Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-57/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı qızının, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Baş Qərvənd kəndində qeydiyyatda olan və Bərdə rayonu Mollaisalar kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayonu Mollaisalar kəndində bacısı Şahid2 döyməsi səbəbindən Zərərçəkmiş şəxs irad bildirdiyinə görə aralarında yaranan mübahisə zamanı yumruqla bir dəfə Zərərçəkmiş şəxs burun nahiyəsinə və yumruqla bir dəfə sonuncunun sağ gözünün alt nahiyəsinə qəsdən vurduğu üçün Zərərçəkmiş şəxs sağ gözaltı, burun kökünün sağ yan səthinin, boyunun sağ yan səthinin sıyrıqları, sağ və sol gözaltı nahiyələrinin qançırları, burun sümüyünün yerdəyişməmiş sınığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü ildə Bərdə rayonu Mollaisalar kəndində yaşayan bacısı Şahid2 yaşadığı evdə olmuşdur. Şəlalə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs onunla mübahisə etdiyini və mübahisə zamanı onu döydüyünü demişdir. Bu səbəbdən Şəlalənin əri Şahid1 yaşadığı evin giriş darvazasının qarşısında Şəhriyarla görüşmüşdür. Daha sonra onların mübahisə etdiklərini eşitdiyi üçün Şəlalə ilə birlikdə onların yanına getmişdir. Orada olarkən Şəhriyardan hansı səbəbdən bacısı Şəlaləni döydüyünü soruşmuş, bu zaman Şəhriyar Şəlalənin ünvanına nalayiq ifadələr işlədərək üzərinə gəlmiş, əsəbləşərək yumruqla Şəhriyarın sağ göz nahiyəsindən vurmuşdur. Daha sonra Şəhriyar üzərinə gələrək onu vurmaq istədiyindən yumruqla bir dəfə Şəhriyarın burun nahiyəsindən vurmuş və həmin yerdən getmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsdən üzr istəyərək barışdığını bildirdi və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evin giriş darvazasının qarşısında dayanmış, qonşuluqda yaşayan Şahid2 ona yaxınlaşaraq onu yaşadığı evin həyətinə çağırmışdır. Həmin yerə getmiş və Şahid2 “mənə niyə baxırsan” deyərək ünvanına kobud ifadələr işlətmişdir. Şahid2 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əli ilə sonuncunun saçından tutaraq itələmiş və Şahid2 yerə yıxılmışdır. Şahid2 ilə münaqişəni davam etməyərək sonuncunun yaşadığı evin həyətindən getmişdir. Təqribən 1 saat sonra, saat 18 radələrində yaşadığı evin həyətyanı sahəsində siqaret çəkərkən Şəlalənin əri Şahid1 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək darvazanın qarşısına çıxmağını demişdir. Yaşadığı evin darvazanın qarşısına çıxmış və Şahid1 arvadı Şahid2 ilə mübahisə etdiyindən onun ünvanına kobud sözlər deyərək üzərinə gəlmişdir. Rəhmanla aralarında yaranan mübahisə zamanı Şəlalənin qardaşı Təqsirləndirilən şəxs onların yanına gəlmiş, İmran Şəlalə ilə dava-dalaş etməyinin səbəbini soruşduqda İmrana “bacın mənə qadına yaraşmayan söyüşlər söyür, ona görə Şəlaləni döymüşəm” deyərək Şəlalənin ünvanına kobud ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs onun üzərinə gələrək yumruqla bir dəfə onun sağ gözünün alt nahiyəsindən vurmuş, İmranın üzərinə gedərkən sonuncu yumruqla bir dəfə də burun nahiyəsindən vurmuşdur. İmran onun xəsarət aldığını görmüş və getmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinə eiraz etmədiyini bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 16 yanvar 2023-cü il tarixli 41 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ gözaltı, burun kökünün sağ yan səthinin, boyunun sağ yan səthinin sıyrıqları, sağ və sol gözaltı nahiyələrin qançırları, burun sümüyünün yerdəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 17 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 19 yanvar 2023-cü il tarixli 51 saylı arayışdan və 20 yanvar 2023cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon İHB-nın Qərvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Baş Qərvənd kənd sakini olmaqla, ailə üzvləri arvadı xx.xx.1990-cı il təvəllüdlü X1, qızı xx.xx.2016-cı il təvəllüdlü X3 və oğlu xx.xx.2020-ci il təvəllüdlü X4 ibarətdir. Nümayəndəlikdə qeydiyyatda olduğu müddətdə özünü müsbət cəhətdən xarakterizə etmişdir. Ailədə və ictimai həyatda ciddiliyi, səmimiliyi və qayğıkeşliyi ilə fərqlənmişdir. Nümunəvi əxlaqi davranışına görə yoldaşlarına nümunə olmuşdur. Özünə və başqalarına qarşı münasibətdə ciddi və tələbkardır. Fiziki cəhətdən yaxşı inkişaf etmişdir. Qeydiyyatda olduğu müddətdə heç bir inzibati və cinayət xarakterli cəza almamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-nin 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Azərbaycan Respublikasının CPM-nin 39.1.8-ci maddəsinə görə, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Gündüz Abbasov İş №1(021)-57/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN CİNAYƏT İŞİ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ BARƏDƏ MƏHKƏMƏ İCLASİNİN QƏRARİNDAN ÇİXARİŞ BƏRDƏ RAYON MƏHKƏMƏSİ 14 fevral 2023-cü il Bərdə şəhəri Məhkəmənin hakimi Abbasov Gündüz Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı qızının, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1994-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Baş Qərvənd kəndində qeydiyyatda olan və Bərdə rayonu Mollaisalar kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından, o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-57/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-57/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver