Məhkəmə qərarları › İş №1(021)-56/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-56/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-56/2021 26.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilmiş, Tərtər rayonu, Səhləbad kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 89 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 03 ədəd darağı, həmçinin, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 75,439 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib narkotik vasitə qurudulmuş marixuananın 13,502 qram hissəsini 02 ədəd kibrit qutusu və 02 ədəd bükümdə ayıraraq üzərində, narkotik vasitənin qalan 61,937 qram hissəsini 10 ədəd kibrit qutusu və 01 ədəd bükümdə ayırmaqla, odlu silahın komplekt hissəsi 03 ədəd darağı və döyüş sursatı 89 ədəd patronu idarə etdiyi “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Soğanverdilər kəndinin ərazisindən keçən 2-ci kilometrliyinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 noyabr 2020-ci il tarixdə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Soğanverdilər kəndinin ərazisindən keçən 2-ci kilometrliyində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxladığı 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 6,085 qram və 6,420 qram çəkidə, gödəkçəsinin sol iç cibindən 02 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda 0,462 qram və 0,535 qram çəkidə olmaqla ümumilikdə 13,502 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirin davamı olaraq həmin tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel- Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin yük yerindən zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəş üçün yararlı, döyüş sursatı hesab edilən 89 ədəd patron və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı 03 ədəd daraq ağ rəngli sellefon torbada, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxladığı 10 ədəd kibrit qutusunda ayrı-ayrılıqda 5,860 qram, 6,594 qram, 6,816 qram, 5,868 qram, 6,248 qram, 6,351 qram, 6,221 qram, 6,275 qram, 5,920 qram, 5,645 qram olmaqla ümumilikdə 61,798 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 01 ədəd ağ rəngli parça torbada, avtomobilin salonundakı eynək qabının içərisindən 01 ədəd bükümdə 0,139 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq Qarabağ azadlıq təşkilatının Tərtər rayonu üzrə sədr müavini vəzifəsində işləyir. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir və qurudulmuş marixuananı siqaret papiroslarına doldurmaqla qəbul edir. Narkotik vasitələri isə rayon ərazisində üzdən tanıdığı şəxslərdən əldə edir. Narkotik vasitə olan marixuanadan istifadə etməsindən rayon sakinlərindən bəzilərinin məlumatı vardır. Sonuncu dəfə Bərdə rayonu ərazisində olan zaman üzdən tanıdığı şəxs ona yaxınlaşaraq narkotik vasitə qurudulmuş marixuana satmasını bildirmişdir. Həmin şəxs narkotik vasitəni sellefon torbada göstərmişdir. Torbanın içərisində 12 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Narkotik vasitənin normal şəkildə olmasını görüb almağa razılıq vermişdir. Həmin şəxsə 450 manat verib qeyd olunan narkotik vasitəni almışdır. Ümumilikdə 12 ədəd kibrit qutusunda narkotik vasitənin 2 ədədini üzərində çəkmək üçün, 10 ədədini isə idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Üzərində saxladığı 2 ədəd kibrit qutusundan isə 3 büküm birdəfəlik istifadə üçün ayırmışdır. Həmin bükümlərdən ikisini gödəkçəsinin cibinə, birini isə idarə etdiyi avtomobilin salonuna qoymuşdur. Yaşadığı ünvan döyüşlərin getdiyi əraziyə yaxın olduğundan həmin ərazilərə tez-tez gedib baş çəkir və xidmətdə olan hərbiçilərə əlindən gələn köməkliyi edir. Belə ki, təxminən 3-4 gün öncə idarə etdiyi Opel Astra markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil ilə Həsənqaya kəndi istiqamətində hərəkətdə olan zaman yol kənarında qara paketin olmasını görüb idarə etdiyi avtomobili saxlayaraq həmin paketə baxmışdır. Maraq yarandığı üçün qeyd olunan paketi açmış və içərisində döyüş sursatı olan güllələrin və darağın olmasını görmüşdür. Həmin paketi götürərək avtomobilin yük hissəsinə qoymuşdur. O, Həsənqaya kəndində işlərini görüb qurtardıqdan sonra yaşadığı ünvana qayıtmışdır. Axşam saatlarında yaşadığı ünvanda paketi açaraq içərisindəki əşyalara dəqiq baxmağa başlamış və orada dəqiq sayını bilmədiyi miqdarda güllə və 03 ədəd darağın olmasını görmüşdür. Həmin güllə və daraqları ağ rəngli təmiz sellefon paketə qoyub yenidən avtomobilin yük hissəsinə qoymuşdur. 20 noyabr 2020-ci il tarixdə saat 11 radələrində həmyerlisi və yaxın münasibəti olan Şahid7 ilə istifadəsində olan ***-***-**-** nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayıb Ağcabədi rayonunda yaşayan tanışı Seyidin xəstə olmasını və ona baş çəkməkdən ötrü Ağcabədi rayonuna gedəcəyini, tək getmək istəmədiyini, asudə vaxtı varsa onunla birlikdə getməyini xahiş etmişdir. Emin də onun təklifini qəbul etmişdir. O, Emini yaşadığı ünvandan idarə etdiyi avtomobil ilə götürüb Ağcabədi rayonu istiqamətində hərəkət etmişdir. Bərdə rayonu, Soğanverdilər kəndinin ərazisindən keçən zaman yolda Türkiyə Cümhuriyyətinə məxsus bayrağın yerə düşməsini görüb avtomobili kənarda saxlamış və avtomobildən düşərək bayraq istiqamətində getmişdir. Həmin vaxt bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirdikdən sonra qanunsuz olaraq silah və döyüş sursatını əldə edərək saxlamaqla gəzdirmə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşlarından biri ona məxsus avtomobili idarə edərək hər ikisini Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Orada hər ikisinin hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçilər onlara təqdim edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra hər ikisinin barəsində şübhəli şəxs qismində tutulmaları ilə bağlı qərar qəbul edilmişdir. Bundan sonra hər ikisinin üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk növbədə ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçənin cibində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Əynində olan parça materiallı qara rəngli gödəkçənin sağ yan cibində olan 02 ədəd kibrit qutusunu, gödəkçənin sol iç cibində olan 02 ədəd gümüşü rəngli kağız bükümü, şalvarının sağ yan cibində olan bir ədəd “Redmi” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan bir ədəd avtomobil açarını, şalvarının sol aşağı yan cibində olan özünə məxsus AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsini və 23 manat pulu çıxardıb təqdim etmişdir. 02 ədəd kibrit qutusu və 02 ədəd gümüşü rəngli kağız bükümün içirəsində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, yaşadığı Tərtər rayonundan tanıyır. Aralarında səmimi, dostluq münasibəti olmuşdur. 20 noyabr 2020-ci il tarixdə Ziya istifadəsində olan ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə yığaraq tanışı, Ağcabədi rayonunda yaşayan Seyidin xəstələndiyini və ona baş çəkmək istədiyini bildirib vaxtı vardırsa, onunla birlikdə Ağcabədi rayonuna getməyini istəmişdir. O da Ziyanın təklifi ilə razılaşıb birlikdə gedə biləcəklərinə dair razılıq vermiş və gəlib onu yaşadığı ünvandan götürməsini söyləmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobil ilə onu götürmüş və Ağcabədi rayonu istiqamətində hərəkət etmişlər. Bərdə rayonu, Soğanverdilər kəndinin ərazisindən keçən zaman yolda Azərbaycan Respublikasına məxsus bayrağın yerə düşməsini görüb Ziya avtomobili kənarda saxlamış və avtomobildən düşərək bayraq istiqamətində getmişdir. Həmin vaxt bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirmiş və onlarla birlikdə polis şöbəsinə getməli olduqlarını söyləmişlər. Bundan sonra polis əməkdaşlarından biri Ziyaya məxsus avtomobili idarə edərək onları Bərdə Rayon Polis Şöbəsinin inzibatina binasına gətirmişlər. Orada hər ikisinin hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçilər onlara təqdim edildikdən sonra hüquq və vəzifələri izah edilmiş və hər ikisinin barəsində şübhəli şəxs qismində tutulmaları ilə bağlı qərar qəbul edilmişdir. Bundan sonra hər ikisinin üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. İlk növbədə Ziyanın üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan gödəkçənin cibində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Əynində olan parça materiallı qara rəngli gödəkçənin sağ yan cibində olan 02 ədəd kibrit qutusunu, gödəkçənin sol iç cibində olan 02 ədəd gümüşü rəngli kağız bükümü, bir ədəd “Redmi” markalı mobil telefonu, bir ədəd avtomobil açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini və 23 manat pulu çıxardıb təqdim etmişdir. O, 02 ədəd kibrit qutusunda və 02 ədəd gümüşü rəngli kağız bükümün içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 2-3 gün əvvəl Tərtər rayonu, Həsənqaya kəndi ərazisində qara rəngli sellofan torbada təsadüfən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin Tərtər rayonu, Həsənqaya kəndi ərazisində təsadüfən tapdığı qara rəngli sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuanadan başqa avtomat tipli silaha məxsus 03 ədəd daraq və patronlar olduğunu qeyd etmiş, tapdığı daraqları və patronları, eyni zamanda üzərindən aşkar olunmuş narkotik vasitənin qalan hissəsini isə idarə etdiyi və Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobildə olduğunu, həmin əşyaları və narkotik vasitəni də təqdim edə biləcəyini demişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona üzərində olan əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra gödəkçənin sağ yan cibində olan “Samsung” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 22 manat pulu, əynində olan gödəkçəsinin sol iç cibində olan özünə məxsus olan şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini, “VAZ-21144” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və etibarnaməni çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmyerlisi olduğunu, aralarında dostluq münasibətləri olduğunu, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatsız olduğunu bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Şahid7 dediklərini təsdiq edib, onun aşkar edilən narkotik vasitədən məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadə verərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8-ci kmdə yerləşən maşın bazarında elektrik işi ilə məşğul olub qazanc əldə edir. O, cəbhə bölgəsində vuruşan əsgərlərə tanışlarının iştirakı ilə geyim paltarları və qida məhsulları alıb aparmışdır. Tərtər rayonunda olan zaman Ziya adlı şəxs ilə tanışlıqları yaranmışdır. Bir neçə dəfə əsgərlərə pay aparan zaman onunla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs həmin rayonda hamı tanıdığı üçün və rayonun yollarına yaxşı bələd olduğundan onunla münasibətləri yaranmışdır. 15 noyabr 2020-ci il tarixdə Tərtər rayonunda olan zaman Ziya idarə etdiyi özünə məxsus Opel Astra markalı avtomobilin içərisində siqaretə oxşar bükülünü yandırıraq çəkməyə başlamışdır. Ona narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin vaxt Ziya ona da çəkdiyi siqaret kağızına doldurulmuş marixuananı verib çəkməyini təklif etmişdir. O da həmin Ziyanın təqdim etdiyi narkotik vasitədən 2-3 dəfə tüstü alıb çəkmişdir. Onu da qeyd etmişdir ki, bu hal bir dəfə baş vermişdir, bundan sonra Ziya ilə görüşməmişdir. Həmçinin əlavə olaraq bildirdi ki, Ziya yardım aparmaqla məşğul olduğundan həmin əraziləri yaxşı tanıyırdı. Buna görə də ona müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid X3 ifadə verərək bildirmişdir ki, özünə məxsus pay torpağında əkin işləri ilə məşğul olub qazanc əldə edir. Əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Eyni rayondan olduğu Təqsirləndirilən şəxs ilə uşaqlıq illərindən münasibətləri vardır. Təxminən 2020-ci il noyabr ayının ortalarında Təqsirləndirilən şəxs ilə görüşən zaman onda narkotik vasitə qurudulmuş marixuananın olmasını görmüşdür. Ziyadan istifadə etmək məqsədi ilə 02 ədəd papirosda narkotik vasitə qurudulmuş marixuana götürmüşdür. Marixuananı götürdükdən bir neçə gün keçdikdən sonra Ziyaya 50 manat məbləğində pulu avtomobilinə benzin tökmək məqsədi ilə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadə verərək bildirmişdir ki, 20 noyabr 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 31 may 1985-ci ildə Tərtər rayonunda anadan olmuş, Tərtər rayonu, Səhləbad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edərək satış məqsədi ilə üzərində və idarə etdiyi avtomobildə saxlaması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 noyabr 2020-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs hərəkət edəcəyi “Bərdə-Ağdam” avtomobil yolu istiqamətində hərəkət etmişlər. Həmin gün saat 12:50 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Soğanverdilər kəndinin ərazisindən keçən 2-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin yolun kənarında saxlanılmasını görüb avtomobilə yaxınlaşmışlar. Avtomobilin yanında iki nəfər kişi cinsli şəxsin olmasını görüb xidməti vəsiqələrini onlara göstərməklə özlərini təqdim etmiş və hər iki şəxsə özlərini təqdim etmələrini söyləmişlər. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid7 olmasını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlaması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və gəzdirməsi barədə Baş İdarəyə məlumat daxil olması bildirilmişdir. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanışı Şahid7 ilə birlikdə, həmçinin idarə etdiyi “Opel-Astra” markalı avtomobil Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Bərdə RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs və Şahid7 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə Rayon Vəkil Bürosundan dövlət hesabına müdafiəçilər dəvət edilmişdir. Bundan sonra hər iki şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin onlara hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid7 şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid7 buna etiraz etmədiklərini bildirmişlər. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, odlu silah, döyüş sursatları və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. O, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusunu və həmin gödəkçənin sol iç cibindən 02 ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təqdim etmiş və içərilərində narkotik vasitə qurudulmuş marixuana olmasını söyləmişdir. Həmin 02 ədəd kibrit qutusu və 02 ədəd gümüşü kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutularının və kağız bükümlərin içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdiri. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 2-3 gün əvvəl Tərtər rayonu, Həsənqaya kəndi ərazisində qara rəngli sellofan torbada təsadüfən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin Tərtər rayonu, Həsənqaya kəndi ərazisində təsadüfən tapdığı qara rəngli sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuanadan başqa avtomat tipli silaha məxsus 03 ədəd daraq və patronlar olduğunu qeyd etmiş, tapdığı daraqları və partonları, eyni zamanda üzərindən aşkar olunmuş narkotik vasitənin qalan hissəsinin isə idarə etdiyi “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobildə olduğunu, həmin əşyaları və narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadə verərək bildirmişdir ki, 20 noyabr 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 31 may 1985-ci ildə Tərtər rayonunda anadan olmuş, Tərtər rayonu, Səhləbad kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edərək satış məqsədi ilə üzərində və idarə etdiyi avtomobildə saxlaması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlamaqla gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 noyabr 2020-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması ilə bağlı əmr verilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin gün Təqsirləndirilən şəxs hərəkət edəcəyi “Bərdə-Ağdam” avtomobil yolu istiqamətində hərəkət etmişlər. Həmin gün saat 12:50 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Soğanverdilər kəndinin ərazisindən keçən 2-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilin yolun kənarında saxlanılmasını görüb avtomobilə yaxınlaşmışlar. Avtomobilin yanında iki nəfər kişi cinsli şəxsin olmasını görüb xidməti vəsiqələrini onlara göstərməklə özlərini təqdim etmiş və hər iki şəxsə özlərini təqdim etmələrini söyləmişlər. Həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid7 olmasını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlaması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və gəzdirməsi barədə Baş İdarəyə məlumat daxil olması bildirilmişdir. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarla tanış edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanışı Şahid7 ilə birlikdə, həmçinin idarə etdiyi “Opel-Astra” markalı avtomobil Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Bərdə RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs və Şahid7 hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə Rayon Vəkil Bürosundan dövlət hesabına müdafiəçilər dəvət edilmişdir. Bundan sonra hər iki şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin onlara hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid7 şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxslər Təqsirləndirilən şəxs və Şahid7 buna etiraz etmədiklərini bildirmişlər. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, odlu silah, döyüş sursatları və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. O, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusunu və həmin gödəkçənin sol iç cibindən 02 ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təqdim etmiş və içərilərində narkotik vasitə qurudulmuş marixuana olmasını söyləmişdir. Həmin 02 ədəd kibrit qutusu və 02 ədəd gümüşü kağız büküm iştirakçıların şahidliyi ilə açıldıqda kibrit qutularının və kağız bükümlərin içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdiri. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 2-3 gün əvvəl Tərtər rayonu, Həsənqaya kəndi ərazisində qara rəngli sellofan torbada təsadüfən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin Tərtər rayonu, Həsənqaya kəndi ərazisində təsadüfən tapdığı qara rəngli sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuanadan başqa avtomat tipli silaha məxsus 03 ədəd daraq və patronlar olduğunu qeyd etmiş, tapdığı daraqları və partonları, eyni zamanda üzərindən aşkar olunmuş narkotik vasitənin qalan hissəsinin isə idarə etdiyi “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobildə olduğunu, həmin əşyaları və narkotik vasitəni də təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahidlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları, Şahid3, Şahid5 Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların məhkəməyə bildirdiklərini bir daha təsdiq etmişlər. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 20 noyabr 2020-ci il saat 12:50 radələrində Təqsirləndirilən şəxs Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu, Soğanverdilər kəndinin ərazisindən keçən 2-ci kilometrliyində idarə etdiyi “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobildə tanışı Şahid7 ilə birlikdə saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sağ yan cibindən içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 02 ədəd kibrit qutusu, gödəkçəsinin sol iç cibindən içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 02 ədəd gümüşü rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xüsusilə mühüm işlər üzrə təhqiqatçısı, polis mayoru X4 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, Bərdə Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi “Opel-Astra” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin yük yerindən bir ədəd ağ rəngli sellofan torba və bir ədəd ağ rəngli parça torba, avtomobilin salon hissəsində yerləşən panelin üzərində olan eynək qabının içərisindən isə bir ədəd kağız büküm aşkar edilmişdir. Ağ rəngli parça torbadan içərilərində narkotik vasitə qurudulmuş marixuana bənzər kütlələr olan 10 ədəd kibrit qutusu, ağ rəngli sellefon torbadan 03 ədəd daraq və 89 ədəd patron, avtomobilin salon hissəsindəki eynək qabından içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan ağ rəngli kağız büküm aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə, idarə etdiyi avtomobilə baxış və götürmə aparılması “Sony” markalı videokamera aparatı istifadə edilməklə videoçəkiliş ilə həyata keçirilmiş və 02 ədəd “DVD” diskə yazılaraq protokola əlavə edilmiş və həmin “DVD” disklərdə olan videoçəkilişdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar əks edildiyindən 02 ədəd DVD disk 28 yanvar 2021-ci il tarixli qərar ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 21 noyabr 2020-ci il 7/810 nömrəli rəyində qeyd edilmişdir ki:

1. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən aşkar olunmuş...” sözləri yazılmış 1 №-li kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,085 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır.

2. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış 2№-li kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,420 qram və iki ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,462 qram və 0,535 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi- 7,417 qramdır.

3. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş...” sözləri yazılmış 3№-li kağız paketdə 10(on) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 5,860 qram, 2) 6,594 qram, 3) 6,816 qram, 4) 5,868 qram, 5) 6, 248 qram, 6) 6, 351 qram, 7) 6,221 qram, 8) 6,275 qram, 9) 5,920 qram, 10) 5, 645 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi-61,798 qramdır. 3.1. Tədqiqata təqdim olunmuş 3№-li kağız paketdə bir ədəd kağız bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,139 qram narkotik tərkibli çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır.

4. Tədqiqata təqdim olunmuş üç ədəd kağız paketdə ümumi sayı 12(on iki) ədəd kibrit qutusunda və ümumi sayı 03 (üç) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 21 noyabr 2020-ci il tarixli 20/613R nömrəli rəydə qeyd edilmişdir ki:

1. Tədqiqata təqdim edilmiş 89 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Patronların üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir.

2. Tədqiqata təqdim edilmiş, 03 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuşdur, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağlarıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli 3329 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 31 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və X6 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sansksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulduğundan, ona azadlıqda məhrum etmə ilə bağlı olmayan, eləcə də azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal onun himayəsində azyaşlı uşağının olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin fövqəladə və ya hərbi vəziyyət zamanı törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 noyabr 2020-ci il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbetmənin əvvəli 20 noyabr 2020-ci il tarixdən hesablanmışdır. Həmçinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti əlavə olaraq 20 gün, yəni 12 mart 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməllər qəsdən törədilmiş az ağır cinayətlər olduğundan sonuncu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 22 noyabr 2020-ci il tarixli qərar ilə Təqsirləndirilən şəxs aşkar edilmiş 75,439 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 03 ədəd daraq və 89 ədəd patron madddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonraki qalıq- 74,989 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 03 ədəd daraq və 89 ədəd patron məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir, videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 74,989 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki qalıq 03 ədəd daraq və 89 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 02 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-cı maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 01 (bir) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimikan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki qalıq 74,989 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki qalıq 03 ədəd daraq və 89 ədəd patron hökm qanuni qüvvəsini aldıqdan sonra Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar