Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-6/2025 07.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X15, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1957-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-29/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-2257/2023 saylı 07 dekabr 2023-cü il tarixli qərarı ilə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılan, cəzasını çəkmiş və hazırda məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, C.Hasilov küçəsi, ev 125-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb şəxsi əlaqələrinin geniş olmasını, şəxsi əlaqələrinin geniş olması sayəsində onun yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 2000 (iki min) manat pul müqabilində özəlləşdirib Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış alacağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda ünvan 4 ünvanında yerləşən tanışı Şahid2 işlədiyi alqı-satqı köşkündə Zərərçəkmiş şəxs1 2000 (iki min) manat puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ev 14 mənzil 13-də yaşamış mərhum X12 ilə 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda danışıb şəxsi əlaqələrinin geniş olmasını, şəxsi əlaqələrinin geniş olması sayəsində onun yaşadığı ünvan 5 ünvanın həyətində yerləşən bir avtomobillik daşdan tikilmiş qarajını 2000 (iki min) manat pul müqabilində özəlləşdirilməsi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda həmçinin ünvan 6 ünvanında yerləşən tanışı Şahid2 işlədiyi alqı-satqı köşkündə zərərçəkmiş şəxs 24 aprel 2021-ci ildə vəfat etmiş mərhum Höküməli Məmmədovun 2000 (iki min) manat puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin sentyabr ayının ortalarında, dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdə və vaxtda mobil telefonla danışıb şəxsi əlaqələrinin geniş olmasını, şəxsi əlaqələrinin geniş olması sayəsində onun nəvəsi Şahid4 3000 (üç min) manat pul müqabilində Bakı şəhərində hər hansı bir Universitetə qəbul etdirəcəyi barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2021-ci ilin sentyabr ayının 12-də saat 13:59 dəqiqədə onun cinayətkar niyyətindən məlumatı olmayan oğlu Şahid3 məxsus 4098 0944 2005 6283 nömrəli “Unibank”a aid “Albalı” plastik bank kartına Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ruzi” marketin içərisindəki “MilliÖN” ödəmə terminalı aparatı vasitəsilə 1000 (min) manat, eyni niyyətlə həmin tarixdə vaxtı istintaqa məlum olmayan vaxtda 1000 (min) manat, eyni niyyətlə 13 sentyabr 2021-ci il tarixdə saat 10:47 dəqiqədə onun cinayətkar niyyətindən məlumatı olmayan oğlu Şahid3 məxsus 4098 0944 2005 6283 nömrəli “Unibank”a aid “Albalı” plastik bank kartına Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ruzi” marketin içərisindəki “MilliÖN” ödəmə terminalı aparatı vasitəsilə 505 (beş yüz beş) manat, eyni niyyətlə həmin gün saat 15:32 dəqiqədə onun cinayətkar niyyətindən məlumatı olmayan oğlu Şahid3 məxsus 4098 0944 2005 6283 nömrəli “Unibank”a aid “Albalı” plastik bank kartına Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Ruzi” marketin içərisindəki “eManat” ödəmə terminalı aparatı vasitəsilə 402 (dörd yüz iki) manat olmaqla ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs2 2907 (iki min doqquz yüz yeddi) manat puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Ağdam şəhəri, Ü.Hacıbəyov küçəsi ev 41də qeydiyyatında olsa da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində müxtəlif ünvanlarda kirayədə yaşamış, 2017-ci ilin yanvar ayında həmin qəsəbədə yaşayarkən, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 14 ünvanda yerləşən evlərin alqı-satqısı və kirayə verilməsi köşkündə olarkən, yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs1 və Höküməli Məmmədovla tanış olmuş, aralarında mehriban münasibətlər yarandığından, Əlamdar Mirzəmmədov ona yaşadığı evin özəlləşdirilməsinə dair çıxarış şahədətnaməsinin alınmasında köməklik edə biləcəyini soruşmuş, o, da bu işi həll edə biləcəyini, Əmlak Komitəsində tanışlarının olmasını və 2000 (iki min) manat pulun müqabilində yaşadığı həyət evinə çıxarış ala biləcəyinə söz vermişdir. X14 həmin alqısatqı ofisində ona evin Mənzil İstismar sahəsi tərəfindən verilmiş texniki pasportunu, cizgiplanını və 2000 manat pulu, həmin ofisdə işləyən Şahid2 və digər tanışı Höküməli Məmmədovun yanında vermiş, o, Əlamdar Mirzəmmədovdan pul və sənədlərin almasına dair heç bir qəbz və ya iltizam verməmiş, təxminən bir-iki ay ərzində evin sənədini düzəldəcəyinə söz vermişdir. Həmin dövrdə orada olan Höküməli Məmmədov da ona müraciət edərək yaşadığı evin həyətində yerləşən bir avtomobillik daş qaraja özəlləşdirilməsinə dair çıxarışın almasını xahiş etmiş, o, da Höküməli Məmmədova bu işdə köməklik edəcəyinə vəd verərək bir neçə gün sonra yenə həmin ofisdə eyni şəxslərin iştirakı ilə Höküməli Məmmədovdan qarajın ilkin sənədlərini və 2000 (iki min) manat pulu almış, həmin sənədlərin və pulun alınmasına dair Höküməliyə heç bir qəbz və ya iltizam verməmişdir. X4, Höküməli Məmmədovun ev və qarajın özəlləşdirilməsinə dair çıxarış şəhadətnaməsinin alınması üçün maraqlanmış, həmin dövrdə pula ehtiyacı olduğundan sonunculardan aldığı pulları özü üçün xərcləmiş, sənədləri düzəldə bilmədiyindən, Əlamdar Mirzəmmədov və Höküməli Məmmədovdan zənglərinə cavab verməyərək yayınmışdır. Bundan başqa, 2021-ci ilin sentyabr ayında Bərdə şəhərində yaşayan tanışı Zərərçəkmiş şəxs2 nəvəsini Şahid4 Unversitetə qəbul olunması üçün verdiyi imtahandan lazımı qədər bal toplamaması barədə məlumat aldıqdan sonra, o, Zərərçəkmiş şəxs2 nəvəsinin Unversitetə qəbul olunmasına kömək edəcəyinə vəd verərək bu işin həlli üçün sonuncunun onun bank kart hesabına 2021-ci ilin sentyabr ayında hissə-hissə göndərdiyi cəmi 2900 (iki min doqquz yüz) manat pulu Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesindəki bankomatdan çıxarıb şəxsi ehtiyacları üçün xərcləmiş, Şahid4 Unversitetə qəbul olunması üçün heç bir səy göstərməmiş, hər hansı bir şəxslə danışmamış, bu işin həlli ilə bağlı yalnız özü Zərərçəkmiş şəxs2la danışıb razılaşmış, istifadə etdiyi bank kartı oğlu Nihad Səlimin adına olsa da, sonuncunun bu razılaşmadan məlumatı olmamışdır. Zərərçəkmiş şəxs2 aldığı pulları xərclədiyi və onun pulunu qaytarmağa maddi imkanı olmadığından, onun zənglərinə cavab vermədən yayınmış, etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Bütün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Bir daha belə əməllərə yol verməyəcəyinə söz verərək məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, rəsmi heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 2017-ci ilin yanvar ayının ortalarında o, yaşadığı evin yaxınlığında yerləşən evlərin alqı-satqısı və kirayəyə vermə köşkündə olarkən, orada Səbail rayonu, Badamdar qəsəbəsində yaşayan özünü Əmlak Məsələri üzrə Dövlət Komitəsində işləyən şəxs kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuş, aralarında normal mehriban münasibətləri yaranmış, söhbət zamanı Faiq ona fərdi olaraq tikdirib ailəsi ilə yaşadığı, yalnız X18 tərəfindən verilmiş texniki-pasport və cizgi sənədi olan həyət evinə Əmlak Komitəsindən rəsmi kupça yəni özəlləşdirilməsinə dair çıxarış təşkil edə biləcəyinə söz vermiş, bu sənədi ona 2000 (iki min) manat müqabilində edə biləcəyini demişdir. 2017-ci ilin təxminən yanvar ayının ortalarında, o, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 14 saylı ünvanda yerləşən evlərin alqı-satqı ofisində tanışı Höküməli Məmmədov və həmin köşkdə işləyən Şahid2 yanında Təqsirləndirilən şəxs cəmi 2000 (iki min) manat pul, evin texniki pasportunu və digər sənədlərini vermiş, Faiq pulun və sənədlərin almasına dair ona heç bir qəbz və ya iltizam verməmişdir. Faiq pulu alarkən bir və ya maksimum iki ay ərzində evin sənədini düzəldib ona verəcəyinə söz vermişdir. Bundan başqa onun evinə sənədin düzəlməsinə Faiq söz verərkən, orada olan tanışı X10 özünə aid yaşadığı evin həyətində yerləşən bir avtomobillik daş qaraja özəlləşdirmə sənədinin düzəldə biləcəyini soruşmuş, Faiq Höküməliyə də qarajına 2000 manat pulun müqabilində çıxarış təşkil edə biləcəyinə söz vermişdir. O, Faiqə pul və sənədlərini verdikdən bir neçə gün sonra, Höküməli də Faiqə onun və həmin köşkdə işləyən Səidin yanında 2000 manat pul və qarajın sənədlərini vermişdir. Sonralar Faiqin vəd etdiyi vaxt bitdikdə və hər dəfə o, Faiqdən evinin sənədləri ilə maraqlandıqda, Faiq müxtəlif bəhanələr danışaraq vaxtı uzatmış, sənədin düzəlməsini aydanaya keçirmişdir. Sonra o, evin sənədi üçün pul və sənədləri verdiyi vaxtdan bir ilə yaxın vaxt keçməsini, heç bir nəticə olmamasını, Faiqin yalan danışmasını görüb sonuncudan evinin sənədlərini və verdiyi pulu geri tələb etməyə başladıqda, Faiq evin sənədlərini geri qaytarsa da pulunu qaytarmamışdır. Sonra pandemiya başladığından Faiq müəyyən müddət pandemiyanı bəhanə gətirib pulunu qaytarmamış, sonra o, xəstələnib yatağa düşüb müalicədə olduğundan Faiqdən pulu tələb edə bilməmişdir. Eyni zamanda o, maraqlandıqda öyrənmişdir ki, Faiq Höküməliyə də söz verdiyi qarajının sənədini düzəlməmiş sonuncunu da aldatmış, pandemiya dövründə Höküməli vəfat etmişdir. Sonralar o, xəstə olduğundan Faiqdən pulunu arvadı Nərgiz Mizəmmədova tələb etməyə başlamış, Faiq arvadına da yalan vədlər verdiyindən, Nərgiz mərhum Höküməlinin arvadı Zərərçəkmiş şəxs3 ilə razılaşaraq Təqsirləndirilən şəxs barəsində şikayət ərizələri vermişdilər. Təqsirləndirilən şəxs evinin özəlləşdirilməsinə dair çıxarış təşkil etmək adı ilə aldığı 2000 manat qaytarmasını tələb etmiş, Təqsirləndirilən şəxs özləşdirilməsinə dair çıxarış alınması üçün verdiyi yaşadığı həyət evin sənədlərin surətini istintaqa təqdim etmişdir.Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 10 ünvanında tək yaşayır, rəsmi heç bir yerdə işləmir evdar qadındır. Mərhum əri Höküməli Məmmədov 2021-ci ilin aprel ayında pandemiya xəstəliyindən vəfat etmişdir. Onun yaşadığı ünvanın həyətində yəni ünvan 11li yaşayış binasının həyətində, təxminən 2015-ci ildə Mənzil İstismar Sahəsi tərəfindən verilmiş cizgi-arayışla alınmış bir avtomobillik daş qarajları vardır. 2017-ci ilin təxminən yanvar ayında mərhum əri Höküməli həmin qaraja rəsmi çıxarış sənədini almaq istəmiş, həmin dövrdə onun ərinə özünü Əmlak Məsələri üzrə Dövlət Komitəsində işləyən şəxs kimi təqdim etmiş Təqsirləndirilən şəxsla tanış olmuş, Faiq mərhum əri Höküməliyə qaraja çıxarış sənədini 2.000 manat pulun müqabilində təşkil edə biləcəyinə söz vermişdir. Sonra mərhum əri Höküməli həmin dövrdə yəni 2017-ci ilin yanvar ayının ortalarında ünvan 12 saylı evin həyətində yerləşən Şahid2 işlətdiyi alqı-satqı ofisində, elə Səidin yanında Təqsirləndirilən şəxs 2.000 manat pul və qarajın cizgi arayışını vermiş, Faiq pulu alarkən mərhum ərinə heç bir qəbz və ya iltizam verməmiş, bir-iki ay ərzində qarajın sənədini düzəldib verəcəyinə söz vermişdir. Sonralar Faiq hər dəfə mərhum ərinə müxtəlif bəhanələr danışaraq vaxtı uzatmış, aydan-aya keçirmişdir. Faiqin yalan danışdığını görüb əri pulunu geri tələb etdikdə, Faiq qarajın cizgi arayışını qaytarsa da, pulunu qaytarmamışdır. Sonra pandemiya başladığından Faiq müəyyən müddət pandemiyanı bəhanə gətirərək pullarını qaytarmamış, sonra əri rəhmətə getdiyindən onun başı qarışmışdır. Sonralar o, yenə Faiqdən mərhum ərinin verdiyi pulu geri istədikdə, sonuncu köhnə bəhanələri və yalanları danışmağa başlamış, sonra ona məlum olmuş ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Şahid1 ərini də evinə çıxarış düzəldəcəyi adı ilə aldatmış, Faiq onun mərhum ərini aldadaraq pul aldığı dövrdə, eyni ofisdə 2000 (iki min) manat pul və evlərinin sənədlərini almışdır. Sonra o, Şahid1 ilə məsləhətləşərək Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirməsi barədə DİN-nin “102” Xidmətinə məlumat və Baki şəhəri Səbail rayon Polis İdarəsinin 41ci Polis bölməsinə şikayət ərizələrini vermişlər. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, İsmət Qayıbov küçəsi, ev 8-də qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, rəsmi heç bir yerdə işləmir. O, Bərdə şəhərində fərdi əməklə məşğul olaraq “Aptek” mağazasında satıcı işləyir. Əslən Ağdam rayonundan olan Təqsirləndirilən şəxs təxminən 6-7 il əvvəl Bərdə şəhərində, sonuncu onun işlədiyi aptekə dərman almağa gələrkən təsadüfən tanış olmuş, sonralar mütəmadi əlaqə saxlayıb haləhval tutmuş, normal münasibəti olmuş, Faiqin arvadı əslən Bərdə rayonundan olmasını, Bərdə şəhərində Faiqin qudası və qaynları yaşamasını bilmişdir. 2021-ci ilin təxminən sentyabr ayının ortalarında, o, yenə Bərdə şəhərində olduğu zaman, Faiq onun mobil telefonuna zəng edib hal-əhvalını soruşarkən, o, nəvəsi Şahid4 Unversitetə imtahan verməsini, lakin istənilən balı toplaya bilmədiyindən kollecə qəbul olunması barədə məlumat vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona Prezident Aparatında işləməsini və 6 rayon üzrə kurator olmasını, ona kömək edə biləcəyini, 3000 (üç min) manat müqabilində nəvəsini Universitetə qəbul etdirə biləcəyinə inandırmışdır. O, Faiqə inandığı üçün həmin pulu bir neçə günə borc tapıb düzəldərək verə biləcəyini, Faiq isə təcili pul düzəltməsini demiş, sonra elə həmin günü Faiq təkrar ona zəng edərək, Unersitetə qəbulda cəmi bir yer qalmasını, həmin yer əldən çıxmaması üçün təcili pul keçirilməli olmasını demişdir. Eyni zamanda o, Faiqə mobil telefonun “vatsap” proqramı vasitəsi ilə nəvəsi Şahid4 atestatın, şəxsiyyət vəsiqəsi və Unversitetə imtahan verməsi zamanı qeydiyyatdan keçmiş kodlaşdırma nömrəsinin fotoşəklini çəkib göndərmiş, Faiq isə pul məbləğini bank kart nömrəsinə köçürməsini deyərək plastik bank kart nömrəsi göndərmişdir. Sonra o, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Ruzi” marketində yerləşən “MilliÖn” və “eManat” ödəmə terminalları vasitəsi ilə 12 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində iki dəfəyə cəmi 2000 (iki min) manat pulu, səhəri günü yəni, 13 sentyabr 2021-ci il tarixdə səhər saat 11 radələrində, iki dəfəyə 900 manat pulu Faiqə göndərmişdir. O, Faiqin göndərdiyi bank kartın nömrəsini ödəmə terminalına yazdıqda həmin hesab Faiqin oğlu Şahid3 adına olmasını görmüşdür. Bununla da, Faiq ondan nəvəsini Unversitetə qəbul etdirməsi adı ilə ümumilikdə 2900 (iki min doqquz yüz) manat pul almış və təxminən bir ay ərzində nəvəsinin tələbə bileti alacağına söz vermişdir. Faiqin söz verdiyi müddət çatdıqda o, Faiqlə əlaqə saxlamış, sonuncu hər dəfə 3 günə, 10 günə düəzləcəyinə dair yalan vədlər verərək vaxtı uzatmışdır. Sonra o, Faiq yalan danışmasını və aldatmasını başa düşüb, verdiyi pulu geri qaytarmasını tələb etməyə başladıqda, Faiq yenə müxtəlif bəhanələrlə günləri uzatmış, Faiqin ondan pulu alması müddətinin bir il keçməsinə yaxınlaşdıqda, ona məlum olmuş ki, Faiq dələduzdur, müxtəlif bəhanələrlə bir çox insanları aldadıb pullarını almış, o, da Faiqin barəsində şikayət yazıb müxtəlif instansiyalara müraciət etmişdir. Təqsirləndirilən şəxs nəvəsi Şahid4 Unversitetə qəbul etdirməsi üçün sonuncu ilə görüşməməsini, həmin məsələnin həlli ilə bağlı onu və nəvəsini hər hanslı bir şəxslə görüşdürməməsini, nəvəsi Şahid4 Unversitetə qəbul olunmadığından, hərbi xidmətdə qulluq müddəti çatdığından 2021-ci ilin sonlarında hərbi xidmətə yola düşməsini və hərbi xidmətdə olmasını, Faiq ilə nəvəsinin Unversitetə qəbul ilə bağlı yalnız mobil telefonla danışıb razılaşmasını, Faiqin istədiyi pul məbləğini göndərdiyi bank kartına köçürməsini, pulun ödənişinə dair cəmi 2.900 manat pulun qəbzindən, 1000 (bir min) manat pulun ödəməsinə dair qəbzi itirməsini, bu səbəbdən əldə olan cəmi 1900 (bir min doqquz yüz) manat məbləğin ödəniş qəbzlərin surətlərini şikayət ərizəsinə əlavə etməsini bildirmiş, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənmişdir, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zaman şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanında yerləşən evlərin alqı-satqı ofisində yerləşən zərgərlik köşkündə zərgər kimi fərdi olaraq işləyir. Həmin ofisə tez-tez gəlib gedən və yaxınlıqda yaşayan Zərərçəkmiş şəxs1 və mərhum X7 tanımış, hər ikisi ilə normal münasibətləri olmuşdur. Eyni zamanda həmin ofisə tez-tez gəlib gedən Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində kirayədə yaşayan özünü Əmlak Məsələri üzrə Dövlət Komitəsinin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuşdur. 2017-ci ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs həmin ofisə gəlib gedərkən, oradada söhbət əsnasında Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 13 ünvanında yerləşən həyət evini, eyni zamanda mərhum Höküməli Məmmədovun yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 14 ünvanında yerləşən yaşayış binasının həyətində yerləşən bir avtomobillik daş qarajının özləşdilməsinə dair çıxarış təşkil edə biləcəyinə söz vermiş, həmin sənədləri düzəltməsi üçün Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayının ortalarında, dəqiq günü xatırlamadığı tarixdə saat 14 radələrində alqı-satqı ofisində əvvəlcə Zərərçəkmiş şəxs1 onun iştirakı ilə 2.000 manat, bir neçə gün sonra isə həmin ofisdə və eyni saatda onun iştirakı ilə Höküməli Məmmədovdan 2.000 manat pul almışdır. Təqsirləndirilən şəxs Ələmdardan və Höküməlidən əmlaklarının özləşdirilməsinə dair çıxarışı pulu aldıqdan sonra, təxminən bir ay ərzində düzəldib verəcəyinə söz vermişdir. Faiq Ələmdar və Höküməlidən pulu alarkən hər hansı bir qəbz verməmişdir. Sonralar Faiqin işi həll edib-etməməsindən onun məlumatı olmamışdır. Sonralar yəni “Covid” pandemiyyası zamanı Höküməli Məmmədovun həmin xəstəlikdən vəfat etməsini o, eşitmişdir. Bir neçə ay öncə isə ona mərhum Höküməlinin arvadı Zərərçəkmiş şəxs3 və eyni zamanda Ələmdarın arvadı Şahid1 məlum olmuş ki, Təqsirləndirilən şəxs 2017-ci ildə onun iştirakı ilə aldığı pullara görə əmlaklarının özəlləşdirilməsinə dair çıxarışı düzəlməyib, verdiyi vədə əməl etməyib, aldığı pulları isə qaytarmaqdan boyun qaçırdığından, hər ikisi polisə şikayət vermişlər. Sonra o, da polisə gedib Ələmdar ilə mərhum Höküməlinin əmlaklarına çıxarış düzəltməsi üçün Təqsirləndirilən şəxs hər biri bir neçə gün fərqi ilə 2.000 manat pul verməsi barədə izahat verərək həmin faktı təsdiq etmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən X1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Nərgiz Mirzəməmmədova ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində yerləşən 01 saylı həyət evində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, rəsmi heç bir yerdə işləmir evdar qadındır. O, ailəsi ilə yaşadığı həyət evi, uzun illər əvvəl ailəsi tərəfindən tikilmiş ev olduğundan yalnız Mənzil İstismar Sahəsi tərəfindən verilmiş texniki-pasport və cizgi sənədi olmuş, rəsmi özəlləşdirilmiş çıxarışı yoxdur. 2017-ci ilin təxminən yanvar ayında əri Zərərçəkmiş şəxs1 həmin həyət evinə rəsmi çıxarış sənədini almaq istəmiş, həmin dövrdə Ələmdara özünü Əmlak Məsələri üzrə Dövlət Komitəsində işləyən şəxs kimi təqdim etmiş Təqsirləndirilən şəxsla tanış olmuş və Faiq Ələmdara evin çıxarış sənədini 2.000 manat pulun müqabilində təşkil edə biləcəyinə söz vermişdir. Sonra Ələmdar elə həmin dövrdə yəni 2017-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, 14 saylı evin həyətində yerləşən Şahid2 işlətdiyi alqı-satqı ofisində, elə Səidin yanında Təqsirləndirilən şəxs 2.000 manat pul, evin texniki pasportunu və digər sənədlərini vermiş, Faiq pulu alarkən Ələmdara heç bir qəbz və ya iltizam verməmiş, bir neçə ay ərzində evin sənədini düzəldib verəcəyinə söz vermişdir. Sonralar hər dəfə Faiq əri Ələmdara müxtəlif bəhanələr danışaraq vaxtı uzatmış, aydan aya keçirmişdir. Sonra Faiqin yalan danışdığını görüb əri pulunu geri tələb etməyə başlamış, Faiq evin sənədlərini geri qaytarsa da aldığı 2.000 manat pulunu qaytarmamışdır. Sonra pandemiya başlamış Faiq müəyyən müddət pandemiyanı bəhanə gətirib pulu qaytaramış, sonra əri Ələmdar xəstələnib yatağa düşdüyündən başları müalicəsinə qarışmış, Ələmdar əsəb xəstəsi olduğundan, hər dəfə evin sənədinə görə verilmiş puldan danışıldıqda əsəbləşdiyindən, Faiqdən pulu o, tələb etməyə başlamışdır. O, pulu istəyərkən Faiq yenə köhnə bəhanələri və yalanları danışmağa başlamış, sonralar ona məlum olmuş ki, Təqsirləndirilən şəxs qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 vəfat etmiş ərini də qarajlarına çıxarış düzəldəcəyi adı ilə aldadıb, onun ərindən pul aldığı dövrdə və ofisdə, 2.000 manat pullarını və qarajın ilkin sənədlərini almışdır. Sonra o, Zərərçəkmiş şəxs3 ilə məsləhətləşərək Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirməsi barədə DİN-nin “102” Xidmətinə məlumat və Baki şəhəri Səbail rayon Polis İdarəsinin 41-ci Polis bölməsinə şikayət ərizələrini vermişlər. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, valideyinləri ilə birlikdə rəsmi pasport qeydiyyatında ünvan 14 ünvanında olsa da, faktiki olaraq anası Nüşabə Məlikova ilə birlikdə ünvan 15 ünvanında yaşayır, rəsmi heç bir yerdə işləmir, hərdən düşdükdə fərdi əməklə məşğul olur. Atası Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən müəyyən vədlər müqabilində müxtəlif məbləğlərdə pullar alması və vədinə əməl etməməsi səbəbindən, barəsində başlanmış cinayət işinin istintaqı ilə əlaqədar, o, digər qardaşları ilə birlikdə atası Faiqin maddi ziyan vurmuş şəxslərin pulların ödənməsi istiqamətində çalışırıq. O, atması Faiqin tanışı Zərərçəkmiş şəxs2 nəvəsini Unversitetə qəbul edilməsinə köməklik edəcəyi adı ilə pul almasından məlumatı olmamış, həmin razılaşmada iştirak etməmiş, adına olan bank kartına göndərilmiş pulların harada və hansı bankomantan çıxarılmasını bilməmiş, sadəcə olaraq onun adına olan bank kartı atası Faiqdə olduğundan, atası həmin kartdan istifadə etmiş, atası Faiqin Zərərçəkmiş şəxs2 və digər şəxslərdən hər hansı bir vədlərlə pul alması, vədinə əməl etməmisdən xəbəri olmamasını, həmin razılaşmalarda o, iştirak etməməsini göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən Şahid4 Azərbaycan Respublikası CPM-nin 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 2 mənzil 24-də yaşayır. Heç bir yerdə işləmir. X22 onun babasıdır. X24 Bərdə şəhəri ərazisində yerləşən «Aptek»də satıcı işləyir. O, Təqsirləndirilən şəxs tanımır. Belə ki, həmin şəxsi görməmişdir. 2021-ci il tarixdə o, imtahan verib universitetə daxil olmaq istəsə də lakin az bal topladığından universitetə qəbul ola bilməmişdir. Bu barədə babası Zərərçəkmiş şəxs2 məlumatı olmuşdur. Babası Zərərçəkmiş şəxs2 da ona tanışı Təqsirləndirilən şəxs olduğunu, Prezident Aparatında işlədiyini və onu Bakı şəhərində yerləşən universitetlərin birinə qəbul etdirəcəyini demişdir. Bunun müqavilində isə Təqsirləndirilən şəxs babası Zərərçəkmiş şəxs2 3000 (üç min) manat pul istəmişdir. Bundan sonra babası onun sənədlərinin ksero-surətlərini Təqsirləndirilən şəxs mobil telefonun «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Həmçinin, babası Zərərçəkmiş şəxs2 12 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində 2000 (iki min) manat pulu və səhəri gün yəni, 13 sentyabr 2021-ci il tarixdə, saat 11 radələrində isə 900 manat pulu Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən «MilliÖn» və «eManat» ödəmə terminalları vasitəsi ilə qeyd olunun pulları Təqsirləndirilən şəxs Faiqin Zərərçəkmiş şəxs2 göndərdiyi Faiqin oğlu Şahid3 adına göndərmişdir. Beləliklə, babası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ümumilikdə 2900 (iki min doqquz yüz) manat pul göndərmişdir. Bundan sonra babası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını görüb ümumilikdə 2900 (iki min doqquz yüz) manat pulunu geri tələb etdiyindən Təqsirləndirilən şəxs həmin pulu Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Bu barədə dayısı Zərərçəkmiş şəxs2 ona məlumat verdiyindən onun məlumatı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi 1 (bir) vərəqdən ibarət qəbzlərin göstərildiyi ksero-surətdə “MilliÖn” və “eManat” ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs oğlu Şahid3 adına olan 4098 0944 2005 6283 nömrəli «Unibank»a aid «Albalı» plastik bank kartına 12 sentyabr 2021-ci il tarixdə, saat 13:59 dəqiqədə, 1000 (bir min) manat, 13 sentyabr 2021-ci il tarixdə saat 10:47 dəqiqədə, 505 (beş yüz beş) manatın və saat 15:32 dəqiqədə, 402 (dörd yüz iki) manatın ödənilməsi göstərilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş 29 aprel 2021-ci il tarixli, AZ-İİ № 157736 nömrəli Azərbaycan Respublikası «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X12 24 aprel 2021-ci il tarixdə miokard infarktı səbəbi ilə ölmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi üzrə nümayəndəliyinin 27 oktyabr 2023-cü il tarixli 810 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün düşmüş, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində müvəqqəti məskunlaşıb yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 oktyabr 2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyindən ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-29/2023 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respukblikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2022-ci il tarix, saat 14:00-dan 16 iyun 2022-ci il tarix saat 16:30-dək, 30 iyul 2022-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək tutulduğu cəmi 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi “MilliÖn” və “eManat” ödəmə terminalları vasitəsi ilə Təqsirləndirilən şəxs oğlu Şahid3 adına olan plastik bank kartına 12 sentyabr 2021-ci il tarixdə, saat 13:59 dəqiqədə, 1000 (bir min) manat, 13 sentyabr 2021-ci il tarixdə saat 10:47 dəqiqədə, 505 (beş yüz beş) manatın və saat 15:32 dəqiqədə, 402 (dörd yüz iki) manatın ödənilməsinə dair 1 (bir) vərəqədən ibarət qəbzlərin göstərildiyi ksero-surəti iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli, 3-16-21-1/2-16975/2025 nömrəli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2257/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Səbail Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli 1(009)- 29/2023 saylı hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək ona 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.1957-ci il təvəllüdlü Ağdam şəhərində anadan olmuş Ağdam şəhəri Ü.Hacıbəyov küçəsi ev 41-də qeydiyyatda olan və Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi C.Hasilov küçəsi ev 125-də yaşayan Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2257/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı və onun icrası barədə göstərişi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkəmə hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza müddəti başa çatdığı üçün xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İşə əlavə edilmiş Bakı şəhəri 28 saylı Notariat Ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs heç bir şikayəti,tələbi və iddia tələbi yoxdur və gələcəkdə də ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. İşə əlavə edilmiş Bakı şəhəri 42 saylı Notariat Ofisinin xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs heç bir şikayəti,tələbi və iddia tələbi yoxdur. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. 75.2. Müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. 75.3. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və X8 qarşı cinayət əməlini 2017-ci ilin yanvar ayında törətmişdir. Yəni həmin şəxslərə qarşı törədilmiş cinayət məlinin törədildiyi gündən 8 ildən artıq vaxt keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Zərərçəkmiş şəxs1 və X8 qarşı törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən işə xitam verilməli, həmin şəxslərə qarşı törətdiyi cinayət əməllərinə görə icraata xitam verildiyindən və təqsirləndirilən şəxsin əməlində təkrarlıq halı aradan qalxdığından zərərçəkmiş Zərərçəkmiş şəxs2 qarşı təqsirləndirilən şəxsin əməli CM-in 178.1-ci maddəsinə tövsif edilməli, lakin həmin şəxsə qarşı dələduzluq cinayəti 2021-ci ildə törədildiyindən və həmin vaxtdan da 2 ildən artıq müddət keçdiyindən təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət əməlinə görə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən bütövlükdə iş üzrə icraata xitam verilməli, iş üzrə zərərçəkmiş şəxslərdən mərhum X8 vurulmuş 2000 manat, X2 vurulmuş 2000 manat və Zərərçəkmiş şəxs2 vurulmuş 2907 manat maddi ziyanın ödənilməsi və zərərçəkmiş şəxslərlə barışığın olması nəzərə alınmalıdır. CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 178.2.2-ci maddəsinə əsasən Eyni əməllər təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CPM-in 39.1.3-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə); cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. CPM-in 43.3-cü maddəsinə əsasən Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bundan başqa iş üzrə icraata xitam verildiyindən və təqsirləndirilən şəxs hazırda həbsdə olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından azadlığa buraxılmalı, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı təqdim etdiyi ödəniş qəbzlərinin ksero-surəti iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə zərərçəkmiş şəxslərdən mərhum X8 vurulmuş 2000 manat, X2 vurulmuş 2000 manat və Zərərçəkmiş şəxs2 vurulmuş 2907 manat maddi ziyanın ödənilməsi və zərərçəkmiş şəxslərlə barışığın olması nəzərə alınsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı təqdim etdiyi ödəniş qəbzlərinin ksero-surəti iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-6/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-6/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver