Məhkəmə qərarları › İş №1(021)-56/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-56/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-56/2025 09.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X25 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi5, Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 228.2.1-ci maddəsi ilə, xx xxxxxx 1991-ci il tarixdə Bərdə rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu Hacallı kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə, xx xxxxxx 1984-cü il tarixdə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, Füzuli–Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib N il intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən N il sınaq müddəti müəyyən edilməklə cəzası şərti hesab edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən cəzası 1 ilə endirilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarına əsasən 05 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu olmayan, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 228.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, onlar qabaqcadan əlbir olub bir qrup halında birləşərək satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK- 74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 56 ədəd patronları qanunsuz olaraq əldə edib, Təqsirləndirilən şəxs1 01 ədəd darağı və 56 ədəd patronları qanunsuz olaraq üzərində saxlamaqla, 02 ədəd avtomatı isə dəqiq yeri məlum olmayan Xocalı rayonu ərazisindən Təqsirləndirilən şəxs3 məxsus “KHAZAR SD” markalı, ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alt hissəsinə bağlayıb qanunsuz olaraq daşımaqla, Təqsirləndirilən şəxs1 ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 56 ədəd patronları yaşadığı Bərdə rayonu Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gətirib həmin sahədə ot bağlamalarının arasında qanunsuz olaraq saxlamış, Təqsirləndirilən şəxs2 isə ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı yaşadığı Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən kiçik həcmli su kanalında qanunsuz olaraq saxlamış, 26 fevral 2024-cü il tarixdə, saat 22:35 dəqiqədə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Bərdə rayonu Bəcirəvan kəndində şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən ot bağlamalarının arasında qanunsuz olaraq satış məqsədilə saxladıqları ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 56 ədəd patronlar aşkar edilərək götürülmüş, 06 mart 2024-cü il tarixdə, saat 17:15 dəqiqədə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində Bərdə rayonu Hacallı kəndində yaşayan Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin yaxınlığından keçən kiçik həcmli su kanalına baxış keçirilən zaman su kanalının içərisində qanunsuz olaraq satış məqsədilə saxladıqları ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməlini törətmələri məhkəmə istintaqı dövründə araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3lə birlikdə işğaldan azad edilmiş Xocalı rayonu ərazisində fəhlə işləmişlər. Silahları da işlədikləri vaxt Xocalı rayonu ərazisindən tapmışlar. Belə ki, axşam işdən çıxdıqdan sonra Turalla birlikdə orada olan boş fermaya getmiş, həmin vaxt samanlıqdan silahları tapmışlar. Tapdıqları silah 02 ədəd Kalaşnikov avtomatı, 01 ədəd daraq və patronlar olmuşdur. Silahı tapanda Xosrov yanlarında olmamışdır. Silah tapdıqlarını Xosrov sonradan bilmişdir. Xosrova silah olduğunu, silahları aparmaq istədiklərini deyəndə sonuncu onlarla razılaşmamış, onlar israrla təkid etdiklərindən sonradan onlarla razılaşmışdır. Silahı Təqsirləndirilən şəxs3 məxsus avtomobilin altına bağlayıb postdan keçirmişlər. Postda yoxlama olmuş, polis əməkdaşları ancaq yük yerinə və ayaq altına baxmışlar. Avtomat silahlardan birini, darağı və patronları özü götürmüş, bir ədəd avtomat silahı isə Təqsirləndirilən şəxs2 götürmüşdür. Özünə götürdüyü silah-sursatı həyətində olan ot tayasının içində gizlətmişdir. Silahı satmaq niyyəti olmamış, ov etmək üçün gətirmişdir. 9 gün sonra polis əməkdaşları gəlmiş və könüllü olaraq silah-sursatı polis əməkdaşlarına təqdim etmişdir. Ona qarşı heç bir təzyiq və ya təsir olmamış, əməlini özü könüllü etiraf etmişdir. Səhvini başa düşür, əməlindən peşimandır. Himayəsində 03 nəfər azyaşlı uşağı var, kiçik oğlu birinci qrup əlildir. Göstərdiklərinin nəzərə alınmasını və ona rəhm edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə birlikdə işğaldan azad edilmiş Xocalı rayonu ərazisində fəhlə işləmişlər. Axşam işdən çıxdıqdan sonra Alı ilə birlikdə işlədikləri iş yerindən təxminən 500-600 metr məsafədə yerləşən boş fermaya getmişlər. Həmin vaxt Xosrov onların yanında olmamışdır. Orada olan samanlıqdan silahları tapmış və özləri ilə götürmüşlər. Silahları qaldıqları yerə gətirmişlər. Silahları Bərdə rayonuna gətirmək istəmişlər. Bu barədə Xosrova deyəndə, sonuncu onlarla razılaşmamışdır. Alı və o təkid etdikdən sonra Xosrov onlarla razılaşmış və silahları sonuncunun avtomobilinin altına bağlamışlar. Xosrovun avtomobili ilə Bərdə rayonuna gəlmiş, silahları da həmin avtomobillə gətirmişlər. Bərdə rayonuna gəldikdən sonra Alı öz silah-sursatını götürmüş, o isə bir dədə avtomat silahı özünə götürmüşdür. Silahı marağ üçün götürmüş, satmaq niyyəti olmamışdır. Götürdüyü silahı yaşadığı evin həyətində olan ot tayasında gizləmişdir. Təxminən bir həftə sonra Xəyyam adlı polis əməkdaşı gələrək onu polis şöbəsinə aparmış və ondan silah gətiribgətirməməsini soruşmuşdur. Xəyyama silah gətirmədiyini bildirdikdən sonra sərbəst buraxılmışdır. Evə qayıtdıqdan sonra silahı ot tayasından götürərək evlərinin yaxınlığından keçən su kanalına atmışdır. Daha sonra yenidən polis əməkdaşları onu polis şöbəsinə aparıb orada saxlamışlar. Atası polis şöbəsinə gəlmiş və ondan silahın yerini soruşmuşdur. Atasına etiraf etmiş və silahı su kanalına atdığını ona bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə kəndə gəlmişlər və silah sudan çıxarılmışdır. Əvvəlcə silahın yerini deməsə də, sonradan əməlini etiraf etmişdir. Polis əməkdaşları silahı sudan çıxararaq götürmüşlər. Həmin vaxt orada olmamışdır. Səhvini başa düşür, əməlindən peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona rəhm edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs3 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə işğaldan azad edilmiş Xocalı rayonu ərazisində fəhlə işləmişlər. Hava yağışlı olduğundan axşam işdən tez çıxmışlar. Tural və Alı ona fermaya getdiklərini bildirmiş, lakin o getməmişdir. Sonuncular axşam gələndə silah tapdıqlarını bildirmişlər. Tural və Alıya silahları özləri ilə aparmamalarını, tutulacaqlarını demişdir. Tural və Alı silahları onun avtomobili ilə aparacaqlarını bildirmiş, lakin o, onlarla razılaşmamışdır. Bir müddət sonra qardaşı övladına toy etdiyindən, onlara Bərdə rayonuna qayıtmağı təklif etmiş, onlar da silahı aparacaqlarını bildirmişlər. O, silahların onun avtomobili ilə aparılmağına razı olmadığından Alı ona acıq etmiş, “əgər silahı aparmasa getməyəcəyini” demişdir. Bundan sonra razılaşmış, silahları götürüb onun avtomobilinin altına bağlamışlar və birlikdə Bərdə rayonuna qayıtmışlar. Bərdəyə çatanda silah-sursatı Alı və Tural özləri ilə götürmüşlər. Daha sonra Alı ilə birlikdə Bərdə rayonu Samux kəndində işləyərkən Bərdə Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsindən Alıya zəng etmişlər ki, “Pambıq zavodun yanına gəl səninlə işimiz var”. Gec çıxdıqlarından Alı ilə şöbəyə getmişlər. Gecə saat 02-yə kimi polis şöbəsində Alını gözləmişdir. O, getmiş və Alının qardaşına Alının polis şöbəsində olduğunu demişdir. Fevral aının 27-də müstəntiq Niyaməddin ona zəng edərək onu polis şöbəsinə çağırmış, şöbədə olarkən ona, avotomolili ilə silah gətirildiyini demişlər. İzahatında silahdan xəbəri olmadığını bildirmişdir. Mart ayının 5-i Bakı şəhərində olarkən müstəntiq Niyamədin yenidən onu polis şöbəsinə çağırmışdır. Səhəri gün polis şöbəsinə gəlmiş və Alı ilə Turalın tutulduğunu bilmişdir. Onu da həmin gün tutmuşlar. Silah-sursatın gətirilməsində onun hər hansı marağı olmamışdır. Alı və Tural təkidlə xahiş etdiklərindən, yalnız yoldaşlıq xatirinə silahların öz avtomobili ilə gətirilməsinə razılıq vermişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Ona rəhm edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, təxminən 2024-cü ilin fevral ayında Bərdə RPŞ-nə Bərdə rayonu Bəcirəvan kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin gün saat 22 radələrində o və digər polis əməkdaşları birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı Bərdə rayonu Bəcirəvan kəndinə getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 yaşadığı evdə olması müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunsuz olaraq odlu silah və onun komplekt hissələri qanunsuz olaraq saxlaması barədə şübhəli olduğundan fərdi yaşayış evinə və həyətyanı sahəsinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını və yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən ot bağlamalarının arasında avtomat silahı və patronlar gizlətməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 iştirakı ilə həyətyanı sahəsində olan ot bağlamasına yaxınlaşaraq baxış keçirmişlər və Təqsirləndirilən şəxs1 ot bağlamalarının arasından ******* nömrəli 5,45 mm kalibrli, 01 (bir) ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün 01 (bir) ədəd avtomatı darağı, 5,45x39 mm kalibrli 56 (əlli altı) ədəd patronları təqdim etmişdir. Sonuncuya həmin silahı haradan əldə etməsini soruşduqda, Təqsirləndirilən şəxs1 silahsursatı işlədiyi Xocalı rayonundan taparaq yaşadığı evə gətirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə bağlı əməliyyatda iştirak etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu Hacallı kəndinə getmişlər. Təqsirləndirilən şəxs2 kənddən keçən su arxına atdığı 1 ədəd avtomat silahını Şahid4lə birlikdə su arxından çıxararaq Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər və ekspertizaya təqdim olunması üçün təhvil vermişlər. Silah sudan çıxarılarkən bükülü vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 silahı Alı və Xosrov ilə birlikdə Qarabağ bölgəsindən gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 tutularkən silahı evlərinin yaxınlığında olan su arxına atdığını bildirmiş və onlar da gedərək silahı həmin su arxının içərisindən çıxarmışlar. Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən Şahid2 ifadə verərək göstərdi ki, 2024-cü ilin fevral ayında əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur ki, Bərdə rayonu Bəcirəvan kəndində yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz silah saxlayır. Birlikdə Bəcirəvan kəndində getmişlər. Təqsirləndirilən şəxs1 həyətində olan ot tayasının arasında gizlətdiyi 1 ədəd avtomat silahını və patronları təqdim etmişdir. Ot tayası evin arxasında olmuş, Təqsirləndirilən şəxs1 təxminən 2-3-cü aradan silah-sursatı çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 silahı Qarabağ bölgəsindən, maşının alt hissəsinə bağlamaqla gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir təzyiq etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 qardaşıdır. Təqsirləndirilən şəxs1 tutulmamışdan əvvəl işğaldan azad olmuş Xocalı rayonunda dağılmış evlərin bərpası ilə əlaqədar dam ustası işləmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da qardaşı ilə birlikdə işləmişlər. 26 fevral 2024-cü il tarixdə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən qardaşı Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsindən 1 (bir) ədəd AK-74 markalı avtomat silahı, 1 ədədi avtomat darağı və 56 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Həmin vaxt orada olmamışdır. Qardaşının evinə gələndə həyətdə polis əməkdaşlarının olduğunu görmüş, həmin vaxt polis əməkdaşından nə baş verdiyini soruşmuş, polis əməkdaşı ona qardaşının evindən avtomat silahı çıxdığını bildirmişdir. Qardaşından nə üçün belə etdiyini soruşmuş, sonuncu “imkansızlıqdan, uşağı xəstə olduğu üçün pul lazım olduğuna görə belə etdiyini” bildirmişdir. Qardaşının avtomat silahı gətirdiyini bilməmişdir. Əgər bilsəydi həmin silahı özü aparıb təhvil verərdi. Təqsirləndirilən şəxs1 3 azyaşlı uşağı var, uşaqlarından biri xəstədir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 oğludur. Təqsirləndirilən şəxs2 tutulmamışdan əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə işğaldan azad olmuş Xocalı rayonunda bir müddət işləmişdir. Onlar Qarabağdan qaytıdıqdan sonra ona oğlu Turalın polis əməkdaşları tərəfindən tutulub şöbəyə aparıldığını bildirmişlər. Polis şöbəsinə gedərək oğlu ilə görüşmüş və ona həqiqətən bu işlə bağlı olub-olmadığını soruşmuşdur. Oğlu əvvəlcə boynuna almamış, lakin sonra etiraf edərək Xocalı rayonundan silah gətirdiyini və yaşadıqları evin yaxınlığından keçən kiçik həcmli su arxına atdığını bildirmişdir. Bundan sonra Bərdə RPŞ-nin əməkdaşları tərəfindən yaşadıqları Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən kiçik həcmli su kanalından 01 (bir) ədəd AK-74 markalı avtomat silahı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 27 fevral 2024-cü il tarixli, 24/470 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd ******* №-li silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. -Tədiqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Darağın üzərində istehsal ili müşahidə olunmur, yoxdur. -Tədqiqata təqdim edilmiş 56 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətinə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhəkəmə-ballistik ekspertizasının 07 mart 2024-cü il tarixli, 24/532 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd ******* №-li silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda 1982-ci ildə istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsula ilə dəyişiklərə məruz qalmamışdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18- 1-28/2-448/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18- 1-28/2-877/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18- 1-28/2-875/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxslər məhkəmə iclasında özlərini təqsirli bilsələr də, silah-sursatı satış məqsədilə gətirmədiklərini bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin yuxarıda qeyd etdkləri məhkəmə iclasında şahid ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirlən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup halında birləşərək satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 56 ədəd patronları qanunsuz olaraq əldə edib, Təqsirləndirilən şəxs1 01 ədəd darağı və 56 ədəd patronları qanunsuz olaraq üzərində saxlamaqla, 2 ədəd avtomatı isə dəqiq yeri məlum olmayan Xocalı rayonu ərazisindən Təqsirləndirilən şəxs3 məxsus olan KHAZAR SD markalı, ** PX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin alt hissəsinə bağlayıb qanunsuz olaraq daşımaqla, Təqsirləndirilən şəxs1 ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 56 ədəd patronları yaşadığı Bərdə rayonu Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gətirib həmin sahədə ot bağlamalarının arasında qanunsuz olaraq saxlaması, Təqsirləndirilən şəxs2 isə ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatı yaşadığı Bərdə rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən kiçik həcmli su kanalında qanunsuz olaraq saxlaması, 26 fevral 2024-cü il tarixdə, saat 22:35 dəqiqədə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı Bərdə rayonu Bəcirəvan kəndində şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsində yerləşən ot bağlamalarının arasında qanunsuz olaraq satış məqsədilə saxladıqları ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK- 74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan döyüş sursatı hesab edilən texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı hesab edilən 56 ədəd patronların aşkar edilərək götürülməsi, 06 mart 2024-cü il tarixdə, saat 17:15 dəqiqədə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində Bərdə rayonu Hacallı kəndində yaşayan Təqsirləndirilən şəxs2 fərdi yaşayış evinin yaxınlığından keçən kiçik həcmli su kanalına baxış keçirilən zaman su kanalının içərisində qanunsuz olaraq satış məqsədilə saxladıqları ******* nömrəli 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1982-ci ildə silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomatın aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələrin onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 25 aprel 2024-cü il tarixli, 112 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 1962-ci il təvəllüdlü anası X5, 2000-ci il təvəllüdlü arvadı X6, 2020ci il təvəllüdlü qızı X13, 2021-ci il təvəllüdlü qızı X16 və 2023-cü il təvəllüdlü oğlu X17 ilə birlikdə Bərdə rayonu Bəcirəvan kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli Xasiyyətnamə ilə, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X13 xx.xx.2020ci ildə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X16 xx.xx.2021ci ildə anadan olmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X17 xx.xx.2023cü ildə anadan olmuşdur. Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X17 “Arnold-Kiari sindromu, anadangəlmə proqressivləşən hidrosefaliya (uşaq yatağa məhkumdur). Spastik tetraplegiya. İmmobillik (hərəkətsizlik). Ou-görmə sinirinin atrofiyası. Vis ou-qeyri-düzgün işıq duyğusu obyektiv” diaqnozu ilə xəstədir, İ qrup əlildir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 himayəsində üç nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırda səhvini başa düşür və əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur. O, ailəlidir, himayəsində heç yerdə işləməyən arvadı və üç nəfər azyaşlı uşağı vardır, azyaşlı oğlu Adəm Hüseynzadə İ qrup əlildir. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunması və ailəsinin yeganə qazanc gətirən şəxsi olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 13 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal məhkəmə iclasında müəyyən edilməmişdir. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 27 mart 2024-cü il tarixli, 80 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Hacallı kəndində yaşayır. Ailə üzvləri: arvadıxx.xx.1993-cü il təvəllüdlü X3, qızı-xx.xx.2017-ci il təvəllüdlü X7 və oğlu-xx.xx.2019-cu il təvəllüdlü X1 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə ilə, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırda səhvini başa düşür və əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunması CMnin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 14 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal məhkəmə iclasında müəyyən edilməmişdir. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 20 aprel 2024-cü il tarixli, 114 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə rayonu Bəcirəvan kəndində yaşayır. Ailə üzvləri: arvadı- 1984-cü il təvəllüdlü X4, qızı-2011-ci il təvəllüdlü X2, oğlu-2013-cü il təvəllüdlü X8 və oğlu- 2022-ci il təvəllüdlü X9 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 may 2024-cü il tarixli Xasiyyətnamə ilə, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. AZE seriyalı 11736754 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Xatirə Fətiyeva xx.xx.2011-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs3 qeyd edilmişdir. AZE seriyalı 11736811 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ömər Fətiyev xx.xx.2013-cü ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs3 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli AZ-İV 805120 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2022-ci ildə anadan olunmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs3 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs3 himayəsində üç nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırda səhvini başa düşür və əməlindən peşmandır, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunması olması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 14 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hal məhkəmə iclasında müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, təqsirli bilindikləri CM-nin 228.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslər onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 26 fevral 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin başlanğıcının 26 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 05 mart 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat qismən təmin edilmiş, Təqsirləndirilən şəxs2 barəsində 02 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin başlanğıcının 05 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 05 mart 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin başlanğıcının 05 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ******* №-li, 5,45 mm kalibrli, 01 (bir) ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat, 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün 01 (bir) ədəd avtomat darağı, 5,45x39 mm kalibrli 53 (əlli üç) ədəd patronlar, ******* №-li 5,45 mm kalibrli, 01 (bir) ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalı və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan ******* №-li, 5,45 mm kalibrli, 01 (bir) ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat, 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün 01 (bir) ədəd avtomat darağı, 5,45x39 mm kalibrli 53 (əlli üç) ədəd patronlar, ******* №-li 5,45 mm kalibrli, 01 (bir) ədəd AK-74 modelli, Kalaşnikov konstruksiyalı yivli odlu silah hesab edilən avtomat hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunsun və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilsin. Hökmdən təqsirləndirilən şəxslər rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar