Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-53/2025 21.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 62, 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 05 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 6,52 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda, yəni təmiz çəkisi 0,343 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 21 noyabr 2024-cü il tarixdə saat 16:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Kətəlparaq kəndində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli gödəkçənin sol iç cibində olan 1(bir) ədəd siqaret qutusunun içərisində olan 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,52 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin həmin siqaret qutusunun içərisində olan 1(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,343 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. xx.xx.2024-cü il tarixdə Bərdə rayon Avtovağzalında olan olan zaman yerdən 1(bir) ədəd siqaret qutusu görmüşdür. Həmin kibrit qutusu diqqətini çəkidiyi üçün yerdən götürərək açıb içərisinə baxdıqda narkotik vasitə hesab edilən marixuana və narkotikə bənzəyən başqa bir kütlə olduğunu aşkar etmişdir. O, həmin siqaret qutusunu cibinə qoymuşdur. O, həmin marixuanadan bir dəfə istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında tapmış olduğu narkotik maddə hesab edilən marixuana və digər kütlə üzərində olarkən Bərdə rayonu, Kətəlpartaq kəndində tanımadığı 2 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdirlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu bildirmişdirlər və onlar birlikdə Bərdə RPŞ-yə gəlmişdir. Ona polis şöbsində heç bir təyziq göstərilməmiş və işgəncəyə məruz qalmamışdır. Hazırda törətdiyi cinayət əməlindən çox peşman olmasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xidməti ərazisində yaşadığından onu tanıyır. 21 noyabr 2024-cü il tarixdə Bərdə RPŞ-nin İTB-nin sahənin polis nəfəri Şahid2 ilə Bərdə rayonu Kətəlparaq kəndində xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını müəyyən etmişdirlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsi Bərdə RPŞ-nə gətirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq üzərindəki əşyaları təqdim etmişdir. Onun üzərindən çıxan 01 ədəd siqaret qutusunun içərisinə baxış keçirilmişdir. Siqaret qutusu açıldıqda içərisindən 01 ədəd kibrit qutusu çıxmışdır. Həmin kibrit qutusunda təxminən 9 qram maruxuana, 0.33 qram digər narkotik vasitə aşkar olunmuşdur. Həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs məhkum olduğuna görə nəzarətlərində olmuşdur, özünü şübhəli apardığı üçün onu tutmuşdurlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon PŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, krimnalistlin köməkçisidir, Bərdə rayon PŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. O, əməliyyatda iştirak etməmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış zamanı çəkilişi o aparmışdır. Təqsirləndirilən şəxs könüllü olaraq üzərindəki əşyaları təqdim etmişdir. Onun üzərindən çıxan 01 ədəd siqaret qutusunun içərisinə baxış keçirilmişdir. Siqaret qutusu açıldıqda içərisindən 01 ədəd kibrit qutusu çıxmışdır. Həmin kibrit qutusunda təxminən 9 qram maruxuana, 0.33 qram digər narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin İTB-nin inizabti sahənin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 21 noyabr 2024-cü il tarixdə Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid1 ilə Bərdə rayonu Kətəlparaq kəndində xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını müəyyən etmişdirlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsi Bərdə RPŞ-nə gətirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq üzərindəki əşyaları təqdim etmişdir. Onun üzərindən çıxan 01 ədəd siqaret qutusunun içərisinə baxış keçirilmişdir. Siqaret qutusu açıldıqda içərisindən 01 ədəd kibrit qutusu çıxmışdır. Həmin kibrit qutusunda təxminən 9 qram maruxuana, 0.33 qram digər narkotik vasitə aşkar olunmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan 22 noyabr 2024-cü il tarixli cinayət işi başlanması və aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 22 noyabr 2024-cü il tarixdə Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq istintaq aidiyyəti üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 6-44-cü vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb 21 noyabr 2024-cü il tarixdə saat 16:20 radələrində Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1(bir) ədəd siqaret qutusunun içərisində olan 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,52 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01(bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,343 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. Cinayət işinin 95-97, 108-110 vərəqələrində olan 11 noyabr 2024-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 18:05 dəqiqədən saat 18:20 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin İTB-nin inzibati sahənin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya iş üçün əhəmiyyət kəsb edə biləcək əlavə əşya və ya predmet varsa könüllü təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd Prima markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Daha sonra isə əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, sağ yan cibindən 01 ədəd alışqanı, 03 ədəd 1 manatlıq kağız pul əskinaslarını masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs “Prima” markalı siqaret qutusunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsdən aşkar edilmiş 01 ədəd siqaret qutusunun içərisinə baxış keçirilməsinə başlanmışdır. Siqaret qutusu açıldıqda içərisindən 04 ədəd siqaret kötüyü, 01 ədəd danışıq kartı, 01 ədəd kibrit qutusu və 01 ədəd sellofana bükülmüş maddə aşkarlanmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, marixuanaya bənzər kütlənin ümumi çəkisi kibrit qutusu ilə birlikdə 9,50 qram olması müəyyən edilmişdir. Sellofana bükülmüş kütlənin çəkisinin isə 0,33 qram olduğu müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilən hər 2 kütlə ayrı-ayrılıqda ağ rəngli zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, həmin zərfin üzəri şəxsi axtarış və götürmə istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirən zaman hər hansı bir əşya aşkar edilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Bərdə rayonu avtovağzalından tapdığını bildirmişdir. 21 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə “MP4” formatlı 01(bir) ədəd videofayl aşkar edilmişdir. Həmin “Təqsirləndirilən şəxs” adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 15 dəqiqə 01 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Həmin video görüntüdən görünmüşdür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin İTB-nin inzibati sahənin polis nəfəri, polis serjantı Şahid2 və Bərdə RPŞnin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CMin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X5 bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən izah edildikdən sonra üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirmişdir. Bunun ardınca təhqiqatçı Yusif Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd Prima markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Daha sonra isə əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd mobil telefonu, sağ yan cibindən 01 ədəd alışqanı, 03 ədəd 1 manatlıq kağız pul əskinaslarını masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs “Prima” markalı siqaret qutusunun içərisində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsdən aşkar edilmiş 01 ədəd siqaret qutusunun içərisinə baxış keçirilməsinə başlanmışdır. Siqaret qutusu açıldıqda içərisindən 04 ədəd siqaret kötüyü, 01 ədəd danışıq kartı, 01 ədəd kibrit qutusu və 01 ədəd sellofana bükülmüş maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisində mariuxana olduğunu bildirmişdir, ancaq sellofan bükümün içərisində nə olduğunu bilmədiyini söyləmişdir. Baxış zamanı kibrit qutusunun içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, marixuanaya bənzər kütlənin ümumi çəkisi kibrit qutusu ilə birlikdə 9,50 qram olması müəyyən edilmişdir. Sellofana bükülmüş kütlənin çəkisinin isə 0,33 qram olduğu müəyyən edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilən hər 2 kütlə ayrı-ayrılıqda ağ rəngli zərfdə qablaşdırılaraq DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, həmin zərfin üzəri şəxsi axtarış və götürmə istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində polis əməkdaşı Şahid2 tərəfindən şəxsi axtarış aparılmış, lakin əlavə heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd siqaret kötüyü, 01 ədəd danışıq kartı və 03 ədəd 1 manatlıq pul əskinasları sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bərdə rayonunda avtovağzalın yaxınlığında tapdığını bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs təhqiqatçı Yusif Əliyev tərəfindən əvvəllər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, tutularkən polis əməkdaşları tərəfindən hər hansı bir təyziq göstərilməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitə istifadə etdiyini bildirmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilmədiyini, heç bir şikayəti, etirazı və tələbi olmadığını bildirmişdir. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. Cinayət işinin 11-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 21 noyabr 2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin 56-57-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 noyabbr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 83-85-ci vərəqələrində olan 23 noyabr 2024-cü il tarixli 4(021)151/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 116-117-ci vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli 951 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 40-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 bölməsinin 22 noyabr 2024-cü il tarixli 16/1086 nömrəli rəyində göstərilmişdir ki; -Tədqiqata təqdim olunmuş, üzərində, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş n/v bənzər kütlə..” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,52 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş, üzərində, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş n/v bənzər kütlə..” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd ağ kağız bükümdə təmiz çəkisi 0,343 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Qeyd: Marixuananın təmiz çəkisi-6,52 qram, tədqiqata sərf edildi-0,03 qram, qalıq- 6,49 qramdır. Heroinin təmiz çəkisi-0,343 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,293 qram. (Aparılmış tədqiqatın dəyəri 60.80 manat təşkil edir) Cinayət işinin 118-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 15 yanvar 2025-ci il tarixli 62 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Cinayət işinin 99-104-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)-98/2022 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 105-107-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 7(021)-105/2022 saylı qərarının sürətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)-98/2022 saylı hökmü Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 il 11 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmənin bir gününə hesablanmaqla 01 il 05 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 112-115-ci vərəqələrində olan Salyan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 7(057)-830/2023 saylı qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 11 ay 04 gün hissəsi 01 il 05 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzası xx.xx.2024-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 01 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 90-92-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 62, 126.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 05 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəax edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 94-95-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18- 1-28/2-2350/2024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin narkoloji kabinetində “heroin” qəbulu diaqnozu ilə dispanser qeydiyyatındadır. Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 120-121-ci vərəqələrində olan Bərdə rayon İHB-nin Kələntərli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli 21 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 122-140-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 21 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,52 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertizadan sonrakı 6,49 qram qalıq hissəsi, ümumilikdə təmiz çəkisi 0,343 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 0,293 qram kustar üsulla hazırlanmış heroin və üzərinə şəxsi axtarış və götürülmə keçirilməsini özündə əks etdirən DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan marixuana saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin məhkəmənin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il 05 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 11 ay 04 gün hissəsi 01 il 05 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 01 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs iki il keçmədən, 21 noyabr 2024-cü il tarixdə yenidən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)-98/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsə də Təqsirləndirilən şəxs hazırki məhkumluğu Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 23 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində “həbs“ qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablanmış, Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “həbs“ qətimkan tədbiri 27 dekabr 2024-cü il tarixinədək uzadılmışdır. Bərdə Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Buna görə də Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 60,80 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 6,49 qram narkotik vasitə olan -qurudulmuş marixuana və 0,293 qram kustar üsulla hazırlamış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 –ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 6,49 qram narkotik vasitə olan -qurudulmuş marixuana və 0,293 qram kustar üsulla hazırlamış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 60.80 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-53/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-53/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver