Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-50/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, hazırda qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməyən və götürülməyən, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 10-da qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən Meşəçilik institutunda yaşamış, barəsində Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun 26 aprel 2024-cü il tarixli qərarı ilə əvvəli 25 aprel 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ və İİ siyahılarına əsasən müvafiq olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 0,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 25 aprel 2024-cü il tarixdə saat 01 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada həmin gün saat 01:45də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindən satış məqsədilə saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və 01 ədəd qırmızı rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 0,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 10-da qeydiyyatda olmaqla Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən Meşəçilik institunda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, 2-ci qrup əlildir. Son 10 il əlilliyə görə müavinət almış, axır vaxtlarda həmin müavinət kəsilmiş, sənədlərini göndərərək yenidən müavinət almaq üçün müraciət etmişdir. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmiş, əvvəllər dəfələrlə məhkum olunmuş, külli miqdarda narkotik vasitə saxladığı üçün məhkum olunduqdan sonra 2019-cu il tarixdə azadlığa çıxmışdır. Hal-hazırda ittiham olunduğu və onun üzərindən çıxdığı iddia olunan narkotik vasitə ona məxsus olmamışdır. Həmin narkotik vasitə onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuşdur. Belə ki, onun meşəçilik institutunda yaşamış olduğu mənzilə polislər daxil olmuş, o polisdən evə icazə olmadan daxil olmaq barədə müvafiq qərarın təqdim olunmasını tələb etsə də, ona onlarla birgə polis idarəsinə getməli olduğu bildirmişlər. Sonradan polis idarəsinə çatan zaman cibinə narkotik qoyulduğu ona məlum olmuşdur. Sonradan aparılan video çəkilişdə həmin narkotik vasitənin özünə məxsusluğunu bildirməsi onun aldadılması nəticəsində baş vermişdir. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X6 şəxsin hüquqlarını müdafiə edərək, onun əməlinin məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini, polis əməkdaşlarının onunla qərəzli davrandığını nəzərə alaraq təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Bərdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, ifadəsində göstərmişdir ki, 25 aprel 2024-cü il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 10-da qeydiyyatda olmaqla Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yerləşən Meşəçilik institutunda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş, ona görə də 25 aprel 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Həmin məlumatı Bərdə rayon polis şöbəsinin rəhbərliyinə məruzə etdikdən sonra ondan, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra keçirilmiş tədbirlər çərçivəsində digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs olacağı Bərdə rayonu, Alaçadırlı kəndində getmişdir. 25 aprel 2024-cü il tarixdə saat 01:00-da həmin yerə çatmış, bu zaman Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb sonuncuya yaxınlaşmış, Təqsirləndirilən şəxs özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, özündə saxlayaraq daşıması ilə məşğul olmasında şübhəli olduğunu deyib polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və sonuncu onlar tərəfindən Bərdə RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda müdafiəçi qismində Müdafiəçi iştirak etmiş, şəxsi axtarış prosesi Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kirminalisti, polis kapitanı Şahid2 tərəfindən video qeydə alınmış, təhqiqatçı X9 Süleymanova hüquq və vəzifələri izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirdirmişdir. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibinindən 01 ədəd şəffaf rəngli bükümü masanın üzərinə qoymuş, bundan sonra şübhəli şəxsdən aşkar edilmiş 01 ədəd şəffaf rəngli bükümə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli bükümün içərisindən 03 ədəd büküm aşkar edilmiş, həmin bükümlərə ayrı-ayrılıqda baxış keçirilmişdir. Keçirilən baxış zamanı 01 ədəd gümüşü rəngli bükümün içərisində psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlənin olduğu müəyyən edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər iki ədəd ağ və qırmızı rəngdə olan bükümlərə baxış keçirilmiş, hər birinin içərisindən narkotik vasitə hesab edilən heroinə bənzər kütlələr aşkar edilmiş, şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümləri 24 aprel 2024-cü il tarixdə axşam saatlarında yaşadığı kəndin ərazisindən keçən dəmiryol xəttinin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli bükümdə pisxotrop maddə hesab edilən metamfetaminə bənzər kütlə proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və 0,39 qram olduğu müəyyən edilmiş, daha sonra ardıcıllıqla ağ rəngli bükümdə olan narkotik vasitə hesab edilən heroinə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və 0, 29 qram olduğu müəyyən edilmiş, daha sonra qırmızı rəngli bükümdə olan narkotik vasitə hesab edilən heroinə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş və 0,40 qram olduğu müəyyən edilmişdir. Bükümlərin tərkibinin və təmiz çəkisinin müəyyən olunması və ekspertiza tədqiqatı üçün Təqsirləndirilən şəxs iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, o və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmiş, ardınca Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Prima” markalı siqaret qutusu və 15 manat pul aşkar olunsa da, iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmış, bundan sonra şəxsi axtarış prosesi təhqiqatçı Rauf İsmayılov tərəfindən yekunlaşdırılmışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 25 aprel 2024-cü il tarixli 16/473 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi çəkisi 1,12 qram olan 03 ədəd maddi sübut...” sözləri və imzalar olan kağız paketdəki - 1(bir) ədəd şəffaf rəngli polietilen bükümündə və 1 (bir) ədəd qırmızı rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram, 0,235 qram, ümumi təmiz çəkisi 0,551 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 ədəd “gümüşü” rəngli kağız bükümündə təmiz çəkisi 0,310 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Narkoloji Dispanserin 20 iyun 2024-cü il tarixli 1095 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış aparılması haqqında 24 aprel 2024cü il tarixli protokoldan görünür ki, 24 aprel 2024-cü il tarixdə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd qəhvəyi rəngli gödəkçənin sol yan cibindən satış məqsədilə saxladığı 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və 01 ədəd qırmızı rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 0,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 13 dəqiqə 44 saniyə müddətində davam edən videogörüntülərdə 25 aprel 2024-cü il tarixdə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən baş vermiş proseslər öz əksini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 18-1-28/2-862/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1962-ci il təvəllüldü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixindən Bərdə RMX-nın polikilinika şöbəsinin Narkoloji kabinetində “Anaşa” narkomoniyası diaqnozu ilə dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində və 01 ədəd qırmızı rəngli polietilen kəsiyi bükümündə ayrıayrılıqda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin təmiz çəkiləri 0,316 qram və 0,235 qram, ümumi təmiz çəkisi 0,551 qram olmuş, ekspertizadan sonra tədqiqata 0,1 qramının sərf olunmuş, qalıq çəkisi 0,451 qram narkotik vasitə olan heroin, habelə 01 ədəd gümüşü rəngli kağız bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 0,310 qram olmuş, ekspertizadan sonra tədqiqata 0,05 qramının sərf olunmuş, qalıq çəkisi 0,260 qram psixotrop maddə olan metamfetamin, şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə edib saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 0,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə üstündə saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 0,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin olsa da, sonuncunun həmin narkotik vasitəni məhz satış məqsədi ilə üzərində saxlamasını təsdiq edən hər hansı hallar mövcud deyildir. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib daşımasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması kimi hallar da mövcud deyildir. Həmçinin, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində üzərində daşıdığı narkotik vasitəni satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. İş materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserin 20 iyun 2024-cü il tarixli 1095 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, narkotik vasitə olan heroindən sui-istifadə ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs ayrıayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 0,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin satış məqsədi ilə üzərində saxlaması qənaətinə yalnız bükümlərin sayına görə gəlmişdir. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması faktının müəyyən edilməsi üçün bükümlərlə yanaşı başqa sübutlar da mövcud olmalıdır ki, hazırki iş üzrə belə hallar müəyyən edilməmişdir. Yəni, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə üzərində saxlaması faktı sübuta yetirilməmişdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli Qərarının 9-cu bəndində də göstərildiyi kimi təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi ilə yanaşı başqa sübutlar da mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məqsədinin narkotik vasitəni satmağa yönəldiyini təsdiq edən hər hansı sübut mövcud deyildir, yəni onun narkotik vasitəsini əldə edərək üzərində saxlamasının məhz satış məqsədi ilə edilməsi öz təsdiqini tapmır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPMdə göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 0,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən heroin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qramdan başlayır. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram və 0,235 qram olmaqla ümumi təmiz çəkisi 0,551 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0,310 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkillər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddələrinə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində və 01 ədəd qırmızı rəngli polietilen kəsiyi bükümlərdə ümumi qalıq çəkisi 0,451 qram narkotik vasitə olan heroin, habelə 01 ədəd gümüşü rəngli kağız bükümdə qalıq çəkisi 0,260 qram psixotrop maddə olan metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan qalıq 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində və 01 ədəd qırmızı rəngli polietilen kəsiyi bükümlərdə ümumi qalıq çəkisi 0,451 qram narkotik vasitə olan heroin, habelə 01 ədəd gümüşü rəngli kağız bükümdə qalıq çəkisi 0,260 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 30,40 (otuz manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki qalıq çəkisi 0,451 qram narkotik vasitə olan heroin, habelə qalıq çəkisi 0,260 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-50/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-50/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver