Məhkəmə qərarları › İş №1(021)-53/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-53/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-53/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi Dövlət ittihamçısı Dövlət ittihamçısı1, _ Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, 19 fevral 2020-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 04 noyabr 2008-ci il tarixdə anadan olmuş X3 və 26 iyun 2014cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11 avqust 2014-cü il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (bir yüz əlli) manat məbləğində sabit aliment pulun tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Tərtər Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli, 2(061)- 925/2014 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 21 may, 16 iyun və 14 oktyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, 21 sentyabr 2016-cı il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 4350 (dörd min üç yüz əlli) manat məbləğində yeni yaranan aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2007-ci ilin noyabr ayında el adəti ilə toy edib ailə həyatı qurmuşdur. Nikahlarını 24 dekabr 2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 04 noyabr 2008-ci il tarixdə Azədi və 26 iyun 2014cü il tarixdə Pünhan adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşamış, münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 17 dekabr 2014-cü ildə rəsmi boşanmışlar. Tərtər Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli, 2(061)- 925/2014 saylı qətnaməsi ilə 04 noyabr 2008-ci il tarixdə anadan olmuş Azədinin və 26 iyun 2014-cü il tarixdə anadan olmuş Pünhanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 11 avqust 2014-cü il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsi 07 oktyabr 2019-cu il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 (on) gün müddətinə həbs etmişdir. Lakin buna baxmayaraq alimentdən tam ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin bütün bunlara baxmayaraq tələbkara yenə də, aliment pulunu tam ödəyə bilməmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin 20 sentyabr 2016-cı il tarixli təqdimatında göstərilən 3600 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyinə görə barəsində Bərdə Regional Ədliyyə İdarəsində müstəntiq tərəfindən CM-nin 306.1-ci maddəsilə cinayət işi aparılmış və Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş, lakin cəzasını çəkdikdən sonra o yenə də, yeni yaranan aliment borcunu tələbkara tam olaraq ödəyə bilməmişdir. 21 sentyabr 2016-cı il tarixdən 04 noyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 4350 manat məbləğində yeni aliment borcu yaranmışdır. Ona köməklik göstrəilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ilin noyabr ayında el adəti ilə toy edib ailə həyatı qurmuş, nikahlarını 24 dekabr 2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 04 noyabr 2008-ci ildə Azədi və 26 iyun 2014-cü il tarixdə isə Pünhan adlı övladları anadan olmuşdur. Münasibətləri pozulduğundan və xasiyyətləri uyğun gəlmədiyindən 17 dekabr 2014-cü ildə rəsmi boşanmışlar. Tərtər Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli, 2(061)-925/2014 saylı qətnaməsi ilə 04 noyabr 2008-ci il tarixdə anadan olmuş Azədinin və 26 iyun 2014-cü il tarixdə anadan olmuş Pünhanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs 11 avqust 2014-cü il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 manat məbləğində sabit aliment pulu alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Bərdə Rayon İcra və Probasiya Şöbəsindən qeyd edilən alimentin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmiş, lakin sonuncu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığından icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsi 07 oktyabr 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 (on) gün müddətinə həbs etmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək aliment pulunu ona tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin 20 sentyabr 2016-cı il tarixli təqdimatında göstərilən 3600 manat məbləğində aliment borcunu ödəmədiyindən barəsində Bərdə Regional Ədliyyə İdarəsində müstəntiq tərəfindən CM-nin 306.1-ci maddəsilə cinayət işi aparılmış və Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli hökmü ilə borclu Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Borclu Təqsirləndirilən şəxs cəzasını çəkmiş, lakin cəzasını çəkdikdən sonra yenə də, yeni yaranan aliment borcunu ona tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs 21 sentyabr 2016-cı il tarixdən 04 noyabr 2020-ci il tarixədək ona 4350 manat məbləğində yeni aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən ona heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə rayon İcra və Probasiya Şöbəsində böyük icra məmuru vəzifəsində çalışır. Tərtər Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli, 2(061)-925/2014 saylı qətnaməsi ilə 04 noyabr 2008-ci il tarixdə anadan olmuş Azədinin və 26 iyun 2014-cü il tarixdə anadan olmuş Pünhanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs 11 avqust 2014-cü il tarixdən etibarən hər uşağa görə 75 manat olmaqla, hər ay cəmi 150 manat məbləğində sabit aliment pulu alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Bərdə Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Bərdə Rayon Məhkəməsi 07 oktyabr 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 10 gün müddətinə həbs etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu indiyədək tələbkara aliment pulunu tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs Bərdə rayon İcra və Probasiya şöbəsinin 20 sentyabr 2016-cı il tarixli təqdimatında göstərilən 3600 manat məbləğində aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəmədiyindən barəsində Bərdə Regional Ədliyyə İdarəsində müstəntiq tərəfindən CM-nin 306.1-ci maddəsilə cinayət işi aparılmış və Bərdə Rayon Məhkəməsinin 20 dekabr 2016-cı il tarixli hökmü ilə borclu Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cəzasını çəkmiş, lakin cəzasını çəkdikdən sonra yenə də, yeni yaranan aliment borcunu tələbkara tam ödəməmişdir. Borclu Təqsirləndirilən şəxs 21 sentyabr 2016-cı il tarixdən 04 noyabr 2020-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs 4350 manat məbləğində yeni aliment borcu yaranmışdır. Lakin borclu indiyədək həmin məbləğdən tələbkara heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, Zərərçəkmiş şəxs qızıdır. Dəfələrlə borclu Təqsirləndirilən şəxs ilə mobil telefonla danışaraq ondan alimentin ödənilməsini tələb etsə də, borclu hər dəfə qanunsuz hərəkətlərini davam etdirmiş və alimenti ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçıraraq Tərtər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 dekabr 2014-cü il tarixli, 2(061)-925/2014 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Tərtər Rayon məhkəməsinin 2(61)-925/2014 saylı 17 dekabr 2014-cü il tarixli qətnaməsinin surətindən və həmin qətnamə əsasında verilmiş 19 yanvar 2015-ci il tarixdə verilmiş icra vərəqəsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, iddiaçı xx xxx 1985-ci il təvəllüdlü Məmmədova (Əliyeva) Afət Vilayət qızı ilə cavabdeh xx xxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arasında 24 dekabr 2008-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən 819 saylı nikah akt qeydi üzrə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə yaşadıqları dövrdə 04 noyabr 2008-ci ildə anadan olmuş X6 və 26 iyun 2014-cü ildə anadan olmuş X5 adlı uşaqların anası Məmmədova (Əliyeva) Afət Vilayət qızının himayəsində saxlanılması, Təqsirləndirilən şəxs 04 noyabr 2008-ci ildə anadan olmuş X6 və 26 iyun 2014-cü ildə anadan olmuş X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 75 manat, cəmi 150 manat sabit pul məbləğində aliment tutulub Məmmədova (Əliyeva) Afət Vilayət qızına verilməsi, alimentin tutulmasının 11 avqust 2014-cü il tarixdən hesablanması, iddianın alimentə aid olan qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-847/2019 saylı 07 oktyabr 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10(on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsetmənin əvvəli 07 oktyabr 2019-cu il tarixdən saat 1756-dan hesablanmışdır. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunması haqqında 253558/06 saylı 14.10.2020-ci il tarixli xəbərdarlığın surətindən müəyyən olunur ki, icra sənədi üzrə aliment borcunu ödəmək üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 gün yeni müddət müəyyən edilmişdir. Bu müddət ərzində icra sənədinin icrası təmin edilməzsə, ona Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimat veriləcəyi izah edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 04 noyabr 2008-ci il tarixdə anadan olmuş X3 və 26 iyun 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 11 avqust 2014-cü il tarixdən etibarən hər uşağa görə 75 (yetmiş beş) manat olmaqla, hər ay cəmi 150 (bir yüz əlli) manat məbləğində sabit aliment pulun tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Tərtər Rayon Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli, 2(061)- 925/2014 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bərdə Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilməsinə və ona icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 21 may, 16 iyun və 14 oktyabr 2020-ci il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, hərəkətlərindən nəticə çıxarmamış, 21 sentyabr 2016-cı il tarixdən cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 04 noyabr 2020-ci il tarixədək şəxsi maraqları naminə cəmi 4350 (dörd min üç yüz əlli) manat məbləğində yeni yaranan aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla yanaşı, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 27.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, 19 fevral 2020-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4 və 18.4.4-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. İş materiallarında olan Bərdə rayon icra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin verdiyi 04 iyun 2020-ci il tarixli arayışından və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, H.Əliyev prospekti 2 nömrəli evdə yaşayır. Təqsirləndirilən şəxs H.Əliyev prospektində yaşadığı müddətdə özünü intizamlı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirləndirilən şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 02.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsinə tutularaq Bərdə rayon Polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 03 fevral 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və bu ona elan olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-cu ildən 03 fevral 2021ci il tarixədək tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 fevral 2021-cu il tarixdən 03 fevral 2021-ci il tarixədək tutulduğu 02(iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04(dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 2200-dan növbəti gün saat 0800-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar