Məhkəmə qərarları › İş №1(021)-56/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-56/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-56/2022 09.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs oğlu, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,098 qram psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 30 noyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Qasımbəyli kəndində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol arxa cibində olan pul kisəsinin içərisindən 1 (bir) ədəd şəffaf sellofan torbacıqda ümumi təmiz çəkisi 1,098 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir narkotik vasitə və psixotrop maddələrin aludəçisidir. 2021-ci ilin noyabr ayının sonlarında Bərdə rayonu Qasımbəyli kəndindən evinə gedərkən, yolun kənarında yerdən bir ədəd sellofan bükümdə kristala bənzən kütlə görmüş, psixotrop maddələrin aludəçisi olduğundan həmin bükümdəki maddənin metamfetamin olmasını bilmiş, həmin bükümü götürərək üzərində olan pul kisəsinə qoymuşdur ki, gələcəkdə istifadə etsin. 30 noyabr 2021-ci il tarixə keçən gecə psixotrop maddə olan metamfetamini istifadə etmək qərarına gəlmiş, bu məqsədlə heç kimin olmadığı Qasımbəyli kəndində yollanmış, bundan əvvəl isə xatırlamadığı aptekdən “Novakain” ampulası və iki ədəd şprits, həmçinin xatırlamadığı marketdən limon duzu almış, ampulada metamfetamini limon duzu ilə qatıb qaynadıb hazırladıqdan sonra istifadə etmək niyyətində olmuşdur. 30 noyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bərdə rayonu Qasımbəyli kəndində, kənd yolu ilə hərəkət edərkən polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim etməklə onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçi dəvət edilmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə polis şöbəsinin inzibati binasında şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan qanunla saxlanılması qadağa edilmiş əşya və predmetləri təqdim etməyi təklif olunmuş, o, əynində olan qara rəngli gödəkcənin ciblərində saxladığı “Novakain” ampulası, iki ədəd şpris və limon duzunu təqdim etmiş, bundan sonra əynində olan şalvarın sol arxa cinbində saxladığı pul kisəsinin içərisindən bir ədəd bükümdə saxladığı metamfetamini təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 1,35 qram olması müəyyən edilmiş, həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün saxlamış, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini Bərdə rayonu Qasımbəyli kənd yolunda tapmış, narkotik vasitələrin istifadəçisi olduğundan həmin narkotik vasitələri şəxsi istifadəsi üçün götürmüş, narkotik maddələrin alqı-satıqısı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən DİO-da, 2021-ci ildən avqust ayından Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs oğlunu tutulanadək tanımamış, heç bir münasibətləri yoxdur. 30 noyabr 2021-ci il tarixdə Bərdə şəhər Səttarxan küçəsi ev 31-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuş, Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Bərdə rayon polis şöbəsinin X2 baş inspektoru polis baş leytenantı Şahid3 ilə birlikdə 30 noyabr 2021-ci il tarixdə saat 00.10 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən Taxta bazarının yaxınlığında olmasını müəyyən etmiş, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, narkotik vasitələrin satışı, istifadəsi və gəzdirməsində şübhəli olduğunu bildirib orada saxlayıb Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra ona vəkil Müdafiəçi təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanunu nə kimi əşya varsa həmin əşyaları təqdim etməsini bildirilmiş, Xətai əynində olan qara rəngli gödəkçənin ciblərindən bir ədəd novokain şüşə ampulanı, iki ədəd boş şpirisi, və bir ədəd paketdə limon duzunu və kiçik falqanı təqdim etmiş və bildirmişdir ki, metamfetamin istifadə edəndə onlardan da istifadə edir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol arxa cibində saxladığı pul kisəsindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal halında olan metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmiş, bildirmişdir ki, şüşədir, yəni metamfetamindir. Üstündə əlavə qeyri qanuni əşya, narkotik maddə olmadığını bildirmiş, bundan sonra onun üzərində özünün razılığı ilə şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çıkilmiş, dəqiq neçə qram olması yadında qalmamış, qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Xətai özü də imzalamış, sorğu zamanı Xətai narkotik maddə aludəçisi olduğu, şüşə yəni metamfetamin qəbul etdiyini, üstündə aşkar olunan metamfetamini tutulmamışdan bir neçə gün əvvəl yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs heroini hər hənsı bir şəxsdən alması öz təsdiqini tapmamış, saxlanılıb polis şöbəsinə gətiriləndə onun yanında heç kim olmamış, tək olmuş, Təqsirləndirilən şəxs narkotik maddə satması xüsusatı tərəflərindən yoxlanılmış, lakin təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, eləcə də satış məqsədi ilə əldə etməsi, kiməsə satıb-satmaması, cinayəti hər hansı bir şəxslə törətməsi, digər cinayətlərdə iştirak etməsi əməliyyat yolu ilə yoxlanılmış, lakin öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik maddələrin aludəçisi olduğuna görə öz şəxsi istifadəsi üçün üstündə saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə CAB-nin əməliyyat müvəkkili polis mayoru vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs oğlunu tutulanadək tanımamış, heç bir münasibətləri yoxdur. 30 noyabr 2021-ci il tarixdə Bərdə şəhər Səttarxan küçəsi ev 31-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuş, Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 və Bərdə rayon polis şöbəsinin X2 baş inspektoru polis baş leytenantı Şahid3 ilə birlikdə 30 noyabr 2021-ci il tarixdə saat 00.10 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən Taxta bazarının yaxınlığında olmasını müəyyən etmiş, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, narkotik vasitələrin satışı, istifadəsi və gəzdirməsində şübhəli olduğunu bildirib orada saxlayıb Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra ona vəkil Müdafiəçi təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanunu nə kimi əşya varsa həmin əşyaları təqdim etməsini bildirilmiş, Xətai əynində olan qara rəngli gödəkçənin ciblərindən bir ədəd novokain şüşə ampulanı, iki ədəd boş şpirisi, və bir ədəd paketdə limon duzunu və kiçik falqanı təqdim etmiş və bildirmişdir ki, metamfetamin istifadə edəndə onlardan da istifadə edir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol arxa cibində saxladığı pul kisəsindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal halında olan metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmiş, bildirmişdir ki, şüşədir, yəni metamfetamindir. Üstündə əlavə qeyri qanuni əşya, narkotik maddə olmadığını bildirmiş, bundan sonra onun üzərində özünün razılığı ilə şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çıkilmiş, dəqiq neçə qram olması yadında qalmamış, qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Xətai özü də imzalamış, sorğu zamanı Xətai narkotik maddə aludəçisi olduğu, şüşə yəni metamfetamin qəbul etdiyini, üstündə aşkar olunan metamfetamini tutulmamışdan bir neçə gün əvvəl yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs heroini hər hənsı bir şəxsdən alması öz təsdiqini tapmamış, saxlanılıb polis şöbəsinə gətiriləndə onun yanında heç kim olmamış, tək olmuş, Təqsirləndirilən şəxs narkotik maddə satması xüsusatı tərəflərindən yoxlanılmış, lakin təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, eləcə də satış məqsədi ilə əldə etməsi, kiməsə satıb-satmaması, cinayəti hər hansı bir şəxslə törətməsi, digər cinayətlərdə iştirak etməsi əməliyyat yolu ilə yoxlanılmış, lakin öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik maddələrin aludəçisi olduğuna görə öz şəxsi istifadəsi üçün üstündə saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X2 baş inspektoru polis baş leytenantı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs oğlunu tutulanadək tanımamış, heç bir münasibətləri yoxdur. 30 noyabr 2021-ci il tarixdə Bərdə şəhər Səttarxan küçəsi ev 31-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə Bərdə rayon polis şöbəsinə məxfi məlumat daxil olmuş, Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis mayoru Məmmədov X6 zamanı şahid qismində dindirilmiş Bərdə CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 ilə birlikdə 30 noyabr 2021-ci il tarixdə saat 00.10 radələrində tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Qasımbəyli kəndi ərazisində yerləşən Taxta bazarının yaxınlığında olmasını müəyyən etmiş, özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirib, narkotik vasitələrin satışı, istifadəsi və gəzdirməsində şübhəli olduğunu bildirib orada saxlayıb Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra ona vəkil Müdafiəçi təqdim edilmiş, daha sonra üzərində narkotik vasitələrin qanunsuz gəzdirməsində şübhəli olunduğunu dedikdən sonra video çəkiliş vasitəsilə təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan narkotok maddə, qeyri qanunu nə kimi əşya varsa həmin əşyaları təqdim etməsini bildirilmiş, Xətai əynində olan qara rəngli gödəkçənin ciblərindən bir ədəd novokain şüşə ampulanı, iki ədəd boş şpirisi, və bir ədəd paketdə limon duzunu və kiçik falqanı təqdim etmiş və bildirmişdir ki, metamfetamin istifadə edəndə onlardan da istifadə edir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol arxa cibində saxladığı pul kisəsindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal halında olan metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmiş, bildirmişdir ki, şüşədir, yəni metamfetamindir. Üstündə əlavə qeyri qanuni əşya, narkotik maddə olmadığını bildirmiş, bundan sonra onun üzərində özünün razılığı ilə şəxsi axtarış keçirilmiş, başqa qeyri qanuni əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çıkilmiş, dəqiq neçə qram olması yadında qalmamış, qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmış, Xətai özü də imzalamış, sorğu zamanı Xətai narkotik maddə aludəçisi olduğu, şüşə yəni metamfetamin qəbul etdiyini, üstündə aşkar olunan metamfetamini tutulmamışdan bir neçə gün əvvəl yerdən tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs heroini hər hənsı bir şəxsdən alması öz təsdiqini tapmamış, saxlanılıb polis şöbəsinə gətiriləndə onun yanında heç kim olmamış, tək olmuş, Təqsirləndirilən şəxs narkotik maddə satması xüsusatı tərəflərindən yoxlanılmış, lakin təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini haradan əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamış, eləcə də satış məqsədi ilə əldə etməsi, kiməsə satıb-satmaması, cinayəti hər hansı bir şəxslə törətməsi, digər cinayətlərdə iştirak etməsi əməliyyat yolu ilə yoxlanılmış, lakin öz təsdiqini tapmamış, Təqsirləndirilən şəxs narkotik maddələrin aludəçisi olduğuna görə öz şəxsi istifadəsi üçün üstündə saxlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 30 noyabr 2021-ci il tarixli 16/1274 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs» yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 1,098 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2022-ci il tarixli 34 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 30 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan şəffaf sellofan torbacıqda olan psixotrop maddə-metamfetamini təqdim etmiş, həmin şəffaf sellofan torbacıq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 10 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 16 dəqiqə 11 saniyə müddətində davam edən video görüntülərdə Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sol arxa cibində saxladığı pul kisəsindən 01 ədəd şəffaf sellofan torbacıqda psixotrop maddə olan metamfetamini təqdim etməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 16 dekabr 2021-ci il tarixdə verilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 21 dekabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan əldə edərək üzərində saxlaması müəyyən edilmiş, lakin metamfetamini hansı mənbədən əldə etməsi və əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs cinayət əməlini tək törətmiş, onunla cinayət əlaqəsinə girmiş şəxsləri və Təqsirləndirilən şəxs metamfetamini hər kiməsə satmasını, onun digər cinayətlərdə iştirakını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 dekabr 2021-ci il tarixli 7542 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə şəhəri Səttərxan küçəsi ev 31 yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 22 dekabr 2021-ci il tarixli xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri Səttərxan küçəsi ev 31 yaşadığı müddətdə özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Spirtli içkilər içmir, narkotikə meyillidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 1,098 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1,048 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞnin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,098 qram psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 30 noyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Qasımbəyli kəndində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol arxa cibində olan pul kisəsinin içərisindən 1 (bir) ədəd şəffaf sellofan torbacıqda ümumi təmiz çəkisi 1,098 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs oğlu, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,098 qram psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 30 noyabr 2021-ci il tarixdə saat 00:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu Qasımbəyli kəndində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan qara rəngli şalvarın sol arxa cibində olan pul kisəsinin içərisindən 1 (bir) ədəd şəffaf sellofan torbacıqda ümumi təmiz çəkisi 1,098 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsul-iyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiya-sında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdir-ilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən haldır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 30 noyabr 2021-ci il tarixdə 01 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cemlədən də zərərçəkmiş tərəfin mövqeyini, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilmə-si və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəza-sına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat-landırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 1,098 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 1,048 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan ümumi təmiz çəkisi 1,098 qram olan psixotrop maddə-metamfetamin, ekspertiza tədqiqatından sonra qalıq 1,048 qram olan psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə 32.40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 30 noyabr 2021-ci il tarixdə 01 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə şəhəri Səttərxan küçəsi ev 31 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 1,048 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar