Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-52/2022 14.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idar-əsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin pro-kuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-cı ildə Laçın rayonunda doğulmuş, AzərbaycanRespublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Bərdə rayonu Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vur-maya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 20 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bər-də rayonu Qaraqoyunlu kəndində Təqsirləndirilən şəxs ilə qonşusu Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zama-nı Təqsirləndirilən şəxs qəsdən yumruqla qonşusu Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə bir neçə dəfə vuraraq sonuncuya beyin silkələnməsi ilə müşayət olunan sol gözyuvasıaltı gic-gah nahiyəsini əhatə edən sahənin hematoması, qançırı, sıyrığı, sağ gözyuvasıaltı, sağ gözün bayır bucağı, burun və sağ əl nahiyələrinin sıyrıqları ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun qonşusudur.Onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. 19 yanvar 2022-ci il tarixdə ona məxsus hindquşları qonşusu Sabirin evinin yaxınlığında olan yonca sahəsinə keçmişdir və həmin vaxt Sabir ağac parçası ilə onun hindquşunu vurmuşdur, lakin hind quşu tələf olmamışdır. Buna görədə 20 yanvar 2022-ci il tarixdə saat 10 radələrində o Sabirin yaşadığı evin qarşısına getmişdir və Sabiri evindən çağırmışdır. Həmin vaxt Sabir həyətə çıxmış və bu zaman o Zərərçəkmiş şəxs hind quşunu ağac parçası ilə vur-masının səbəbini soruşmuş, həmin vaxt Sabir onu nalayiq sözlərlə söyüb təhqir etmişdir və sonra isə yumruqla onun sinəsinə vurmuş və onlar dalaşmışlar, dava dalaş zamanı Sabir yumruqla onun sifət nahiyəsinə bir neçə dəfə vurmuş və o cavab olaraq Zərərçəkmiş şəxs sifətinə bir neçə dəfə yumruqla vuraraq onu döymüşdür. O Sabirlə dalaşan zaman oğlu Şahid3 və Sabirin qardaşı oğlu Rafayıl onlara yaxınlaşmış və onlar aralamışlar. Bundan sonra Rafayıl əmisi Sabiri ondan uzaqlaşdırmışdır və Sabirin yaşadığı evə aparmışdır, onun oğlu İlkin isə onu öz yaşadığı ev istiqamətində aparmışdır, həmin vaxt o Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir və Sabirin onu döy-məsini bildirmişdir. O oğlu Şahid3 qonşusu Zərərçəkmiş şəxs döymədiyini və on-lar arasında ümumiyətlə mübahisə olmadığını bildirmişdir. O Zərərçəkmiş şəxslə aralarında mübahisənin təxminən 3-4 dəqiqə ərzində davam etdiyini və mübahisə edərkən ora kənar şəxslərin toplaşmadığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 21 yanvar 2022-ci il tarixli 47 nömrəli rəyindən görünür ki, Əsədullayev Sabir Məjnun oğlunun məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – beyin silkələnməsi ilə müşayət olunan sol gözyuvasıaltı gicgah nahiyəsini əhatə edən sahənin hematoması, qançırı, sıyrığı, sağ gözyuvasıaltı, sağ gözün bayır bucağı, burun və sağ əl nahiyələrinin sıyrıqları- küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 20 yanvar 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Xəlilov Osman Yusif oğlu Laçın rayonu Ələkçi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birgə Bərdə rayonu Qaraqoyunlu kəndində yaşayır.. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Daxili İşlər Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1975-ci ildə Laçın rayonu Ələkçi kəndində anadan olmuşdur, hal hazırda Bərdə rayonu Qaraqoyunlu kəndində məskunlaşmışdır.Həmin kənddə məskunlaşdığı vaxtdan özünü intizamlı aparmış, qeyri normal hərəkətlərə yol verməmişdir. Bərdə rayonu Qaraqoyunlu kəndində özünə məxsus təsərrüfatla məşğul olmuş, ictimaiyyətlə və nümayəndəliklə, camaatla və cəmiyyətlə xoş münasibətdə olmuşdur, kənd sakinləri və qonşuları tərəfindən icra nümayəndəliyinə şikayətlər daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Qara-qoyunlu olan köhnə mal fermasında məskünlşıb. Ərazidə yaşadığı vaxtdan bəri üzünü intizamlı aparmış,qeyri normal hərəkətlərə yol verməmişdir. Yaşadığı ərazidə özünə mal qoyun saxlayaraq ailəsi ilə birlikdə arada yaşayırlar. Güloğlular kənd inzibati ərazi dairəsi üzrə Qaraqoyunlu kəndində özünə hörmət qazanmışdır. Onun barəsində Bərdə rayonu Güloğlular kənd İcra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Əsədullayev Sabir Məjnun oğlu notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs Xəlilov Osman Yusif oğlu notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışlar, onun Zərərçəkmiş şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli,Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barış-dığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-52/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-52/2022
14.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver