Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-58/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi - X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Laçın rayonu, Qozlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işsiz, Laçın rayonu, Qozlu kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, İmamqulubəyli kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda AR ƏN-nin PXnin 2 saylı X1 saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu məhkumluğu ödənilmədiyi və qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq çəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, о, Şəki Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şəki Apelliyasiya Məhkəməsinin 21.08.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzasının 02 il 06 ay müddətinə endirilməsinə, Şəki Rayon Məhkəməsinin 29.04.2020-ci il tarixli qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda 4,106 qram təmiz çəkidə pisxotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq, üzərində saxlamış, onun şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 07:00 radələrində Bərdə rayonu, İmamqulubəyli kəndində yaşadığı evin qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş və orada xidməti otaqların birində saat 07:35-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 4,106 qram təmiz çəkidə pisxotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, ara bir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Lakin heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 26.08.2020-ci il tarixdə saat təxminən 17 radələrində Bərdə rayonunda yerləşən köhnə bazarın yanında olan zaman yerdə ağ selofana bükülü nəinsə olmasını görmüşdür. Həmin bükülünü götürüb içərisinə baxdığı zaman içərisində psixotrop maddə metafetaminin olmasını görmüşdür. Uzun müddətdir ki, ara bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etdiyi üçün bükümün içərisindəki həmin maddəni tanımış və həmin bükülünü götürüb əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Sonra yaşadığı evə getmişdir. 27.08.2020-ci il tarixdə isə saat 07 radələrində yaşadığı evin qarşısında olarkən, ona polis əməkdaşları yaxınlaşaraq, Bərdə RPŞ-nə onlarla getməsini təklif etmişlər. O da polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-nə getmişdir. Orada ona hüquqlarının müdafiə edilməsindən ötrü vəkil təqdim edilmiş və RPŞ-nin inzibati binasında onun üzərinə hal şahidlərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı onun əyninə geyindiyi göy rəngli cins şalvarının sağ yan cibindən 4.20 qram psixotrop maddə aşkar olunmuş və o həmin maddənin psixotrop maddə olan, dildə şüşə deyilən metamfetamin olmasını bildirmişdir. Onun üzərindən ondan başqa hər hansı bir qeyri-qanuni prediment aşkar olunmamışdır. O şəxsi axtarış zamanı da söz vermişdir ki, narkotik maddədən və psixotrop maddələrdən bir daha istifadə etməyəcək. Hazırda əməlindən peşmandır. Gələcəkdə bu cür səhvlərə yol verməyəcək. Sonra həmin büküm zərfə qoyulmuş, zərfin üzəri möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və onlar tərəfindən imzalanmışdır. Həmçinin əlavə olaraq onun külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat tamamilə yalandır. Çünki o heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və onların dövriyyəsini həyata keçirtməməmişdir. Həmçinin üzərindən aşkar olunmuş külli miqdarda psixotrop maddə olan metafetamini də satış məqsədi ilə əldə edərək üzərində saxlamamışdır. Belə ki, qeyd etdiyi kimi o həmin psixotrop maddəni Bərdə şəhərində bazar deyilən ərazidə yerdən tapmış və ara bir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. O heç vaxt narkotik vasitə və psixotrop maddə satmamış, kiməsə pay və yaxud digər formada verməmiş, belə işlərlə ümumiyyətlə onun heç bir əlaqəsi yoxdur. Sadəcə istifadəçisi olduğu üçün ara bir narkotik vasitə və psixotrop maddələr əldə edərək istifadə etmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddəni də tapdıqdan sonra üzərində saxlamaqda məqsədi həmin maddədən yalnız istifadə etmək olmuşdur. Halhazırda özünü tam təqsirli bilir, etdiyi əməldən çox peşmandır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək göstərmişdir ki, o, Bərdə RPŞin CAB-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 avqust 2020-ci il tarixdə “Dilqəm” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əsasında Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Rafiq oğlu yaşadığı evin qarşısında saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Onun üzərinə axtarış aparılması prosesində oda iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona üzərində qeyri-qanuni yolla saxladığı predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Rafiq oğlu əynində olan göy cins şalvarın sağ yan cibindən 01 ədəd maddəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sol yan cibindən 1 ədəd 50 manat, 1 ədəd 20 manat, 2 ədəd 5 manat və 1 ədəd 1 manat ümumilikdə 81 manat pulu masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsədə onun üzərindən qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metafetaminin olduğunu bildirmişdir. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzi ilə prosses iştirakçılarının iştirakı ilə çəkilmiş və çəkisinin 4,20 qram olması müəyyən edilmişdir. Həmin kütlə tərkibinin və çəkisinin müəyyən olunması, həmçinin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüş və zərfə qoyularaq, DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 81 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılar ilə birlikdə o da imzasıyla təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə analoji ifadə verərək onun dediklərini təsdiq etmişdirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1, Şahid2, Şahid5 və X2 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 27 avqust 2020-ci il tarixdə “Dilqəm” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “Dilqəm” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx.xx.1984-cü il təvəllüdlü, Laçın rayonu, Qozlu kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, İmamqulubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs Rafiq oğlu olması müəyyən edilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə Baş İdarənin rəisinə raportla məruzə etmişdir. İcazə verildikdən sonra həmin şəxsin ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul etmişdir. Daha sonra həmin məlumatın yoxlanılması üçün 2 nəfərdən yəni, ondan və baş əməliyyat müvəkkili polis polkovnikleytenantı Şahid2 ibarət qrup yaradılmışdır. Həmin qrupa o rəhbərlik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yerinin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirmişlər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonu, İmamqulubəyli kəndində olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs 27.08.2020-ci il tarixdə saat 07:00-da Bərdə rayonu, İmamqulubəyli kəndində yaşadığı evin qarşısında tərəflərindən saxlanılmışdır. Həmin vaxt onlar özlərini təqdim edərək onun qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, bu məqsədlə Bərdə RPŞ-nə gedib üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla razılaşıb Bərdə RPŞ-nə gəlmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs müdafiəçi təyin edilmişdir. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, üzərində külli miqdarda satış məqsədi ilə psixotrop maddə əldə edib saxlayaraq daşımaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq onun üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. O, buna etiraz etmədiyini, üzərində şəxsi axtarış aparılmasına razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs hüquqlarının ona aydın olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra ona üzərində qeyri-qanuni yolla saxladığı predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Rafiq oğlu əynində olan göy cins şalvarın sağ yan cibindən 01 ədəd maddəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sol yan cibindən 1 ədəd 50 manat, 1 ədəd 20 manat, 2 ədəd 5 manat və 1 ədəd 1 manat ümumilikdə 81 manat pulu masanın üzərinə qoyaraq təqdim etmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsədə onun üzərindən qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metafetaminin olduğunu bildirmişdir. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzi ilə prosses iştirakçılarının iştirakı ilə çəkilmiş və çəkisinin 4,20 qram olması müəyyən edilmişdir. Həmin kütlə tərkibinin və çəkisinin müəyyən olunması, həmçinin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə təhqiqatçı tərəfindən maddi sübut kimi götürülmüş və zərfə qoyularaq, DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 81 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasına dair təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edildiyi üçün digər iştirakçılar ilə birlikdə o da imzasıyla təsdiq etmişdir. Həmçinin əlavə olaraq Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə onlara əməliyyat məlumatı daxil olmasına baxmayaraq tərəflərindən bu istiqamətdə keçirilən əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış və onun narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir fakt əldə edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Dİn-in BNMİ-nin baş əməliiyat müvəkkili Şahid2, şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə analoji ifadə verərək onun dediklərini təsdiq etmişdirlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 27 avqust 2020-ci il tarixdə səhər 07:30 radələrində Bərdə RPŞ-in qarşı ilə piyada hərəkət etdiyi zaman zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan Bərdə Rayon Polis Şöbəsində bir nəfər şəxsin üzərində şəxsi axtarış aparılmasında hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. O bunu vətəndaşlıq borcu bilərək polis əməkdaşlarına razılıq vermiş və onlarla birlikdə Bərdə RPŞ-nə getmişdir. Ondan başqa bir nəfərdə hal şahidi qismində dəvət olunmuşdur. Polis əməkdaşları onlara Dilqəm adlı şəxsi təqdim edib onun üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Həmin vaxt Dilqəm adlı şəxsin yanında müdafiəçisi ilə yanaşı polis əməkdaşları da var idi. Dilqəm adlı şəxsin Bərdə rayon sakini Təqsirləndirilən şəxs olması onlara məlum olmuşdur. Polis Şöbəsində onlara hüquqları və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri qanuni yolla əldə edərək saxladığı əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü, əynindəki cins şalvarın sol yan cibindən 81 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə onun üzərindən qeyri-qanuni əşya və prediment aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə metemfetaminin olduğunu bildirmiş və həmin maddənin təhqiqatçı tərəfindən elektron tərəzi ilə prosses iştirakçılarının iştirakı ilə çəkilib ümumi çəkisinin 4,20 qram müəyyən olunmuşdur. Daha sonra isə həmin kütlə tərkibinin və çəkisinin müəyyən olunmasından, həmçinin ekspertiza tədqiqatı üçün təhqiqatçı tərəfindən maddi sübut kimi qablaşdırılaraq götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 81 manat pul əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra bu barədə protokol yazılaraq onlara ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, o və digər hal şahidi iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Bundan sonra polis işçiləri onlara öz minnətdarlıqlarını bildirmişlər və o oradan ayrılıb getmişdir. Həmçinin əlavə olaraq onun Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, heç bir düşmənçiliyinin, və şəxsi ədavətinin olmadığını, polis əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və yaxud psixi təziq göstərməyinin şahidi olmadığını, əksinə polis əməkdaşlarının onunla çox nəzakətli rəftar etmələrini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X5 şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə analoji ifadə verərək onun dediklərini təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş 27 avqust 2020-ci il tarixdə Bərdə RPŞ-in təhqiqatçısı, polis kapitanı X13 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, X4 qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 27 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 07:00-da Bərdə rayonu, İmamqulubəyli kəndində yaşadığı evin qarşısında saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metafetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X6 27 avqust 2020-ci il tarixli, 16/606 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzallar olan kağız paketdəki, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,106 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metafetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olunduki, metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 3394 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Səfərov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin hakimi X8 tərəfindən qəbul edilmiş 02 sentyabr 2020-ci il tarixli qərar ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərəfindən 26.08.2020-ci il tarixdə qəbul edilmiş “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərarının qanuni hesab edilməsi halı iş üzrə nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş 19 oktyabr 2020-ci il tarixli 008-5010-1220 nömrəli əməliyyat tapşırığının cavabındanda görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetamini əldə etdiyi mənbənin, narkotik vasitələri nə vaxt, harada və kimdən əldə etməsini, onun digər cinayət əməlinin törədilməsindəiştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Buna baxmayaraq bu istiqamətdə və tapşırıqda göstərilən digər xüsusatların yoxlanılması məqsədi ilə əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu Şəki Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Şəki Apelliyasiya Məhkəməsinin 21.08.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzasının 02 il 06 ay müddətinə endirilməsinə, Şəki Rayon Məhkəməsinin 29.04.2020-ci il tarixli qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda 4,106 qram təmiz çəkidə pisxotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq, üzərində saxlamış, onun şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 07:00 radələrində Bərdə rayonu, İmamqulubəyli kəndində yaşadığı evin qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş və orada xidməti otaqların birində saat 07:35-dan etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 4,106 qram təmiz çəkidə pisxotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər yüncül cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 20.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 21.08.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 02 il 06 ay müddətə endirilmiş, Şəki Rayon Məhkəməsinin 29.04.2020-ci il tarixli qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-in 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbsetmənin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27.08.2020-ci il tarixdən 28.04.2021-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 29.04.2020-ci il tarixli qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, həmin cəza hazırki hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona, qəti olaraq cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatlardan sonra ümumi təmiz çəkisi 4,006 qram olan psixotrop maddə metafetamin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 32 (otiz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27.08.2020-ci il tarixdən 28.04.2021-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 29 aprel 2020-ci il tarixli qərarı ilə 06 ay 15 gün vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs оğluna, qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatlardan sonra ümumi təmiz çəkisi 4,006 qram olan psixotrop maddə metafetamin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 32 (otiz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Bərdə rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-58/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-58/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver