Məhkəmə qərarları › İş №1(021)-55/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-55/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-55/2023 05.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər: X6, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Qanuni nümayəndələr: Qanuni nümayəndə2 və Qanuni nümayəndə1, Müdafiəçilər: Bərdə rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Ərəblər kəndində qeydiyyatda olmaqla, ünvan 1ində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş X2, Təqsirləndirilən şəxs: xx.xx.2003-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri M.Müşviq küçəsi ev 3-də qeydiyyatda olmaqla, ünvan 1ində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Köbər kəndində qeydiyyatda olmaqla, ünvan 1ində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir оndаn ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Bеlə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 30 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində tanışı X6 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ünvan 1ində yerləşən Zərərçəkmiş şəxs məxsus “Seyidoğlu” ərzaq mağazasının pəncərəsini dəstəyi olmayan vintaçanla açaraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan 63,6 (altmış üç manat altmış qəpik) manat nağd pulu, 140 (yüz qırx) manat dəyərində 7 ədəd “Servolat” adda kolbasanı, 20 (iyirmi) manat dəyərində 10 ədəd Nar mobil konturu, 35 (otuz beş) manat dəyərində 35 ədəd Sim mobil konturu, 35 (otuz beş) manat dəyərində 35 ədəd Bakcell mobil konturu, 40 (qırx) manat dəyərində 16 ədəd “Vest” markalı siqareti, 37,8 (otuz yeddi manat səksən qəpik) manat dəyərində 14 ədəd “Rotmons” markalı siqareti, 31,5 (otuz bir manat əlli qəpik) manat dəyərində 15 ədəd “Vikeroy” markalı siqareti, 57,5 (əlli yeddi manat əlli qəpik) manat dəyərində 23 ədəd “Classic” qara nazik markalı siqareti, 40,3 (qırx manat otuz qəpik) manat dəyərində 13 ədəd “LD” markalı qalın siqareti, 37,2 (otuz yeddi manat iyirmi qəpik) manat dəyərində 12 ədəd “LD” markalı nazik siqareti, 79,2 (yetmiş doqquz manat iyirmi qəpik) manat dəyərində 22 ədəd “Viniston” markalı siqareti, 55 (əlli beş) manat dəyərində 22 ədəd “Vincestr” markalı siqareti, 29,7 (iyirmi doqquz manat yetmiş qəpik) manat dəyərində 11 ədəd “Palmal” markalı siqareti, 45,6 (qırx beş manat altmış qəpik) manat dəyərində 12 ədəd “Kent” markalı nazik qara siqareti, 24,6 (iyirmi dörd manat altmış qəpik) manat dəyərində 6 ədəd “Sobrania” markalı nazik siqareti, 35,1 (otuz beş manat on qəpik) manat dəyərində 13 ədəd “Palmal” markalı mentollu nazik siqareti, 37,5 (otuz yeddi manat əlli qəpik) manat dəyərində 15 ədəd “Veqas” markalı siqareti və 92,5 (doxsan iki manat əlli qəpik) manat dəyərində 37 ədəd “Maqna” markalı ağ-qara siqareti gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 937,10 (doqquz yüz otuz yeddi manat on qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs1 оğlu Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1 və 177.2.3-cü mаddələrində nəzərdə tutulmuş cinаyət əməllərini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təqsirləndirilir оndаn ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Bеlə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 30 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində tanışı X6 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ünvan 1ində yerləşən Zərərçəkmiş şəxs məxsus “Seyidoğlu” ərzaq mağazasının pəncərəsini dəstəyi olmayan vintaçanla açaraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan 63,6 (altmış üç manat altmış qəpik) manat nağd pulu, 140 (yüz qırx) manat dəyərində 7 ədəd “Servolat” adda kolbasanı, 20 (iyirmi) manat dəyərində 10 ədəd Nar mobil konturu, 35 (otuz beş) manat dəyərində 35 ədəd Sim mobil konturu, 35 (otuz beş) manat dəyərində 35 ədəd Bakcell mobil konturu, 40 (qırx) manat dəyərində 16 ədəd “Vest” markalı siqareti, 37,8 (otuz yeddi manat səksən qəpik) manat dəyərində 14 ədəd “Rotmons” markalı siqareti, 31,5 (otuz bir manat əlli qəpik) manat dəyərində 15 ədəd “Vikeroy” markalı siqareti, 57,5 (əlli yeddi manat əlli qəpik) manat dəyərində 23 ədəd “Classic” qara nazik markalı siqareti, 40,3 (qırx manat otuz qəpik) manat dəyərində 13 ədəd “LD” markalı qalın siqareti, 37,2 (otuz yeddi manat iyirmi qəpik) manat dəyərində 12 ədəd “LD” markalı nazik siqareti, 79,2 (yetmiş doqquz manat iyirmi qəpik) manat dəyərində 22 ədəd “Viniston” markalı siqareti, 55 (əlli beş) manat dəyərində 22 ədəd “Vincestr” markalı siqareti, 29,7 (iyirmi doqquz manat yetmiş qəpik) manat dəyərində 11 ədəd “Palmal” markalı siqareti, 45,6 (qırx beş manat altmış qəpik) manat dəyərində 12 ədəd “Kent” markalı nazik qara siqareti, 24,6 (iyirmi dörd manat altmış qəpik) manat dəyərində 6 ədəd “Sobrania” markalı nazik siqareti, 35,1 (otuz beş manat on qəpik) manat dəyərində 13 ədəd “Palmal” markalı mentollu nazik siqareti, 37,5 (otuz yeddi manat əlli qəpik) manat dəyərində 15 ədəd “Veqas” markalı siqareti və 92,5 (doxsan iki manat əlli qəpik) manat dəyərində 37 ədəd “Maqna” markalı ağ-qara siqareti gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 937,10 (doqquz yüz otuz yeddi manat on qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununlа dа Təqsirləndirilən şəxs2 оğlu Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1 və 177.2.3-cü mаddələrində nəzərdə tutulmuş cinаyət əməllərini törətmişdir. Bundan başqa X13 оğlu təqsirləndirilir оndаn ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Bеlə ki, X6 tamah niyyəti ilə qəsdən özgənin əmlakını gizli talamaq məqsədilə 30 sentyabr 2022-ci il tarixdə, saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, ünvan 1ində yerləşən Zərərçəkmiş şəxs məxsus “Seyidoğlu” ərzaq mağazasının pəncərəsini dəstəyi olmayan vintaçanla açaraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan 63,6 (altmış üç manat altmış qəpik) manat nağd pulu, 140 (yüz qırx) manat dəyərində 7 ədəd “Servolat” adda kolbasanı, 20 (iyirmi) manat dəyərində 10 ədəd Nar mobil konturu, 35 (otuz beş) manat dəyərində 35 ədəd Sim mobil konturu, 35 (otuz beş) manat dəyərində 35 ədəd Bakcell mobil konturu, 40 (qırx) manat dəyərində 16 ədəd “Vest” markalı siqareti, 37,8 (otuz yeddi manat səksən qəpik) manat dəyərində 14 ədəd “Rotmons” markalı siqareti, 31,5 (otuz bir manat əlli qəpik) manat dəyərində 15 ədəd “Vikeroy” markalı siqareti, 57,5 (əlli yeddi manat əlli qəpik) manat dəyərində 23 ədəd “Classic” qara nazik markalı siqareti, 40,3 (qırx manat otuz qəpik) manat dəyərində 13 ədəd “LD” markalı qalın siqareti, 37,2 (otuz yeddi manat iyirmi qəpik) manat dəyərində 12 ədəd “LD” markalı nazik siqareti, 79,2 (yetmiş doqquz manat iyirmi qəpik) manat dəyərində 22 ədəd “Viniston” markalı siqareti, 55 (əlli beş) manat dəyərində 22 ədəd “Vincestr” markalı siqareti, 29,7 (iyirmi doqquz manat yetmiş qəpik) manat dəyərində 11 ədəd “Palmal” markalı siqareti, 45,6 (qırx beş manat altmış qəpik) manat dəyərində 12 ədəd “Kent” markalı nazik qara siqareti, 24,6 (iyirmi dörd manat altmış qəpik) manat dəyərində 6 ədəd “Sobrania” markalı nazik siqareti, 35,1 (otuz beş manat on qəpik) manat dəyərində 13 ədəd “Palmal” markalı mentollu nazik siqareti, 37,5 (otuz yeddi manat əlli qəpik) manat dəyərində 15 ədəd “Veqas” markalı siqareti və 92,5 (doxsan iki manat əlli qəpik) manat dəyərində 37 ədəd “Maqna” markalı ağ-qara siqareti gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 937,10 (doqquz yüz otuz yeddi manat on qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununlа dа X13 оğlu Аzərbаycаn Rеspublikаsı CM-nin 177.2.1 və 177.2.3-cü mаddələrində nəzərdə tutulmuş cinаyət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1ində yaşayır. Zərərçəkmiş şəxs tanıyır və onun “Seyidoğlu” adlı market işlətdiyini bilir. 30 sentyabr 2022ci il tarixdə saat 01 radələrində dostları Vüsal və Ömərlə ünvan 1ində gəzərkən, Vəlinin mağazasının qarşısından keçəndə Vüsal onlara, Vəlinin mağazasından oğurluq etmələrini təkilf etmişdir. Sonra Ömər də Vüsal ilə həmfikir olmuş, o da Ömər və Vüsalın təklifi ilə razılaşmışdır. Sonra Ömər onlara plan cızaraq mağazanın yaxınlığında qalıb gələn olsa alışqanın işığı ilə işarə verəcəyini, Vüsal ilə ounun mağazaya daxil olacağını bildirmiş, onlar da Vüsalın təklifi ilə razılaşmışlar. Vüsal ilə bir yerdə mağazanın yanına getmiş, Vüsal özü ilə götürdüyü dəstəyi olmayan vintaçanla mağazanın plastik pəncərəsini açmış, həmin pəncərədən Vüsal mağazaya daxil olmuşlar. Vüsal içəridə olan əşyaları 2 ədəd sellafan torbaya yığıb ona vermiş, sonra Vüsal mağazanın pəncərəsindən çıxaraq oğurladıqları torbada olan əşyaları götürüb yaşadıqları kəndin kənarına, yəni sahəliyə getmişlər. Vəlinin mağazasından oğurladıqları əşyaları torbadan çıxardıb sayarkən 5 ədəd Servolat kolbasası, 3 manat məbləğində qəpik pul, 5 ədəd 1 manatlıq, 2 ədəd 2 manatlıq, 1 ədəd 3 manatlıq, 1 ədəd 2 manatlıq nar kontur, 25 ədəd Maqna markalı siqaret, 3 ədəd Vest markalı siqaret, 9 ədəd nazik Classik markalı siqaret, 1 blok Sobranie markalı siqaret, 4 ədəd Veqas markalı siqaret, 9 ədəd Vinçestr markalı siqaret, 4 ədəd Vest markalı siqaret, 5 ədəd nazik LD markalı siqaret, 10 ədəd Vikeroy markalı siqaret, 5 ədəd Rotmans markalı siqaret, 12 ədəd Kent markalı siqaret oğurladıqlarını görmüşlər. Həmin vaxtı oğurladıqları Servolat kolbasasının 1 ədədini yemişlər. Qalan kolbasaları isə öz aralarında bölüşdürmüşlər. Siqaret qutularından isə hərəsi 2 ədəd götürüb qalanlarını isə sahədə kolluqda gizlətmişlər. Sonra öz evlərinə getmişlər, səhəri günü yəni 30 sentyabr 2022-ci il tarixdə Vüsal və Ömərlə yaşadıqları kənddə görüşüb birlikdə oğurladıqları siqaret qutularını gizlətdikləri yerə gedib oradan siqaret qutularını götürüb Bərdə şəhərinə gəlmişlər. Həmin siqaret qutularını 1 ədədi 70 qəpiyə olmaqla 50 ədədini tanımadıqları taksi sürücüsünə satmış, həmin şəxs onlara 35 manat pul vermişdir. Hərəsinə 10 manat pul düşmüş, qalan 5 manat pula isə su və peraşki almışlar. Qalan siqaretləri isə öz aralarında bölmüş, hər birinə 5 ədəd siqaret qutusu düşmüşdür. 02 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək Vəlinin mağazasından oğurluq olmasını və ondan şübhələndiklərini demişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, orada etdiyi oğurluq hadisəsini səmimi etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə vermiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1ində yaşayır. 30 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində dostları Vüsal və Fərid ilə ünvan 1ində bir yerdə gəzərkən, Vəlinin mağazasının qarşısından keçəndə Vüsal onlara Vəlinin mağazasından oğurluq etmələrini təklif etmişdir. Vüsalın sözləri ilə razılaşdıqdan sonra o, gələn olduqda xəbər etsin deyə mağazanın yaxınlığında qalmış, Fərid ilə Vüsal mağazanın yanına getmişlər. Az müddət sonra Fərid ilə Vüsal əllərində 2 ədəd içərisində Vəlinin mağazasından oğurladıqları mallarla birlikdə geri gəlmişlər. Sonra yaşadıqları kəndin qırağına yəni sahəliyə getmişlər, orada oğurladıqları əşyaları torbadan çıxardıb baxmışlar ki, 5 ədəd Servolat kolbasası, 3 manat məbləğində qəpik pul, 5 ədəd 1 manatlıq, 2 ədəd 2 manatlıq, 1 ədəd 3 manatlıq, 1 ədəd 2 manatlıq nar kontur, 25 ədəd Maqna markalı siqaret, 3 ədəd Vest markalı siqaret, 9 ədəd nazik Classik markalı siqaret, 1 blok Sobranie markalı siqaret, 4 ədəd Veqas markalı siqaret, 9 ədəd Vinçestr markalı siqaret, 4 ədəd Vest markalı siqaret, 5 ədəd nazik LD markalı siqaret, 10 ədəd Vikeroy markalı siqaret, 5 ədəd Rotmans markalı siqaret, 12 ədəd Kent markalı siqaret oğurlamışlar. Həmin vaxtı orada oğurladıqları Servolat kolbasasının 1 ədədini yemişlər. Qalan kolbasaları öz aralarında bölmüşlər. Siqaret qutularından hərəsi 2 ədəd götürüb qalanlarını sahədə kolluqda gizlədərək evlərinə getmişlər. Səhəri gün yəni 30 sentyabr 2022-ci il tarixdə Vüsal və Fərid ilə yaşadıqları kənddə görüşüb, birlikdə oğurladıqları siqaret qutularını gizlətdikləri yerə getmişlər. Oradan siqaret qutularını götürüb Bərdə şəhərinə gələrək, həmin siqaret qutularını bir ədədini 70 qəpiyə olmaqla 50 ədədini tanımadıqları taksi sürücüsünə satmışlar. Həmin şəxs onlara 35 manat pul vermişdir. Hərəsinə 10 manat pul götürüb yerdə qalan 5 manat pula isə su və peraşki almışlar. Qalan siqaretləri isə öz aralarında bölmüşlər. 02 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək Vəlinin mağazasından oğurluq olmasını və ondan şübhələndiklərini bildirmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlib orada etdiyi oğurluq hadisəsini səmimi etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə vermiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs X6 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1ində yaşayır. 30 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində dostları Fərid və Ömərlə ünvan 1ində bir yerdə gəzərkən, Fərid ilə Ömərə Vəlinin mağazasından oğurluq etmələrini təklif etmişdir. Ömərlə Fərid onun təklifi ilə razılaşdıqdan sonra, onlara Ömərin mağazanın yaxınlığında qalacağını, gələn olsa onlara alışqanın işığı ilə işarə verəcəyini, Vüsal ilə onun mağazaya daxil olacaqlarını bildirmişdir. Ömər və Fərid onun dediyi ilə razılaşdıqdan sonra, Ömər mağazanın yanında qalmış, o, Fərid ilə birlikdə mağazanın yanına getmişlər. Vüsal özü ilə götürdüyü dəstəyi olmayan vintaçanla mağazanın plastik pəncərəsini açmış, o, həmin pəncərədən mağazaya daxil olmuş, Fərid isə bayırda gözləmişdir. Mağazanın içərisində olan əşyaları 2 ədəd sellofan torbaya yığıb pəncərədən Fəridə vermişdir. Mağazanın pəncərəsindən çıxıb oğurladıqları torbada olan əşyalarla birlikdə oradan aralaşaraq, yaşadığı kəndin qırağına yəni sahəliyə gedib orada oğurladıqları əşyaları torbadan çıxarmışlar. Oğurladıqları 5 ədəd Servolat kolbasası, 3 manat məbləğində qəpik pullar, 5 ədəd 1 manatlıq, 2 ədəd 2 manatlıq, 1 ədəd 3 manatlıq, 1 ədəd 2 manatlıq nar kontur, 25 ədəd Maqna markalı siqaret, 3 ədəd Vest markalı siqaret, 9 ədəd nazik Classik markalı siqaret, 1 blok Sobranie markalı siqaret, 4 ədəd Veqas markalı siqaret, 9 ədəd Vinçestr markalı siqaret, 4 ədəd Vest markalı siqaret, 5 ədəd nazik LD markalı siqaret, 10 ədəd Vikeroy markalı siqaret, 5 ədəd Rotmans markalı siqaret, 12 ədəd Kent markalı siqaret olmuşdur. Həmin vaxtı oğurladıqları Servolat kolbasasının 1 ədədini orada yemişlər. Qalan kolbasaları öz aralarında bölmüşlər. Siqaret qutularından isə hərəsinə 2 ədəd götürüb qalanlarını sahədə kolluqda gizlətmiş və öz evlərinə getmişlər. Səhəri günü yəni 30 sentyabr 2022-ci il tarixdə Fərid və Ömərlə yaşadığı kənddə görüşüb birlikdə oğurladıqları siqaret qutularını gizlətdikləri yerə gedib oradan siqaret qutularını götürüb Bərdə şəhərinə gələrək, həmin siqaret qutularını hər birini 70 qəpiyə olmaqla 50 ədədini tanımadıqları taksi sürücüsünə satmışlar. Həmin şəxs onlara 35 manat pul vermiş, hərəsinə 10 manat pul götürüb yerdə qalan 5 manat pula isə su və peraşki almışlar. Qalan siqaretləri isə öz aralarında bölmüşlər, hər birinə 5 ədəd siqaret qutusu düşmüşdür. Mağazadan götürdükləri konturları öz aralarında bölüb yaşadıqları evə getmişlər. 02 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları yaşadığı evə gələrək Vəlinin mağazasından oğurluq olmasını və ondan şübhələndiklərini bildirmişlər, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlib orada etdiyi oğurluq hadisəsini səmimi etiraf etmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 1ində yaşayır. ünvan 1ində yaşadığı evin həyətində pay torpağında “Seyidoğlu” adlı marketi vardır. Həmin marketdə ərzaq mallarının satışı ilə məşğul olur. Market VEÖN vasitəsilə fəaliyyət göstərir. 30 sentyabr 2022-ci il tarixdə saat 07 radələrində mağazanın qapısını açıb içərisinə daxil olarkən mağazanın dağınıq vəziyyətdə və mağazadan oğurluq olduğunu görüb, oğurluq olması barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, mağazanın balaca plastik pəncərəsinin açıq olduğunu görüb mağazaya girən şəxslərin həmin pəncərəni açmaqla mağazaya daxil olduğunu bilmişlər. Ona məxsus “Seyidoğlu” marketdən 16 ədəd hər biri 2 manat 50 qəpik olmaqla Vest markalı siqaret, 14 ədəd 2 manat 70 qəpik olmaqla Rotmons markalı siqaret, 15 ədəd 2 manat 20 qəpik olmaqla Vikeroy markalı siqaret, 23 ədəd 2 manat 40 qəpik olmaqla Classic qara nazik markalı siqaret, 13 ədəd 3 manat olmaqla LD markalı qalın siqaret, 12 ədəd 3 manat 20 qəpik olmaqla LD markalı nazik siqaret, 22 ədəd 3 manat 60 qəpik olmaqla Viniston markalı siqaret, 22 ədəd 2 manat 70 qəpik olmaqla Vincestr markalı siqaret, 11 ədəd 2 manat 70 qəpik olmaqla Palmal markalı siqaret, 12 ədəd 3 manat 70 qəpik olmaqla Kent markalı nazik qara siqaret, 6 ədəd 4 manat olmaqla Sobrania markalı nazik siqaret, 13 ədəd 2 manat 70 qəpik olmaqla Palmal markalı mentollu nazik siqaret, 15 ədəd 2 manat 20 qəpik olmaqla Veqas markalı siqaret, 37 ədəd 2 manat 20 qəpik olmaqla Maqna markalı ağ-qara siqaret, 7 ədəd 20 manat olmaqla Servolat adda kolbasa, 2 ədəd 5 manatlıq əskinas, 50 ədədi 1 manatlıq əskinas olmaqla 60 manat nağd pul, 3 manat 60 qəpiklik qəpik pullar, 10 ədəd 2 manatlıq Nar mobil kontur, 35 ədəd 1 manatlıq Sim mobil kontur və 35 ədəd 1 manatlıq Bakcell mobil kontur oğurlanaraq ona ümumilikdə 923 manat 20 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı çağırılmış, lakin gəlmədiyinə görə ibtidai istintaqda verdiyi ifadəsi elan və tədqiq edilmiş iş üzrə Şahid ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Otuzikilər kəndində yaşayır. Taksi fəaliyyəti ilə məşğul olur və ailəsini dolandırır. 30 sentyabr 2022-ci il tarixdə Bərdə şəhərində idarə etdiyi avtomaşın ilə taksi fəaliyyəti ilə məşğul olan zaman tanımadığı sonradan adlarını bildiyi Ömər, Vüsal və Fərid ona yaxınlaşaraq ucuz qiymətə siqaret satdıqlarını bildirmişlər. Siqaret çəkdiyi üçün hansı siqaretləri satmalarını maraqlanıb qiymətini soruşduqda, onlar 1 qutu siqareti 70 qəpiyə satdıqlarını bildirmişlər. Həmin siqaret qutularından bir ədədi 70 qəpiyə olmaqla 50 ədədini alıb həmin şəxslərə 35 manat pul vermişdir. Ömər, Vüsal və Fərid ona siqaret qutularını fəhəlik edərkən ev yiyəsinin onlara pul əvəzində siqaret qutularını verməsini bildirmişlər. Buna görə də onlara inanıb onlardan həmin siqaretləri almışdır. 02 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq onda oğurluq siqaretlər olduğunu bildirmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, Şöbədə polislərə həmin siqaretləri tanımadığı sonradan adlarını bildiyi Ömər, Vüsal və Fəriddən aldığını, siqaret qutularının oğurluq olmasından xəbərinin olmadığını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, ünvan 1ində yaşayır. xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 oğludur. 02 oktyabr 2022-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları evinə gələrək oğlu Ömərin ünvan 1ində yerləşən “Seyidoğlu” marketdən oğurluq etməsini bildirmişlər. Oğlu Ömərlə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmiş, Polis şöbəsində oğlu Ömər 30 sentyabr 2022ci il tarixdə dostları Vüsal və Fərid ilə həmin mağazadan oğurluq etdiklərini səmimi etiraf etmişdir. İş üzrə şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, ünvan 1ində yaşayır. xx.xx.2007-ci il təvəllüdlü X3r. 02 oktyabr 2022-ci il tarixdə yaşadığız evdə olan zaman polis əməkdaşları gələrək oğlu Vüsalın ünvan 1ində yerləşən “Seyidoğlu” marketdən oğurluq etməsini bildirmişlər. Oğlu Vüsal ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmiş, Polis şöbəsində oğlu Vüsal 30 sentyabr 2022-ci il tarixdə dostları Ömər və Fərid ilə həmin mağazadan oğurluq etdiklərini səmimi etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 30 sentyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, 30 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 1ində yerləşən “Seyidoğlu” ərzaq mağazasından 63,6 (altmış üç manat altmış qəpik) manat nağd pulu, 140 (yüz qırx) manat dəyərində 7 ədəd “Servolat” adda kolbasanı, 20 (iyirmi) manat dəyərində 10 ədəd Nar mobil konturu, 35 (otuz beş) manat dəyərində 35 ədəd Sim mobil konturu, 35 (otuz beş) manat dəyərində 35 ədəd Bakcell mobil konturu, 16 ədəd “Vest” markalı siqareti, 14 ədəd “Rotmons” markalı siqareti, 15 ədəd “Vikeroy” markalı siqareti, 23 ədəd “Classic” qara nazik markalı siqareti, 13 ədəd “LD” markalı qalın siqareti, 12 ədəd “LD” markalı nazik siqareti, 22 ədəd “Viniston” markalı siqareti, 22 ədəd “Vincestr” markalı siqareti, 11 ədəd “Palmal” markalı siqareti, 12 ədəd “Kent” markalı nazik qara siqareti, 6 ədəd “Sobrania” markalı nazik siqareti, 13 ədəd “Palmal” markalı mentollu nazik siqareti, 15 ədəd “Veqas” markalı siqareti və 37 ədəd “Maqna” markalı siqareti oğurlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tаrixli təqsirləndirilən şəxsin ifаdələrinin yеrində yоxlаnmаsı bаrədə prоtоkоldаn və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 30 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Seyidoğlu” marketdən oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tаrixli təqsirləndirilən şəxsin ifаdələrinin yеrində yоxlаnmаsı bаrədə prоtоkоldаn və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 30 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Seyidoğlu” marketdən oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 11 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs X6 30 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan “Seyidoğlu” marketdən oğurluq etdiyi hadisə yerini və hadisənin baş vermə mexanizmini əyani surətdə göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 02 oktyabr 2022-ci il tarixli material üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus ünvan 1ində yerləşən “Seyidoğlu” ərzaq mağazasından tütün məmulatlarını, pul əskinaslarını, kolbasaları və sim konturları oğurlayan şəxslərin X2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olması müəyyən edilərək Bərdə rayon polis şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdilər. Cinayət işi materiallarına əlavə edilmiş 02 oktyabr 2022-ci il tarixli material üzrə əməliyyat tapşırığına cavabda görünür ki, Təqsirləndirilən şəxs2, X6 və Təqsirləndirilən şəxs1 ünvan 1ində yerləşən “Seyidoğlu” mağazasından oğurladıqları müxtəlif adda siqaret qutularını satdıqları şəxs Bərdə rayonu Otuzikilər kəndində yaşayan Şahid olması müəyyən edilmiş və İstintaq bölməsinə təqdim edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 12 noyabr 2022-ci il tarixli qərar və götürmə protokolundan görünür ki, X2 təqdim etdiyi 1 ədəd dəstəyi olmayan vintaçan götürülmüş və tanış etmədən sonra saxlanılması üçün Bərdə RPŞ-nin saxlanma otağına verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 12 noyabr 2022-ci il tarixli qərar və götürmə protokolundan görünür ki, Şahid Bərdə rayon polis şöbəsində istintaqa təqdim etdiyi 10 ədəd Vinçestr markalı siqareti, 4 ədəd Vest markalı siqaret, 10 ədəd Classic markalı siqaret, 20 ədəd Maqna markalı siqareti, 5 ədəd Vinston markalı siqareti və 1 ədəd Rotmans markalı siqaret qutuları götürülmüşdür. Cinayət işi üzrə 14 noyabr 2022-ci il tarixdə 10 ədəd Vinçestr markalı siqareti, 4 ədəd Vest markalı siqaret, 10 ədəd Classic markalı siqaret, 20 ədəd Maqna markalı siqaret, 5 ədəd Vinston markalı siqareti və 1 ədəd Rotmans markalı siqaret qutuları maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılımışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2022-ci il tarixli 9/8467 nömrəli Məhkəməəmtəəşünaslıq rəyindən görünür ki, 16 ədəd “Vest” markalı siqaretin dəyəri 40 (qırx) manat, 14 ədəd “Rotmons” markalı siqaretin dəyəri 37,8 (otuz yeddi manat səksən qəpik) manat, 15 ədəd “Vikeroy” markalı siqaretin dəyəri 31,5 (otuz bir manat əlli qəpik) manat, 23 ədəd “Classic” qara nazik markalı siqaretin dəyəri 57,5 (əlli yeddi manat əlli qəpik) manat, 13 ədəd “LD” markalı qalın siqaretin dəyəri 40,3 (qırx manat otuz qəpik) manat, 12 ədəd “LD” markalı nazik siqaretin dəyəri 37,2 (otuz yeddi manat iyirmi qəpik) manat, 22 ədəd “Viniston” markalı siqaretin dəyəri 79,2 (yetmiş doqquz manat iyirmi qəpik) manat, 22 ədəd “Vincestr” markalı siqaretin dəyəri 55 (əlli beş) manat, 11 ədəd “Palmal” markalı siqaretin dəyəri 29,7 (iyirmi doqquz manat yetmiş qəpik) manat, 12 ədəd “Kent” markalı nazik qara siqaretin dəyəri 45,6 (qırx beş manat altmış qəpik) manat, 6 ədəd “Sobrania” markalı nazik siqaretin dəyəri 24,6 (iyirmi dörd manat altmış qəpik) manat, 13 ədəd “Palmal” markalı mentollu nazik siqaretin dəyəri 35,1 (otuz beş manat on qəpik) manat, 15 ədəd “Veqas” markalı siqaretin dəyəri 37,5 (otuz yeddi manat əlli qəpik) manat, 37 ədəd “Maqna” markalı ağ-qara siqaretin dəyəri 92,5 (doxsan iki manat əlli qəpik) manat müəyyən edilir. Ümumi dəyəri nəzəri qaydada təxminən 643,50 manat müəyyən olunur. Qərarda göstərilən 7 ədəd Servolat adda kolbasa haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 30 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 30 noyabr 2022-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 30 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş 14 noyabr 2022-ci il tarixli Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1393 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs ünvan 1ində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş 14 noyabr 2022-ci il tarixli Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1382 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1ində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş 14 noyabr 2022-ci il tarixli Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1383 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1ində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş 13 yanvar 2023-cü il tarixli Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 82 nömrəli arayışından görünür ki, X1 rayonu Güloğlular kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz və gizli daxil olaraq, özgənin əmlakını talamaqla oğurluq cinayətini törətmişlər. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları əməllər ibtidai istintaq zamanı CM-in 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bu baxımdan, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir. Eyni zаmаndа, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxs X4 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onların istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, onların təqsirləndirildikləri CM-in maddələrinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər X6 və Təqsirləndirilən şəxs2 cinayət törətdikləri vaxt yetkinlik yaşına çatmayan şəxslər olmuşlar. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsi əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə bütün təqsirləndirilən şəxslərə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin etdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətmələri onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin etdikləri əməllərindən səmimi peşmançılığını bildirməsi tutduqları əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onları törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs1, X6 və Təqsirləndirilən şəxs2 CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərdən iki nəfərinin: X6 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadıqlarını, onlarla ailədə və cəmiyyətdə lazımi təhsil və təlimtərbiyə işinin aparılmamasını nəzərə alaraq barələrində müvafiq tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini və bu vəzifələrin müvafiq dövlət orqanlarına həvalə edilməsini doğru hesab edir. Məhkəmə hesab edir ki, X2 üzərinə yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, orta təhsilini davam etdirmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri X2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X5 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilməlidir. X4 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. X13 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, orta təhsilini davam etdirmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X5 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və ittiham aktında zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi qeyd edilmiş, lakin reallıqda verilməyərək hazırda da Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan təqsirləndirilən şəxslərin zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurladıqları tütün məmulatlarından Şahid təqdim etdiyi 10 ədəd Vinçestr markalı, 04 ədəd Vest markalı, 10 ədəd Classic markalı, 20 ədəd Maqna markalı, 05 ədəd Vinston markalı və 01 ədəd Rotmans markalı ümumilikdə 50 (əlli) ədəd siqaret qutuları qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, cinayətin aləti olan 1 ədəd dəstəyi olmayan vintaçan dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləğini hesablayarkən bu nəticəyə gəlmişdir ki, ittiham aktında göstərilən dəymiş ziyan olan 937,10 manatı yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsasən müəyyən edilmiş, həmin məbləğ digər mötəbər sübutlarla (mal qalığı aktı, qaimə faktura və ya hesab-faktura, sayım aktı, auditor rəyi və ya auditor aktı, mütəxəssis rəyi və ya digər şəxslərin ifadələri ilə) təsdiq edilmir. Buna görə məhkəmə hesab edir ki, hər üç təqsirləndirilən şəxsin vurulmuş ziyanla bağlı ibtidai istintaq və məhkəmə baxışı zamanı eyni məzmunlu ifadə verdiyinə və onların etiraf etdiyi hissədə ifadələrinə əsaslanmaqla və məhkəmə əmtəəşünaslıq ekspertizasında göstərilən qiymətlərə istinad etməklə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği 364,70 (üç yüz altmış dörd manat 70 qəpik) manat, təqsirləndirilən şəxslərin oğurladıqları və maddi sübut qismində tanınmaqla Bərdə rayon Polis Şöbəsində saxlanılan sayları yuxarıda qeyd edilmiş 50 ədəd ümumi dəyəri 130,70 (bir yüz otuz manat 70 qəpik) manat müxtəlif markalı siqaret qutuları Zərərçəkmiş şəxs qaytarıldıqdan sonra maddi ziyanın miqdarı 234 (iki yüz otuz dörd) manat müəyyən edilsin və onun ödənilmədiyi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. X6, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada bərabər paylar üzrə 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X13 оğlunun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, orta təhsilini davam etdirmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri X2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X5 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. X13 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, orta təhsilini davam etdirmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X5 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və ittiham aktında zərərçəkmiş Zərərçəkmiş şəxs saxlanılması üçün verilməsi qeyd edilmiş, lakin reallıqda verilməyərək hazırda da Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan təqsirləndirilən şəxslərin zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurladıqları tütün məmulatlarından Şahid təqdim etdiyi 10 ədəd Vinçestr markalı, 04 ədəd Vest markalı, 10 ədəd Classic markalı, 20 ədəd Maqna markalı, 05 ədəd Vinston markalı və 01 ədəd Rotmans markalı ümumilikdə 50 (əlli) ədəd siqaret qutuları qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın, cinayətin aləti olan 1 ədəd dəstəyi olmayan vintaçan dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği 364,70 (üç yüz altmış dörd manat 70 qəpik) manat, təqsirləndirilən şəxslərin oğurladıqları və maddi sübut qismində tanınmaqla Bərdə rayon Polis Şöbəsində saxlanılan sayları yuxarıda qeyd edilmiş 50 ədəd ümumi dəyəri 130,70 (bir yüz otuz manat 70 qəpik) manat müxtəlif markalı siqaret qutuları Zərərçəkmiş şəxs qaytarıldıqdan sonra maddi ziyanın miqdarı 234 (iki yüz otuz dörd) manat müəyyən edilsin və onun ödənilmədiyi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. X6, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada bərabər paylar üzrə 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar