Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-56/2023 24.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Hüseynalılar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 23 dekabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, cavabdeh kimi Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-1516/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)-1380/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 8892,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2003-cü il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2006-cı ildə Elvin adlı bir uşaqları olmuşdur. Sonradan xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, Zərərçəkmiş şəxs onu bir ər kimi sayıb hörmət etmədiyindən 2016-cı ildə ayrılmışlar və həmin tarixdən Kəlbəcər rayon sakini Şahid3 ilə ailə quraraq evlənmişlər və onların nikahlarından 2017-ci ildə Sevgi adlı bir uşaqları olmuşdur. Zərərçəkmiş şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə Bərdə şəhərində bənna kimi ev tikməklə ustalıq fəaliyyəti ilə məşğul olur və hər ay ***-**** manat qazancı olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ona qarşı məhkəmədə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-1516/2016 saylı qətnaməsinə əsasən ondan xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmişdir. Sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə xx.xx.2022-ci tarixli təqdimatda qeyd edilən cəmi 8892,00 manat aliment borcunu ödəməmişdir. Təqdimat verildikdən sonra ibtidai və məhkəmə istintaqı dövründə borcunu tam ödəyərək zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışlar. Əməlindən səmimi peşman olmasını, ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2003-cü il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 2006cı ildə Elvin adlı bir uşaqları olmuşdur. Ailə qurduqları ilk illərdə mehriban şəraitdə yaşamışlar. Lakin sonradan Təqsirləndirilən şəxs Bərdə şəhərində yaşayan Kəlbəcər rayonundan məcburi köçkün olan İlhamə adlı qadınla faktiki nikah münasibətində yaşadığı üçün 2016-cı ilin əvvəllərində ondan ayrılıb birlikdə yaşadıqları evdə onu bir uşaqla təkbaşına qoyaraq çıxıb getmişdir. Həmin tarixdən Təqsirləndirilən şəxs ilə faktiki olaraq ayrılıb uşağı ilə birlikdə ayrı yaşamışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu Bərdə şəhərində bənna kimi ev tikməklə ustalıq fəaliyyəti ilə məşğul olmaqla hər ay ***-**** manat qazancı olmuşdur. Faktiki olaraq ayrıldıqdan sonra Təqsirləndirilən şəxs uşağının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o, heç bir yerdə işləmədiyi üçün uşağı təkbaşına saxlamaqda çətinlik çəkmişdir. Ona görə qardaşının maddi yardımı ilə uşağını saxlamışdır. Təqsirləndirilən şəxs qarşı məhkəmədə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)- 1516/2016 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə xx.xx.2022-ci tarixli təqdimatda qeyd edilən cəmi 8892,00 manat aliment borcu ödəməmişdir. Qeyd edilən 8892,00 manat məbləğində borcdan Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı dövründə hissəvi ödənişlər edərək borcu tam ödəmişdir, onunla bağlı aralarında razılığa gəlinmiş və barışmışlar. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmış və ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ona ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə Rayon İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-1516/2016 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnaməsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığı üçün Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)-1380/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 15 (on beş) gün müddətinə həbs edilmişdir. Borclu inzibati məsuliyyətdən sonra da məhkəmə qərarının icrasını təmin etməmiş və xx.xx.2022-ci il tarixədək tələbkar Zərərçəkmiş şəxs cəmi 8892,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Hal-hazırda Qurbanov Təqsirləndirilən şəxs Kəmalə Pənah qızına dəymiş ziyanı tam olaraq ödəmiş, tələbkar təqsirləndirilən şəxslə barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 da digər Şahid2la eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 2(021)-1516/2016 saylı 08 sentyabr 2016-cı il tarixli qətnaməsi və eyni tarixli icra vərəqəsinə əsasən iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulması və uşağın yanında saxlanması tələbinə dair iddiası qismən təmin edilərək iddiaçı Təqsirləndirilən şəxs ilə cavabdeh Zərərçəkmiş şəxs arasında Bərdə rayon Qeydiyyat Şöbəsində 13 aprel 2006-cı il tarixdə 221 nömrə qeydi ilə bağlanmış nikahın pozulması, 22 may 2006-cı il təvəllüdlü X1 anası Zərərçəkmiş şəxs yanında saxlanılması və 02 mart 2016-cı il tarixdən etibarən 22 may 2006-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Təqsirləndirilən şəxs hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 19 may 2017-ci il tarixli İcraata başlamaq haqqında qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-1516/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Bərdə rayon İŞ-nin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Əsgər Fərhadlı tərəfindən icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etmək təklif edilmiş, icranın könüllü təmin edilmədiyi təqdirdə məcburi icra hərəkətlərinin həyata keçiriləcəyi borclunun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş bildiriş və xəbərdarlıqların surətindən təqsirləndirilən şəxsin icra işi üzrə tələbin təmin edilməsi üçün dəfələrlə xəbərdar edilməsi və icra edilmədiyi təqdirdə məsuliyyət daşıması ona izah edilmişdir. İşə əlavə edilmiş müxtəlif təşkilatlara verilmiş sorğular və onlardan gələn cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs adına bank hesabı, əmanət, nəqliyyat vasitəsi və daşınmaz əmlak aşkar edilməmişdir. Bərdə rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli 8(021)-425/2017 saylı qərardadı ilə icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs Bərdə rayon İcra Şöbəsinə məcburi gətirilməsi və qərardadın icrasının Bərdə rayon Polis Şöbəsinə tapşırılması qərara alınmışdır. 05 sentyabr 2017-ci il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və axtarışın icrası Bərdə rayon Polis Şöbəsinə tapşırılmışdır. Bərdə rayon Məhkəməsinin 8(021)-167/2018 saylı qərardadına əsasən xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(021)-1380/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə müxtəlif məbləğlər ödəyərək borcu bağlamışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi və notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənilmişdir. Onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Buna görə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 2 oktyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Sözügedən qərarda qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilənlərlə yanaşı məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə olan aliment borcunu tam ödədiyindən və bununla da məhkəmə qətnaməsini tam olaraq icra etdiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş və məhkəmə iclasında təqdim etdiyi ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənildiyindən təqsirləndirilən şəxslə barışmışdır və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs оğlu tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tam olaraq icra edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. CM-nin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 72.2-ci maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin maddənin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. CPM-in 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-in 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-56/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-56/2023
24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver