Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-57/2022 22.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı vardır, işsiz, əvvəllər məh-kum olunmamış, orta təhsilli, Bərdə ra-yonu Qaradağlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Gərənə kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 20 yanvar 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu Gərənə kəndində yaşayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında yaşadıqları evdə şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla atası Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə vuraraq sonuncuya sol üst göz qapağının qançırı, sol göz almasının bayır yarısının geniş ölçülü qansızması, sol xarici qulaq seyvanının bayır büküşünün sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun atasıdır. O hal hazırda valideynləri ilə birgə yaşayır. Zərərçəkmiş şəxs mütamadi olaraq yaşadığı evdə heçbir əsaslı səbəb olmadan mübahisələr yaradır və onları evdən çıxartmaq niyyətindədir. 20 yanvar2022-ci il tarixdə saat 21 radələrində o öz yaşadığı evə gəldikdə bacısı Günelin evdə bikef oturduğunu görmüş və bu zaman o Güneldən nə baş verdiyini soruşmuşdur, həmin vaxt Günel ona atası İbrahimin yemək üstündə onunla mübahisə etdiyini və onu nalayiq sözlərlə söyüb təhqir etdiyini bildirmişdir. Buna görədə o atası İbrahimin olduğu otağa keçmiş, həmin vaxt İbrahim stolda oturmuşdur, o atası İbrahimdən hansı səbəbdən bacısı Günel ilə mübahisə etdiyini və onu təhqir etdiyini soruşmuşdur, bu zaman İbrahim onunla mübahisə etməyə başlamış və mübahisə zamanı onu nalayiq sözlərlə söyüb təhqir etmiş və buna görədə o hirslənərək atası İbrahimin sifət və baş nahiyəsinə bir neçə dəfə əlinin iç nahiyəsi ilə vuraraq döymüşdür və həmin vaxt atası İbrahim yerə yıxılmışdır. Həmin vaxt Günel səs küy salmağa başlamış və buna görədə o atası İbrahimdən aralaşıb yaşadığı evdən çıxıb getmişdir. Onun atası İbrahimi döyməsinə səbəb kimi bacısı Günel ilə mübahisə etməsi və onu nalayiq sözlərlə söyüb təhqir etməsi olduğunu görstərmişdir. O tutduğu əmələ görə özünü təqsirli bildiyini qeyd etmişdir.O atası İbrahimlə aralarında mübahisənin təxminən 4-5 dəqiqə ərzində davam etdiyini bildirmişdir. Məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 21 yanvar 2022-ci il tarixli 50 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol üst göz qapağının qançırı, sol göz almasının bayır yarısının geniş ölçülü qansızması, sol xarici qulaq seyvanının bayır büküşünün sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 20 yanvar 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 20 yanvar 2022-ci il tarixdə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun onu yumruq və təpiklə döydüyünü bildirmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə atası Zərərçəkmiş şəxs təpiklə vurmadığını bildirməsi özünü müdafiə kimi qiymətləndirilmiş və vəsadət kimi qəbul edilərək 29 yanvar 2022-ci il tarixli qərarla rədd edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə RİHB-nın Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Gərənə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan RİHB-nın Gülğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətdən sonra Bərdə rayonu Gərənə kəndində yaşamışdır, ictimaiyyətlə və nümayəndəliklə, camaatla və cəmiyyətlə xoş münasibətdə olmuş, qanun pozuntularına yol verməmiş, kənd sakinləri və qonşuları tərəfindən icra nümayəndəliyinə şikayətlər daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Daxili İşlər Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəmnində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsi və himayəsində azyaşlı uşaqların olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci və 59.1.4 maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-57/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-57/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver