Məhkəmə qərarları › İş №1(021)-54/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-54/2021

11.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-54/2021 11.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Zahid oğlunun, Müdafiəçilər X1 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun iştirakları ilə, 19.09.1990-cı il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, Bərdə rayon məhkəməsinin 13.05.2014-cü il tarixli hökmü ilə 237.1, 69.4-cü maddələri ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə 180.2.3 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il, 05 ay, 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 1 il müddətinə sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmiş, hazırda məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, H.Aslanov küçəsi ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1996-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxslə, saxlanc yerinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli yolla talayaraq təkrarən oğurluq cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 05 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən ərzaq mağazasına şüşənin sındırılması yolu ilə qanunsuz daxil olub həmin yerdən 400 (dörd yüz) manat nəğd pulu, 50 (əlli) manat dəyərində danışıq kartlarını, cəmi 192 manat (bir yüz doxsan iki) manat 60 qəpik dəyərində 10 ədəd “Vinston” markalı, 11 ədəd “LD” markalı, 10 ədəd “Vinçestr” markalı, 5 ədəd “Kent 4” markalı, 6 ədəd “Bakı” markalı, 10 ədəd “Pallmal” markalı, 8 ədəd “Klassik” markalı, 10 ədəd “Argo” markalı, 8 ədəd “Rotmans” markalı, 6 ədəd “Keno” markalı siqaretləri gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 642 (altı yüz qırx iki) mаnаt 60 qəpik miqdarında maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 10 noyabr 2020-ci il tarixdə, saat 05 radələrində, Bərdə rayonu, Cumalar kənd sakini Zərərçəkmiş şəxs1 məxsus Bərdə rayonu, Cumalar kəndində yerləşən ərzaq mağazasının qapısının qıfılını sındırılması yolu ilə qanunsuz daxil olub həmin mağazadan 30 ədəd 1 (bir) manatlıq, 15 ədəd 2 (iki) manatlıq, 10 ədəd 3 (üç) manatlıq, 10 ədəd 5 (beş) manatlıq, 18 ədəd 10 (on) manatlıq ümumilikdə (üç yüz iyirmi) manat dəyərində sim danışıq kartlarını, hər birinin dəyəri 3 (üç) manat 40 qəpik olmaqla 100 qutu “Kent 4” markalı, hər birinin dəyəri 3 (üç) manat 50 qəpik olmaqla 100 qutu “Sobranie” markalı, hər birinin dəyəri 1 (bir) manat 50 qəpik olmaqla 100 qutu “Bakı” markalı ümumilikdə 840 (səkkiz yüz qırx) manat dəyərində siqaretləri, hər birinin dəyəri 10 (on) manat olmaqla 10 ədəd “White water 0,75 lt” markalı, hər birinin dəyəri 13 (on üç) manat olmaqla 10 ədəd “White water 1 lt” markalı, hər birinin dəyəri 6 (altı) manat olmaqla 10 ədəd “Ağsu 0,7 lt” markalı, hər birinin dəyəri 6 (altı) manat olmaqla 10 ədəd “Çarskaya 0,5 lt” markalı ümumilikdə 350 (üç yüz əlli) manat dəyərində spirtli içkiləri, hər birinin dəyəri 1 (bir) manat olmaqla 30 ədəd “Fanta 1 lt” markalı, hər birinin dəyəri 1 (bir) manat olmaqla 30 ədəd “Coca-Cola 1 lt” markalı ümumilikdə 60 (altmış) manat dəyərində suları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 1570 (bir min beş yüz yetmiş) mаnаt miqdarında maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxslə, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 oğlu tamah niyyəti ilə qəsdən özgənin əmlakını talamaq məqsədilə 05 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Bərdə şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən ərzaq mağazasına şüşənin sındırılması yolu ilə qanunsuz daxil olub həmin yerdən 400 (dörd yüz) manat nəğd pulu, 50 (əlli) manat dəyərində danışıq kartlarını, cəmi 192 manat (bir yüz doxsan iki) manat 60 qəpik dəyərində 10 ədəd “Vinston” markalı, 11 ədəd “LD” markalı, 10 ədəd “Vinçestr” markalı, 5 ədəd “Kent 4” markalı, 6 ədəd “Bakı” markalı, 10 ədəd “Pallmal” markalı, 8 ədəd “Klassik” markalı, 10 ədəd “Argo” markalı, 8 ədəd “Rotmans” markalı, 6 ədəd “Keno” markalı siqaretləri gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 642 (altı yüz qırx iki) mаnаt 60 qəpik miqdarında maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə şəhərində anadan olmuş, subaydır, heç bir yerdə işləmir. O, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bərdə rayon məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün şərti sınaq müddəti cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilməmişdir. Onun pulu olmadığı üçün oğurluq etmək qərarına gəlib 05 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində dostluq münasibətində olduğu Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Bundan sonra onlar birlikdə fikirləşib oğurluq etmək qərarına gəlmişdir. Ü.Hacıbəyov küçəsində dayanmış, Erməni silahlı birləşmələri qəflətən həmin küçəni raket mərmiləri ilə atəşə tutmuşdur. Yolun qarşı tərəfində olan ərzaq mağazasının sahibinin mağazanın qapısını tələsik olaraq bağlayıb qaçdığını görmüşdür. Onlar fürsətdən istifadə edərək həmin mağazanın qarşısına getmişdir. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra mağazanın qapısının şüşəsini ayaqları ilə vuraraq sındırmışdır. Bundan sonra onlar mağazanın içərisinə daxil olmuşdur. Onlar mağazanın içərisində olan kassaya yaxınlaşıb pul olub-olmamasına baxmışdır. Kassada olan pulları və danışıq kartlarını tez bir zamanda götürmüşdür. Daha sonra piştaxtanın yanında olan siqaret qutularını götürərək çölə çıxmışdır. Həmin küçə ilə bir qədər getdikdən sonra mağazaların arxa tərəfinə keçmişdir. Həmin yerdə onlar oğurladıqları əşyaları və pulları bölüşmək qərarına gəlmişdirlər. Onlar pulları saydığı zaman 400 manat pul olduğunu görmüşdür. Daha sonra isə danışıq kartlarını və siqaret qutularını bərabər payda bölüşərək evə getmək qərarına gəlmişdir. O, həmin pulları öz mənafei üçün xərcləmişdir. Danışıq kartlarını və siqaretləri özü istifadə etmişdir. Bundan başqa, 10 noyabr 2020-ci il tarixdə, saat 05 radələrində Bərdə rayonu, Cumalar kəndinə piyada gedib həmin kəndin ərazisində yerləşən ərzaq mağazasının giriş qapısında qıfılın olduğunu və ətrafda heç kimin olmadığını görüb mağazanın qarşısına yaxınlaşmışdır. O, yerdən daş götürüb mağazanın qapısında olan qıfılı sındırıb içəri daxil olmuşdur. Həmin mağazanın içərisindən tez bir zamanda sim danışıq kartlarını, müxtəlif markalı siqaretləri, müxtəlif markalı suları və müxtəlif markalı spirtli içkiləri sellofan torbalara yığıb oradan uzaqlaşmışdır. Həmin mağazadan çıxdıqdan sonra yaşadığı evə gedib əşyalara baxan zaman 30 ədəd 1 (bir) manatlıq, 15 ədəd 2 (iki) manatlıq, 10 ədəd 3 (üç) manatlıq, 10 ədəd 5 (beş) manatlıq, 18 ədəd 10 (on) manatlıq sim danışıq kartların, 100 qutu “Kent 4” markalı, 100 qutu “Sobranie” markalı, 100 qutu “Bakı” markalı siqaretlərin, 10 ədəd “White water 0,75 lt” markalı, 10 ədəd “White water 1 lt” markalı, 10 ədəd “Ağsu 0,7 lt” markalı, 10 ədəd “Çarskaya 0,5 lt” markalı spirtli içkilərin, 30 ədəd “Fanta 1 lt” markalı və 30 ədəd “Coca-Cola 1 lt” markalı suların olduğunu görmüşdür. Lakin bu barədə ailə üzvlərinin məlumatı olmamışdır. Hazırda əməlindən peşman olduğunu , zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirdi. Təqsirləndirilən şəxs1 oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 oktyabr 2020-ci il tarixdə, saat 11 radələrində dostluq münasibətində olduğu Bərdə şəhər sakini Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. O, Vüsala pulu olmadığını, pul tapmasını bildirmişdir. Vüsal ona pulu olmadığını, oğurluq etmək istədiyini bildirmişdir. Bundan sonra onlar birlikdə fikirləşib oğurluq etmək qərarına gəlmişdir. Onlar Ü.Hacıbəyov küçəsində dayanmış, erməni silahlı birləşmələri qəflətən həmin küçəni raket mərmiləri ilə atəşə tutmuşdur. Yolun qarşı tərəfində olan ərzaq mağazasının sahibinin mağazanın qapısını tələsik olaraq bağlayıb qaçdığını görmüşdür. Onlar fürsətdən istifadə edərək həmin mağazanın qarşısına getmişdir. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra mağazanın qapısının şüşəsini ayaqları ilə vuraraq sındırmışdır. Bundan sonra onlar mağazanın içərisinə daxil olmuşdur. Onlar mağazanın içərisində olan kassaya yaxınlaşıb pul olub-olmamasına baxmışdır. Kassada olan pulları və danışıq kartlarını tez bir zamanda götürmüşdür. Daha sonra piştaxtanın yanında olan siqaret qutularını götürərək çölə çıxmışdır. Həmin küçə ilə bir qədər getdikdən sonra mağazaların arxa tərəfinə keçmişdir. Həmin yerdə onlar oğurladıqları əşyaları və pulları bölüşmək qərarına gəlmişdir. Onlar pulları saydıqları zaman 400 manat pul olduğunu görmüşdür. Daha sonra isə danışıq kartlarını və siqaret qutularını bərabər payda bölüşərək evə getmək qərarına gəlmişdir. O, həmin pulları öz mənafei üçün xərcləmişdir. Danışıq kartlarını və siqaretləri özü istifadə etmişdir. O, Vüsalla görüşmək istədikdə o, Bakı şəhərinə getdiyini, oğurladıqları pulu Bakıda xərcləyəcəyini bildirmişdir. Bundan sonra, 17 yanvar 2021-ci il tarixdə Bərdə RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq adı istintaqda ona məlum olan Zərərçəkmiş şəxs2 məxsus mağazadan 400 (dörd yüz) manat nəğd pulun, 50 (əlli) manat dəyərində danışıq kartlarının, 200 (iki yüz) manat dəyərində siqaretlərin oğurlanmasında şübhəli olduğunu bildirmişdir. Həmin əməkdaşlar onu Bərdə RPŞ-nin İstintaq bölməsinə təhvil vermişdir. Hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə almağı məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun təqsirli olmaları özlərinin ifadələri ilə yanmaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, о, Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri, Gəncə küçəsi ev 1-də ailə üzvləri ilə birlikdə yaşayır. Onun Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində ərzaq mağazası vardır. O, həmin mağazanı 250 manat müqabilində Emin adlı şəxsdən icarəyə götürmüşdür. Emin adlı şəxsin həmin mağazanın yanında apteki olduğunu bildirmişdir. 05 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində erməni silahlı birləşmələri Bərdə şəhərini raket atəşinə tutduğundan tez bir zamanda ərzaq mağazasının qapısını bağlayıb evə getmişdir. Bir qədər sonra Emin onun mobil telefonuna zəng edərək ərzaq mağazasının şüşəsinin sındığını, naməlum şəxs və ya şəxslərin həmin mağazadan oğurluq etdiyini bildirmişdir. Bundan sonra o, tez bir zamanda ərzaq mağazasına getmişdir. O, mağazaya çatdıqda qapının şüşəsinin sındığını görmüş, qapını açar ilə açaraq mağazanın içərisinə daxil omuşdur. Mağazanın içərisi həmin vaxt dağınıq vəziyyətdə olmuşdur. O, pulları qoyduğu yerə baxan zaman 400 manat pulunun yerində olmadığını görmüşdür. Daha sonra piştaxtanın üzərində saxladığı cəmi 50 manat dəyərində danışıq kartlarının və 10 ədəd Winston markalı, 11 ədəd LD markalı, 10 ədəd Winchester markalı, 5 ədəd Kent 4 markalı, 6 ədəd Bakı markalı, 10 ədəd Palmall markalı, 8 ədəd Klassik markalı, 10 ədəd Argo markalı, 8 ədəd Rottmans markalı, 6 ədəd Keno markalı siqaretlərin oğurlandığını bilmişdir. Ona oğurluq nəticəsində cəmi 650 manat maddi ziyan dəymişdir. İstintaq dövründə oğurluq edən naməlum şəxslərin Vüsal və Həsən olduğunu bilmişdir. O məhkəməyə ərizə verərək səhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildrmiş, ziyanın ödənildiyini qeyd etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Cumalar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. «N» saylı hərbi hissədə müddətdən artıq hərbi qulluq edir. Həmçinin yaşadığı kənddə özünə məxsus ərzaq mağazası var. Həmin mağazanı anası işlədir.Müharibə şəraiti ilə əlaqədar validyenlərihəmin ərzaq mağazasının giriş qapısını qıfılla və pəncərəsini bağlayıb Bakı şəhərinə getdiyini, yaşadıqları evə və mağazaya heç kimin nəzarət etmədiyini bildirmişdir. 10 noyabr 2020-ci il tarixdə anası ona zəng edərək yaşadığı kənddən ona zəng gəldiyini, ona məxsus mağazanın qapısının qıfılının sındırıldığını və mağazanın içərisindən oğurluq olduğunu bildirmişdir. Bundan sonra, o, həmin gün yəni, 10 noyabr 2020-ci il tarixdə yaçadığı kəndə gələrək mağazanın qarşısına getmişdir. Həmin vaxt mağazanın giriş qapısının qıfılının sındırıldığını görmüşdür. Mağazanın içərisinə daxil olduqdan sonra 30 ədəd 1 (bir) manatlıq, 15 ədəd 2 (iki) manatlıq, 10 ədəd 3 (üç) manatlıq, 10 ədəd 5 (beş) manatlıq, 18 ədəd 10 (on) manatlıq sim danışıq kartlarının, hər birinin dəyəri 3 (üç) manat 40 qəpik olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat dəyərində 100 qutu “Kent 4” markalı, hər birinin dəyəri 3 (üç) manat 50 qəpik olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat dəyərində 100 qutu “Sobranie” markalı, hər birinin dəyəri 1 (bir) manat 50 qəpik olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat dəyərində 100 qutu “Bakı” markalı siqaretlərin, hər birinin dəyəri 10 (on) manat olmaqla ümumilikdə 100 (bir yüz) manat dəyərində 10 ədəd “White water 0,75 lt” markalı, hər birinin dəyəri 13 (on üç) manat olmaqla ümumilikdə 130 (bir yüz otuz) manat dəyərində 10 ədəd “White water 1 lt” markalı, hər birinin dəyəri 6 (altı) manat olmaqla ümumilikdə 60 (altmış) manat dəyərində 10 ədəd “Ağsu 0,7 lt” markalı, hər birinin dəyəri 6 (altı) manat olmaqla ümumilikdə 60 (altmış) manat dəyərində 10 ədəd “Çarskaya 0,5 lt” markalı spirtli içkilərin, hər birinin dəyəri 1 (bir) manat olmaqla ümumilikdə 30 (otuz) manat dəyərində 30 ədəd “Fanta 1 lt” markalı, hər birinin dəyəri 1 (bir) manat olmaqla ümumilikdə 30 (otuz) manat dəyərində 30 ədəd “Coca-Cola 1 lt” markalı suların oğurlandığını görmüşdür. Buna görə də, həmin gün Bərdə rayon polis şöbəsinəgələrək bu barədə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1570 (bir min beş yüz yetmiş) manat maddi ziyan dəymişdir. O məhkəməyə ərizə verərək təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmadığını bildrmiş, ziyanın ödənildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadəsində göstərdi ki, o, Bərdə rayonunda doğulmuş, Hal-hazırda, Bərdə şəhəri Gəncə küçəsi ev 53-də ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun oğludur. Əvvəllər bir neçə dəfə etdiyi oğurluq əməllərinə görə İXM-nin 227-ci maddəsi ilə ona inzibati həbs cəzası verildiyini demişdir. 2020ci ilin noyabr ayında Bərdə RPŞ-nin əməkdaşları yaşadıqları evə gəldiyini, oğlu Həsənin Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən ərzaq mağazasından Bərdə şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etdiyini ona bildirmişdir. O, oğlundan bu barədə soruşduqda o, Vüsal ilə ərzaq mağazasından Erməni silahlı birləşmələrinin Bərdə şəhərini raket atəşinə tutduğu gün oğurluq etdiyini demişdir. O, Həsəndən həmin mağazadan nə oğurladığını soruşmuş, ona həmin mağazadan müxtəlif markalı siqaretlər, danışıq kartları və nəğd pul oğurladıqlarını, daha sonra isə Vüsal ilə aralarında bölüşdüklərini demişdir. Oğurlamış olduğu siqaret, danışıq kartı və pulları bölüşdükdən sonra özü üçün istifadə etdiyini bildirmişdir. Oğlu Həsən əməlindən peşman olduğunu, bir daha oğurluq əməli etməyəcəyinə dair ona söz vermişdir. O, Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs2 onun oğlundan artıq heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin 36-37-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli 3(021)146/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir. Cinayət işinin 112-cu vərəqəsində olan Bərdə Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli 3(021)1377/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir. Cinayət işinin 113-114-cü vərəqələrində olan 05.12.2020-ci il tarixli qətimkan tədbirinin rədd edilməsi haqqında qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli 3(021)1377/2020 saylı qərar ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati tənbeh-həbs tətbiq edilməsi nəzərə alınaraq həmin cinayət işi üzrə onun barəsində inzibati həbs başa çatana qədər müvafiq qətimkan tədbiri seçilməmişdir. Cinayət işinin 180-181-ci vərəqələrində olan 03 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cildinin 220-221-ci vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək ona Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 1(021)54/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli 3(021)1207/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 27.09.2021-ci il tarixli məktubundan görünür ki, Bərdə Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli 3(021)1207/2021 saylı qərarına münasibətdə bildirmişlər ki, Təqsirləndirilən şəxs2 22.09.2021-ci ildə tutularaq barəsində 02 ay müddətinə inzibati tənbeh-həbs seçilərək Bərdə RPŞ-nə MSY-nə təhvil verilmişdir. Cinayət işinin 187-192-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 1(021)65/2020 saylı 21 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.3 və 180.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 23 fevral 2020-ci il tarixindən 25 fevral 2020 -ci il tarixinədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı onun üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CMnin 70-ci maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Cinayət işinin 173-cü vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası şəhər Poliklinikasının 219 saylı, 03.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ruhi-əsəb kaibinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon məhkəməsinin 13.05.2014-cü il tarixli hökmü ilə 237.1, 69.4-cü maddələri ilə təqsirli bilinərək 800 manat cərimə cəzasına məhkum edilmiş, Bərdə rayon məhkəməsinin 21 may 2020-ci il tarixli hökmü ilə 180.2.3 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il, 05 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası verilmiş, 1 il müddətinə sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilmişdir. Cinayət işinin 169-cu vərəqəsində olan Bərdə şəhər İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 mənfi xarakteriza olunmuşdur. Cinayət işinin cildinin 96-97-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 123-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 17 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin cildinin 139-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan 19 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cildinin 208-209-cu vərəqələrində olan təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli 3(021)137/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 ay 01 gün müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 24.02.2020-ci il tarixli 3(021)137/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 ay müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir. Cinayət işinin materiallarında olan Bərdə Rayon Məhkəməsinin 20.02.2021-ci il tarixli 3(021)185/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 ay müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir. Cinayət işinin 175-ci vərəqəsində olan Bərdə rayon Mərkəzi Xəstəxanası şəhər Poliklinikasının 2020 saylı, 03.02.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Ruhi-əsəb kaibinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinin 86-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 90-cü vərəqəsində olan Bərdə Şəhər İcra Nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 187-190-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.12.2020-ci il tarixli 9/5239 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 10 adda siqaretlərin 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada təxminən 192,60 manat müəyyən edilir. Həmin siqaretlərin ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin 192-195-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05.12.2021-ci il tarixli 9/543 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif adda malların 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 1570 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəni təsiq etdiyini, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyini qeyd edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və yələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 oğlu məhkəmə iclasına gələ bilmədiyini qeyd edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı heç bir şikayət və yələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və onlar müvafiq olaraq qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi əməldən peşman olmasını, gənc olmasını, ziyanın ödəməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını cinayətin residivi, cinayətin müharibə vaxtı törədilməsini ağırlaşdıran hallar kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4 -cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının CM-nin 180.2.3 və 180.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən 23 fevral 2020-ci il tarixindən 25 fevral 2020 -ci il tarixinədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı onun üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Məhkəmə qeyd edir ki, Bərdə rayon Məhkəməsinin 1(021)65/2020 saylı 21 may 2020-ci il tarixli hökmü ilə ona sınaq müddəti təyin edilməklə şərti olaraq azadlıqdan məhrumetmə cəzası verildiyindən, onun barəsində sınaq müddəti başa çatmadan yenidən cinayət törətdiyindən onun əməli hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residivlik yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1- ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, Bərdə rayon Məhkəməsinin hökmü ilə şərti sınaq müddəti təyin edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, hazrda həmin cəzanın çəkilib qurtarılmamasını, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 22 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 ay müddətinə inzibati həbs seçilməsi nəzərə alınaraq inzibati həbs müddəti bitənə qədər təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri seçilməmiş, 05 dekabr 2020ci il tarixdə CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş, 05 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2 ay müddətinə inzibati həbs seçilmiş, inzibati həbs müddəti bitənə qədər təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində qətimkan tədbiri seçilməmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək istintaq ********* nömrəli cinayət işi üzrə davam etdirilmiş, 03 fevral 2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək və əlavələr edilərək tərəfimdən ona 06 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, 03 fevral 2021-ci il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 1(021)54/2021 saylı qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 22.09.2021-ci il tarixli 3(021)1207/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 ay müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs2 cinayət işi üzrə deyil, inzibati işlə əlaqədar həbsdə saxlanılmışır. Yəni Bərdə Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 1(021)54/2021 saylı qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsə də həmin həbs qətimkan tədbirinə münasibətdə inzibati tənbeh- həbs seçildiyinə görə real icra olunmamışdır. Bu barədə Bərdə rayon Polis Şöbəsi tərəfindən ünvanlanmış məktubdan da görünür ki, Bərdə Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli 1(021)54/2021 saylı qərarı icra olunmadan geri qaytarılmışdır. Beləliklə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 həbs qətimkan tədbiri üzrə real olaraq azadlıqdan məhrum edilməmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Bərdə Məhkəməsinin 1(021)65/2020 saylı 21.05.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.3 və 180.2.4 -cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 23 fevral 2020-ci il tarixindən 25 fevral 2020 -ci il tarixinədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmə cəzasının 01 (bir) gününə bərabər olmaq hesabı onun üzərində qəti olaraq 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 (bir) il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Bərdə Məhkəməsinin 1(021)65/2020 saylı 21.05.2020-ci il tarixli hökmünə əsasən verilmiş sınaq müddəti başa çatdığından 11 iyun 2021-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs2 tərəfindən törədilən cinayət, Bərdə Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli hökmündən sonra baş vermişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 71.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bərdə Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli hökmü ilə üzərində saxlanılmış 1 il sınaq müddəti ilə şərti olaraq təyin edilmiş 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə ləğv edilməklə Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri icra olunmadığından məhkəmə iclas zalından dərhal həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu tarixdən, yəni 11 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 əməli residiv kimi qiymətləndirildiyindən ona cəza təyin olunarkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsi nəzərə alınmalıdır. Belə ki, həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin olunarkən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkumluğunun olmamasını, törətdiyi əməldən peşman olmasını, ziyanın ödəməsini, zərərçəkmiş şəxslə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayəti müharibə şəraitində törətməsi ağırlaşdıran hal kimi müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ziyanın ödənilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılıması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılıması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı və azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 17 yanvar 2021-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 19 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə ” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı iki gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 100 (yüz) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 71.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 1 il sınaq müddəti ilə şərti olaraq təyin edilmiş 3 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə ləğv edilməklə Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal həbs edilsin və cəzasının əvvəli 11 noyabr 2021- ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun 17 yanvar 2021-ci il tarixindən 19 yanvar 2021-ci il tarixinədək kimi həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlundan müştərək qaydada 100 (yüz) manat ekspertiza tədqiqatlarının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar