Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-58/2022 31.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət itihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, 19 avqust 1988-ci ildə Bərdə rayonu, Qaradağlı kəndində doğulmuş, evli, Bərdə Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 317-2.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bərdə rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məkhəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törədərək, cavabdeh kimi ondan Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(021)-3917/2019 saylı qətnaməsinə əsasən 11 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 09 sentyabr 2009-cu il təvəllüdlü X3 və 14 dekabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin 26 fevral 2020-ci il tarixli, 2(021)-455/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdən hesablanmaqla Fərman Ağazadənin və Adil Ağazadənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmənin qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2021ci il tarixli, 3(021)-17/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, 20 fevral 2020-ci il, 28 aprel 2020-ci il, 21 oktyabr 2020-ci il, 26 yanvar 2021-ci il və 31 mart 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 iyun 2021-ci il tarixədək 5840,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, usta malyar-rəngsazdır. Zərərçəkmiş şəxs ilə 2008-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada 22 iyul 2009-cu il tarixdə qeyd etdirmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Nikahda olduqları müddətdə və nikah pozulduqdan sonrada ev təmiri işləri ilə bağlı Rusiya Federasiyasının Moskva şəhərinə gedərək orada işləmiş və aylıq qazancı 700-800 manat həcmində olurdu. Keçmiş arvadı Zərərçəkmiş şəxs ilə birlikdə mehriban ailə şəraitində yaşamışlar və o ailəsinə maddi cəhətdən yaxşı baxırdı. Lakin ailə münasibətləri qısqanclıq ucbatından pozulmuşdur. 2019-cu ildə Afaq birgə nikahdan olan uşaqlarınıda götürüb anasının yaşadığı evə getmişdir. Bundan sonra dəfələrlə Afaqdan qayıtmasını xahiş etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də Zərərçəkmiş şəxs Bərdə rayon Məhkəməsinə aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı müraciət etmişdir. Bu səbəbdən Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(021)-3917/2019 saylı qətnaməsinə əsasən ondan 11 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 09 sentyabr 2009-cu il təvəllüdlü X3 və 14 dekabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin 26 fevral 2020-ci il tarixli, 2(021)-455/2020 saylı qətnaməsinə əsasən ondan 26 fevral 2020-ci il tarixdən hesablanmaqla Fərmanın və Adilin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin qətnamədən sonra icra vərəqi icra olunmasından ötrü onun yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə yönəldilmiş və həmin şöbədən ona alimentin ödənilməsi barədə bildiriş xəbərdarlıqlar verilmişdir. Lakin alimentin tam ödənilməsini təmin etməmişdir, belə ki, çox vaxt xarici ölkəyə iş görmək üçün getmiş və qazancından öz tələbatını ödədikdən sonra imkanı çərçivəsində aliment pulundan da göndərmişdir. Hazırda daimi işi olmasada qonşularda və qohumlarda xırda ustalıq işləri olanda ustalıq fəaliyyəti ilə məşğul olur və işlədiyi günlərə 15-20 manat qazanc əldə edir, habelə özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsini təyinatı üzrə istifadə edərək ildə ***-**** manat qazanc əldə etməklə öz tələbatına xərcləyir. Hal-hazırda pulu ödəməyə imkanı yoxdur. Vaxt verilsə və ya aylığa bölünsə borcu ödəməyə çalışacaq. Barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 25 aprel 2008-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar və nikahlarını 22 iyul 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 2009-cu ildə Fərman və 2012-ci ildə Adil adlı 2 uşaqları olmuşdur. Ailə qurduqları ilk vaxtlar xasiyyətləri uyğun gəlmirdi. Belə ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələri qəbul edərək onu söyüb təhqir edirdi. 2019-cu ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə birgə yaşadıqları Bərdə rayon Qaradağlı kəndində yerləşən evdən çıxaraq ata evinə qayıtmışdır. Təqsirləndirilən şəxs ilə birlikdə ailə olaraq yaşadıqları müddətdə sonuncu dəmir alveri ilə eyni zamanda anası Rəna Əzimova ilə birlikdə geyim əşyalarının satışı ilə məşğul olmaqla aylıq qazancı 300-400 manat olurdu. Uşaqları ilə birlikdə ata evinə gedəndən sonra Təqsirləndirilən şəxs uşaqlarının saxlanması üçün ona heç bir maddi köməklik göstərməmişdir və o heç bir yerdə işləmədiyi üçün uşaqları təkbaşına saxlamaqda çətinlik çəkirdi. Ona görə anasının maddi yardımı ilə uşaqlarını saxlayırdı. Dəfələrlə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon vasitəsi ilə uşaqların saxlanılması üçün ona maddi yardım etməsini bildirsə də heç bir köməklik etməmişdir. O, Rəşidə qarşı məhkəmədə iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün aliment tələbi ilə iddia qaldırmış və Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(021)-3917/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 09 sentyabr 2009-cu il təvəllüdlü X3 və 14 dekabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin 26 fevral 2020-ci il tarixli, 2(021)-455/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdən hesablanmaqla Fərmanın və Adilin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 3(021)-17/2021 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni 10 iyun 2021-ci il tarixli təqdimatda qeyd edilən cəmi 5840,00 manat borcunu ödəməmişdir. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(021)-3917/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 11 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 09 sentyabr 2009-cu il təvəllüdlü X3 və 14 dekabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin 26 fevral 2020-ci il tarixli, 2(021)-455/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdən hesablanmaqla Fərman və Adilin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədləri 10 mart 2020-ci il tarixdə qərar qəbul edilərək bir icraatda birləşdirilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Tələbin borclunun əmlak və gəlirləri hesabına ödənilməsi üçün “EMF” sistem vasitəsi ilə müvafiq qaydada sorğu edilsə də, borclunun yaşayış yeri üzrə əmlakına baxış keçirilsədə ona məxsus əmlak və ya gəlir aşkar edilməmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün onun barəsində 11 yanvar 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmiş və Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 3(021)-17/2021 saylı qərarına əsasən borclu Azərbaycan Rspublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs 01 mart 2021-ci il tarixdə ərizə ilə Bərdə rayon İcra və Probasiya şöbəsinə müraciət edərək icra sənədi üzrə tələbi tam təmin etmədiyi səbəbindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verilməsini xahiş etmişdir. İcra tədbiri olaraq Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair müvafiq təqdimatla məhkəməyə müraciət edilmiş və Bərdə Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilmişdir. Borclu inzibati məsuliyyətdən sonrada məhkəmə qərarının icrasını təmin etməmiş və təqdimat verilən 10 iyun 2021-ci il tarixə onun tələbkara 5840,00 manat məbləğində aliment borcu yaranmışdır. Borclunun məhkəmə qərarını icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilməsi və cinayət məsuliyyəti barədə xəbərdarlıqlara məhəl qoymayaraq tələbi təmin etməməsi onun məhkəmə qərarını icra etməkdən qərəzli olaraq boyun qaçırmasına dəlalət edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 məhkəmədə verdiyi ifadənin məzmunun uyğun ifaqdə verərək ifadsində Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs məhkəməd verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bildirmişdir. Cinayət işinə əlavə edilmiş 26 yanvar 2021-ci il və 31 mart 2021-ci il tarixli xəbərdarlıq məktublarından, Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 3(021)-17/2021 saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən qanuni qüvvəyə minmiş Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2017-ci il tarixli, 2(021)-3917/2019 saylı və 26 fevral 2020-ci il tarixli, 2(021)-455/2020 saylı qətnamələrini qərəzli olaraq icra etməmişdir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 10 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyul 2010-cu il tarixli qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci, 69.3-cü maddələri tətbiq olunmaqla 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Məşğulluq Agentliyinin 18 Saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 28 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Bərdə rayon, Qaradağlı kənd sakini, 19 avqust 1988-ci il təvəllüdlü Ağayev X7 müraciət etməmiş və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatdan keçməmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Qaradağlı Bələdiyyəsinin 21 yanvar 2022-ci il tarixli 03 saylı məktubundan görünür ki, Bərdə rayon Qaradağlı kənd sakini Təqsirləndirilən şəxs və ailə üzvlərinin mülkiyyətində 1,20 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0,24 ha hissəsi Təqsirləndirilən şəxs mülkiyyətində olmaqla istifadəsindədir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq yenidən qəsdən cinayət törədərək, cavabdeh kimi ondan Bərdə Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(021)-3917/2019 saylı qətnaməsinə əsasən 11 sentyabr 2019-cu il tarixdən hesablanmaqla 09 sentyabr 2009-cu il təvəllüdlü X3 və 14 dekabr 2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin və həmin məhkəmənin 26 fevral 2020-ci il tarixli, 2(021)-455/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2020-ci il tarixdən hesablanmaqla Fərman Ağazadənin və Adil Ağazadənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair məhkəmənin qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə Rayon Məhkəməsinin 11 yanvar 2021-ci il tarixli, 3(021)-17/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək, 20 fevral 2020-ci il, 28 aprel 2020-ci il, 21 oktyabr 2020-ci il, 26 yanvar 2021-ci il və 31 mart 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 iyun 2021-ci il tarixədək 5840,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “...cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir.” Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin snaksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə məhz nə səbəbə azadlıqdan məhrum etmə cəzasını təyin etdiyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxsin aliment ödəməli olduğu iki övladına həmin pulun ödənilməsini təmin etmək üçün real addımlar atmamış, məhkəmədə müxtəlif vədlər verərək borcun aylığa bölündüyü zaman ödəyə biləcəyəni bildirmiş, bundan sonra ümumiyyətlə cəza çəkəcəksə aliment ödəməyəcəyi kimi ziddiyyətli fikirlər səsləndirmişdir. Bundan başqa, şəxsin barəsində bir neçə dəfə inzibati həbs tənbeh tədbirləri tətbiq edilmiş, lakin sonuncu bundan heç bir nəticə çıxartmamış, nəticə etibarılə 10 iyun 2021-ci il tarixə yığılmış aliment borcu 5840 manat təşkil etmişdir. Məhz bu səbəbdən də məhkəmə sanksiyada mövcud olan azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər alternativ cəzaların təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Bundan başqa məhkəmə qeyd edir ki, əməlin qanunvericilikdə nəzərdə tutulmuş cinayət hesab edilməsi və cinayət tərkibinin formalaşmasında zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv cəhətini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv cəhətini xarakterizə edən motiv, məqsəd və s. aiddir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin resdivi Təqsirləndirilən şəxs əməlini aöırlaşdıran haldır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 07 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 317-2.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 07 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə nəticə olaraq qeyd edir ki, cəzanın qarşısında müəyyən məqsəd qoyulmamışdan əvvəl, həmin məqsədə hansı vasitələrlə nail olunacağının aydınlaşdırılması, həmçinin onun reallığı və praktikada tətbiq edilə bilinəcəyi və cəzanın özünün obyektiv imkanları müəyyən edilməlidir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsində əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin 25 aprel 2022-ci il tarixli 138- 13386-1222 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə tutularaq Bərdə rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan “31” may 2022-ci il № 1(021)-58/2022 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 2 saylı İstintaq Təcxridxanasının rəisi cənab Asif Quliyevə Bərdə Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 1(021)-58/2022 nömrəli hökmünün surəti Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti “10” vərəq, “02” nüsxə. Hakim Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan “31” may 2022-ci il № 1(021)-58/2022 Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri cənab Dövlət ittihamçısı Hörmətli Rövşən müəllim, Bərdə Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 1(021)-58/2022 nömrəli hökmünün surəti, 11 may 2022-ci il tarixli, 1(021)-58/2022 nömrəli hazırlıq iclasının qərarı və məhkum edilmiş Təqsirləndirilən şəxs məxsus olan tələbnamənin surəti Sizə göndərilir. Qoşma: Hökmün surəti “10” vərəqdə “02” nüsxədə Hazırlıq iclasının qərarının surəti “02” vərəqdə “01” nüsxədə Təqsirləndirilən şəxs məxsus olan tələbnamənin surəti “01” vərəqdə. Hakim Elsun Əhmədov AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 900, Bərdə şəhəri, Tel: (02020) 5-27-22 Faks: (02020) 5-20-52 Gəncə küçəsi, 4 Elektron poçtu: Elektron ünvan 1 (021)-58/2022 31 may 2022-ci il Müdafiəçi: X4 Bərdə rayon Vəkil Bürosu Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Bərdə şəhəri, Cavanşir küçəsi 05 saylı evdə yaşayan Bərdə Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 1(021)-58/2022 nömrəli hökmünün surəti məlumat üçün Sizə göndərilir. Qoşma: Hökmün surəti “10” vərəqdə. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-58/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-58/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver