Məhkəmə qərarları › İş №1(021)-6/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-6/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-6/2023 28.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 Arif oğlunun və Zərərçəkmiş şəxs1 nümayəndəsi X10, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Mürsəl oğlunun iştirakları ilə iştirakları ilə, xx xxxx 1951-ci ildə Bərdə rayon Körpüqıran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, Yarımada qəzetinin Bərdə regional şöbəsinin müdiri işləyən, məhkumluğu olmayan, Bərdə rayon Körpüqıran kəndində qeydiyyatda olmaqla Bərdə rayon Körpüsındıran kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 «Yarımada» qəzetində foto müxbir işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini yalandan vəd verib etibarından suiistifadə edib aldadaraq 20 iyun 2021-ci il tarixdə Bərdə şəhərində 2000 (iki min) manat pulunu ələ keçirərməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Yarımada qəzetində bölgə müxbiri işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 15 iyun 2021-ci il tarixdə Bərdə şəhərində 500 (beş yüz) manat, 15 iyul 2021-ci il tarixdə Bərdə şəhərində 300 (üç yüz) olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Yarımada qəzetində şöbə müdiri işləyərək 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 14 iyun 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixədək olan müddət ərzində Bərdə şəhərində ümumilikdə 5100 (beş min bir yüz) manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhərində jurnalistlərə tikilən evlərdən yalandan vəd verib etibarından sui-istifadə edib aldadaraq vahid niyyətlə 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində 13000 (on üç min) manat, 18 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində 3000 (üç min) manat olmaqla ümumilikdə 16000 (on altı min) manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İİ qrup əlildir, hər iki ayaqlarında xəstəliyi var, bu barədə həkimdən sənədəlri də var. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyr, qohum deyilik, ədavəti yoxdur. Zərərçəkmiş şəxs3 tanımır, qohum deyi, ədavəti yoxdur. Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2dan hər hansı məbləğdə pul almadığını və onların Yarımada qəzetinə işə düzəltmək adı ilə pul almadığını, eyni zamanda onlara Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev verilməsi barədə vəd vermədiyini, onları Yarımada qəzetinə işə götürmədiyini, onların namizədliyini o vermədiyini, həmin şəxslər özləri Bakı şəhərində Yarımada qəzetinin baş redaktoru Həsən Hüseynli tərəfindən işə götürüldüyünü, onun işə götürmək səlahiyyəti, möhürü olmadığını, vəsiqə verə bilədiyini bildirmişdir. Ümumilikdə təxminən iki ildir ki, Yarımada qəzetində işlədiyini, əvvəlcə xüsusi müxbir kimi 2021-ci ildin nöyabr ayından Azərbaycan Respublikası «Yarımada» İctimai-siyasi hüquq qəzetinin Bərdə regional şöbə müdiri vəzifəsində işlədiyini, bundan əvvəl isə həmin qəzetdə Bərdə rayon üzrə şöbə müdiri vəzifəsində işlədiyini bildirmişdir. 2021-ci ilin təxminən oktyabr-noyabr ayında Yarımada qəzetinin baş redaktoru Həsən Hüseynli ona zəng vuraraq Bakı şəhərinə çağırmış və Yarımada qəzetində bölgə müxbiri kimi işləyən Zərərçəkmiş şəxs1 onun yerinə Bərdə rayon şöbəsinin müdiri kimi işə götüdüyünü bildirmiş, onu isə regional şöbənin müdiri vəzifəsinə təyin etmişdir. Həmin vaxt baş redaktora narazılıq edib bildirmişdir ki, Sahilin savadı yoxdur. Həsən Hüseynli ona demişdir ki, «sənin işin yoxdur, mən ona diplom alıb verəcəm. Sən də onu başa salarsan yol göstərərsən köməklik edərsən işləyər». O etiraz etməmiş, təxminən 08 dekabr 2021-ci il tarixdə Sahil onun yanına gəlib demişdir ki, «pis vəziyyətdə qalmışam, mənə 13 nəfər şəxsin adlı siyahısını tutub gətirmiş, ona həmin şəxslərin dövlət tərəfindən kəsilən pensiyasını düzəltməkdə onlara köməklik etməsini xahiş etmiş, həmin şəxslərdən hər birindən ayrı-ayrılıqda ***-**** manat pul aldığını bildirmişdir. O, Sahilə ona köməklik edə bilmədiyini bildirmişdir. Sonradan bilmişdir ki, Sahil həmin şəxsləri aldatmışdır. Həmin siyahını ərizəsinə əlavə edərək rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Bundan sonra da Pərvanənin barəsində altı nəfərdən pul aldığına görə rayon prokurorluuğna ərizə yazmışdır. Sahili və Pərvanəni başa salmışdır ki, aldıqları pulu qaytarsınlar lakin onu eşitməmişlər. Ona görə bu barədə prokurorluğa ərizə yazmışdır. Bundan sonra Sahil və Pərvanə onun prokurorluğa şikayət etdiyini bilib ondan qərəzli şikayət etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fərid adlı şəxsi tanımır, ondan hər hansı bir məbləğdə pul almamış, yarımada qəzetində foto müxbir işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməmiş, Yarımada qəzetinin vəsiqəsini Fəridə verməmişdir. Münəvvər yalan danışdığını, Münəvvərdən pul almadığını, Yarımada qəzetində işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etmədiyini, Yarımada qəzetinin vəsiqəsini Münəvvərə vermədiyini, Sahil tamamilə yalan danışdığını, Sahili Yarımada qəzetinə işə götürmədiyini, Yarımada qəzetində işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etmədiyini, Yarımada qəzetinin vəsiqəsini ona vermədiyini, Sahilə diplom vermədiyini, Sahilə diplomu baş redaktor Həsən Hüseynli verdiyini, Sahildən hər hansı bir məbləğdə pul almadığını bildirmidir. Pərvanə yalan danışdığını, Pərvanədən pul almadığını, Pərvanəni yarımada qəzetinə işə götürmədiyini, Yarımada qəzetində işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməmdiyini, Yarımada qəzetinin vəsiqəsini Pərvanəyə vermədiyini, Sahildən və Pərvanədən prokurorluğa şikayət etdiyinə görə ondan qərəzli şikayət etmişlər. Münəvvəri bacısı Pərvanə öyrədib ondan şikayət etdirmiş, Fəridi isə Sahil öyrədib ondan şikayət etdirmişdir. Əgər Pərvanədən və Münəvvərdən pul almamışdınızsa nəyə görə onların Bakı şəhəridə və Bərdə şəhərildə yaşadığı evə gedirdiniz sualına isə Münəvvər işdən çıxarıldığını ona dediyini, jurnalist kimi ona köməklik etməsini xahiş etdiyini, Münəvvərə köməklik etmək üçün Telekommunimkasiya Nazirliyinə yazdığını və oradan da cavab gəldiyini bildirmiş, Münəvvərgilə bu məqsədlə getmişdir. Pərvanənin Bakı şəhərində yaşadığı evə Pərvanə məni çağırdığına görə getdiyini, Pərvanə özü ona işə götürməsini demiş, Pərvanəyə o işə götürmədiyini bildirmiş, lakin onlardan hər hansı bir adla, hər hansı bir məbləğdə pul almadığını bildirmişdir. Lakin 21 dekabr 2022-ci il tarixdə keçirilən məhkəmə baxış iclası zamanı Təqsirləndirilən şəxs, əməlini etiraf edərək, vurulmuş zərərləri pdəmək üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayından tanımış, Mülkədar bacısı Münəvvəri, tanışı Sahili və Fəridi Yarımada qəzetinə jurnalist kimi işə götürmüş və onlara Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev verdirəcəyini vəd etmiş və bunun müqabilində onlardan müxtəlif məbləğdə pul almışdır. Belə ki, X18 800 manat pul almış və ona Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini vermişdir. 12 yaxud 15 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində olanda Mülkədar Bakı şəhərində kirayədə yaşadıqları evə gəlmiş, ona demişdir ki, Bayıl qəsəbəsində jurnalistlərə tikilən evlərdən jurnalistlərə ev veriləsidir, 20000 (iyirmi min) manat pul lazımdır və ondan həmin məbləğdə pul istəmiş, həmin məbləğdə pulu olmadığını deyəndə 16000 (on altı min) manatda dayanmış və bildirmişdir ki, «bundan aşağı düşə bilmərəm». O, Mülkədara «mənə dəqiq vaxtını deyin görüm həmin pulu versəm mənə nə vaxt ev veriləcək» deyəndə Mülkədar ona, «25 sentyabr 2021-ci il tarixdə sizə ev veriləcək» demiş, həmin vaxt evdə olan 13000 (on üç min) manat pulu sayıb Mülkədara vermiş, Mülkədar ona, qalan üç min manat pulu iki-üç günə Bakıya gələnə kimi tapmasını bildirmiş və pulu alandan sonra çıxıb getmişdir. Təxminən bir gün sonra Mülkədarın sürücüsü Qasım Bərdə şəhərində bacısı Münəvvərə onun jurnalist vəsiqəsini vermişdir. Təxminən 17 sentyabr 2021-ci il tarixdə o, Bərdə rayonuna gəlmiş, 19 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində «Unibank»ın qarşısında Mülkədarın sürücüsü Mülkədara çatdırması üçün qardaşı İlkinin yanında qalan 3000 (üç min) manat pulu Qasıma vermişdir. Mülkədar onu aldadıb 25 sentyabr 2021-ci il tariixlə onlara Bakı şəhərində ev veriləcəyini demiş, oktyabr ayı, noyabr ayı, sonra dekabr ayında ev veriləcəyini vəd etmiş, lakin dekabr ayında onlara ev verilməmiş, Mülkədara dəfələrlə zəng etsədə telefonu açmamış, təxminən 28 yaxud 29 dekabr 2021-ci il tarixdə o, bacısı Münəvvər, Münəvvərin əri Tofiq, qardaşı İlkin və Sahil ilə birlikdə Mülkədarın yaşadığı evə getmişlər. Mülkədarın evində nəyə görə zənglərinə cavab vermədiyini, Bakı şəhərində onlara vəd etdiyi ev işi nəyə görə düzəltmədiyini soruşduqda Mülkədar əvvəlcə bəhanələr etmiş, aldığı pulu Prezidentə və Baş Nazirə verdiyini bildirmiş, sonra qəflətən əsəbiləşmiş, onların ünvanına nalayiq söyüşlər söyərək çarpayının yanından küncdən tüfəngi götürmüş və başaltı yastığın altından bir ədəd patron götürüb tüfəngin lüləsinə qoymuş, ona tərəf tuşlamış, lakin atəş açmamış, azyaşlı oğlu qışqırmış, sonra qardaşı İlkin onu sakitləşdirməyə çalışmış, Mülkədar sakitləşmiş, tüfəngi kənara tullamış, sonra onlar çıxıb getmişlər. Bundan sonra Mülkədar onları aldatdığını bilib rayon prokurorluğuna və polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Mülkədar ona Bakı şəhərində jurnalistlərə tikilən evlərdən beş otaq ev verdirəcəyini və 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını vəd edib aldadaraq ümumilikdə 16000 (on altı min) manat pul almış və özünü pərdələmək üçün ona Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini vermişdir. Hazırda şikayəçidir və zərərin ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 bacısıdır. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Mülkədarı təxminən 2021-ci ilin iyul ayından Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış, Mülkədar bacsı Pərvanə, tanışı Sahil və Fəridi Yarımada qəzetinə jurnalist kimi işə götürmüş və onlara Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev verdirəcəyini vəd etmiş və bunun müqabilində onlardan müxtəlif məbləğdə pul almışdır. Mülkədarla tanış olduqdan sonra Mülkədar ona demişdir ki, sənə Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini verəcəm, 01 yanvar 2022-ci il tarixdən ayda 800-900 manat maaş alacaqsan və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən üç otaq ev verdirəcəm. Əvvəlcə ondan 10000 (on min) manat pul istəmiş, lakin həmin məbləğdə pulu verməyə imkanı olmadığını bildirmiş, Mülkədar çox imkanlı bir dostu olduğunu bildirmiş, onun əvəzinə həmin dostundan pul alıb verəcəyini, ona ev veriləndə evi satıb əvəzinə həmin pulu qaytarmasını bildirmiş və onu inandırmışdır. 2021-ci ilin iyun ayının ortalarında Mülkədar onların evinə gəlmiş, ondan pul istəmiş, Mülkədara indi imkanı olmadığını, bankdan kredit götürüb verəcəyini, pul hazır olanda zəng edəcəyini bildirmiş, həmin günü albalı kartından 500 (beş yüz) manat pul çıxartmış və Mülkədara zəng edib demiş, Mülkədar ona sürücüsü Qasımı göndərdiyini bildirmiş, pulu qasıma verməsini demişdir. Həmin günü saat təxminən 18 radələrində Mülkədarın sürücüsü Qasım gəlmiş, Bərdə şəhərində Mərkəzi poçtun qarşısında Mülkədarın sürücüsü Qasıma 500 (beş yüz) manat pul vermişdir. Bundan təxminən bir ay sonra 300 manat pulu da bacısı Pərvanə ilə birlikdə Bərdə şəhərində Ü. Hacıbəyov küçəsində yerləşən polikilinikanın yaxınlığında yerləşən çayxanada Mülkədara vermişdir. Sonradan öyrənmişdir ki, Mülkədar onları aldadıb pullarını ələ keçirmişdir. Mülkədar ondan 500 manat pulu alandan sonra ona Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini vermiş, bundan sonra ondan 300 manat pul almış, Mülkədar ümumilikdə ondan 800 (səkkiz yüz) manat pul aldadıb ələ keçirmişdir. Mülkədar onları inandırmaq üçün tez-tez Vitse Prezident ilə danışdığını demişdir. Mülkədar 12 yaxud 15 sentyabr 2021-ci il tarixdə o və bacısı Pərvanə Bakı şəhərində olanda Bakı şəhərinə gəlmiş, Pərvanənin qızı Aytac və onun qızı Mədinə Bakı şəhərində oxuduqlarına görə Pərvanə onlarla birlikdə Bakı şəhərində Biləcəri qəsəbəsində kirayədə qalmışdır. Mülkədar tək Bakı şəhərində Pərvanə və qızları yaşadığı kirayə evə gəlmiş, Mülkədar Pərvanəyə demişdir ki, narahat olma şəxsiyyət vəsiqəni, və bir ədəd şəkil çək at mən sənə Yarımada qəzetinin jurnalist vəsiqəsini və Bayıl qəsəbəsində jurnalistlərə tikilən evlərdən ev verdirəcəm. Pərvanəyə demişdir ki, 20000 (iyirmi min) manat pul lazımdır və Pərvanədən həmin məbləğdə pul istəmiş, Pərvanə pulu olmadığını bildirmiş, Mülkədar 16000 (on altı min) manatda dayanmış, bundan aşağı düşə bilmədiyini demiş, 25 sentyabr 2021-ci il tarixdə onlara ev veriləcəyini bildirmişdir. Pərvanə həmin vaxt onun və qızlarının yanında 13000 (on üç min) manat pulu sayıb Mülkədara vermiş, Mülkədar pulu almış və bildirmişdir ki, qalan üç min manat pulu o birdə Bakı şəhərinə gələndə verər. Mülkədar pulu alandan sonra çıxıb getmiş, solnra o, Bərdə şəhərinə qayıtmış, təxminən həmin günün səhəri Mülkədarın sürücüsü Qasım Bərdə şəhərində onqa bacısı Pərvanənin adına olan Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini vermişdir. Təxminən 17 sentyabr 2021-ci il tarixdə Pərvanə Bərdə rayonuna gəlmiş, Pərvanə qalan 3000 (üç min) manat pulu, Mülkədarın sürücüsü Qasıa qardaşı İlkinin ynanıda vermişdir ki mülkədara çatdırsın. Mülkdar onları inandırmaq üçün arabir onların evinə gəlmiş və demişdir ki, «mən bu evdə çörək kəsmişəm. Sizin sizin işinizi həll edəcəm». Mülkədar onu aldadıb 25 sentyabr 2021-ci il tarixdə onlara ev veriləcəsini demiş, sonra oktyabr ayı, noyabr ayı, daha sonra da dekabr ayını demişdir ki, eviniz dekabr ayında veriləcək. Lakin dekabr ayı da gəlmiş, onlara ev verilməmiş, Mülkədara dəfələrlə zəng etsələrdə telefonu açmamışdır. Təxminən 28 yaxud 29 sentyabr 2021-ci il tarixdə o, bacısı Pərvanə, əri Tofiq, qardaşı İlkin, qardaşı oğlu Orxan, Sahil və Pərvanənin azyaşlı uşağı Mülkədarın yaşadığı evə getmişlər. Mülkədarın evində nəyə görə zənglərinə cavab vermədiyini, onların Bakı şəhərində ev işlərini nəyə görə düzəltmədiyini soruşduqda əvvəlcə bəhanələr etmiş, onlardan aldığı pulu Prezidentə və Baş Nazirə verdiyini bildirmiş, sonra qəflətən əsəbiləşmiş onların ünvanına nalayiq söyüşlər söyərək çarpayının yanından küncdən tüfəngi götürüb başaltı yastığın altından bir ədəd patron götürüb tüfəngin lüləsinə qoymuş və Pərvanəyə tərəf tuşlamış, lakin atəş açmamış, Pərvanənin azyaşlı oğlu qışqırmış, sonra qardaşı İlkin onu sakitləşdirməyə çalışmış, Mülkədarın adını bilmədiyi arvadı da Mülkədara təpinmiş, Mülkədar sakitləşmiş, tüfəngi kənara tullamış, sonra onlar çıxıb getmişlər. Bundan sonra Mülkədar onları aldatdığını bilib rayon prokurorluğuna və polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Mülkədar ona Bakı şəhərində jurnalistlərə tikilən evlərdən beş otaq ev verdirəcəyi adı ilə aldadıb 800 (səkkiz yüz) manat, bacısı Pərvanədən isə 16000 (on altı min) manat pul almış və özünü pərdələmək üçün ona Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini vermişdir. Hazırda şikatçidir və zərərin ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Rəsmi olaraq “Yarımada” ictimai-siyasi hüquq qəzetində foto müxbir kimi çalışıram. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Mülkədarı 2021-ci ilin iyun ayının əvvəllərində dostu Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. 2021-ci ilin iyun ayınının əvvəllərində o, Sahilgildə olanda Sahil ona müdiri, yəni Mülkədar onu çağırdığını bildirmiş, onunla birlikdə getməsini demişdir. O, Sahillə birlikdə Bərdə şəhərinə gəlmiş və Bərdə şəhərində poliklinikanın yanında görüşmüşlər. Söhbət zamanı Mülkədar Sahilə onu göstərib nə iş gördüyünü soruşmuş, Sahil Mülkədara onun heç bir yerdə işləmədiyini bildirmiş, həmin vaxt Mülkədar demişdir ki, «gəl bünü da foto müxbir kimi işə götürüm, həm işləsin həm də Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev verilsin». Həmin vaxt Mülkədarın təklifi ilə “Yarımada” ictimai-siyası hüquq qəzetində foto müxbir kimi işləməyə qərar vermiş, Təqsirləndirilən şəxs ona jurnalist vəsiqəsi verəcəyini, 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və 2021-ci ilin noyabr ayında Bakı şəhərində Bayıl qəsəbəsindən jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etmiş, bunun müqabilində Mülkədar ondan 2000 (iki min) manat pul istəmiş, 20 iyun 2021-ci il tarixində Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən poliklinikanın yaxınlığında Sahilin Vaz 21011 markalı avtomobilində Sahilin yanında 2000 (iki min) manat pulu Mülkədarın özünə vermiş, 10 gün sonra Mülkədar Sahilə zəng onun vəsiqəsi gəldiyini bildirmiş, Sahillə birlikdə Sahilin Vaz 21011 markalı avtomobili ilə Bərdə şəhərinə gəlmiş və Təqsirləndirilən şəxs Bərdə şəhərində köhnə bazarın yanında “Yarımada” ictimai-siyası hüquq qəzetinə məxsus vəsiqəni ona vermişdir. 2021-ci ilin noyabr ayında Mülkədarən ona vəd etdiyi ev verilməmiş, Mülkədara zəng etsə də telefonlarına zəng çatmamış, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ona jurnalist vəsiqəsi verərək aldadıb 2000 manat pulunu ələ keçirib mənimsəmişdir. Mülkədar ondan başqa Sahilin, sonradan tanıdığı Pərvanənin və Pərvanənin bacısı Münəvvərin də pullarını aldadıb almışdır. Təxminən 21 dekabr 2021-ci il tarixdə Pərvanə, Sahil, o, Münəvvər, Münəvvərin əri Tofiq və Pərvanənin qardaşı İlkin Mülkədarın evinə getmiş, lakin o evə girməmiş, çöldə gözləmiş, sonra içəridən səs-küy, qışqırışma səsi eşitmiş, səsə içəri girmək istəyəndə Sahilgil çölə çıxmış ona demişlər ki, Mülkədar onlara söyüb üstünə silah çəkmişdir. 29 dekabr 2021-ci il tarixdə Bərdə rayon prokurorluğunqa sonra 13 yanvar 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Mülkədar onları aldadıb pullarını ələ keçirməsi barədə şikayət etmişlər. Hazırda şikayətçidir və zərərin ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərəçəkmiş şəxs qismində ibtidai istintaq zamanı dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayının əvvəllərində tanımış, həmin vaxt Mülkədar onu özünə müavin kimi qəzetə işə götürməyi təklif etmiş, həmin vaxt Mülkədar özü Yarımada qəzetinin Bərdə rayon şöbəsinin müdiri işləmişdir. Mülkədar ondan 800 (səkkiz yüz) manat pul istəmiş əvəzində ona Yarımada qəzetinin bölgə müxbiri kimi jurnalist vəsiqəsi verəcəyini demiş, o, razılaşmış, təxminən 14 iyun 2021-ci il tarixdə o, Bərdə şəhərinə poliklinikaının arxasında tut ağacı olan çayxanada Mülkədara 800 (səkkiz yüz) manat pul vermiş, üç gündən sonra Mülkədlar ona Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini təqdim etmişdir. Həmin vaxtdan təxminən 10 gun sonra Mülkədar ona «maaş almaq üçün sənə diplom verilməlidir» demiş, telefonla kiminləsə daşmış, 2800 (iki min səkkiz yüz) manata telefonda danışdığı adamla razılaşmış, Mülkədar ondan jurnalist diplomu verib həmin diplomla maaş alacağını vəd etmiş, İcra Hakimiyyətinə gedib onu qeydiyyata aldıracağını, 860 (səkkiz yüz altmış) manat maaş alacağını bildirmişdir. Təxminən 28 iyun 2021-ci il tarixdə Mülkədarla yenə Bərdə şəhərinə tut bağı deyilən çayxanada görüşmüş, Mülkədar ona vəsiqəsini dəyişdiyini, Yarımada qəzetinə ragional şöbə müdiri vəzifəsinə keçdiyini, onu özünə şöbə müdiri təyin etdiyni, şöbə müdiri keçməyinə görə ondan əlavə olaraq 800 (səkkiz yüz) manat pul aldığını bildirmişdir. Təxminən 17 iyul 2021-ci il tarixdə Bakı şəhərinə getmiş, Bakı şəhərində Yarımada qəzetinin baş redaktoru Həsən müəllim onunla görüşmüş, maşında ona bir ədəd diplom və şöbə müdiri vəsiqəsini vermişdir. Həmin günü axşamüstü Mülkədarla Bərdə şəhərində Asan xidmətin yaxınlığında kafedə görüşmüş, Mülkədar onu təbrik etmiş, təxminən 10 gündən sonra Mülkədarla yenə Bərdə şəhərində Sarayın yanında «Seyidin çıyxanası» deyilən yerdə görüşmüş, Mülkədar ona Bakı şəhərində jurnalistlərə tikilən evlərdən verdirəcəyini vəd etmiş, evə görə 08 avqust 2021-ci il tarixdə Bərdə şəhərində ondan əlavə 2000 (iki min) manat pul almışdır. Mülkədlar onu aldadıb Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyi və 2022-ci ilin yanvar ayında maaş alacağını vəd edib ümumilikdə ondan 5100 (beş min bir yüz) manat pul almışdır. 2021-ci ilin dekabr ayının sonlarında o, aldığı diplomu götürüb Bərdə rayon Mədəniyyət evinə isləmək üçün müraciət etmiş, orada ona verilən diplom heç bir işə yaramadığını, bir illik kurs diplomu olduğunu, həmin vaxt aldadıldığını bilmiş, bu barədə Mülkədara zəng etmiş, diplomun saxta olduğunu bildirmiş, bunda sonra təxminən bir həftə Mülkədara zəng etmiş, lakin zənglərinə cavab verməmiş, təxminən 21 dekabr 2021-ci il tarixdə Pərvanə, Fərid, o, Münəvvər və Pərvanənin qardaşı İlkin Mülkədarın evinə getmiş, Mülkədara demişlər ki, onlara vəd verdiyi maaşlı işlə təmin etsin və söz verdiyi Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev alıb versin. Mülkədar onlara 2021-ci ilin dekabr ayında Bakı şəhərində ev veriləcəyini bildirmiş, onlara ev verilməsi barədə siyahını vıə pulu Prezidentə göndərdiyini demişdir. Bir az danışıqdan sonra Mülkədar əsəbləşmiş, «məndən nə istəyirsiniz, mən əlimdən gələni etmişəm, gedin məndən şikayət edin» deyərək onların ünvanına var-yox söyüşü etmiş, ağzına, nəslinə söymüş və yatdığı çarpayının baş tərəfində olan tək lüləli ov tüfəngini götürüb döşəyin altından bir ədəd patronu tüfəngin lüləsinə qoymuş, Pərvanənin üstünə tüşlayıb tüfəng çəkmiş, lakin atəş açmamış, Mülkədarın adını bilmədiyi arvadı və onlar qışqırmış, Pərvanənin azyaşlı uşağı qışqırmış, Mülkədar tüfəngi qaytarıb yerinə tullamışdıır. Həmin vaxt o, mobil telefonla Mülkədarın onlara söydüyünü və tüfəng çəkməyini videoçəkiliş etmişdir. Mülkədar onları aldatdığına görə Bərdə rayon prokurorluğuna və Bərdə rayon polis şöbəsinə Mülkədar onları aldadıb pullarını ələ keçirməsi barədə şikayət etmişlər. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş X10 nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı Mahirdən 800 manat pul alıb və həmin pulun ödənilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 arvadıdır. Zərərçəkmiş şəxs2 baldızıdır. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Mülkədarı təxminən 2021-ci ilin iyul ayından tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımış, Mülkədar arvadı Münəvvəri, baldızı Pərvanəni, tanışı Sahili jurnalist kimi işə götürmüş və onlara Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev verdirəcəyini vəd etmiş, bunun müqabilində onlardan müxtəlif məbləğdə pul almışdır. Mülkədarla tanış olduqdan sonra Mülkədar arvadı Münəvvərə Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini verəcəyini bildirmiş, 01 yanvar 2022-ci il tarixdən ayda 800-900 manat maaş alacacını, Bakı şəhərində jurnalistlərə tikilən evlərdən üç otaq ev verdirəcəyini vəd etmişdir. Mülkədar əvvəlcə Münəvvərdən 10000 (on min) manat pul istəmiş, lakin həmin məbləğdə pulu verməyə imkanı olmadığını dedikdən sonra Mülkədar Münəvvərə çox imkanlı bir dostum olduğunu, Müunəvvərin əvəzinə həmin dostundan pul alıb verəcəyini, Münəvvərə ev veriləndə evi satıb əvəzinə həmin pulu qaytaracağını bildirmiş və bu sözləri ilə onları inandırmışdır. 2021-ci ilin iyun ayının ortalarında Mülkədar onları evinə gəlmiş, Münəvvərdən pul istəmiş, Münəvvər Mülkədara həmin vaxt imkanı olmadığını bildirmiş, sonra həmin günü Münəvvər albalı kartından 500 (beş yüz) manat pul çıxartmış, Mülkədara zəng edib 500 manat pul hazır olduğunu bildirmiş, Mülkədar sürücüsü Qasımı göndərmişdir ki, pulu ona versin. Həmin günü saat təxminən 18 radələrində Mülkədarın sürücüsü Qasım gəlmiş, Bərdə şəhərində Mərkəzi poçtun qarşısında Münəvvər Mülkədara çatdırmaksı üçün sürücüsü Qasıma 500 (beş yüz) manat pul vermişdir. Bundan təxminən bir ay sonra 300 manat pulu Münəvvər baldızı Pərvanə ilə birlikdə Bərdə şəhərində Ü. Hacıbəyov küçəsində yerləşən polikilinikanın yaxınlığında yerləşən çayxanada Mülkədara vermişdir. Sonradan öyrənib bilmişlər ki, Mülkədar onları aldadıb pullarını ələ keçirmişdir. Mülkədar Münəvvərdən 500 manat pulu alandan sonra ona Yarımada qəzetinin bölgə müxbiri vəsimqəsini vermiş, bundan sonra 300 manat pul almışdır. Mülkədar ümumilikdə Münəvvərdən 800 (səkkiz yüz) manat pul aldadıb ələ keçirmişdir. Mülkədar onları inandırmaq üçün tez-tez Vitse Prezident ilə danışdığını demişdir. Mülkədar 12 yaxud 15 sentyabr 2021-ci il tarixdə Mülkədar Bakı şəhərində Pərvanəyə deyib ki, Yarımada qəzetinin jurnalist vəsiqəsini və Bayıl qəsəbəsində jurnalistlərə tikilən evlərdən ev verdirəcəyini bildirmiş bunun müqabilində Pərvanədən 20000 (iyirmi min) manat məbləğdə pul istəmiş, Pərvanə həmin məbləğdə pulu verməyə imkanı olmadığını dedikdə Mülkədar 16000 (on altı min) manatda dayanmış və demişdir ki, «bundan aşağı düşə bilmərəm, 25 sentyabr 2021-ci il tarixdə sizə ev veriləcək». Pərvanə həmin vaxt arvadı Münəvvərin yanında Mülkədara 13000 (on üç min) manat pul vermiş Mülkədar 13000 pulu alandane sonra demişdir ki, qalan üç min manat pulu iki-üç günə kimi taparsan. Sonra arvadı Münəvvər Bərdə şəhərinə qayıtmış, təxminən həmin günün səhəri günü Mülkədarın sürücüsü Qasım Bərdə şəhərində Münəvvərə Pərvanənin adına olan Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini vermiş, təxminən 17 sentyabr 2021-ci il tarixdə Pərvanə Bərdə rayonuna gəlmiş, Pərvanə qalan 3000 (üç min) manat pulu, Mülkədara çatdırması üçün qayını İlkinin yanında sürücüsü Qasıma vermişdir. Mülkdar onları inandırmaq üçün arabir onların evinə gəlib bu evdə çörək kəsdiyini, onların işinizi tezliklə həll edəcəyini, onqları aldadıb 25 sentyabr 2021-ci il tarixdə ev veriləcəyini demişdir. Sonra oktyabr, noyabr, daha sonra dekabr ayını demişdir ki, eviniz dekabr ayında veriləcək. Lakin dekabr ayı olmuş, onlara ev verilməmiş, Mülkədarın istifadə etdiyi telefona dəfələrlə zəng etsələrdə telefonu açmamışdır. Təxminən 28 yaxud 29 sentyabr 2021-ci il tarixdə o, arvadı Münəvvər, baldızı Pərvanə, qayını İlkin, İlkinin azyaşlı oğlu Orxan, Sahil və Pərvanənin azyaşlı uşağı Mülkədarın yaşadığı evə getmişlər. Mülkədarın evində nəyə görə zənglərinə cavab vermədiyini, Bakı şəhərində ev işini nəyə görə düzəltmədiyini soruşduqda əvvəlcə bəhanələr etmiş, aldığı pulu Prezidentə və Baş Nazirə verdiyini bildirmiş, sonra qəflətən əsəbiləşmiş və ünvanlarına nalayiq söyüşlər söyərək çarpayının yanından küncdən tüfəngi götürmüş və başaltı yastığın altından bir ədəd patron da götürüb tüfəngin lüləsinə qoymuş və Pərvanəyə tərəf tuşlamış, lakin atəş açmamış, Pərvanənin azyaşlı oğlu qışqırmış, sonra qayını İlkin onu sakitləşdirməyə çalışmış, Mülkədarın adını bilmədiyi arvadı da Mülkədara təpinmiş, Mülkədar sakitləşmiş, tüfəngi kənara tullamış, sonra onlarn çıxıb getmişlər. Bundan sonra Mülkədar arvadı Münəvvəri, baldızı Pərvanəni, Sahili aldatdığını bilib rayon prokurorluğuna və polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Mülkədar Münəvvəri Bakı şəhərində jurnalistlərə tikilən evlərdən beş otaq ev verdirəcəyi adı ilə aldadıb ümumilikdə 800 (səkkiz yüz) manat, baldızı Pərvanədən isə 16000 (on altı min) manat pul almış və özünü pərdələmək üçün onlara Yarımada qəzetinin bölgə müxbiri vəsiqəsini vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 və Münəvvər bacılarıdır. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. 2021-ci ilin təxminən iyul-avqust aylarında Mülkədar bacısı Münəvvərə Yaprımada qəzetinə məxsus vəsiqəni verib, aldadıb müxtəlif vaxtlarda cəmi 800 (səkkiz yüz) manat pul alıb 2022-ci ilin yanvar ayından 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə verilən evlərdən ev veriləcəyini vəd etmişdir. Sonradan bu adla 25 sentyabr 2021-ci il tarixdə Mülkədar bacısı Pərvanədən 16000 (on altı min) manat pul istəmiş, Bakı şəhərində 13000 (on üç min) manat pulu alıb ələ keçirmiş, qalan üç min manat pulu 19 sentyabr 2021-ci il taritxdə Bərdə şəhərində Unibankın qarşısında onun yanında bacısı Pərvanə Mülkədarın sürücüsü Qasıma 3000 (üç min) manat pulu vermişdir ki, Mülkədara çatdırsın. Ümumilikdə Mülkədar bacısı Pərvapnədən 16000 (on altı min) manat pul aldadıb almış, sonradan bilmişlər ki, Mülkədar onları aldadıb pullarını ələ keçirib mənimsəmişdir. Təxminən 28 yaxud 29 sentyabr 2021-ci il tarixdə o, bacısı Münəvvər, Münəvvərin əri Tofiq, bacısı Pərvanə, azyaşlı oğlu Orxan, Sahil və Pərvanənin azyaşlı uşağı Mülkədarın yaşadığı evə getmişlər. Mülkədarın evində nəyə görə zənglərə cavab vermədiyini, Bakı şəhərində ev işini nəyə görə düzəltmədiyini soruşduqda əvvəlcə bəhanələr etmiş, aldığı pulu Prezidentə və Baş Nazirə verdiyini bildirmiş, sonra qəflətən əsəbiləşmiş, onların ünvanına nalayiq söyüşlər söyərək çarpayının yanından küncdən tüfəngi götürmüş, başaltı yastığın altından bir ədəd patron da götürüb tüfəngin lüləsinə qoymuş və Pərvanəyə tərəf tuşlamış, lakin atəş açmamış, Pərvanənin azyaşlı uşağı qışqırmış, o, Mülkədarı sakitləşdirməyə çalışmış, Mülkədarın adını bilmədiyi arvadı da Mülkədara təpinmiş, Mülkədar sakitləşmiş, tüfəngi kənara tullamış, sonra onlar çıxıb getmişlər. Bundan sonra bacısı Münəvvər və Pərvanə Mülkədarın onları aldatması barədə rayon prokurorluğuna və polis şöbəsinə şikayət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və bacısı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 tanıyır, qohum deyil, ədavəti yoxdur. Zərərçəkmiş şəxs3 tanımır, qohum deyil, ədavəti yoxdur. Qayınatası Vüqara məxsus Vaz 2107 markalı, **-BU-*** dövləq qeydiyyat nişanlı avtomobillə Bərdə şəhər köhnə bazarın qarşısında və Körpüsındıran kəndinin mərkəzindəki dayanacaqda dayanıb sərnişin daşıyıb ailəsini dolandırır. Mülkədarı təxminən bir il iki ay bundan əvvəl maşınla sərnişin daşıyandan sonra tanımışdır. Mülkədarı tanyınadan təxminən 2-3 gün sonra Mülkədar ona zəng emiş, Mülkədarı maşına götürmüş, itaksi kimi Bərdə şəhərində poliklinikanın qarşısında olan çayxanaya düşürtmüşdür. Həmin vaxt Pərvanə və Münəvvər bacıları da çayxanadan çöldə Mülkədarı gözləmişlər. Pərvanəni və Münəvvəri həmin vaxt tanımışdır. Mülkədarı həmin yerdə düşürəndən sonra bazarın yanına getmiş, təxmrnən bir saatdan sonra Mülkədar ona zəng etmiş, Mülkədarı oradan götürüb evlərinə aparmışdır. Bundan sonra Mülkədarı taksi kimi müxtəlif vaxtlarda müxtəlif yerlərə aparmışdır.Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mülkədar Zərərçəkmiş şəxs1 hansı adla və nə məqsədə pul alması barədə heç bir məlumatı olma dığına görə bu barədə heç nə deyə bilmir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməklə 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində 13000 (on üç min) manat, 19 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində 3000 (üç min) manat olmaqla ümumilikdə 16000 (on altı min) manat pul alması barədə heç bir məlumatı olmamış, Pərvanə Mülkədara çatdırılması üçün ona 3000 (üç min) manat pul verməmişdir. «Əgər Zərərçəkmiş şəxs2 sizə 3000 manat pulu Mülkədara çatdırılması üçün verməmişdirsə nəyə görə sizin adınızı göstərirdi sualına isə «Bilmirəm» deyərək cavab vermişdir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs onu Yarımada qəzetində foto müxbir işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməklə 20 iyun 2021-ci il tarixdə 2000 (iki min) manat pul alması barədə heç bir məlumatı olmadığını, Fərid adlı şəxsi tanımadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 anasıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, qohum deyil, ədavəti yoxdur. Azərbaycan Texniki Universitetində Telekommunikasiya mühəndisliyi fakültəsində üçüncü kurs tələbəsidir. Mülkədarı 2021-ci ilin sentyabr ayında tanımışdır. Belə ki, Bakı şəhərində oxuduğuna görə həmin vaxt Bakı şəhərində Biləcəri qəsəbəsində xalası qızı Mədinə ilə birlikdə kirayədə qalmışlar. Anası Pərvanə onların yanında qalmış, arabir Bərdə şəhərinə gedib gəlmişdir. Dəqiq tarixi yadında olmayan vaxtı 2021-ci ilin sentyabr ayının ortalarında Mülkədar Bakı şəhərində yaşadıqları kirayə evə gəlmiş, anası Pərvanə ilə söhbət zamanı Mülkədar demişdir ki, «narahat olma şəxsiyyət vəsiqəni, və bir ədəd şəkil çək at mən sənə Yarımada qəzetinin jurnalist vəsiqəsini verəcəm». Mülkədar əvvəlcə onu işə düzəldəcəyi ilə bağlı söhbət etmiş, sonra Bayıl qəsəbəsindən jurnalistlərə tikilən evlərdən jurnalistlərə ev veriləcəyini, buna görə 20000 (iyirmi min) manat pul lazım olduğunu bildirmiş və anası Pərvanədən həmin məbləğdə pul istəmişdir. Anası Mülkədara həmin məbləğdə pulu olmadığını bildirmiş, Mülkədar 16000 (on altı min) manatda dayanmış və demişdir ki, «bundan aşağı düşə bilmərəm». X33 «mənə dəqiq vaxtını deyin görüm həmin pulu versəm mənə nə vaxt ev veriləcək» demiş, Mülkədar anasına 25 sentyabr 2021-ci il tarixdə onlara ev veriləcəyini bildirmişdir. Anası Pərvanə 13000 (on üç min) manat pulu sayıb Mülkədara vermiş, Mülkədlar «qalan üç min manat pulu, mən birdə Bakı şəhərinə gələndə verərsən, iki-üç günə kimi qalan pulu taparsan» demiş, Mülkədar on üç min manat pulu alandan sonra çıxıb getmişdir. Anası Pərvanə 13000 (on üç min) manat pulu Mülkədara verəndə həmin vaxt evdə o, anası Pərvanə və xalası Münəvvər ooldmuşdur. Təxminən 17 sentyabr 2021-ci il tarixdə anası Pərvanə Bərdə rayonuna getmiş, bildiyinə görə 19 sentyabr 2021-ci il taritxdə Bərdə şəhərində anası Pərvanə dayısı İlkinin yanında Mülkədarın özünün dediyinə görə sürücüsü Qasıma 3000 (üç min) manat pulu vermişdir ki, Mülkədara çatdırsın. Mülkədar anası Pərvanəyə Yarımada qəzetinin vəsiqəsini vermişdir. Mülkədar anasını aldadıb ümumilikdə 16000 (on altı min) manat pul almışdır. Mülkədar anası Pərvanədən 13000 (on üç min) manat pulu alanda kirayədə yaşadıqları evə tək gəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 il bundan əvvəl nəvəsi Sadiq onların evində malyar işi gördüyünə görə Sadiqin vasitəsilə tanımış, qohum deyil, ədavəti yoxdur. Zərərçəkmiş şəxs2, X6 tanımır, qohum deyil, ədavəti yoxdur. Təxminən 2021-ci ilin noyabr ayında istifyadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə tanımadığı qadın zəng etmiş, adının Pərvanə olduğunu bildirmiş, həmin qadın ondan 800 (səkkiz yüz)-1000 (min) manat istəmiş, o, Pərvanəyə «siz kimsiniz ki, özünüzü mənə təqdim edin, mən sizi tanımadım, sizə nəyə görə pul verməliyəm» demiş, Pərvanə onun nömrəni Mülkədar verdiyini, «dostumdlur, nə vaxt istəsən sənə pul verə bilər» ona dediyini bildirmiş, o, Pərvanəyə demişdir ki, «Mülkədar da səhv edir, sən də. Mənim sənə nə, də Mülkədara veriləsi pulum yoxdur». Sonra Pərvanə telefonda ona demişdir ki, Mülkədar aldadıb pulunu alıb, deyib ki, nə vaxt istəsən ondan pul ala bilərsən. O, Pərvanəyə demişdir ki, «Mülkədarla nə söhbətiniz var özünüz bilərsiniz, mənə heç bir aidiyyəti yoxdur». Pərvanə Mülkədarın ondan nə qədər və nə adla pul aldığını ona denməmiş, bundan sonra həmin qadınla heç bir danışığı olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Pərvanə ilə onun arasında qızı Aytacın işə düzəltəmsi ilə əlaqədəar heç bir danışığı olmamış, Pərvanə ilə Mülkədarın arasında hansı danışıq olması, Pərvanədən neçə manat pul alıbalmaması barədə heç bir məlumatı olmamışdır. Mülkədarla onun arasında bu barədə əvvəlcədən heç bir danışıq, yaxud razılıq olmamışdır. Pərvanə ilə yalnız bir dəfə danışığı olduğunu bildirmiş, Mülkədar ondan Münəvvərin əvəzinə hər hansı bir məbləğdə pul almamış, Münəvvərlə Mİülkədarın arasında hansı söhbət olduğundan heç bir məlumatı olmamış, bu barədə onun Mülkədarla hər hansı bir danışığı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Nüseyn oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Pərvanənin bacısı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 tanıyr, onlarla qohum deyil, ədavəti yoxdur. «Yarımada» İctimai-siyasi hüquq qəzetinin baş redaktoru, eyni zamanda da təsisçisidir. Qəzeti 2003-cü ildə təsis etmiş, qəzet xx.xx.2003-cü ildə 2943 saylı bildirişlə Ədliyyə Nazirliyinin qeydiyyatından keçmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu, ədəbi təxəllüsü Həsən Hüseynli olduğunu, 13 kitab müəllifi oldluğunu bildirmişdir. Qəzet təsis olunandan indiyə kimi Dövlətə və Dövlətçiliyə sadiq olmuş, Ulu Öndərin və hazırki Ölkə Başçısı möhtərəm Prezidentin siyasətinin dəstəksiçi olmuş və hazırda da bunu davam etdirdiyini bildirmişdir. Qəzetə işə qəbul ictimai əsaslarladır. İnformasiya qıtlığını aradan qaldırmaq məqsədilə idarə heyətinin qərarı ilə ştatdan kənar bölgə müxbğiri kimi bölgələrdə müraciət edənləri işə qəbul edir. Qəzetə işə qəbul zamanı orta təhsil haqqında attestat ola da bilər, olmaya da bilər. Danışıq qabiliyyəti olan və bölgələrdə bir hadisə olanda onu qəzetin redaksiyasına ötürmək qabiliyyəti olan şəxsləri ictimai əsaslarla işə qəbul edir. Şəxslər ictimai əsaslarla işə qəbul etdiyinə görə qəzetdə müxbir kimi işə qəbul edilir ki, informasiya qıtlığını aradan qaldırsın. Şöbə müdiri, redaktorların isə təhsilləri nəzərə alınır. Qəzet ayda bir dəfə çıxır, aylıq qəzetdir. Təqsirləndirilən şəxs 2019-cu idin yaz aylarından tanımış, belə ki, həmin vaxt Mülkədar qəzetdə işə düzəlməyə görə ona müraciət etmiş, əvvəlcə Mülkədarı xüsusi müxbir kimi, sonra şöbə müdiri kimi, 2021-ci ilin noyabr ayından isə Regional şöbənin müdiri vəzifəsinə ictimai əsaslarla işə qəbul etmişdir. Mülkədar 2021-ci ilin təxminən iyun ayının əvvəllərində onun yanına gəlmiş, bildirmişdir ki, ayaqları işləmir, iki-üç nəfər adamların sənədlərini verəcək, ictimai əsaslarla müxbir kimi işə götürüb onlara vəsiqə göndərsin. Mülkədar ona Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 onun bacısı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 sənədlərini müxtəlif vaxtlarda təqdim etmişdir. Əvvəlcə Sahili ictimai əsaslarla işə qəbul etmiş, sonra Fəridi, daha sonra Müunəvvəri, ondan sonra isə Pərvanəni ayrı-ayrı vaxtlarda bölgə müxbiri kimi ictimai əsaslarla işə qəbul etmişdir. Dəqiq tarixləri yadında olmayan vaxtı Mülkədar ona səhhəti ilə əlaqədar ayaqları işləmədiyinə görə heç yerə çıxa bilmədiyini, ona başqa rayonlara, yəni Ağdam, Bərdə, Tərtər rayonlarına gedidb informasiya əldə edən şəxslər lazım olduğunu bildirdiyinə görə Mülkədarın səhhətini nəzərə almış və onun göndərdiyi sənədləri qəbul etmiş, informasiya qıtlığını aradan qaldırmaq üçun qəzetin daxili qərarını rəhbər tutaraq Mülkədarın göndərdiyi sənədləri qəbul edərək onlara bölgə müxbiri vəsiqəsini vermişdir. Həmin şəxslərə vəsiqəni vermək üçün üzvlük haqqı üçün 44 (qırx dörd) manat 60 (altmış) qəpik əvəzinə Mülkədar ona Sahil, Pərvanə, Münəvvər və Fəridə görə hər biri üçün 50 (əlli) manat pul göndərmişdir. 44 (qırx dörd) manat 60 (altmış) qəpik Yarımada qəzetinin fəaliyyət göstərməsi üçün Azərbaycan Dövlət Nəşriyyatının kommunal ödənişinə keçirilir. Təxminən 20 yaxud 22 fevral 2022-ci il tarixdə Sahil və Pərvanə Bakı şəhərində onun yanına gəlib Mülkədar onları aldadıb hökumət jurnalistlərə tikilən evlərdən ev verəcəyini demiş və bu adla onlardan pul aldığını bildirmiş və onlara köməklik etməsini xahiş etmişlər ki, Mülkədar onların pulunu qaytarsın. O, Sahilə və Pərvanəyə demişdir ki, «Mülkədara pul verməmişdən əvvəl gərək siz mənə deyərdiniz». Onlara izah etmişdir ki, Dövlət tərəfindən jurnalistlərə tikilən evlər ən azı 10 ildən artıq jurnalistika sahəsində iş stajı olan, Bakı şəhərində adına ev olmayan, ixtisasca jurnalist olan şəxslərə verilə bilər. Sonra Sahil və Pərvanə ona Bərdə rayon polis şöbəsinə və Bərdə rayon prokurorluğuna Mülkədarın barəsində şikayət etdiklərini demişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 bölgə müxbiri vəsiqəsini o, Mülkədarın şöbə müdiri kimi təqdim etdiyi sənədlər əsasında ictimai əsaslarla işə qəbul etmiş və vəsiqə vermişdir. Mülkədar ona Sahilə vəsiqə verməyə görə 50 manat üzvlük haqqı göndərmişdir. Diploma görə isə Sahil ona Bakı şəhərində 1300 (bir min üç yüz) manat pul vermişdir. O, X42 adına «Poyeziya» klubunun nəzdindəki «Jurnalistika» ixtisası üzrə həmin kursu bitirməyi barədə diplom vermişdir. Əli Kərim adına «Poyeziya» klubunun nəzdindəki kurs özəl kürs olmuş, həmin kurslarda həmin vaxt müəllim işləmiş, Sumqayıt Mədəniyyət və Turizm İdarəsinin nəzdində olmuşdur. Hazırda həmin kurs fəaliyyət göstərmir, 2013-cü ildən bağlanmışdır. Bundan başqa ona nə Mülkədar nə də Sahil hər hansı bir məbləğdə pul verməmişdir. Onların arasında hansı danışıq olmasını bilmirm, bu barədə heç bir məlumatı olmamışdır. Mülkədarla Pərvanənin arasında olan danışıqlardan heç bir məlumatı olmadığına görə bu barədə heç nə deyə bilmədiyini, Pərvanənin jurnalist vəsiqəsini verməyə görə Mülkədar ona 50 (əlli) manat pul göndərdiyini, bundan başqa Mülkədar Pərvanədən neçə manat pul və hansı adla aldığını bilmədiyini bildirmişdir. Mülkədarla Fəridin arasında olan danışıqlardan heç bir məlumatı olmadığına görə bu barədə heç nə deyə bilmədiyini, Fəridin jurnalist vəsiqəsini verməyə görə Mülkədar ona üzvlük haqqı kimi 50 (əlli) manat pul göndərdiyini, bundan başqa Mülkədar Fəriddən neçə manat pul və nə adla aldığını bilmədiniyini bildirmişdir. Mülkədarla Münəvvərin arasında olan danışıqlardan heç bir məlumatı olmadığına görə bu heç bilmər. Mülkədar Münəvvərin jurnalist vəsiqəsini verməyə görə ona 50 (əlli) manat pul göndərmişdir. Bundan başqa Mülkədar Fəriddən neçə manat pul və hansı adla aldığını bilmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 arvadı, Zərərçəkmiş şəxs4 baldızıdır. Zərərçəkmiş şəxs1 tanıyır, qohum deyil, ədavəti yoxdur. Zərərçəkmiş şəxs3 tanımır, qohum deyil, ədavəti yoxdur. Təqsirləndirilən şəxs tanıyır, qohum deyil, ədavəti yoxdur. Mülkədarı baldızı Münəvvərgildə görmüş, Mülkədar Münəvvərҝillə yaxın münasibətləri olmuşdur. 2021-ci ilin təxminən sentyabr ayında Mülkədar arvadı Pərvanəyə Yarımada qəzetinə məxsus vəsiqəni verib, aldatmışdır ki, 2022-ci ilin yanvar ayından 800-900 manat maaş alacaq və Bakı şəhərində jurnalistlərə verilən evlərdən ev veriləcəyini də vəd etmişdir. Mülkədar bu adla arvadı Pərvanədən 16000 (on altı min) manat pul istəmiş, Bakı şəhərində olanda Mülkədar arvadı Pərvanədən 13000 (on üç min) manat pulu qızı Aytacın və baldızı Minəvvərin yanında almış, Qalan üç min manat pulu da bir neçə gündən sonra Bərdə şəhərində Unibankın qarşısında qayını İlkinin yanında arvadı Pərvanə Mülkədarın sürücüsü Qasıma vermişdir ki, Mülkədara çatdırsın. Ümumilikdə Mülkədar arvadı Pərvanədən 16000 (on altı min) manat pul aldadıb almışdır. Bildirmişdir ki, həmin ona altı min manat pulu torpaq sahəsini, Vaz 21099 markalı avtomobilini satmış, daha sonra evini satıb başqa ev almış, qalan pulunu da üstünə qoyub düzəltmişlər. Həmin ərəfədə Mülkədar baldızı Münəvvərə də Yarımada qəzetinə məxsus vəsiqəni verib, 800 (səkkiz yüz) manat pul alıb aldadıb vəd vermişdir ki, 2022-ci ilin yanvar ayından 800-900 manat maaş alacaq və Bakı şəhərində jurnalistlərə verilən evlərdən ev veriləcək. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə şahid X27 ilə təqsirləndirirlən şəxs X23 üzləşdirilmişdir. Üzləşdirmə zamanı X3 Sevinc Zahid qızının üzünə: “X41 mənə dedin ki, pensiya düzəlməsində köməklik edə bilərsən. Mən səbə inanıb bu barədə Yeganə, Gülxar və Sanura dedim. Sənə mən həmin şəxslərdən 1000 manat alaraq verdim. Lakin mən sənin dələduz olmanı və Yeganə, Gülxar və Sanurun pullarını dələduzluq yolu ilə ələ keçirməni bilməmişəm. Yeganə, Gülxar və Sanurdan aldığın pullardan mənə sən pul verməmisən.”- demişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə demişdir ki, Təqsirləndirilən şəxs ona Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməklə 15 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində 13000 (on üç min) manat, 18 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində 3000 (üç min) manat olmaqla ümumilikdə 16000 (on altı min) manat pulunu aldadıb ələ keçirmişdir. 29 dekabr 2021-ci il tarixdə saat təxminən 22.00 radələrindən sonra o, bacısı Münəvvər, Münəvvərin əri Tofiq, Sahil və 5 yaşlı oğlu Mülkədarın evinə getmiş, Mülkədardan pulunu tələb etmiş və verdiyi vədə əməl etmədiyini demiş, Mülkədar onlara verdikləri pul Prezidentə, Sahil Babayevə çatdığını bildirmiş, «narahat olmayın işiniz düzələcək» demiş, sonra əsəbiləşdin və onların ünvanına nalayiq söyüş söymüş, ov tüfəngini götürüb patorn qoyub onların üstünə tüfəng çəkmiş, azyaşlı uşağı qışqırmış, sonra tüfəngi kənara tullamış, onları təhqir etmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 onun üzünə qarşı dediklərini təsdiq etməmiş, bildirmişdir ki, Pərvanədən 16000 (on altı min) manat pul almamış, jurnalist vəsiqəsi verməmiş, ona jurnalist işləyəndə maaş veriləcəyini Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməmiş, Pərvanə özü onun yanına gəlib demişdir ki, «jurnalistlərə ev veriləsidir», Pərvanəyə görə öz adindan Yarımada qəzetinin region müdiri kimi Ölkə Başçısına rəsmi ərizə yazmış, cavab gəlmişdir ki, «Pərvanə ev qeydiyyatna alınıb, yaxın müddətdə ev verləcəkdir». Pərvanəyə jurnalist vəsiqəsini o verməmiş, baş redaktor Həsən Hüseynli vermişdir. Yaşadığı evə gələndə onları təhqir etməmiş, onlara tüfəng çəkməmişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə demişdir ki, Yarımada qəzetində şöbə müdiri işləyərək 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməklə 21 iyun 2021-ci il tarixdən 08 avqust 2021- ci il tarixədək olan müddət ərzində ümumilikdə 5100 (beş min bir yüz) manat pulunu ələ keçirmişdir. 2021-ci ilin dekabr ayında saat təxminən 22.00 radələrində Pərvanə, o, Münəvvər və Fərid Mülkədarın evinə gedib, «pulumuzu almısan işimizi necə elədin, niyə bizim işimizi həll eləmirsən» dedikdə Mülkədar yatağının yanındn təklülə tüfəngi götürüb içərisində bir patron qoymuş, onların üstünə tüfəng çəkmiş, onların ünvanına nalayiq söyüş söyüb təhqir eləmiş, Mülkədarın onlara söyüş söydüyünü və onlara tüfəng çəkdiyini telefonda videgö çəkiliş etmişdir. Bundan başqa Mülkədar onun dostu Fəriddən də onun yanında Bakı şəhərindən jurnalistlərə tikilən evlərdən ev verilməsini və 01 yanvar 2022-ci ildən 800-900 manat maaş alacağını vəd etmiş və Fəridi də aldadıb onun yanında Fəriddən 2000 (iki min) manat pul almış, pulu alandan bir neçə gün sonra Mülkədar ona zəng edib Fəridin vəsiqəsi hazır olduğunu demiş, Fəridə də Yaprımada qəzetinin foto müxbir vəsiqəsini vermişdir. Üzləşdirmə zamanı Əmrahov X9 Sahil Füzuli oğlunun onun üzünə qarşı dediklərini təsdiq etməmiş, bildirmişdir ki, Sahildən 5100 (beş min bir yüz)manat pul almamış, Yarımada qəzetinin vəsiqəsini verməmiş, vəsiqəni Sahilə Yarımada qəzetinin baş redaktoru Həsən Hüseynli vermişdir. Sahilə diplom almamış, diplom verməmiş, Sahildən diploma görə pul almamış, diplomla əlaqədar Sahil ilə birlikdə Bakı şəhərinə Həsən Hüseynlinin yanına getmişlər, orada Sahil onun yanında Həsən Hüseynliyə diploma görə 1300 (min üç yüz) manat pul vermişdir. Sahilə Bakı şəhərindlən ev verilməsi və 2022-ci ilin yanvar ayının 01-dən 800-900 manat maaş alacağın barədə vəd verməmiş, onun evinə gələndə onlara tüfəng çəkməmiş, onları təhqir etməmiş, Sahilin yanında Fəriddən 2000 (iki min) manat pul almamışdır. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə zərər çəkmiş şəxs X2 Mülkədar Hüseyn oğlunun üzünə demişdir ki, Təqsirləndirilən şəxs ona Yarımada qəzetində bölgə müxbiri işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməklə 2021-ci ilin iyun ayının ortalarında Bərdə şəhərində 800 (səkkiz yüz) manat pulunu ələ keçirmişdir. 2021-ci ilin dekabr ayında Mülkədarın evinə gedib «mənim pulumu almısan işimi necə elədin» dedikdə Mülkədar yatağının yanındn təklülə tüfəngi götürüb onların üstünə tüfəng çəkmiş, onları təhqir etmişdir. Üzləşdirmə zamanı X1 üzünə qarşı dediklərini təsdiq etməmiş bildirmişdir ki, Münəvvərdən 800 manat pul almamışdır. Onlara tüfəng çəkməmiş, onları təhqir etməmişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üzünə demişdir ki, Təqsirləndirilən şəxs ona Yarımada qəzetində foto müxbir işləyərək 01 yanvar 2022-ci il tarixdən 800-900 manat maaş alacağını və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyini vəd etməklə 20 iyun 2021-ci il tarixdə 2000 (iki min) manat pulunu keçirmişdir. 2021-ci ilin sonlarında dəqiq tarixi yadında olmayan vaxtı, Təqsirləndirilən şəxs onlara vəd verdiyi işi həll etmədiyiniə görə o, Sahil, Pərvanə, Münəvvər, Münəvvərin əri və qardaşı Mülkədarın evinə getmişlər. O, çöldə gözləmiş, içəridən qışqırtı səsi gəlmiş, içəri girəndə Sahilgil çölə çıxmış və ona demişlər ki, Mülkədar onlara söyüb üstünə tüfəng çəkmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 onun üzünə qarşı dediklərini təsdiq etməmiş bildirmişdir ki, Fəriddən 2000 manat pul almamışdır. Onlara tüfəng çəkməmiş, onları təhqir etməmişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə şahid qismində dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs üzünə demişdir ki, Bərdə şəhərində Unibankın qarşısında bacısı Pərvanə onun yanında Mülkədara, çatdırılması üçün sürücü Qasıma 3000 (üç min) manat pul vermişdir. Mülkədar bacısı Pərvanədən və Münəvvərdən onları Yarımada qəzetinə işə düzəldərək vəsiqə verib aldadıb, Bakı şəhərindən jurnalistlərə tikilən evlərdən ev vermək və 2022-ci ilin yanvar ayında 800-900 manat maaş almaq adı ilə, Pərvanədən 16000 (on altı min) manat, Münəvvərdən isə 800 (səkkiz yüz) manat pul almışdır. 2021-ci ilin dekabr ayında bacısı Pərvanə, Münəvvər və başqaları ilə birlikdə Mülkədarın evinə getmişlər, bacısıgil Mülkədara demişlər ki, «bizim pulumuzu almısan işimi necə elədin». Mülkədar əvvəlcə demişdir ki, «bir az səbrli olun düzələcək», sonra birdən birə əsəbiləşmiş və yatağının yanındn təklülə tüfəngi götürüb onların üstünə tüfəng çəkmiş, onları söyüb təhqir etmişdir. Pərvanənin uşağı qışqırmış, o, Mülkədarı sakitləşdirmişdir. Üzləşdirmə zamanı Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 onun üzünə qarşı dediklərini təsdiq etməmiş bildirmişdir ki, nə Pərvanədən, nə də Münəvvərdən pul almamış, Qasımdan pul almamış, onlara vəsiqə verməmiş, Bakı şəhərindən jurnalistlərə tikilən evlərdən ev veriləcəyini və onlara 800-900 manat maaş veriləcəyini vəd etməmiş, onun evinə gələndə onlara tüfəng çəkməmiş, onları təhqir etməmişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs üzünə demişdir ki, 2021-ci ilin yay ayında dəqiq tarixi yadnda olmayan vaxtı Mülkədar sürücüsü Qasımla birlikdə onun evinə gəlmiş, Münəvvərə demişdir ki, «səni jurnalist kimi işə düzəldəcəm və 800 (səkkiz yüz) manat maaş alacaqsan, Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcək». Bunun müqabilində Münəvvərdən 500 (beş yüz) manat bir, 300 (üç yüz) manat da bir olmaqla cəmi 800 (səkkiz yüz) manat pul almıödır. Münəvvər 2022-ci ilin yanvar ayından 800-900 manat maaş alacağı və Bakı şəhərində jurnalistlərə tikilən evlərdən ev veriləcəyi adı ilə aldadıb arvadı Münəvvərdən 800 (səkkiz yüz) manat pul almış, arvadı Münəvvərə Yarımada qəzetinin jurnalist vəsiqəsini vermişdir. Sonra Mülkədar söz verdiyi vaxtı işləri düzəltmədiyinə görə bilmişlər ki, onları aldadıb pullarını ələ keçirmişdir. 2021-ci ilin dekabr ayında Mülkədarın evinə getmişlər ki, «bizim pulumuzu almısan işimi necə elədin». Mülkədar yatağının yanındn təklülə tüfəngi götürdün onların üstünə tüfəng çəkmiş, onları söyüb təhqir eləmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid2 onun üzünə qarşı dediklərini təsdiq etməmiş bildirmişdir ki, Münəvvərdən 800 (səkkiz yüz) manat pul almamış Bakı şəhərindən jurnalistlərə tikilən evlərdən ev veriləcəyini və onlara 800-900 manat maaş veriləcəyini vəd etməmiş, onun evinə gələndə onlara tüfəng çəkməmiş, onları təhqir etməmişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 şahid qismində dindirilmiş Şahid7 üzünə demişdir ki, 2021-ci ilin sentyabr ayının 18-i, 22-si arası Bərdə şəhərində Unibankın qarşısında Mülkədara çatdırmaq üçün Qasıma 3000 (üç min) manat pulu qardaşı İlkinin yanında vermişdir ki, aparıb Mülkədara çatdırasın. Qasım ondan 3000 (üç min) manat pulu alıb çıxıb getmiş, sonradan Mülkədar ona zəng edib demişdir ki, «çatdı». Üzləşdirmə zamanı Həsənov X29 Bayramovanın onun üzünə qarşı dediklərini təsdiq etmiş bildirmişdir ki, Mülkədar ona zəng edib Pərvanə xanımla Bərdədə görüşməsini bildirmiş, Pərvanədə ona çatası əmanəti alıb gətirməsini demişdir. O, Pərvanəyə zəng etmiş və Pərvanə ilə Bərdə şəhərində Unibankın qarşısında görüşmüş, Pərvanə qardaşı İlkinin yanında ona Bərdə şəhərində Unibankın qarşısında faylın arasında pul vermiş, lakin neçə manat olduğunu və hansı məbləğdə olduğunu bilməmiş, Pərvanənin ona verdiyi pulu aldığı kimi də həmin günü aparıb Körpüqıran kəndində evində Mülkədara vermişdir. Pulu Pərvanədən alanda saymadığıma görə neçə manat olduğunu dəqiq bilməmişdir. Üzləşdirmə zamanı Şahid7 «əvvəl dindirmə zamanı ifadənizdə Zərərçəkmiş şəxs2 Mülkədara Əmrahova çatdırılması üçün 3000 (üç) min manat pulu almadığınızı göstərmisiniz» sualına, şahid qismində dindirmə zamanı əvvəlki ifadəsində düzgün göstrəmədiyini, üzləşdirmə zamanı düzgün dediyini, üzləşdirmə zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş Şahid7 üzünə demişdir ki, təxminən 19 sentyabr 2021-ci il tarixdə Bərdə şəhərində bacısı Pərvanə Bərdə şəhərində Unibankın qarşısında onun yanında Mülkədara çatdırmaq üçün Qasıma 3000 (üç min) manat pulu faylın arasında vermiş, Qasım 3000 (üç min) manat pulu Pərvanədən alıb çıxıb getmişdir. Üzləşdirmə zamanı Şahid7 Şahid1 onun üzünə qarşı dediklərini təsdiq etmiş, bildirmişdir ki, Mülkədar ona zəng edib Pərvanə ilə Bərdədə görüşməsini bildirmiş, Pərvanədə ona çatası əmanəti alıb gətirməsini demişdir. O, Pərvanəyə zəng etmiş və Pərvanə ilə Bərdə şəhərində Unibankın qarşısında görüşmüş, Pərvanə qardaşı İlkinin yanında ona Bərdə şəhərində Unibankın qarşısında faylın arasında pul vermiş, lakin neçə manat olduğunu və hansı məbləğdə olduğunu bilməmiş, Pərvanənin ona verdiyi pulu aldığı kimi də həmin günü aparıb Körpüqıran kəndində evində Mülkədara vermişdir. Pulu Pərvanədən alanda saymadığıma görə neçə manat olduğunu dəqiq bilməmişdir. Üzləşdirmə zamanı Şahid7 «əvvəl dindirmə zamanı ifadənizdə Zərərçəkmiş şəxs2 Mülkədara Əmrahova çatdırılması üçün 3000 (üç) min manat pulu almadığınızı göstərmisiniz» sualına, şahid qismində dindirmə zamanı əvvəlki ifadəsində düzgün göstrəmədiyini, üzləşdirmə zamanı düzgün dediyini, üzləşdirmə zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi bir ədəd diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 02 dəqiqə 58 saniyə müdətində çəkiliş olmuş və həmin çəkiliş zamanı Təqsirləndirilən şəxs yaşadığı evinə getmiş şəxslər Təqsirləndirilən şəxs onlara vəd etdiyi işlərin hansı vaxta həll olunacağını soruşmuş, Təqsirləndirilən şəxs oturmuş halda bu işlərlə əlaqədar yuxarı orqanlara müraciət etdiyini, danışıqlar apardığını, cənab Prezidentə müraciət etdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs evdə orada olan şəxslərə nalayiq söyüşlər söyərək ov tüfəngini götürüb patron qoyaraq silahı nümayiş etdirmiş, orada olan şəxslər onu sakitləşdirdikdən sonra tüfəngi kənara tullamışdır. Diskə baxış keçirilərkən danışıdların aparılması mətni protokolda öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 04 may 2022-ci il tarixli, 021 nömrəli arayışdan görünür ki, Yarımada ictimai-siyasi hüquq qəzeti 23 aprel 2003-cü ildə 2943 saylı bildirişlə Ədliyyə Nazirliyinin qeydiyyatından keçmişdir. Cinayət işi materiallarına əlavə edilmiş yarımada ictimai-siyasi hüquq qəzetinin əmr kitabından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2020-ci il tarixdə 017 nömrəli əmrlə qəzetə Bərdə şəhəri üzrə şöbə müdiri kimi işə götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş yarımada ictimai-siyüasi hüquq qəzetinin əmr kitabından çıxarışdan görünür ki, 14 iyul 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək olan səhifədə 024 №-li əmrlə Zərərçəkmiş şəxs1 Yarımada qəzetinə xüsusi müxbir, X14 026 №-li əmrlə Yarımada qəzetinə xüsusi müxbir, Zərərçəkmiş şəxs2 027 №-li əmrlə Yarımada qəzetinə xüsusi müxbir, Zərərçəkmiş şəxs3 028 №-li əmrlə Yarımada qəzetinə audio foto müxbir kimi işə götürülmüşlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Rekspublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixlə, 22462000 1977 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bərdə rayüonu, Körpüqıran kəndəində 4 nəfər ailə üzvü ilə birlikdə 0.88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2015-ci il tarixli, **********1 qeydiyyat nömrəsilə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsində qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs adına Bərdə rayonu, Körpüqıran kəndəində 4 nəfər ailə üzvü ilə birlikdə 0.23 ha həyətyapni torpaq sahəsi (JN-75A), 0.05 ha həyətyani torpaq sahəsi (JN-75B), 0.02 ha həyətyani torpaq sahəsi (JN-75C) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 7 saylı Bərdə ərazi idarəsində qeydiyyata alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin DYPB-nin 23 may 2022-ci il tarixli 16380 nömrəli məktubundan və DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs adına DİN-in BDYPİ-nin mərkəzi məlumat sisteminə baxış zamanı Vaz-21060 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 07 mart 2010-cu il tarixdən 19 iyul 2059-cu il tarixə kimi etibarnamənin olması barədə məlumat aşkar olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 1999-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 93-7-ci maddəsinin 2-ci hissəsi (dələduzluq) ilə məhkum olunmuş, 07 mart 2000-ci ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən Milli Məclisin Amnistiya haqqında 10 dekabr 1999-cu il tarixli qərarına əsasən azad edilmiş, məhkumluğu ödənilmişdir. Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyətinin Bərdə rayonu Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Körpüsındıran kəndində yaşayır, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən X7 və X11 Təqsirləndirilən şəxs yaxın qohumlarının hüquqi varis qismində tanınmaq istəklərinin olub-olmaması və şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə məsələsinə münasibət bildirmələri barədə sorğu verilmiş, lakin sorğuya heç bir cavab verilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, istintaqda və məhkəmə iclaslarında vermiş olduğu ifadəsini müdafiyə edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, cinayət işinə onun iştirakı olmadan baxılıb qanuni hökm çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X12 ərizələrindən görünür ki, istintaqda və məhkəmə iclaslarında vermiş olduğu ifadəsini müdafiyə edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, cinayət işinə onun iştirakı olmadan baxılıb qanuni hökm çıxarılmasını xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Mürsəl oğlu məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə öldüyündən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 39.1.5-ci maddəsində nəzərdə tutulur ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 300.1 və 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Bu Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə zərərçəkmiş şəxs X16 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 354.1.3-cü maddəsinə əsasən məhkəmə hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul etdiyi qərarlardan biri də mülki iddianın baxılmamış saxlanması haqqında qərardır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39, 299, 300, 301, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə zərərçəkmiş şəxs X16 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar