Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-52/2025 07.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 25 may 2006-cı ildə ünvan 3ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 11 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Bərdə rayonu, Lənbəran kəndinin aşağı tərəfində yerləşən yaşayış olmayan həyətyanı torpaq sahələrinin aralıq hissəsində yerləşən yolda həmkəndlisi Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunun onun anası X2 barəsində xoşagəlməz sözlər danışmasına narazılığını bildirən zaman aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə yumruqla Zərərçəkmiş şəxs burun nahiyyəsinə 1 (bir) dəfə qəsdən vuraraq sağlamlığına, burun sümüyünün yerdəyişən sınığı, burun tənəffüsünün çətinləşməsi ilə sağ gözətrafı nahiyənin hər iki göz qapağı əhatə edən qançırı, sağ burun qanadı üzərinin, burun kökünün sağ yan səthinin sıyrıqları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Şahid4 ilə birlikdə Bərdə rayonu, Lənbəran kəndində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Bərdə rayonu, Lənbəran kənd sakini Şahid2 onun barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə etdiyi müraciətlə və Şahid2 qardaşı Zərərçəkmiş şəxs onun barəsində Bərdə RPŞ-nə yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs və bacısı Şahid2 onun həmkəndlisidir. Zərərçəkmiş şəxs əvvəllər onun atası Şahid4 yaxın dostu olmuşdur. Zərərçəkmiş şəxs onun anası X3 yaşadıqları evin həyətində təxminən 2 il bundan əvvəl sataşdığı üçün atası Şahid4 Şəhladan rəsmi qayadada ayrılmışdır. Həmin ərəfədə onun Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verməsə də lakin, 2023-cü ilin payız aylarında yaşadıqları kənd ərazisində Xaləddin ilə aralarında yaranmış mübahisəyə görə Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinə araşdırılma aparılmış, lakin həmin vaxt onlar biri-birlərindən şikayətçi olmadıqları üçün cinayət işinin başlanması rədd edilmişdir. 2023-cü ilin payız aylarında Xaləddin ilə onun arasında yaranmış mübahisəyə səbəb Xaləddinin anası Şəhlaya təxminən 2 il bundan əvvəl sataşması olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024cü il tarixdə, saat 18 radələrində idarə etdiyi «VAZ-2107» minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə tək olaraq özünə siqaret almaq üçün yaşadığı kənd ərazisində yerləşən Əziz adlı şəxsin işlətdiyi ərzaq mağazasına gedib özünə siqaret alıb çıxdıqdan sonra idarə etdiyi avtomobilə əyləşib mağazadan təxminən 50 metr uzaqlaşdıqdan sonra yolun kənarında Zərərçəkmiş şəxs həmkəndlisi Namiq adlı şəxslə söhbət etdiklərini görüb təxminən 2 il bundan əvvəl anası Şəhlaya sataşdığı üçün sonradan isə yaşadıqları kənd ərazisində Zərərçəkmiş şəxs onun anası Şəhlanın barəsində xoşa gəlməz sözlər danışdığı üçün Zərərçəkmiş şəxs əsəb olduğundan Xaləddinin ünvanına nəlayiq sözlər işlətmişdir. Həmin vaxt Xaləddin də ona cavab olaraq onun ünvanına nəlayiq sözlər deyən zaman üzərinə gedib sol əli ilə bir dəfə yumruqla burun nahiyəsinə vurub xəsarət yetirmişdir. Həmin vaxt Xaləddin də ona tərəf yumruq atsa da lakin atmış olduğu yumruq ona dəyməmişdir. Xaləddinin yanında olan həmkəndlisi Namiq və yaxınlıqda çayxananı işlədən Qulu adlı şəxs gəlib onları kənarlaşdırmışdır. Onun Xaləddini yenidən vurmağa imkanı olsa da lakin, Xaləddinə qarşı digər hər hansı bir xəsarəti yetirməyib idarə etdiyi «VAZ-2107» minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmışdır. Sonra rayon polis şöbəsinə tək olaraq gəlib hadisə barədə məlumat vermiş, daha sonra onun izahatı alınmışdır. 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə yaşadıqları Bərdə rayonu, Lənbəran kəndi ərazisində Əziz adlı şəxsin mağazasının təxminən 50 metrlik məsafəsində baş vermişdir. Mübahisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs yaşadıqları kənd ərazasində onun anası Şəhlanın barəsində xoşa gəlməz sözlər danışması olmuşdur. Onun Zərərçəkmiş şəxsla aralarında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Həmin vaxt həmkəndliləri Namiq və Qulu adlı şəxslər onları kənarlaşdırmışdır. Hadisə yerinə digər hər hansı bir şəxslər toplaşmamışdır. 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sözlü mübahisə zamanı bir dəfə yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə vurub xəsarət yetirmişdir. O, Xaləddinə xəsarət yetirdikdən sonra hadisə zamanı həmkəndliləri Namiq və Qulu adlar şəxlər onları kənarlaşdıran zaman ola bilsin ki, öz ehtiyatsızlığından məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2024-cü il tarixli, 738 nömrəli tibbi rəyində göstərilən xəsarətləri alsın. Lakin hadisə zamanı Zərərçəkmiş şəxs, Namiq və Qulu adlı şəxslər ona xəsarət yetirməmişdir. Hadisə zamanı nə onun, nədə ki, Zərərçəkmiş şəxs əlində hər hansı bir kəsici və deşici alət olmamışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Buna görə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Lənbəran kəndində yaşayan bacısı Şahid2 həmkəndlisi Təqsirləndirilən şəxs onu döyməsi barədə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu yumruqla vurub xəsarət yetirdiyi üçün Bərdə RPŞ-nə ərizə ilə müraciət etmişdir. O, əvvəllər Fəridin atası Şahid4 ilə yaxın dost olmuşdur. Onlar bir-birlərinin yaşadığı evə gedib gəlmişdir. O, təxminən 2 il bundan əvvəl Şahid4 arvadı Şəhla adlı qadına sataşdığı üçün Şahid4 arvadından rəsmi qayadada boşanmışdır. 2023-cü ilin payız aylarında Fərid onu yaşadığı kənd ərazisində döydüyünə görə Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış, lakin o, Fəridin barəsində şikayətçi olmadığı üçün Fəridin barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o, özünə məxsus iribuynuzlu heyvanlarını pay torpağından gətirmək üçün evin yaxınlığında yerləşən Əziz adlı şəxsin ərzaq mağazasından təxminən 50 metr kənarda həmkəndlisi Namiq adlı şəxslə birlikdə oturub söhbət edən zaman Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107» minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə tək olaraq onların yanından keçərkən avtomobili saxlayıb avtomobildən yerə düşüb onun ünvanına nəlayiq sözlər demişdir. Həmin vaxt o, da Fəridə cavab olaraq Fəridin ünvanına nəlayiq sözlər demişdir. Fərid ona tərəf gəlib bir dəfə yumruqla onun burun nahiyəsindən vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onu yenidən vurmağa imkanı olsa da lakin ona digər hər hansı bir xəsarət yetirməmişdir. Belə ki, Fərid onu bir dəfə yumruqla burun nahiyəsinə vurub xəsarət yetirmişdir. Həmin vaxt Fərid tək olmuş, Fəridin əlində hər hansı bir kəsici, deşici alət olmamışdır. Fərid onun burun nahiyəsinə xəsarət yetirdiyi üçün burun nahiyəsindən qan gəlməyə başlamışdır. Orada olan həmkəndiləri Namiq, yaxınlıqda çayxananı işlədən Qulu adlı şəxs gəlib Fəridi kənarlaşdırmışdır. Bundan sonra Fərid idarə etdiyi avtomobilə əyləşib oradan çıxıb getmişdir. O, da yaşadığı evə getdikdən sonra qardaşı oğlu Elçinə zəng edib gəlib onu Bərdə rayon Müalicə və Diaqnostika Mərkəzinə aparmasını bildirdiyi üçün Elçinə zəng etdikdən təxminən 10 dəqiqə sonra Elçin onun yaşadığı evə gəlib onu Bərdə rayon Müalicə və Diaqnostika mərkəzinə aparmışdır. Orada həkimlər onun burun nahiyəsini rentgen etdikdən sonra burun nahiyəsində sınıq xəsarətinin olması barədə məlumat vermişlər. Həmin o, Diaqnostika mərkəzində olan zaman polis əməkdaşları həmin mərkəzə gəldikdən sonra o, hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. Səhəri gün, yəni 12 sentyabr 2024-cü il tarixdə o, almış olduğu xəsarət ilə bağlı məhkəmə-tibbi ekspertizasından keçirilmiş, sonra isə o, həmin Müalicə və Diaqnostioka Mərkəzində burun nahiyəsindən əməliyyat olunmuş və müalicəsinin davam etdirilməsi üçün həkim tərəfindən yaşadığı evə göndərilmiş, yaşadığı evdə müalicəsini davam etdirmişdir. Mübahisənin baş verməsinə səbəb yaşadıqları kənd ərazasində onun Fəridin anası Şəhlanın barəsində guya danışmağı olmuşdur. Belə ki, Fərid həmin vaxt ona yaxınlaşaraq anasının barəsində danışdığı üçün onu təhqir etdiyi üçün o, da Fəridin ünvanına nəlayiq sözlər işlətmişdir. Buna görə də Fərid ilə aralarında sözlü mübahisə yarandığı üçün Fərid ona yaxınlaşıb bir dəfə yumruqla onun burun nahiyəsinə vurub xəsarət yetirmişdir. Həmin vaxt həmkəndlisi Namiq və yaxınlıqda çayxananı işlədən Qulu adlı şəxs gəlib onu kənarlaşdırmışdır. Fərid isə idarə etdiyi avtomobilə əyləşib çıxıb getmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə yerinə digər hər hansı bir şəxslər toplaşmamışdır. Hadisə zamanı nə onun nə də ki, Təqsirləndirilən şəxs əlində hər hansı bir kəsici və deşici alət olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində yaşadıqları kənd ərazisində Əziz adlı şəxsin ərzaq mağazasının yaxınlığında Təqsirləndirilən şəxs yumruqla 1 dəfə onun burun nahiyəsinə vurub xəsarət yetirmişdir. Həmin vaxt yanında həmkəndliləri Namiq və Qulu adlı şəxslər olmuşdur. Fərid ona xəsarət yetirdikdən sonra Namiq və Qulu adlı şəxslər Fəridi kənarlaşdırmışdır. Fərid orada olan zaman nə o, nədə ki, Namiq və Qulu adlı şəxslər Fəridə qarşı hər hansı bir xəsarət yetirməmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan hər hansı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan bütünlüklə ödənilmişdir, buna görə məhkəmədən qərar qəbul edərkən bu halların nəzərə alınmasını xahiş edərək bu haqda məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən X18 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Lənbəran kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs, Şahid4 və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Həmin şəxslərlə onun ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs ilə Şahid4 əvvəllər yaxın dost olmuş, bir-birlərinin yaşadığı evə gedib gəlmişdilər. Təxminən 2 il bundan əvvəl Zərərçəkmiş şəxs Şahid4 birinci evlilikdən olan həyat yoldaşı Şəhlaya yaşadıqları evin həyətində sataşmışdır. Həmin vaxt Əhliman və oğlu Fərid yaşadıqları evdə olmasalar da lakin Fərid Xaləddini gəlib evin həyətində görmüşdür. Həmin vaxt Xaləddin ilə Fəridin arasında mübahisə olmasa da lakin, 2023-cü ilin payız aylarında buna görə Fərid ilə Xaləddin mübahisə etdikləri üçün barələrində Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış, lakin Fərid ilə Xaləddin barışdıqları üçün cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də Fərid, Əhliman Zərərçəkmiş şəxs arasında narazılıq yaranmışdır. Şahid4 də sonradan həyat yoldaşı Şəhladan ayrıldıqdan sonra Şahnaz adlı qadınla ailə həyatı qurmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində o, yaşadığı kənd ərazisində özünə məxsus çayxanda olan zaman səs-küy eşidib çayxanadan küçəyə çıxdıqdan sonra işlətdiyi çayxanaya yaxın Əziz adlı şəxsin ərzaq mağazasından təxminən 50 metr məsafədə həmkəndliləri Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və soyadını və ata adını xatırlamadığı Namiq adlı şəxsi görmüşdür. Həmin vaxt Fərid ilə Xaləddinin sözlə mübahisə etdiklərini görüb həmin şəxslərin yanına yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs burun nahiyəsindən qan gəldiyini və Fərid ilə sözlə mübahisə etdiklərini görmüşdür. Həmin vaxt o, Namiq adlı şəxslə birlikdə Fərid ilə Xaləddini kənarlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2107» minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşib hadisə yerindən uzaqlaşıb çıxıb getmişdir. O, hadisə yerində olan zaman Zərərçəkmiş şəxs deməsinə görə Namiq adlı şəxslə birlikdə söhbət edən zaman Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobil ilə gəlib yanlarından keçib gedərkən avtomobili saxlayıb Xaləddinin ünvanına nəlayiq sözlər dediyi üçün Xaləddin də cavab olaraq Fəridin ünvanına nəlayiq sözlər dediyinə görə aralarında yaranmış sözlü mübahisə zamanı Fərid bir dəfə yumruqla Xaləddinin burun nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan sözlü mübahisəyə səbəb təxminən 2 il bundan əvvəl Xaləddinin Fəridin anası Şəhla adlı qadına sataşması olmuş, sonradan isə guya Xaləddin yaşadıqları kənd arasında Şəhla adlı qadın haqqında danışması olmuşdur. Buna görə də həmin vaxt Fərid ilə Xaləddin sözlü mübahisə etmişdir. O, hadisə yerində olan zaman Zərərçəkmiş şəxs burun nahiyəsindən xəsarət aldığı üçün yaşadığı evə getmişdir. O, da oradan işlətdiyi çayxanaya getmişdir. Təqsirləndirilən şəxs hadisə yerinə tək olaraq idarə etdiyi «VAZ-2107» minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə gəlmişdir, hadisə yerində əvvəlcədən Zərərçəkmiş şəxs və Namiq adlı şəxslər olmuşdur. O, isə Fəridin Xaləddini yumruqla burun nahiyəsinə vurub xəsarət yetirdikdən sonra hadisə yerinə gedib Fərid ilə Xaləddini bir-birlərindən kənarlaşdırmışdır. Hadisə təxminən 3-5 dəqiqə davam etmişdir, hadisə yerinə kənar şəxslər toplaşmamışdır, hadisə zamanı Fəridin və Xaləddinin əlində hər hansı bir kəsici, deşici alət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, tək olaraq Bərdə rayonu, Lənbəran kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. O, yaşadığı kənd ərazisində əkin sahələrində fəhlə işləyərək ailəsini dolandırır. Şahid4 və Əhlimanın oğlu Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Lakin 2023-cü ilin payız aylarında Şahid4 və oğlu Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yarandığı üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb xəsarət yetirmişdir. Fərid ilə Xaləddinin arasında olan mübahisəyə səbəb Xaləddinin guya Fəridin yaşadığı evin həyətində anası Şəhla ilə birlikdə görməsi olmuşdur. Sonradan isə Xaləddin ilə Fərid barışmışdılar. Mahiyyəti üzrə bildirmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə, saat 19:10 radələrində DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Xaləddinin Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. 11 sentyabr 2024-cü il tarixdə, saat 19 radələrində o, yaşadığı kənd ərazisində yerləşən artezian su quyusundan su gətirən zaman qardaşı Xaləddinin üzərinə gəldiyini və burun nahiyəsindən qan gəldiyini görmüşdür. Həmin vaxt o, Xaləddindən nə baş verdiyini soruşduqda Xaləddin yaşadığı evin yaxınlığında küçədə yəni, Əziz adlı şəxsin mağazasının qarşısında həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirib anası Qənirənin yaşadığı evə getdiyini bildirmişdir. O, da Fəridə əsəbi olduğu üçün tək olaraq Fəridin yaşadığı evə gedərkən yol kənarında yerləşən kol-kosdan qamış kəsiyini götürüb Fəridin yaşadığı evə getmişdir. Həmin vaxt Fəridin yaşadığı evin həyətində Fəridin atası Əhlimanın ikinci dəfə ailə qurmuş olduğu adını xatırlamadığı həyat yoldaşını görmüşdür. Həmin vaxt o, Fərid tərəfindən qardaşı Xaləddinin döyülməsi barədə məlumat verən zaman Əhlimanın adını xatırlamadığı həyat yoldaşı ilə aralarında sözlü mübahisə yaranmışdır. Həmin vaxt Əhliman yaşadığı evdən çıxıb həyətdə onların yanına gəlib onun ünvanına nəlayiq söyüşlər söyüb həyətdən çıxıb getməyini bildirmişdir. Həmin vaxt onların yanına Əhlimanın qardaşı arvadı Xuraman və Əhlimanın bibisi oğlu Nicatın həyat yoldaşı Eyzəngül gəldikdən sonra Əhliman onun sol qolundan tutub həyətindən çıxıb getməyini demişdir. O, Əhlimana nə səbəb görə oğlu Fəridin qardaşı Xaləddini döyməsi barədə soruşan zaman Əhliman onun ünvanına nəlayiq söyüşlər işlədib onu vurmaq istəsə də lakin orada olan Xurman və Nicatın həyat yoldaşı Eyzəngül buna imkan verməmişdir. Həmin vaxt o, Əhlimana əsəbi olduğu üçün əlində olan qamış kəsiyi ilə Şahid4 boyun, sifət nahiyəsinə və sol dirsək nahiyəsinə vurmuşdur. Lakin Şahid4 ona hər hansı bir xəsarət yetirməmişdir. Həmçinin orada olan Əhlimanın arvadı, Xuraman və Nicatın həyat yoldaşı Eyzəngül ona hər hansı bir xəsarət yetirməmişdir. Bundan sonra Xuraman və Nicatın həyat yoldaşı Eyzəngül onun həyətdən çıxıb getməyini bildirmişlər. O, da Əhlimanın həyətindən çıxıb anası Qənirənin yaşadığı evə getmişdir. O, orada olan zaman anası Qənirə qardaşı X11 və Diaqnostika mərkəzinə getdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid3 Fətulla oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Lənbəran kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində yaşayır. Heç bir yerdə işləmir, təqaüdçüdür. Şahid4 və Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Lakin 2023-cü ilin payız aylarında Şahid4 və oğlu Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yarandığı üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüb xəsarət yetirmişdir. Fərid ilə Xaləddin arasında olan mübahisəyə səbəb Xaləddinin guya Fəridin yaşadığı evin həyətində anası Şəhla ilə birlikdə görməsi olmuşdur. Sonradan isə Xaləddin ilə Fərid barışmışdılar. Bacısı Şahid2 11 sentyabr 2024-cü il tarixdə, saat 19:10 radələrində DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Xaləddinin Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə vermiş olduğu məlumatla bağlı bildirmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə, saat təxminən saat 19:30 radələrində o, yaşadığı kənd ərazisində yerləşən çayxananın qarşısında olan zaman ona məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı «Mercedes-Benz» markalı avtomobili oğlu Elçin Həsənlinin idarə etdiyini və avtomobilin qabaq sağ sərnişin oturacağında qardaşı Xaləddinin azyaşlı oğlu Fətullah Həsənovu görmüşdür. Həmin vaxt oğlu Elçin idarə etdiyi avtomobili kənarda saxlayıb avtomobil düşüb onun yanında gəlib qardaşı Xaləddinin və bacısı Xurmanın avtomobilin arxa sərnişin hissəsində olduğunu və Xaləddinin həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü, buna görə də Xaləddin xəsarət aldığı üçün Bərdə rayon mərkəzi xəstəxanısına getməklərini bildirib onun da birlikdə getməyini təklif etmişdir. O, isə xəstə olduğu üçün özümü narahat hiss etdiyindən oğlu Elçinə getmələrini demişdir. Bundan sonra Xaləddin və Elçin çıxıb getmişdir. O, isə çayxanadan çıxıb yaşadığı evə getmişdir. Sonra nə baş verməsini bilmək üçün yaşadığı kənd ərazisində yaşayan anası Qənirənin yaşadığı evə getmişdir. Orada olan zaman anası X14 tərəfindən döyüldüyünü lakin hadisə zamanı yanlarında olmadığını demişdir. O, həyətdə olan zaman avtomobil səsini eşidib küçəyə çıxdıqdan sonra Fəridin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli «Vaz-2107» markalı avtomobilin dayanmış vəziyyətdə olduğunu, Fəridin isə həmkəndlisi Əziz adlı şəxsə məxsus ərzaq mağazasının qarşısında oturuqlu vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Fərid onun üzərinə gəlib bağışlanmasını istəmişdir. O, isə Fəridə sakitləşməsini demişdir. Həmin vaxt Fəridin yanında oturmuş olan Nicat onların yanına gəlib onun Fəridi vurmağını zənn etdiyi üçün onu qucaqlamışdır. O, isə hər iki əli ilə Nicatı kənara itələyən zaman sol dirsək nahiyəsi Nicatın sifət nahiyəsinə dəydikdən sonra Nicat onu vurmağını başa düşüb ona nə səbəbə onu vurmağını demişdir. O, isə Nicata onu vurmadığını özündən kənarlaşması üçün itələdiyini demişdir. Belə ki, Nicat onu qucaqlayan zaman Nicatın onu vuracağını zənn etdiyi üçün Nicatı kənara itələmişdir. Lakin onun Nicata hər hansı bir xəsarət yetirmək fikri olmamışdır. Nicat əvvəlcə ondan şikayət edəcəyini bildirsə də lakin onunla zarafat etdiyini demişdir. Bundan sonra o, Fəridə hər hansı bir söz deməyib oradan uzaqlaşıb yenidən anasının yaşadığı evə getmişdir. Orada bir qədər olduqdan sonra qardaşı Xaləddin anasının yaşadığı evə gəlmişdir. Həmin vaxt qardaşı Xaləddinin sifət nahiyəsindən xəsarət aldığını və həkimlər tərəfindən tibbi yardım göstərildiyi üçün burun nahiyəsinin üzəri bintlə sarındığını görmüşdür. O, Xaləddindən nə baş verdiyini soruşduqda Xaləddin kənd ərazisində yerləşən çayxananın yaxınlığında olan zaman Fərid idarə etdiyi avtomobil ilə gəlib avtomobildən aşağı düşdükdən sonra heç bir söz demədən yumruqla burun nahiyəsinə vurub xəsarət yetirdiyini bildirmişdir. Fəridin onun qardaşı Xaləddini yumruqla vurub xəsarət yetirməsinə səbəb Xaləddin 2023-cü ilin payız aylarında guya Fəridin yaşadığı evin həyətində anası Şəhla ilə birlikdə görməsi olmuşdur. Fərid Xaləddinə xəsarət yetirən zaman o, orada olmasa da bu barədə qardaşı Xaləddin ona məlumat vermişdir. 11 sentyabr 2024-cü il tarixdə yaşadığı kənd ərazisində Fəridə yaxınlaşdıqdan sonra Fərid onun üzərinə gəlib bağışlanmasını demişdir. O, Fəridə sakitləşməsini deyən zaman Fəridin yanında oturmuş olan Nicat onun yanına gəlib onun Fəridi vurmağını zənn etdiyi üçün onu qucaqlamışdır. O, isə hər iki əli ilə Nicatı kənara itələyən zaman sol dirsək nahiyəsi Nicatın sifət nahiyəsinə dəydikdən sonra Nicatı vurmağını başa düşüb Nicat ona nə səbəbə vurduğunu demişdir. O, da Nicata vurmadığımı kənarlaşması üçün itələdiyini demişdir. Belə ki, Nicat onu qucaqlayan zaman Nicatın onu vuracağını zənn etdiyi üçün Nicatı kənara itələmişdir. Lakin onun Nicata hər hansı bir xəsarət yetirmək fikri olmamışdır. Nicat əvvəlcə ondan şikayət edəcəyini bildirsə də lakin onunla zarafat etdiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid4 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Lənbəran kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun doğma oğludur, Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur və onunla birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Şahid2 onun həmkəndliləridir. Zərərçəkmiş şəxs əvvəllər onun yaxın dostu olmuş, onlar bir-birlərinin yaşadığı evə gedib gəlmişdilər. Təxminən 2 il bundan əvvəl Zərərçəkmiş şəxs onun birinci evlilikdən olan həyat yoldaşı Şəhlaya yaşadığı evin həyətində satmışdır. Buna görə də o, həyat yoldaşı Şəhladan rəsmi qayadada ayrılmış və sonradan Şahnaz adlı qadınla ailə həyatı qurmuşdur. Həmin vaxt o, oğlu Fərid ilə birlikdə yaşadıqları evdə olmasalar da lakin Fərid Xaləddini gəlib evin həyətində görmüşdür. Həmin vaxt Xaləddin ilə Fəridin arasında mübahisə olmasa da lakin, 2023-cü ilin payız aylarında buna görə oğlu Fərid ilə Xaləddin həmin vaxt mübahisə etdikləri üçün barələrində Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış, lakin Fərid ilə Xaləddin barışdıqları üçün cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də Xaləddin Xəsənovla aralarında narazılıq yaranmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində o, həyat yoldaşı Şahnaz ilə birlikdə yaşadığı evdə olan zaman həyət darvazasının döyüldüyünü eşidib həyətə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs bacısı Şahid2 yaşadığı evin həyətinə daxil olduqdan sonra onu və həyat yoldaşı Şahnazı nəlayiq söyüşlərlə söyüb təhqir edib əlində olan qamış kəsiyi ilə onun sol qoluna, boyun və sifət nahiyəsinə vurmuşdur. Lakin o, Şahid2 qarşı hər hansı bir xəsarət yetirməmişdir. Şahid2 onu vurub xəsarət yetirməsinə səbəb oğlu Təqsirləndirilən şəxs Şamamanın qardaşı Zərərçəkmiş şəxs 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı kənd ərazisində Əziz adlı şəxsin mağazasının yaxınlığında bir dəfə yumruqla Xaləddinin burun nahiyəsinə vurub xəsarət yetirməsi olmuşdur. Həmin vaxt Şamama ilə təxminən 5 dəqiqə aralarında mübahisə olduqdan sonra Şamamaya həyətdən çıxıb getməsini demişdir. Şamama da onun yaşadığı evin həyətindən çıxıb getdikdən sonra o, DİN-nin 102 xidmətinə zəng edib Şamama tərəfindən döyülməyi barədə məlumat vermişdir. Sonra yəni, 11 sentyabr 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinə gedib Şahid2 tərəfindən döyülməyi barədə ərizə ilə müraciət etmişdir. Şahid2 qarşı hər hansı bir xəsarət yetirməmişdir. Şahid2 onu söyüb təhqir etdiyi üçün yaşadığı evin həyətindən çıxıb getməsini demişdir. Həmin vaxt yanında həyat yoldaşı Şahnaz, qardaşı Ayazın həyat yoldaşı Xuraman və bibisi oğlu Şahid1 həyat yoldaşı Eyzəngül olmuşdur. Həmin vaxt Şahid2 əlində olan qamış kəsiyi ilə onun boyun, sifət və sol dirsək nayəhisinə vurub xəsarət yetirmişdir. Şahid2 ona xəsarət yetirməsinə səbəb oğlu Təqsirləndirilən şəxs yaşadıqları kənd ərazisində Şamamanın qardaşı Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruqla vurub xəsarət yetirməsi olmuşdur. Şahid2 ilə aralarında olan mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Həmin vaxt yaşadığı evinin həyətinə adlarını qeyd etdiyi şəxslərdən başqa digər hər hansı bir şəxs gəlməmişdir. O, Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinə ilkin olaraq izahat verən zaman Şahid2 ilə aralarında olan mübahisənin 20 dəqiqə davam etməsini səhfən bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid6 oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Lənbəran kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Bərdə rayonu, Lənbəran kəndində yaşayan Şahid4 onun qaynıdır. Təqsirləndirilən şəxs Şahid4 doğma oğludur. Şahid5 isə Şahid4 ikinci evlikdən olan həyat yoldaşıdır. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur və Şahid4 ilə birlikdə yaşayır. O, ailə üzvləri ilə birlikdə Şahid4 ilə qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs və Şahid2 isə onun həmkəndliləridir. Həmin şəxslərlə onun ədavəti və ya düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs ilə Şahid4 əvvəllər yaxın dost olmuşdur. Təxminən 2 il bundan əvvəl Zərərçəkmiş şəxs Şahid4 birinci evlilikdən olan həyat yoldaşı Şəhla adlı qadın Əhlimanın yaşadığı evin həyətində satmışdır. Buna görə də Əhliman həyat yoldaşı Şəhladan ayrıldıqdan sonra Şahnaz adlı qadınla ikinci dəfə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs Fəridin anası Şəhlaya sataşdığı üçün 2023-cü ilin payız aylarında Fərid ilə Xaləddin mübahisə etdikləri üçün barələrində Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış, lakin Fərid ilə Xaləddin barışdıqları üçün cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs ilə Xaləddin Xəsənov arasında narazılıq yaranmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində qaynı Şahid4 həyətindən səs-küy eşidib Əhlimanın yaşadığı evin həyətinə getdikdən sonra Zərərçəkmiş şəxs bacısı Həsənova X4 və həyat yoldaşı Şahnazı nəlayiq söyüşlərlə söyüb təhqir etdiyini, Əhlimanla sözlə mübahisə etdiyini görüb Şamamadan həyətdən çıxıb getməsini xahiş etmişdir. Həmin vaxt Şahid2 əlində qamışı kəsiyi yəni, qarğı olduğunu görmüşdür. Şahid2 Şahid4 ilə sözlə mübahisə etməsinə səbəb 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində yaşadıqları kənd ərazisində X8 burun nahiyəsinə yumruqla vuraraq xəsarət yetirməsi olmuşdur. Bundan sonra Şahid2 Şahid4 həyətindən çıxıb getmişdir. O, Əhlimanın yaşadığı evin həyətində olan zaman qonşuluqda yaşayan qonşusu Eyzəngül də Əhlimanın yaşadığı evin həyətinə gəlmişdir. O, orada olan zaman Şahid2 Şahid4 xəsarət yetirməsini görməmişdir. Lakin o, orada olan zaman Şahid4 ona deməsinə görə Şahid2 o, həyətə gəlməmişdən əvvəl Şamama əlində olan qamış kəsiyi ilə Əhlimanın boyun, sifət və sol dirsək nayəhisinə vurub xəsarət yetirməsi barədə məlumat vermişdir. Şahid4 ilə Şahid2 arasında olan mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Hadisə yerinə digər hər hansı bir şəxslər toplaşmamışdır. Şahid2 Şahid4 xəsarət yetirdiyi üçün Əhliman bu barədə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid5 ifadəsində göstərmişdir ki, o, Şahid4 ilə təxminən 1 il olar ki, qeyri-rəsmi olaraq ailə həyatı qurmuş, buna görə də X12 rayonu, Lənbəran kəndində yerləşən fərdi yaşayış evində birlikdə yaşayır. Təqsirləndirilən şəxs Şahid4 birinci evlilikdən olan oğludur. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olur və birlikdə yaşayırlar. Zərərçəkmiş şəxs və Şahid2 yaşadıqları kənddə yaşayır. Zərərçəkmiş şəxs əvvəllər Şahid4 yaxın dostu olmuş, biri-birlərinin yaşadıqları evə gedib gəlmişdilər. Belə ki, təxminən 2 il bundan əvvəl Zərərçəkmiş şəxs Şahid4 birinci evlilikdən olan həyat yoldaşı Şəhlaya hazırda yaşadıqları evin həyətində satmışdır. Buna görə də Əhliman Şəhladan ayrıldığı üçün onunla ailə həyatı qurmuşdur. Həmin vaxt Əhliman və Fərid yaşadıqları evdə olmasa da lakin Fərid Xaləddini gəlib evin həyətində görmüşdür. Həmin vaxt Xaləddin ilə Fəridin arasında mübahisə olmasa da lakin, 2023-cü ilin payız aylarında buna görə Fərid ilə Xaləddin mübahisə etdikləri üçün barələrində Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmış, lakin Fərid ilə Xaləddin barışdıqları üçün cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də Xaləddin Xəsənovla aralarında narazılıq yaranmışdır. Mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində o, həyat yoldaşı Əhliman ilə birlikdə yaşadıqları evdə olan zaman həyət darvazasının döyüldüyünü eşidib həyətə çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs bacısı Şahid2 yaşadıqları evin həyətinə daxil olduqdan sonra onu və Əhlimanı nəlayiq söyüşlərlə söyüb təhqir edib əlində olan qamış kəsiyi ilə Əhlimanın sol qoluna, boyun və sifət nahiyəsinə vurmuşdur. Lakin nə o, nədə ki, Əhliman Şahid2 qarşı hər hansı bir xəsarət yetirməmişdir. Şahid2 Əhlimanı vurub xəsarət yetirməsinə səbəb Təqsirləndirilən şəxs Şamamanın qardaşı Zərərçəkmiş şəxs 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində yaşadıqları kənd ərazisində Əziz adlı şəxsin mağazasının yaxınlığında bir dəfə yumruqla Xaləddinin burun nahiyəsinə vurub xəsarət yetirməsi olmuşdur. Həmin vaxt Şamama ilə təxminən 5 dəqiqə aralarında sözlə mübahisə olduqdan sonra Əhliman Şamamaya həyətdən çıxıb getməsini demişdir. Həmin vaxt səs-küyə qonşuluqda yaşayan Əhlimanın qohumları Xuraman və Eyzəngül gəlmişdir. Həmin şəxslərdə Şamamadan yaşadıqları evin həyətindən çıxıb getmələrini xahiş etdikləri üçün Şamama onun yaşadığı evin həyətindən çıxıb getmişdir. Bundan sonra Əhliman DİNnin 102 xidmətinə zəng edib Şamama tərəfindən döyülməyi barədə məlumat vermişdir. Sonra yəni, 11 sentyabr 2024-cü il tarixdə Əhliman Bərdə rayon polis şöbəsinə gedib Şahid2 tərəfindən döyülməyi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmşdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Lənbəran kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. Şahid4 onun dayısı oğludur. Təqsirləndirilən şəxs Şahid4 doğma oğludur. Zərərçəkmiş şəxs isə onun həmkəndlisidir. Həmin şəxslərlə ədavəti və ya düşmənçiliyi yoxdur. Şahid4 ilə Zərərçəkmiş şəxs əvvəllər dost olmuş və bir-birlərinin yaşadıqları evə gedib gəlmişdilər. 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində yaşadıqları kənd ərazisində Əziz adlı şəxsin mağazasının yaxınlığında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sözlü mübahisə yarandığı üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə yumruqla vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan mübahisəyə səbəb 2023-cü ilin payış aylarında Xaləddin Fəridin anası Şəhla ilə birlikdə yaşadıqları evdə görməsi olmuşdur. Belə ki, həmin vaxt Fəridin yaşadığı evdə heç kim olmadığı vaxt Xaləddin Şahid4 yaşadığı evə gedərək Şəhlaya sataşmasını Fərid yaşadığı evə gəlib gördüyü üçün Fərid ilə Xaləddinin arasında mübahisə olmuşdur. Buna görə də Fərid ilə Xaləddinin barəsində Bərdə rayon polis şöbəsində araşdırma aparılmışdır. Sonrada isə Fərid ilə Xaləddin barışmışdır. Şəhla isə yaşadıqları evdən çıxıb Bakı şəhərinə getmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə yumruqla vurub xəsarət yetirən zaman o, orada olmamışdır. Həmin gün yəni, 11 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində o, tək olaraq yaşadığı kənd ərazisində yerləşən Əziz adlı şəxsin mağazasına gedib siqaret alıb çıxdıqdan sonra mağazanın qarşısında əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tək olaraq gəlib onun yanında əyləşmişdir. Onların yanında və ətrafda hər hansı bir şəxs olmamışdır. O, Fərid ilə aralarında söhbət edən zaman Zərərçəkmiş şəxs qardaşı Şahid3 onların yanına gəlib Fəridin ünvanına nəlayiq söyüşlər söymüşdür. Lakin Fərid söyüşləri eşitmədiyi üçün Şəmsiyə əhəmiyyət verməmişdir. O, ayağa qalxıb Şəmsinin üzərinə gedib kənarlaşıb çıxıb getməsini bildirən zaman Şəmsi onu sol əli ilə kənara itələyən zaman sol dirsək nahiyəsi onun sifət nahiyəsinə dəymişdir. Lakin o, Şəmsiyə qarşı hər hansı bir xəsarət yetirməyib çıxıb getməsini xahiş etmişdir. Şahid3 kənarlaşıb çıxıb getmişdir. O, Şəmsinin hərəkətlərinə əsəbi olduğu üçün həmin gün DİN-nin 102 xidmətinə zəng edib Şəmsi tərəfindən döyülməyi barədə müraciət etmişdir. Sonra Bərdə rayon polis şöbəsinə gedib bu barədə ərizə ilə müraciət etmişdir. O, ilkin olaraq Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinə izahat verən zaman Şahid3 tərəfindən döyülməyi barədə bildirdiyi üçün məhkəmə-tibbi ekspertizasından keçməyi barədə qərar qəbul edilsə də lakin xəsarəti ciddi olmadığı üçün məhkəmə-tibbi ekspertizasından keçməmişdir. Hazırda onun Şahid3 hər hansı bir şikayət və tələbi yoxdur.Həmçinin Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, 11 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində o, yaşadığı kənd ərazisində Əziz adlı şəxsin mağazasının qarşısında olan zaman Şahid3 gəlib Fəridin ünvanına nəlayiq söyüşlər söydüyü üçün o, Şəmsiyə çıxıb getməsini bildirən zaman Şəmsi onu sol əli ilə kənara itələyən zaman sol dirsək nahiyəsi sifət nahiyəsinə dəymişdir. Şahid3 çıxıb getdikdən sonra Şahid3 hərəkətlərinə əsəbi olduğu üçün DİN-nin 102 xidmətinə zəng edib Şəmsi tərəfindən döyülməyi barədə məlumat vermişdir. Lakin xəsarəti ciddi olmadığı üçün məhkəmə-tibbi ekspertizasından keçməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş «təqsirləndirilən şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs mübahisənin harada baş verməsini, iş üzrə Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə yumruqla vurub xəsarət yetirmiş olduğu yeri, istintaq zamanı verdiyi ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir. Həmin vaxt foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 01 yanvar 2025-ci il tarixli üzşləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs işə iş üzrə Zərərçəkmiş şəxs Fətullan oğlu arasındə üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı ifadəsində göstərilən xüsusatları təsdiq edərək 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində idarə etdiyi «VAZ-2107» minik markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə tək olaraq yaşadığı Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən Əziz adlı şəxsin ərzaq mağazasının yaxınlığından təxminən 50 metr uzaqlıqda keçib gedərkən Zərərçəkmiş şəxs görüb təxminən 2 il bundan əvvəl anası Şəhlaya qarşı sataşdığı üçün anası Şəhlanın barəsində yaşadıqları kənd ərazisində danışdığına görə Zərərçəkmiş şəxs qarşı əsəbi olduğundan Zərərçəkmiş şəxs ünvanına nəlayiq sözlər işlətdiyini, həmin vaxt Zərərçəkmiş şəxs da ona cavab olaraq onun ünvanına nəlayiq sözlər deydiyi üçün sol əli bir dəfə yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə vurub xəsarət yetirdiyini bildirmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərilən xüsusatları təsdiq edərək 11 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı ünvan 2 ünvanına nəlayiq sözlər dediyi üçün o, da Təqsirləndirilən şəxs cavab olaraq nəlayiq sözlər deyən zaman Fərid ona tərəf gəlib bir dəfə yumruqla onun burun nahiyəsinə vurub xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X17 Bərdə şöbəsinin məhkəmə-tibbi ekspertizasının 08 oktyabr 2024-cü il tarixli, 721 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-burun sümüyünün yerdəyişən sınığı, burun tənəffüsünün çətinləşməsi ilə, sağ gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı, sağ burun qanadı üzərinin, burun kökünün sağ yan səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X15 daxil olmuş 06 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs «Bərdə RMX»nın Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən 12 dekabr 2024-cü il tarixdə daxil olmuş tələbnamə göstərilmişdir ki, xx.xx.2023-cü ildə Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ********* nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nə 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddələrinə əsasən rədd edilmişdir.12 dekabr 2024-cü il tarixli tələbnamədən də göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli «Cinayət məsuliyyətindən azad etməklə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı»ın ksero-surətindən görünür ki, Bərdə rayonu, Lənbəran kəndində yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən 06 noyabr 2023-cü il tarixdə döyülməsi barədə Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsində HK-1/4571 nömrəli toplanmış material üzrə həmin bölmənin təhqiqatçısı, polis mayoru X5 tərəfindən araşdırılma aparılmış, araşdırma zamanı Həsənov X1 Fərid Əhliman oğlu ilə barışdığı üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07 yanvar 2025-ci il tarixli, 04 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Lənbəran kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində 21 noyabr 2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, 11 sentyabr 2024cü il tarixdə, saat 18 radələrində Bərdə rayonu, Lənbəran kəndində yaşayan Təqsirləndirilən şəxs kəndin aşağı hissəsində Bərdə rayonu, Lənbəran kəndində yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşan zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə edib bir dəfə yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əlində hər hansı bir kəsici deşici alət olmamışdır. Hadisə zamanı orada Bərdə rayonu, Lənbəran kənd sakinləri Namiq və Qulu adlı şəxslər olmuş, Qulu adlı şəxsin şəxsiyyəti müəyyən edilərək Şahid7 olması müəyyən edilərək istintaq bölməsinə gətirilməsi təmin edilsə də lakin Namiq adlı şəxsin yaşadığı ünvanda olmadığından gətirilməsi mümkün olmamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs bundan başqa digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Həmçinin hadisəni görümüş digər şahidlərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə istintaqı zamanı təqdim edilməklə iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, CM-nin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxsdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan bütünlüklə ödənilmişdir. Qərar qəbul edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma Bununla da Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməllər ibtidai istintaq zamanı AR.CM-in 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onun təqsirləndirildiyi CM-in 127.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması cəzasının da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X19rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əvvəllər məhkumluğunun olmaması və ailənin yeganə qazanc gətirən şəxs olması, zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı bütünlüklə ödəməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Həmçinin, CM-in 73.2-ci maddəsinə əsasən tərəflərin barışması əsası ilə şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Belə ki, CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Lakin, hazırki işdə tərəflər arasında barışıq olmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən azad etməyərək işə xitam verməmişdir və şəxsi cinayət məsuliyyətinə cəlb etmişdir ona görə ki, CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısı İftixar Səfərovun 17 noyabr 2023-cü il tarixli cinayət məsuliyyətindən azad etməklə cinayət işi başlanmasının rədd edilməsi barədə qərarına əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı onun sağlamlığına yüngül xəsarət yetirməsi faktına görə tərəflərin barışması əsası ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs оğlunun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini ünvan 3i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələriqoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ünvan 3i ünvanındakı yaşayış yerini axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-52/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-52/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver