sola doğru dislokasiyası və başın ənsə nahiyəsinin əzilmiş cırılmış yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Bərdə rayon Mərkəzi Xəstəxanasınna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 18 avqust 2022-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 02 sentyabr 2022-ci il tarixli 8/2257 saylı rəyindən görünür ki, Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən Qaz-33021 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, 18 avqust 2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi Bərdə şəhəri, Bakı küçəsi “Rekord” inşaat mağazasının qarşısında olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu düz, asfalt örtüklü olmaqla quru vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinin ümumi eni 14 metr və hərəkət hissəsi bir tərəfli olmuşdur. Yolda icazə verilə maksimal hərəkət sürəti 60 km/saat olmuşdur. Hadisə Qaz-33021 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun iştirakı ilə olmuşdur. Baxış zamanı hadisə yerində Qaz-33021 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı mikroavtobus olmuşdur. Piyadının vurulduğu yeri 4,95 metr yolun hərəkət hissəsində olmuşdur. Hadisə yerinə baxış zamanı iş üçün maraq doğuracaq heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək fotoşəkil və sxemi çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətin alkotester vasitəsi ilə müayinəsi protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zaman sərxoş olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxx 1986-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs adına 13 mart 2013-cü il tarixdən 13 mart 2023-cü il tarixə kimi AB N- 519047 saylı “BD” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Yelvax ŞİHB-nin Kövər kənd İƏD-i üzrə nümayəndəliyinin arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayonu, Kövər kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2.1,124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə Cinayət Məcəlləsinin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və bu fakt təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsi və himayəsində iki azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışmaqla ona dəymiş ziyanı tam ödəməsidir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs оğlu tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxsin təqsirləndiriləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Qeyd edilənlərlə yanaşı məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin müvafiq müddəasında göstərilmişdir ki, zərərçəkmiş şəxslə barışdığına və dəymiş zərəri ödədiyinə görə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi Zərərçəkmiş şəxs İbrahim оğlu məhkəmə iclasında verdiyi ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs оğlu tərəfindən ona dəyən ziyanın tam olaraq ödənildiyini bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Lakin iş materiallarından görünür ki, iş üzrə 85 manat ekspertiza xərci vardır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar