Məhkəmə qərarları › İş №1(021)-57/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-57/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-57/2024 16.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdaş Rayon Məhkəməsinin 1(014)-108/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılaraq üzərində 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bərdə rayonu, Alaçadırlı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 14 noyabr 2023-cü il tarixdə saat 11:50 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Alaçadırlı kəndində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki şalvarın sağ yan cibindən 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, hazırki narkotik vasitə ona məxsus deyildir. Narkotik vasitəni məcburi şəkildə Bərdə RPŞ-nin əməkdaşları hədə-qorxu gələrək onun üzərinə qoymuşlar. O, heç vaxt narkotik vasitə istifadə etməmişdir. Buna görə də məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə onun əvvəlki ifadəsi ilə hazırki ifadəsi arasında ziddiyyəti nəzərə alaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmək yolu ilə tədqiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Bərdə rayonu, Alaçadırlı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. 2-3 ildir ki, narkotik vasitə istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində olan zaman yerdən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuana tapmış, həmin kibrit qutusunu açıb baxmış və içərisində marixuana olduğunu görmüşdür. Narkotik istifadəçisi olduğu üçün həmin narkotik vasitəni istifadə etmək üçün götürüb cibinə qoymuş, lakin həmin qurudulmuş marixuandan istifadə etməmişdir. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim edərək, üzərində qanunsuz narkotik vasitə saxlamasında şübhəli olduğu üçün rayon polis şöbəsinə dəvət etmişlər. Vəkillərin siyahısı təqdim olunmuş, o, vəkillərin siyahısından Müdafiəçi olaraq seçmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Bu zaman o, əynində olan şalvarın sağ yan cibində olan kibrit qutusunu masanın üzərinə qoymuş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin bükümə baxılan zaman içərisində qudurulmuş marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və 8,12 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılmış, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən proses iştirakçılarından hər hansı bir etirazlarının olub-olmaması soruşulmuşdur. Proses iştirakçıları heç bir etirazlarının olmadığını bildirmişlər. Bununla da şəxsi axtarış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2023-cü il tarxində saat 11:00 radələrində yaşadığı Bərdə rayonu, Alaçadırlı kəndində yerdən tapmışdır. Həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün saxlamış, heç kimə verməmiş və ya satmamışdır. Uzun müddətdir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 göstərdi ki, Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru, polis kapitanıdır. 14 noyabr 2023-cü il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanmasında, şübhəli bilinən, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 14 noyabr 2023-cü il saat 11:50 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu, Alaçadırlı kəndində saxlanılmış və Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili işləyir, polis baş leytenantı Şahid1 iştirakları ilə Azərbaycan Respublikası CPMin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X6 bölməsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “LD” markalı siqaret qutusunun içərisində olan 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra X8 tərəfindən həmin kibrit qutusunun içərisində nə olduğu Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “marixuana” olduğunu bildirmişdir. Daha sonra Yusif Əliyev tərəfindən kibrit qutusu açılaraq içərisinə baxılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü Bərdə rayonu, Alaçadırlı kəndində yerdən tapdığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 8,12 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİNin 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra X8 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib etməməsi və kiməsə narkotik vasitə satıb-satmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin kibrit qutusunun ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. X8 tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olubolmaması soruşulmuşdur. Proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişdirlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X4 göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onun tutulmasında və onun üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş X2 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Evdə olduqları vaxt Bərdə rayon polis şöbəsinin əməkdaşları evlərinə gəlmiş, həmin vaxt oğlu Aydın yatılı olmuşdur. Polislər evlərinə zorla daxil olaraq özləri ilə gətirdikləri qutuda olan narkotik vasitəni oğlu Aydının cibinə qoymuşlar. O və oğlu Aydın etiraz edərkən, polislər onları hədələmişlər ki, əgər şikayət etsəniz onda Aydının barəsində narkotik vasitənin istifadəçisi kimi deyil, satanı kimi cinayət işi başlayacaqlar. Əvvəl qorxmuş, sonradan bu barədə müvafiq orqanlara şikayət etmişdir. Lakin şikayətinə baxan olmamışdır. Hesab edir ki, Aydının günahsız olduğu üçün barəsində əfv qərarı verilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid3 və Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmiş şahidlər Şahid3 və Şahid1 ifadəsindən görünür ki, adıçəkilən şahidlər, mahiyyəti üzrə eyni məzmunlu ifadə verib, Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 14 noyabr 2023-cü il tarixdə «Şəxsi axtarış və götürmə aparılması haqqında» tərtib edilmiş protokoldan görünür ki, həmin gün saat 13:20 dəqiqədən saat 13:30 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə RPŞdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, RPŞ-nin KTQ-nin baş inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni masanın üzərinə qoymuşdur. Daha sonra narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 8,12 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra polis əməkdaşı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixində Bərdə rayonu, Alaçadırlı kəndində yerdən tapdığını bildirmişdir. X8 tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazının olub-olmaması soruşulmuşdur. Proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişdirlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, protokol imzalarla təsdiq edilmişdir. 16 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə “MP4” formatlı 01(bir) ədəd videofayl aşkar edilmişdir. Həmin “20231114_143531” adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 10 dəqiqə 01 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Həmin video görüntüdən görünmüşdür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3, RPŞ-nin KTQnun baş inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon X6 bölməsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “LD” markalı siqaret qutusunun içərisində olan 01 ədəd kibrit qutusunu masanın üzərinə qoymuşdur. Daha sonra X8 tərəfindən həmin kibrit qutusunun içərisində nə olduğu şübhəli şəxs Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində “marixuana” olduğunu bildirmişdir. Daha sonra Yusif Əliyev tərəfindən kibrit qutusu açılaraq içərisinə baxılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyi soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümü Bərdə rayonu, Alaçadırlı kəndində yerdən tapdığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 8,12 qram olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya bənzər kütlə 01(bir) ədəd kibrit qutusu ilə birlikdə 1 ədəd kağız zərfə qoyularaq üzəri DİN-in 94 saylı möhürü ilə möhürlənib ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Daha sonra X8 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşı tərəfindən baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib etməməsi və kiməsə narkotik vasitə satıb-satmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tədbiq olunmadığını, həmin kibrit qutusunun ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. X8 tərəfindən proses iştirakçılarından hər hansı bir qeyd və ya etirazın olub-olmaması soruşulmuşdur. Proses iştirakçıları hər hansı bir etiraz və qeydlərinin olmadığını bildirmişdirlər. Bununla da şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə X5 Regional Bölməsinin 15 noyabr 2023-cü il tarixli 16/1181 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “.....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurudulmuş marixuana təmiz çəkiləri-5,07 qram, tədqiqata sərf edildi-0,02 qram, qalıq-5,05 qramdır. Gəncə şəhəri Narkoloji Dispanserin 18 yanvar 2024-cü il tarixli 69 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs, narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Bərdə rayonu, Alaçadırlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, həmin mənbəni dəqiq müəyyən etmək mümkün olmamışdır, həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni özünün istifadəsi üçün üzərində saxlaması müəyyən edilmiş, onun həmin narkotik vasitədən kimlərəsə də satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixli Ağdaş Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilməmişdir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda ümumilikdə təmiz çəkisi 5,07 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 5,05 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana və 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə 12 yanvar 2024-cü il tarixində tərtib edilmiş “təqsirləndirilən şəxsi məhkəmə-narkoloji ekspertizası təyin etmə haqqında qərarla tanış etmə və ona hüquqlarının izah edilməsi barədə” protokol, 22 yanvar 2024-cü il tarixində tərtib edilmiş “ekspert rəyi ilə tanış olma haqqında” protokol, 22 yanvar 2024-cü il tarixində tərtib edilmiş “ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlummat verilməsi barədə” protokol və 23 yanvar 2024-cü il tarixində tərtib edilmiş “təqsirləndirilən şəxsi, onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolları imzalamaqdan imtina etmişdir. Həmin müraciət şifahi vəsatət olaraq qəbul edilmiş, 24 yanvar 2024-cü il tarixli qərarla vəsatət rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X7 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə və təzyiqə məruz qalmasına dair anası X1 müraciəti əsasında toplanmış 187-C-24 saylı araşdırma materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin qərarla aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döymə, təzyiq, işgəncə və qeyri-insani davranışa məruz qalması xüsusatları öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 14 noyabr 2023-cü il tarixdə saat 11:50 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Alaçadırlı kəndində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki şalvarın sağ yan cibindən 01(bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 5,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı qəbul etməməsi və üzərindən tapılan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyularaq aşkar edilməsi ilə bağlı hissədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bununla bağlı təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində, tutularkən baxış və şəxsi axtarışa məruz qalarkən təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora ifadə verməmiş, bununla bağlı nə cinayət prosesinin iştirakçılarına, nə də hüquq-mühafizə orqanları və məhkəməyə yazılı və ya şifahi formada hər hansı ərizə, təklif, irad, mülahizə və ya münasibət bildirməmiş və ya göndərməmişdir. Əksinə iş materialları və mövcud sübutlar məhkəmə tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyini səmimi etiraf etmiş, təqsirləndirilən şəxsin təqsirliliyi özünün ifadəsindən başqa iş üzrə şahidlərin ifadələri, habelə iş materiallarına əlavə edilmiş yazılı və maddi sübutlarla, istintaq hərəkətlərinin protokolları ilə tam şəkildə sübuta yetirilmişdir. Buna görə də təqsirləndirilən şəxsin CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla əlaqədar məhkəmə istintaqı zamanı qeyd etdikləri özünümüdafiə xarakteri daşımaqla işin faktiki hallarına uyğun olmayan ifadədir, onun vəziyyətinin yüngülləşdirilməsinə xidmət edir və iş materialları ilə tamamilə təkzib olunur. Bundan başqa, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı ibtidai istintaq və məhkəmə baxışı dövründə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin anası X1 şahid qismində verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, sözügedən şahid təqsirləndirilən şəxsin anası olmaqla yaxın qohumudur və oğlunun mənafeyini müdafiə etməsi təbii haldır. Bundan başqa həmin şahidin ifadəsi iş üzrə toplanmış digər mötəbər və araşdırılan sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmır. Həmçinin, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla da Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulması və digər qanunsuz hallar (hərəkətlər) öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə sübutların, xüsusilə onun evdən aparılmasına dair videokamera görüntüsünün təqdim edilməsi üçün təqsirləndirilən şəxs və onun müdafiəçisinə vaxt verməklə məhkəmə baxış iclasını təxirə salsa da müdafiə tərəfindən belə görüntü də təqdim edilməmişdir. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1 maddəsi ilə ona istinad edilən cinayət əməlini törətməməsi ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısına əsasən narktoik vasitə hesab edilən heroinin miqdarı 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər cinayət əməlini törətməsini və azadlıqdan məhrum etmə cəzasına məruz qalmasını, lakin həmin cəzadan nəticə çıxarmayaraq və islah olunmayaraq məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətməsini və əməlində cinayətlərin sadə residivinin olmasını nəzərə alır. AR.CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırki işdə CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallara təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması və məhkumluğunun olmaması, ailəli olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-nin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal onun əməlində cinayətin sadə residivinin olmasıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:00-da Bərdə rayon X6 Bölməsinin təhqiqatçısı, polis mayoru X9 tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 4(021)-221/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, 14 noyabr 2023-cü il tarixdən hesablanmaqla 14 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli həbs edilmək üçün tutulduğu tarix olan 14 noyabr 2023-cü il tarixdən etibarən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,05 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 9 saat müddətində göstərdiyi hüquqi yardımla bağlı hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 54 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusunda, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi 5,05 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 9 saat müddətində göstərdiyi hüquqi yardımla bağlı hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 54 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar