Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-54/2022 12.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs (Hacıyevanın) iştirakı ilə xx xxxxxx 1972-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri, Sabir küçəsi ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ona görə ittiham elan edilmişdir ki, cavabdeh kimi ondan 02.11.2017-ci il tarixdən hesablanmaqla 25.05.2005-ci il təvəllüdlü X2 və 19.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Səlimova (Hacıyeva) Həyat Əmir qızına ödənilməsi və dövlət rüsumu hesabına 30,00 manat alınaraq dövlət büdcəsinə verilməsi barədə Bərdə Rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli, 2(021)-6157/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 3(021)- 638/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, 12.06.2019-cu il, 12.07.2019-cu il, 30.07.2019-cu il, 20.08.2019-cu il, 07.10.2019-cu il, 25.10.2019-cu il, 11.01.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25.08.2021-ci il tarixədək 9000,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Səlimova (Hacıyeva) Həyat Əmir qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Bərdə şəhər meyvə bazarında fəhlə işləyir. Hacıyeva (Səlimova) Həyat Əmir qızı ilə 2002-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada 2003-cü ilin əvvəllərində qeyd etdirmişlər. Birgə nikahdan üç uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğundan, 2012ci ildə Həyat Hacıyeva (Səlimova) uşaqları Türkan və Fatiməni götürüb anasının yaşadığı evə getmiş, X5 adlı uşaqları isə onun yanında qalmışdır. Bundan sonra dəfələrlə Həyatdan qayıtmasını xahiş etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də X13 Rayon Məhkəməsinə aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı müraciət etmiş, məhkəmədə aralarında olan nikahın pozulması və aliment tələbinə dair qətnamə qəbul edilmiş, qətnamənin icrasını təmin etmədiyinə görə CM-nin 306.1-ci maddəsi ilə ona ittiham elan olunmuş və cəza verilməsi üçün məhkəməyə göndərilmişdir. X10 borcunu tamamilə ödədiyinə görə Bərdə Rayon Məhkəməsinin 07.11.2018-ci il tarixli qərarı ilə barəsində olan cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad olunmuşdur. Bundan sonra Bərdə Rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli, 2(021)-6157/2017 saylı qətnaməsinə əsasən ondan 02.11.2017-ci il tarixdən hesablanmaqla Türkan və Fatimənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Səlimova (Hacıyeva) Həyat Əmir qızına verilməsi qət edilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsindən ona alimentin ödənilməsi barədə bildiriş xəbərdarlıqlar verilmişdir. Lakin alimentin ödənilməsini təmin etməmişdir. Belə ki, bazarda fəhlə işləməklə aylıq 150-200 manat qazanc əldə edərək öz təlabatına xərcləyir. Onun himayəsində qalan uşağı Əflatun 4-cü dərəcəli “Kifoz” xəstəliyindən əziyyət çəkdiyindən 2019-cu ildə onun müalicəsinə 5000-6000 manat arası pul xərcləmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq aliment borcunu ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Səlimova (Hacıyeva) Həyat Əmir qızı ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2003-cü ilin əvvəllərində faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və həmin ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2003-cü ildə Əflatun, 2005-ci ildə Türkan, 2010-cu ildə Fatimə adlı 3 uşaqları olmuşdur. 2012-ci ildə Təqsirləndirilən şəxs ilə aralarında yaranan narazılıqlara görə yaşadıqları Bərdə şəhəri, Sabir küçəsi 14 saylı evdən çıxaraq ata evinə qayıtmışdır. Bərdə Rayon Məhkəməsinin 26.04.2012-ci il tarixli qətnaməsi üzrə 3 uşağın saxlanılması üçün qət olunmuş hər ay hər uşağa 30,00 manat alimenti ödəmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunsada, məhkəmədə işə baxılarkən həmin qətnamə üzrə olan borcunu ödədiyindən onun barəsində olan cinayət işinə xitam verilmişdir. Nicatla birgə nikahdan olan Əflatуn adlı uşaqları atasının yanında qaldığından Nicata qarşı məhkəmədə iki uşağın, yəni Türkan və Fatimənin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün alimentin miqdarının artırılması tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(021)-6157/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02.11.2017-ci il tarixdən hesablanmaqla 25.05.2005-ci il təvəllüdlü X2 və 19.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilmiş, izahatı alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 3(021)-638/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 25.08.2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 9000,00 manat borcunu ödəməmişdir. Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli, 2(021)-6157/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02.11.2017-ci il tarixdən hesablanmaqla 25.05.2005-ci il təvəllüdlü X2 və 19.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Səlimova (Hacıyeva) Həyat Əmir qızına verilməlidir. İcra sənədi 06.11.2017-ci il tarixdə şöbəyə daxil olmuş və icraata başlanılmışdır. Başlanılmış icraat zamanı borclu tərəfindən tələbkarın bildirdiyinə görə onun xeyrinə qismən aliment ödənilmiş lakin sonralar aliment ödənişləri olmamışdır. Borclu 15.07.2019-cu il tarixdə şöbəyə çağırılmış və ondan alimentin ödənilməsi tələb edilmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində 15.07.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş və Bərdə Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 3(021)-638/2019 saylı qərarına əsasən borclu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tələbkar 01.02.2021ci il tarixdə müraciət edərək borclunu cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Borclunun 25.08.2021-ci il tarixədək tələbkara 9000,00 manat məbləğində aliment borcu yaranmışdır. Borclunun məhkəmə qərarını icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilməsi və cinayət məsuliyyəti barədə xəbərdarlıqlara məhəl qoymayaraq tələbi təmin etməməsi onun məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmasına dəlalət edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, zərərçəkmiş şəxs Səlimova (Hacıyeva) Həyat Əmir qızı bacısıdır. Bacısı Həyat 2003-cü ilin əvvəllərində Təqsirləndirilən şəxs ilə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və həmin ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2003-cü ildə Əflatun, 2005-ci ildə Türkan, 2010-cu ildə Fatimə adlı 3 uşaqları olmuşdur. 2012-ci ildə aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Bacısının Nicatla birgə nikahdan olan Əflatun adlı uşağı atasının yanında qaldığından Nicata qarşı məhkəmədə iki uşağın, yəni Türkan və Fatimənin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün alimentin miqdarının artırılması tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(021)-6157/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02.11.2017-ci il tarixdən hesablanmaqla 25.05.2005-ci il təvəllüdlü X2 və 19.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Səlimova (Hacıyeva) Həyat Əmir qızına verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən Bərdə Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 3(021)-638/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs bacısına 9000,00 manat borcu qalmış, sonuncu borcunu ödəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə yaxın qohumdurlar. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs 2003-cü ilin əvvəllərində faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və elə həmin ildə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2003-cü ildə Əflatun, 2005-ci ildə Türkan, 2010-cu ildə Fatimə adlı 3 uşaqları olmuşdur. Zərərçəkmiş şəxs 2012-ci ildə Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları Bərdə şəhəri, Sabir küçəsi 14 saylı evdən çıxaraq ata evinə qayıtmışdır. Dayısı oğlu Nicat ilə Zərərçəkmiş şəxs birgə nikahdan olan Əflatun adlı uşaqları Nicatın yanında qalmış, iki qız uşağını isə Həyat özü ilə aparmışdır. Zərərçəkmiş şəxs dayısı oğlu Nicata qarşı məhkəmədə iki uşağın, yəni Türkan və Fatimənin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün alimentin miqdarının artırılması tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(021)-6157/2017 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02.11.2017-ci il tarixdən hesablanmaqla 25.05.2005-ci il təvəllüdlü X2 və 19.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Həyata verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qətnamənin icrasını təmin etmədiyindən Bərdə Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 3(021)-638/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs himayəsində qalan oğlu Əflatun skolioz xroniki xəstə olduğundan bir neçə dəfə Nicat cəmi təxminən 4000-5000 manat məbləğində ona pul vermişdir ki, oğlunu həkimə aparsın və müalicəsini etdirsin. Özü də həmin pulu Əflatunun müalicəsinə xərcləmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-6157/2017 saylı 02 noyabr 2017-ci il tarixli qətnaməsinin surətindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, 25.05.2005-ci ildə anadan olmuş X2 və 19.04.2010-cu ildə anadan olmuş X1 üçün Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 26 aprel 2012-ci il tarixli, 2(021)-620/2012 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat məbləğində müəyyən edilməklə Təqsirləndirilən şəxs tutulub X6 xeyrinə ödənilməsi, cavabdeh Təqsirləndirilən şəxs dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 3(021)-638/2019 saylı 15 iyul 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10(on) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. Həbsetmənin əvvəli 15 iyul 2019-cu il tarixdən saat 1506-dan hesablanmışdır. İş materiallarında olan cinayət məsuliyyətinə cəlb olunması haqqında 315165/04 saylı 30.07.2019, 20.08.2019, 07.10.2019 və 25.10.2019-cu il tarixli xəbərdarlıqların surətindən müəyyən olunur ki, icra sənədi üzrə aliment borcunu ödəmək üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 gün yeni müddət müəyyən edilmişdir. Bu müddət ərzində icra sənədinin icrası təmin edilməzsə, ona Azərbaycan Respublikasının CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq istintaq orqanına təqdimat veriləcəyi izah edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-131/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ona 02 aprel 2012-ci il tarixdən 25 aprel 2018-ci il tarixədək verilmiş ittiham üzrə aliment borcunu ödədiyindən onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 25.04.2018-ci il tarixdən hesablanmaqla 25.05.2005-ci il təvəllüdlü X2 və 19.04.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Səlimova (Hacıyeva) Həyat Əmir qızına ödənilməsi və dövlət rüsumu hesabına 30,00 manat alınaraq dövlət büdcəsinə verilməsi barədə Bərdə Rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli, 2(021)- 6157/2017 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 15.07.2019-cu il tarixli, 3(021)-638/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, 12.06.2019-cu il, 12.07.2019-cu il, 30.07.2019-cu il, 20.08.2019-cu il, 07.10.2019-cu il, 25.10.2019-cu il, 11.01.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 25.08.2021-ci il tarixədək 8000,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Səlimova (Hacıyeva) Həyat Əmir qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 18.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının şəhər icra nümayəndəsinin 24 yanvar 2020-ci il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Sabir küçəsində yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Şəhərdə keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirləndirilən şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər də məhkəmənin qeyd olunan qətnaməsindən qərəzli olaraq boyun qaçırdığını nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 07 dekabr 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə tutularaq Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 09 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində 09 dekabr 2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan X7 azad etmə haqqında 09 dekabr 2021-ci il tarixli qərardan müəyyən olunur ki, Hacıyev X4 Saxlama Yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-54/2022 saylı 16 mart 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən, xx.xx.1972-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə şəhəri, Sabir küçəsi ev 4-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 22 mart 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə tutularaq Bərdə rayon Polis şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 22 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs - Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 07 dekabr 2021-ci ildən 09 dekabr 2021-ci ilədək həbsdə olduğu 02(iki) gün müddət təyin edilmiş ümumi cəzadan çıxılmaqla ona 09(doqquz) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 mart 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-54/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-54/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver