Məhkəmə qərarları › İş №1(021)-55/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-55/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-55/2021 29.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilən, cəzasının çəkilməmiş hissəsi Bərdə Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənməmiş və götürülməmiş, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 02 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri Çay Sahili küçəsində yerləşən nömrəsiz evə darvazadan qanunsuz daxil olub, evin həyətində yerləşən əl damının qapısının qıfılına dəmir parçası ilə fiziki güc tətbiq edib, qapının qıfılını qıraraq qapıdan əl damına daxil olmaqla 170 manat dəyərində 01 ədəd qaynaq aparatını, 50 manat dəyərində 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 4 manat dəyərində 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 4 manat dəyərində 01 ədəd 24-27 ölçüdə çilingər haçarı, 01 ədəd 25 manat dəyərində “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 manat dəyərində 60 metr uzunluqda kabeli və 01 ədəd 250 manat dəyərində “Niva” markalı avtomobilin ötürücüsünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs 567 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır, onun Azər ilə dostluq münasibəti var. 02 sentyabr 2020-c il tarixdə saat 16 radələrində pula olan ehtiyyacını ödəmək üçün o, taksi olan Şahid1 idarə etdiyi “VAZ 2106” markalı avtomobil yaxınlaşaraq onu “Köhnə bazar” deyilən yerə aparmasını bildirmişdir. Orada o, avtomobildən düşüb telefon düzəldən ustayla maraqlanmağa başlamışdır. O, orada usta tapa bilmədiyi üçün avtomobilə geri qayıdıb onu “Avtomobil bazarı” istiqamətində idarə etməsini demişdir. “Avtomobil bazarına” çatmamış, sola dönməyi xahiş etmişdir. Saat təxminən 18 radələrində Çay sahili küçəsində yerləşən Azərə məxsus həyət evininin içərisinə sürdürüb avtomobili orada saxlatmışdır. Evin qapısı açıq olmuşdur. Evin həyətində olan əl damına yaxınlaşmışdır. Bu zaman Yunis avtomobildə oturmuş olmuşdur. O, yerdən gizlincə dəmir parçasını götürüb əl damının qapısında asılan qıfılı açmışdır. O, qıfılı açdıqdan sonra əl damına daxil olub əldə düzəlmə 01 ədəd qaynaq aparatı, 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 01 ədəd 24-27 ölçüdə çilingər haçarını, 01 ədəd “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 metr uzunluqda kabel və 01 ədəd “Niva” markalı avtomobilin ötürücüsü götürüb Yunisin avtomobilin yük hissəsinə qoymuşdur. Bu zaman Yunis onun oğurluq etməyindən xəbəri olmamışdır. O, əşyaları yük hissəsinə qoyduqdan sonra avtomobili Alaçadırlı yolundan olan metal qəbulu emalathasına idarə etməsini demişdir. Həmin emalathanada Baba adlı şəxs metalaları ondan almamışdır. Bundan sonra o, Güloğlular kəndində yerləşən metal qəbulu emalathasına idarə etməsini demişdir. Güloğlular kəndində Sənan adlı şəxs dəmirləri ondan 85 manat müqabilində almışdır. Bundan sonra o, taksi olan Yunisin 12 manat pulu vermişdir. O, yerdə qalan 73 manat pulu isə içki və siqaretə xərcləmişdir. Şahid1 onun Azərin həyətindən oğuruluq etməsindən xəbəri olmamış, Şahid1 onun Azərə məxsus evin həyətində olan qıfılı sındırmağını görməmiş, 400 manat dəyərində əldə düzəlmə 01 ədəd qaynaq aparatı, 100 manat dəyərində 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 5 manat dəyərində 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 5 manat dəyərində 01 ədəd 24-27 ölçüdə çilingər haçarını, 01 ədəd 50 manat dəyərində “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 manat dəyərində içərisi mis olan 60 metr kabel və 01 ədəd 100 manat dəyərində “Niva” markalı avtomobilin ötürücüsü o, Sənana satarkən Sənanın bu əşyaların oğurluq olmasında xəbəri olmamışdır. Azər onun icazəsiz evinə getməyinə icazə verməmişdir. O, əl damının qıfılını sındırdıqdan sonra qıfılı həyətin yaxınlığına atmış, qıfılın yerini bilmir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, onun Bərdə rayonu, Çay sahili küçəsində yerləşən fərdi yaşayış evi var. Həmin evdə o, 2012-ci il tarixdən dəri sexi kimi istifadə edir. Lakin 2012-ci il tarixdən sonra sexin fəaliyyatı dayandıqdan sonra evin həyətyani sahəsində o, meyvə ağacları becərərək həmin meyvələri satırdı. Bundan əlavə o, evin həyətində toyuq-cücə saxlayır. Mən, hər həftə iki-üç gündən bir həmin evə baş çəkir. 02 sentyabr 2020-ci il tarixdə saat 16:00 radələrində o, Çay sahili küçəsində yerləşən evinə gedib baş çəkmişdir. Həmin vaxt o, ağaclara su, toyuq-cücəyə isə yem vermişdir. Bundan sonra saat 17:30 radələrində evdən çıxıb yaşadığı Gəncə küçəsində yerləşən evinə getmişdir. Saat 18:30 radələrində yenidən Çay sahili küçəsində yerləşən evinə getdikdə evin həyətində olan əl-damının qapısının qıfılının sındırıldığını görmüşdür. O, əl damının içərisinə baxdıqda 400 manat dəyərində əldə düzəlmə 01 ədəd qaynaq aparatı, 100 manat dəyərində 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 5 manat dəyərində 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 5 manat dəyərində 01 ədəd 24-27 ölçüdə çilingər haçarını, 01 ədəd 50 manat dəyərində “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 manat dəyərində içərisi mis olan 60 metr kabel və 01 ədəd 100 manat dəyərində “Niva” markalı avtomobilin ötürücüsü oğurlandığını görmüşdür. Bundan sonra 03 sentyabr 2020-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə gələrək oğurluq hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona vurulmuş zərər ödənldiyindən və oğurlanmış mallar ona qaytarıldığından təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Qaradağlı kənd sakini Həmzə adlı şəxsi uşalıqdan tanıyar. Onun Həmzə ilə yaxın münasibəti yoxdur. Onun “VAZ 2106” markalı ** BG *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili var. O, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 02 sentyabr 2020-ci il tarixdə saat 15 radələrində o, Bərdə rayonu, H.Əliyev prospektində yerləşən 1 nömrəli məktəbin qarşısında dayanarkən Həmzə onun yanıma gələrək Bərdə rayonu, Köhnə Bazarına getməyini bildirmişdir. O, Həmzə razılaşmışdır. Bərdə şəhərində yerləşən “Taxta-şalban” bazarında olarkən ona avtomobili saxlamağı demişdir. Təxminən 10-15 dəqiqə sonra Həmzə avtomobilə qayıdaraq ona iş yerində dəmirinin olmasını və dəmirlərini metalloma satmasını bildirmişdir. Bundan sonra o, avtomobili Bərdə rayonunda yerləşən “Avtomobil” bazarına sürmüşdür. “Avtomobil bazarının” yaxınlığında olan məhlənin içərisinə girmişdir. Bu zaman həyətdə olan əl damanın qarşısında avtomobili saxlamışdır. Əl damının qapısı açıq olmuşdur. Həmzə əl damından 01 ədəd qaynaq aparatı, 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 01 ədəd aliminium şirəçəkən maşın, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, “Niva” avtomoblin ehtiyyat hissəsi və 01 ədəd 24-27 ölçüdə çilingər haçarını mənim avtomobilim yük hissəsinə yığmışdır. Əşyaları yığdıqdan sonra Həmzə avtomobilə oturmuşdur. Bundan sonra Həmzə ona Alaçadırlı yolundan olan metal qəbulu emalathasına idarə etməsini demişdir. Bu zaman metal qəbulu emalatxanasında işləyən Baba adlı şəxs qarşılarına çıxmış və metalların almayacağını demişdir. Həmzə bu zaman Güloğlular kəndinə avtomobili idarə etməyi bildirmişdir. Güloğlular kəndində Sənan adlı şəxsə Həmzə 01 ədəd qaynaq aparatı, 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 01 ədəd aliminium şirəçəkən maşın, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, “Niva” avtomoblin ehtiyyat hissəsi və 01 ədəd 24-27 ölçüdə çilingər haçarını 85 manat müqabilində satmışdır. Həmzə pulu götürüb, həmin puldan 12 manatı taksi pulu kimi ona vermiş, yerdə qalan pulla isə ona məlum olmayan istiqamətə getmişdir. O, isə avtomobil ilə şəhərə gedərək taksiçilik etməyə davam etmişdir. Həmzə ona Çay sahili küçəsində yerləşən evi iş yeri kimi təqdim etmiş, onun Həmzənin həmin evdən oğurluq etməsindən xəbəri olmamışdır. O, Həmzənin oğurluq etməsindən 03 sentyabr 2020-ci il tarixdə polis şöbəsində xəbəri olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Gülöğlular kəndində yerləşən metal qəbulu sexini işlədir. O, Şahid1 taksi kimi 10 ilə yaxındır tanıyır. O, əvvəllər Təqsirləndirilən şəxs üzdən Qaradağlı sakini kimi tanımış, onun Həmzə ilə heç bir münasibəti olmamışdır. 02 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Yunis Həmzə ilə birlikdə onun yanına gəlib metal qəbul edib-etməməyini soruşmuşdur. O, metal qəbul etdiyini demişdir. Bu zaman Yunisin yanında gələn Həmzə adlı şəxs ona 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 01 ədəd 24- 27 ölçüdə çilingər haçarını, 01 ədəd “Niva” markalı avtomobilin qabaq sol qranatı, içərisi mis olan 60 metr kabel və 01 ədəd “Niva” markalı avtomobilin ötürücüsü 85 manat müqabilində almışdır. Bu zaman isə o, Həmzənin ad, soyad və atasının adını özündə qeyd etmişdir. Bir müddət sonra isə polis əməkdaşları onun sexinə gəlib metallar barəsində soruşduqda, o, könüllü olaraq Həmzədən aldığı əşyaları polis əməkdaşlarına təhvil vermişdir. O, Həmzənin ona satmış olduğu 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 01 ədəd 24-27 ölçüdə çilingər haçarını, 01 ədəd “Niva” markalı avtomobilin qabaq sol qranatı, içərisi mis olan 60 metr kabel və 01 ədəd “Niva” markalı avtomobilin ötürücüsü oğurluq olmasından heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən DİO-da xidmət edir, hazırki vəzifəsində isə 2017-ci ildən xidmət edir. Təqsirləndirilən şəxs o, əvvəllər tanımamış, Həmzə ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 02 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus Bərdə rayonu Çay Sahili küçəsində yerləşən evin həyətində olan əl damından 01 ədəd qaynaq aparatını, 01 ədəd “Aqadel” markalı 32düyməlik su matoru, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 01 ədəd 24-27 ölçüdə çilingər haçarı, 01 ədəd “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 metr uzunluqda kabeli və 01 ədəd “Niva” markalı avtomobilin ötürücüsünü oğurlanması barədə məlumat daxil olmuşdur. Həmin məlumat üzrə əməliyyat tədqiqatı aparılmış, oğurluq hadisəsini Həmzə adlı şəxsin törətməsi məlum olmuşdur. Bu barədə o, raportla polis şöbəsinə bildirmişdir. Həmzə adlı şəxsin oğurluq cinayətini törətdikdən sonra taksi ilə Şahid2 satmışdır. Sonradan əməliyyat yolu ilə Zərərçəkmiş şəxs evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. İş materiallarında olan 03 sentyabr 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, 02 sentyabr 2020-ci il tarixdə 01 ədəd qaynaq aparatını, 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 01 ədəd 24-27 ölçüdə çilingər haçarı, 25 manat dəyərində “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 manat dəyərində 60 metr uzunluqda kabel və 01 ədəd “Niva” markalı avtomobilin ötürücüsü Bərdə şəhəri Çay sahili küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus nömrəsiz evin əl damından oğurlanmışdır. İş materiallarında olan 03 sentyabr 2020-ci il tarixli HK-1/2888 saylı material üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində 01 ədəd qaynaq aparatı, 100 manat dəyərində 01 ədəd su matoru, 5 manat dəyərində 01 ədəd sok çəkən maşın, 05 manat dəyərində 02 ədəd 22-24 ölçüdə çilingər haçarı və 5 manat dəyərində 01 ədəd 24-27 ölçüdə çilingər haçarı Həmzə adlı şəxs tərəfindən oğurlandıqdan sonra Şahid2 satmışdır. İş materiallarında olan 15 sentyabr 2020-ci il tarixli HK-1/2888 saylı material üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində 01 ədəd qaynaq aparatı, 100 manat dəyərində 01 ədəd su matoru, 5 manat dəyərində 01 ədəd sok çəkən maşın, 5 manat dəyərində 02 ədəd 22-24 ölçüdə çilingər haçarı və 5 manat dəyərində 01 ədəd 24-27 ölçüdə çilingər haçarını oğurlayaraq Şahid2 satan şəxs xx xxxxxx 1988-ci il təvəllüdlü, Bərdə rayonu Qaradağlı kəndində yaşayan Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 19 noyabr 2020-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Repsublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan Bərdə şəhər Güloğlular kənd İcra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Qaradağlı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən onlar barışmış, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 02 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri Çay Sahili küçəsində yerləşən nömrəsiz evə darvazadan qanunsuz daxil olub, evin həyətində yerləşən əl damının qapısının qıfılına dəmir parçası ilə fiziki güc tətbiq edib, qapının qıfılını qıraraq qapıdan əl damına daxil olmaqla 170 manat dəyərində 01 ədəd qaynaq aparatını, 50 manat dəyərində 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 4 manat dəyərində 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 4 manat dəyərində 01 ədəd 24-27 ölçüdə çilingər haçarı, 01 ədəd 25 manat dəyərində “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 manat dəyərində 60 metr uzunluqda kabeli və 01 ədəd 250 manat dəyərində “Niva” markalı avtomobilin ötürücüsünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs 567 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması da cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulsa da, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən cəzanın məqsədlərinə çatmaq olmaz və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 20 may 2020-cü il tarixli 1(021)-69/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 20 may 2020-cü il tarixli 1(021)-69/2019 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 02 günü, azadlığın məhdudlaşdırıması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmənin 01 (bir) gününə barəbər hesablanmaqla 02 (iki) ay 16 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesalanmışdır. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq onu da xüsusi olaraq qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs əvəllər törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edlərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilsə də, o, məhkum olunmasından heç bir nəticə çıxartmamış, yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddsi ilə cinayət törətmiş, əvvəlki cinayət əməlləri üzrə təyin edilmiş cəzanın icrası zamanı üzərinə qoyulan vəzifələri pozmuş və nəticə də cəzası daha ağır cəza ilə əvəz edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlu ona təyin edilmiş cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd qaynaq aparatı, 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 01 ədəd 24-27 ölçüdə çilingər haçarı, 25 manat dəyərində “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 manat dəyərində 60 metr uzunluqda kabel və 01 ədəd “Niva” markalı avtomobilin ötürücüsünün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351- 353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli 1(021)-69-/2019 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 02 gün hissəsinin Bərdə Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 7(021)-15/2021 saylı qərarı ilə əvəz edilmiş 02 (iki) ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) ay 12 gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd qaynaq aparatını, 01 ədəd “Aqadel” markalı 32-düyməlik su matoru, 02 ədəd 22-24 ölçüdə çilingər haçarı, 01 ədəd 24-27 ölçüdə çilingər haçarı, 01 ədəd “Niva” markalı avtomobilin qabaq sol qranatı, 60 metr uzunluqda kabeli və 01 ədəd “Niva” markalı avtomobilin ötürücüsü zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar