Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-53/2023 28.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1979-cu il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Tərtər Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 500 manat cərimə cəzalarına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən və götürülməyən, Bərdə şəhəri, Füzuli küçəsi ev 65-də qeydiyyatda olmaqla yaşayan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 9(doqquz) ədəd sarı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,149 qram, 0, 142 qram, 0,071 qram, 0,176 qram, 0,134 qram, 0,103 qram, 0,151 qram, 0,153 qram ümumi təmiz çəkisi 1,247 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 03 noyabr 2022-ci il tarixdə saat 16:05 radələrində Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 9(doqquz) ədəd sarı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,149 qram, 0, 142 qram, 0,071 qram, 0,176 qram, 0,134 qram, 0,103 qram, 0,151 qram, 0,153 qram ümumi təmiz çəkisi 1,247 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Bir müddət əvvəl Bərdə şəhərində yaşadığı Füzuli küçəsində yolun qırağından büküm tapmışdır. Həmin bükümü açan zaman içərisində 9 ədəd büküm olduğunu görmüş və özü narkotik istifadəçisi olduğu üçün götürüb üzərində saxlamışdır. 03 noyabr 2022-ci il tarixdə saat 15:50 radələrində evdən çıxaraq yaşadığı evin küçəsinə çıxaraq piyada hərəkət edən zaman 2 nəfər şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqıdna qərarla tanış edib onu Bərdə rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Bərdə rayon Polis Şöbəsində olan zaman o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və bundan sonra ərizəsi əsasında dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçisinin iştirakı ilə ona zəruri sənədlər təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyini təklif olunmuşdur. Bu təklifdən sonra o, əyninda olan qara rəngli gödəkcənin sol yan cibindən 9 ədəd bükümdə heroin, təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərində əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, həmin bükümlərdə olan heroini yaşadığı küçədə olan zaman yerdən tapdığını və istifadə emək üçün götürüb cibinə qoyduğunu, əvvəllər narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, lakin özü istifadə etdiyini bildirmişdir. Heç kimə heç nə satmamış, heç kimlə sövdələşməmişdir. Əməlinə qanuni hüquqi qiymət verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Füzuli küçəsi ev 65-də yaşayan xx xxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də, 03 noyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat təxminən 15:50 radələrində Bərdə şəhəri, Füzuli küçəsində olan zaman tərəfindən saxlanılmış və Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Vəli İsamyılov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə rayon Polis Şöbəsinin digər əməkdaşları polis baş leytenantı Şahid1 və polis serjantı X4, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 9 ədəd sellofan büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində maddələrin narkotik vasitə olan “Kakos” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A3” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüş, 9 ədəd bükümün çəkisinin 1,77 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr və 1 ədəd “Samsung A3” markalı mobil telefon X5 tərəfindən kağız zərflərdə qablaşdırılmışdır, Bərdə rayon Polis Şöbəsinin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid X7 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, Füzuli küçəsi ev 65-də yaşayan xx xxxxx 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də, 03 noyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat təxminən 15:50 radələrində Bərdə şəhəri, Füzuli küçəsində olan zaman tərəfindən saxlanılmış və Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Vəli İsamyılov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə rayon Polis Şöbəsinin digər əməkdaşları polis baş leytenantı Şahid1 və polis baş leytenantı Şahid2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 9 ədəd sellofan büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində maddələrin narkotik vasitə olan “Kakos” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A3” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüş, 9 ədəd bükümün çəkisinin 1,77 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr və 1 ədəd “Samsung A3” markalı mobil telefon X5 tərəfindən kağız zərflərdə qablaşdırılmışdır, Bərdə rayon Polis Şöbəsinin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvləri ilə birlikdə Bərdə şəhəri N.b.Vəzirov küçəsi ev 11-də yaşayır. Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Mahiyyəti üzrə bildirmişdir ki, o, Bərdə şəhəri, Füzuli küçəsi ev 65-də yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də, xx.xx.2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat təxminən 15:50 radələrində Bərdə şəhəri, Füzuli küçəsində olan zaman tərəfindən saxlanılmış və Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Vəli İsamyılov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra onun, Bərdə rayon Polis Şöbəsinin digər əməkdaşları polis baş leytenantı Şahid2 və polis serjantı Nərman Əliyevin, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsini bildirmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 9 ədəd sellofan büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində maddələrin narkotik vasitə olan “Kakos” olduğunu, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung A3” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzi vasitəsilə ölçülmüş, 9 ədəd bükümün çəkisinin 1,77 qram olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr və 1 ədəd “Samsung A3” markalı mobil telefon X5 tərəfindən kağız zərflərdə qablaşdırılmışdır, Bərdə rayon Polis Şöbəsinin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Həmçinin, ifadəsində Təqsirləndirilən şəxs kiməsə narkotik satması barədə məlumatının olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 03 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 03 noyabr 2022-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 09 ədəd bükümdə olan narkotik vasitə olan heroini təqdim etmiş, həmin maddələr X5 tərəfindən qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin 04 noyabr 2022-ci il tarixli 16/1260 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər 9(doqquz) ədəd büküm” yazı və imzalar olan kağız paketdəki , 9(doqquz) ədəd sarı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda ayrıayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,149 qram, 0,142 qram, 0,071 qram, 0,176 qram, 0,134 qram, 0,103 qram, 0,151 qram, 0,153 qram ümumi təmiz çəkisi 1,247 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 10 yanvar 2023-cü il tarixli 42 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 500 manat cərimə cəzalarına məhkum edilmişdir. -26 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyib və götürülməyib. Cinayət işinə əlavə edilmiş 03 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 03 noyabr 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 09 ədəd bükümdə olan narkotik vasitə olan heroini təqdim etmiş, həmin maddələr X5 tərəfindən qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə RİHB-nın Bərdə şəhər İƏDÜ nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Füzuli küçəsi ev 65-də yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində ümumi təmiz çəkisi 1,247 qram heroinin tədqiqatdan sonrakı qalığı 0,797 qram heroin olan 1 ədəd möhürlənmiş zərf, eləcə də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk 10 dekabr 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 1,247 qram heroinin tədqiqatdan sonrakı qalığı 0,797 qram heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 noyabr 2022-ci il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və Bərdə Rayon Məhkəməsnin 05 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 9 (doqquz) ədəd sarı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,149 qram, 0, 142 qram, 0,071 qram, 0,176 qram, 0,134 qram, 0,103 qram, 0,151 qram, 0,153 qram ümumi təmiz çəkisi 1,247 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 10 yanvar 2023-cü il tarixli 42 nömrəli rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Bundan başqa təqsirləndirilən şəxs özü də məhkəmə iclasında bildirdi ki, o, birmənalı şəkildə narkomaniyadan əziyyət çəkir və damarına inyeksiya yolu ilə özünün narkotik istəyini təmin edir. Bundan başqa müstəntiqin “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli qərarının 5-ci səhifəsinin son abzasında edilir ki: ....İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin haradan və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Belə ki, istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində həmin narkotik vasitələri Bərdə şəhəri Füzuli küçəsində tapmasını bildirsə də, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatlar mənbəni gizlətmək məqsədi daşıyan xüsusatlar hesab olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və necə əldə etməsinin müəyyən edilməsi üçün Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə müvafiq əməliyyat tapşırığı verilsə də, istintaq dövründə qeyd olunan məsələ ilə bağlı əməliyyat marağı kəsb edən məlumatların əldə edilməsi mümkün olmamışdır...... Halbuki cinayət işi materialının 73-cü vərəqəsində sadəcə müstəntiq tərəfindən imzalanmış tarixi qeyd edilməyən “Əməliyyat tapşırığı”nın ikinci abzasında qeyd edilmişdir ki: .....Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələri hansı məqsədlə üzərində saxlaması dəqiqləşdirilsin, Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satıbsatmaması əməliyyat yolu ilə yoxlanılsın..... Məhkəmə diqqəti ona yönəltməyi zəruri hesab edir ki, həmin əməliyyat tapşırığına verilmiş cavab iş materiallarına əlavə edilməmişdir. Halbuki müstəntiq “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli qərarında həmin tapşırığa əsasən müsbət məlumatların əldə edilməməsi göstərmiş, lakin istinad olunan rəsmi sənəd mövcud olmamışdır. Bundan başqa, məhkəmə xüsusi olaraq da onu qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə ittiham irəli sürülmüş olsa da, həmin ittihamın sübut edilməsi üçün konkret əməliyyat və istintaq tədbirləri həyata keçirilməmiş, şəxsin üzərində aşkar edilmiş 9 büküm əsas götürülərək təqsirləndirilən şəxsə standart formada ittiham irəli sürülmüşdür. Belə ki, təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilərkən heç bir əməliyyat marağı kəsb edən məlumatlar aşkar edilmədiyindən həmin mobil telefon təqsirləndirilən şəxsin bacısına qaytarılmışdır. Bundan başqa iş üçün mühüm əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs məxsus olan mobil nömrələrə daxil və xaric olmuş zənglər, mesajlar, anten dairələri üzrə məlumatlar və həmin mobil nömrələrin kimə məxsus olduğu şəxslərə dair məlumatlar istintaq üçün maraqlı və əhəmiyyətli olmamış, bununla bağlı da həmin məlumatlar heç bir mobil rabitə vasitələrindən götürülməmişdir. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİİ bəndinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsassən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 7.0.20-ci maddəsinə əsasən ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Lakin hazırki cinayət işi üzrə ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini israr etmiş olsa da belə, iş materiallarına öz israrını əsaslandıra biləcək mötəbər sübut və dəlillərini əlavə edə bilməmişlər. Əksinə, məhkəmə istintaqı zamanı təqsirləndiriən Təqsirləndirilən şəxs narkotik vasitəni satması üçün bükümlərdən əlavə digər vasitələr, məsələn elektron tərəzi, sonra digər şəxslərlə, həm real, həm də şərti alıcılarla sövdələşməsi, belə sövdələşməni əks etdirən və sübut edən telefon zəngləri, sms mətnləri və ya anten dairələri əməliyyat tapşırığına əsasən müəyyən edilməmiş və mövcud olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Reüspublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağın olması onun cəzasını yüngəlləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin residivi ağırlaşdıran hallar kimi qiymətləndirilir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Əliyev X6 Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 500 manat cərimə cəzalarına məhkum edilmiş, 26 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyib və götürülməyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Tərtər Rayon Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il müddət keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və Bərdə Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 03 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Bundan başqa iş materiallarında olan 10 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində təmiz çəkisi 1,77 qram heroinin tədqiqatdan sonrakı qalığı 1,127 qram heroin olan 1 ədəd möhürlənmiş zərf saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 1,77 qram heroinin tədqiqat prosesində tədqiqata sərf olunduğundan qalıq olaraq 1,127 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 03 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 1,127 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-53/2023
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-53/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver