Məhkəmə qərarları › İş №1(021)-50/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-50/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-50/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2003-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu Qaradəmirçi kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs оğlunun Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmış, lakin, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü ilin aprel ayı ərzində istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda ümumilikdə 3(üç) dəfə olmaqla ilk dəfə yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndinin kənarında yerləşən qamışlıq ərazidə, sonrakı tarixlərdə cinayət əməlini davam etdirərək müxtəlif tarixlərdə ardıcıl olaraq 2(iki) dəfə Bərdə rayonu Ərəblər kəndinin yaxınlığında yerləşən qamışlıq ərazidə aralarında 2(iki) ildən artıq yaş fərqi olmaqla 14(on dörd) yaşına çatmış, lakin, 16(on altı) yaşına çatmayan qohumu xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə sonuncunun istəyi və könüllü razılığı ilə arxa keçəcək dəliyindən qeyritəbii yolla cinsi əlaqədə olmaqla Zərərçəkmiş şəxs qarşı on dörd yaşına çatmış, lakin, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs оğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Qaradəmirçi kəndində yaşamışdır. Subaydır, heç bir yerdə işləməmişdir. Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tanımışdır. Zərərçəkmiş şəxs onun qohumudur. Əvvəllər Zərərçəkmiş şəxs ilə münasibətləri daima normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 2023-cü ilin mart ayının əvvəllərində istifadəsində olan +994 51 *** ** ** saylı mobil nömrəsinə Zərərçəkmiş şəxs istifadəsində olan +994 50 *** ** ** saylı mobil nömrəsindən "Whatsapp" sosial şəbəkəsinə ismarıc gəlmişdir. O, da Bəyləri tanıdığı üçün Bəylər ilə məzələnmək qərarına gəlib qız adı ilə yazışmağa başlamışdır. Bundan sonra həmin nömrə ilə mütəmadi yazışmağa başlamışdır. Həmin nömrə ilə bir dəfə qız səsi çıxardaraq zəngli danışdığı üçün Bəylər ona inanmışdır. 2023-cü ilin mart ayının sonlarında o, Bəylərdən cinsiyyət orqanının şəklini atmasını istəmişdir. Bəylər də cinsiyyət orqanının şəklini çəkib ona atmışdır. O, da Bəylərə səsli ismarıc göndərərək Ömər olduğunu, qız adı ilə danışaraq məzələndiyini bildirmişdir. Həmin vaxt Bəylər onunla sözlü mübahisə edərək cinsiyyət orqanının şəkilini telefonundan silməsini istəmişdir. O, isə siləcəyini bildirmişdir. Bəylər ona şəkilin silinməsinə görə pul təklif etmişdir. Lakin, o, pul ilə razılaşmayıb, şəkili siləcəyini bildirmiş və Bəylərin yanında şəkili silmişdir. Bundan sonra Bəylər öz istəyi və razılığı ilə ona cinsi əlaqədə olmağı təklif etmişdir. İlk öncə razılaşmamışdır. Lakin, sonra razılaşmışdır. İlk dəfə 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı vaxtda saat 19 radələrində kəndlərində Bəylərin əmisi Elmanın yaşadığı evin arxa tərəfində olan su kanalının yaxınlığında qamışlıq kimi yerdə Bəylərin istəyi ilə ora getmişdir. Orada heç kim olmamış və Bəylərin istəyi ilə o, Bəylər ilə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Sonrakı vaxtlarda dəqiq vaxtını və tarixini xatırlamadığı zamanda Bəylərin istəyi ilə onunla birlikdə Bərdə rayonu, Ərəblər kəndi yaxınlığında qamışlıq kimi bir yerə getmişdir. Orada da Bəylərin istəyi ilə o, Bəylər ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin hadisədən bir neçə gün sonra təxminən 2023-cü ilin aprel ayının ortalarında Bəylər onun ilə yenidən telefon əlaqəsi saxlamış və cinsi əlaqədə olmağını istəmişdir. Bəylər onunla birlikdə Bərdə rayonu Ərəblər kəndi yaxınlığında qamışlıq kimi bir yerə getmişdir. Orada da Bəylərin istəyi ilə Bəylər ilə bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt o, baş verən proseslər barədə heç kimə heçnə danışmadığını bildirib hərəkətlərini sonlandırmasını istəyib Bəyləri sözlə təhqir etmişdir. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə saat 17 radələrində Bəylər onun ilə "Whatsapp" sosial şəbəkəsində əlaqə saxlamış və onunla cinsi əlaqədə olmaq istəməsini bildirmişdir. O, Bəylərə etiraz edərək Bəyləri kənd içində biyabr edəcəyini bildirmiş və Bəylərə üzdəniraq olduğunu demişdir. Telefonda sözlə mübahisələri olmuşdur. O, Bəyləri ağır söyüşlərlə təhqir etmişdir. Bəylər onunla görüşüb dediyi sözləri üzünə qarşı deməyini istəmişdir. Bəylər onu yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndinin kənarında yerləşən örüş-otlaq sahəsində yaşayış olmayan köhnə tikilinin yanına çağırmışdır. Təxminən saat 18 radələrində Bəylər ilə dediyi yerdə görüşmüşdür. Bəylər ilə görüşən zaman Bəyləri ağır söyüşlərlə təhqir etmiş, Bəylərə üzdəniraq olmasını bildirmişdir. Bəylər də ona söyüş söymüşdür. O, yenidən Bəyləri ağır söyüşlərlə təhqir etmiş və arxasını çevirib getmişdir. Həmin vaxt kürək nahiyəsində kəskin ağrı hiss etmişdir. Geriyə çevrilərkən Bəylərin əlində qanlı bıçaq olmasını görüb Bəylərin onu bıçaqla vurmasını anlamışdır. O, Bəylərə yüksək səslə qışqırmış, bu vaxt Bəylər geriyə çevrilib qaçmağa başlamışdır. O, Bəylərin arxasınca bir neçə metr qaçdıqdan sonra taqətdən düşüb yerə yıxılmışdır. Bəylər isə dayanmadan qaçaraq uzaqlaşmışdır. O, ölməkdən qorxaraq mobil telefonu ilə qohumu Raminə zəng edib hadisə barədə məlumat vermiş və Raminin dərhal yanına gəlməsini istəmişdir. Bir qədər sonra qohumları Ramin və Bəhruz yanına gəlmişlər və onu Bərdə Diaqnostika müalicə Mərkəzinə aparmışlar. Orada ona tibbi yardım göstərilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı onun Zərərçəkmiş şəxs heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Bəylər ilə arasında cinsi əlaqəsi olması barədə hər hansı bir şəxsə məlumat verməmişdir. O, Bəylər ilə cinsi əlaqədə olan zaman Bəylərin 16 yaşının tamam olmamasından məlumatı olmuşdur. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən zor tədbiq etməmiş, cinsi əlaqədə olmağı ilk öncə Bəylər ona təklif etmiş və o, Bəylər ilə razılığı və istəyi ilə cinsi əlaqədə olmuşdur. O, məhkəmə-tibbi ekspertizasında müayinədə olan zaman, orada onu müayinə edən 2(iki) nəfər kişi ekspertlərdən utanmış, ona görədə həqiqətləri deməmişdir. Düşünmüşdür ki, ekspertlərdə onun barəsində pis fikir formalaşar və onun üzdəniraq olmağını düşünərlər. Ona görədə ekspertlərə Bəylər ilə cinsi əlaqədə olmadığını bildirmişdir. Əslində isə həqiqət istintaqa verdiyi ifadədə olan kimidir. Törətdiyi əməldən çox peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və buna görə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, subaydır, əvvəllər məhkumluğu olmayıbdır, Bərdə rayonu Qaradəmirçi kənd tam orta məktəbinin 9-cu sinifində təhsil almışdır. Həmkəndlisi, yəni Bərdə rayonu Qaradəmirçi kənd sakini xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs onun qohumudur. Əvvəllər Ömər ilə münasibətləri daima normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Bu ilin mart ayının əvvəllərində təsadüfən istifadəsində olan +********** 73 saylı mobil nömrəsinin yaddaşına baxarkən +994 51 *** ** ** saylı nömrənin telefonun yaddaşında olmasını görmüşdür. Nömrənin kimə məxsus olmasını öyrənmək üçün "Whatsapp" sosial şəbəkəsində həmin nömrəyə ismarıc yazmışdır. Həmin nömrədən ona ismarıc gəlmiş və bildirilmişdir ki, nömrənin sahibi qızdır. Bundan sonra həmin nömrə ilə mütəmadi yazışmağa başlamışdır. Həmin nömrə ilə bir dəfə zəngli danışmış və nömrə sahibi qız səsi ilə onunla danışmışdır. Bundan sonra o, tam əmin olmuşdur ki, nömrə sahibi qızdır. Bu ilin mart ayının sonlarında nömrə sahibi qız ondan cinsiyyət orqanının şəklini atmasını istəmişdir. O, da cinsiyyət orqanının şəklini çəkib atmışdır. Az sonra həmin nömrədən ona səsli ismarıc gəlmişdir. Səsli ismarıca qulaq asanda səs sahibinin həmkəndlisi Ömər olduğunu bilmişdir. Ömər ona lağ edərək neçə vaxtı onunla qız adı ilə danışaraq onunla məzələnməsini demiş, onun ayıb bir iş gördüyünə görə ona öz iradını bildirmişdir. Bu zaman onların aralarında sözlü mübahisələri olmuşdur. O, artıq söz-söhbətin kənd içində yayılmasının qarşısını almaq üçün Ömər ilə danışmışdır. Ömərə şəkilin silinməsinə görə pul təklif etmişdir. Lakin, Ömər pul ilə razılaşmamış, şəkili siləcəyini bildirmiş və onun yanında şəkili silmişdir. Bundan sonra o, öz istəyi və razılığı ilə Ömərə onunla cinsi əlaqədə olmağı təklif etmişdir. İlk öncə Ömər razılaşmamış, lakin, sonra Ömər razılaşmışdır. İlk dəfə 2023-cü ilin aprel ayının əvvəllərində dəqiq tarixini xatırlamadığı vaxtda saat 19 radələrində kəndlərində əmisi Elmanın yaşadığı evin arxa tərəfində olan su kanalının yaxınlığında qamışlıq kimi yerdə öz istəyi ilə ora getmişdir. Orada heç kim olmamış və öz istəyi ilə Ömər onunla qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olmuşdur. Sonrakı vaxtlarda dəqiq vaxtını və tarixini xatırlamadığı zamanda öz istəyi ilə Ömərlə birlikdə Bərdə rayonu, Ərəblər kəndi yaxınlığında qamışlıq kimi bir yerə getmişdir. Orada da öz istəyi ilə Ömər onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin hadisədən bir neçə gün sonra təxminən 2023-cü ilin aprel ayının ortalarında Ömər ilə yenidən telefon əlaqəsi saxlamış və Ömərin onunla cinsi əlaqədə olmasını istəmişdir. Ömər ilə birlikdə Bərdə rayonu Ərəblər kəndi yaxınlığında qamışlıq kimi bir yerə getmişdir. Orada da öz istəyi ilə Ömər onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Ömər baş verən proseslər barədə heç kimə heçnə danışmadığını bildirib hərəkətlərini sonlandırmasını istəmiş və onu sözlə təhqir etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ömər ilə "Whatsapp" sosial şəbəkəsində əlaqə saxlamış və onunla cinsi Əlaqədə olmasını istəmişdir. Ömər ona etiraz edərək onu kənd içində biyabr edəcəyini bildirmiş və ona üzdəniraq olduğunu bildirmişdir. Telefonda sözlə mübahisələri olmuşdur. Ömər onu ağır söyüşlərlə təhqir etmişdir. O, da görüşüb ona dediyi söyüşləri üzünə qarşı deməsini istəmişdir. Öməri yaşadıqları Bərdə rayonu Qaradəmirçi kəndinin kənarında yerləşən örüş-otlaq sahəsində yaşayış olmayan köhnə tikilinin yanına çağırmışdır. O, evdən bir ədəd qəhvəyi rəngli tutacağı olan mətbəx bıçağını götürüb kəmərinin yanına keçirmiş və köynəyi ilə bıçağın üstünü örtmüşdür. Anası Nərminə onun hara getməsini soruşduqda, uşaqlarla görüşəcəyini bildirib qısa zamanda geri qayıdacağını demişdir. Məqsədi sadəcə Öməri qorxutmaq olmuşdur. Təxminən saat 18 radələrində Ömər ilə dediyi yerdə görüşmüşdür. O, deyilən ünvana Ömərdən öncə çatmışdır. Ömər ilə görüşən kimi Ömər onu ağır söyüşlərlə təhqir etmiş, ona üzdəniraq olduğunu bildirmişdir. O, da Ömərə söyüş söymüşdür. Ömər yenidən ona ağır söyüşlər söyüb arxasını çevirib getmişdir. O, Ömərin ona söydüyü söyüşlərə görə möhkəm əsəbləşib ardınca getmişdir. Yan tərəfində olan mətbəx bıçağını çıxardıb Öməri qorxutmaq məqsədilə bir dəfə kürək nahiyyəsinə zərbə vurmuşdur. Zərbədən dərhal sonra bıçağı Ömərin kürəyindən çıxarıb əlində saxlamışdır. Bu vaxt Ömər geri çevrilib onun arxasınca qaçmağa başlamışdır. O, Ömərdən qorxduğu üçün geriyə çevrilib qaçmağa başlamışdır. Ömər bir neçə metr arxasınca qaçdıqdan sonra yerə oturmuşdur. O, dayanmamış və qaçaraq bıçağı sahənin kənarına atmışdır. Yolda Ələmdar adlı həmkəndlisini görmüş, lakin, Ələmdara heçnə deməmişdir. Sonra bərk qorxuduğu üçün dərhal evlərinə getmişdir. Bir müddət sonra atası onunla telefon əlaqəsi saxlamış və polislərin onu axtarmasını bildirmişdir. O, hadisəni atasına danışmışdır. Atasının istəyi ilə gedib bıçağı atdığı yerdən götürmüş və yaşadığı ünvana geri qayıtmışdır. Bundan sonra atası və polis əməkdaşları yaşadıqları evə gəlmişlər. Polislərlə birlikdə Bərdə RPŞ-nə gəlmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını və buna görə ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma oğludur. Zərərçəkmiş şəxs Bərdə rayonu, Qaradəmirçi kənd tam orta məktəbinin 9-cu sinifində təhsil almışdır. Həmkəndlisi yəni Bərdə rayonu, Qaradəmirçi kənd sakini xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs onun qohumudur. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Baş verən hadisə ilə bağlı onu deyə bilər ki, onun hadisədən sonra məlumatı olmuşdur. Belə ki, hadisədən sonra oğlu Zərərçəkmiş şəxs ona hadisə barədə bildirmişdir ki, bu ilin aprel ayı ərzində oğlunun razılığı ilə Ömər oğlu ilə bir neçə dəfə qeyri- təbii yolla cinsi əlaqədə olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Bəylər Ömər ilə yaşadıqları Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində köhnə hərbi hissənin yaxınlığında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı evdən götürdüyü mətbəx bıçağı ilə bir dəfə Ömərin kürək nahiyyəsinə vurmuşdur. Həmin vaxt Bəylərin Öməri yenidən bıçaqla vurmaq şəraiti olsa da lakin bıçağı Ömərin kürəyindən çıxarıb əlində saxlamışdır. Ömər isə arxa çevrildikdən sonra Bəylər qaçmağa başlamışdır. Həmin vaxt Ömər də Bəylərin arxasınca qaçmışdır. Lakin, oğlu Bəylər dayanmayıb qaçaraq bıçağı əkin sahəsinin kənarına atdıqdan sonra yaşadıqları evə gəlmişdir. Həmin gün polis əməkdaşları ona zəng edərək oğlu Bəylərin törətmiş olduğu cinayət hadisəsi barədə məlumat verdikləri üçün o, oğlu Bəylərə zəng edərək polislər tərəfindən axtarıldığını bildirmişdir. Bundan sonra oğlu Bəylər hadisə barədə ona bildirdikdən sonra onun istəyi ilə həmin bıçağı atdığı yerdən götürüb yaşadqları evə gətirmişdir. O, da polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək oğlu Bəyləri və həmin bıçağı götürüb birlikdə rayon polis şöbəsinə gəlmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışlar. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» X8 Bərdə rayonlararası ekspertiza şöbəsinin xx.xx.2023-cü il tarixli, 293 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Vət.Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqədə olma əlaməti (boylama istiqamətdə çapıq toxuması) vardır. Həmin xəsarət kişi gərginləşmiş cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində törənə bilər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X3» X8 Bərdə rayonlararası ekspertiza şöbəsinin xx.xx.2023-cü il tarixli, 874 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Vət Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü ereksiyalaşır, onun xarici cinsiyyət üzvündə cinsi əlaqəyə mane ola bilən hər hansı bir əlamət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olması xüsusatı üzrə baş vermiş məlum hadisəni görmüş şahid dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayı ərzində istintaqa dəqiq məlum olmayan tarixlərdə və vaxtlarda ümumilikdə 3(üç) dəfə olmaqla ilk dəfə yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndinin kənarında yerləşən qamışlıq ərazidə, sonrakı tarixlərdə cinayət əməlini davam etdirərək müxtəlif tarixlərdə ardıcıl olaraq 2(iki) dəfə Bərdə rayonu Ərəblər kəndinin yaxınlığında yerləşən qamışlıq ərazidə 16(on altı) yaşına çatmayan qohumu xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə arxa keçəcək dəliyindən qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmçinin, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. İş üzrə Zərərçəkmiş şəxs Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndliyindən verilmiş 18 dekabr 2023-cü il tarixli, 377 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi "Bərdə rayon Mərkəzi Xəstəxanası" X5 daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 01 fevral 2024-cü il tarixli notarial təsdiqli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, gənc olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, anasının xəstə olmasını, atasının vəfat etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin on səkkiz yaşına çatmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixində Bərdə Rayon Məhkəməsinin 1(021)-50/2024 nömrəli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 24 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar