Məhkəmə qərarları › İş №1(021)-53/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-53/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-53/2022 01.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X1, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Darğalar kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Darğalar kəndində, Nizam Salahova məxsus fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış münaqişə dava-dalaşa çevrilmiş, dava-dalaş zamanı yumuruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyyəsinə qəsdən vurduğu üçün sonuncuya burun sümüyünün uc hissəsində yerdəyişməyən sınığı, burun nahiyyəsinin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nigahdan 2 övladları doğulmuşdur. Arzunun anası Qənirə Musayevaya 150 manat pul borcu olmuşdur. 10.01.2022-ci il tarixdə Qənirə ona zəng edərək borclu olduğu puldan 10 manatını geri qaytarmağını demişdir. Daha sonra başqa bir şəxsdən 20 manat borc pul alaraq Qənirəyə 20 manat pul vermişdir. Həmin gün əsəbi olduğundan yaşadığı evə getməyərək atası Nizama məxsus evdə qalmışdır. 11.01.2021-ci il tarixdə səhər saatlarında evə gedərək Arzunu da atası evinə aparmışdır. Həmin vaxt Arzu ona yaxınlaşaraq bacısı Jalənin barəsində kobud sözlər danışdığını və bu barədə sonuncuya deyəcəyini bildirmişdir. Həmin səbəbdən Arzu ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı əsəbləşdiyindən sillə ilə bir dəfə Arzunun burun nahiyyəsindən vurduğundan sonuncu yerə yıxılmışdır. Daha sonra anası Şahid3 onu sakitləşdirərək həmin yerdən aparmışdır. Hadisə 11.01.2022-ci il tarixdə saat 11 radələrində Bərdə rayon Darğalar kəndində atası Nizama məxsus evdə baş vermişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə barışdığını, hazırda ona dəymiş ziyanı ödədiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan 2 övladı olmuşdur. 11.01.2022-ci il tarixdə saat 11 radələrində Bərdə rayonu Darğalar kəndində yaşayan qaynatası X3 yaşadığı evdə olarkən əri Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun ünvanına kobud ifadələr işlətmişdir. Həmin səbəbdən Elməddin ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı sonuncu üzərinə gələrək qəsdən yumuruqla bir dəfə onun burun nahiyyəsindən vurmuş, yerə yıxılmışdır. Elməddinin anası Şahid3 Elməddini sakitləşdirərək həmin yerdən aparmışdır. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 12 yanvar 2022-ci il tarixli 29 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər-burun sümüyünün uc hissədə yerdəyişməyən sınığı, burun nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 11.01.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 14 yanvar 2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 96 saylı 14 yanvar 2022-ci il tarixli arayışdan və eyni tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Darğalar kəndində yaşayır. Təqsirləndirilən şəxs 2 azyaşlı uşaq atasıdır, fəhləliklə məşğul olur. Təqsirləndirilən şəxs Bərdə rayonu Kələntərli kənd İƏD-si üzrə nümayəndəliyində yaşadığı müddət ərzində insanlara qarşı həmişə hörmətlə yanaşmışdır. Kələntərli kənd İƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs haqqında heç bir təqsirləndirici şikayət daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxs barışdıqda cinayət təqibi həyata keçirilməyə və ya cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar