Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-60/2022 15.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Yevlax rayonu Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, 02 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2ci maddələri ilə Goranboy rayon məhkəməsinin hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş, Kəlbəcər rayonu Çərəkdar kəndində qeydiyyatda olmaqla, Tərtər şəhəri, Şıxarx qəsəbəsi bina 3, mənzil 9-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə və xx xxxxx 1994-cü il tarixdə Yevlax rayonu Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (3 övlad), fərdi əməklə məşğul olan, 02 iyun 2021-ci il tarixdə Azərbaycan Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə Goranboy Rayon Məhkəməsinin hökmü ilə 01 il 06 ay il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş, Kəlbəcər rayonu Çərəktar kəndində qeydiyyatda olmaqla, Yevlax rayonu Qaramanlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 mart 2021-ci il tarixdə saat 21 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən hissəsində Bərdə rayonu istiqamətində dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Zil 4331” markalı ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində olan bir ədədinin qiyməti 160 manat dəyərində olmaqla 190 AH-lıq “Forward” markalı və bir ədədinin qiyməti 60 manat dəyərində olmaqla 100 AH-lıq “OTO Enerji” markalı akkumlyatorları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 220 (iki yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 mart 2021-ci il tarixdə saat 21 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu Əliyanlı kəndi ərazisindən keçən hissəsində, “Venera” restoranının yaxınlığında Bərdə rayonu istiqamətində dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Kamaz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində olan bir ədədi 160 manat dəyərində olmaqla 2 ədəd 190 AH-lıq “Forward” markalı akkumlyatorları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş, Təqsirləndirilən şəxs2 ona həmin maddələrlə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yevlax rayonu Qaramanlı kəndində anadan olmuşdur və ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 onun dayısıoğludur. 11 mart 2021-ci il tarixdə Orxan ilə birlikdə Tərtər rayonu Şıxarx qəsəbəsində olmuş, maddi ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Bu səbəbdən Orxanın etibarnamə əsasında idarə etdiyi “Xəzər” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu istiqamətində hərəkət etmişlər. Bərdə rayonu Şirvanlı kəndinin ərazisində “Ot bazarı” adlanan yerdən keçəndə “ZİL” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibsiz dayandığını görmüşlər. Orxan avtomobili yolun kənarında saxladıqdan sonra, əvvəlcə, ətrafa boylanmış, avtomobilin sahibsiz olduğunu görüb sağ qanad hissəsində olan iki ədəd akkumlyatoru yük avtomobilindən sökərək açıb Orxanın idarə etdiyi avtomobilin yük yerinə qoymuşlar. Akkumlyatorlardan köhnə olanı 190 l həcmli, yeni olanı isə 100 l həcmli olmuşdur. Daha sonra onlar Bərdə rayonu istiqamətində hərəkətlərinə davam etmişlər. Bərdə rayonu Əliyanlı kəndində yerləşən “Venera” restoranının yaxınlığında “Kamaz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dayandığını görmüşlər. Geri qayıdıb avtomobili həmin yük avtomobilinin arxasında saxlamış, Təqsirləndirilən şəxs1 ilə avtomobildən enib, ətrafa boylandıqdan sonra “Kamaz” markalı avtomaşının sahibsiz olduğunu görmüş, həmin yük avtomobilinin sağ kreli tərəfində quraşdırılmış 2 ədəd akkumlatoru açıb öz avtomobillərinin yük yerinə qoymuşlar. Hər iki akkumlator 190 l həcmli olmuş, hər iki akkumlator köhnə imiş. Daha sonra o və Seymur oğurladıqları akkumlatorları satmaq üçün Yevlax şəhərinə yola düşmüşlər. Yevlax şəhəri avtovağzalı ilə üzbəüz, qırmızı rəngli yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən İlham adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə yaxınlaşmışlar. İlhamın oğlu Səddam akkumlatorlara baxaraq, bizə 190 litrik həcmdə olanlara görə 1 ədədinə 40 manat, 100 litrlik həcmdə olana isə 25 manat pul, ümumilikdə 145 manat pul vermişdir. O, dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə 145 manatı bölmüşdür. Onun payına düşən 75 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Maddi cəhətdən pula ehtiyacı olduğu üçün Orxan ilə birlikdə akkumlator oğurlamaq qərarına gəlmiş. Həmin oğurluqdan başqa nə o, nə də ki Təqsirləndirilən şəxs1 Bərdə rayonu ərazisində oğurluq etməmişdir. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə 11 mart 2021-ci il tarixdə Bərdə rayonu ərazisində oğurluq etdikdən sonra Goranboy rayonu ərazisinə keçərək, 6 ədəd yük avtomobilinə məxsus akkumlatorlar oğurlamışlar. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona həmin maddə ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsinə göstərmişdir ki, o, Yevlax rayonu Qaramanlı kəndində anadan olmuş, hazırda Tərtər rayonu Şıxarx qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, orta təhsillidir, rəsmi olaraq işləmir. Ailəsini etibarnamə əsasında idarə etdiyi “Xəzər Lada” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olaraq dolandırır. Həmin avtomobili o, kreditə götürmüş, ayda 750 manat kredit ödəyir. Mahiyyəti üzrə bildirir ki, “qara bayram”la əlaqədar olaraq ailəsinin yanına Tərtər rayonu Şıxarx qəsəbəsinə gəlmişdir. Avtomobilin kreditini ödəyə bilmədiyi üçün oğurluq etməyə qərara gəlmişdir. Bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə etibarnamə əsasında idarə etdiyi “Xəzər Lada” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu istiqamətində hərəkət etmiş, Bərdə rayonu Şirvanlı kəndinin ərazisində “ot bazarı” adlanan yerdən keçəndə “Zil-4331” markalı ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sahibsiz dayandığını görmüşdür. Avtomobilini yolun kənarında saxladıqdan sonra əvvəlcə ətrafa boylanmış, yük avtomobilinin sahibsiz olduğunu görüb, bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə avtomobilin sağ kreli tərəfində 2 ədəd akkumlatoru yük maşının açıb, idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. Akkumlatorlardan köhnə olanı 190 l həcmli, yeni olanı isə 100 l həcmli idi. Daha sonra onlar Bərdə rayonu istiqamətində hərəkətlərinə davam etmişlər. Bərdə rayonu Əliyanlı kəndində yerləşən “Venera” restoranının yaxınlığında “Kamaz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dayandığı görmüşdür. Geri qayıdıb avtomobilini həmin yük avtomobilinin arxasında saxlamışdır. Təqsirləndirilən şəxs2 ilə avtomobildən enib, ətrafa boylanmış, “Kamaz” markalı avtomaşının sahibsiz olduğunu görüb, həmin yük avtomobilinin sağ kreli tərəfində quraşdırılmış 2 ədəd akkumlatoru açıb öz avtomobilinin yük yerinə qoymuşdur. Hər iki akkumlator 190 l həcmli olmuş, hər iki akkumlator köhnə imiş. Oğurladıqları akkumlatorları satmaq üçün Yevlax şəhərinə yola düşmüşlər. Yevlax şəhəri avtovağzalı ilə üzbəüz, qırmızı rəngli yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən İlham adlı şəxsə məxsus metal qəbulu məntəqəsinə yaxınlaşmışlar. İlhamın oğlu Səddam akkumlatorlara baxaraq, bizə 190 l-lik həcmdə olanlara görə 1 ədədinə 40 manat, 100 l-lik həcmdə olana isə 25 manat pul, ümumilikdə 145 manat pul verdi. O, bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə 145 manatı bölüşmüşdür. Onun payına düşən 75 manatı benzinə və şəxsi ehtiyaclarına xərcləmişdir. Maddi cəhətdən pula ehtiyacı olduğu üçün o, və Təqsirləndirilən şəxs2 akumlator oğurlamaq qərarına gəlmişdir. Nə o, nə də ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu ərazisində oğurluq etməmişdir. Lakin 09-10 mart 2021-ci il tarixlərində Yevlax rayonu ərazisindən 4 ədəd akkumlator və 11 mart 2021-ci il tarixdə Bərdə rayonunda oğurladıqları akkumlatorları metal qəbulu məntəqəsinə satdıqdan sonra Goranboy rayonu ərazisindən 4 ədəd yük avtomobilinə məxsus akkumlator oğurlamışlar. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadə verərək bildirdi ki, o, Ağdam rayonu Qaraqaşlı kəndində anadan olmuş, Bərdə rayonu Əliyanlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Orta təhsillidir, rəsmi olaraq işləmir. Ailəsini fərdi əməklə məşğul olaraq dolandırır. Belə ki, özünə məxsus «Kamaz 55111» markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən mişar daşı alaraq Bərdə rayonunda alverini edərək ailəni dolandırır. 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Bərdə rayon Polis şöbəsinə ərizə ilə o, müraciət etmişdir. Yaşadığı fərdi yaşayış evi “Venera” restoranı ilə üzbəüz yerləşir. 11 mart 2021-ci il tarixdə saat 17-18 radələrində özünə məxsus «Kamaz 55111» markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvanın qarşısında yerləşən “Venera” restoranının dayanacağında saxlayıb, yaşadığı ünvana getmişdir. Həmin gün saat 20 radələrində yaşadığı ünvandan çıxıb yolu “Venera” restoranı istiqamətinə keçmişdir. Yolu qarşıya keçmək istəyərkən ağ rəngli “Xəzər Lada” markalı avtomobil fara işıqları sönülü vəziyyətdə Bərdə şəhəri istiqamətinə hərəkət etməyə başlamışdır. O, yük avtomobilinə yaxınlaşdıqda avtomobilinin sağ tərəfində quraşdırılmış 2 ədəd 190-lıq həcmli akkumlatorların oğurlanmasını aşkar etmişdir. Onun avtomobilində akkumlatorların ağzına kiçik qıfıl var idi. Naməlum şəxs və ya şəxslər qıfılı sındırıraq akkumlatorları oğurlamışlar. O, oğurluq barədə dərhal DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirtmişlər. O, həmin akkumlatorların hər ikisi 190-lıq həcmdə idi. Hər iki akkumlatoru 2021-ci ilin fevral ayının əvvəllində Bərdə şəhəri H.Əliyev prospektində, Bərdə Asan xidmət mərkəzinin yaxınlığında yerləşən Arif adlı şəxsə məxsus avtomobil ehtiyyat hissələri satılan mağazadan 500 manata almışdır. Ümumilikdə oğurluq hadisəsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. O, oğurluqla bağlı kimdənsə şübhələnmir. Lakin 11 mart 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvandan çıxıb öz yük avtomobilinə yaxınlaşmaq istəyəndə ağ rəngli “Xəzər Lada” markalı avtomobilin işığı sönülü vəziyyətdə sürətləndiyini görmüşdür. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadə verərək bildirdi ki, Bərdə rayonu Hüseynbəyli kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə ünvan 2 ünvanında yaşayır. Evlidir, 1 övladı var. Ali təhsillidir, rəsmi olaraq işləmir, lakin fərdi əməklə məşğul olaraq dolanır. Belə ki, özünə məxsus “Zil 4331” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə yonca pressləri yükləyərək Bərdə rayonu Şirvanlı kəndində yerləşən ot bazarında satıb ailəsini dolandırır. 13 mart 2021-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə ərizə ilə o, müraciət etmişdir. 11 mart 2021-ci il tarixdə saat 19 radələrində özünə məxsus “Zil 4331” markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvanlı kəndində, Əhlimanın yeməkxanasının yaxınlığında saxlayıb, yaşadığı ünvana getmiş, səhərisi gün 12 mart 2021-ci il tarixdə səhər saat 08-09 radələrində o, avtomobilini saxladığı yerə yaxınlaşdıqda avtomobilinin sağ tərəfində quraşdırılmış 190 və 100 litrlik həcmli akkumlatorların oğurlanmasını aşkar etmişdir. O, əvvəlcə ətrafda yerləşən ərazilərdə olan şəxslərdən akkumlatoru oğurlayan şəxsləri görüb-görmələrini soraqlamış, 13 mart 2021-ci il tarixədək akkumlatorları tapa bilmədiyi üçün Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, həmin akkumlatorlar 190 və 100 litr həcmdə idi. 190 litrlik akkumlatoru 1 ay qabaq 2021-ci ilin fevral ayında Bərdə rayonu Qaradəmirçi yolunda yerləşən adını unutduğu avtomobil ehtiyyat hissələri satılan mağazadan 200 manata almışdır. Digər 100 litrlik həcmli akkumlatoru isə 09 mart 2021-ci il tarixdə Bərdə şəhəri Bakı küçəsində yerləşən avtomobil ehtiyyat hissələri satılan mağazadan 150 manata almışdır. Ümumilikdə oğurluq hadisəsi nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı kimdənsə şübhələnmir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirdi ki, o, Ağdərə rayonu Çərəktar kəndində anadan olmuş, hazırda ailəsilə birlikdə Tərtər rayonu Şıxarx qəsəbəsində yaşayır. Evlidir, 2 övladı var. Evdar qadındır. Təqsirləndirilən şəxs1 onun oğludur. Orxanın Bərdə rayonu ərazisində etdiyi oğurluq cinayətləri ilə əlaqədar olaraq bildirirəm ki, 11 mart 2021-ci il tarixdə baldızı oğlu Təqsirləndirilən şəxs2 onlara qonaq gəlmiş, həmin tarixdə axşam saat 20- 21 radələrində oğlu Orxan etibarnamə əsasında idarə etdiyi “Xəzər Lada” markalı avtomaşınla baldızı oğlu Seymuru yaşadığı Yevlax rayonu Qaramanlı kəndinə aparmaq üçün evdən çıxmışdır. Sonradan onu Bərdə rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində öyrənmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə 11 mart 2021-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu Şirvanlı və Əliyanlı kəndlərinin ərazisindən Kamaz və Zil markalı avtomaşınların üzərindən 4 ədəd 190 və 100 həcmlik akumlatorları oğurlamışlar. Daha sonra oğlu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları akumlatorları Yevlax rayonunda yerləşən metal qəbulu məntəqəsinə aparıb satmışlar. Məhkəməyə Şahid2 teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Belə ki, ibtidai istintaq zamanı Şahid2 ifadəində göstərmişdir ki, o, Samux rayonu Fizuli kəndində anadan olmuş, hazırda Yevlax şəhəri 32-ci məhəllədə ailə üzvlərilə birlikdə yaşayır. Ailəlidir, 2 övladı var. Rəsmi olaraq işləmir. Bərdə şəhəri H.Əliyev prospektində 92 ünvanında yerləşən, icarə əsasında işlətdikləri qara və əlvan metal qəbulu məntəqəsində metal qəbulu ilə məşğul olaraq ailəsini dolandırır. Ondan başqa atası İlham və yeznəsi Famil də onları işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, Seymur və Orxan arasında heç bir münaqişə və nifaq olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 11 mart 2021-ci il tarixdə onun mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmişdir. Həmin tanımadığı zəngdə ona “Anarın tanışıyam, akkumlator gətirmişəm, gəl götür qəbul et”-demişlər. X12 işlədikləri obyekti icarəyə götürmüşlər. Ona görə yeznə Famil Xəlilov ilə birlikdə Mingəçevir şəhərindən iş yerinə qayıtmışlar. İcarə əsasında işlətdiyi metal qəbulu məntəqəsinə çatanda orada əvvəllər tanımadığı şəxslər 3 ədəd 190-lıq həcmli akkumlatoru və 1 ədəd 100-lik akkumlatoru ona göstərək satmaq istədiklərini bildirmişlər. Adlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu öyrəndiyi şəxslərdən o, həmin akkumlatorların oğurluq olubolmamasını soruşmuşdur. Həmin şəxslər isə onu əmin etmişlər ki, akkumlatorlar özlərininkidir. Aralarında olan razılaşmaya əsasən o, 3 ədəd 190-lıq akkumlator və 1 ədəd 100-lük akkumlatora görə onlara 145 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 190-lıq həcmdə akumlatorları bir ədədini 40 manatdan, 100-lük həcmdə akumlatorları isə bir ədədini 25 manatdan qəbul etmiş, ümumilikdə o, Seymur və Orxana 145 manat pul vermişdir, Akkumlatorların oğurluq olmasından xəbəri olmamış, çünki Seymur və Orxan satdıqları akumlatorun özlərinə məxsus olduğunu ona demişlər, Seymur və Orxandan 145 manata aldığım 3 ədəd 190-lıq və 01 ədəd 100-lük akkumlatorları istintaqa təqdim etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 aprel 2021-ci il tarixli 9/1491 nömrəli rəyindən görünür ki, ekpertiza tədqiqatına təqdim edilmiş akkumlyatorların markasına, modelinə müvafiq olaraq onların istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart-aprel aylarına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 540 manat müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “Kamaz” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə rayonu Əliyanlı kəndi ərazisində saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “ZİL” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil Bərdə rayonu Şirvanlı kəndi ərazisində saxlanılmışdır. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 14 mart 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 3 ədəd “Forward” markalı və 1 ədəd “Oto Enerji” markalı akkumulyatorları könüllü surətdə təqdim edərək həmin akkumulyatorların ona Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə 145 manat pul müqabilində aldığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 iyun 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 27 iyul 2019-cu il tarixdə Yevlax rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcələsinin 39.1.11-ci maddəsinə cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 aprel 2021-ci il tarixdə Goranboy rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və 05 may 2021-ci il tarixdə cinayət işi baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə, Təqsirləndirilən şəxs2 isə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Tərtər rayon Mənzil-Kommunal İstismar sahəsindən alınmış 1122 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər şəhəri, Yeni qəsəbə bina 3, mənzil 9-da yaşayır, yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Yevlax şəhəri bölməsindən alınmış 657 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Yevlax rayonu Qaramanlı kəndində yaşayır, yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. İstintaq zamanı götürülmüş Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd 190 AH-lıq “Forward” markalı və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 190 AH-lıq “Forward” markalı və 1 ədəd 100 AH-lıq “Oto Enerji” markalı akkumlyatorlar maddi sübut kimi tanınmış və saxlanması üçün sahiblərinə geri qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 mart 2021-ci il tarixdə saat 21 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən hissəsində Bərdə rayonu istiqamətində dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Zil 4331” markalı ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində olan bir ədədinin qiyməti 160 manat dəyərində olmaqla 190 AH-lıq “Forward” markalı və bir ədədinin qiyməti 60 manat dəyərində olmaqla 100 AH-lıq “OTO Enerji” markalı akkumlyatorları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 cəmi 220 (iki yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 11 mart 2021-ci il tarixdə saat 21 radələrində Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonu Əliyanlı kəndi ərazisindən keçən hissəsində, “Venera” restoranının yaxınlığında Bərdə rayonu istiqamətində dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Kamaz” markalı ** BG *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərində olan bir ədədi 160 manat dəyərində olmaqla 2 ədəd 190 AH-lıq “Forward” markalı akkumlyatorları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 cəmi 320 (üç yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurlamışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq barələrində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzalsarının təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində 4 azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən haldır. İş materiallarında olan 12 mart 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 və X5 ilə barişmışlar. Təqsirləndirilən şəxs2 və X2 qarşı heç bir iddia və tələbi yoxdur. İş materiallarında olan 14 mart 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və X5 ilə barışmışlar. Təqsirləndirilən şəxs2 və X2 qarşı heç bir iddia və tələbi yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi halı təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması halı da təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi halı təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması halı da təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Belə ki, iş materiallarında olan 12 mart 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 və X5 ilə barişmışlar. Təqsirləndirilən şəxs2 və X2 qarşı heç bir iddia və tələbi yoxdur. Həmçinin iş materiallarında olan 14 mart 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və X5 ilə barışmışlar. Təqsirləndirilən şəxs2 və X2 qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, arvadının hamilə olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 arvadı X4 6-7 həftəlik hamilədir. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onların törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halları, ağırlaşdıran haların olmamasını və işin digər hallarını nəzərə alaraq ona cinayət əməllərinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırıması cəzalarının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunmaları imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxslərə təyin edilən cəzaların əsas fəlsəfəsi onları yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Bundan başqa məhkəmə həmçinin onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş Tərtər rayon İcra və probasiya Şöbəsinin 15 mart 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tərtər Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 cəzasının 01 (bir) ili “8 noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə azaldılmışdır. 15 mart 2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 çəkilməmiş cəzası 03 ay 27 gün təşkil edir. Azərbaycan Respublikasının 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd edilən hallar təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş Yevlax rayon İcra və probasiya Şöbəsinin 15 mart 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək Goranboy Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 cəzasının 01 (bir) ili “8 noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə azaldılmışdır. 15 mart 2022-ci il tarixədək Təqsirləndirilən şəxs2 çəkilməmiş cəzası yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirəndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzalarının çəkilmə müddətinin başlanğıcı onların yaşadıqları yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə «01» fevral 2022-ci il tarixli qərarla maddi subut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd 190 AH-lıq “Forward” markalı və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 190 AHlıq “Forward” markalı və 1 ədəd 100 AH-lıq “Oto Enerji” markalı akkumlyatorlar saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilmələri və 540 manat maddi ziyanın tamamilə ödənməsi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Yuxarıda gstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə Yevlax rayonu Qaramanlı kəndində yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Goranboy Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 03 ay 27 günü hazırki hökmlə təyin edilən 01 (bir) 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Tərtər rayonu Şıxarx qəsəbəsi, bina 3, mənzil 9da yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra vəp şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə «01» fevral 2022-ci il tarixli qərarla maddi subut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd 190 AH-lıq “Forward” markalı və Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 190 AHlıq “Forward” markalı və 1 ədəd 100 AH-lıq “Oto Enerji” markalı akkumlyatorlar saxlanılması üçün zərərçəkmiş şəxslərə təhvil verilmələri və 540 manat maddi ziyanın tamamilə ödənməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-60/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-60/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver