Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-51/2023 21.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bərdə rayonunun Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bərdə rayonunun Zümürxan kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttihama görə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini əldə edib saxlamışdır. Belə ki, o, satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun İ siyahısına əsasən 4 (dörd) ədəd ayrı-ayrı sarı rəngli sellofan bükümlərdə təmiz çəkiləri 0,205 qram, 0,158 qram, 0,124 qram və 0,177 qram olmaqla ümumi təmiz çəkisi 0,664 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 28 oktyabr 2022-ci il tarixdə saat 18:10 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə rayonu, Qasımbəyli kəndi ərazisində saxlanılıb Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon PŞ-nin inzibati binasına gətirələrək həmin gün saat 19:00 radələrində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən satış məqsədilə saxladığı 4 (dörd) ədəd ayrı-ayrı sarı rəngli sellofan bükümlərdə təmiz çəkiləri 0,205 qram, 0,158 qram, 0,124 qram və 0,177 qram olmaqla ümumi təmiz çəkisi 0,664 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1998-ci ildə Bərdə şəhər sakini X9 ilə ailə həyatı qurmuş, rəsmi birgə nigahlarından 2 oğulları Raci və İsmayıl anadan olmuşdur. İsmayılın 22 yaşı , Racinin isə 18 yaşı vardır. O, əvvəllər məhkum olunmamış, heç bir cinayəti olmamışdır, rəsmi olaraq heç bir yerdə işlməsə də kənddə əkin-biçinlə məşğul olur, həftədə bir-iki dəfə də mal bazarına gedib orada tanış şəxslərə mal alıb satmasına köməklik edib ailəsinə çörək pulu qazanır. O, təxminən bir ildən artıqdır ki, narkotik vasitənin heroin növündən istifadə edir. O, narkotik vasitədən elə də çox istifadə etmir, arabir istifadə edir. 28 oktyabr 2022-ci il tarixdə günorta saatlarında Bərdə şəhər ərzaq bazarına getmək üçün yaşadığı kəndin avtobus dayanacağına gedib orada gözləyərkən yerdən Vest markalı siqaret qutusunun olmasını görmüş, həmin qutunu açanda görmüşdür ki, qutunun içərisində 8 ədəd siqaret və 4 sellofan büküm vardır. O, həmin sellofan bükümlərə baxandan görmüşdür ki, narkotik vasitə olan heroindir. O, həmin siqaret qutusunu cibinə qoyub bazara gəlmiş, ərzaq alıb evə gətirmiş, sonra Qasımbəyli kəndi istiaqamətinə gedəndə yolun kənarında görmüdşür ki, iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşdılar, özlərini Bərdə rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim edib onu Bərdə rayon PŞ-nə dəvət etmişlər. Bərdə rayon PŞ-də ona hüquq və vəzifələri izah edilmiş, ona müdafiəçi tutmaq hüququ izah edilmiş, ona özünün istəyi ilə Bərdə rayonunda fəaliyyət göstərən vəkil X6 təqdim etmişlər, vəkilinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişlər. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya olub-olmadığını soruşulmuş, o, əynində olan şalvarının sağ yan cibində olan bir neçə saat əvvəl tapdığı narkotik vasitə olan heroin olduğunu bildirib əynindəki şalvarın sağ arxa cibindən bir ədəd kağız paketdəki 4 ədəd sellofan bükümlərdə heroini masanın üzərinə qoymuşdur. Onun və vəkilinin iştirakı ilə həmin kütlələrə baxış keçirilmiş, həmin bükümlər aptek tərəzisində çəkilmiş, bükümlərin ümumi çəkisi sellofan bükümlərlə birlikdə 0,79 qram olmuşdur. Həmin bükümləri o, təxminən bir neçə saat əvvəl yaşadığı kəndin avtobus dayanacağında yerdən Vest siqaretinin içərisindən o vəziyyətdə tapmış, imkan tapıb istifadə edə bilməmiş, özünün istifadəsi üçün üzərində saxlamışdır. Onun üzərinə şəxsi axtarış keçirilmiş, başqa hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütlə onun və vəkilinin, digər iştirakçıların gözü qarşısında zərfə qoyulub qablaşdırılmış, imza etmiş, zərfin üzəri möhürlə möhürlənib götürülmüş, bu barədə də protokol tərtib edilmiş, protokolun doğruluğunu digər iştirakçılarla birlikdə təstiq etmiş, bu barədə də izahat vermişdir. Bir daha bildirmişdir ki, üzərində aşkar edilmiş heroinlər ona məxsusdur, özünün istifadəsi üçün saxlamışdır. Həmçinin bildirmişdir ki, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmişdir, narkotik vasitə qəbul etməyini heç kim bilmir, xəlvət qəbul etmişdir. O, heç kimə üzərində saxladığı narkotik vasitədən heç kəsə satmamış, nə də heç bir kəsə verməmişdir. O, həmin maddəni elə o vəziyyətdə tapmış, o, aryı bükümlərə ayırmamış, elə o vəziyyətdə də üzərində saxlayırmış, fikirləşirmiş ki, gələcəkdə özü istifadə etsin. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq ediləməmişdir, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüşlər, kənar şəxslər bunu görməmiş, vəkili Ayna Nəsirlidən başqa həmin halı kimsə də görməmişdir. Polislər də onu saxlayanda tək olmuş, yanında heç kəs olmamış, bunu da kənar şəxslərdən görən olmamışdır. O, əvvəl də narkotik vasitəni bir neçə dəfə tapıb istifadə etmişdir, elə çox istifadə etmir. Onun istifadəsində olan mobil nömrəsi ***-***-**-**dur, həmin nömrəni uzun müddətdir ki, işlədir, öz adınadır, mobil telefonu da 15-20 manatlıq, ancaq zəng gəlib gedən köhnə «ZTE» markalı sadə telefondur, sosial şəbəkələrdən istifadə etmir, Woshaap işlətmir, başı çıxmır, mesaj yaza bilmir, heç kəsə mesaj göndərməmiş, heç kəsdən də mesaj almamış, Azercell MMC-dən, bir də bəzi şirkətlərdən mesajlar gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qismən təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin PPX bölüyünün polis nəfəri, polis serjantı X1 ifadəsində göstərdi ki, DİO-da xidmət edir. 28 oktyabr 2022-ci il tarixdə Bərdə rayonunun Zümürxan kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3, Bərdə rayon PŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis leytenantı Şahid2 və Bərdə rayon PŞ-nin əməliyyat müvəkkili Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən əməliyyat müşahidəsinə götürülərək, Bərdə rayonu Qasımbəyli kəndi ərazisində saxlanılaraq tərəflərindən Bərdə rayon PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nə gətirildikdən sonra təhqiqatçı Orxan Nəbiyev tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş təqdim edilmiş, özünün istəyi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili X10 ilə təmin edilmiş, onların, müdaifəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış şöbənin KTQ-nin baş inspektor-kriminalisti vəzifəsində işləyən, polis baş leytenantı X12 tərəfindən video lentə alınmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa da çıxarıb təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs, əynindəki tünd göy rəngi şalvarın sağ yan cibindən 4 ədəd sarı rəngli sellofan bükümlərdə əşyaları çıxarıb həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 3 qutu siqaret və ZTE markalı mobil telefonu təqdim etmiş, tərəflərindən təqdim edilən sarı rəngli 4 ədəd sellofan bükümlərə baxış keçirilərkən bükümlərin içərisində heroinə bənzər kütlələrin olması məlum olmuş, həmin kütlələr sellofan bükümlərlə birlikdə aptek tərəzisində çəkilmiş, ümumi çəkisinin 0,79 qram olması məlum olmuşdur. Bundan sonra həmin kütlə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, iştirakçıların və müdafiəçinin gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını, həmin gün yaşadıqları kəndin avtobus dayanacağından tapmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Lakin kimlərə narkotik satması dəqiq müəyyənləşdirilməmişdir, amma Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin ayrı-ayrı sellofan bükümlərdə, eyni zamanda bir çet adı ilə satışına dəlalət edən bükümlərdə, eyni çəkilərdə olması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni o qaydada hazırlayıb kiməsə də satması niyyətini formalaşdırır. Həmin halı Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X11, şöbənin KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid2, Bərdə rayon PŞ-nin əməliyyat müvəkkili Şahid1 və Təqsirləndirilən şəxs vəkili X10 görmüş, ayrı kənar şəxslər bu halı görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon PŞ-nin KTQ-nun baş isntektor-kriminalisti vəzifəsində işləyən, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 28 oktyabr 2022-ci il tarixdə Bərdə rayonunun Zümürxan kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, həmçinin narkotik vasitə satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X3, Bərdə rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Bərdə rayon PŞ-nin PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən əməliyyat müşahidəsinə götürülərək, Bərdə rayonu Qasımbəyli kəndi ərazisində saxlanılaraq tərəflərindən Bərdə rayon PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nə gətirildikdən sonra təhqiqatçı Orxan Nəbiyev tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, bu barədə Bildiriş təqdim edilmiş, özünün istəyi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili X10 ilə təmin edilmiş, onların, müdaifəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış onun tərəfindən video lentə alınmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa da çıxarıb təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs, əynindəki tünd göy rəngi şalvarın sağ yan cibindən 4 ədəd sarı rəngli sellofan bükümlərdə əşyaları çıxarıb həmin bükümlərin içərisində narkotik vasitə olan heroin olmasını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən 3 qutu siqaret və ZTE markalı mobil telefonu təqdim etmişdir. Tərəflərindən təqdim edilən sarı rəngli 4 ədəd sellofan bükümlərə baxış keçirilərkən bükümlərin içərisində heroinə bənzər kütlələrin olması məlum olur, həmin kütlələr sellofan bükümlərlə birlikdə aptek tərəzisində çəkilmiş, ümumi çəkisinin 0,79 qram olması məlum olur. Bundan sonra həmin kütlə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onların, iştirakçıların və müdafiəçinin gözü qarşısında zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən başqa bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını, həmin gün yaşadıqları kəndin avtobus dayanacağından tapmasını bildirmişdir. Həmçinin Şahid2 bildirmişdir ki, həmin halı Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X11, şöbənin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, PPX-ti bölüyünün polis nəfəri, polis serjantı Şahid3 və Təqsirləndirilən şəxs vəkili X10 görmüş, ayrı kənar şəxslər bu halı görməmişdir. Məhkəmə iclasında ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Şahid2 və X1 ilə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 29-30-ci vərəqələrində olan 28 oktyabr 2022-ci il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 18:55 dəqiqədən saat 19:10 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X11 tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq əynində olan şalvarın sağ yan cibindən 04 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar kütləni çıxarıb narkotik vasitə olmasını bildirmiş, həmin kütlələr iştirakçıların gözü qarşısında aptek tərəzisində çəkilmiş, sellofan bükümlərlə birlikdə çəkisinin 0,79 qram olması məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, digər hər hansı bir sübut əhəmiyyətinə malik ola biləcək əşya aşkar edilməmişdir. Aşkar olunmuş sellofan bükülü zərfə qoyularaq qablaşdırılmış, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilib DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiq iki qutu siqaret özünə qaytarılmış, bir ədəd “ZTE” markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı X11 tərəfindən götürülərək materiala əlavə edilmişdir. Şəxsi axtarış keçirmə zamanı Təqsirləndirilən şəxs həmin kütləni saxlanılmamışdan bir neçə saat əvvəl yaşadığı kəndin yaxınlığındakı avtobus dayanacaqdan tapmasını, özünün istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 28 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında Qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 28 oktyabr 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 30 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan 30 oktyabr 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 86-87-ci vərəqəsində olan cinayət əməlinin tövsif edilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir . Cinayət işinin 90-91-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 118-122-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 4(021)160/2022 nömrəli 04 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 36-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin məhkəmə-bioloji ekspertizasının 29 oktyabr 2022-ci il tarixli 16/1230 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “..Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər narkotk bükümlər..” yazılar və imzalar olan kağız paketdəki 4(dörd) ədəd sarı rəngli sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,205 qram, 0,158 qram. 0,124 qram, 0,177 qram, ümumi təmiz çəkisi 0,664 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Qeyd:Heroinin ümumi təmiz çəkisi-0,664 qram, tədqiqata sərf edildi-0,2 qram (hər birindən 0,05 qram) qalıq-0,464 qram. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 158-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1902 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 157-ci vərəqəsində olan Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bərdə rayonunun Zümürxan kəndində yaşamış Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də həmin mənbəni dəqiq müəyyən etmək mümkün olmamışdır, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Cinayət işinin 150-ci vərəqəsində olan Azərsell məlumatından görünür ki, ********* saylı nömrə xx.xx.2021-ci il tarixdən dedaktivdir, nömrənin müqaviləsinə xitam verilib. Cinayət işinin 148-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 06 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 141-ci vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət 155-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X17 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət 156-cı vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi“ X17 “Bərdə rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 141-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd «ZTE» markalı mobil telefon saz vəziyyətdə Təqsirləndirilən şəxs oğlu X5 təhvil verilmişdir. Cinayət işinin 163-174-cu vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd sarı rəngli sellofan bükümlərdə ümumi təmiz çəkisi 0,664 qram çəkidə narkotik vasitə olan heroinin ekspertizadan sonrakı 0,464 qram qalıq hissəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Həmçinin işdə olan təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, xx.xx.2022-ci il tarixli şəxsi axtarış aparılması və götürülməsi haqqında protokol, həmin şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk, Azərcel MMCdən daxil olmuş bir ədəd CD disk, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və sair istintaq hərəkəti sənədləri cinayət işi üzrə sübut növü kimi tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,664 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, alıcının müəyyən olunması, telefon danışıqlarının olması, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması, elektron tərəzinin olması, azərsell məlumatlarının olmaması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1902 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər təqsirləndirilən şəxsin, istərsə də şahidlərin ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, istifadə etmək üçün əldə etmişdir. Narkotik vasitə olan kustar üsulla hazırlanmış heroinin 04 büküm olması onun satış məqsədilə əldə edilməsinə hazırkı iş üzrə dəlalət etmir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən ümumi təmiz çəkisi 0.664 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, məhkumluğunun olmamasını, nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 30 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə RPŞ-nin MSY-dən azad edilmiş, 04 noyabr 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş, 04 noyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bərdə Rayon Məhkəməsinin 4(021)160/2022 nömrəli 04 noyabr 2022-ci il tarixli qərarına əsasən barəsində 02 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 03 (üç) ay 19 (on doqquz) gün müddət (28 oktyabr 2022-ci il tarixdən- 30 oktyabr 2022-ci il tarixədək, 04 noyabr 2022-ci il tarixdən 21 fevral 2023-cü il tarixədək) nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ümumi təmiz çəkisi 0,464 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd «ZTE» markalı mobil telefonunun Təqsirləndirilən şəxs oğlu X5 istinaq zamanı təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdən- 30 oktyabr 2022-ci il tarixədək və 04 noyabr 2022-ci il tarixdən 21 fevral 2023-cü il tarixədək 03 (üç) ay 19 (on doqquz) gün həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, məhkəmə iclas zalından dərhal azad olunsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan ümumi təmiz çəkisi 0,464 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd «ZTE» markalı mobil telefonunun Təqsirləndirilən şəxs oğlu X5 istinaq zamanı təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-51/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-51/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver