Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-6/2022 04.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X7 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorukiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, + xx xxxxxx 1951-ci il tarixdə Tərtər rayonu, Evoğlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Bərdə rayon X35 X53 X19 şöbəsində uşaq cərrahı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda ünvan 2 barəsində 19 aprel 2021-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə və, xx xxxxxxx 1964-cü il tarixdə Bərdə rayonu, Kələntərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətən-daşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Bərdə ray-on X35 X62-yə şöbəsinin müdiri (həkimümumi cərrah) vəzifəsində işləyən, ünvan 3 ünvanda yaşayan, barəsində 09 iyun 2021-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 05 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” X63 gətirilən 2015-ci il təvəllüdlü X30 barəsində “Kəskin qarın” diaqnozu müəyyənləşdirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisas-lar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim-ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, bunun üçün müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda, onun təklifi ilə düzgün taktika hesab edilməyən Gülüm Abidovanın şöbə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən digər xəstəxanaya göndərilməsi qərarı qəbul edilərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust 2020-ci ildə saat 24:00-da X17 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 05 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” X63 gətirilən 2015-ci il təvəllüdlü X30 barəsində müalicə həkimi Təqsirləndirilən şəxs1 tərəfindən “Kəskin qarın” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda xəstəxananın həkim cərrahı Təqsirləndirilən şəxs1 təklifi ilə düzgün taktika hesab edilməyən Gülüm Abidovanın digər xəstəxanaya göndərilməsi qərarını qəbul edərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust saat 24:00-da X17 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə elan olunmuş yeni ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1975-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasında uşaq cərrahı vəzifəsində işləyir. Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi tərəfindən təxminən 15-20 ildir ki, travmatoloji xəstələrə yalnız həkim travmatoloqlar tərəfindən baxılması əmirləşdirilmişdir. Onun vəzifəsi 18 yaşadək uşaqlarda planlı və təcili əməliyyatlar etməkdən ibarətdir. Bu müddət ərzində, yəni 04 avqust 2020-ci il tarixdə 14:30-dək işdə olmuş, sonra evə getmişdir. 05 avqust 2020-ci il tarixdə səhər saat 09:00 da o işdə olduğu zaman digər xəstələri tibbi müayinə etmişdir. Həmin günü təxminən saat 11 radələrində adını xatırlamadığı bir nəfər şəxs qucağında qız uşağı ilə birlikdə və yanında iki nəfər qadınla onun qəbul otağına daxil olaraq “xəstəmiz ölür, təcili buna bax” demişlər və xəstəni tapçanın üstünə qoymuşlar. O uşağın ağır vəziyyətdə olduğunu görmüş və uşağın qohumlarından uşaq barədə soruşmuş, sonuncular da ona dünən, yəni 04 avqust 2020-ci il tarixdə axşam saatlarında Bərdə Rayon Mərkəzi Xəstəxanayə gəldiklərini və uşağın USM müayinəsindən keçirildiyini və sistem olunduğunu bildirmişlər və uşağın USM müayinəsindən təmiz çıxdığını gördükləri üçün heç bir həkimin sözünə əməl etməyərək uşağı evə aparmışlar. Həmçinin o bildirmişdir ki, həmin gün xəstəyə mərhum travmatoloq Şəmil həkim baxmış və uşağın xəstəxanada qalmasını uşağın valideyinlərinə bildirmişdir. O da tibb bacısına dərhal uşağı bir daha USM-dən keçirməsini, qan analizini götürməsini, qarın boşluğuna rentgen olunmasını, sonra xəstəlik tarixçəsi açaraq uşağa kəskin qarın diaqnozu qoyulmasını və diaqnoz əsasında müayinəyə başla-masını bildirmişdir. Sona qədər bu diaqnozla xəstəni müalicə etmək üçün diaqnozu aydınlaşdırmaq lazım olduğu üçün, bunun umumi diaqnoz olduğunu, həmçinin Xəstəxanada KT və endoskopik laporoskopiya müayinəsi olmadığı üçün, yeganə yol yalnız qarın boşluğunu açıb baxmaq gərəkli olması barədə uşağın valideynlərinə başa salmış və onların qərarını soruşmuş, valideynlərdən biri kiməsə zəng etmiş və valideynə təcili Bakı şəhərinə uşağın aparılması və onunla danışmaq istədiyini bildirmişdir. O da bu dəqiqə onun vaxtı olmadığını, həkim deyilsə onunla nə üçün danışmalı olduğunu soruşmuş, xəstə can verdiyi üçün o həmin şəxslə telefon əlaqəsi saxlamamış və ölkədə “Koronavirus” infeksiyasının yayılması səbəbindən Bakı şəhərində heç bir xəstəxananın xəstə qəbul etmədiyi, yalnız Mirqasımov adına Respublika Kliniki Xəstəxanası xəstə qəbul etdiyi üçün bu barədə baş həkimə məlumat verməyi düşünmüşdür. O ilk olaraq uşağa çılpaq vəziyyətdə baxmış və qarın nahiyyəsində heç bir iz (qançır, göyərti və s.) iz görməmiş, amma buna baxmayaraq uşağı müayinə etmişdir. Bundan sonra uşağı sistemdən keçirmiş, ilk olaraq bədəninə narkotik vurulmuş, sonra venadaxilinə infuziya başlanmış, uşağa “Natriy Xlor, Albomen 10%-100qr, Analgin, Dimedrol, Omnopon, Poliqlikin, Qlukoza, Vikasol, Vitamin C, Qeksa-metazon” yeridilmişdir. Bütün bunların uşağa yeridilməsinə baxmayaq uşağın vəziyyətinin düzəlmədiyini görmüşdür. O da, xəstə şok vəziyyətindən çıxmadığını görüb bunun küt travma olduğunu düşünmüş və günəş kələfində qansızma hesab etmiş, vəziyyətinin pisləşməyə doğru getdiyini və öləcəyini görüb, bu barədə valideyinlərinə bildirmişdir. Həmçinin Parenximatoz və boşluluq orqanlarının zədələnməsinin diaqnostik əlamətlərinin olmadığını görüb valideyinlərinə uşağın vəziyyətinin ağır olduğunu, lakin hansı səbəbdən ağır olduğu ona aydın olmadığını bildirmişdir. Çünki xəstə göyərmiş və ağır şok vəziyyətində olmuşdur. Bundan sonra valideyinlər ona əgər belədirsə onlar uşağı Bakı şəhərinə aparsınlar demişlər. O da “aparmaq istəyirsinizsə aparın, mən əlimdən gələni etdim, uşağın vəziyyəti düzəlmir” və daha ixtisaslı yardım göstərilməsi üçün eyni zamanda uşaq anestezioloqunun, reanimatoloqunun və intensiv terapiya şöbəsinin həkimlərinin olmasını nəzərə alaraq Bakı şəhərinə getməsinə o özü də qərar vermişdir. Bundan sonra o, birbaşa Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Nizami Mehdizadəyə məlumat vermiş, sonuncu da ona “əgər xəstəni şokdan çıxara bilmirsinizsə onu ləngitməyin təcili uşağı Bakı şəhərinə təxliyə edək” bildirmişdir. Ona görə baş həkim özü TƏBİB-ə zəng etmiş və onların iştirakı ilə Respublika Kliniki Xəstəxanasında xəstə üçün yer ayrılmasını xahiş etmişdir. Xəstəni konsultasiya etmək üçün o Bərdə Rayon Mərkəzi Xəstəxanansında cərrahiyə şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 və anestezioloq Seymur Orucova da bu barədə bildirmişdir. Sonuncular da ona “bu xəstə burdan sağ çıxası deyil, ona görə Bakı şəhərinə təxliyə edin” demişdir. Günorta saat 2-3 radələrində o uşağı Bakı şəhərinə göndərmək üçün xəstəyə epikriz yazmış, maşın hazırlamış, yanına təcili tibbi yardımın həkimini qoşaraq təcili Bakı şəhərinə yola salmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 göstərdi ki, konsillium təşkil olunmayıb. Ədalət həkimi o dəvət edib, lakin o xəstəni müayinə etməyib. Məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Halbuki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadədə göstərmişdir ki, 26 may 2021-ci il tarixli 251 saylı rəydə “Xəstənin müayinə və müalicəsinin təşkili tam həcmdə olmaması Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin pozulması kimi qiymətləndirilir” qeyd edilsə də, rəyin bu hissəsinə ekspert münasibət bildirə bilmədiyinindən razı deyildir. Həmçinin həmin rəydə “Nəzərə almaq lazımdır ki, xəstə barəsində məlumatın verilməsi müalicə həkimi tərəfindən bildirilmiş, bunun üçün müvafiq konsilium təşkil olunmalı və zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması cərrahiyyə əməliyyatı icra olunmalı idi” qeyd edilmişdir. Rəyin bu hissəsi ilə də razı olmadığını bildirərək, konsilium anestezioloq Seymur Orucov, şöbə müdiri Təqsirləndirilən şəxs2 və onun iştirakı ilə təşkil olunduğunu, valideynlər diaqnostik laparotomiya olunmasına etiraz etdikləri üçün xəstənin Bakı şəhərinə göndərilməsi rəsmiləşdirildiyini, həmçinin xəstəyə zəruri müayinələr aparıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o 1987-ci il tarixdən Bərdə rayon Mərkəzi Xəstəxanasında həkim cərrah vəzifəsində, 2007-ci il tarixdən Bərdə rayon X35 X48 Şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifəsi hal hazırda Şöbəyə rəhbərlik etməkdən, xəstələrin müayinə və müalicəsində iştirak etməkdən, ağır xəstələrin müayinəsi və müalicəsində iştirak etmək və digər həkimlərlə konsilium təşkil etməkdən, ehtiyacı olan xəstələri digər rayon və şəhərlərdə yerləşən xəstəxanalara göndərilməsini təşkil etməkdən və digər vəzifələrdən ibarətdir. O X17 Bərdə rayon X35 X49 Şöbəsinə daxil olması və orada ona həkim-cərrah Təqsirləndirilən şəxs1 tərəfindən tibbi yardım göstərilənən sonra Bakı şəhəri Mirqasımov adına X64 göndərilməsi, orada Gülüm Abidovanın ölməsi barədə o, ilk dəfə təkrar komisyon məhkəmə-tibbi ekspertizasinın rəyi ilə tanış olan zaman bilmişdir. Bundan sonra o, Bərdə rayon X35 Hüquqi Şəxsdə həkim-cərrah işləyən Təqsirləndirilən şəxs1 xəstə Gülüm Abidova ilə maraqlanıb soruşmuş və həmin vaxt sonuncu ona həmin xəstəyə tibbi yardım göstərəndən sonra valideynləri tərəfindən uşağın Bərdə RMX PB-də əməliyyat olunmasına etiraz etdikləri üçün xəstəni Bakı şəhərinə apardıqlarını bilmişdir. Həmçinin 05 avqust 2020-ci il tarixli 53/MEŞ saylı rəydə “Valideynlərinin deməsinə görə 04 avqust 2020-ci il tarixdə, saat 17:00 radələrində öz həyətlərində pilləkəndən yıxılmış, hadisədən sonra qəbul şöbəsində müayinə olunmuş və evə göndərilmişdir” qeyd edilmişdir. Bununla bağlı o, bildirmişdir ki, həmin xəstə 04 avqust 2020-ci il tarixdə xəstəxanadan evə göndərilməmiş, xəstə valideynləri tərəfindən xəstəxanadan qaçırılmışdır. Bununla bağlı növbətçi həkim Şahid5 tərəfindən rəsmi qaydada akt tərtib edilmişdir. 25 avqust 2021-ci il tarixli 509/KEŞ saylı rəydə “Ağır vəziyyətdə olan xəstənin Bərdə Rayon Mərkəzi Xəstəxanasından təcili tibbi yardım maşını ilə Bakı şəhəri Respublika Klinik Xəstəxanasına göndərilməsi Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxslər xəstəxananın müalicə həkimi, şöbə müdiri və baş həkimidir” qeyd edilmişdir. Rəyin bu hissəsində qeyd edilənlərlə razı olmadığını bildirərək şöbə müdiri kimi onun bu xəstə barədə məlumatının olmadığını səbəb gətirmişdir. 06 aprel 2021-ci il tarixli 154 saylı rəydə “X30 05 avqust 2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan sonra, xəstənin vəziyyətini nəzərə alaraq konsilium təkil olunmalı, diaqnoz müəyyənləşdirilərək zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı üçün hazırlıq tədbirləri görülməli idi. Buna məsul şəxslər həkimcərrah Təqsirləndirilən şəxs1 və şöbə müdiridir. Rəyin bu hissəsisində qeyd edilənlərlə razı olmadığını bildirərək, şöbə müdiri kimi onun bu xəstə barədə məlumatının olmamasını səbəb gətirmişdir. 26 may 2021-ci il tarixli 251 saylı rəydə “X30 05 avqust 2020-ci il tarixdə saat 11:30-da təkrar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanansına gətirilmiş və ona “Kəskin qarın” diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, xəstənin digər xəstəxanaya göndərilməsi qərar verilmişdir. Bu qərarın şöbə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən verilməsi düzgün taktika hesab edilmir. Rəyin bu hissəsində qeyd edilənlərlə razı olmadığını bildirərək, şöbə müdiri olmamış, onun həmin xəstə barədə məlumatının olmadığını səbəb gətirmişdir. Həmçinin o, qeyd etmişdirki, bu hadisə barədə o Bərdə rayon prokurorluğunun inzibati binasında təkrar komisyon məhkəmə-tibbi rəyi ilə tanış olan zaman məlumat almış və maraqlandıqdan sonra yuxarıda qeyd etdikləri ona aydın olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra göstərmişdir ki, o, 05 avqust 2020-ci il tarixdə səhər saat 09:00-dan saat 16:00-dək işdə olmuşdur. Komisyon məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olduqdan sonra, həmin rəyin nəticələri ilə razı olduğunu bildirmiş, müalicə həkimi xəstənin valideynə xəstə əməliyyat olunacağı təqdirdə əməliyyat stolunda ölə biləcəyini bildirdikdə, əgər valideyn xəstənin həmin həkim tərəfindən əməliyyat olunmasına etiraz edərsə, bu halda müalicə həkimi həmin valideyndən iltizamnamə almalı və bunu xəstəlik tarixçəsinə əlavə etməlidir, həmçinin onun X17 adına Bərdə Rayon Mərkəzi Xəstəxanasında tərtib olunmuş xəstəlik tarixçəsində müalicə həkiminin ondan hər hansı bir məsləhət aldığı halda o həmin xəstəlik tarixçəsinə xəstə barədə müayinənin nəticələrini və məsləhətlərini qeyd edərək həmin kağızın sonunda imza etməli olduğunu, əgər həmin xəstəlik tarixçəsində onun imzası yoxdursa demək ki, o həmin xəstə ilə bağlı hər hansı bir fikir bildirməmişdir. Gülüm Abidova adlı xəstəni tanımır və həmin xəstəni xatırlamır. Çünki Təqsirləndirilən şəxs1 həmin xəstəni pediatriya şöbəsində qəbul etdiyini və ondan şifahi qaydada xəstəni Bakıya göndərən zaman məsləhət almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra göstərmişdir ki, 05 avqust 2020-ci il tarixdə müalicə həkimi tərəfindən xəstəyə tibbi yardım göstərilib, sistem köçürülüb və Bakı şəhərinə göndərilməsi üçün ona digər tibbi yardımlar göstərilmişdir. Təqsirləndirilən şəxs1 ona xəstəyə tibbi yardımlar göstərildiyini, xəstənin valideynləri isə xəstənin xəstəxanada əməliyyat olunmasına etiraz etdikləri üçün o həmin xəstənin Bakı şəhərinə göndərilməsinə etiraz etmədiyini Təqsirləndirilən şəxs1 bildirmişdir. O, həmin vaxt şöbə müdiri olmamışdır. Onları düzdü dörd şöbəni yığıblar bir yerə, amma hərəsinin öz tərkibində öz şöbə müdiri yerində qalmaq şərti ilə. Qalıb öz yerində, öz tabeçiliyində. O, heç bir şöbənin rəsmi tabeçiliyində olmamış və rəsmi qaydada ona heç kim tabe olmayıb. Buna görə də onun heç nədən məlumatı olmayıb. Rəsmi sənədləşmə işlərini həyata keçirməyə onun səlahiyyəti olmayıb. Məhkəmədən ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlarla aşağıdakılar təsdiq olunur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o 06 sentyabr 2013-cü il tarixdə Şahid2 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onun 4 azyaşlı uşaqları olmuşdur. Gülüm Abidova 2015-ci il tarixdə anadan olmuşdur. Anadan olandan Gülüm heç bir xəstəlikdən əziyyət çəkməmişdir. 04 avqust 2020-ci il tarixdə o evdə 6 aylıq uşağına baxdığı zaman, qızı Gülüm Abidovanın ağlaması səsini eşitdiyi üçün dərhal çölə çıxmış, onun ayaq yolu yerləşən yerdə kafelin üzərində başı aşağı çöməlmiş vəziyyətdə qarnını tutub ağladığını görmüş və ondan nə üçün ağladığını soruşmuş, sonuncu da ona qarnının ağrıdığını, nərdivan sürüşdüyü üçün həmin nərdivandan yıxıldığını bildirmişdir. O da dərhal yoldaşı Elməddinə zəng edib dərhal evə gəlməsini və uşağının ağladığını bildirmişdir. Yoldaşı Elməddin dərhal evə gəlmiş və o əri ilə birlikdə qızı Gülümü Bərdə RMX-yə aparmışdır. Onlar Bərdə RMX-nın Uşaq Xəstəxanası korpusuna getmişlər, orada adlarını xatırlamadığı tibb bacıları onları “Acil” adlanan korpusa göndərmişlər. Oraya getdikdə növbətçi hissədə oturan xanıma uşağı göstərmişlər və hansı həkimin yanına yaxınlaşmalı olduqlarını soruşmuşlar. Növbətçi hissədə olan xanım onlara hal hazırda növbədə cərrah həkim Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş və dərhal həmin həkimə zəng edərək onları qəbul etməyini Təqsirləndirilən şəxs1 bildirmişlər. Şöhrət həkim telefonda “uşaq Ultrasəs müayinəsindən keçirildikdən sonra mənə həmin müayinən cavabı deyilsin” bildirmişdir. Növbətçi həkim ultrasonoloqa zəng etmiş və həmin həkim iş yerində olmadığı üçün xəstəxanaya Gülümü müayinədən keçirilməsi üçün çağırılmışdır. Adını sonradan bildiyi həkim İlahə gəlmiş və onları sonuncunun yanına göndərmişlər. O bibisi Gültəkinlə birlikdə İlahə həkimin otağına daxil olmuş və Gülüm Abidovanı o müayinədən keçirdərək uşağın qarnında heç nəyin olmadığını bildirmişdir. Mən da həkimdən “Bəs uşağ qusur axı bu nədəndi?” sorumuş, sonuncu da ona “sistem keçirilsin düzələcək” bildirmişdir. O uşağı ilə birlikdə otaqdan çıxandan sonra onlar yenə növbətçi həkimin yanına getmişlər. Növbətçi həkimə USM-nin cavabını vermiş və Namiq həkim oturduğu otaqda olan digər adını xatırlamadığı tibb bacısı Gülümə sistem keçirmiş və bir neçə sistem uşağına vurulandan sonra onlara uşağın yaxşı olduğunu və düzələcəyini, uşağın xəstəxanada qalmasını məsləhət etmişlər. O da tibb bacısına uşağın vəziyyəti yaxşıdırsa evə aparmağını bildirmiş, sonuncular da uşaqda ciddi problemin olmadığını bildirəndən sonra o yoldaşı ilə uşağı evə aparmışdır. Gülümü evə aparsalar da sonuncu onlara qarnının ağrıdığını demişdir. Gülüm evə gələn kimi uzanmış, heçnə yeməmiş və gecə saat 01 radələrində ayağa duraraq su içmək istədiyini bildirmişdir. O da uşağa bir iki udumluq su vermiş, sonuncu da içmiş sonra yatmağa getmişdir. Növbəti gün səhər saat 08 radələrində Gülüm yerindən duraraq qaytarmağa başlamış, qaytardıqdan sonra su içmək istədiyini bildirmişdir. O uşağa biraz su vermiş və əmisi oğlu Ramizin evinə aparmışdır. Ramiz də onlara uşağın vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya aparmağını bildirmiş və yoldaşı Günayla birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanaya getmişdir. Onlar xəstəxanaya daxil olan kimi uşağı Təqsirləndirilən şəxs1 olduğu otağa aparmışlar. Uşaq əmisiqızı Günayın qucağında həkimə yaxınlaşaraq “Nolar uşağa bax gör niyə qusur” demiş, Şöhrət Əhmədov da ona “Görmürsən başqa uşağa baxıram, gözlə” demişdir. Sonra Şöhrət həkim onlara Gülümü aparıb otaqda olan tapçaya uzandırmağını bildirmişdir. Bir neçə dəqiqə sonra uşaq Şöhrət həkimin yanında qusmağa başlamış, o həkimə “bax gör uşaq yenə də qusur” demişdir. Təqsirləndirilən şəxs1 uşağa baxan kimi onlara “uşaq şokdadır, uşağı götürün USM olunsun, USM-nin cavabına baxaq sonra əlimizdən gələni edək” demişdir. O uşağı Gülümü aparıb USM-dən keçirmiş və cavabını gətirib həkimə təqdim etmiş, Şöhrət həkim cavaba baxan kimi “uşağı aparın uzandırın, sistem eləsinlər, mən sünnət əməliyyatına gedirəm” demişdir. Onlar da Gülümü 3-cü mərtəbədə yerləşən palataya yerləşdirmişlər. Bundan iki saat sonra Şöhrət həkim palataya gəlmiş və “uşaq sistem vurulandan sonra elə bil ki biraz yaxşılaşıb, buna birazda sistem vurun mənim bir əməliyyatımda var ora gedim gəlirəm” demişdir. Palatada olan tibb bacıları bir daha uşağa sistem vurmuşlar və bu təxminən iki saat müddətində davam etmişdir. Həmin müddət ərzində uşağın vəziyyətinin yaxşı olmadığını gördükləri üçün, əmisi oğlu Ramiz Təqsirləndirilən şəxs1 oturduğu kabinetə getmiş və “uşağın vəziyyəti yaxşı deyil gəl bax gör nə edə bilirsən” demişdir. O da gələrək Gülümə baxmış və “uşağın vəziyyəti yaxşı deyil mən burda onun qarnını aça bilmərəm, xəstəxanada elə bir şərait yoxdur onu əməliyyat etməyə, ən yaxşı yer Bakı şəhəridir” demişdir. O da “həkim indi bəs bunu bizə niyə deyirsən? bunu bayaqdan denən biz də uşağı aparaq” demişdir. Çünki onun əri Elməddin səhər uşağı Şöhrət həkimə göstərəndə Bakı şəhərinə əməliyyat olunması üçün aparmaq istədiyini bildirmiş, Şöhrət həkim isə “qoy mən baxım ilk öncə, günorta sizə hə yox deyərəm” demişdir. O da sonuncu ilə razılaşmışdır. Amma artıq bir neçə saat gözlətdikdən sonra və uşağına dayanmadan sistem köçürüb sonra Şöhrət uşağı ən yaxşısı Bakı şəhərinə aparmağını bildirdikdə artıq sonuncunun onları aldatdığını başa düşmüşlər və dərhal Gülümü öz şəxsi avtomobilləri ilə Bakı şəhərinə aparmağa qərara almışlar. Lakin həmin vaxt ölkədə “Karonavirus” infeksiyasının yayılması səbəbindən rayonlararası giriş-çıxış məhdudlaşdığından onların Bakıya girişi yalnız xəstəxananın verdiyi göndəriş əsasında həyata keçə bilərmiş. Bu səbəbdən təxminən 3 saat ərzində onların Bakı şəhərinə gedişinin rəsmiləşdirilməsini və təcili tibbi yardım avtomobilini gözləmişlər. Sonda o əri ilə birlikdə xəstəxananın baş həkiminin qəbuluna düşmüş, sonuncu da Təqsirləndirilən şəxs1la tez tez telefon əlaqəsi saxlamış və onları Bakı şəhərində Mirqasımov adına X64 getmələri üçün göndəriş yazıb vermişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ərinə resept yazaraq dərman almasını və ona gətirməsi demişdir. Əri Elməddin də dərhal Aptekə gedərək adını xatırlmadığı dərmanı almış və Şöhrət həkimə təqdim etmiş, sonuncu da həmin iynəni uşağa yeridəndən sonra, uşaq tamamilə özündən getmiş və uşağın yalnız nəfəsi gəldiyini görmüşdür. Təxminə saat 5 radələrində X73 avtomobili xəstəxananın həyətinə daxil olmuş və uşağı əri, əmisi və tibbi bacılarının köməkliyi ilə avtomobilə mindirmiş və Bakı şəhərinə yola düşmüşdür. Həmin vaxtı Gülüm özündə olmamış, halsız vəziyyətdə olmuşdur. Onlar Bakı şəhərində Mirqasımov adına X64 saat 8 radələrində çatmışlar. Qaynatası və qaynanası Bakı şəhərində yaşadıqları üçün onlar xəstəxanaya çatdıqda sonuncular artıq xəstəxananın həyətində olmuşlar. Orada adını xatırlamadığı həkim qaynatasına yaxınlaşaraq “bu uşağı niyə bu vəziyyətə salmısınız? Bu ölü vəziyyətindədir” demiş, qaynatası da həkimə o Bakı şəhərində olmuş, uşağa Bərdə rayonunda həkim tərəfindən baxıldığını və buraya göndərildiyini bildirmişdir. Həkim də “burda nə varki uşağın qarnını açıb baxmağa, həkim niyə bu vaxta kimi özü uşağın qarnını açmayıb” demişdir. Sonra uşağı tomoqrafiyadan keçirmişlər və 3-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırmışlar, orada uşağa narkoz verilmiş və uşaq əməlliyyat stolunda 06 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində keçinmişdir. 06 avqust 2020-ci il tarixdə gecə saat 3 radələrində həkim onlara uşağın ekspertizadan keçirilməsi üçün morqda saxlanılmasını bildirmiş, bu səbəbdən o əri ilə birlikdə Bakı şəhərində yerləşən evlərinə getmişlər və səhər saat 08 radələrində morqa getmişlər, uşağı orada yarmışlar və həkim onlara “uşağın qarnında yoğun bağırsağın cuzi partladığı” demişdir. Bundan sonra o əri ilə birlikdə uşağı götürərək Bərdə şəhərində torpağa tapşırmışlar. Bundan başqa, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərmişdir ki, o xəstəxanadan uşağı heç yerə qaçırmadığını, ona və yoldaşına uşağın vəziyyətinin yaxşı olduğunu, heç bir probleminin olmadığını həkimlər bildikləri üçün o, yoldaşı ilə uşağı evə aparmışdır. Təqsirləndirilən şəxs1 Gülüm Abidovanı müayinə etdikdən sonra cərrahi müdaxilə olunmasının vacib olduğunu onlara deməmişdir. Təqsirləndirilən şəxs1 uşağın yalnız Bakı şəhərində əməliyyat olunmasını məsləhət etmiş və «mədə altında günəş var orada qan sızıb, mənim də bu səbəbdən uşağı əməliyyat etməyimin mənası yoxdur» demişdir. 05 avqust 2020-ci il tarixdə onlar xəstəxanadan saat 05 radələrində Bakı şəhərinə yola düşmüşlər. Həmçinin onlar uşağı məhz Bakı şəhərində yerləşən Respublika Xəstəxanasına aparacaqlarını həkimə deməmişlər. Lakin məhkəmə istintaq zamanı zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində və eləcə də çarpaz dindirilmə zamanı verilən suallara cavab olaraq bildirdi ki, birinci gün uşağı xəstəxanaya apardıqda ona məsləhət görüldü ki, uşaq gecəni xəstəxanada qalsın. Lakin evdə digər uşağı qaldığından o məcburiyyət qarşısında qalıb uşağı evə aparmışdır. O, ümumiyyətlə Təqsirləndirilən şəxs2 tanımır və uşağına o baxmamışdır. Ona görə də ondan şikayətçi deyildir. Lakin Təqsirləndirilən şəxs1 onun uşağının həkimi olmuşdur. Şöhrət onun uşağını əməliyyat eləmədiyi üçün ondan şikayətçidir. Ədaləti heç bir dəfə də olsun uşağının yanında görməyib. Odur ki, Təqsirləndirilən şəxs1 ağır cəza verilməsini, Ədalətə qarşı isə şikayətinin olmamasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid2 оğlu ifadəsində göstərmişdir ki, o 06 sentybar 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onun 4 azyaşlı uşaqları vardır. Gülüm Abidova 2015-ci il tarixdə anadan olmuşdur. Anadan olandan Gülüm heç bir xəstəlikdən əziyyət çəkməmişdir. 04 avqust 2020-ci il tarixdə o işdə olduğu zaman arvadı Zərərçəkmiş şəxs onunla günorta saat 15 radələrində telefon əlaqəsi saxlayaraq qızı Gülüm Abidovanın nərdivandan yıxıldığını, uşağın qarnının ağrıdığını və ağladığını bildirdiyi üçün o dərhal evə getmişdir. Evdə qız övladı Gülüm Abidovadan nə üçün ağladığını soruşmuş, sonuncu da ona qarnının ağrıdığını, nərdivan sürüşdüyü üçün yıxıldığını bildirmişdir. Bundan sonra o dərhal arvadı Zərərçəkmiş şəxs ilə birlikdə qızı Gülümü Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada “Acil” adılanan korpusa yaxınlaşdıqda, onları Bərdə Rayon Mərkəzi X11 korpusuna göndərmişlər, orada adlarını xatırlamadığı tibb bacıları bu uşağa cərrah tərəfindən baxılmalı olduğu bildirmişlər və həmin vaxt cərrah həkimə zəng etdilər və həmin həkim xəstəxanada olmadığı üçün uşağa gəlib baxmamışdır. Orada onları yenidən “Acil” adlanan korpusa göndərmişlər. Oraya getdikdə növbətçi hissədə oturan xanıma uşağı göstərmişlər və hansı həkimin yanına yaxınlaşmalı olduqlarını soruşmuşlar. Növbətçi hissədə olan xanım onlara hal hazırda növbədə cərrah həkim Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş və dərhal həmin həkimə zəng edərək onları qəbul etməyini həkimə bildirmişlər. Şöhrət həkim telefonda “uşaq Ultrasəs müayinəsindən keçirildikdən sonra mənə həmin müayinənin cavabı deyilsin” demişdir. Növbətçi həkim ultrasonoloqa zəng etmiş və həmin həkim iş yerində olmadığı üçün xəstəxanaya Gülümü müayinədən keçirilməsi üçün çağırılmışdır. Adını sonradan bildiyi həkim İlahə gəlmiş və onları sonuncunun yanına göndərmişlər. Arvadı bibisi Gültəkinlə birlikdə İlahə həkimin otağına daxil olmuş və Gülüm Abidovanı o müayinədən keçirdərək uşağın qarnında heç nəyin olmadığını bildirmişdir. Bundan sonra onlar yenə növbətçi həkimin yanına getmişlər. Növbətçi həkimə USM-nin cavabını vermişlər və Namiq həkim oturduğu otaqda olan digər adını xatırlamadığı tibb bacısı Gülümə sistem keçirmiş və bir neçə sistem uşağına vurulandan sonra onlara uşağın yaxşı olduğunu və düzələcəyini, uşağın xəstəxanada qalmasını məsləhət etmişlər. O da yoldaşı ilə birlikdə tibb bacısına uşağın vəziyyəti yaxşıdırsa evə aparmağını bildirmiş, sonuncular da uşaqda ciddi problemin olmadığını bildirəndən sonra o yoldaşı ilə uşağı evə aparmışdır. Gülümü evə aparsalar da sonuncu ona və arvadına qarnının ağrıdığını demişdir. Gülümlə evə gələn kimi sonuncu yerinə uzanmış, heçnə yeməmiş və gecə saat 01 radələrində ayağa duraraq su içmək istədiyini bildirmişdir. O da arvadı ilə birlikdə oyanaraq Gülümə bir iki udumluq su vermiş və sonuncu su içdikdən sonra yatmağa getmişdir. Növbəti gün səhər saat 08 radələrində Gülüm yerindən duraraq qaytarmağa başlamış, qaytardıqdan sonra su içmək istədiyini bildirmişdir. Uşağa biraz su verildi və əmisi Ramizin evinə aparmışlar. Ramiz də onlara uşağın vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya aparmalarını bildirmiş və sonuncunun yoldaşı Günayla birlikdə Bərdə RMX-yə getmişlər. Onlar xəstəxanaya daxil olan kimi Təqsirləndirilən şəxs1 olduğu otağa aparmışlar. Uşaq əmisi arvadı Günayın qucağında yaxınlaşmışlar həkimə “Nolar uşağa bax gör niyə qusur” demiş, Şöhrət Əhmədov da onlara “Görmürsən başqa uşağa baxıram, gözlə” demişdir. Sonra Şöhrət həkim onlara Gülümü aparıb otaqda olan çarpayıya uzandırmaqlarını bildirmişdir. Bir neçə dəqiqə sonra uşaq Şöhrət həkimin yanında qusmağa başlamış, Zərərçəkmiş şəxs isə həkimə “bax gör uşaq yenə də qusur” demişdir. Təqsirləndirilən şəxs1 uşağa baxan kimi onlara “uşaq şokdadır, uşağı götürün USM olunsun, USM-nin cavabına baxaq sonra əlimizdən gələni edək” demişdir. Uşağı Gülümü aparıb USM-dən keçirmişlər və cavabını gətirib həkimə təqdim etmişlər, Şöhrət həkim cavaba baxan kimi “uşağı aparın uzandırın, sistem eləsinlər, mən sünnət əməliyyatına gedirəm” demişdir. Onlar da Gülümü 3-cü mərtəbədə yerləşən palataya yerləşdirmişlər. Bundan iki saat sonra Şöhrət həkim palataya gılmiş və “uşaq sistem vurulandan sonra elə bil ki biraz yaxşılaşıb, buna birazda sistem vurun mənim bir əməliyyatımda var ora gedim gəlirəm” demişdir. Palatada olan tibb bacıları bir daha uşağa sistem vurmuşlar və bu təxminən iki saat müddətində davam etmişdir. Həmin müddət ərzində uşağın vəziyyətinin yaxşı olmadığını gördükləri üçün, əmisi Ramiz Təqsirləndirilən şəxs1 oturduğu kabinetə getmiş və “uşağın vəziyyəti yaxşı deyil gəl bax gör nə edə bilirsən” demişdir. Sonuncu da gəlmiş və Gülümə baxaraq “uşağın vəziyyəti yaxşı deyil mən burda onun qarnını aça bilmərəm, xəstəxanada elə bir şərait yoxdur onu əməliyyat etməyə, ən yaxşı yer Bakı şəhəridir” demişdir. Onlar da həkimə “həkim indi bəs bunu bizə niyə deyirsən? bunu bayaqdan denən biz də uşağı aparaq” demişdir. Çünki o həmin gün səhər uşağı Şöhrət həkimə göstərəndə Bakı şəhərinə əməliyyat olunması üçün aparmaq istədiyini bildirmiş, Şöhrət həkim isə ona “qoy mən baxım ilk öncə, günorta sizə hə yox deyərəm” demişdir. O da həkimlə razılaşmışdır. Amma Təqsirləndirilən şəxs1 artıq onları bir neçə saat gözlətdikdən sonra və uşağına dayanmadan sistem köçürüb uşağı ən yaxşısı Bakı şəhərinə aparmağını bildirdikdə artıq həkimin onu aldatdığını başa düşmüş və dərhal Gülümü öz şəxsi avtomobili ilə Bakı şəhərinə aparmağa qərara almışdır. Lakin həmin vaxt ölkədə “Karonavirus” infeksiyasının yayılması səbəbindən rayonlararası giriş-çıxış məhdudlaş-dığından onun Bakı şəhərinə girişi yalnız xəstəxananın verdiyi göndəriş əsasında həyata keçə bilmişdir. Bu səbəbdən təxminən 3 saat ərzində onlar Bakı şəhərinə gedişinin rəsmiləşdirilməsini və təcili tibbi yardım avtomobilini gözləmişlər. Sonda xəstəxananın baş həkiminin qəbuluna düşmüş, sonuncu da Təqsirləndirilən şəxs1la tez tez telefon əlaqəsi saxlayaraq onların Bakı şəhərində Mirqasımov adına X64 getmələri üçün göndəriş yazıb vermişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona resept yazaraq dərman almağını və sonuncuya gətirməyini demişdir. O da dərhal Aptekə gedərək adını xatırlmadığı dərmanı almış və Şöhrət həkimə təqdim etmiş, sonuncu da həmin iynəni uşağa yeridəndən sonra, uşaq tamamilə özündən getmiş və uşağın yalnız nəfəsi gəldiyini görmüşdür. Təxminə saat 5 radələrində X73 avtomobili xəstəxananın həyətinə daxil olmuş və uşağı o, əmisi və tibbi bacılarının köməkliyi ilə avtomobilə mindirmişlər və Bakı şəhərinə yola düşmüşlər. Həmin vaxtı Gülüm özündə olmamış, halsız vəziyyətdə olmuşdur. Onlar Bakı şəhərində Mirqasımov adına X64 saat 8 radələrində çatmışlar. Anası və atası Bakı şəhərində yaşadıqları üçün sonuncular onlar xəstəxanaya çatdıqda artıq xəstəxananın həyətində olmuşlar. Orada adını xatırlamadığı həkim atasına yaxınlaşaraq “bu uşağı niyə bu vəziyyətə salmısınız? Bu ölü vəziyyətindədir” demiş, atası da həkimə, onun Bakı şəhərində olduğunu, uşağa Bərdə rayonunda həkim tərəfindən baxıldığını və buraya göndərdiyini bildirmişdir. Həkim də “burda nə varki uşağın qarnını açıb baxmağa, həkim niyə bu vaxta kimi özü uşağın qarnını açmayıb” demişdir. Sonra uşağı tomoqrafiyadan keçirmişlər və 3-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırmışlar. Orada uşağa narkoz verilmiş və uşaq əməlliyyat stolunda 06 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində keçinmişdir. 06 avqust 2020-ci il tarixdə gecə saat 3 radələrində həkim onlara uşağın ekspertizadan keçirilməsi üçün morqda saxlanılmasını bildirmiş, bu səbəbdən onlar Bakı şəhərində yerləşən evlərinə getmişlər və səhər saat 08 radələrində onlar morqa getmişlər, uşaq orada həkimlər tərəfindən yarılmış və onlara “uşağın qarnında yoğun bağırsağın cuzi partladığını” demişdir. Bundan sonra o uşağı götürərək Bərdə şəhərində torpağa tap-şırmışdır. Məhkəmə istintaqı zamanı şahid X31 ifadəsində göstərmişdir ki, mərhum Abidova Gülüm onun nəvəsidir. Oğlu Şahid2 06 sentybar 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 4 azyaşlı uşaqları vardır. Gülüm Abidova 2015-ci il tarixdə anadan olmuşdur. Anadan olandan Gülüm heç bir xəstəlikdən əziyyət çəkməmişdir. 04 avqust 2020-ci il tarixdə Elməddin işdə olduğu zaman arvadı Zərərçəkmiş şəxs onunla günorta saat 15 radələrində telefon əlaqəsi saxlayaraq qızları Gülüm Abidovanın nərdivandan yıxıldığını, uşağın qarnının ağrıdığını və ağladığını bildirdiyi üçün oğlum dərhal evə getmişdir. Evdə qız övladı Gülüm Abidovadan nə üçün ağladığını soruşmuş, sonuncu da ona qarnının ağrıdığını, nərdivan sürüşdüyü üçün yıxıldığını bildirmişdir. Bundan sonra Elməddin dərhal arvadı Zərərçəkmiş şəxs ilə birlikdə qızı Gülümü Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada “Acil” adılanan korpusa yaxınlaşdıqda, onları Bərdə Rayon Mərkəzi X11 korpusuna göndərmişlər, orada adlarını xatırlamadığı tibb bacıları bu uşağa cərrah tərəfindən baxılmalı olduğu bildirmişlər və həmin vaxt cərrah həkimə zəng etdilər və həmin həkim xəstəxanada olmadığı üçün uşağa gəlib baxmamışdır. Orada onları yenidən “Acil” adlanan korpusa göndərmişlər. Oraya getdikdə növbətçi hissədə oturan xanıma uşağı göstərmişlər və hansı həkimin yanına yaxınlaşmalı olduqlarını soruşmuşlar. Növbətçi hissədə olan xanım onlara hal hazırda növbədə cərrah həkim Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş və dərhal həmin həkimə zəng edərək onları qəbul etməyini həkimə bildirmişlər. Şöhrət həkim telefonda “uşaq Ultrasəs müayinəsindən keçirildikdən sonra mənə həmin müayinənin cavabı deyilsin” demişdir. Növbətçi həkim ultrasonoloqa zəng etmiş və həmin həkim iş yerində olmadığı üçün xəstəxanaya Gülümü müayinədən keçirilməsi üçün çağırılmışdır. Adını sonradan bildiyi həkim İlahə gəlmiş və onları sonuncunun yanına göndərmişlər. Zərərçəkmiş şəxs, bibisi Gültəkinlə birlikdə İlahə həkimin otağına daxil olmuş və Gülüm Abidovanı o müayinədən keçirdərək uşağın qarnında heç nəyin olmadığını bildirmişdir. Bundan sonra onlar yenə növbətçi həkimin yanına getmişlər. Növbətçi həkimə USM-nin cavabını vermişlər və Namiq həkim oturduğu otaqda olan digər adını xatırlamadığı tibb bacısı Gülümə sistem keçirmiş və bir neçə sistem uşağına vurulandan sonra onlara uşağın yaxşı olduğunu və düzələcəyini, uşağın xəstəxanada qalmasını məsləhət etmişlər. Elməddin də yoldaşı ilə birlikdə tibb bacısına uşağın vəziyyəti yaxşıdırsa evə aparmağını bildirmiş, sonuncular da uşaqda ciddi problemin olmadığını bildirəndən sonra Elməddin yoldaşı ilə uşağı evə aparmışdır. Gülümü evə aparsalar da sonuncu Elməddinə və anasına qarnının ağrıdığını demişdir. Gülümlə evə gələn kimi sonuncu yerinə uzanmış, heçnə yeməmiş və gecə saat 01 radələrində ayağa duraraq su içmək istədiyini bildirmişdir. Elməddin də Lalə ilə birlikdə oyanaraq Gülümə bir iki udumluq su vermiş və sonuncu su içdikdən sonra yatmağa getmişdir. Növbəti gün səhər saat 08 radələrində Gülüm yerindən duraraq qaytarmağa başlamış, qaytardıqdan sonra su içmək istədiyini bildirmişdir. Uşağa biraz su verildi və əmisi Ramizin evinə aparmışlar. Ramiz də onlara uşağın vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya aparmalarını bildirmiş və sonuncunun yoldaşı Günayla birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanaya getmişlər. Onlar xəstəxanaya daxil olan kimi Təqsirləndirilən şəxs1 olduğu otağa aparmışlar. Uşaq əmisi arvadı Günayın qucağında yaxınlaşmışlar həkimə “Nolar uşağa bax gör niyə qusur” demiş, Şöhrət Əhmədov da onlara “Görmürsən başqa uşağa baxıram, gözlə” demişdir. Sonra Şöhrət həkim onlara Gülümü aparıb otaqda olan çarpayıya uzandırmaqlarını bildirmişdir. Bir neçə dəqiqə sonra uşaq Şöhrət həkimin yanında qusmağa başlamış, Zərərçəkmiş şəxs isə həkimə “bax gör uşaq yenə də qusur” demişdir. Təqsirləndirilən şəxs1 uşağa baxan kimi onlara “uşaq şokdadır, uşağı götürün USM olunsun, USM-nin cavabına baxaq sonra əlimizdən gələni edək” demişdir. Uşağı Gülümü aparıb USM-dən keçirmişlər və cavabını gətirib həkimə təqdim etmişlər, Şöhrət həkim cavaba baxan kimi “uşağı aparın uzandırın, sistem eləsinlər, mən sünnət əməliyyatına gedirəm” demişdir. Onlar da Gülümü 3-cü mərtəbədə yerləşən palataya yerləşdirmişlər. Bundan iki saat sonra Şöhrət həkim palataya gəlmiş və “uşaq sistem vurulandan sonra elə bil ki biraz yaxşılaşıb, buna birazda sistem vurun mənim bir əməliyyatımda var ora gedim gəlirəm” demişdir. Palatada olan tibb bacıları bir daha uşağa sistem vurmuşlar və bu təxminən iki saat müddətində davam etmişdir. Həmin müddət ərzində uşağın vəziyyətinin yaxşı olmadığını gördükləri üçün, əmisi Ramiz Təqsirləndirilən şəxs1 oturduğu kabinetə getmiş və “uşağın vəziyyəti yaxşı deyil gəl bax gör nə edə bilirsən” demişdir. Sonuncu da gəlmiş və Gülümə baxaraq “uşağın vəziyyəti yaxşı deyil mən burda onun qarnını aça bilmərəm, xəstəxanada elə bir şərait yoxdur onu əməliyyat etməyə, ən yaxşı yer Bakı şəhəridir” demişdir. Onlar da həkimə “həkim indi bəs bunu bizə niyə deyirsən? bunu bayaqdan denən biz də uşağı aparaq” demişdir. Çünki o həmin gün səhər uşağı Şöhrət həkimə göstərəndə Bakı şəhərinə əməliyyat olunması üçün aparmaq istədiyini bildirmiş, Şöhrət həkim isə ona “qoy mən baxım ilk öncə, günorta sizə hə yox deyərəm” demişdir. O da həkimlə razılaşmışdır. Amma Təqsirləndirilən şəxs1 artıq onları bir neçə saat gözlətdikdən sonra və uşağına dayanmadan sistem köçürüb uşağı ən yaxşısı Bakı şəhərinə aparmağını bildirdikdə artıq həkimin onu aldatdığını başa düşmüş və dərhal Gülümü öz şəxsi avtomobili ilə Bakı şəhərinə aparmağa qərara almışdır. Lakin həmin vaxt ölkədə “Karonavirus” infeksiyasının yayılması səbəbindən rayonlararası girişçıxış məhdudlaş-dığından onun Bakı şəhərinə girişi yalnız xəstəxananın verdiyi göndəriş əsasında həyata keçə bilmişdir. Bu səbəbdən təxminən 3 saat ərzində onlar Bakı şəhərinə gedişinin rəsmiləşdirilməsini və təcili tibbi yardım avtomobilini gözləmişlər. Sonda xəstəxananın baş həkiminin qəbuluna düşmüş, sonuncu da Təqsirləndirilən şəxs1la tez tez telefon əlaqəsi saxlayaraq onların Bakı şəhərində Mirqasımov adına X64 getmələri üçün göndəriş yazıb vermişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona resept yazaraq dərman almağını və sonuncuya gətirməyini demişdir. O da dərhal Aptekə gedərək adını xatırlmadığı dərmanı almış və Şöhrət həkimə təqdim etmiş, sonuncu da həmin iynəni uşağa yeridəndən sonra, uşaq tamamilə özündən getmiş və uşağın yalnız nəfəsi gəldiyini görmüşdür. Təxminə saat 5 radələrində X73 avtomobili xəstəxananın həyətinə daxil olmuş və uşağı o, əmisi və tibbi bacılarının köməkliyi ilə avtomobilə mindirmişlər və Bakı şəhərinə yola düşmüşlər. Həmin vaxtı Gülüm özündə olmamış, halsız vəziyyətdə olmuşdur. Onlar Bakı şəhərində Mirqasımov adına X64 saat 8 radələrində çatmışlar. Anası və atası Bakı şəhərində yaşadıqları üçün sonuncular onlar xəstəxanaya çatdıqda artıq xəstəxananın həyətində olmuşlar. Orada adını xatırlamadığı həkim atasına yaxınlaşaraq “bu uşağı niyə bu vəziyyətə salmısınız? Bu ölü vəziyyətindədir” demiş, atası da həkimə, onun Bakı şəhərində olduğunu, uşağa Bərdə rayonunda həkim tərəfindən baxıldığını və buraya göndərdiyini bildirmişdir. Həkim də “burda nə varki uşağın qarnını açıb baxmağa, həkim niyə bu vaxta kimi özü uşağın qarnını açmayıb” demişdir. Sonra uşağı tomoqrafiyadan keçirmişlər və 3-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırmışlar. Orada uşağa narkoz verilmiş və uşaq əməlliyyat stolunda 06 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində keçinmişdir. 06 avqust 2020-ci il tarixdə gecə saat 3 radələrində həkim onlara uşağın ekspertizadan keçirilməsi üçün morqda saxlanılmasını bildirmiş, bu səbəbdən onlar Bakı şəhərində yerləşən evlərinə getmişlər və səhər saat 08 radələrində onlar morqa getmişlər, uşaq orada həkimlər tərəfindən yarılmış və onlara “uşağın qarnında yoğun bağırsağın cuzi partladığını” demişdir. Bundan sonra o uşağı götürərək Bərdə şəhərində torpağa tapşırmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, uşaq onun qardaşı nəvəsidir. Qardaşı oğlu Şahid2 06 sentybar 2013-cü il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 4 azyaşlı uşaqları vardır. Gülüm Abidova 2015ci il tarixdə anadan olmuşdur. Anadan olandan Gülüm heç bir xəstəlikdən əziyyət çəkməmişdir. 04 avqust 2020-ci il tarixdə Elməddin işdə olduğu zaman arvadı Zərərçəkmiş şəxs onunla günorta saat 15 radələrində telefon əlaqəsi saxlayaraq qızı Gülüm Abidovanın nərdivandan yıxıldığını, uşağın qarnının ağrıdığını və ağladığını bildirdiyi üçün oğlum dərhal evə getmişdir. Evdə qız övladı Gülüm Abidovadan nə üçün ağladığını soruşmuş, sonuncu da ona qarnının ağrıdığını, nərdivan sürüşdüyü üçün yıxıldığını bildirmişdir. Bundan sonra Elməddin dərhal arvadı Zərərçəkmiş şəxs ilə birlikdə qızı Gülümü Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada “Acil” adılanan korpusa yaxınlaşdıqda, onları Bərdə Rayon Mərkəzi X11 korpusuna göndərmişlər, orada adlarını xatırlamadığı tibb bacıları bu uşağa cərrah tərəfindən baxılmalı olduğu bildirmişlər və həmin vaxt cərrah həkimə zəng etdilər və həmin həkim xəstəxanada olmadığı üçün uşağa gəlib baxmamışdır. Orada onları yenidən “Acil” adlanan korpusa göndərmişlər. Oraya getdikdə növbətçi hissədə oturan xanıma uşağı göstərmişlər və hansı həkimin yanına yaxınlaşmalı olduqlarını soruşmuşlar. Növbətçi hissədə olan xanım onlara hal hazırda növbədə cərrah həkim Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş və dərhal həmin həkimə zəng edərək onları qəbul etməyini həkimə bildirmişlər. Şöhrət həkim telefonda “uşaq Ultrasəs müayinəsindən keçirildikdən sonra mənə həmin müayinənin cavabı deyilsin” demişdir. Növbətçi həkim ultrasonoloqa zəng etmiş və həmin həkim iş yerində olmadığı üçün xəstəxanaya Gülümü müayinədən keçirilməsi üçün çağırılmışdır. Adını sonradan bildiyi həkim İlahə gəlmiş və onları sonuncunun yanına göndərmişlər. Zərərçəkmiş şəxs, bibisi Gültəkinlə birlikdə İlahə həkimin otağına daxil olmuş və Gülüm Abidovanı o müayinədən keçirdərək uşağın qarnında heç nəyin olmadığını bildirmişdir. Bundan sonra onlar yenə növbətçi həkimin yanına getmişlər. Növbətçi həkimə USM-nin cavabını vermişlər və Namiq həkim oturduğu otaqda olan digər adını xatırlamadığı tibb bacısı Gülümə sistem keçirmiş və bir neçə sistem uşağına vurulandan sonra onlara uşağın yaxşı olduğunu və düzələcəyini, uşağın xəstəxanada qalmasını məsləhət etmişlər. Elməddin də yoldaşı ilə birlikdə tibb bacısına uşağın vəziyyəti yaxşıdırsa evə aparmağını bildirmiş, sonuncular da uşaqda ciddi problemin olmadığını bildirəndən sonra Elməddin yoldaşı ilə uşağı evə aparmışdır. Gülümü evə aparsalar da sonuncu Elməddinə və anasına qarnının ağrıdığını demişdir. Gülümlə evə gələn kimi sonuncu yerinə uzanmış, heçnə yeməmiş və gecə saat 01 radələrində ayağa duraraq su içmək istədiyini bildirmişdir. Elməddin də Lalə ilə birlikdə oyanaraq Gülümə bir iki udumluq su vermiş və sonuncu su içdikdən sonra yatmağa getmişdir. Növbəti gün səhər saat 08 radələrində Gülüm yerindən duraraq qaytarmağa başlamış, qaytardıqdan sonra su içmək istədiyini bildirmişdir. Uşağa biraz su verildi və bizim evə qətirdilər. Mən də onlara uşağın vəziyyətinin yaxşı olmadığını, xəstəxanaya aparmalarını bildirmiş və yoldaşım Günayla birlikdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Onlar xəstəxanaya daxil olan kimi Təqsirləndirilən şəxs1 olduğu otağa aparmışlar. Uşaq əmisi arvadı Günayın qucağında yaxınlaşmışlar həkimə “Nolar uşağa bax gör niyə qusur” demiş, Şöhrət Əhmədov da onlara “Görmürsən başqa uşağa baxıram, gözlə” demişdir. Sonra Şöhrət həkim onlara Gülümü aparıb otaqda olan çarpayıya uzandırmaqlarını bildirmişdir. Bir neçə dəqiqə sonra uşaq Şöhrət həkimin yanında qusmağa başlamış, Zərərçəkmiş şəxs isə həkimə “bax gör uşaq yenə də qusur” demişdir. Təqsirləndirilən şəxs1 uşağa baxan kimi onlara “uşaq şokdadır, uşağı götürün USM olunsun, USM-nin cavabına baxaq sonra əlimizdən gələni edək” demişdir. Uşağı Gülümü aparıb USM-dən keçirmişlər və cavabını gətirib həkimə təqdim etmişlər, Şöhrət həkim cavaba baxan kimi “uşağı aparın uzandırın, sistem eləsinlər, mən sünnət əməliyyatına gedirəm” demişdir. Onlar da Gülümü 3-cü mərtəbədə yerləşən palataya yerləşdirmişlər. Bundan iki saat sonra Şöhrət həkim palataya gəlmiş və “uşaq sistem vurulandan sonra elə bil ki biraz yaxşılaşıb, buna birazda sistem vurun mənim bir əməliyyatımda var ora gedim gəlirəm” demişdir. Palatada olan tibb bacıları bir daha uşağa sistem vurmuşlar və bu təxminən iki saat müddətində davam etmişdir. Həmin müddət ərzində uşağın vəziyyətinin yaxşı olmadığını gördükləri üçün, o Təqsirləndirilən şəxs1 oturduğu kabinetə getmiş və “uşağın vəziyyəti yaxşı deyil gəl bax gör nə edə bilirsən” demişdir. Sonuncu da gəlmiş və Gülümə baxaraq “uşağın vəziyyəti yaxşı deyil mən burda onun qarnını aça bilmərəm, xəstəxanada elə bir şərait yoxdur onu əməliyyat etməyə, ən yaxşı yer Bakı şəhəridir” demişdir. Onlar da həkimə “həkim indi bəs bunu bizə niyə deyirsən? bunu bayaqdan denən biz də uşağı aparaq” demişdir. Çünki o həmin gün səhər uşağı Şöhrət həkimə göstərəndə Bakı şəhərinə əməliyyat olunması üçün aparmaq istədiyini bildirmiş, Şöhrət həkim isə ona “qoy mən baxım ilk öncə, günorta sizə hə yox deyərəm” demişdir. O da həkimlə razılaşmışdır. Amma Təqsirləndirilən şəxs1 artıq onları bir neçə saat gözlətdikdən sonra və uşağına dayanmadan sistem köçürüb uşağı ən yaxşısı Bakı şəhərinə aparmağını bildirdikdə artıq həkimin onu aldatdığını başa düşmüş və dərhal Gülümü öz şəxsi avtomobili ilə Bakı şəhərinə aparmağa qərara almışdır. Lakin həmin vaxt ölkədə “Karonavirus” infeksiyasının yayılması səbəbindən rayonlararası girişçıxış məhdudlaş-dığından onun Bakı şəhərinə girişi yalnız xəstəxananın verdiyi göndəriş əsasında həyata keçə bilmişdir. Bu səbəbdən təxminən 3 saat ərzində onlar Bakı şəhərinə gedişinin rəsmiləşdirilməsini və təcili tibbi yardım avtomobilini gözləmişlər. Sonda xəstəxananın baş həkiminin qəbuluna düşmüş, sonuncu da Təqsirləndirilən şəxs1la teztez telefon əlaqəsi saxlayaraq onların Bakı şəhərində Mirqasımov adına X64 getmələri üçün göndəriş yazıb vermişdir. Həmçinin Təqsirləndirilən şəxs1 ona resept yazaraq dərman almağını və sonuncuya gətirməyini demişdir. O da dərhal Aptekə gedərək adını xatırlmadığı dərmanı almış və Şöhrət həkimə təqdim etmiş, sonuncu da həmin iynəni uşağa yeridəndən sonra, uşaq tamamilə özündən getmiş və uşağın yalnız nəfəsi gəldiyini görmüşdür. Təxminə saat 5 radələrində X73 avtomobili xəstəxananın həyətinə daxil olmuş və uşağı o, əmisi və tibbi bacılarının köməkliyi ilə avtomobilə mindirmişlər və Bakı şəhərinə yola düşmüşlər. Həmin vaxtı Gülüm özündə olmamış, halsız vəziyyətdə olmuşdur. Onlar Bakı şəhərində Mirqasımov adına X64 saat 8 radələrində çatmışlar. Anası və atası Bakı şəhərində yaşadıqları üçün sonuncular onlar xəstəxanaya çatdıqda artıq xəstəxananın həyətində olmuşlar. Orada adını xatırlamadığı həkim atasına yaxınlaşaraq “bu uşağı niyə bu vəziyyətə salmısınız? Bu ölü vəziyyətindədir” demiş, atası da həkimə, onun Bakı şəhərində olduğunu, uşağa Bərdə rayonunda həkim tərəfindən baxıldığını və buraya göndərdiyini bildirmişdir. Həkim də “burda nə varki uşağın qarnını açıb baxmağa, həkim niyə bu vaxta kimi özü uşağın qarnını açmayıb” demişdir. Sonra uşağı tomoqrafiyadan keçirmişlər və 3-cü mərtəbədə yerləşən əməliyyat otağına qaldırmışlar. Orada uşağa narkoz verilmiş və uşaq əməlliyyat stolunda 06 avqust 2020-ci il tarixdə gecə saat 01 radələrində keçinmişdir. 06 avqust 2020-ci il tarixdə gecə saat 3 radələrində həkim onlara uşağın ekspertizadan keçirilməsi üçün morqda saxlanılmasını bildirmiş, bu səbəbdən onlar Bakı şəhərində yerləşən evlərinə getmişlər və səhər saat 08 radələrində onlar morqa getmişlər, uşaq orada həkimlər tərəfindən yarılmış və onlara “uşağın qarnında yoğun bağırsağın cuzi partladığını” demişdir. Bundan sonra o uşağı götürərək Bərdə şəhərində torpağa tap-şırmışdır. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, 04 avqust 2020-ci il tarixdə saat 18:00-da X30 “Acil” şöbəsinə daxil olmuşdur. Həmin gün növbətçi həkim o və mərhum həkim travmatoloq Şəmil Məmmədov olmuşdur. İlkin olaraq uşaq kəskin ağrılarla, intoksikasiya ilə onun yanına daxil olmuş və valideyinləri ona uşağın nərdivandan yıxıldığını bildirmişlər. Bu vaxt o da uşağı həkim travmatoloq Şəmil həkimin yanına göndərmişdir. Şəmil həkim uşağa baxmış və USM analizindən keçirilməli olduğunu bildirmişdir. Uşaq USM-dən keçiriləndən sonra, müayinənin cavabına Şəmil həkim baxmış və təkrar müayinənin edilməli olduğunu bildirmişdir. Bundan sonra uşaq müayinə olunmuş və Şəmil həkim uşağın qarın boşluğuna buz qoyaraq onun yanına göndərmişdir. O tibb bacıları Nərmin və Mələyə göstəriş verərək uşağa “Fikasel”, “Analgin”, “Dimedrol”, “Dissenon” iynələri vurulmasını bildirmiş, uşaqda intoksikasiya ol-duğuna görə isə ona 200 qr maye getmiş, yəni uşağa sistem vurulmuşdur. Uşağa sistem vurulan zaman uşaq daimi onun nəzarətində olmuşdur. Valideynlər evə getmək istədiklərini bildirdikləri üçün həmin vaxtı onun telefonundan telefon nömrələri pozulduğu üçün o onlara Şöhrət həkimin telefon nömrəsi varsa zəng edib xəstə barədə ona da deyilməsini bildirmiş, valideynlərdən biri Şöhrət həkimə zəng edib telefonu ona vermiş və o Şöhrət həkimlə telefonla danışmışdır. Sonuncunun xəstə barədə ona nə deməsini xatırlamadığını bildirmişdir. Uşağa sistem vurulandan sonra ağrısı azalmış və uşağı intensiv palataya keçirilməsini və xəstəxanada qalmasını valideynlərinə bildirmiş, sonuncular isə uşağın xəstəxanadan götürüb aparmışlar. Bundan təxminən yarım saat sonra Şöhrət həkim xəstəxanaya gəlmiş və başqa xəstə ilə əlaqədar ona “səndə mənim telefon nömrəm yoxdur ki?” bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadə verdikdən sonra çarpaz dindirilmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ona uşağı xəstəxanada saxlamalı olduğu barədə deyilənləri təsdiq etsə də, uşağını qaçırtmadığını, sadəcə zərurət yarandığından evə getdiyini bildirdi. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, 04 avqust 2020-ci il tarixdə saat 14 radələrində o evə getmiş və təxminən 17-18 radələrində xəstəxanadan dəqiq xatırlamadığı üçün, ya onun sürücüsü Səfaya və ya tibb bacısı Nailəyə zəng etmişlər və işə çağrıldığını bildirmişlər. Bu səbəbdən sürücü onun dalınca evə gəlmiş və onu xəstəxanaya aparmışdır. O xəstəxanada iş otağına daxil olmuş və bundan bir neçə dəqiqə sonra bir nəfər kişi qucağında qız uşağını gətirərək müayinədən keçirilməsini bildirmişdir. O da öz növbəsində uşağın qarın boşluğu və kiçik çanağı müayinə etmiş və qarın boşluğunda və kiçik çanağında heç bir patologiya olmadığını izləmiş və valideyinlərinə uşaqda hal hazırda heç bir patologiya olmadığını bildirmiş, həmçinin o uşağın valideyinlərinə uşağın hal hazırda problemin olmadığını və təkrar müayinəyə ehtiyacı olduğunu bildirmişdir. Bundan sonra o müayinənin cavabını uşağın valideyinlərinə təqdim etmiş, onlar da müayinə kağızını götürərək otağından çıxmışlar. Bundan sonra o xəstə barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 04 avqust 2020-ci il tarixdə saat 18 radələrində “Acil” şöbəsi adlanan korpusda olduğu zaman X30 “Acil” şöbəsinə daxil olmuşdur. Həmin günü həkim pediatr Mütaliyə Şirinova növbətçi həkim olduğu üçün o və digər tibb bacısı Şahid8 ilə birlikdə həmin günü həkimin iş otağında olmuşdur. Bu vaxt Gülüm Abidovanın valideyinləri uşağı həkimə göstərərək nərdivandan sürüşüb yıxıldığını və həkim travmatoloq Şəmil tərəfindən baxıldığını və sonuncunun həkim pediatr tərəfindən baxılmasını məsləhət etdiyini bildirmişdir. Həkim uşağın valideyinlərindən uşağın nərdivandan yıxıldıqdan sonra vəziyyətini soruşmuş, qayrıb-qaytarmamağı barədə məlumat almışdır. Uşağın valideyinləri isə Mütaliyə həkimə uşağın qaytarmadığını bildirmişlər. Uşaq otağa daxil olduqda huşsuz vəziyyətdə olmuş, heç bir sözə reaksiya verməmişdir. Bundan sonra o digər tibb bacısı Nərmin ilə birlikdə Mütaliyə həkimin tapşırığına əsasən uşağa ağrıkəsicilər “Analgin” və “Dimedrol” yeritmiş və sonra sistem köçürülmüşdür. Uşağa sistemin köçürülməsi təxminən 40 dəqiqə davam etmişdir. Uşağa sistem köçürüləndən sonra ona Mütaliyə həkim tərəfindən baxılmış, digər palataya yerləşdirilmiş və uşağın valideynlərinə bu gün xəstənin xəstəxanada qalması bildirilmişdir. Palatada uşaqla valideyn birlikdə qalmış və Mütaliyə həkimin digər xəstəsi gəlməsi səbəbindən öz iş otağına getmiş, onunla digər tibb bacısı Nərmin də digər palataya getdiyi üçün uşağın valideyinin uşağı xəstəxanın həyətində maşınlarına mindirdiklərini görmüş və bu barədə həkimə bildirmişdir. Mütaliyə həkim ona gedib onlardan əlaqə telefonlarını götürməsini bildirmişdir. Sonra Mütaliyə həkim pəncərədən valideynlərinə uşağı niyə apardıqlarını soruşmuşdur. Uşağın valideynləri Mütaliyə həkimə sabah uşağı özləri Şöhrət həkimin yanına gətirəcəklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 04 avqust 2020-ci il tarixdə saat 18 radələrində “Acil” şöbəsi adlanan korpusda olduğu zaman X30 “Acil” şöbəsinə daxil olmuşdur. Həmin günü həkim pediatr Mütaliyə Şirinova növbətçi həkim olduğu üçün o və digər tibb bacısı Şahid7 ilə birlikdə həmin günü onun iş otağında olmuşdur. Bu vaxt Gülüm Abidovanın anası uşağı qucağında həkimə göstərərək nər-divandan sürüşüb yıxıldığını, uşağa yardım olunmasını xahiş etmişdir. Həkim uşağın valideyinlərindən uşağın nərdivandan yıxıldıqdan sonra vəziyyətini soruşmuş, qaytarıb-qaytarmamağı barədə məlumat almışdır. Uşağın valideynləri isə Mütaliyə həkimə uşağın qaytarmadığını bildirmişdir. Mütaliə həkim uşağa yardım etmiş və ona xatırlamadığı dərmanı iynəyə yığaraq uşağın sağ qolundakı damarına yeritməyini tapşırmışdır. Uşaq həmin vaxtı “ət kimi”, huşsuz vəziyyətdə olmuşdur. Uşağa iynə vurulandan təxminən bir saat gözlədikdən sonra uşağın vəziyyəti düzəlməmiş və G.Abidovanın valideynləri uşağı evə apardıqlarını Mütaliə həkimə bildirmişlər, bu vaxt sonuncu uşağın valideynlərinə “uşağı bu vəziyyətdə evə aparmayın, gözləyin” demiş, uşağın valideyinləri isə həkimə evdə digər uşağının olduğunu evə tələsdiklərini demişlər, bu vaxt Mütaliə həkim uşağın valideynlərinə “gözləyin, uşaq cərrahı Şöhrət həkimə zəng edək gəlib baxsın, sonra gedin” demişdir. Mütaliə həkim Təqsirləndirilən şəxs1 zəng etmiş və bu barədə bildirmiş, bundan sonra həkim növbətçi otağında oturduğu zaman uşağın valideynləri uşağı qucaqlarına götürüb palataya aparan zaman xəstəxananı tərk etmişlər. Mütaliə həkim də dərhal onlara “uşağı apardılar” demiş, bu vaxt o dərhal pəncərədən baxmış və valideynlərin uşağı avtomobilə əyləşdirərək apardıqlarını görmüşdür. Bundan başqa, Şahid8 ifadəsində daha sonra göstərmişdir ki, 2015-ci il təvəllüdlü X30 qarın boşluğunun qapalı travması diaqnozu ilə xəstəxanaya daxil olmuş və ona ilkin tibbi yardım göstəriləndən sonra valideynlərinə uşağın xəstəxana şəraitində və həkim nəzarətində saxlanılmasının vacib olduğu bildirilmiş, valideynlər isə bununla razılaşmayaraq həkimlərin icazəsi olmadan uşağı evə aparmışlar və bu barədə həmin günü Şahid5 tərəfindən akt tərtib olunmuşdur. Qeyd edilən fakt çarpaz suallar zamanı Şahid5 tərəfindən təsdiq edildi. Lakin zamanı zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs bu hala etiraz edərək uşağını qaçırtmadığını, sadəcə evdə digər körpəsi olduğundan evə getməli olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X60 ifadəsində göstərmişdir ki, o 05 avqust 2020-ci il tarixdə o Cərrahiyə şöbəsində olan zaman Şöhrət həkim ona yaxınlaşaraq şifahi qaydada yanında ağır xəstə olduğunu və xəstəyə baxaraq fikir söyləməyini bildirmişdir. O Şöhrət həkimlə birlikdə palataya getmiş və orada uşağa Şöhrət həkim tərəfindən yardım olunduğunu görmüşdür. O palataya daxil olduqda Şöhrət həkim tərəfindən xəstəyə müəyyən tibbi yardımlar olunduduğunu bildirmiş və xəstəni muayinə edərək Bakı şəhərinə göndərəcəyini bildirmişdir. O həmin xəstəyə baxmış və xəstənin çox ağır vəziyyətdə olduğunu görmüşdür. Xəstənin həmin vaxtı nəbzi aşağı olduğu üçün Şöhrət həkimin uşağı əməliyyat etmək fikri olmamışdır. O uşaq reanimatoloqu olmadığı üçün bu barədə fikir söyləyə bilməyəcəyini Şöhrət həkimə demişdir. Bundan başqa, Seymur Orucov ifadəsində daha sonra göstərmişdir ki, həmin xəstə barədə Şöhrət həkimlə onun arasında şifahi konsultasiya olmuş və Şöhrət həkim uşağa etdiyi yardımları demiş və o sonuncunun fikirləri ilə razılaşaraq əgər əməliyyat lazım olarsa xəstəni Bakı şəhərinə göndərəcəyini bildirdiyi üçün o Təqsirləndirilən şəxs1 heç bir fikir söyləməmişdir. Həmçinin də aralarında rəsmi və ya qeyri-rəsmi konsilium olmamışdır. Sadəcə ayaqüstü məsləhətləşmə olmuş və həmin zaman Təqsirləndirilən şəxs2 orada görməmiş və ümumiyyətlə ayaqüstü aparılan şifahi məsləhətləşmə zamanı Təqsirləndirilən şəxs2 orada olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid4 qanuni nümayəndənin iştirakı ilə verdiyi ifadəsində gös-tərmişdir ki, mərhum Gülüm Abidova onun bacısıdır. 04 avqust 2020-ci il tarixdə bacısı Gülüm və qardaşı Yusiflə birlikdə evin həyətində yerləşən hamamın yanında oynamışlar, orada divara söykənmiş vəziyyədə nərdivan olmuş, o qardaşı ilə nərdivandan düşmüş sonra bacısı nərdivanın orta hissəsində olanda kafelin üstü su olduğu üçün nərdivan sürüşmüş və bacısı da həmin nərdivanda üzü üstə yerə yıxılmışdır. Həmin vaxt bacısı nərdivanın üstündən durmuş və qıraqda yerdə oturaraq ağlamağa başlamış, o da bacısından harasının zədələndiyini soruşmuş o da qarnının zədələndiyini demiş və qarnının zədəsini ona gös-tərmişdir. Həmin vaxt bacısının qarnı qızarmış vəziyyətdə olmuşdur. Sonra o gedib anasını çağırmış, anası da gəlmiş atasına zəng edib bu barədə bildirmişdir. Bundan sonra atası evə gəlmiş və anası ilə birlikdə Gülümü Bərdə Rayon Mərkəzi Xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o “Acil” şöbəsində növbədə olduğu üçün Şahid10 ilə oturmuşlar, bir də dəhlizdə valideynlər uşağına ilkin tibbi yardım olunandan sonra xəstəxanadan uşağı apardıqlarını eşitmişdir. O həmin uşaqla, uşağın valideynlərini orada görməmiş, amma bu barədə eşitmişdir. Bunan başqa, Şahid9 ifadəsində daha sonra göstərmişdir ki, 2015-ci il təvəllüdlü X17 qarın boşluğunun qapalı travması diaqnozu ilə xəstəxanaya daxil olmuş və ona ilkin tibbi yardım göstəriləndən sonra valideynlərinə uşağın xəstəxana şəraitində və həkim nəzarətində saxlanılmasının vacib olduğu bildirmiş və valideynlər bununla razılaşmayaraq həkimlərin icazəsi olmadan uşağı evə aparması barədə həmin günü Şahid5 tərəfindən akt tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o “Acil” şöbəsində növbədə olduğu üçün Şahid9 ilə oturmuşlar, bir də dəhlizdə valideynlər uşağına ilkin tibbi yardım olunandan sonra xəstəxanadan uşağı apardıqlarını eşitmişdir. O həmin uşaqla, uşağın valideynlərini orada görməmiş, amma bu barədə eşitmişdir. Bundan başqa, Şahid9 ifadəsində daha sonra göstərmişdir ki, 2015-ci il təvəllüdlü X17 qarın boşluğunun qapalı travması diaqnozu ilə xəstəxanaya daxil olmuş və ona ilkin tibbi yardım göstəriləndən sonra valideynlərinə uşağın xəstəxana şəraitində və həkim nəzarətində saxlanılmasının vacib olduğu bildirmiş və valideyinlər bununla razılaşmayaraq həkimlərin icazəsi olmadan uşağı evə aparması barədə həmin günü Şahid5 tərəfindən akt tərtib olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, onun Bərdə Rayon Mərkəzi Xəstəxanasından Respublika ərazisində digər rayon və ya şəhərlərə gedişi Bərdə Rayon Mərkəzi Xəstəxanasının kadrlar idarəsinin rəisi göndəriş həyata keçirilən günü ezam vərəqi yazaraq baş həkimə təqdim edir, baş həkim imza edib möhür vuraraq ona təqdim etməsi rəsmiləşdirilir. O da həmin yol vərəqi əsasında Bərdə Rayon Mərkəzi Xəstəxanasının xəstəsi (lərini) digər rayon və ya şəhərlərdə yerləşən xəstəxanaya aparır. Həmçinin yol vərəqəsi olmadan da Bərdə Rayon Mərkəzi Xəstəxanasından baş həkimin tapşırığı əsasında təcili xəstələri digər rayon və şəhərlərdə yerləşən xəstəxanalara aparmış və bir yol vərəqə əsasında o gün ərzində bir neçə xəstə digər rayon və şəhərlərdə yerləşən xəstəxanalara apara bildiyini bildirmişdir. Bundan başqa, Şahid11 ifadəsində daha sonra göstərmişdir ki, göndəriş kağızında qeyd olunan saat və dəqiqələr, məhz həmin vaxtı və ya bundan bir saat sonra onun Bərdə Rayon Mərkəzi Xəstəxanasından çıxmağı üçün əsas ola bilməzdir. Təcili tibbi yardım avtomobili olduğu zaman və baş həkim tərəfindən şifahi və ya rəsmi Bərdə Rayon Mərkəzi Xəstəxanasının hər hansı bir xəstəsini digər rayon və şəhərdə yerləşən xəstəxanalardan birinə aparılması tapşırıldığı halda o dərhal həmin tapşırığı icra etmişdir. Həmin vaxtı ola bilər ki, təcili tibbi yardım avtomobili olmadığından xəstənin Bakı şəhərinə aparılmasında bir neçə saat ləngimə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Tarixi yadında qalmadığı bir vaxtda Şöhrət həkim ona məruzə edərək bildirdi ki, ağır xəstə var, təcili olaraq ixtisaslaşdırılmış xəstəxanaya göndərilməlidir. O da dərhal Bakı şəhərində olan ixtisaslaşdırılmış xəstəxananlarla öz şəxsi əlaqələri vasitəsi ilə əlaqə saxlayaraq xəstə üçün yer aldı. Daha sonra göstəriş verib, xəstəni təcili tibbi yardımla Bakı şəhərinə yola salınmasına dair göstəriş verib. İcbari Tibbi Sığortaya keçdikdən sonra bir çox struktur dəyişikliklər baş vermişdir. Bir çox şöbələr birləşdirildi. Həmin şöbə Ədalət həkimə həvalə olundu. Struktur dəyişikliyi heç bir sənəd üzərində olmamışdır. Sadəcə Ədalət həkimə həvalə edildi ki, şöbə başsız qalmasın. Şöhrət həkim ixtisaslı və peşəkar həkimdir. Şöhrət həkim Ədalət həkimin şöbəsinin əməkdaşı olub. Lakin qeyri rəsmi şəkildə. Çünki xəstəxanalar birləşdirildiyindən hələ dəqiq heç nə məlum deyildi. Şöhrət həkim uşağı Bakıya göndərməklə bağlı ona müraciət etmişdi, çünki bu yalnız ona məxsus olan səlahiyyət idi. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X39 ifadəsində göstərmişdir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında 10 aydır ki çalışır. Sənədləşmə işləri çox problemli olubdur. Uşaq xəstəxanası ləğv olunub, uşaq cərrahiyəsi köçürülüb cərrahiyənin içərisinə və həmənki rəhbərlik tərəfindən heç bir əmrlə əmrləşdirilməyib. O üzdən məktub gələndə, o məcburən rəsmi sənədlər əsasında cavab verib. Heç bir rəsmi sənəd tapa bilmir, amma bütün xəstələr həmin cərrahiyə şöbəsinin içərisində qəbul olunur, bütün xəstələrin əməliyyatı orada icra olunur, sərfiyyat orada olunur. Sənədlər üzərində tabeçilik bir başa yenə də tapa bilmir. İşin prossesində bütün məsələlər icra olunub. Dolayısı ilə ya rəhbərlik əmr verməlidir, və ya şöbə daxili bir akt tərtib olunmalıydı ki, bu işlər indiyədək orada icra olunub. Onlarda ümumi şöbə də yox idi, o gələndən sonra yeni quruldu və yeni təkmilləşdi. Birinci məktubu şəxsən onun nəzarəti ilə hazırlanmışdır, digəri isə ümumi şöbə sorğu verib və əldə olan sənədlər əsasında cavab verilib. İndi bir problem var cərrahiyə şöbəsinin müdiri keçmiş ştat, yəni strukturla həm də bu rayonun baş cərrahı sayılır. Baş mütəxəssis sayılır. İş orasındadır ki, bu barədə də əmr yoxdur, əslində olmalı idi. O olduğu rəhbərlik dövründə hər ixtisas üzrə baş mütəxəssis var. Hal-hazırda onlarda həkim var o daşıyır o vəzifəni. Həmin vaxtı həkim elə baş həkim kimi, mütəxəssis kimi sayılır. Həmin vaxt bütün bu proseslər orda olunduğu üçün bir başa Ədalət doktor məsuliyyət daşıyır. Sənədlər üstündə heç bir əsas verə bilmir. Onlara iki xəstəxananı birləşdirdilər. X41 RMX birləşdi. Heç bir sənəd ala bilməyib, amma hər şeyi rəsmi aktlarla rəsmiləşdirib. Şöbə müdiri olaraq doktor mə-suliyyət daşayır. Konsilliuma gəldikdə isə, konsillium əmrsiz olur. Orda 2-3 variant var cərrahiyə xəstələr üçün və ya ağır xəstələr üçün orda əmrə ehtiyac yoxdur. Baş mütəxəssis onun üçün lazımdır. Həmin müddətdə həmin bölgədə kim sayılrsa o devriyə girir, deyir ki, bu xəstənin vəziyyəti düzəlmir. Onda bir neçə mütəxəssis toplanır və onlar bərabər konsillium keçirir. O konsillium artıq əmr kimi sayılır. Amma, əgər planlı bir xəstədi gəlibdir əməliyyat olunmalıdır, bu hallarda xüsusi əmr imzalanır ki, bu halı dəyərləndirmək üçün konsillium olsun. Amma konsillium qərarını verir baş mütəxəssis. Əməliyyat istər təcili olsun, istər planlı olsun şöbə müdirinin xəbəri olur. Şöbə müdiri qərar verir hansı həkim əməliyyatı aparacaq, anastezioloq kim olacaq. Konsilliumun başlanğıcında yazıllar konsillium, yekunda rezüme yazılır və altında kimlər iştirak ediblərsə mütləq imza atıllar. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, bu işlə bağlı baş vermiş hadisə ilə bağlı cavabdeh şəxslərin bir başa əlaqə olduqları üçün rəydə onların adları çəkilib. Ora cərrahiyə üzrə müraciət edən hər bir xəstənin taleyi barədə şöbə müdirinin məlumatı olmalıdır. Ondan sonarki prosseslər, təyinatı üzrə öz təsdiqini və ya öz nəticəsini tapmalıdır. Ona görə məsuliyyəti var. Əmr olmasada var. Cinayət işinin iş materiallarında o məlumat var ki, həmin həkimin ora şifahi olaraq təzə qurum yarananda ora onun təyinatı verilib, yəni cərrahiyə xırda korpus cərahiyyə üzrə olan saylır uşaq (pediatrik) cərrahiyələr, o isə mütləq qaydada birləşdirilib ora. Bu birləşmələr baş verib, sonra əmrləşdirilib. Həm işin içində, həm həmin xəstəxananın rəhbərliyi tərəfindən məlumatlar ordan götürülüb. O xəstəxanada müalicə işləri üzrə həm şöbə müdiri, həm müalicə işi üzrə müavin onlar cavabdedilər. Hərəsinin özünə uyğun cavabdehliyi var. Əgər sizin xəstəxananın direktoru, başqa sahənin həkimdirsə terapevtdirsə o artıq başqa hissəsinə cavabdehdir, ancaq şöbə müdiri cərahiyyə üzrə bir başa ora gələn xəstənin taleyi Şöbə müdirinin əlindədir. Ora gələn xəstə haqqında şöbə müdirinin xəbəri olmalıdır. Şöbə müdirinə məlumat verilməlidir. Qəbul şöbəsindən başlayaraq. Təcili yardım gətirsə, ordanda bir başa deyilməlidir mütləq. Orda dəqiqələrlə ölçülən müddət ərzində uşağın müayinəsi getməyib. Ondan qabaq müayinə olunub, yola salınıb, təzdən qaydıb. Həmin müddət ərzində bütün səhiyyə şöbəsinin başçısının burda xəbəri olmalıdır. Xəstəxananın özünə uyğun cavabdeyhliyi var. Burda helə bir böyük uyğunsuzluq yoxdur. İş materiallarında olan sənədlər aşağıdakılardan ibarətdir: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilməklə dindirilmiş, sonuncu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək iş üzrə təyin edilmiş əlavə komisyon məhkəmə-tibb ekspertizasının 26 may 2021-ci il tarixli 251 saylı rəydə qeyd olunan onun ölümlə səbəbli əlaqə olması hissəsi ilə razılaşmadığını və xəstəyə bütün tibbi yardımları göstərdiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün irəli sürdüyü dəlillər tamamilə əsassız olduğu üçün istintaq zamanı rədd edilmişdir. Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq zamanı toplanmış digər mötəbər sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, üzləşdirmə protokolları, hadisə yerinə və Bərdə Rayon Mərkəzi Xəstəxananın jurnallarına baxış və götürmə keçirilməsi protokolları, məhkəmə-tibbi, komisyon məhkəmə-tibbi, təkrar komisyon məhkəmə-tibbi, əlavə komisyon məhkəmə-tibbi ekspertizalarının rəyləri və digər istintaq materialları ilə təkzib edildiyindən, sonuncunun göstərdiyi həmin dəlillər özünü müdafiə xarakterli olduğundan, törətdiyi az ağır cinayət hadisəsinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilməklə ittihamın dəyişməsinə heç bir əsas olmadığı üçün Təqsirləndirilən şəxs1 vəsatəti 19 aprel 2021-ci il, 01 iyun 2021-ci il və 09 iyun 2021-ci il tarixli qərarlarla rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 09 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham elan edilməklə dindirilmiş, sonuncu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmətibbi, komisyon məhkəmə-tibbi, təkrar komisyon məhkəmə-tibbi və əlavə komisyon məhkəmə-tibbi rəyləri ilə razı olmadığını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün irəli sürdüyü dəlillər tamamilə əsassız olduğu üçün istintaq zamanı rədd edilmişdir. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq zamanı toplanmış digər mötəbər sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, şahidlərin ifadələri, üzləşdirmə protokolları, hadisə yerinə və Bərdə Rayon Mərkəzi Xəstəxananın jurnallarına baxış və götürmə keçirilməsi protokolları, məhkəmə-tibbi, komisyon məhkəmə-tibbi, təkrar komisyon məhkəmə-tibbi, əlavə komisyon məhkəmə-tibbi ekspertizalarının rəyləri və digər istintaq materialları ilə təkzib edildiyindən, sonuncunun göstərdiyi həmin dəlillər özünü müdafiə xarakterli olduğundan, törətdiyi az ağır cinayət hadisəsinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edildiyindən və cinayət işinin materiallarına uyğun olmadığından əsassız hesab edilməklə ittihamın dəyişməsinə heç bir əsas olmadığı üçün Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 vəsatətləri 09 iyun 2021-ci il və 11 iyun 2021-ci il tarixli qərarlarla rədd edilmişdir. İş materiallarından görünür ki, ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğundan Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı şahid qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs bildirmişdir ki, 05 avqust 2020-ci il tarixdə uşaq xəstəxanaya daxil olduqdan sonra müalicə həkimi Təqsirləndirilən şəxs1 tərəfindən xəstəyə tibbi yardım göstərilib, sistem köçürülüb və Bakı şəhərinə göndərilməsi üçün ona digər tibbi yardımlar göstərildiyini, xəstənin valideyinləri isə xəstənin xəstəxanada əməliyyat olunmasına etiraz etdikləri üçün o Təqsirləndirilən şəxs1 həmin xəstənin Bakı şəhərinə göndərilməsinə özünündə etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğundan Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı şahid qismində verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o sonuncuya xəstəlik tarixini özü təqdim etməsə də, xəstəlik tarixini yazıb Təqsirləndirilən şəxs2 imza etməsi üçün baş tibb bacısına təqdim etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 05 avqust 2020-ci il tarixli, 53/MEŞ saylı rəyində göstərilmişdir ki, X17 ölümünün bilavasitə səbəbi nazik bağırsağın posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası olmuşdur. Ölüm 05 avqust 2020-ci il tarixdə, saat 24:00-da Respublika Klinik Xəstəxanasında baş vermişdir. İş üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasının 25 yanvar 2021-ci il tarixli, KEŞ-590 saylı rəyində göstərilmişdir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Gülüm Abidova 04 avqust 2020-ci il tarixdə saat 13:00-da “Qarın boşluğunun qapalı travması” diaqnozu ilə xəstəxananın pediatriya şöbəsinə qəbul edilmişdir. Xəstəyə ultrasəs müayinəsi aparılmış (hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir), cərrahın, travmatoloqun baxışı keçirilmiş, ilkin tibbi yardımlar göstərilmiş və valideyinlərə uşağın vəziyyətinin ağırlığı bildirilsə də, saat 19:15də xəstəni evə aparmışlar. Lakin bu haqda hər hansı bir iltizamnamə tərtib edilməmişdir. G.Abidovaya 05 avqust 2020-ci il tarixdə yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə ağır vəziyyətdə gətirildikdən sonra aparılmış ilkin müayinə əsasında ona “Kəskin qarın?” diaqnozu təyin edilmişdir. Aparılmış ultrasəs müayinəsi zamanı qarın boşluğunda sərbəst maye (qan) 34 mm səviyyədə və qaraciyərin, bağırsaqların kəskin hipoexogenliyi və spastik vəziyyətin olduğu müəyyən edilmişdir. Aparılan tibbi yardımlardan sonra xəstənin vəziyyətində qismən yaxşılaşma müşahidə olunmuş və klinikaya uyğun olaraq xəstənin mədəaltı nahiyəsinin küt travması nəticəsində əzilməsi, günəş kələfi nahiyəsinə qansızma şübhəsilə saat 14 radələrində valideyinlərinin xahişi ilə Bakı şəhər Respublika Klinik Xəstəxanasına göndərilmişdir. G.Abidova 05 avqust 2020-ci il tarixdə saat 22:25-də çox ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına gətirildikdən sonra aparılmış müvafiq müayinələr əsasında ona “Qarının küt travması. Şok İİİ-İV dərəcə. Koma” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq təcili həyati göstərişlə cərrahiyyə əməliyyatının icrasına qərar verilmiş, lakin saat 24:00-da xəstədə bioloji ölüm baş vermişdir. G.Abidovanın meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün səbəbi “nazik bağırsağın posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyası”nın olduğu müəyyən edilmişdir. G.Abidovanın adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, ona Bərdə Rayon Mərkəzi Xəstəxanasında göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, o, avqust 2020-ci il tarixdə saat 13:00-da xəstəxanaya daxil olduqdan sonra lazımi müayinələr tam həcmdə aparılmamış (laborator, instrumental), diaqnoz tam dəqiqləşdirilmədən ilkin tibbi yardımlar göstərilmiş, xəstənin ümumi vəziyyəti düzgün qiymətləndirilməmiş, ağır vəziyyətdə olan xəstə dinamik həkim nəzarətində saxlanılmalı olduğu halda, saxlanılmamış və hər hansı bir iltizamnamə tərtib edilmədən evə buraxılmışdır. Daha sonra 05 avqust 2020-ci il tarixdə xəstə yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirildikdən sonra vəziyyətinin ağırlığını nəzərə alaraq, Bakı şəhərində göndərilmədən, həyati göstərişlə təcili olaraq üzərində cərrahiyyə əməliyyatı icra edilməli idi. Bu da xəstənin vəziyyətinin daha da ağırlaşmasına və geridönməz fəsadın yaranmasına gətirib çıxartmışdır. Qeyd olunanlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. Ağır vəziyyətdə olan xəstənin Bərdə Rayon Mərkəzi Xəstəxanasından təcili tibbi yardım maşını ilə Bakı şəhəri Respublika Klinik Xəstəxanasına göndərilməsi Səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. Buna məsul şəxslər xəstəxananın müalicə həkimi, şöbə müdiri və baş həkimidir. Eyni zamanda tərtib edilmiş tibbi sənədlərdə xəstənin valideyinlərinin xahişi ilə Bakı şəhərinə göndərilməsi qeyd edilsə də, bu haqda hər hansı bir iltizamnamə tərtib edilməmişdir. Cinayət işinə əlavə edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli, 154 saylı rəyində göstərilmişdir ki, X17 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə bilavasitə səbəb nazik bağırsağın posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən orqanizmin ümumi intoksikasiyasının olduğu müəyyən edilmişdir. G.Abidovanın ölümünə həlledici səbəb olan nazik bağırsağın perforasiyası hesabına baş vermiş peritonit xəstənin Bərdə Rayon Mərkəzi Xəstəxanasına 04 avqust 2020-ci il tarixdə müraciət etdiyi və “Qarın boşluğunun qapalı travması” diaqnozu təyin olunmasına baxmayaraq xəstəxana şəraitində nəzarətdə saxlanılmaması və dinamik müşahidənin təşkil olunmaması peritonitin ağır fəsadlarına gətirib çıxartmışdır. Buna məsul şəxs ilkin müraciətdə xəstəni müayinə edən növbətçi həkimdir. Eyni zamanda xəstənin vəziyyətinin ağırlaşması və təkrar olaraq 05 avqust 2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasında daxil olması ilə əlaqədar travmanın fəsadları müəyyən edilməsinə baxmayaraq tibbi yardım yenidən düzgün istiqamətdə təşkil olunmamış və xəstə Bakı şəhərinə təxliyyə edilmişdir. Bu da əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, X23 Bərdə Rayon Mərkəzi Xəstəxanasında istər ilkin, istərsə də təkrari müraciətləri zamanı göstərilmiş tibbi xidmət qüsurlu olmuş, stasionar nəzarət təmin edilməmiş, tibbi yardım vaxtında və düzgün istiqamətdə aparılmamış, həmçinin zəruri olan operativ müdaxilə diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması icra edilməmişdir. Bununla da göstərilmiş qüsurlu tibbi xidmətlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Buna məsul şəxs həkim-cərrah Təqsirləndirilən şəxs1dur. Qeyd olunanları nəzərə alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkimlər tərəfindən göstərilmiş tibbi xidmət Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinə uyğun olmamışdır. X30 04 avqust 2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdən sonra ona müvafiq klinik, laborator və instrumental müayinələr aparılaraq, ilkin anemnezinə əsasən, “Qarın boşluğunun qapalı travması” mövcud olduğu üçün o, xəstəxana şəraitində nəzarətdə saxlanılmalı, dinamik müşahidə altında olmalı, həmçinin vəziyyətinə müvafiq olaraq müalicə taktikası seçilməli idi. Bununla yanaşı xəstənin vəziyyətinin ağırlaşması ilə əlaqədar o, 05 avqust 2020-ci il tarixdə saat 11:30-da təkrar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və “Kəskin qarın” diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, həmçinin intoksikasiya əlamətləri olan xəstənin digər xəstəxanaya göndərilməsi düzgün taktika hesab edilmir. X30 05 avqust 2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan sonra, sonra, xəstənin vəziyyətini nəzərə alaraq konsilium təşkil olunmalı, diaqnoz müəyyənləşdirilərək zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı üçün hazırlıq tədbirləri görülməli idi. Buna məsul şəxslər həkimcərrah Təqsirləndirilən şəxs1 və şöbə müdiridir. X24 Bərdə RMX-ya istər ilkin, istərsə də təkrari müraciətlər zamanı tibbi yardım düzgün istiqamətdə təşkil olunmuş olsaydı ölümünün qarşısının alınması imkanı çox olardı. Buna məsul şəxslər növbətçi həkim, təkrar baxışı aparan həkim cərrah və şöbə müdiridir. X27 Bakı şəhəri Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ağır şok, koma və aqonal vəziyyətdə daxil olmuş, bu baxımdan göstərilmiş müvafiq tibbi yardımlara baxmayaraq müsbət dinamika əldə olunmamışdır. Cinayət işinə əlavə edilmiş əlavə komisyon məhkəmə-tibb ekspertizasının 26 may 2021-ci il tarixli, 251 saylı rəyində göstərilmişdir ki, X10 Rayon Mərkəzi Xəstəxanasına 04 avqust 2020-ci il tarixdə müraciət etmiş və ona “Qarın boşluğunun qapalı travması” diaqnozu təyin olunmuşdur. Təyin olunmuş diaqnozla əlaqədar ultrasəs müayinəsi aparılmış və təyinat verilmişdir. Lakin xəstə xəstəxana şəraitində nəzarətdə saxlanılmamış və onun dinamik müşahidəsi təşkil olunmamışdır. Buna məsul şəxs ilkin müraciətdə xəstəni müayinə edən növbətçi həkimdir. 04 avqust 2020-ci il tarixli müraciətdə xəstədə peritonit əlamətləri ultrasəs müayinəsi zamanı qeyd edilmədiyi üçün ilkin müraciətlə ölümün baş verməsi arasında bir həcmdə olmaması Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin pozulması kimi qiymətləndirilir. X30 05 avqust 2020-ci il tarixdə saat 11:30-da təkrar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və ona “Kəskin qarın” diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, xəstənin digər xəstəxanaya göndərilməsi qərar verilmişdir. Bu qərarın şöbə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən verilməsi düzgün taktika hesab edilmir. Nəzərə almaq lazımdır ki, xəstə barəsində məlumatın verilməsi müalicə həkimi tərəfindən bildirilmiş, bunun üçün müvafiq konsilium təşkil olunmalı və zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı idi. Buna məsul şəxslər həkim ümumi cərrah Təqsirləndirilən şəxs1 və şöbə müdiridir. Xəstənin müalicəsinin düzgün təşkil olunmaması ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Buna məsul şəxslər ilkin olaraq müalicə həkimi ümumi cərrah Təqsirləndirilən şəxs1 və şöbə müdiri Təqsirləndirilən şəxs2dur. Hər iki həkim Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin tələblərinə əməl etməmişlər. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsində daxil olmuş 06 avqust 2020ci il tarixli 138-22338-1220 nömrəli məktub və həmin tarixli raportdan görünür ki, 05 avqust 2020-ci il tarixdə Bərdə rayonu, ünvan 5-də yaşayan, 2015-ci il təvəllüdlü X30, yaşadığı ünvanda yıxılma nəticəsində qarın nahiyəsindən küt travma alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olmuş və 06 avqust 2020-ci il tarixdə Bakı şəhəri Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına daxil olmuş və orada ölmüşdür. Cinayət işinə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 27 fevral 2015-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Cinayət işinə əlavə edilmiş 13 avqust 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, hadisə yeri Bərdə şəhəri, ünvan 5 ünvanda yerləşən Şahid2 məxsus evin həyətyanı sahəsində yerləşən hamam (ayaq yolu) adlanan yerdir. Həmin tikilinin ətrafına yerdə sarımtıl rəngli kafel döşənmiş, divar beton daşla hörülmüş vəziyyətdədir. Kafel döşənmiş yerdə taxtadan hazırlanmış nərdivan vardır, həmin nərdivan daşdan hazırlanmış divara söykənmiş vəziyyətdədir. X55 anası Zərərçəkmiş şəxs 04 avqust 2020-ci il tarixdə qızının nərdivanın üstündə olan zaman nərdivanın sürüşüb yerə hansı istiqamətdə düşdüyünü göstərmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayon X35 Hüquqi Şəxsdən daxil olmuş 13 aprel 2021-ci il tarixli 1/57 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 01 oktyabr 1978-ci il tarixdə X20 Cərrahiyyə şöbəsinə uşaq cərrahı vəzifəsinə qəbul edilmiş və 09 aprel 2021-ci il tarixdə onunla əmək müqaviləsi müvəqqəti bağlanılaraq Azərbaycan Respublikasının TƏBİB X68 tabeliyində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik X49 şöbəsində həkim cərrah vəzifəsində həmin tarixdən işə başlamışdır. Təqsirləndirilən şəxs2 24 avqust 1987-ci il tarixdən Bərdə rayon X35 X49 şöbəsinin müdiri (həkim-ümumi cərrah) vəzifəsinə işə qəbul edilmiş və hal hazırda Bərdə Rayon Mərkəzi X4 şöbə müdiri vəzifəsində işləyir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 556 saylı 16 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, M.Müşviq küçəsi ev 21 ailə üzvləri ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 16 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, M.Müşviq küçəsi ev 21 yaşayır. Alli təhsillidir, əvəllər məhkum olunmayıb. Spirtli içki içmir, narkotikə meyilli deyildir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 837 saylı 05 mart 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Təbriz küçəsi ev 11 ailə üzvləri ilə birlikdə yaşayır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 05 mart 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Təbriz küçəsi ev 11 yaşayır. Alli təhsillidir, əvəllər məhkum olunmayıb. Spirtli içki içmir, narkotikə meyilli deyildir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 30 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X42” X68 403/MEŞ saylı 22 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 2015-ci il təvəllüdlü X17 ölüm faktına dair tibbi sənədlərin təhlilinə və cinayət işi materiallarındakı məlumatlara əsaslanaraq, qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:
1. Tibbi Ərazi X21 Publik X71 Heyətinin 23 dekabr 2020-ci il tarixli 9 saylı protokolu ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in strukturu təsdiq edilmişdir. 05 yanvar 2021ci il tarixdən 08 saylı əmrlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərahiyyə şöbəsinin struktur vahidləri təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq çarpayı sayı 50 olan cərrahiyə şöbəsinə Təqsirləndirilən şəxs2 Səttar oğlu şöbə müdiri təyin edilmişdir. 05 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı daxil olmaqla Bərdə X20 cərrahiyyə şöbəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsi İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə birləşdirilmişdir. Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasının ştatı və strukturu 05 yanvar 2021-ci il tarixli 08 saylı əmri ilə rəsmiləşdirilmişdir. Belə ki, İcbari Tibbi Ərazi X21 Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in möhürü ilə 05 avqust 2020-ci il tarixdə, saat 11:30-da X17 adına ******* saylı xəstəlik tarixi açılmış və təstiq edilmişdir.
2. İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə X43 həkim cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 tabeçiliyi olmuşdur.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrinin həkimümumi cərrahın nümunəvi vəzifə təlimatının öhdəliklərinə aid 7-ci bəndin “Müfaviq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasının (anamnezin toplanması, klinik-laborator tədqiqqtların müayinə və müalicənin aparılması) və diaqnozun müəyyən edilməsi”; 8-ci bəndin “Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparamaq”; “Məsuliyətinə aid 24.1-ci bəndin ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi” tələbləri həkim cərrah Təqsirləndirilən şəxs1 və həkim cərrah şöbə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur.
4. İş materiallarında olan xəstəlik tarixlərindəki məlumatlara, xəstənin ümumi vəziyyətinə və meyitdə aşkar edilmiş morfoloji dəyişikliklərə əsasən demək olar ki, həkim cərrah Təqsirləndirilən şəxs1 tərəfindən ilkin olaraq və təkrar həkim cərrah Təqsirləndirilən şəxs2 tərəfindən X3 müayinəsi, müalicəsi diaqnostik və tibbi prosedurlarının düzgün təşkil edilməməsi ilə ölümü arasında səbəbli əlaqə vardır.
5. X17 Bərdə rayon Mərkəzi Xəstəxanasına 04 avqust 2020-ci il tarixdə müarciəti zamanı ona “Qarın boşluğunun qapalı travması” diaqnozu təyin edilmiş, ultrasəs müayinəsi aparılmış və təyinat verilmişdir. Lakin xəstənin mövcüd qaydalara uyğun dinamiki nəzarəti ilə əlaqədar zəruri hospitalizasiyası həyata keçirilməmişdir. Hətta ikinci dəfə xəstəxanaya gətirildikdən sonra X23 zəruri tibbi diagnostik tədbirlər və yardımlar göstərilsəydi ölümə səbəb olan ağırlaşmanın qarşısının alınması mümükün olardış Buna məhsul şəxslər cərrahiyə şöbəsinin müdiri Təqsirləndirilən şəxs2 və müalicə həkimi Söhrət Əhmədovdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X67 Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X68 03 fevral 2022-ci il tarixli 151 saylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixə struktur quruluşu və ştat vahidlərinə əsasən X44 tərkibində və tabeliyində olmuşdur. X43 həkim-cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Bərdə Rayon Mərkəzi X5 həkimi Təqsirləndirilən şəxs2 tabeçiliyi olmamışdır. Cinayət işinə əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə X67 Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X68 Əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 ondan ötrü ki, o, həqiqətən 01 avqust 1975-ci il tarixdə Bərdə Rayon Mərkəzi X8 1,0 ştat Həkim-pediatr işinə təyin edilib. 01 yanvar 2010-cu il tarixdə Həkim-pediatr işindən Uşaq xəstəxanasında 1,0 ştat Həkim-cərrah işinə keçirilib. 05 yanvar 2021-ci il tarixdən İcbari Tibbi Sığortaya keçidlə əlaqədar Cərrahiyə şöbəsinə 1,0 ştat Həkim cərrah işinə təyin olunub. Cinayət işinə əlavə edilmiş 652 saylı vəsiqənin sürətindən, görünür ki, Təqsirləndirilən şəxs1 N.Nərimanov adına Azərbaycan Dövlət Tibb universitetində 1974cü ildə Bakı şəhərinin təcili tibbi yardım xəstəxanasında internaturada təcrübə keçmişdir. Cinayət işinə əlavə edilmiş İcbari Tibbi Sığorta üzrə X67 Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X68 Əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 ondan ötrü ki, o, həqiqətən 24 avqust 1987-ci il tarixdə Bərdə rayon X9 kabinetində 1,0 ştat Həkim işinə təyin edilib. 01 may 1989-cu il tarixdə şəhər poliklinikasında 0,5 ştat Həkim işinə keçirilib. 01 yanvar 2010-cu il tarixdə Cərrahiyə şöbəsində 1,0 ştat şöbə müdiri işinə keçirilib. Şəhər poliklinikasında 02 yanvar 1990-cı il tarixdə 0,5 ştat Cərrah həkim işinə təıyin edilib. 21 avqust 1990-cı il tarixdə Cərrahiyə şöbəsində 0,25 ştat Həkim cərrah işinə keçirilib. 01 yanvar 2010-cu il tarixdə Cərrahiyə şöbəsində 1,0 ştat Şöbə müdiri işinə keçirilib. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X67 Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X68 09 fevral 2022-ci il tarixli 184 saylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixində struktur quruluşu və ştat cədvəlinə əsasən Bərdə X20 tərkibində və tabeliyində olmuşdur. Ancaq bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının keçmiş müdiriyyəti tərəfindən hər hansı rəsmi əmr, sərəncam, göstəriş verilməmişdir və mövcüd qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Bərdə X22 Həkim cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Bərdə Rayon Mərkəzi X5 müdiri Təqsirləndirilən şəxs2 tabeçiliyi olmuşdur. Amma bu barədə də Bərdə Rayon Mərkəzi Xəstəxanasının sadiq rəhbərliyi tərəfindən rəsmi əmr göstəriş verilməmişdir. Bu işlər qeyd edilən zamanda işləmiş keçmiş Bərdə rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinin şifahi göstərişləri əsasında yerinə yetirilmişdir. Qeyd edilib ki, Bərdə Rayon Məhkəməsinin sorğusunda göstərilən zaman ərəfəsində Uşaq cərrahiyyə əməliyyatları Bərdə X22 deyil Bərdə Rayon Mərkəzi X4 icra edilmiş və bütün dərman sərfiyyatı da həmin şöbə tərəfindən qarşılanmışdır. Bərdə Rayon Mərkəzi Xəstəxanasının stasionar xəstələrin qəbulu jurnalında 05 avqust 2020-ci il tarixdə X17 adı qeyd edilmiş və məhz Bərdə Rayon X1 adına xəstəlik tarixi açılmışdır. Təqsirləndirilən şəxs2 hadisə zamanı Bərdə Rayon Mərkəzi X5 müdiri vəzifəsində işləmişdir. Cinayət işinə əlavə edilmiş X37 işləyən X46 tərəfindən 05 fevral 2022-ci il tarixli məlumatdan görünür ki, 05 avqust 2020-ci il tarixdə struktur quruluşu və ştat cədvəlinə əsasən X69 Xəstəxanası Bərdə rayon Mərkəzi Xəstəxanasının tərkibində tabeliyində olmuşdur. Ancaq müdiriyyət tərəfindən bu barədə hər hansı əmr, sərəncam verilməmişdir. Bərdə rayon X22 həkim cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Bərdə rayon X16 Şöbəsinin Şöbə müdiri, Təqsirləndirilən şəxs2 tabeliyində olmuşdur, ancaq bu barədə rəhbərlik tərəfindən heç bir əmr olmayıb. Azərbaycan Resublikası Səhiyyə Nazirliyinin Kollegiyyasının 29 noyabr 2019-cu il tarixli 143 saylı qərardan görünür ki, Azərbaycan Resublikası Səhiyyə Nazirliyinin “Bərdə rayon Mərkəzi Xəstəxanası” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi yaradılsın. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X68 nizamnaməsi təsdiq edilsin. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X68 nizamnamə fondunun məbləği Xəstəxananın binasının və digər əsas vəsaitlərinin dəyərindən ibarət olmaqla 12 542 087,04 manat müəyyən edilmisin. X2 baş direktoru təyin edilsin. Xəstəxananın baş direktoru N.Mehdizadə tapşırılmışdır: Xəstəxananın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməsini təmin etsin; Xəstəxananın fəaliyyətini Xəstəxana dövlət qeydiyyatına alındığı gündən etibarən bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş nizamnaməyə uyğun olaraq təmin etsin; Xəstəxananın strukturunun və ştata cədvəlinin lahiyəsini müəyyən olunmuş qaydada təsdiq üçün təqdim etsin. Azərbaycan Resublikası Səhiyyə Nazirliyinin “Bərdə Rayon Mərkəzi Xəstəxanası”nın balansındaki əmlakın Xəstəxananın balansına verilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin. Maliyyə-iqtisadiyyat şöbəsinin müdiri A.Vəliyev, Kadrlar, elm və təhsil şöbəsinin müdiri S.Rüstəmova və Hüquq və daxili nəzarət sektorunun müdiri E.Əzizov bu qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsinlər. Xəstəxana dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Resublikası Səhiyyə Nazirliyinin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” öz fəaliyyətini davam etdirsin. Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi və təyin edilməli olan cəzalar barədə: Cinayət işinin yuxarıda sadalanan sübutlar və dəlillərə əsaslanan məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin оlmаsı, cinаyətlərin оnun tərəfindən törədilməsi və təqsirlilliyi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi olmasa da, verdiyi ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 05 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” X63 gətirilən 2015-ci il təvəllüdlü X30 barəsində “Kəskin qarın” diaqnozu müəyyənləşdirdikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim-ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, bunun üçün müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda, onun təklifi ilə düzgün taktika hesab edilməyən Gülüm Abidovanın şöbə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən digər xəstəxanaya göndərilməsi qərarı qəbul edilərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust 2020-ci ildə saat 24:00-da X17 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki qanunvericiliyin normalarına, Azərbaycan Respublkası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin cəza institutu ilə bağlı mövqelərinə və nəzəri biliklərə söykənərək qeyd edir ki, bu və ya digər cəzaları, onların həddini və növünü təyin edənə qədər təqsirləndirilən şəxsin təyin edilmiş cəza vasitəsilə islah olunmasına əmin olmalıdır. Yəni bu əminlik, özüözlüyündə proqnostik ideyaların təcrübədə təsdiq edilməsi və ya inkar edilməsinədək cəzanın gələcək nəticələrinin həqiqiliyinin idrakı üsullarıdır. Belə ki, Azırbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Çünki müəyyən formada təşəkkül tapmış olan hüquqi düşüncə hakimlər tərəfindən müəyyən faktların həm hüquqi, həm də əxlaqi məzmununu dərk etmələri və qiymətləndirilmələri üçün düzgün yanaşmanın güclü vasitəsidir. Cəzanın təyin edilməsi prinsipi kimi ədalətdən bəhs edərkən həmçinin humanizm mövqeyinindən kənara çıxmaq olmaz. Humanizm insanı bir dəyər olaraq şəxsiyyət kimi qəbul edən, onun ləyaqətinə hörməti, ictimai tərəqqinin məqsədi olaraq insanın rifahına təsir edən əxlaqi mövqedir. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X61rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əsasən cinayətin azyaşlı vəziyyətdə olan şəxsə qarşı törədilməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə Təqsirləndirilən şəxs1 əsasən ilk dəfə olaraq az ağır cinayətin törədilməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran hallarını və işin digər hallarını nəzərə alaraq onlara cinayət əməllərinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırıması cəzasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutmaq və yerli özünüidarə organlarında həkim-cərrah vəzifəsini tutmaq hüququndan məhrum edilməklə təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanın tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 yaşını, cinayət hadisəsi baş verənə qədər həkimlik fəaliyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində müəyyən müddətə dövlət orqanlarında və yerli özünüidarəetmə orqanların həkim-cərrah vəzifəsini tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı onun yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi barədə: Məhkəmə, iş üzrə mövcud sübutları müqayisəli qaydada təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2ci maddəsinin tərkibi olunmadığından ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin dispozisiyasında isə göstərilir ki, səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda həmin cinayətin tərkibini yaradır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda qeyd edilir ki, “Təqsirləndirilən şəxs2 05 avqust 2020-ci il tarixdə, saat 11:30-da valideynləri tərəfindən təkrar olaraq “Bərdə rayon Mərkəzi Xəstəxanası” X63 gətirilən 2015-ci il təvəllüdlü X30 barəsində müalicə həkimi Təqsirləndirilən şəxs1 tərəfindən “Kəskin qarın” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, müvafiq konsilium təşkil olunmalı olduğu və zəruri diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı olduğu halda xəstəxananın həkim cərrahı Təqsirləndirilən şəxs1 təklifi ilə düzgün taktika hesab edilməyən Gülüm Abidovanın digər xəstəxanaya göndərilməsi qərarını qəbul edərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib intoksikasiya əlamətləri olan xəstəni həmin gün, saat 17:00-da Bakı şəhərində yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyyə etdirməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və patoloji prosesin daha da dərinləşməsinə səbəb olan hərəkətlər törədərək 05 avqust saat 24:00-da X17 həmin xəstəxanada nazik bağırsağının posttravmatik perforasiyası ilə əlaqədar baş vermiş diffuz irinli-fibrinoz peritonit nəticəsində inkişaf edən, orqanizmin ümumi intoksikasiyası ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir.” Halbuki ittiham aktında irəli sürülmüş ittiham iş materiallarında olan sübutlarla, ziddiyətli sübutlarla, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, ekspertizanın və verilmiş sorğulaq üzrə alınmış ziddiyyətli cavablarla təsdiqini tapmır. Birinci olaraq məhkəmə ona fikir verməyi zəruri hesab edir ki, verilmiş ittihamda ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkimümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndinə əsasən müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli olduğu halda, həmçinin həmin bölmənin 8-ci bəndində göstərilən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı, eləcə də həmin bölmənin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etmədiyini əsaslandırmağa çalımışdır. Göründüyü kimi verilmiş ittiham aktının özü belə ziddiyətlidir. Çünki mərhum X17 müalicə həkimi Təqsirləndirilən şəxs1 olmuş, ziddiyyətli sübutlara və şifahi mülahizələrə əsasən həmin “Şöbənin rəisi” Təqsirləndirilən şəxs2 olmuşdur. Belə olan halda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilən ittiham vəzifəli şəxs qismində verilməli idi ki, bu da istintaq orqanının istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın həkim ümumi cərrahın vəzifə öhdəliklərini əks etdirən 7-ci bəndi deyil, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın “Şöbə (bölmə) müdirinin nümunəvi vəzifə TƏLİMATİ”na istinad etməli idi. Belə ki, həmin Təlimatda Şöbə müdiri vəzifəsi üçün aşağıdakı tələblər müəyyən edilmişdir: Ümumi müddəalar: Bu vəzifə təlimatı şöbə (bölmə) müdirinin vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini müəyyən edir. 2. Şöbə (bölmə) müdiri vəzifəsinə ali tibbi təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan şəxs təyin edilir. 3. Şöbə (bölmə) müdiri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq yuxarı səhiyyə idarəetmə orqanının razılığı əsasında tibb təşkilatı rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir. 4. Şöbə (bölmə) müdiri bilavasitə tibb təşkilatının rəhbərinə və ya onun müavininə tabe olur. 5. Şöbə (bölmə) müdiri aşağıdakıları bilməlidir: 5.1. Azərbaycan Respublikasının Konstitusiyasını,Azərbaycan Respublikasının səhiyyə və əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində tətbiq olunan qanun və digər normativ hüquqi aktlarını; 5.2. müvafiq peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədləri; 5.3. əməyin təşkili prinsiplərini; 5.4. tibb təşkilatının plan-iqtisad və maliyyə fəaliyyətinin əsaslarını; 5.5. təsərrüfat və əmək müqavilələrinin icrası qaydasını; 5.6. əhalinin gigiyenik təlim və tərbiyəsinin təşkilinin forma və metodlarını; 5.7. ilkin uçothesabat sənədləşdirməsinin aparılması qaydasını; 5.8. etik davranış qaydalarının, tibbi etikanı; peşəkar ünsiyyət psixologiyasını; 5.9. əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir. Vəzifə öhdəlikləri: 1. Şöbə (bölmə) müdiri şöbənin (bölmənin), funksiya və vəzifələrinə uyğun olaraq, fəaliyyətinə rəhbərliyi həyata keçirir. 2. Müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodlarını, eləcə də müvafiq sahədə qabaqcıl təcrübəni tətbiq etmək. 3. Şöbədə (bölmədə) müalicədiaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək. 4. Tibb heyətinin və pasiyentlərin təhlükəsizliyinin, infeksiyaların qarşısının alınmasının təmin olunması üçün sanitar-gigiyenik və əksepidemik tədbirləri yerinə yetirmək. 5. Əhalinin sanitar maarifləndirilməsi üzrə tədbirlər həyata keçirmək. 6. İşin forma və metodlarını, şöbənin fəaliyyətinin planlaşdırılmasını, işçilərin iş yerlərində yerləşdirilməsi və onların ixtisaslarına uyğun istifadəsini təmin edir 7. Səhiyyə müəssisəsinin digər struktur bölmələri ilə şöbənin fəaliyyətini koordinasiya edir, onların qarşılıqlı əlaqəsini təmin edir. 8. Şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirir. 9. Tibb müəssisəsinin növbətçilik cədvəlinin tərtibatında aidiyyəti üzrə iştirak edir. 10. Şöbənin (bölmənin) işçilərinin əmək qanunvericiliyinin və əməyin mühafizəsinin tələblərinə riayət etməsini təmin edir. 11. Şöbənin (bölmənin) işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür. 12. Şöbənin (bölmənin) iş planını işləyib hazırlayır, onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir. 13. Şöbənin (bölmənin) rüblük, yarımillik və illik işini təhlil edir, şöbənin fəaliyyəti barədə müəyyən olunmuş qaydada hesabat təqdim edir. 14. Tibbi sənədləşdirmənin aparılmasının keyfiyyətinə nəzarəti həyata keçirir.
15. Şöbənin (bölmənin) işçilərinin peşə hazırlığının artırılmasına imkan yaradır. 16. Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır. 17. Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir. Şöbə müdirinin hüquqları: 1. şöbənin (bölmənin) işçiləri üçün icrası məcburi olan tapşırıqlar vermək; 2. şöbənin (bölmənin) kadrlarının seçilməsi və yerləşdirilməsində iştirak etmək; 3. şöbənin (bölmənin) işçilərinin həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək; 4. şöbənin (bölmənin) fəaliyyətinin inkişafı və təkmilləşdirilməsi üzrə təkliflər vermək; 5. öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və normativ-hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; 6. şöbənin (bölmənin) işi ilə bağlı məsələlərin müzakirə olunduğu konfranslarda və müşavirələrdə iştirak etmək; 7. müəyyən olunmuş qaydada ixtisas dərəcəsi almaq. Şöbə (bölmə) müdiri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əmək hüquqlarından istifadə edir. Şöbə (bölmə) müdirinin məsuliyyəti: 1. ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə; 2. öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativhüquqi aktların müvafiq qaydada yerinə yetirilməsinə; 3. maddi-texniki və kadr ehtiyatlarından səmərəli və effektiv istifadə edilməsinə; 4. daxili intizam, sanitariya-epidemiya əleyhinə rejim, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə; 5. mövcud normativ-hüquqi aktlarla nəzərdə tutulmuş sənəd-ləşdirmənin aparılmasına; 6. şöbənin (bölmənin)fəaliyyəti barədə statistik və digər informa-siyanın müəyyən olunmuş qaydada təqdim edilməsinə; 7.şöbənin(bölmənin) işçiləri tərəfindən nizam-intizam qaydalarına riayət edilməsi və vəzifə öhdəliklərinin yerinə yetirilməsinə; 8. fövqəladə hallar şəraitində şöbənin işə hazırlığına görə məsuliyyət daşıyır. Şöbə (bölmə) müdiri əmək intizamının, qanunvericilik və normativhüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Göründüyü kimi verilmiş ittiham aktında Təqsirləndirilən şəxs2 “Şöbə müdiri” kimi qeyd edilsə də ona istinad edilən əməl üzrə o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsində nəzərdə tutulan “Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı”nın tələblərini pozmasında ittiham edilir ki, ibtidai istintaq orqanı burada yanlışlığa yol vermişdir. Çünki ibtidai istintaqın mövqeyinə görə Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə vəzifəli şəxs olan xüsusi subyektdir, lakin ona həkim təlimatının tələblərinin pozulması ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə bu halı onunla qiymətləndirir ki, faktiki halda Təqsirləndirilən şəxs2 “Şöbə müdiri” vəzifəsində çalışan vəzifəli şəxs kimi ittiham irəli sürülməsi üçün qeyd edilən şəxsin rəsmi qaydada həmin vəzifəni tutmalı olması zəruri idi. Lakin iş materiallarında olan sübutlarla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman, yəni 05 avqust 2020-ci il tarixdə rəsmi olaraq şöbə müdiri vəzifəsində işləməmişdir. Belə ki, Tibbi Ərazi X21 Publik X71 Heyətinin 23 dekabr 2020-ci il tarixli 9 saylı protokolu ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in strukturu təsdiq edilmişdir. 05 yanvar 2021-ci il tarixdən 08 saylı əmrlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərahiyyə şöbəsinin struktur vahidləri təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq çarpayı sayı 50 olan cərrahiyə şöbəsinə Təqsirləndirilən şəxs2 Səttar oğlu şöbə müdiri təyin edilmişdir. 05 avqust 2020ci il tarixdə baş vermiş hadisə zamanı daxil olmaqla Bərdə X20 cərrahiyyə şöbəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsi İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə birləşdirilmişdir. Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasının ştatı və strukturu 05 yanvar 2021-ci il tarixli 08 saylı əmri ilə rəsmiləşdirilmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 Səttar oğluna irəli sürülən ittihamı ona görə əsassız hesab edir ki, iş materiallarında onun hər hnasısa bir formada məlumatlı olması öz təsdiqini tapmır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 istintaqda və məhkəmədə verdiyi zidiyyətli ifadələrində qeyd etmişdir ki, baş həkimdən mərhum X17 Bakıya göndərilməsi barədə göndəriş almış və bu barədə “Şöbə müdiri” kimi tanıdığı Təqsirləndirilən şəxs2 məlumat verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 ifadəsinə düzəliş edərək məhkəmə iclas zalında qeyd etmişdir ki, X60 və Təqsirləndirilən şəxs2 ilə konsilium etmişdir. Lakin sonradan bu ifadəsini də dəyişərək Ədalət Sülemanovu koridorda görən zaman onu mərhum xəstə X17 yanına aparmış və mövcud vəziyyət barədə onu məlumatlandırmışdır. Lakin qeyd edilən hallar məhkəmə iclas zalında nəinki öz təsdiqini qismən tapdı, əksinə olaraq tammamilə təkzib edildi. Həmin təkzib edici hallar: birinci hal ondan ibarətdir ki, X60 ifadəsində və eləcə də məhkəmə istintaqı zamanı çarpaz dindirilmə zamanı Təqsirləndirilən şəxs1 üzünə də qeyd etdi ki, Şöhrət həkim onu palataya çağıran zaman və ondan məsləhət alan zaman Təqsirləndirilən şəxs2 orada olmamış və o, da öz növbəsində Təqsirləndirilən şəxs1 onun ixtisası olmadığından bir söz deyə bilməyəcəyini demişdir. İkinci hal ondan ibarətdir ki, eyni faktı Təqsirləndirilən şəxs2 da öz ifadəsində və eləcə də məhkəmə istintaqı zamanı çarpaz dindirilmə zamanı Təqsirləndirilən şəxs1 üzünə də qeyd etdi ki, Şöhrət həkim onunla heç bir məsləhətləşmə aparmamış, həmin xəstənin kimliyi barədə məlumatı olmamış, baş həkimdən göndəriş alıb xəstəni artıq xərəkdə xəstəxanadan çıxaran zaman onu dəhlizdə görmüş və ağır xəstənin Bakıya göndərilməsi barədə söz demişdir. Üçüncü hal ondan ibarətdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs da verdiyi ifadələrində Təqsirləndirilən şəxs2 mərhum qızının yanında görməmiş, sonuncu onun qızının müalicəsində ümumiyyətlə iştirak etməmişdir. Onun şikayəti yalnız Təqsirləndirilən şəxs1dır. Lakin ibtidai istintaq orqanı tərəfindən mərhum X17 Bakıya göndərilməsi barədə göndərişin Təqsirləndirilən şəxs1 bilavasitə xəstəxananın direktoruna müraciət etməsi və direktordan həmin göndərişin alması faktı müəyyən edilsə də, ittiham aktında hansı səbəbdən həmin göndərişin Təqsirləndirilən şəxs2 tərəfindən verilməsi halının israrla qeyd edilməsi faktı məhkəmə üçün qeyri-müəyyən olaraq qalmaqdadır. Məhz qeyd edilən həmin hal işi araşdırmadan sadəcə istintaq orqanının gəldiyi nəticələrə əsaslanan ekspertiza rəylərinə olduğu kimi köçürülmüşdür. Məhkəmə bir daha qeyd edir ki, həmin göndəriş Təqsirləndirilən şəxs2 tərəfindən deyil, həmin dövrdə xəstəxananın direktoru vəzifəsində işləyən X32 tərəfindən verilmişdir. Bundan başqa ziddiyyətli hallardan biri də ondan ibarətdir ki, əgər X25 həqiqətən də “şöbə müdiri” idisə, o zaman İcbari Tibbi Ərazi X21 Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in möhürü ilə 05 avqust 2020-ci il tarixdə, saat 11:30-da X17 adına ******* saylı açılaraq təsdiq edilən xəstəlik tarixçəsində onun imzası mövcud olmalı idi. Bu halda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın “Şöbə (bölmə) müdirinin nümunəvi vəzifə TƏLİMATİ”da qeyd edilən şöbənin (bölmənin) həkimlərinin, orta və kiçik tibb heyətinin işinə, o cümlədən diaqnozların düzgünlüyünə, aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarəti həyata keçirməməsi məsələsi müzakirə edilə bilərdi. Lakin iş materiallarından toplanmış sübutlardan da müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 mərhum X13 xəbəri olmamış, onun adına açılmış xəstəlik tarixçəsini əgər şöbə müdiri idisə imzalamalı olduğu halda ümumiyyətlə imza etməmiş, mərhumun barəsində həyata keçirilən tədbirlər barədə ümumiyyətlə məlumatlandırılmamışdır. Bütün bunların hamısı iş materialları ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən icra edilmiş və sonda “şöbə müdiri” adlandırdığı Sülymanov Ədalətə məruzə etmədən birbaşa baş həkimə müraciət edərək baş həkimin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində dediyi kimi “şəxsi əlaqələri” vəsatəsilə mərhum xəstəni Bərdə şəhərindən Bakı şəhərinə təcili tibbi yardım maşını vasitəsilə göndərmişdir. Yuxarıda qeyd edilən hallar hazırki Bərdə Rayon X35 Hüquqi Şöxsin direktoru vəzifəsində işləyən X26 ifadəsində də öz təsdiqini tapmışdır. Belə ki, ifadəsində konkret səsləndirdiyi fikirlər aşağıdakı kimi olmuşdur: “......Bərdə Rayon Mərkəzi Xəstəxanasında 10 aydır ki çalışır, sənədləşmə işləri çox problemli olubdur. Uşaq xəstəxanası ləğv olunub, uşaq cərrahiyəsi köçürülüb cərrahiyənin içərisinə və həmənki rəhbərlik tərəfindən heç bir əmrlə əmrləşdirilməyib..... İndi bir problem var cərrahiyə şöbəsinin müdiri keçmiş ştat, yəni strukturla həm də bu rayonun baş cərrahı sayılır. Baş mütəxəssis sayılır. İş orasındadır ki, bu barədə də əmr yoxdur, əslində olmalı idi...... Konsilliuma gəldikdə isə, konsillium əmrsiz olur. Orda 2-3 variant var cərrahiyə xəstələr üçün və ya ağır xəstələr üçün orda əmrə ehtiyac yoxdur. Baş mütəxəssis onun üçün lazımdır. Həmin müddətdə həmin bölgədə kim sayılrsa o devriyə girir, deyir ki, bu xəstənin vəziyyəti düzəlmir. Onda bir neçə mütəxəssis toplanır və onlar bərabər konsillium keçirir. O konsillium artıq əmr kimi sayılır. Amma, əgər planlı bir xəstədi gəlibdir əməliyyat olunmalıdır, bu hallarda xüsusi əmr imzalanır ki, bu halı dəyərləndirmək üçün konsillium olsun. Amma konsillium qərarını verir baş mütəxəssis. Əməliyyat istər təcili olsun, istər planlı olsun şöbə müdirinin xəbəri olur. Şöbə müdiri qərar verir hansı həkim əməliyyatı aparacaq, anastezioloq kim olacaq. Konsilliumun başlanğıcında yazıllar konsillium, yekunda rezüme yazılır və altında kimlər iştirak ediblər sə mütləq imza atırlar.....” Göründüyü kimi şahid X26 vermiş olduğu ifadədə səsləndirdiyi fikirlərdə də konkret hər bir halın rəsmi əmrlə olması zəruriyyəti qeyd edilib. Əmr olmadığı təqdirdə də daxili qərar və ya aktla rəsmiləşdirilməli olması məsələsi ön plana çəkilsə də, Təqsirləndirilən şəxs2 tərəfindən heç bir sənədləşmənin aparılmamasınıı məhkəmə onun işinə vicdansız və laqeyd münasibət bəsləməsindən deyil, sadəcə olaraq konkret və rəsmi şəkildə “şöbə müdiri” vəzifəsini tutmaması və bu səbəbdən də həkimlər tərəfindən müayinə edilən xəstələr barədə ona məlumatların verilməsində görür. Həmin məlumatların verilməsi üçün də hər hansısa bir rəsmi və hüquqi əsasın mövcud olmamasını da məhkəmə xüsusi olaraq vurğulayır. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarında olan ekspert rəyləri və sorğular nəticəsində əldə edilmiş cavablar bir-biriləri ilə ziddiyət təşkil edir, ekspertiza rəylərində isə ümumiyyətlə gəlinən nəticələr əsaslandırılmamışdır. Həmin ziddiyyətlər aşağıdakılardan ibarətdir:
1. Cinayət işinə əlavə edilmiş təkrar komisyon məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli, 154 saylı rəyində göstərilmişdir ki, “....X30 05 avqust 2020-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan sonra, sonra, xəstənin vəziyyətini nəzərə alaraq konsilium təşkil olunmalı, diaqnoz müəyyənləşdirilərək zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı üçün hazırlıq tədbirləri görülməli idi. Buna məsul şəxslər həkim-cərrah Təqsirləndirilən şəxs1 və şöbə müdiridir. X24 Bərdə RMX-ya istər ilkin, istərsə də təkrari müraciətlər zamanı tibbi yardım düzgün istiqamətdə təşkil olunmuş olsaydı ölümünün qarşısının alınması imkanı çox olardı. Buna məsul şəxslər növbətçi həkim, təkrar baxışı aparan həkim cərrah və şöbə müdiridir. X27 Bakı şəhəri Mirqasımov adına Respublika Klinik Xəstəxanasına ağır şok, koma və aqonal vəziyyətdə daxil olmuş, bu baxımdan göstərilmiş müvafiq tibbi yardımlara baxmayaraq müsbət dinamika əldə olunmamışdır.” Bu rəy verilərkən şöbə müdiri ilə bağlı gəlinən nəticələr konkret olaraq hansı rəsmi sənədə əsaslanması qeyd edilməmişdir.
2. Cinayət işinə əlavə edilmiş əlavə komisyon məhkəmə-tibb ekspertizasının 26 may 2021-ci il tarixli, 251 saylı rəyində göstərilmişdir ki, “....X30 05 avqust 2020-ci il tarixdə saat 11:30-da təkrar olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilmiş və ona “Kəskin qarın” diaqnozu müəyyənləşdirilməsinə baxmayaraq, xəstənin digər xəstəxanaya göndərilməsi qərar verilmişdir. Bu qərarın şöbə müdiri Təqsirləndirilən şəxs2 tərəfindən verilməsi düzgün taktika hesab edilmir. Nəzərə almaq lazımdır ki, xəstə barəsində məlumatın verilməsi müalicə həkimi tərəfindən bildirilmiş, bunun üçün müvafiq konsilium təşkil olunmalı və zəruri olan diaqnostik laparotomiya, yəni qarın boşluğunun açılması, cərrahiyyə əməliyyatı icra olunmalı idi. Buna məsul şəxslər həkim ümumi cərrah Təqsirləndirilən şəxs1 və şöbə müdiridir. Xəstənin müalicəsinin düzgün təşkil olunmaması ilə baş vermiş ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Buna məsul şəxslər ilkin olaraq müalicə həkimi ümumi cərrah Təqsirləndirilən şəxs1 və şöbə müdiri Təqsirləndirilən şəxs2dur. Hər iki həkim Səhiyyə Nazirliyinin 2012-ci il tarixli 70 saylı əmrin 7-ci, 8-ci və 24.1-ci bəndlərinin tələblərinə əməl etməmişlər.....” Bu rəydə mərhum X18 əməliyyat olunmadan bərdə şəhərindən Bakı şəhərində göndərilməsi barədə qərarın məhz Təqsirləndirilən şəxs2 tərəfindən qəbul edilməsi hansı rəsmi sənədlə təsdiq-lənməsi və həmin sənədə əsasən belə rəyə gəlinməsini ekspertlər ümumiyyətlə əsaslnadırmamış və mülahizə əsasında rəy verməklə kifayətlənmişlər. Hətta məhkəmə istintaqı zamanı dindirilmiş ekspert X12 ifadəsində göstərmişdir ki, “..bu işlə bağlı baş vermiş hadisə ilə bağlı cavabdeh şəxslərin bir başa əlaqə olduqları üçün rəydə onların adları çəkilib. Ora cərrahiyə üzrə müraciət edən hər bir xəstənin taleyi barədə şöbə müdirinin məlumatı olmalıdır. Ondan sonarki prosseslər, təyinatı üzrə öz təsdiqini və ya öz nəticəsini tapmalıdır. Ona görə məsuliyyəti var. Əmr olmasada var. Cinayət işinin iş materiallarında o məlumat var ki, həmin həkimin ora şifahi olaraq təzə qurum yarananda ora onun təyinatı verilib, yəni cərrahiyə xırda korpus cərahiyyə üzrə olan saylır uşaq (pediatrik) cərrahiyələr, o isə mütləq qaydada birləşdirilib ora. Bu birləşmələr baş verib, sonra əmrləşdirilib. Həm işin içində, həm həmin xəstəxananın rəhbərliyi tərəfindən məlumatlar ordan götürülüb. O xəstəxanada müalicə işləri üzrə həm şöbə müdiri, həm müalicə işi üzrə müavin onlar cavabdehdilər. Hərəsinin özünə uyğun cavabdehliyi var....” Lakin verilən suallara konkret dəlillərlə cavab vermək əvəzinə rəydə yazılanları təkrar edərək şifahi əmrə əsaslanmış və istintaq orqanının mövqeyini dəstəkləmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, ekspert ifadəsində konkret sənədlərə və iş materiallarına istinad etməmiş, vəzifə təlimatına toxunmamışdır. Əgər belə olmuş olsaydı ekspertlər rəydə X17 Bakı şəhərinə göndərilməsi barədə qərarın məhz Təqsirləndirilən şəxs2 tərəfindən qəbul edilmədiyini müəyyən etmiş olardılar.
3. Cinayət işinə əlavə edilmiş Bərdə rayon X35 Hüquqi Şəxsdən daxil olmuş 13 aprel 2021-ci il tarixli 1/57 nömrəli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 01 oktyabr 1978-ci il tarixdə X20 Cərrahiyyə şöbəsinə uşaq cərrahı vəzifəsinə qəbul edilmiş və 09 aprel 2021-ci il tarixdə onunla əmək müqaviləsi müvəqqəti bağlanılaraq Azərbaycan Respublikasının TƏBİB X68 tabeliyində olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik X49 şöbəsində həkim cərrah vəzifəsində həmin tarixdən işə başlamışdır. Təqsirləndirilən şəxs2 24 avqust 1987-ci il tarixdən Bərdə rayon X35 X49 şöbəsinin müdiri (həkim-ümumi cərrah) vəzifəsinə işə qəbul edilmiş və hal hazırda Bərdə Rayon Mərkəzi X4 şöbə müdiri vəzifəsində işləyir.
4. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X42” X68 403/MEŞ saylı 22 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, “....Tibbi Ərazi X21 Publik X71 Heyətinin 23 dekabr 2020-ci il tarixli 9 saylı protokolu ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in strukturu təsdiq edilmişdir. 05 yanvar 2021-ci il tarixdən 08 saylı əmrlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərahiyyə şöbəsinin struktur vahidləri təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq çarpayı sayı 50 olan cərrahiyə şöbəsinə Təqsirləndirilən şəxs2 Səttar oğlu şöbə müdiri təyin edilmişdir. 05 avqust 2020-ci il tarixdə baş vermiş hadisə zamanı daxil olmaqla Bərdə X20 cərrahiyyə şöbəsi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsi İcbari Tibbi Sığorta Agentliyinin şifahi göstərişinə əsasən 2020-ci il tarixdə birləşdirilmişdir. Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasının ştatı və strukturu 05 yanvar 2021-ci il tarixli 08 saylı əmri ilə rəsmiləşdirilmişdir.....”
5. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X67 Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X68 03 fevral 2022-ci il tarixli 151 saylı məktubdan görünür ki, 05 avqust 2020-ci il tarixə struktur quruluşu və ştat vahidlərinə əsasən X44 tərkibində və tabeliyində olmuşdur. X43 həkim-cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Bərdə Rayon Mərkəzi X5 həkimi Təqsirləndirilən şəxs2 tabeçiliyi olmamışdır.
6. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X67 Ərazisi Bölmələrinin İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X68 09 fevral 2022-ci il tarixli 184 saylı məktubdan görünür ki, “5 avqust 2020-ci il tarixində struktur quruluşu və ştat cədvəlinə əsasən Bərdə X20 tərkibində və tabeliyində olmuşdur. Ancaq bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının keçmiş müdiriyyəti tərəfindən hər hansı rəsmi əmr, sərəncam, göstəriş verilməmişdir və mövcüd qanunvericiliyinin tələblərinə əməl olunmamışdır. Bərdə X22 Həkim cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Bərdə Rayon Mərkəzi X5 müdiri Təqsirləndirilən şəxs2 tabeçiliyi olmuşdur. Amma bu barədə də Bərdə Rayon Mərkəzi Xəstəxanasının sadiq rəhbərliyi tərəfindən rəsmi əmr göstəriş verilməmişdir......”
7. Cinayət işinə əlavə edilmiş X37 işləyən X46 tərəfindən 05 fevral 2022-ci il tarixli məlumatdan görünür ki, 05 avqust 2020-ci il tarixdə struktur quruluşu və ştat cədvəlinə əsasən X69 Xəstəxanası Bərdə rayon Mərkəzi Xəstəxanasının tərkibində tabeliyində olmuşdur. Ancaq müdiriyyət tərəfindən bu barədə hər hansı əmr, sərəncam verilməmişdir. Bərdə rayon X22 həkim cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Bərdə rayon X16 Şöbəsinin Şöbə müdiri, Təqsirləndirilən şəxs2 tabeliyində olmuşdur, ancaq bu barədə rəhbərlik tərəfindən heç bir əmr olmayıb.
8. İttiham aktında Təqsirləndirilən şəxs2 şifahi göstəriş əsasında “şöbə müdiri” vəzifəsinə təyin edilməsi qeyd edilmiş olsa da, həmin göstərişin kim tərəfindən verilməsi, nə zaman verilməsi, həmin vəzifəli şəxsin adı, soyadı və vəzifəsi, həmin göstərişi vermək səlahiyyətinin olub-olmaması faktları ümumiyyətlə araşdırılmamış və heç bir rəsmi sübutla təsdiqini tapmamışdır. Beləliklə, yuxarıda sadalanan sübutlara məcmu halında qiymət verən məhkəmə belə hesab edir ki, X38 həkim-cərrah vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın Cərrahiyyə Şöbəsinin həkimi Təqsirləndirilən şəxs2 tabeçiliyi olmamış, mərhum X17 ölümü ilə Təqsirləndirilən şəxs2 əməli arasında səbəbli əlaqə olmadığından sonuncunun əməlində Azərbaycan Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkibi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən ziddiyyətli sübutlar əsasında ittiham irəli sürülmüşdür. Həmin ittiham sonradan məhkəmə istintaqı zamanı əldə edilmiş digər sübutlarla tamamilə təkzib edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Hüquq nəzəriyyəsinə əsasən cinayət tərkibinin 4 əlaməti mövcuddur ki, bunlara cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti daxildir. Belə ki, baş vermiş cinayət hadisəsi üzrə əsas obyekt korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər üzrə ictimai münasibətlər, əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı, obyektiv cəhət üzrə isə səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan hərəkət və ya hərəkətsizliklə müşahidə olunur. Lakin məhkmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırki cinayətdə subyekt, xüsusi subyekt qismində çıxış edə bilməz və törədilmiş cinayət üzrə onun əməlində təqsirin nə qəsd, nə ehtiyatsızlıq, nə də ki, təqsirin qarışıq forması mövcud deyildir. Çünki Təqsirləndirilən şəxs2 cinayət baş verən zaman həmin Bərdə rayon X28 Şəxsində rəsmi şəkildə şöbə müdiri vəzifəsində işləmiş, heç bir rəsmi və hüquqi bazaya əsaslanmayan “şifahi göstəriş” əsasında çalımış, hər hansısa bir rəsmi sənədləşmə işlərində adı belə keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 iyul 2013-cü il tarixli Plenum qərarının hüquqi mövqeyinə görə “.......göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. İstənilən dövrdə, idarəetmə formasından və quruluşundan asılı olmayaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsusi tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyyətin buna hüququ vardır. İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzarət etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ictimai hakimiyyətin həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir. Qüvvədə olan cinayət qanunvericiliyi bilavasitə dövlət hakimiyyətinin funksiyalarını həyata keçirən və dövlətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində iştirak edən şəxslərin məsuliyyətini bütün digər kateqoriya idarəedənlərdən fərqləndirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən fəslinin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür. Yeni redaksiyaya görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 33-cü (korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər) fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür: - hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları; - dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyrikommersiya təşkilatlarının rəhbərləri və işçiləri; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyrikommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər; - hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər; - xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri; - beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur. Bu məqamlara görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar: - hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər. Hakimiyyət nümayəndəsinin funksiyasının və fəaliyyətinin xarakteri onun təmsil etdiyi orqanın qarşısında duran vəzifələrlə müəyyən olunur. Hakimiyyət nümayəndəsinin fəaliyyəti onun inzibati tabeçiliyində olan və ya olmayan qeyri-müəyyən həddə şəxslərin dairəsi ilə qarşılıqlı əlaqə üzərində qurulur. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən, həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər......” Lakin iş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs2 şöbə müdiri vəzifəsinə təyin edilməsi ilə bağlı Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt, eləcə də şöbə müdiri vəzifəsinin ona həvalə edilməsi ilə bağlı qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilmə halları mövcud deyildir. Halbuki Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. [55] x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin iş materiallarında Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman “Cərrahiyyə şöbəsinin müdiri” vəzifəsinə təyin edilməsi barədə müvafiq əmək müqaviləsi və heç bir rəsmi əmr mövcud olmamışdır. Göründüyü kimi cinayət tərkibinin 4 elementi Təqsirləndirilən şəxs2 əməlində mövcud deyildir. Belə olduğu təqdirdə cinayət tərkibinin hər hansısa bir elementinin mövcud olmaması ümumilikdə cinayət məsuliyyətini istinsa edən haldır ki, bu da Təqsirləndirilən şəxs2 bəraət verilməsi üçün əsas sayılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 21.3.-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə iclasında ittiham tərəfi Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməli törətməkdə tam təqsirli olmasına sübut edən mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X29 haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqlar ıüzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 2 və 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının vəX29 haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrəİnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqlarının vəX29 haqqında» Avropa Konvensiyası normaları hüququn digər normalarından təcrid olunmuşşəkildə deyil, beynəlxalq hüququn müvafiq normaları nəzərə alınmaqla təfsir və tətbiq edilməlidir. Beynəlxalq müqavilələrin, o cümlədən «İnsan hüquqlarının vəX29 haqqında» Avropa Konvensiyası normalarının təfsiri zamanı onun konteksti ilə yanaşı, müqavilənin sonrakı tətbiqi təcrübəsinə istinad edilməlidir. İnsan Hüquqlarının və X29 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqularının və X29 Haqqında Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman milli və ya beynəlxaq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Həmçinin “Layıcov Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır (digər qərarlarla yanaşı bax: “Xan BirləşmişKrallığa qarşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR2000-V) və “X33rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002-İX)). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v.Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, məhkəmə təkrar edir ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v.Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 12.1-ci maddəsində isə qeyd göstərilir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, cinayət prosesindəşübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda(125.2.1-ci maddə); - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə(125.2.3-cü maddə); - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsindəöz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə(125.2.4-cü maddə); - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə(125.2.5-ci maddə); - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə(125.2.6-cı maddə); - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda(125.2.7-ci maddə); - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda(125.2.8-ci maddə); - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda(125.2.9-cu maddə); - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda(125.2.9-cu maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə görə, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiəüçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X29 Haqqinda Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A(İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq vəşəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı işüzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X61rşı işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir». “Taxqet Belçikaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən “Xalqa” izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkar cavab verməsinin səbəbləri göstərilsin. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİ QD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-c ibəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarına əsasən “...Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır.... ...Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır.... ...Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir.... ...Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir....” Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 barəsində verilmiş ziddiyyətli və tam şəkildə əsaslandırılmayan ekspert rəyləri ilə razılaşmır və həmin rəylərlə nə səbəbə razılaşmamasını rəyləri təhlil edərkən məhkəmə mövqeyini bəyan etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 127-ci maddəsinə əsasən ekspert tərəfindən aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması, habelə ekspertin öz təşəbbüsü ilə müəyyən etdiyi cinayət təqibi üzrə əhəmiyyət kəsb edən digər hallar ekspertin rəyində öz əksini tapmalıdır. Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi və prossesual hüquq normalarının məzmununa, tərəfdar çıxdığımız müqavilələrin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum Qərarının hüquqi mövqelərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində ona elan olunmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, 314.2-ci maddəsinin tərkibi olmadığından onların barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 41.5-ci maddəsinəəsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 42.1.1-42.1.4-cü maddələrinə əsasən cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 42.2.1-42.2.4.-cü maddələrinə əsasən bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 55-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 350-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs2 bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə, cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs1 dövlət orqanlarda və yerli özünüidarə organlarda 01 (bir) il müddətinə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin Təqsirləndirilən şəxs1 üzərinə Təbriz küçəsi ev 11 yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsinin tərkibi olmadığından ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim Elsun Əhmədov