Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-55/2022 13.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 iştirakı ilə xx xxxxxx 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası Babək rayonu, Nehrəm kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirmək məqsədi ilə özünü dövlət təhlükəsizlik xidmətinin əməkdaşı qismində göstərib etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs3 qardaşı Şahid5 Valiyəl oğlunu 8000 (səkkiz min) manat müqabilində Dövlət Təhlükəsizlik Xidmətinə növbə rəisi vəzifəsinə işə düzəldə biləcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq, 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol" yanacaq doldurma məntəqəsində 8000 (səkkiz min) nağd pulu ələ keçirib talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs2un əmlakını ələ keçirtmək məqsədi ilə özünü dövlət təhlükəsizlik xidmətinin əməkdaşı qismində göstərib etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs2 oğlu Şahid4 7000 (yeddi min) manat müqabilində Fövqalədə Hallar Nazirliyinə işə düzəldəcəyini yalandan vəd verərək, buna əməl etməyib aldatmaqla, vahid niyyət ilə 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol" yanacaq doldurma məntəqəsində 7000 (yeddi min) manat, Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs3 vasitəsilə göndərdiyi 07 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi şossesində 700 (yeddi yüz) manat və sonuncu dəfə 22 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon, Nərimanov küçəsində yerləşən “eManat" terminalı vasitəsi ilə 500 (beş yüz) manat olmaqla, ümumilikdə 8200 (səkkiz min iki yüz) manat nağd pulunu ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs1un əmlakını ələ keçirtmək məqsədi ilə özünü dövlət təhlükəsizlik xidmətinin əməkdaşı qismində göstərib etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs1 oğlu Şahid1 5000 (beş min) manat müqabilində daxili işlər orqanlarına işə düzəldəcəyini yalandan vəd verib buna əməl etməyib aldadaraq, vahid niyyət ilə 2020-ci ilin dekabr ayının sonlarında Bərdə rayonu Qarağacı kəndində 3000 (üç min) manat nağd pulu, bundan təxminən iki-üç gün sonra həmin ünvanda 200 (iki yüz) manat nağd pulu, ümumilikdə 3200 manat pulu ələ keçirib talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, Ramil adlı şəxsi 2019-cu ilin iyun-iyul aylarında “Azpetrol” şirkətinin Binəqədi rayonunda yerləşən yanacaq doldurma məntəqəsinə nahar etmək üçün gedib gəldiyi zaman tanımışdır. Həmin zaman onun mərc oyunları oynamağı nəticəsində borcları yaranmışdır. Həmin borcları ödəməq məqsədi ilə müvəqqəti olaraq ətrafındakı şəxslərdən pul almaq niyyətinə düşmüşdür. Yanacaq doldurma məntəqəsində çalışan X3 Xidmətində çalışmağını bildirərək qardaşı Nurlanı DTX-nə növbə rəisi vəzifəsinə işə düzəlməsinə köməklik edə biləcəyini, bunun üçün 8000 manat lazım olmasını demişdir. Ramil onunla razılaşmışdır. Bundan sonra “Azpetrol” şirkətinin yanacaq doldurma məntəqəsində çalışan Nüsrəddin adlı şəxslə Ramilin vasitəsilə tanış olmuşdur. Nüsrəddinə özünü DTX-nın əməkdaşı qismində tanıdaraq müxtəlif dövlət qurumlarına işə adam düzəldə biləcəyimi demişdir. Sonuncu oğlu X6 Nazirliyinə işə düzəldə biləcəyini soruşmuş, Aslanı 7000 manat əvəzində Fövqalədə Hallar Nazirliyinə işə düzəldə biləcəyimi demişdir. Nüsrəddin və Ramil onun verdiyi yalan vədlərə inanmışlar. 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” şirkətinin yanacaq doldurma məntəqəsində Ramildən qardaşını DTX-nə növbə rəisi vəzifəsinə işə düzəlməsinə köməklik etmək üçün 8000 manat pul, Nurlandan isə X6 Nazirliyinə işə düzəltməkdə köməklik etmək üçün 6000 manat nağd pul almışdır. Nüsrəddinin oğlu Aslanın dil qüsuru olmasını bəhanə gətirərək Nüsrəddindən 500 manat pul istəmişdir. Bu səbəblə Nüsrəddin ona Ramil vasitəsilə 500 manat pulu göndərmiş və 07 sentyabr 2020-ci il tarixdə həmin pulu Binəqədsi şosessində Ramildən almışdır. Nüsrəddinin tələsdiyini görüb, Aslanın işə düzəlməsini tezləşdirmək üçün əlavə 500 manat lazım olmasını demiş, 22 noyabr 2020-ci il tarixdə Nüsrəddin onun hesab nömrəsinə 500 manat pul göndərmişdir. Həmin pulu Bərdə şəhərində xatırlamadığı ünvanda yerləşən terminaldan çıxarmışdır. Zərərçəkmiş şəxs1 əsgərlik yoldaşı Cabbarın vasitəsilə tanımışdır. Cabbar ilə 2016-cı il tarixdə Naxçıvan şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olarkən tanış olmuş, onunla dostluq münasibəti olmuşdur. 2020-ci ilin oktyabr ayında öz şəxsi hesabına İİ Qarabağ müharibəsində zərər görən şəxslərə və əsgərlərə köməklik etmək üçün Bərdə rayonuna gəlmişdir. Bu zaman əsgərlik yoldaşı Cabbarın adını yaralıların siyahısında görərək onun evinə getmək qərarına gəlmişdir. Cabbarın evinə getmiş və Cabbarın atası Rəhman ilə görüşmüşdür. Rəhman ona Cabbarın Gəncə şəhərində hospitalda olmağını demişdir. Rəhmanın nömrəsini öyrənərək Gəncə şəhərinə Cabbarın yanına getmişdir. Cabbar ilə görüşərək onun hal-əhvalını öyrənmişdir. 2020-ci ilin noyabr ayında Cabbar hospitaldan evə gəldikdən sonra yenidən Cabbarın yanına getmiş, Cabbara Suqovuşanda əsgərlərin yanına köməyə gəlməyini demişdir. Cabbar onun evində qalmağı təklif etmiş, sonuncu ilə razılaşmışdır. Cabbargildə qaldığı vaxt Cabbarın atası Rəhmanı, Şahsuvarı və Samiri tanımışdır. Şahsuvarın oğlu Samir ilə söhbət etdikdə Samir ona onu polisə düzəldə biləcəyini demişdir. 2020-ci ilin dekabr ayının ortalarında Cabbargildə Şahsuvar onunla söhbət etməyə gəlmiş, söhbətdə Samir, Rəhman və Cabbar iştirak etmişdir. Şahsuvar ondan Samiri daxili işlər orqanlarına işə düzəldə biləcəyini soruşmuşdur. X5 5000 manat əvəzində polisə işə düzəldə biləcəyini demişdir. Bir neçə gün sonra Şahsuvar ilə danışdıqda Şahsuvara yalandan oğlunu polisə işə düzəldəcəyini vəd verib əvvəlcə ona 3000 manat, sonradan isə 2000 manat pul verəcəyini bildirmişdir. Şahsuvar onunla razılaşmış, 2020-ci ilin dekabr ayının sonlarında Şahsuvardan Rəhmangilin yanında Samiri işə düzəltməyi yalandan vəd verib 3000 manat pul, sonradan isə yalandan Samirə sənəd düzəltməyi deyib Şahsuvardan 200 manat pul almışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəslərin ondan şikayət və tələbinin olmadığını qeyd edərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu Şahid3 vasitəsilə ilə tanımışdır. Sonuncu 2020-ci ilin dekabr ayının əvvəllərində yaşadığı kəndə, qonşusu Rəhamanın evinə gəlmişdir. Rəhmanın oğlu Cabbar İİ Qarabağ müharibəsinin iştirakçısı olmuş, Kamal ilə Cabbar birlikdə Naxçıvan Muxtar Respublikasında əsgərlikdə birlikdə olmuşdur. Cabbar yaralı olduğundan Gəncə şəhərində hospitalda yatmışdır. Bir neçə gün sonra Kamal Cabbar ilə birlikdə yaşadıqları kəndə gəlmiş, Kamal bundan sonra Rəhmanın evində qalmağa və Kamal ilə ünsiyyətdə olmağa başlamışdır. Kamal ona dövlət təhlükəsizlik xidmətində işləməsini demişdir. Kamal Cabbar və Samirə əlaqələrinin geniş olmasını və lazım olarsa polisə işə düzəlməyə köməklik edə biləcəyini bildirmişdir. X8 işə düzəldə biləcəyini soruşmasını demişdir. 2020-ci ilin dekabr ayının sonlarında Rəhmangilə getmiş, Rəhman, Cabbar, Kamal, Samir ilə birlikdə çay içərək söhbət etməyə başlamışlar. Söhbət zamanı Kamaldan onun oğlu Samiri daxili işlər orqanlarına işə düzəlməsində köməklik edə biləcəyini soruşmuşdur. Onun sözlərindən sonra Kamal ona daxili işlər orqanlarında çoxlu tanışlarının olmasını, polisə hal-hazırda əməkdaşların çatışmamasını, həmçinin atasının yüksək vəzifədə işləməsini demişdir. Kamal ona 5000 manat müqabilində oğlu Samiri daxili işlər orqanlarına işə qəbul olması barədə danışmışdır. Kamal ilk olaraq ondan 2000 manat istəmiş, 3000 manat hissəsini isə işə qəbul olduqdan sonra verəcəyini demişdir. Təxminən 2-3 gün sonra yenidən Kamal ilə Rəhmangildə görüşmüşdür. Kamal bu səfər ondan 3000 manat pul istəmiş, 1000 manat hissəsini isə işə qəbul olduqdan sonra verəcəyini demişdir. Səhəri gün Rəhmangilin evində Rəhman və Cabbarın iştirakı ilə Kamala oğlu Samirin polisə işə düzəlməsində kömək etməsi üçün 3000 manat pul vermiş, yerdə qalan 2000 manat pulu isə işə qəbul olduqdan sonra Kamala verəcəyini bildirmişdir. Təxminən iki-üç gün sonra Kamal onun yanına gələrək işlə bağlı yığılacaq sənədlərə görə 200 manat pul lazım olmasını demişdir. Samirin işə qəbul olması üçün Kamala yenidən Bərdə rayonu Qarağacı kəndində 200 manat pul vermişdir. 2021-ci ilin yanvar ayının sonlarında Kamal Rəhmanın evindən getmişdir. Bundan sonra dəfələrlə Kamala zəng edərək Samirin işi ilə bağlı maraqlanmış, lakin hər dəfə Kamal ona bəhanələr ilə işin uzanmasını demişdir. Sonuncu dəfə Kamaldan ona verdiyi 3200 manat pulu tələb etdikdə Kamal mobil telefonunu bağlamış və bundan sonra sonuncu ilə əlaqəsi kəsilmişdir. Kamalın onu aldadıb yalandan vəd verərək 3200 manat pulunu ələ keçirməsini anlamış, ərizə ilə Bərdə rayon prokurorluğuna müraciət etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək ona vurulmuş maddi və mənəvi zərərin Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, ondan heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmənin 02 mart 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun-iyul aylarında Azpetrolun Binəqədi rayonunda yerləşən məntəqəsində çalışdığı zaman tanımışdır. Kamal həmin ərəfələrdə onunla yoldaşlıq etməyə çalışmış, tez-tez onun iş yerinə gəlib onunla birlikdə nahar etmiş və aralarında yaranmış münasibət əsasında onun etibarını qazanmışdır. Kamal ona özünü Dövlət Təhlükəzilkik Xidmətinin baş leytenantı kimi qələmə vermişdir. Kamal hər dəfə söhbət əsasında “Azal”, “FHN”, “DTX” və s. qurumlara işə adam düzəltməyə qadir olduğunu bildirirmişdir. 2020-ci ilin avqust ayında Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” YDM-də çalışdığı zaman onunla birlikdə Zərərçəkmiş şəxs2da çalışmışdır. Həmin ərəfələrdə X2 İmanovu FHN-nə işə düzəldə biləcəyini və bunun üçün 7.000 manat pul tələb olunmasına inandırmışdır. Həmin ərəfədə onun qardaşı Şahid5də 8.000 manat qarşılığında X1 növbə rəisi vəzifəsinə düzəldə biləcəyini demişdir. Bu minvalla özü və X7 Əliyevə inanaraq 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” YDM-də sonuncunun gəldiyi avtomobildə özü Kamala 8000 manat, Nüsrəddin isə 7.000 manat pul vermişlər. 2020-ci ilin sentyabr ayında Kamal Zərərçəkmiş şəxs2 oğlu Aslanın dilində qüsur olduğunu səbəb gətirərək sonuncunun nazir müavinin qəbulundan saxlamaq üçün 700 manat pul lazım olduğunu demişdir. Nüsrəddin bununla razılaşmış və 700 manatı ona Kamala çatdırması üçün vermişdir. 07 sentyabr 2020-ci il tarixində həmin pulu Binəqədi şossesində Kamala vermişdir. Bunda sonra işə düzəlmək məsələləri uzandığından Kamal Nüsrəddinin oğlunun işinin tez zamanda həlli üçün əlavə 500 manat pul lazım olduğunu demişdir. Həmin 500 manatı Nüsrəddin Sumqayıt şəhərindən E-Manat vasitəsi ilə 22 noyabr 2020-ci il tarixdə sonuncunun göndəridyi **********815267 saylı kapital bank hesabına göndərmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 02 mart 2022-ci il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla birlikdə Azpetrol YDM-də çalışan Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanımışdır. Kamal hər dəfə söhbət əsasında “Azal”, “FHN”, “DTX” və s. qurumlara işə adam düzəltməyə qadir olduğunu bildirirmişdir. Kamal onu oğlu Şahid4 FHN-nə işə düzəltməyə qadir olmasını inandırmış və bunun üçün 7.000 manat pul tələb olunmasını bildirmişdir. Eyni zamanda həmin ərəfədə onun Ramilin qardaşı Şahid5də 8.000 manat qarşılığında Dövlət Təhlükəsizlik Xidmətinə növbə rəisi vəzifəsinə düzəldə biləcəyini demişdir. Özü və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs inanaraq 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 1013-cü məhəllədə yerləşən “Azpetrol” YDM-də sonuncunun gəldiyi avtomobildə özü Kamala 7000 manat, Ramil isə 8.000 manat pul vermişlər. Bundan sonra 2020-ci ilin sentyabr ayında Kamal oğlu Aslanın dilində qüsur olduğunu səbəb gətirərək sonuncunun nazir müavinin qəbulundan saxlamaq üçün 700 manat pul lazım olduğunu demişdir. Bununla razılaşmış və 700 manatı Ramilə Kamala çatdırması üçün vermişdir. Ramil 07 sentyabr 2020-ci il tarixində həmin pulu Binəqədi şossesində Kamala vermişdir. Bundan sonra işə düzəlmək məsələləri uzandığından və bu barədə Kamala sual edəndə, Kamal oğlunun işinin tez zamanda həlli üçün əlavə 500 manat pul lazım olduğunu demişdir. Həmin 500 manatı Sumqayıt şəhərindən E-Manat vasitəsi ilə 22 noyabr 2020-ci il tarixdə sonuncunun göndəridyi **********815267 saylı Kapital bank hesabına göndərmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, onunla barışdığını, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rəhim oğlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı il tarixdən tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Kamal ilə birlikdə Naxçıvan MR-nın Naxçıvan şəhərində N saylı hərbi hissəsi əsgərlikdə olmuşdur. Əsgərlik dövründə onun Kamal ilə dost münasibətləri olmuşdur. İİ Qababağ döyüşlərində iştirak etmiş və Kəlbəcər uğrunda gedən döyüşlərdə yaralanaraq Gəncə şəhərində yerləşən hospitala getmişdir. 2020-ci ilin noyabr ayının ortalarında Kamal onun yaşadığı evə gələrək atası vasitəsilə onunla əlaqə saxlamışdır. Kamala Gəncə şəhərində hospitalda müalicə olunmağını demişdir. Kamal onun yanına hospitala gəlmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində təxris olunaraq yaşadığı Bərdə rayonu Qarağacı kəndinə qayıtmışdır. Kamal yenidən onun yanına gəlmiş, sonuncu ona Suqovuşan kəndində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı qismində işləməsini, qalacaq yerinin olmamasını demişdir. Kamala onun yaşadığı evdə bir müddət qala biləcəyini demiş, sonuncu onun yaşadığı evdə qalmağa başlamışdır. Qonşusu Şahsuvar onun yaşadığı evə gəlib-getmişdir. Kamal ona daxili işlər orqanlarında əlaqələrinin olmasını bildirmiş, həmçinin Kamal bu söhbəti Şahsuvarın oğlu Samirə demişdir. 2020-ci ilin dekabr ayının sonlarında Şahsuvar və Samir yaşadığı evə gəlmişdir. Söhbət əsasında Kamal 5000 manat pul əvəzində Samiri daxili işlər orqanlarına işə qəbul olmasında köməklik edəcəyini bildirmişdir. Şahsuvar 5000 manat pulun 2000 manat hissəsini əvvəlcə sonradan isə 3000 manat hissəsini verəcəyini demişdir. Kamal Şahsuvar ilə razılaşmışdır. Sonradan Şahsuvar yenidən onun yaşadığı evə gələrək Kamal ilə görüşmüşdür. Görüş zamanı Şahsuvar Kamala əvvəlcə 3000 manat verəcəyini Samirin işə qəbul olmasından sonra isə 2000 manat verəcəyini demişdir. Həmin günün səhəri Şahsuvar ilkin olaraq 3000 manat pulu Kamala vermiş, sonradan isə Şahsuvar yol xərci olaraq Kamala 200 manat pul vermişdir. Samirin işə düzəlməməsini gördükdə, Şahsuvar pulunu Kamaldan tələb etmiş, lakin Kamal bundan sonra onun yaşadığı evdən gedərək geri qayıtmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Oğlu Cabbar ilə Kamal Naxçıvan MR, Naxçıvan şəhərində N saylı hərbi hissəsi əsgərlikdə olmuşdur. Cabbar İİ Qababağ döyüşlərində iştirak etmiş və Kəlbəcər uğrunda gedən döyüşlərdə yaralanaraq Gəncə şəhərində yerləşən hospitala yerləşdirilmişdir. 2020-ci ilin noyabr ayının ortalarında Kamal onun yaşadığı evə gələrək ondan Cabbarın vəziyyətini soruşmuş, sonuncuya Cabbarın telefon nömrəsini vermişdir. Kamal 2020-ci ilin dekabr ayının əvvəllərində təxris olunaraq yaşadığı Bərdə rayonu Qarağacı kəndinə qayıtmışdır. Kamal yenidən yaşadıqları evə gəlmiş, sonuncu Cabbara Suqovuşan kəndində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı qismində işləməsini, qalacaq yerinin olmamasını demişdir. Cabbar isə Kamala onun yaşadığı evdə bir müddət qala biləcəyini bildirmişdir. Bundan sonra Kamal onun yaşadığı evdə qalmağa başlamışdır. Qonşusu Şahsuvar onun yaşadığı evə gəlib-getmişdir. Kamal ona və digər şəxslərə, həmçinin Şahsuvarın oğlu Samirə daxili işlər orqanlarında əlaqələrinin olmasını demişdir. 2020-ci ilin dekabr ayının sonlarında Şahsuvar və Samir yaşadığı evə gəlmişdir. Kamal Samiri polisə düzəltməyi təklif etmişdir. Söhbət əsasında Kamal 5000 manat pul əvəzində Samiri daxili işlər orqanlarına işə qəbul olmasında köməklik edəcəyini bildirmişdir. Şahsuvar 5000 manat pulun 2000 manat hissəsini əvvəlcə sonradan isə 3000 manat hissəsini verəcəyini demişdir. Kamal Şahsuvar ilə razılaşmışdır. Sonradan Şahsuvar yenidən onun yaşadığı evə gələrək Kamal ilə görüşmüşdür. Görüş zamanı Kamal Şahsuvara əvvəlcə 3000 manat verəcəyini Samirin işə qəbul olmasından sonra isə 2000 manat verəcəyini demişdir. Həmin günün səhəri Şahsuvar ilkin olaraq 3000 manat pulu Kamala vermişdir. Sonradan isə Şahsuvar yol xərci olaraq Kamala 200 manat pul vermişdir. Samirin işə düzəlməməsini gördükdə, Şahsuvar pulunu Kamaldan tələb etmiş, lakin Kamal bundan sonra onun yaşadığı evdən getmiş geri qayıtmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Vəliyət oğlu ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs3 qardaşıdır. Onun Ramil ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ilk olaraq qardaşı Ramil tanımışdır. Kamal qardaşı Ramilə dəfələrlə onu Dövlət Təhlükəsizlik Xidmətinə növbə rəisi vəzifəsinə işə düzəldə biləcəyinə inandırmışdır. Kamal onun Dövlət Təhlükəsizlik Xidmətinə növbə rəisi vəzifəsinə işə düzəlməyi üçün 8000 manat pul istəmişdir. Qardaşı 8000 manat nağd pulu Kamala verdikdən sonra Kamal verdiyi vədlərə əməl etmədikdə qardaşı dəfələrlə pulu Kamaldan tələb etmişdir. Lakin Kamal telefonlarına cavab verməmiş və bundan sonra qardaşı ilə Kamalın yalandan vəd verərək ümumilikdə 8000 manat pullarını dələduzluq yolu ilə ələ keçirilməsini anlamışlar. Kamal qardaşının tanışı Nüsrəddinin oğlu Aslan isə Föhqalədə Hallar Nazirliyinə işə düzəltməsini yalandan vəd edərək Ramildən ümumilikdə 8200 manat nağd pul alaraq dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında tanımışdır. Sonuncu qonşusu Rəhimin evinə gəlib-getmiş, sonradan isə Rəhimin evində qalmağa başlamışdır. Təqsirləndirilən şəxslə söhbət edərkən sonuncu DTX əməkdaşı olduğunu və daxili işlər orqanlarında geniş əlaqələrinin olduğunu, polis orqanlarına işə düzəltməkdə köməklik göstərə biləcəyini bildirmişdir. Söhbətləri atasına danışmış, atası bundan sonra 2020-ci ilin dekabr ayında Rəhmangildə Kamal ilə söhbət etmişdir. Söhbət əsnasında Kamal atasına onu polisə düzəldə biləcəyini demiş və bunun əvəzində 5000 manat pul istəmişdir. X10 ilə razılaşaraq əvvəlcə 2000 manat, onu işə düzəldikdən sonra isə 3000 manat pul verəcəyini demişdir. Sonradan atası yenidən Kamal ilə görüşmüş, Kamal Şahsuvara ilkin olaraq 3000 manat pul verəcəyini sonradan isə 2000 manat vermək lazım olmasını demişdir. Şahsuvar Kamal ilə razılaşmış və 2020-ci ilin dekabr ayının sonlarında Bərdə rayonu Qarağacı kəndində 3000 manat pulu, sonradan isə sənədlərə görə 200 manat pulu Kamala vermişdir. Sonradan Kamal atasına verdiyi vədi yerinə yetirməmişdir. Şahsuvar 3200 manat pulu Kamaldan geri istəmiş, lakin Kamal ilk olaraq kəndi tərk etmiş, sonradan isə mobil telefonu bağlamış, zənglərinə cavab verməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə, eləcə də işdə olan təkzibolunmaz digər obyektiv dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə zərərçəkmiş şəxslərin ərizələrini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarında olan "xxxx" ASC-nin Bərdə terminalının 13 aprel 2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın bir misli olan 4850 manat cəriməni dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40-cı maddəsinə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda təqsirləndirilən şəxsin barəsində cinayət təqibi həyata keçirilməyə və cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikasının CPM-nin 43.1 və 43.3-cü maddələrinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 73, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-55/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-55/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver